Press "Enter" to skip to content

Навваб, Мир Мохсун

Nəvvab musiqini inkişaf etdirmək məqsədilə İrəvanda oturan müctəhid Fazil İrəvaniyə müraciət etmiş, ondan musiqi işləri ilə əlaqədar rəsmi surətdə icazə almaq istəmişdir. O vaxt Fazil İrəvani Zaqafqaziya müsəlmanlarının dini qanun və ehkamlarını başa salan, onları şərh edən baş ruhani idi. Lakin Fazil İrəvanı çalğıya və zəngulə ilə oxumağa icazə verməmişdir. Onun cavabı belə idi: “Musiqi elmini öyrətmək və öyrənməyin eybi yoxdur, hətta vacibdir. Amma onu təcrübədə işlətmək caiz deyil”.

Mir möhsün nəvvab rəsmləri

Mir Mohsun Hacı Mirəhəməd oğlu Nəvvab (Mir Mohsun Nəvvab) 1833-cu ildə Şuşa şəhərində anadan olmuşdur. İlk təhsilini mollaxanada almışdır. Qısa müddətdə yaxşı bir müəllim kimi tanınan Nəvvab, həm də şair kimi şohrət tapmışdır. Şuşada yaşayan şairlər Nəvvabın ətrafına toplaşmış və o, Şuşada qiraətxana, “Usuli-cədid” məktəbi, şəxsi mətbəə və cildxana, “Məclisi-fəramuşan” adlı ədəbi məclisini təşkil etmiş və bu məclisə başcılıq etmişdir. Şairliklə bərabər Nəvvab, rəssamlıqla da məşğul olmuşdur. Şuşada Boyuk məscidin minarələrində, dərs dediyi məktəbin və digər tikililərin ornamental divar rəsmləri, akvarellə cəkdiyi, fantastik sujetli və dini məzmunlu illustrasiyaları, kitablara verdiyi bədii tərtibatı və s. rəssamlıq sənətinə bələdliyini subut etmişdir. Nəvvabın çəkdiyi illüstrasiyalar XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycanda kitab tərtibatının inkişafına bцyьk təsir gostərmişdir.

XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycanda təsviri sənətin inkişafında əhəmiyyətli təsiri olan nəfis xəttlə yazdığı əlyazmaları və şəxsi mətbəəsində litoqrafiya usulu ilə cap etdiyi bədii tərtibatlı kitabları Azərbaycan Respublikası Elmlər Akademiyası Əlyazmaları İnstitutunun arxivində saxlanılır.

1913-cu ildə Mir Mohsun Nəvvabın yazdığı iki kitab ona təkcə Azərbaycanda deyil, vətənimizin hududlarından kənarda da şöhrət qazandırmışdır. “Təzkireyi-Nəvvab” adlı birinci kitabında o, XVIII əsrin sonu- XIX əsr Qarabağ şairlərinin həyat və yaradıcılığını işıqlandırmış, onların əsərlərindən parçalar vermişdir. “Kifayət ul-ətfal” adlı ikinci kitabında dəqiq elmlərdən bəhs olunur. Azərbaycan musiqisinin tarixi və nəzəriyyəsi ilə yaxından tanış olan Nəvvab klassik Şərq musiqisi haqqında “Dər elmi musiqi vuzuh ulərqam” (“Musiqi elmində rəqəmlərin aydınlaşdırılması”, 1913) əsərini yazıb nəşr etdirmişdir. Riyazi əsaslarla musiqini təhlil etməyə cağıran Nəvvab bu əsəri ilə musiqi aləmində cevriliş etmişdir. XX əsrin əvvəllərində “Elektron musiqi” kimi tanıdığımız musiqinin yaradılma ehtimalını Nəvvab əvvəlcədən gormuş, Azərbaycan musiqi ifacılığı təcrubəsini umumiləşdirmiş, muğamlarımızın təsnifatını vermişdir. Bundan başqa o, muğamlarımızı orijinal sistemə salmış və bu sistemi 5 cədvəldə əks etdirmişdir. Mir Mohsun Nəvvab 1918-ci ildə Şuşa şəhərində vəfat etmiş və orada da dəfn edilmişdir.

I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib

I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.

Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib

Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak.

Muzeyə Qarabağ şəhidinin materialları daxil olub

II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar.

Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib

MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç.

Muzeydə Lütfi Zadə irsi təbliğ edilir

Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-.

Hörmətli izləyicilər!

Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid.

Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib

Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (.

Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.

AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr.

Навваб, Мир Мохсун

Мир Мохсун Навваб (азерб. Mir Möhsün Nəvvab ) (1833-1918) – азербайджанский художник, каллиграф, теоретик музыки, поэт.

Биография

Родился в 1833 году в Шуше, в семье Хаджи Сейида Ахмеда. Получив в духовной школе начальное образование, освоил арабский, фарсидский и турецкий языки. В дальнейшем в медресе Аббаса Сараджалы изучал астрономию, химию, математику и др. науки.

Творчество

Мир Мохсун Навваб за работой

Навваб участвовал в культурной и общественной жизни города. Он писал стихи и публиковал книги, в открытой им же типографии. Он также преподавал в школах – «мектебах» и издал свыше двадцати книг, посвящённых различным отраслям науки и искусства. Он создал музыкальные собрания – «меджлисы,» такие как художественный «Меджлиси-фарамушан», музыкальный «Меджлиси-ханенде». На этих меджлисах присутствовали поэты: Абдулла бек Аси, Фатма ханум Кяминя, Мешади Еййуб Баги, Хан Гарабаги, Абдулла Гасан Шахид, певцы: Гаджи Хюси, Мешади Джамиль Амиров, Ислам Абдуллаев, Сеид Шушинский и др. Эти собрания были тесно связаны с собраниями «Меджлиси-унс» в Шуше, «Бейтус-Сафа» в Шемахе, «Маджмауш-шуара» в Баку.

Поэзия

Мир Мохсун Навваб (справа) и Гасаналиага-хан Карадаги

Среди его трудов большой интерес представляет «Тазкирейи-Навваб», где собрана подробная информация о жизни и творчестве более чем ста карабахских поэтов XIX века. Вскоре в 1913 году она была опубликована в Баку.

Химия и астрономия

Он увлекался также химией и астрономией. У семя дома Мир Мохсун создал химическую лабораторию и установил два телескопа. В своей книге «Кифаятул-атфал», которая в 1899 году была издана как учебник, он создал таблицы о размещении небесных тел и о солнечных затмениях. В книге «Насихатнаме» им были даны свыше пятиста указаний по химии. Его этические взгляды переданы и в трудах «Нурюл-Анвар» и «Панднаме».

Изобразительное искусство

«Птицы». Мир Мохсун Навваб. 1874-1875

Занимался Навваб также изобразительным искусством. Им созданы несколько рисунков акварелью, книжных миниатюр и узоров на нескольких зданиях и мечетях. Для его творчества характерны плоскостно-декоративные орнаментальные стенные росписи, рисунки с изображением цветов и птиц с попыткой объемной моделировки, иллюстрации к собственным рукописям («Бахр-уль Хазан» (Море горестей), 1864). Интересен также «портрет Тимура», выполненный им акварелью в 1902 году и хранящийся ныне в Азербайджанском музее искусств в Баку.

Музыка

Основная статья: Мугам
Мугам, в исполнении трио азербайджанских устадов (начало XX века)

Его музыкальный трактат «Вюзухул-эргам» впервые был издан в 1913 году в Баку. Здесь он дал подробное описание мугамов, отдельных дястгахов, расскрыл тему происхождения их названий, этимологии, связи их с поэтическими произведениями, отношениям между слушателем и исполнителем, касался проблемы их размещения с точки зрения акустики.

Навваб впервые использовал термин «дястгах». Он упомянул известных в то время в Карабахе шесть дястгахов: «Раст», «Махур», «Шахназ», «Рахави» (или Рахаб), «Чахаргар» и «Нава». По словам Навваба содержание того или иного исполняемого дястгаха зависит от вкуса и способности исполнителя. В своём произведении им упомянуто 82 песен и мугамов, исполняемых в то время в Карабахе. С местом происхождения и именами, принимавших в их создании участия, людей он связывал названия мугамов «Азербайджан», «Нишабур», «Забули», «Багдади», «Ширвани», «Гаджары», «Шах Хатаи» и др. Он связывал мугам «Раст» со свежестью весны, «Махур» с шумом воды, «Шахназ» с песней соловьёв, «Рахави» с каплями дождя, «Чахаргар» с грохотом молнии, «Нава» со страданиями влюблённых, «Дюггах» с фонтаном подземных источников, «Ушшаг» с плавным полётом птиц, «Уззал» с движением метеоритов.

По его словам мугамы «Ушшаг», «Нава» и «Бусалик» воодушевляют человека к мужественным поступкам, а «Рахави», «Бозарг», «Зангула», «Зирафкенди», «Хусейни» содержат грустные мотивы. Произведение кончается словами: «Это произведение написано для повышения силы науки Родины (азерб. Bu risalə Vətən elminin qüdrətini artırmaq məqsədilə yazılmışdır )»

Известна также его работа «Кяшфул-хагигяти-мансави».

Скончался Мир Мохсун Навваб в 1918 году в Шуше.

Ссылки

  • Мир Мохсун Навваб в Большой Советской Энциклопедии
  • Мир Мохсун Навваб Гарабаглы (азерб.)

Литература

  • Миклашевская Н. М., Художники 19 в. Мирза Кадым Эривани и Мир Мохсун Навваб, в кн.: Искусство Азербайджана, [т.] 4, Баку, 1954, с. 102-108.

Azərbaycan Milli Elmlər Akademiyası

Nəvvab Mir Möhsün Ağamirzəzadə Qarabaği 1833-cü ildə Şuşada anadan olmuş, orada yaşayıb-yaratmış və 85 yaşında Şuşada vəfat etmişdir. Nəvvab ilk təhsilini Şuşanın ruhani məktəbində almış, ərəb, fars və türk dillərini mükəmməl öyrənmiş, sonralar rus dilini də mənimsəmişdir. O, Molla Abbas Sarıcəlinin mədrəsəsində oxumuş, riyaziyyat, astronomiya, kimya və digər elmlərə yiyələnmişdir. Sonralar Nəvvab təhsilini sərbəst davam etdirmiş, biliyini daim artırmış, dövrünün tanınmış ziyalılarından olmuşdur. Çoxşaxəli yaradıcılığa malik Mir Möhsün Nəvvab bir çox sahələrdə – ədəbiyyat, musiqi, rəssamlıq, nəqqaşlıq və başqalarında dərin iz qoyub getmişdir. Onun araşdırmaları, fikir və mülahizələri iyirmidən artıq əsərində öz əksini tapmışdır. O, həm də yağlı boya ilə çəkilmiş bir sıra rəsmlərin, miniatürlərin müəllifidir. Onun “Quşlar”, “Güllər”, “Teymurun portreti” rəsmləri xüsusilə məşhurdur.

Mir Möhsün Nəvvabın kitabları arasında musiqiyə aid “Vüzuhül-ərqam” risaləsi, “Təzkireyi-Nəvvab”, “Nəsihətnamə”, 1905-1906-cı illərdə erməni-müsəlman savaşına aid kitabı, “Kəşfül həqiqeyi-məsnəvi”, “Kifayətül-ətfal”, “Nurül-Ənvar” və başqalarını göstərmək olar.

M.Nəvvab Şuşada “Məclisi-fəramuşan (Unudulmuşların məclisi)” və “Musiqiçilər məclisi”ni yaratmışdır. Bu məclislər tək Şuşanın deyil, bütün Azərbaycan sənətinin inkişafında böyük rol oynamışlar. Nəvvab özünün çap maşınında bir çox Azərbaycan şairlərinin şeirlərini çap edib yayırdı. O vaxt Azərbaycanın şimalında Bakı və Şuşadan başqa heç bir yerdə mətbəə yox idi. Nəvvabın Şuşa şəhərinin mədəni inkişafında rolu böyük olmuşdu. O, əvvəlki ruhani məktəblərindən, mədrəsələrdən fərqli olaraq “üsuli cədid” məktəbləri açmış, bu məktəblərdə, coğrafiya, tarix, ədəbiyyat, dil dərsləri keçirilirdi. Nəvvabın özü də bu məktəblərin birində dərs deyirdi.

Məktəblərdə dinin göstərişinə görə şəkil çəkmək qadağan olduğundan Novruz bayramına 3-4 gün qalmış şagirdlərə “kətələr” deyilən, şeirlə yazılmış və qıraqları şəkillərlə bəzədilmiş, Nəvvabın əl mətbəəsində çap edilmiş vərəqlər paylanırdı. Uşaqlar “kətə” paylanan günü həsrətlə gözləyirdilər.

1903-cü ildə Nəvvab Şuşada kitabxana və qiraətxana açır. Bura müxtəlif şəhərlərdən qəzet və jurnallar gəlirdi. Qiraətxana müxtəlif illərdə “Molla Nəsrəddin”, “İqbal”, “Səda”, “İrşad”, “Şərqi-rus” və digər jurnal və qəzetləri alırdı. Yenə Bakıdan “Əkinçi”, Tiflisdən “Zİya”, “Kəşkül”, Hindistandan “Həblül-mətin” qəzetlərini və s. alırdı.

Nəvvabın yaratdığı “Məclisi-fəramuşan” məclisinə Abdulla bəy Asi, Fatma xanım Kəminə, Məşədi Əyyub Bakı, Həsənəli xan Qarabağı, Abdulla Həsən Şahid, Mirzə Xosrov və digər şairlər daxil idi. Onlar bir-birləri ilə, həm də 1872-ci ildə Şuşada yaranmış və Xurşudbanu Natəvanın rəhbərlik etdiyi “Məclisi-üns” ədəbi məclisinin üzvləri ilə şeirləşirdilər. Nəvvab Natəvanın oğlunun ölümünə şeir də yazmışdı. “Məclisi-fəramuşan”ın üzvləri Azərbaycanın digər şəhərlərindəki məclislərlə də, o cümlədən, Şamaxıdakı “Beytüs-Səfa” (bu məclisə məşhur şair S.Ə. Şirvani rəhbərlik edirdi), Bakıdan “Məcməüş-şuara” ilə şeirləşirdilər.

“Təzkireyi-Nəvvab” antologiyasında Nəvvab yüzə qədər Qarabağ şairi haqqında məlumat vermişdir. Belə ki, Nəvvab yazdığı dibaçələrdə, yəni müqəddimələrdə Vaqif, Vidadi, Xurşidbanu Natəvan, Zakir və digər şairlər haqqında məqalələr yazmışdır.

Nəvvabın yüksək bədii zövqü var idi. Bu onun poeziyasında, kitablarının bədii tərtibatında, şəxsi evinin, işlədiyi məktəbin, Şuşanın “Böyük məscidinin” iki minarəsinin naxışlarının vurulmasında, formasında və s. özünü büruzə vermişdir.

Nəvvabın kitab sənətinin inkişafında rolu xüsusilə böyükdür. Nəvvabın “Bəhrül-həzan” kitabının 5 illüstrasiyasında verilmiş miniatürlər bədiiliyinə, rəng çalarlarına görə klassik miniatürlərdən daha çox Şəki xan sarayının frizlərini xatırladır.

Nəvvabın çoxşaxəli yaradıcılığında onun astronomiya, riyaziyyat, kimya və digər elmlərə aid görüşləri də maraq doğurur. Nəvvab özünə məxsus teleskopla planetləri, ulduzları müşahidə etmiş, hətta modelini də düzəltdirmişdi.

Çoxlu sxemdən və hərfdən ibarət “Cəfəri came-mürtəzevi” əsəri xüsusi lüğətə bənzəyir.

“Nəsihətnamə”, “Kifayətül-ətfal”, “Nurul-Ənvar”da onun alim və pedaqoq kimi psixoloji və etik görüşləri əks olunmuşdur.

M.M.Nəvvab elmlərə böyük əhəmiyyət verirdi. O, “Elm və hünərdən yadigar qoymaq yaxşıdır, nəinki mal və əmlakdan” – deyirdi. Nəvvab sözə, nitq mədəniyyətinə xüsusi əhəmiyyət verirdi. O deyirdi ki, “Söz yalnız o vaxt təsirli olur ki, yerində işlənsin. Cəvahir kimi gözəl kəlimatları bimövqe yerde və biviquf kəslərə demə ki, biqədir və biqiymət olsun”. Nəvvab haqq, həqiqət tərəfdarı idi. O, “Güman zənni ilə heç kəsi günahkar bilib, onun təqsirinə şəhadət etmə” – deyə tövsiyə edirdi.

M.M.Nəvvabın 1905-ci ildə yazdığı “Qafqaz erməni tayfası ilə müsəlmanların vuruş və iğtişaş tarixləri” adlı son dərəcə əhəmiyyətli, bu gün ilə səsləşən və ortaya atılmış süni Dağlıq Qarabağ probleminin tarixi köklərinin öyrənilməsi üçün qiymətli mənbə olan bu əsər yalnız 1993-cü ildə, yəni yazıldığından 88 il sonra nəşr edilmişdir.

Bu kitabı oxuyarkən, Nəvvabın qələmə aldığı erməni-müsəlman davası ərzində, ermənilərin Bakıda, İrəvanda, Navçıvanda, Təbrizdə, Şuşada, Tiflisdə, Gəncədə və başqa şəhərlər, kəndlərdə azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri, zülmü təsvir edən hadisələr və faktlar ilə tanış olduqda, genosidin məhz ermənilər tərəfindən həyata keçirildiyi bir daha aydın olur. Nəvvabın əsərində qeydə alınmış hadisələri oxuduqda tarixin təkrar olunduğuna, hadisələrin bu gün ilə tam səsləndiyinə əmin olursan (Xocalı faciəsi və müharibənin davamı nəzərdə tutulur).

Nəvvabın musiqi elmi və ifaçılığı sahəsində fəaliyyəti xüsusilə maraqlıdır. O, 19-cu əsrin 80-ci illərində Hacı Hüsü ilə bərabər, əvvəldə də qeyd etdiyimiz kimi, “Musiqiçilər məclisi”ni yaradır. Bu məclisdə musiqi sənətinin estetik problemləri, xanəndələrin ifa üsulu, klassik muğamlarla oxunan şeirlər və digər problemlər müzakirə olunurdu. Bu məclisə öz dövrünün məşhur xanəndələri və musiqiçiləri daxil idi. Hacı Hüsü, Cəmil Əmirov, İslam Abdullayev, Seyid Şuşinski, Sadıxcan və başqa bir çox musiqiçilər ilk təhsillərini məhz bu məclisdə almışlar.

Nəvvab musiqini inkişaf etdirmək məqsədilə İrəvanda oturan müctəhid Fazil İrəvaniyə müraciət etmiş, ondan musiqi işləri ilə əlaqədar rəsmi surətdə icazə almaq istəmişdir. O vaxt Fazil İrəvani Zaqafqaziya müsəlmanlarının dini qanun və ehkamlarını başa salan, onları şərh edən baş ruhani idi. Lakin Fazil İrəvanı çalğıya və zəngulə ilə oxumağa icazə verməmişdir. Onun cavabı belə idi: “Musiqi elmini öyrətmək və öyrənməyin eybi yoxdur, hətta vacibdir. Amma onu təcrübədə işlətmək caiz deyil”.

Nəvvab ruhani qardaşlarına bildirir ki, musiqi elmi ilə qüdrətli və bacarıqlı alimlər məşğul olmuşlar. Bütün dövrlərdə, əsrlərdə onlar elmin ləzzətini dünyanın cəmi ləzzətindən artıq hesab etmişlər. O qeyd edir ki, bu risaləni yəni “Vüzuhül-ərqam”ı yazmaqda bizim də elmiyyədən savayı bir niyyətimiz yoxdur. Nəvvabın yaşadığı dövrü, dini ehkamların sürdüyü tələbləri nəzərə alsaq onun bu fikrinin müasirliyi və mütərəqqiliyi tam aydın olur.

M.M.Nəvvabın müasiri böyük dramaturq M.F.Axundovun artıq xrestomatik olan sözlərini yada salaq: “Nəğamat çalma, haramdır, nəğamata qulaq asma haramdır, nəğamat öyrənmə, haramdır, teatr, yəni tamaşaxana qayırma, haramdır, teatra getmə, haramdır, rəqs etmə məkruhdur, rəqsə tamaşa etmə, məkruhdur, saz çalma, haramdır, saza qulaq asma, haramdır, şərtrənc oynama, haramdır, nərd oynama, haramdır, rəsm çəkmə, haramdır, evdə heykəl saxlama, haramdır”.

Belə bir “haramlıq” mühitində M.M.Nəvvabın millətin geri qalması barədə təəssüflə dediyi aşağıdakı sözlər necə də təbii səslənir: “Cəmi millətlər qəribə olan elmlər və əcaba olan sənətlər ixtira etməklə tərəqqeyi-tam tapıb, özlərini məqam rüfətə yetiriblər. Amma bizim millətimiz o elmlər ki, onların əlindədir, bitamam tərk etməklə mədəniyyət aləmindən uzaqlaşıb və millətlərdən geri qalıblar və elmlər bilmərrə mündəriş olub xatirələrdən məhv və fəramuş olub”.

Nəvvab “Vüzuhül-ərqam” (Rəqəmlərin izahı) risaləsini 1884-cü ildə Şuşada yaradıcılığının ən kamil dövründə yazmışdır. Risalə yalnız 1913-cü ildə Bakıda Orucov qardaşlarının mətbəəsində çap edilmişdir. İkinci dəfə isə risalə 1989-cu ildə Bakıda ön söz, lüğət və şərhlərlə “Elm” nəşriyyatında mənim tərəfimdən çapa hazırlanmışdır. 1983-cü ildə Səmərqənd şəhərində keçirilən ikinci Beynəlxalq musiqişünaslıq simpoziumunda mən “Mir Möhsün Nəvvab və onun “Vüzuhül-ərqam” risaləsi” adlı məruzə ilə çıxış etmişdim. Məni tarda görkəmli tarzən Bəhram Mənsurov Nəvvabın risalədə verdiyi cədvələ əsasən müşayiət edirdi. “Vüzuhül-ərqam” Azərbaycan musiqisi barədə Azərbaycan dilində köhnə əlifba ilə yazılmış və nəşr olunmuş yeganə risalə idi (Risalədə fars və ərəb dillərində yazılmış parçalar da vardır). Qeyd etmək lazımdır ki, Şərqdə risalələrin az yazılan bir dövründə Şuşada belə bir əsərin yaranması xüsusi maraq doğurur və əhəmiyyətlidir. Ü.Hacıbəyli “Azərbaycan xalq musiqisinin əsasları” tədqiqatında Azərbaycanın məşhur musiqişünasları Səfiyəddin Urməvi və Əbdülqadir Marağaidən sonra Nəvvabın adını çəkmiş və onun “Vüzuhül-ərqam” risaləsində Yaxın Şərq xalqlarının qədim musiqisindən bəhs olunduğunu qeyd etmişdir.

“Vüzuhül-ərqam” risaləsində musiqinin əmələ gəlməsi, onun təbabətlə əlaqəsi, şeirlə muğamın bağlılığı, estetika məsələləri, səsin akustikası, dəstgahların tərkibi, muğamlarda rəqəmlərin izahı kimi məsələlər, o cümlədən, muğamların adları, musiqi alətləri haqqında məlumat verilmişdir. Nəvvab risalədə orta əsr traktatlarında geniş işıqlandırılmış bəzi məsələlərə toxunmamışdır. Onun əsərinin əsas istiqaməti praktiki məqsəd daşımışdır. Bu da əsasən orta əsrlərdən sonra yazılmış risalələr üçün xas idi. Bu risalələr muğamların öyrənilməsi üçün kütləvi dərslik kimi də nəzərdə tutulmuşdur.

M.M.Nəvvabın “Vüzuhül-ərqam” risaləsinin ən böyük və əsas hissəsi muğamlar və onların quruluşu haqqındadır. Risalənin bu hissəsində muğamlarla əlaqədar rəqəmlər verilir və onların mənası aydınlaşdırılır. “Vüzuhül-ərqam” ərəbcədən tərcümədə rəqəmlərin izahı deməkdir. Nə üçün müəllif risaləni belə adlandırmışdı? Məhz ona görə ki, əsrlər boyu musiqi riyaziyyat elmi ilə sıx əlaqədə olmuş, inkişaf etmişdir. Əgər biz orta əsr risalələrinə müraciət etsək, buna tam əmin ola bilərik. Risalədə Nəvvab muğamla əlaqədar 4, 7, 12, 24, 48 rəqəmlərini izah edərək yazırdı ki, 4 sout, yəni səs, 7 pərdə, 12 məqam, 24 şöbə, 48 guşə, 15 avaz var, onlardan bəzisi zil, bəzisi bəmdir. (Qeyd edək ki, Nəvvabda avazların sayı ümum Şərq musiqi elmində qəbul olunmuş 6 əvəzinə 15 göstərilmişdir)

Risalənin qiymətli hissələrindən biri muğam dəstgahlarının quruluşu haqqında olan bölmədir. Nəvvab ilk dəfə olaraq altı muğam dəstgahın (Rast, Mahur, Şahnaz, Rəhavi, Çahargah, Nəva) quruluşunun, hansı şöbələrdən ibarət olmasını göstərmişdir. Qeyd etmək lazımdır ki, Nəvvab elmi ədəbiyyatda muğam dəstgahı terminini və anlayışı barədə məlumat verən ilk müəlliflərdəndir.

Risalədə Nəvvab elmi əhəmiyyəti olan 5 cədvəl də təqdim etmişdir. Muğamların emosional təsiri ilə əlaqədar, Nəvvab muğam ifaçılığının vacib məsələsi olan musiqinin poetik mətn, şeirlərlə əlaqəsi məsələsinə toxunmuş və ifa vaxtı münasib şeirlərin seçilməsini xüsusi qeyd etmişdir. O yazırdı: “Amma təğənni vaxtı lazımdır ki, münasib şeirlər oxumaq, tainki məcazlara təsir edib baisi şövq və zövq və ya hüzn və ələm ola”. Nəvvabrisalədə musiqinin və muğamların insan təbiətinə təsiri barədə belə yazır: “mülayim təbiətlərdə həqiqi nəğmə od çaxmaq daşında gizləndiyi kimidir. Çaxmaq daşa vurulduqda od çıxdığı kimi, qəlblərdə gizlənilən sirlər, şadlıq və ağlamaq da nəğamət ilə aşkar olur”. Bu obrazlı müqayisə ərəb dilində verilmişdir.

“Vüzuhül-ərqam” risaləsində qaldırılan məsələlər maraqlı və qiymətlidir. Müəllif bu məsələləri bəzən dini haşiyəyə alır. Bu da Nəvvaba əsas niyyətinə, məqsədinə nail olmaq üçün lazım olan bir vasitə idi. Onun əsas məqsədi isə özünün qeyd etdiyi kimi, millətinin, xalqının savadlanması və musiqi elminin inkişafı idi. Bu xüsusiyyət ümumiyyətlə, XIX əsrin qabaqcıl, maarifpərvər şəxslərinə xas idi. Nəvvab da bu şəxslərdən biri idi. M.M.Nəvvab əsərlərinin birində yazmışdı: “Mən nə yazdımsa doğruluq və həqiqət üçün yazdım, öz nəfsim üçün yazmadım”.

Bu yubiley ilində arzumuz budur ki, Şuşa tezliklə özümüzə qaytarılsın və onun mədəni inkişafında böyük rolu olmuş Mir Möhsün Nəvvabın xatirəsi əbədiləşdirilsin.

Zemfira Səfərova, akademik, Əməkdar elm xadimi

Comments are closed, but trackbacks and pingbacks are open.