Press "Enter" to skip to content

Hər gün yeni bir kitab

Bir müddət öncə Baş nazir Əli Əsədovun qərarı ilə İnformatika fənninin I qrupa əlavəsi təsdiqləndi. Daha sonra isə Dövlət İmtahan Mərkəzi imtahana hazırlaşanlara metodik köməklik baxımından vəsaitin hazırlandığını açıqladı.

Müəllimlərin İşə Qəbulu Prosesi Haqqında – 2023 MİQ

Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbul prosesi Təhsil Nazirliyi tərəfindən müsabiqə yolu ilə həyata keçirilir. Belə ki, müsabiqə 4 mərhələdən: elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə mərhələsindən ibarətdir. İşə qəbul üzrə müsabiqədə dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə əsasında müəllim vəzifəsində çalışmayan, ali təhsil və orta ixtisas müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli diplom almış və xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək istəyən namizədlər miq.edu.az saytında qeydiyyat keçərək, şəxsiyyət vəsiqəsinin fin kodunu və xanada qeyd olunmuş təhlükəsizlik kodunu daxil etməlidirlər. Namizədlər qeyd olunan saytdan qeydiyyatdan keçərkən səhifədə görünən iş nömrəsini yadda saxlamağa xüsusi olaraq diqqət yetirməlidirlər. Çünki daha sonra şəxsi kabinətə daxil olan zaman həmin iş nömrəsi tələb olunacaqdır.

Test İmtahanı Necə və Harada Təşkil Olunur?

Müəllimlərin işə qəbulu prosesində təşkil olunan test imtahanlarında hər bir namizədə 90 dəqiqə ərzində 40 ixtisas, 20 kurikulum olmaqla, 60 test tapşırığı təqdim olunur. İmtahanlar namizədlərin yaşayış bölgələri üzrə təşkil olunacaq regional mərkəzlərdə Təhsil Nazirliyi tərəfindən əvvəlcədən elan ediləcək qrafikə uyğun cari ilin avqust ayında həyata keçirilir. Pandemiya ilə əlaqədar olaraq isə 2020-2021-ci tədris ili üzrə müəllimlərin işə qəbul müsabiqəsinin test imtahanı mərhələsi ənənəvi olaraq Bakı şəhərində deyil, karantin rejiminin müvafiq tələblərinə uyğun olaraq, 17 şəhər və rayon üzrə 32 mərkəzdə təşkil edilmişdir. Hər bir imtahan mərkəzində iştirak edəcək bütün namizədlər COVİD-19 testindən keçəcəkdir. Həmçinin, müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi ilə əlaqədar toplanan nəticələr 1 tədris ili müddətində nəzərə alınacaq və qüvvədə qalacaqdır.

Daha sonra isə test imtahan mərhələsində keçid balını toplamış namizədlər 8 vakant yeri seçmək imkanına malikdirlər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi onların elektron ərizədə qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılır. Müsahibə mərhələsində isə namizədlərin peşekar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq, müvafiq komissiya tərəfindən yoxlanılır. Müsabiqənin son mərhələsi olan müsahibə mərhələsi isə Təhsil Nazirliyinin elan edəcəyi qrafikə uyğun olaraq online formada həyata keçirilir.

“Tətbiqi Kurikulum, Metodika, Pedaqogika” – Samir Salayev (Müəllimlərin Sertifikasiya və MİQ imtahanı hazırlığı üçün vəsait)

“Tətbiqi Kurikulum, Metodika, Pedaqogika” kitabı uzun illərin Kurikulum təlimçisi olan, cənub regionunda yüzlərlə müdavimi Müəllimlərin İşə Qəbulu imtahanlarında yüksək nəticələr qazanmış, Lənkəran Dövlət Universitetinin və Elm Tədris Akademiyasının Kurikulum müəllimi Samir Salayev tərəfindən yazılmışdır. Vəsait Təhsil nazirliyinin Müəllimlərin İşə Qəbulu və Sertifikasiya imtahanları üçün nəzərdə tutduğu proqramı tam əhatə edən ölkəmizdə ən sadə dildə yazılan vəsaitdir. Kitabın izahedici hissəsi 5 bölmədən ibarətdir. “Kurikulum anlayışına giriş, kurikulumun təsnifatı və növləri, prinsipləri” bölməsi, “Fənn kurikulumunun məzmunu” bölməsi, “Təlim strategiyaları” bölməsi, “Təlimin qiymətləndirilməsi” bölməsi, “Pedaqogikadan seçmələr, sinfin idarə edilməsi və pedaqoji nəzəriyyələr” bölməsi. Kitabın ilk 150 səhifəsi nəzəri və praktiki izahlara həsr olunur. Son 140 səhifəsi isə 33 variantda qəbul tipli sınaq testləri yer alır. Testlərin cavabları kitabın sonunda təqdim olunub ki, hər bir oxucu informal öyrənmə metodunu effektiv təşkil edə bilsin. Kitabı oxuyanda qaranlıq məqamlarla bağlı müəlliflə dərhal əlaqə yaratma imkanının olması oxucular üçün bəyənilən cəhətdir. Müəllif, kitabın alıcıları üçün “Vatsapp” üzərindən ödənişsiz Konsultasiya dərsləri təşkil edir. Nəticədə kitabdan daha səmərəli oxunulması təmin olunur. Kitabı alan hər bir oxucuya 2022-2023-cü il üçün proqramda nəzərdə tutulan ən son yeniliklərin izahı da PDF formatında hədiyyə olunur. Müəllif hər bir oxucuya uğurlar diləyir. Kitabı poçtla da istənilən rayona çatdırmaq mümkündür.

Miq üçün vəsait

“İnformatika dərslikləri MİQ sualları tam əhatə etmir, namizədlərin hazırlığı üçün vahid vəsaitlərin olması vacibdir”

Bir müddət öncə Baş nazir Əli Əsədovun qərarı ilə İnformatika fənninin I qrupa əlavəsi təsdiqləndi. Daha sonra isə Dövlət İmtahan Mərkəzi imtahana hazırlaşanlara metodik köməklik baxımından vəsaitin hazırlandığını açıqladı.

Bütün bunlar hər şeyin texnologiya ilə tənzimləndiyi müasir dünyada şagirdlərin İnformatika fənni üzrə daha ciddi hazırlığı baxımından dərs vəsaitlərilə yanaşı, keyfiyyətli pedaqoji kadrların da məktəblərə cəlb olunması amilinə də diqqət çəkir.

Belə olan təqdirdə Müəllimlərin işə qəbulu müsabiqəsində İnformatika fənni üzrə nə kimi dəyişiklik və yeniliklərin olması zəruridir?

Mövzu ilə bağlı AzEdu.az-a danışan İT mütəxəssisi, İnformatika müəllimi Tural Sofuyev mövcud vəziyyəti dəyərləndirib.

Mütəxəssis müəllimlərin işə qəbul müsabiqəsində İnformatika fənni üzrə vahid portalın yaradılmalı olduğunu bildirib:

“Belə deyək, vahid vəsait olmalıdır ki, müəllimlər rahat hazırlaşa bilsinlər. Əgər imtahanda düşən suallar sırf dərsliklər əsasında hazırlanır və təqdim olunursa, digər fənləri deyə bilmərəm, İnformatika üzrə düşən suallar demək olar ki, heç dərslikləri əhatə etmir. Bu istiqamətdə İnformatika dərsliklərinin yenilənməsi xüsusi olaraq vacibdir. İstər abituriyentlərin universitetlərə qəbul, istərsə də müəllim namizədlərin işə qəbul imtahanlarına hazırlığı baxımından dərsliklərin yenilənməsi vacib amildir. Yəni, tutarlıq dərsliklərin olması zəruridir. Hazırda istifadə olunanlar bu tələbləri tam şəkildə əhatə etmirlər”.

Müəllim, namizədlərin müsabiqəyə hazırlığının daha yaxşı həyata keçirilməsi üçün vahid vəsaitlərin zəruriliyinə diqqət çəkib:

“İmtahan hazırlaşan namizədlər üçün ən əsas amil vahid vəsaitlərin olmasıdır. Necə ki, magistratura səviyyəsinə hazırlaşanlar üçün İnformatikadan vahid materiallar, vəsaitlər mövcuddur, eyni şey MİQ-ə hazırlaşanlar üçün də tətbiq edilməlidir. Vəsaitlər namizədlərin daha yaxşı və rahat hazırlaşması üçün zəmin yaradır. Əks təqdirdə, müəllimdə hazırlaşmaq üçün hansı materiallardan istifadə etməsi, necə hazırlaşması ilə bağlı suallar yaranır”.

O, son olaraq,-“Ona görə də ya suallar sinif tədrslikləri əsasında tam əhatə olunacaq şəkildə qurulmalıdır, ya da müəllimlərin hazırlaşması üçün vahid vəsaitlər istifadəyə verilməlidir”-deyə bildirib.

Comments are closed, but trackbacks and pingbacks are open.