Press "Enter" to skip to content

V – 200 (1812-1878) M. F Axundov və din

Möminə xanım, indi də həmin dövrdəki kimi cahilliklər var. Məsələn, İndi kimsə gedib Quranla fala baxırsa, kiminsə haqqı varmı məni və bütün müsəlmanları təhqir etsin?!

Mirzə Fətəli Axundov

Amma her ikisinin eserleri ve fikirleri chox deyerlidir. Axundovun eserleri ise dine deyil, movhumata qarshidir.

Zəhmət olmasa Axundov barəsində olan fikirlərinizi konkret faktlarla əsaslandırasınız?
Tərbiyənin kimdən öyrəndin. -Tərbiyəsizdən ( müdrik kəlam)

#2 fidan

Muqaddam – Lieutenant Colonel

Отправлено 15 Декабрь 2009 – 17:12

Zehmet niye olur? Meselen ele Dervish Parisi partladir filmi. Bunu ona gore misal chekirem ki, Hekayeti Musyo Jordan ve Dervish Mesteli shah-i oxumayanlar olsa da, bu filme hami baxib. Orda Dervishin emelleri, xanimlarin da bu caduya inanmalari.

Сообщение отредактировал fidan: 15 Декабрь 2009 – 17:15

Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.

Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#3 palchiq

Отправлено 15 Декабрь 2009 – 21:35

Axundovun eserleri ise dine deyil, movhumata qarshidir.

Əski əlifbanın latın əlifbası ilə əvəz edilməsi mövhumata qarşı bir əməl olub, yoxsa İslam dininə qarşı?

Tərbiyənin kimdən öyrəndin. -Tərbiyəsizdən ( müdrik kəlam)

#4 Şair

Forumun faktiki Ali Məqamlı Rəhbəri

Отправлено 15 Декабрь 2009 – 22:03

palchiq məzh mən də o sualı vermək istəyirdim. C.Məmmədquluzadə və Axundovu müdafiə edənlərə. Məgər ərəb qrafikası qalsa idi, biz geridəqalmış xalq olacaqdıq? Belə çıxır ki biz 13 əsr geridə qalmışdıq ki.
Onların siyasəti, dünyaya kim ağalıq edir onlarla yaxın olaq, yəni əgər indi ÇİN olsa idi dünya lideri və həmin “şəxsiyyət”lər də yaşasa idilər, onların yəqin ki fikri olardı ki, çin qrafikasına keçək

#5 Bəndə

Отправлено 15 Декабрь 2009 – 23:54

Bilirsiniz,onların tərəfini saxlamıram,amma qismən də olsa onları başa düşürəm.Çünki o vaxtki zəmanədə din-islam çox təhrif olunmuş şəkildə idi,onun vasitəsi ilə bütün çirkinliklərə din donu geyindirib,xalqı din adı ilə qul etmişdilər.O vaxtkı “mollalar,ruhanilər” haqda danışmaq belə istəmirsən.Dini nə günə qoyub,camaatı dinə dəvət etməkdən uzaqlaşdırırdılar,hamısı da öz əməlləri ilə. Axundov kimi imanı zəif olan bir insan da bu mühitdə böyüyüb,Vazehin köməkliyi ilə, onlara öz etirazını bu dindən dönməklə göstərib.

. Axundov məşhur Azərbaycan şairi M.Ş.Vazehdən xəttatlığı öyrənir. Tezliklə Mirzə Şəfi ilə şagirdi arasında yaxın dostluq əlaqəsi yaranır. Öz tələbəsinin nadir istedada və ağıla mənsub bir gənc olduğunu görüb,
M.Ş.Vazeh onunla açıq söhbət aparır, Fətəliyə dini-sxolastik təhsilin “puçluğunu”
və gərəksizliyini açıb göstərir, ruhanilərin “riyakar və şarlatan” adamlardan ibarət olduğunu söyləyir. Mirzə Fətəli “Tərcümeyi-hal”ında yazır ki, M. Şəfi ilə aparılan söhbətlərin təsiri altında onun “gözlərindən qəflət pərdəsi götürülür” və o, ruhani olmaq fikrindən birdəfəlik əl çəkib, ömrünü dünyəvi elmləri öyrənməyə həsr etmək qərarına gəlir.

Düzdür sonucda onlara bir şey edə bilməyib,nə edibsə özünə edib.Həyatı da acınacaqlı keçib,13 övladından 2-sini böyüdə bilib.
Onun haqqında bir kitabda oxumuşdum ki,axırda,ölüm yatağında ikən o, peşmançılığını bildirir.
Birdə maraqlısı odur ki,bu iki insan dindən dönsələr də,son mənzillərinin iqamətgahını müsəlman qəbirstanlığını seçirlər:)

Öz vəsiyyətinə görə o, Tiflisdə müsəlman qəbiristanlığında, sabiq müəllimi və dostu M.Ş.Vazehin qəbri yaxınlığında dəfn olunmuşdur.

Məhərrəmdir, Xanım Zeynəb əzası,
Bizi səslər Hüseynin Kərbəlası.
Daha zəvvarının yox səs-sədası.
Bu gün Kərbübəla viran olubdur,
Hüseyn öz qanına qəltan olubdur.

Каждый день Ашура, Вся земля Кербела!

#6 Şair

Forumun faktiki Ali Məqamlı Rəhbəri

Отправлено 16 Декабрь 2009 – 16:10

Möminə xanım, indi də həmin dövrdəki kimi cahilliklər var. Məsələn, İndi kimsə gedib Quranla fala baxırsa, kiminsə haqqı varmı məni və bütün müsəlmanları təhqir etsin?!

P.S: Müsəlman qəbristanlığında qeyri-müsəlman yatmaqdansa, qeyri-müsəlman qəbrstanlığında müsəlman yatmaq daha yaxşıdır məncə

#7 Bəndə

Отправлено 16 Декабрь 2009 – 23:34

Möminə xanım, indi də həmin dövrdəki kimi cahilliklər var. Məsələn, İndi kimsə gedib Quranla fala baxırsa, kiminsə haqqı varmı məni və bütün müsəlmanları təhqir etsin?!

P.S: Müsəlman qəbristanlığında qeyri-müsəlman yatmaqdansa, qeyri-müsəlman qəbrstanlığında müsəlman yatmaq daha yaxşıdır məncə

O dövrki dini maarifliklə bu dövrki dini maarifliyin arasında böyük fərq var axıı
Həm də dövlət adamları dindən,ruhanilərdən sui-istifadə etmirlər,o dövrdəki kimi
Yenə də deyirəm,bunlara heç bir vəchlə bəraət qazandırmıram,amma faktları,səbəbləri də qeyd eləməyə bilmirəm,çünki şəxsən mənə də bu təsir göstərə bilərdi,amma şükr ki, göstərməyib
Həm də dediyim kimi,bu insanların imanı göründüyü kimi naqis olub

Məhərrəmdir, Xanım Zeynəb əzası,
Bizi səslər Hüseynin Kərbəlası.
Daha zəvvarının yox səs-sədası.
Bu gün Kərbübəla viran olubdur,
Hüseyn öz qanına qəltan olubdur.

Каждый день Ашура, Вся земля Кербела!

#8 palchiq

Отправлено 17 Декабрь 2009 – 14:07

Bilirsiniz,onların tərəfini saxlamıram,amma qismən də olsa onları başa düşürəm.Çünki o vaxtki zəmanədə din-islam çox təhrif olunmuş şəkildə idi,onun vasitəsi ilə bütün çirkinliklərə din donu geyindirib,xalqı din adı ilə qul etmişdilər.O vaxtkı “mollalar,ruhanilər” haqda danışmaq belə istəmirsən.Dini nə günə qoyub,camaatı dinə dəvət etməkdən uzaqlaşdırırdılar,hamısı da öz əməlləri ilə. Axundov kimi imanı zəif olan bir insan da bu mühitdə böyüyüb,Vazehin köməkliyi ilə, onlara öz etirazını bu dindən dönməklə göstərib.

Siz bu adamarı zəif imanlı şəxs kimi qələmə verirsiniz..
Halbuki, bu şəxslərin hədəfində böyük İslam dini olub..
İmani zəif olan adamda bilirlər ki, Allah-teala Quran-kerimdə münafiqler ve cehaletde olan insanları keskin şəkildə pisləyir və onları cəhənnəm alovu ilə təhdid edir.

və Quran-kərimdə da “Münafiqun” surəsinin nazil olması..buna əyani sübut ola bilər
Əgər bu şəxslər mövhumata qarşı mübarizə aparırdılarsa ..bu başqa məsələ.
amma, biz görürük ki, onlar mövhumata qarşı deyil..bütövlükdə islam dininə qarşı mübarizə aparırdılar.

Tərbiyənin kimdən öyrəndin. -Tərbiyəsizdən ( müdrik kəlam)

#9 Shemsi

Muqaddam – Lieutenant Colonel

Отправлено 17 Декабрь 2009 – 14:49

Ümumiyyətlə, ziddiyyətli şəxsiyyət olub. Azərbaycan ədəbiyyatında çox yeniliklər edib.
Axundovun dini görüşləri əsasən “Kəmalüddövlə məktubları” əsərində daha aydın olur. Məşhur 6 dramında islama qarşı yox, xurafata qarşı çıxır. Fəlsəfi məktublarında isə konkret ateizm düşüncəsi yoxdur.

Mirzə Şəfinin yaradıcılığını və şəxsiyyətini araşdırmaq isə daha çətindir. Ömrü boyu məscid hücrələrində yaşayan bir insandır. O da ateist olmayıb, əsərləri də dilimizdə gəlib çatmayıb. 3 dəfə tərcümədən sonra qayıdıb gəlib Azərbaycan dilinə.

Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.

#10 fidan

Muqaddam – Lieutenant Colonel

Отправлено 17 Декабрь 2009 – 18:02

6 əsərinin heç birində oxuyub dinsizlik görməmişəm. Kəmalüddövlə məktublarını bəzi yerlərində nələrsə var.

Ümumiyyətlə isə maariflənmədə böyük rolu olub. Dramaturgiyanın banisidir. Onu neçə-necə qəlbində özu boyda qara möhür olan şeyx nəsrullahlara dəyişmərəm. Özündən sonra da təsiri böyük olub, amma dinsizlikdə deyil, ədəbiyyatımızın inkişafında

Сообщение отредактировал fidan: 17 Декабрь 2009 – 18:02

Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.

Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#11 palchiq

Отправлено 19 Декабрь 2009 – 20:58

Bu mövzuda xanım uzerlərin bir-birlərini sətiraltı müdafiə etmələri təqdirə layiq haldır.
amma ne etmek .

heqiqet naminə demək lazidir ki, bu şəxslər İslam dininə qarşı mübarizə aparılar.

Tərbiyənin kimdən öyrəndin. -Tərbiyəsizdən ( müdrik kəlam)

#12 Şair

Forumun faktiki Ali Məqamlı Rəhbəri

Отправлено 19 Декабрь 2009 – 21:04

Sabir də xürafata qarşı mübarizə aparıb. Amma onunla bunlar arasında böyük fərq var.

Bəlkə də artıq əsərlərinə keçmək vaxtıdır, əqidələrini müzakirədən. Kimsə əqidəsindən çox, əsəri ilə maraqlana bilər. Bir insanın dinsiz olması həmin insanın heç vaxt doğru söz deməyəcəyi anlamına gəlməz. Sadəcə o sözləri puç eliyər.

#13 fidan

Muqaddam – Lieutenant Colonel

Отправлено 19 Декабрь 2009 – 23:27

Bu mövzuda xanım uzerlərin bir-birlərini sətiraltı müdafiə etmələri təqdirə layiq haldır.
amma ne etmek .

heqiqet naminə demək lazidir ki, bu şəxslər İslam dininə qarşı mübarizə aparılar.

palçıq qardaş fikirlərinizə hörmətim var. Amma əgər burda xanımların hansisa fikirləri üst-üstə düşürsə, bu o demək deyil biz-birimiziə fikir bildiririk. Bu mövzuya münasibətdir. bizim fikirlər başqa bir mövzuda fərqli də ola bilər. Və ümümiyyətlə dostluq başqa forumda mövzuya münasibət başqa.)))) biz malı mala qatmırıq)))) Uruslar demişkən дружба-дружбой, а служба – службой.

Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.

Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#14 Shemsi

Muqaddam – Lieutenant Colonel

Отправлено 20 Декабрь 2009 – 18:19

Kiməsə kafir, dinsiz damğası vurmazdan əvvəl səbr edib düşünmək lazımdır. Çox ağır ittihamdı, hamımız səbəbni bilirik. Hələ hələ bu insanlar bizim zamanımızda yaşamırsa, onlarla canlı ünsiyyət mümkün deyilsə, əlimizdə olan materiallar onu ittiham etmək üçün kifayət deyildə 100 dəfə artıq diqqətli olmalıyıq.

Mirzə Fətəli Axundov əlifba məsələsi üzərində 10 ildən artıq işləyib. Kiçik yaşlarından ərəb fars dillərində təhsilini alıb, 20 yaşından sonra rus dilini öyrənməyə başlayıb. Yəni ən azı 20 illik ərəb fars təhsili var. Bu adam şəxsi təcrübəsindən bilir ki, ərəbi farsı mükəmməl bilən şəxs belə tanış olmayan mətni oxumaq üçün nə qədər əmək və diqqət qoymalıdır.

Avropa üslublu əlifbanı isə öyrənmək üçün zehinli uşağa 2 ay vaxt lazımdı, hətta bəlkə daha az. Həm də 1 dəfə öyrənməklə, istənilən mətni oxumaq olar. Şəxsi fikrim olaraq deyirəm ki, əlifba dəyişikliyi milləti xalqı çox böyük zərbə qarşısına qoyur və onun çox əsrlik mədəni-elmi-ədəbi irsindən uzaqlaşdırır, məhrum edir, ayırır. Ən vacibi də Quran əlifbası olduğundan ərəb əlifbasını bilməyimiz bizə vacibdir. Lakin həmin dövr üçün islam dünyasının geridə qalmasının səbəblərindən biri kimi, Axundov əlifbanı görürdü və həyatının çox hissəsini yeni əlifba yaratmağa və onu dəyişmə uğrunda mübarizəyə sərf etdi.

Lakin hələ Tiflisdə işlədiyi zamanlarda İranın Tiflisdə vəziri muxtarı (səfiri) olan Mirzə Hüseyn Xan Mirzə Fətəli Axundovun əsərlərində əsas tənqid hədəfinin məkan olaraq İran ərazisi və obraz olaraq isə İran padşahları və dini xurafat olduğunu bildiyi ona düşmən kəsilir (“Aldanmış Kəvakib”). Bir şeyi də qeyd edim ki, “Hekayəti vəziri xani Lənkəran” ın əvvəlki adı ” Hekayəti vəziri xani Sərab” idi. Axundov bunları ədəbi əsər kimi yazırdı, bu cür xırdaçı hisslərdən uzaq. Sonrakı dövrlərdə Mirzə Hüseyn Xan İstanbula İranın konsulu keçir və nəticədə elə alınır ki, Axundov Rumelinə Osmanlı padşahının qəbuluna gedir, hazırladığı əlifbanı ona təqdim edir və ondan çox dəyərli mükafatlar alır. Bu zamanlar Mirzə Hüseyn Xanın evində də qonaq olar qalır və burda onun Mirzə Fətəliyə qarşı olan nifrəti üzə çıxır.

M. Hüseyn Xan Osmaniyyə vəzirlərinin nəzərində Axundovu islam dininin və müsəlman dövlətlərinin bədxanı kimi qələmə verir. Artıq İran da Axundovu belə tanımağa başlayır. Bu haqda Axundov öz dili ilə məqalələrində yazıb. Farsca yazdığı öz vəfsi halına dair mənzuməsinin sətri tərcüməsindən bir parçanı nəzərinizə çatdırıram:

Onun (Mirzə Hüseyn Xanın) vəzirlərin yanına yolu vardı
Məni dinin və dövlətin düşməni qələmə verdi
Məni töhmətlə yad edirdi
O türkləri qorxuya saldı
Şura və dövlət başçılarını qorxutdu
10 illik zəhmətim onun sayəsində heç oldu
Yerdən naləmi göy eşitdi
Pak Allah mənim fəryadıma çatsın
Qiyamətdə mənim qisasımı ondan alsın

Özünüz oxuyun və onun dinsiz olması barəsində düşünün.

İnşallah Kəmalüddövlə məktubları haqqında da yazacam.

Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.

M.F.Axudov – 200 (1812-1878) M.F Axundov və din

M.F.Axundov XIX əsr Azərbaycan ictimai, fəlsəfi, bədii tariximizdə bir hərəkat kimi başlanan maarifçiliyin başçısı, nəzarətçisi və ən görkəmli yaradıcı siması olmuşdur. O dövrünün tələbi və istedadının qeyrəti ilə ədəbiyyatda dönüş yaradaraq yeni realist-demokratik ədəbi cərəyanın inkişafına istiqamət vermişdir.
Azərbaycan ədəbiyyatında realizm məktəbinin, müasir dramaturgiyanın, yeni nəsrin tənqid, publisistika və ədəbiyyatşünaslığın yaranışı onun adı ilə bağlıdır. M.F.Axundovun 40 ildən artıq davam edən ədəbi-ictimai fəaliyyəti Azərbaycan xalqının azadlıq hərəkatına qüvvətli mənəvi qida vermişdir. Azərbaycan ədəbiyyatı tarixində XIX əsr M.F.Axundov əsri adlana bilər.
Ədib ömrünün 20 ilini ərəb əlifbasının dəyişdirilməsinə həsr etmişdir. 1857-ci ildə ərəb əlifbası əsasında yeni əlifba tərtib edib, həmin əlifba layihəsini dövrünün dilşünas alimlərinə, İran və Türkiyənin dövlət başçılarına göndərir, əlifba islahatı uğrunda fəal mübarizə aparmağa başlayır.
Yazıçının yaradıcılığında feodal əlifba patriarxal quruluşun eybəcərliyi, orta əsr dini-sxolastik görüşlərin puçlugu öz əksini tapmışdır.
M.F.Axundov Şərq ölkələrilə şərq xalqlarının həyatı, tarixi keçmişi və mübarizəsiylə olduqca çox maraqlanır. Əldə olan faktlar və sənədlər onun İran tarixi ilə maraqlandığını göstərir. Xüsusilə I Şah Abbas dövrü ilə maraqlanırdı ki, bu dövrə aid bir çox əsərlər oxuyurdu, o cümlədən İran tarixçisi İsgəndər bəy Münsinin Şah Abbas dövrünün təsvirini verən “Tarixi-aləm-arayi Abbası” əsərini mütaliə etdiyini göstərməkdədir.
M.F.Axundovun satirik qələmi öz gücünü “Aldanmış kəvakib” (1857) povestində bir daha
göstərdi. İ.Münsinin əsərlərini oxuyarkən başqa tarixi hadisələrlə birlikdə Şah Abbasın və onun saray əyanının cəhalətini, fanatizmini, habelə ruhanilərin hiyləgərliyini və fitnəkarlığını göstərən kiçik, lakin çox maraqlı olan bir hadisə Axundovun diqqətini cəlb etmişdir. Bu hadisə “Tariixi-aləm ara”da aşağıdakı şəkildə təsvir edilmişdir: – Şah Abbasın hakimiyyətinin yeddinci ilində sarayda münəccimlik vəzifəsində çalışan Sədrəddin xəbər verir ki, ulduzların toqquşması nəticəsində cəlal sahibi olan bir hökmdarın başına fəlakət gələcəkdir. Bu bədbəxtliyin İranda baş verəcəyi ehtimal olunduğuna görə münəccimbaşı məsləhət görür ki, hadisə gözlənilən günlərdə Şah Abbas öz razılığı ilə üç günlüyə hakimiyyətdən əl çəksin və cəzaya layiq olan bir adamı səltənət başında oturtsun. Bu da Qəzvin şəhərində sakin olan Yusif Sərraca düşür. Yusif Sərracın başına tac qoyurlar, şaha layiq paltar geyindirirlər, əmirlərin və ordunun himayəsilə təntənəli surətdə onu saraya gətirirlər. Şah isə öz daxili adamları və xidmətçiləri ilə xəlvət bir güşəyə çəkilir.
Üç gün keçdikdən sonra şah yenə hökmranlığa qayıdır, Yusifın taxtı tabuta dönür. Mütəfəkkir “Tarixi-aləm-ara”dakı hadisələrdən istifadə edərək feodal patriarxal quruluşun eybəcərliyini, orta əsr dini-sxolastik görüşlərin puçlugunu, şahların zalımlığını, ruhanilərin ikiüzlülüyünü və yaltaqlığını ifşa etmişdir. “Aldanmış kəvakib” povesti məzmuna görə tarixi ideyaya, ictimai ruhuna görə tamamilə müasir bir əsərdir. Ədib yaşadığı dövrün zalım hökmdarlarından, ədalətsiz qanunlarından, əsarət və özbaşınalığından, cəhalət və nadanlığından tarixi dildə danışmışdır, müasir dövrün tarixi aynasında əks etdirmişdir.
“Tarixi-aləm-ara”dakı hadisədən yaradıcı bir sənətkar kimi sərbəst istifadə etdiyini, həmin hadisənin onun üçün ancaq bir çıxış nöqtəsi olduğunu Axundov özü belə aydınlaşdırır: -“…Cami-cəm” əsərinin mütərcimi Şahzadə Fərhad Mirzə Məkkə ziyarətinə gedərkən Tiflisə gəldiyi zaman mənə dedi: – “Mirzə Fətəli, “Tarixi-aləm-ara”da “Yusif Sərracın rəsmi o qədər müfəssəl deyildir ki, sən yazmısan, nə üçün o əhvalatı bu qədər artırıb uzatmısan?!”
Dedim:
-Şahzadə, mən məgər tarix yazmışam ki, hər nə olmuş onu yazım? Mən bir kiçik məsələni əldə bəhanə edib öz fikrimdə onu genişləndirmişəm. 0 zamankı nazirlərin və dövlət başçılarının ağılsızlığını ifşa etmişəm ki, gələcək nəsillər üçün ibrət olsun. Qoy onlar bir daha axmaq münəccimlərin sözlərinə və xəbərlərinə aldanmasınlar, özlərini o cür hərəkətlərlə xarici millətlərin məsxərəsinə hədəf etməsinlər!
Ədib Azərbaycan bədii nəsrini dini-əfsanəvi ənənələrdən uzaqlaşdıraraq realizm yoluna salmış, onu ədəbiyyatın canı, fəal döyüşən bir janrına çevirmişdir. O, həyatın ayrı-ayrı yaramaz səhnələrini və meyillərini, tənqidini ictimai quruluşun, dövlət sistemini, istibdad və cəhalət əleyhinə mübarizə silahına çevirmişdir. O, elmi-fəlsəfi əsərləri ilə Azərbaycan ictimai-siyasi və fəlsəfi fikir tarixində yeni dövr açaraq, böyük bir mütəfəkkir və filosof kimi yüksəldi.
Öyrəndiyi elmi-fəlsəfı əsərə tənqidi münasibət bəsləməsi Axundovun ən yaxşı xüsusiyyətlərindən biridir. Mütəfəkkir obyektiv varlıqdan kənarda səbəbiyyət axtarmağın mənasız olduğunu göstərir. Maddi aləmin obyektiv mövcudiyyəti təsdiq etdiyi zaman M.F.Axımdov bu məsələyə “vəhdəti-vücuda qail olan” Şəms Təbrizi, Cəmaləddin Rumi ilə müttəfiq olduğunu etiraf edib deyir ki, bir vahid təşkil edən kainatda, “üzvlərin küllündən zühura gəlməsində təbiətin obyektiv qanunauyğunluğu hökm sürür, burada “nə külli ixtiyarı var, nə cüzün”. Lakin Axundov eyni zamanda “vəhdəti-vücud” fəlsəfəsinin məhdud, idealist cəhətlərini bütün aydınlığı ilə şərh edərək Spinadanin materialist-panteist görüşlərinə üstünlük verir.
Axundovun idrak nəzəriyyəsi materiyanın obyektiv varlığına dair fəlsəfi-müddəaya əsaslanır. O, idrak prosesində ağlın rolunu xüsusi qiymətləndirir.
Dinin mənşəyi, tarixi, inkişafı, müxtəlif məzhəb və təriqətlərə bölünməsi, islam, xristianlıq və s. dinlərin xarakterik xüsusiyyəti Axundovu ömrünün axırınadək məşğul edən məsələlərdən olmuşdur.
M.F.Axundov görüşlərinin şərhində tez-tez Quran ayələrinə də müraciət edərək islam ehkamının çürük, zərərli mahiyyətini möhkəmlətməklə sübuta yetirir. Dinə münasibətlə Axundov ardıcıl bir ateist kimi elmlə dinin daban-dabana zidd olduğunu göstərir:
-Bizim bu günə qədər haramı batildən seçməkdə və doğrunu əyridən ayırd etməkdə səhvimiz bu cəhətdəndir ki, daima bir-birinə zidd olan iki qəziyyəni bir-birinə qarışdıraraq bir qəziyyə saymış, halbuki bu iki qəziyyə başqa-başqa şeylərdir.
Axundov bütün dinlərin puç və əfsanə olduğunu hesab etdiyini iftixarla elan edir. islam dininin əsrlər boyu ərəb xəlifələrinin işğalçılıq siyasətinə xidmət etdiyini, Şərq xalqlarının maddi və mənəvi sərvətlərinin din bayrağı altında talan olduğunu Axundov xüsusilə göstərir.
M.F.Axundov göstərir ki, insanın təbiət hadisələri haqqında düzgün elmi təcrübəyə malik olması onda dini etiqadı, möcüzəyə və xurafata inamı qüvvətləndirir. Odur ki, təbiət, kimya, fizika və s. elmləri öyrənmək yolu ilə hadisələrin qanunauygunluğunu, maddi aləmin mahiyyətini, doğru-dürüst bilmək və dini xurafatdan yaxa qurtarmaq mümkündür.
Şərq xalqlarının azadlığı, tərəqqisi yolunda Axundovun parlaq xidməti hələ onun sağlığında yüksək qiymətləndirilmişdi.
Məşhur yazıçı və ictimai xadim Mirzə Məlkum xan öz müəllimi M.F.Axundova yazırdi: -“Siz böyük bir məramın böyük simasısınız. Biz isə sizin məramınız uğrunda çarpışan sadə mücahidlərik”.
Arifə Bəşirova,
İsmayıllı şəhər E.Məmmədov adına 3 saylı tam orta məktəbin dil-ədəbiyyat müəllimi, “Dayaq məntəqə Mərkəzi”nin rəhbəri.

Paylaş:

  • Click to print (Opens in new window)
  • Click to share on Twitter (Opens in new window)
  • Click to share on Facebook (Opens in new window)
  • Click to share on LinkedIn (Opens in new window)
  • Click to share on Skype (Opens in new window)
  • Click to share on Telegram (Opens in new window)
  • Click to share on WhatsApp (Opens in new window)
  • Click to share on Pocket (Opens in new window)
  • Click to share on Reddit (Opens in new window)
  • Click to share on Pinterest (Opens in new window)
  • Click to share on Tumblr (Opens in new window)
  • Click to email a link to a friend (Opens in new window)

Şahin Musavi`nin Blogu

M.F.Axundovun dini görüşləri və “Kəmalüddövlə məktubları”ndan sitatlar

Yayınlandı: Haziran 26, 2012 / Mənim Məqalələrim, Şəxsiyyətlər

Mirzə Fətəli Axundov Şərqin ən böyük ziyalılarından biridir. Axundovun dövrünə görə çox-çox irəli getdiyini deyə bilərik. Əsərlərində daha çox molla və ruhaniləri tənqid edən Axundov dini fanatizmdən çıxıb tərəqqiyə qədəm qoymağın vacibliyini xüsusi vurğulayırdı. Əsərlərindən Axundovun dini baxışlarını görmək mümkündür. Çox şəxs axundovu ateist kimi tanıyır. Bəli, o öz əsərlərində “allah”ı və digər dini kitabları, şəriət hüququnu tənqid edirdi. Lakin Axundovu ateist yox daha çox deist adlandırsaq, daha yerinə düşər. Lakin bu barədə də onun düşüncələri ziddiyətlidir. Bu fikri mən “Kəmalüddövlə məktubları” əsərində yazdığı bir fikirə əsasən deyirəm. O fikir aşağıdakı kimidir:

“…Belə bir əqidə bütpərəstlikdən də pisdir. Kainatı yaradan Allah bu cür sifətlərdən uzaqdır və ona bu kimi sifətləri vermək xalis küfrdür. Siz dediyiniz Allah, sizin xəyalınızda zənn ilə süni surətdə yaradılmış Allahdır. Senin Allahın səfehlərin dediyindən çox yüksəkdir…”

Daha sonra isə Axundovun Allahı tənqid etdiyini hətta daha sonra isə təhqir etdiyini görə bilərik. Axundovun dini baxışlarını müəyyən etmək üçün onun “Kəmalüddövlə məktubları” əsərini oxumaq kifayətdir. Axundovun düşüncəsinə əsasən din insanları çox geri salıb. Avropa insanın inkşaf etməsi, müsəlmanın isə cəhalət girdabında olmasının başlıca səbəbini o dində, xurafatçılıqda görür. O qeyd edir ki, bu mollalara ağıllı insan yox, bir sürü qoyun lazımdır. Axundov tamamilə İslamı rədd etmir. O qeyd edir ki, İslamda, şəriət-hüququnda xeyirli şeyləri saxlayıb, ziyanlıları atmaq lazımdır. Həmçinin o şəriətin ciddi tələblərini də rədd edir:

“….Qadağan edirsiniz, spirtli içkiləri qadağan edin. Şərabın haram edilməsi, həqiqətdə, İslam dininin misilsiz qanunlarındandır. Çünki spirtli içkilərin bədənə heç bir xeyri yoxdur və bu içkiləri çox içdikdə insanın vücudu, şübhəsiz, müxtəlif xəstəliklərə tutulur, nəhayət, tamamilə məhv olub gedir.. Siz qumarı qadağan edin ki, dünyada insanın ömrünü zay edən və həyatın ləzzətini zəhrimara döndərən pis bir adət və əlacı tapılmayan təhlükəli bir xəstəlikdir…”

Axundov əsərlərində cənnət və cəhənnəm məfhumunu inkar edir. Və bunu aşağıdakı kimi əsaslandırır:

“…Məgər elə bir müsəlman vardır ki, cəhənnəm qorxusundan xalqın malı əlinə düşdükdə yeməsin; bir tüksüz uşağa rast gəldikdə ona əl vurmasın; fürsət düşdükdə camaatın qızına və arvadına təcavüz etməsin?! Bütün oğrular, yolkəsənlər və qatillər cahillər adamlar sırasından, yəni cəhənnəmə inanan adamlar sırasından çıxır. Heç alim və mərifət sahibi adamlardan birinin oğru, yolkəsən və ya qatil olduğunu görmüşsənmi? Afrikada bəşər cinsindən olan azyaşlı oğlan uşaqlarını tutaraq rəhmsizcəsinə axtalayıb xacə edən və onu İslam ölkələrinə heyvan kimi satanlar, habelə onları alanların hamısı cəhənnəmə inanan adamlar idi…”

Axundov həmçinin “Qurandakı Allah”ı riyakar, ikiüzlü və cəllad hesab edir, fikirlərini aşağıdakı misralarda əsaslandırır:

“…Sağlam əql icazə verər ki, şüurlu bir adam aləmi yaradanı bizim peyğəmbərin Quranda vəsf etdiyi qərəzlərə şamil bilsin? Məsələn: “Əbi-Ləhəbin əlləri şil оlsun”. Pəh-pəh… Allahımıza baх, “Əbi-Ləhəbin əlləri şil оlsun”, baх gör bizim Allah dul arvadlar kimi Əbi-Ləhəbə necə qarqış göndərir, çünki оnun əql və huşu var, anlayır ki, qardaşı оğlu avam aldatmaq dəstgahı düzəltmək istəyir və öz nəfsinin bu fani dünyada beş günlük həzzi üçün min-minlərcə adamları ölümə vermək və Asiyanın bəyənilmiş səltənətlərini məhv etmək və şərafətli nəsilləri kоrlamaq və Asiya tayfalarını cəhalət və bədbəхtlik dəryasına qərq etmək istəyir. Az-çох bir düşüncəsi оlan adam “Təbbət” surəsinin dəlalət etdiyi belə çirkin və ləyaqətsiz qərəz sahibi Allahı bütün ülvi və süfli aləmlərin yaradıcısı saya bilərmi? Əgər həqiqətdə biz tək bir хəlqedənin və misilsiz bir yaradıcının varlığına qail оlsaq, о хəlqedən və yaradıcı şəksiz və şübhəsiz bizim peyğəmbərin Quranda bizə göstərdiyi Allah deyildir.

Bu surə Məkkədə nazil оlmuşdur. Peyğəmbərimiz Məkkədə оlduğu vaхt hələ köməkçisi, tərəfdarı və gücü yох idi. О zaman bizim Allah yalnız оnun düşmənlərini qarqış etmək ilə kifayətlənmişdir. Peyğəmbərimiz Mədinəyə köçdükdən sоnra, başına bir çох tərəfdar və köməkçilər yığışdıqdan sоnra və işində irəliləmə görünərək özü də qüdrət və dövlət sahibi оlduqdan sоnra vəziyyətini dəyişdi. Ədalət və insafı tamamilə kənara qоydu, qan tökməyə, rəhmsizliyə başladı, “Müşrikləri öldürün!” ayəsini göndərdi. Хəndək davasından sоnra öz Cəbraili vasitəsi ilə peyğəmbərə bəni-Qureyşə qəbiləsini mühasirə etməyi əmr etdi. Peyğəmbər оnların üzərinə hücum etdi, qalalarını tutdu və mallarına sahib оldu, оnların arvad-uşaqlarını əsir etdi. Kişilərin bоyunlarını vurdurdu. Bu macəra ilə biz kainatın Allahını necə ədalətli saya bilərik? Оnu necə alçaq əхlaq və qərəz sahibi kimi tanımayaq? Və оna necə əzəmət, cəlal, mürüvvət və mehribanlıq sahibi, rəhmət və ehsan çeşməsi deyək? Bu necə Allahdır? Bu şiddətlə ölümə verdiyi bəndələr оnun məхluqu deyilmi? Хülasə….”

Hər şeyə rəğmən insanları cahiliyyət quyusundan çıxıb kamala dəvət edən Axundov şərq dünyasının bir dahisidir. O insanları savada səsləyirdi. Bu da təbii ki mollaların işinə yaramırdı. Çünki indi olduğu kimi o zaman da mollalara ağıllı adamlar lazım deyildi. Hətta mollalar və dini xurafatçılar həmin şəxsləri düşmən gözüylə görür, ölümünə fətva verirdi. Bu vəziyyət indi də heç fərqli deyil.

QEYD: MƏQALƏDƏN İSTİFADƏ ZAMANI İSTİNAD ZƏRURİDİR!

Comments are closed, but trackbacks and pingbacks are open.