Press "Enter" to skip to content

Miq imtahanı 2022

56 yaşlı Xalq artistinin bu fotoları maraqla qarşılandı – FOTOLAR

MİQ üçün sənəd qəbulu iyunun 3-də başlayır

İyunun 3-də 2022-2023-cü tədris ili üçün keçiriləcək dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start verilir.

Təhsil Nazirliyindən verilən məlumata görə, müsabiqədə iştirak etmək istəyən namizədlər iyunun 10-u saat 11:00-dək www.miq.edu.az linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Müəllimlərin işə qəbulu müsabiqəsində orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edə bilərlər. Həmçinin müsabiqədə iştirak etmək istəyən şəxs hazırda dövlət ümumi təhsil müəssisəsində müddətsiz müqavilə əsasında müəllim olaraq fəaliyyət göstərirsə, müddətsiz əsaslarla təyin olunduğu müəssisədə 3 ildən artıq fəaliyyət göstərdiyi halda müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edə bilər.

Qeyd edək ki, cari il üzrə keçiriləcək müsabiqədə edilmiş dəyişikliklərə əsasən, müsabiqənin vakansiya seçimi mərhələsində ilk növbədə şəhid ailəsinin üzvləri iştirak edəcəklər. Eyni zamanda müsabiqədə həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi ümumi təhsil müəssisələrində 3-5 il ərzində fasiləsiz olaraq işləyən müəllimlərin imtahan nəticəsi 1,05, 5 il və daha artıq müdətdə fasiləsiz işləyən müəllimlərin imtahan nəticəsi isə 1,1 artım əmsalı ilə hesablanacaq.

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Miq imtahanı 2022

Müəllim müqəddəsdir, bütün dövrlərdə bu peşə sahiblərinin üzərinə böyük vəzifələr düşüb. İnsanlara bilik vermək, elm öyrətmək kimi mühüm vəzifənin öhdəsindən yalnız onlar gəlir.

Müəllimlər cəmiyyətin memarlarıdır desək, yəqin ki, səhv etmərik. Bu danılmaz bir həqiqətdir ki, hər kəsin layiqli vətəndaş kimi formalaşmasında müəllimlərimizin əvəzsiz xidmətləri vardır.

Minlərlə müdavim hər il Təhsil Nazirliyi tərəfindən keçirilən Müəllimlərin İşə Qəbul imtahanında iştirak edərək bu şərəfli ada nail olur.

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış şəxslər iştirak edə bilər.

İmtahan hər ilin yay aylarında ( iyun və ya iyul) keçirilir. Müsabiqədə iştirak etmək istəyən namizədlər 5 iyun tarixindən qeydiyyatdan keçməlidirlər.

MİQ müsabiq

Müsabiqə 3 mərhələdən ibarətdir:

2. Vakant yerlərin seçimi

3. Müsahibə mərhələsi

MİQ 2022

Bildiyiniz kimi 2022 ci ildə Müəllimlərin İşə Qəbulu imtahanında bəzi dəyişikliklər edildi.Beləki imtahan 60 sual və 100 ballıq sistemlə olacaq. İxtisas 1 sual 2 balla , tədris metodikası və təlim strategiyası 1 sual 1balla qiymətləndiriləcək.İxtisas 80 bal ,tədris metodikası və təlim strategiyası 20 bal ümumi bal sistemi 100 baldır.Keçid balı 50 bal müəyyənləşdirilib. Əvvəlki illərdən fərqli olaraq bu il test mərhələsində 4 səhvə görə 1 doğru cavab silinəcək.

– Yeni qaydalara əsasən, səhv cavablandırılan test tapşırıqları İxtisas üzrə 1 səhv cavablandırılmış sual -0,5 bal, tədris metodikasi üzrə isə -0,25 bal şəklində hesablanaraq namizədin imtahan nəticəsindən silinəcək.

Bundan əlavə Müsabiqədə həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi ümumi təhsil müəssisələrində 3-5 il ərzində fasiləsiz olaraq işləyən müəllimlərin imtahan nəticəsi 1,05,

5 il və daha artıq müdətdə fasiləsiz işləyən müəllimlərin imtahan nəticəsi isə 1,1 artım əmsalı ilə hesablanacaq. Məsələn, həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi məktəbdə 3-5 il ərzində fasiləsiz çalışan və hazırda həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi məktəbdə fəaliyyətini davam etdirən müəllimin imtahan nəticəsi 72 baldırsa, bu nəticə 1,05 artım əmsalına vurularaq 75,6 bal kimi hesablanacaq. Həmin müəllim 5 il və artıq müdətdə həvəsləndirmə tədbirlərinindaha tətbiq edildiyi müəssisədə işləyirsə, bu halda onun imtahan nəticəsi (72 bal) 1,1 artım əmsalına vurularaq 79,2 bal kimi hesablanacaq.

Dəyişikliklərə əsasən, əvvəlcə vakant yer seçmək imkanı müəllimlərin işə qəbulu üzrə müsabiqədə minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinə veriləcək.

Müəllimlərin müddətsiz əmək müqaviləsi əsasında işə qəbulu müsabiqənin yalnız əsas turunda həyata keçiriləcək.

Müsabiqənin əsas turundan sonra keçirilən turlarda və tədris ili ərzində yaranan yeni vakant yerlərə yalnız müddətli əmək müqaviləsi əsasında işə qəbul həyata keçiriləcək.

Başqa bir dəyişiklik bundan ibarətdirki hazırda işləyən müəllimlər imtahanda iştirak edə bilməyəcaklər.

Digər imtahan iştirakçıları ilə yanaşı, hazırda dövlət ümumi təhsil müəssisələrində müddətsiz əsaslarla çalışan müəllimlər təyin olunduğu müəssisədə 3 ildən artıq fəaliyyət göstərdikləri halda müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edə bilərlər.

Yerdəyişmə ilə bağlı da müəyyən dəyişiklik edilib.

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində vakansiya seçimində ilk növbədə müddətsiz əmək müqaviləsi ilə çalışan şəhid ailəsi üzvü olan müəllimlər iştirak edəcəklər.

Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin dəyişdirilməsi Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla həyata keçiriləcək. İş yerini bu regionlara (Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu) dəyişmək istəyən şəxslər müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edərək yerdəyişmə edə bilərlər.

EDU Company MİQ hazırlığı necə keçirilir?

EDU Company Təhsil Şirkətində də Azərbaycan və Rus bölmələri üzrə MİQ və Sertifikasiya imtahanına hazırlıqlar keçirilir.

-Hazırlıqlarımız həm online , həm də əyani şəkildə tədris olunur.

Əyani və online yeni açılmış Miq qruplarımız var .Dərslər peşəkar müəllimlər tərəfindən keçirilir.Qruplarımızda ən çox halda 10 tələbənin iştirakına icazə verilir.

Online dərslərimiz Zoom programı ilə görüntülü şəkildə keçirilir və hər bir fənn ayrı ayrılıqda həftədə 2 dəfə 80 dəqiqə olmaqla keçirilir.Dərslər bitdikdən sonra dərslərin vidio izahları telegram qruplarına atılır.Əksər Tədris Mərkəzlərindən fərqli olaraq bizim online dərslərimizdə də maxsimum tələbə sayı 10 tələbə olur və dərslər whatsap üzərinə deyil canlı şəkildə keçirilir.

– Dərslər ixtisas və təlim strategiyaları və metodika fənləri üzrə peşəkar müəllim kollektivi tərəfindən aparılır.

– Qəbul səviyyəsində ayda 2 dəfə ödənişsiz Ümumi sınaq imtahanları təşkil olunur.

– Əyani dərslərimiz hər fənn həftədə 2 dəfə 90 dəqiqə olmaqla tədris olunur.

– Yüksək nəticə toplayan müdavimlərimizə əməkdaşlıq təklif olunur.

– Keyfiyyətli tədris və münasib qiymətlər sizə təklif olunur.Bu ayının sonuna Ramazan ayına özəl xüsusi endirimlər olacaq.

Əyani və online son açılan qruplara qeydiyyat davam edir.Tələsin və müəllim adını bizimlə qazanın.

Keçən ilki (2021) nəticələrimizdən az bir hissəni siz də tanıyın .

MİQ üçün sənəd qəbulu başa çatdı

Təhsil Nazirliyindən Manşet.az-a verilən xəbərə görə, müsabiqədə iştirak etmək istəyən namizədlər 10 iyun saat 11:00-dək www.miq.edu.az linkinə daxil olaraq qeydiyyatdan keçiblər.

Müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edə bilərlər. Həmçinin müsabiqədə iştirak etmək istəyən şəxs hazırda dövlət ümumi təhsil müəssisəsində müddətsiz müqavilə əsasında müəllim olaraq fəaliyyət göstərirsə, müddətsiz əsaslarla təyin olunduğu müəssisədə 3 ildən artıq fəaliyyət göstərdiyi halda müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edə bilər.

18 Mart – 16:40

Bakıda kütləvi ZƏHƏRLƏNMƏ – YENİLƏNDİ

17 Mart – 23:08

“Sizin kimilərin beynini işlədirəm” – Elza Seyidcahan (VİDEO)

18 Mart – 09:10

Moskvada “pul yağışı” yağdı – VİDEO

17 Mart – 23:53

Mahir oynadı, komandası “Qalatasaray”a qalib gəldi

17 Mart – 22:34

Zirvə görüşündə İlham Əliyevin ermənilərə qoyduğu şərt – VİDEO

17 Mart – 22:12

“Qarabağ”ın bu futbolçuları “Qalatasaray”a qarşı oynamayacaq – SİYAHI

17 Mart – 22:57

Məleykə Abbaszadədən şagirdlərə xəbərdarlıq – VİDEO

18 Mart – 11:31

Piyadanı vurub qaçan blogerə hökm oxundu

18 Mart – 12:12

Mehriban Əliyeva Talış kəndindən paylaşımlar etdi – FOTO

18 Mart – 10:09

Tanınmış fotoqraf VƏFAT ETDİ – FOTO

17 Mart – 23:48

Lukaşenko və Putin Azərbaycandan keçəcək nəqliyyat dəhlizini müzakirə etdi

18 Mart – 14:30

İlham Əliyev və xanımı Tərtərə səfər etdilər – YENİLƏNDİ

17 Mart – 23:39

Bu gün 4 nəfər koronavirusdan vəfat etdi

18 Mart – 10:58

56 yaşlı Xalq artistinin bu fotoları maraqla qarşılandı – FOTOLAR

17 Mart – 22:22

Bakıda binanın fasadından qopan daşlar avtomobilə ciddi ziyan vurdu – VİDEO

Comments are closed, but trackbacks and pingbacks are open.