Press "Enter" to skip to content

Mirzə ibrahimov böyük dayaq əsəri

“Böyük dayaq” romanının əsas süjet xəttini kolxoz təsərrüfatının inkişaf yolları, ona rəhbərlik üsulu, habelə ailə-məişət zəminində yenilik və mühafizəkarlığın konflikti təşkil edir. Əsərin baş qəhrəmanı Rüstəm kişi bütün hadisələrin mərkəzindədir və ya onlarla əlaqəlidir. O, “Yeni həyat” kolxozunun sədridir. Müəllif təsərrüfata bu adı verməklə həm də ölkənin və xalqın gələcəyi haqqında özünün estetik idealını ifadə edir. Əsərdə Rüstəm kişi bütün ziddiyyətləri ilə bərabər, əsasən, müsbət surət kimi təqdim olunur. O, İkinci Dünya müharibəsində mərdliklə döyüşən, işgüzar, pak təsərrüfat rəhbəri, Muğanın timsalında Vətənin gələcəyini dərindən düşünən bir insan kimi səciyyələndirilir. Bütün bunlarla bərabər, şəxsiyyətə pərəstişin əsas əlamətləri və acı aqibəti də onun simasında bədii şəkildə canlandırılıb. Onda öz xidmətlərinə güvənmək və hamıya böyüklük etmək meyli vardır. Bu cəhət isə onu səhvlərə, zorakı hərəkətlərə sövq edir. Rüstəm kişi güman edir ki, o, kolxozda bütün adamlardan üstündür. Yastı Salman, Lal Hüseyn, Yarməmməd kimi hiyləgər, yaltaq adamların şirin tərifindən xoşlanır. Köhnəliklə yenilik arasında ziddiyyətin olması səbəbindən o, get-gedə ailəsindən və xalqından uzaq düşür. Oğlu Qaraşın şəhərdə oxuduğu zaman sevdiyi Mayanı evə toysuz gəlin gətirməsi əvvəlcə Rüstəm kişinin ürəyincə olmur. Maya kəndə gəldikdən sonra istər Rüstəm kişinin ailəsində, istərsə də təsərrüfatda bir yenilik, bir canlanma əmələ gəlir.

Ədəbiyyatımızın böyük dayağı

“Ey mənim xalqım, ey mənim ümidim və pənahım! Ürəyimin istiliyi səndəndir, fikrim işığını səndən alır, həyatımın nəşə və sevincinə bais sənsən! Həyat yolunun sürüşkən döngələrində qolumdan tutan, məni yıxılmağa qoymayan sən olmusan. Amansız qorxu başımın üstünü alaraq məni ağır fikirlərə saldığı zaman, xoş günün dönük dostları, zəif və qorxaq yoldaşlar məndən üz döndərdiyi zaman yeganə dayağım sən olmusan. O zaman ki, qaranlıq içərimə kölgə salmağa başlayıb, onda sənin munis, mehriban, müqəddəs səsini eşitmişəm. Bu səs məni həyata bağlamış, yaşamağa, mübarizə etməyə ruhlandırmışdır. Qoluma qüvvət verən, iradəmi möhkəmlədən bu səs sənin səsindir, ey mənim hər şeydən əziz, hər şeydən gözəl, hər şeydən yüksək, hər şeydən nəcib və mərhəmətli xalqım!”

Bir əsrin fonunda baxanda nasir, dramaturq, tərcüməçi, ədəbiyyatşünas, publisist Mirzə İbrahimov yaşadığı dövrün sovet yazıçısından çox, milli ruhun oyanışı, milli dilimizin dirçəlişi uğrunda mübarizə aparan azadlıq yazıçısı, vətənini, xalqını ürəkdən sevən insan və vətəndaş kimi xatırlanır. Onun qələmindən çıxan “Gələcək gün”, “Böyük dayaq”, “Pərvanə” romanları, bir-birindən maraqlı povest və hekayələri, həyati pyesləri ziddiyyətli bir dövrün mənzərəsini real boyalarla əks etdirməklə yanaşı, Mirzə İbrahimov yaradıcılığında həm də İnsan faktoru, onun daxili dünyası, arzu və istəkləri yüksək məharətlə qələmə alınır. Bir xalqın dərin köklərə malik keçmişi və gələcəyi ədəbiyyat körpüsündə görüşür.

Çətin günlərdən “Gələcək gün”ə doğru

Mirzə İbrahimov zəngin həyat və yaradıcılıq yolu keçib. Bu yolun bəzi məqamlarına nəzər salaq, bir ömrün tarixini vərəqləyək.
Mirzə Əjdər oğlu İbrahimov 1911-ci ilin oktyabrında Cənubi Azərbaycanın Sərab şəhəri yaxınlığındakı Evə kəndində anadan olub. Həyatın ilk acısını körpə ikən dadıb. Üç yaşı tamam olmamış anasını itirib. Atası Əjdər kişi 1918-ci ildə iki oğlu ilə Bakıya gəlib. Ancaq burada da tale onlardan üz döndərib. Atası 1919-cu ildə iş başında vəfat edib. 8 yaşında həm atadan, həm anadan yetim qalan balaca Mirzə Balaxanı və Zabrat kəndlərində muzdurluq edib, öz zəhməti ilə bir tikə çörək qazanıb.
Ağır illərdən, çətin günlərdən keçən Mirzə get-gedə mətinləşir. İşıqlı arzularla yaşayır. Zabrat fəhlə ədəbiyyat dərnəyinə üzv yazılır. Onun “Qazılan buruq” adlı ilk şeiri 1930-cu ildə “Aprel alovları” məcmuəsində dərc olunur. Bundan sonra dövri mətbuatda şeirləri nəşr edilir. İlk tənqidi, publisist məqalələrini, hekayə və oçerklərini də 30-cu illərdə yazır.
Professor Teymur Əhmədov “Mirzə İbrahimov. Müasirlərinin xatirələrində” toplusunda yazır: “Müasir Azərbaycan ədəbiyyatının təşəkkülündə və inkişafında Mirzə İbrahimovun xidmətləri misilsizdir. O, yaradıcılığa 30-cu illərin əvvəllərində başlamış, öz istedadı və əməyi sayəsində görkəmli yazıçı, ədəbiyyatşünas-alim və fəal ictimai xadim dərəcəsinə qədər yüksəlmişdir . ”
1932-ci ildə sovetlər ölkəsinin nəhəng tikintiləri, sosialist sənayesinin inkişafını görmək üçün Ukraynaya gedir, Donbas şaxtaları, Dnepropetrovsk sənaye müəssisələrində olur. Bu təəssürat onun “Qiqantlar ölkəsi” oçerklər kitabında əksini tapır.
Bu müddətdə ali təhsil və elmi fəaliyyətini də davam etdirən Mirzə İbrahimov Azərbaycan SSR Dövlət Elmi-Tədqiqat İnstitutunun ikillik hazırlıq şöbəsində, sonra SSRİ Elmlər Akademiyasının Leninqraddakı Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil alır (1935-1937). Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru, sonra isə Xalq Komissarları Sovetinin İncəsənət işləri idarəsinin rəisi vəzifələrində çalışır. 1941-ci ildə Sovet Ordusu sıralarında Cənubi Azərbaycanda olarkən “Vətən yolunda» qəzetinin məsul redaktoru işləyir. Yazıçı 1942-1946-cı illərdə Azərbaycan SSR xalq maarif komissarı olur, Azərbaycan Elmlər Akademiyası təsis edilərkən onun ilk həqiqi üzvlərindən biri seçilir (1945). İctimai-siyasi fəaliyyətini davam etdirən yazıçı respublika Nazirlər Soveti sədrinin müavini (1946-1950), Ali Sovetin Rəyasət Heyətinin sədri (1954-1958) kimi mühüm dövlət vəzifələrində çalışır. Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin sədri (1946-1954), birinci katibi (1965-1975), SSRİ Yazıçılar İttifaqı idarə heyətinin katibi (1965-1975) işləyir.

“Onsuz Azərbaycan ədəbiyyatını təsəvvür etmək qeyri-mümkündür”

Tarix elmlər doktoru, professor Cəmil Həsənli Mirzə İbrahimovun xidmətlərini belə xatırlayır: “Mirzə İbrahimovun həyat və yaradıcılığını araşdıran zaman onun parlaq bir fəaliyyətinin olduğu aydın görünür. O, Cənubi Azərbaycan oyanış hərəkatının inkişafında müstəsna xidmətlər göstərib. Mirzə İbrahimovun böyüklüyü ondan ibarət idi ki, o, milli mübarizənin milli dildən keçdiyini yaxşı başa düşürdü. Məhz elə buna görə də o, hər zaman milli dilimizin qorunmasına səy göstərir və bu istiqamətdə əlindən gələni əsirgəmirdi. Onun Cənubi Azərbaycanla bağlı fəaliyyəti ilə tanış olan zaman bir-birindən maraqlı hadisələrin şahidi olursan. Mirzə İbrahimov Cənubda gedən proseslərin aparıcı simalarından biri olub. O, “Gələcək gün” romanında Güney Azərbaycanın bu günü və gələcəyini incəliklə qələmə almışdı.
Onun ən parlaq fəaliyyəti 1950-ci illərə təsadüf edir. Ali Sovetin Rəyasət Heyətinin sədri kimi Mirzə İbrahimov ana dilinin qorunması istiqamətində bir sıra mühüm addımlar atmışdı. Dil haqqında qanunun qəbul olunmasında onun inkarolunmaz əməyi var. Nazirliklərin dil haqqında qanunun tələblərinə nə dərəcədə əməl etməsinə nəzarət etmək məqsədilə Mirzə İbrahimov komissiya yaratmışdı. Milli ideyanın inkişafı ilə bağlı onun əvəzolunmaz xidmətləri var. Məhz elə millətçiliyə görə onu vəzifədən uzaqlaşdırdılar. Maraqlı məqam bunda idi ki, sovet dövründə ona bir neçə dəfə irad tutulmasına baxmayaraq, Mirzə İbrahimov yazışmalarını yalnız Azərbaycan dilində aparırdı. Mirzə İbrahimov böyük yazıçı, siyasi xadim, mütəfəkkir idi. Onsuz Azərbaycan ədəbiyyatını təsəvvür etmək qeyri-mümkündür. Biz belə görkəmli şəxslərin rolunu tarixdə olduğu kimi qeyd etməliyik”.
Bu illərdə böyük yazıçı hekayə, povest və romanlarla yanaşı, səhnə əsərlərini də qələmə alır. 30-40-cı illərdə “Həyat”, “Madrid”, “Məhəbbət” pyesləri, 60-cı illərdə “Kəndçi qızı” , “Yaxşı adam” , “Közərən ocaqlar” pyesləri ilə Azərbaycan dramaturgiyasını zənginləşdirir. V.Şekspirin “Kral Lir”, “On ikinci gecə, yaxud hər nə istəsəniz”, A.N.Ostrovskinin “Quduz pullar”, “Müdrik olan hər kəsə kifayətdir sadəlik”, A.P.Çexovun “Üç bacı”, J.B.Molyerin “Don Juan” pyeslərini Azərbaycan dilinə tərcümə edir.
Mirzə İbrahimov milli filologiya sahəsində elmi kadrların hazırlanmasında da böyük işlər görür. Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda XIX əsr Azərbaycan ədəbiyyatı tarixi şöbəsinin müdiri (1960-1970), daha sonra EA Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri (ömrünün sonunadək) işləyir. Dilçilik və ədəbiyyatşünaslıq elminin yeni, yüksək səviyyədə tədqiqini təşkil edir, üçcildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin yazılmasında yaxından iştirak edir.

“Mirzə İbrahimov qürurumuzdur”

Xalq şairi Sabir Rüstəmxanlı Mirzə İbrahimovu belə xatırlayır: “Mirzə İbrahimov qürurumuzdur. Zənnimcə, o, əfsanə, həmçinin böyük bir şəxsiyyət idi. Mən məhz elə uşaqlıqdan onun əsərlərini oxuyaraq püxtələşmişəm. Mirzə İbrahimovun “Gələcək gün” əsəri və Cənubi Azərbaycanla bağlı başqa əsərləri məni həddindən artıq təsirləndirirdi. 21 yaşımda Mirzə İbrahimovla tanış olmuşdum və onunla çox gözəl münasibətlərim vardı. Onu tanıdığım və ömrümün bir hissəsini onunla birlikdə keçirdiyim üçün çox şadam. Hər zaman üzərimizdə Mirzə İbrahimovun qayğısını hiss edirdik. Onun hazırcavab olması və dünyanı çox yaxşı bilməsi hər zaman diqqətimi cəlb edirdi.
Onun ədəbiyyatımızda böyük bir yolu var. O, həm də milli qəhrəman idi. Azərbaycan dilinin ana dili olması məsələsini qaldırmışdı. Məhz elə bu vətənpərvər addımlarının nəticəsi idi ki, o, əhalinin bütün təbəqələri tərəfindən hörmətlə qarşılanırdı. Mirzə İbrahimovun Azərbaycan ədəbiyyatının dünyada tanıdılmasında da böyük xidmətləri vardır. Onun “Gələcək gün” əsəri bir çox xarici dillərə tərcümə olunaraq rəğbətlə qarşılanırdı”.
Mirzə İbrahimov Azərbaycanın Xalq yazıçısı fəxri adına (1961), dövrünün ən böyük təltiflərinə – 3 dəfə “Lenin” ordeni, “Oktyabr inqilabı” ordeni, digər orden və medallara, SSRİ Dövlət mükafatı, Azərbaycan Dövlət mükafatı, Beynəlxalq Nehru mükafatına, Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. Yazıçı dəfələrlə Azərbaycan SSR Ali Sovetinin, SSRİ Ali Sovetinin deputatı seçilib. 70-80-ci illərdə Asiya və Afrika ölkələri ilə Sovet Həmrəylik Komitəsinin sədri kimi müxtəlif ölkələrdə səfərlərdə olub, beynəlxalq tədbirlərdə iştirak edib, bu vəsilə ilə Azərbaycan mədəniyyətinin təbliğinə də töhfələr verib.
Görkəmli ədib, ictimai xadim 1993-cü il dekabrın 17-də Bakıda vəfat edib, Fəxri xiyabanda dəfn olunub. Ölümündən illər keçdikcə Mirzə İbrahimovun yazıçı, ictimai xadim, alim, böyük şəxsiyyət kimi əvəzolunmaz xidmətləri daha aydın görünür. İllər keçəcək, yeni nəsillər hər gələcək gündə ədəbiyyatımızın böyük dayağını beləcə yad edib xatırlayacaq.

Mirzə ibrahimov böyük dayaq əsəri

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 nömrəli filialı Azərbaycanın ən yeni dövr ədəbiyyatının görkəmli simalarından biri Mirzə İbrahimovun yaradıcılığında mühüm yer tutan, sovet dövrü Azərbaycan ədəbiyyatında kənd həyatının problemlərindən bəhs edən ilk roman “Böyük dayaq” əsəri haqqında məlumat təqdim edib.

Təqdimatda həm yazıçı, həm də onun əsərin haqqında geniş məlumatlar yer alıb.

Yaradıcılığı xalq həyatı, xalq taleyi ilə möhkəm bağlı olan Mirzə İbrahimov görkəmli nasir, dramaturq, publisist, alim və fəal ictimai xadim kimi tanınıb.

Mirzə İbrahimovun “Böyük dayaq” (1957) romanı sovet dövrü Azərbaycan ədəbiyyatında kəndin mənəvi həyatından və problemlərindən, eləcə də şəxsiyyətə pərəstiş dövrünün törətdiyi çətinliklərdən bəhs edən ilk romandır. Məlumdur ki, sovet dövrü Azərbaycan ədəbiyyatında kənd həyatı birtərəfli şəkildə təsvir olunub. Bu, bir tərəfdən sosialist realizmi deyilən yaradıcılıq metodunun, digər tərəfdən isə şəxsiyyətə pərəstiş dövrünün tələbləri ilə bağlı olub.

“Böyük dayaq” romanının əsas süjet xəttini kolxoz təsərrüfatının inkişaf yolları, ona rəhbərlik üsulu, habelə ailə-məişət zəminində yenilik və mühafizəkarlığın konflikti təşkil edir. Əsərin baş qəhrəmanı Rüstəm kişi bütün hadisələrin mərkəzindədir və ya onlarla əlaqəlidir. O, “Yeni həyat” kolxozunun sədridir. Müəllif təsərrüfata bu adı verməklə həm də ölkənin və xalqın gələcəyi haqqında özünün estetik idealını ifadə edir. Əsərdə Rüstəm kişi bütün ziddiyyətləri ilə bərabər, əsasən, müsbət surət kimi təqdim olunur. O, İkinci Dünya müharibəsində mərdliklə döyüşən, işgüzar, pak təsərrüfat rəhbəri, Muğanın timsalında Vətənin gələcəyini dərindən düşünən bir insan kimi səciyyələndirilir. Bütün bunlarla bərabər, şəxsiyyətə pərəstişin əsas əlamətləri və acı aqibəti də onun simasında bədii şəkildə canlandırılıb. Onda öz xidmətlərinə güvənmək və hamıya böyüklük etmək meyli vardır. Bu cəhət isə onu səhvlərə, zorakı hərəkətlərə sövq edir. Rüstəm kişi güman edir ki, o, kolxozda bütün adamlardan üstündür. Yastı Salman, Lal Hüseyn, Yarməmməd kimi hiyləgər, yaltaq adamların şirin tərifindən xoşlanır. Köhnəliklə yenilik arasında ziddiyyətin olması səbəbindən o, get-gedə ailəsindən və xalqından uzaq düşür. Oğlu Qaraşın şəhərdə oxuduğu zaman sevdiyi Mayanı evə toysuz gəlin gətirməsi əvvəlcə Rüstəm kişinin ürəyincə olmur. Maya kəndə gəldikdən sonra istər Rüstəm kişinin ailəsində, istərsə də təsərrüfatda bir yenilik, bir canlanma əmələ gəlir.

Lakin ailədə Qaraşla Maya arasında yaranmış anlaşılmaz münasibətlərdən Yastı Salman və digərlərinin məharətlə istifadə etməsi ziddiyyəti daha da dərinləşdirir.

Son nəticədə Rüstəm kişinin dilindən “xalqdan böyük dayaq yoxdur” etirafının səsləndirilməsi əsərin əsas ideyası kimi ümumiləşdirilir.

Müəllif yeniliyi təmsil edən Maya, Qaraş, Şirzad, Qızyetər, Pərşan və başqalarının simasında kəndin sağlam mənəvi simasına işıq salıb. Səkinə və Telli arvad da yenilik tərəfdarlarına həmfikir obrazlardır.

“Böyük dayaq” romanı müəllifin millilik və müasirlik mövqeyində dayanan bir sənətkar olduğunu sübut edir. Əsər əsasında eyniadlı film də çəkilib.

Guluzadeh

Mirzə Əjdər oğlu İbrahimov 1911-ci il oktyabrın 28-də Cənubi Azərbaycanın Sərab şəhəri yaxınlığında Evə kəndində anadan olub. 1918-ci ildə ailəsi ilə birlikdə Bakıya köçmüş, burada BalaxanıZabrat neft mədənlərində çalışmışdır.

Ədib Balaxanı fabrik-zavod məktəbində (1926-1930) təhsil almışdır. 1933-cü ildə Naxçıvan MTS SŞ-nin “Sürət” qəzetinin redaktoru olmuş və “Şərq qapısı” qəzetinə əlavə olan “Ədəbiyyat” qəzetinin nəşrində yaxından iştirak etmişdir. Daha sonra yazıçı AMEA Şərqşünaslıq institutunda oxuyur (1935-1937). 1945-ci ildə AMEA-nın ilk akademiklərindən biri olur. 1976-cı ildən Ədəbiyyat institutunun Cənubi Azərbaycan şöbəsinə rəhbərlik etmiş, “Cənubi Azərbaycan Ədəbiyyatı Antologiyası”-nın bir neçə cildi onun rəhbərliyi altında çapa hazırlanıb. Ədib uzun illər Yazıçılar İttifaqına rəhərlik etmişdir. 1981-ci ildə Sosialist Əməyi Qəhrəmanı adını alır. M.İbrahimov 1993-cü il dekabrın 17-də vəfat edir.

Yaradıcılığı

Həm nəsrlə, həm də nəzmlə yazıb.

Həm epik, həm lirik, həm də dramatik növdə əsərlər yazıb.

Bir çox xarici dildə olan əsərləri Az. dilinə tərcümə edib.

İlk qələm təcrübələri : M.İbrahimov yaradıcılığa şeirlə başlamış, “Qazılan buruq” adlı ilk şeirini “Aprel alovları” məcmuəsində çap etdirir. 1932-ci ildə “Giqantlar ölkəsində” adlı ilk (oçerklər) kitabını çap etdirir. Kitabda Ukraynanın Donbas şaxtaları və Dnepropetrovskdakı səfər təəsüratları yer almışdır.

Publisistikası : Ədibin “Xalqın səsi”, “Firudin İbrahimi”, “Səhər açılacaq”, “Azadlıq mübarizəsi” kimi publisistik məqalələrində Cənubi Azərbaycanda gedən ictimai-siyasi proseslər təsvir edilib.

Hekayələri : İlk hekayələri olan “Qorxulu səs”, “Sənət aşiqləri”, “Zəhra”, “Yol ayrıcında”, “Mələk”, “Qaçaq” kimi hekayələrdə daha çox həyat və məişət məsələlərindən bəhs olunur.

“Cənub hekayələri” silsiləsinə daxil olan “On iki dekabr”, “Azad”, “İzdirabın sonu”, “Tonqal başında”, “İki həyat” kimi əsərlərdə isə Ədib 1941-ci illərdə İranda rastlaşdığı əhvəlatlardan söz açır.

“Bizim adamlar haqqında hekayələr” silsiləsinə daxil olan “Mədinənin ürəyi”, “İşıqlı kənd”, “İnsan ürəyi haqqında”, “Torpaq mənə nə deyirdi”, “Poçtalyon” kimi hekayələrin əsas mövzusu müasir həyatdır.

Povestləri“Xosrov Ruzbeh”. Mövzusu – Cənubi Azərbaycanda milli azadlıq mübarizəsi. Məna etibarilə Səttar xan hərəkatı ilə bağlıdır. X.Ruzbeh də Səttar xan kimi yeni nəslin vətənpərvər və mərd oğullarındandır və onun davamçısı, ardıcılıdır. Povestdəki NurməhəmmədAynasaz kimi ziyalılar milli azadlıq mübarizəsini alqışlayan obrazlardır.

“Güləbətin”. Povest milli azadlıq mövzusunda yazılıb. Güləbətinin nümunəsində gələcəyə can atan milli düşüncəli cənublu insanların proobrazı yaradılıb. Güləbətinin yuxusu, əslində, gələcək ideaların təcəssümüdür. Əsərdəki Böyükxanım milli düşüncəyə malik yeni nəslin ümumiləşmiş obrazıdır. Sevindik surəti isə müəllifin gələcək haqqında fikirlərinin daşıyıcısı olan vətənpərvər və əməlpərvər insandır.

“Pərvizin həyatı”. Şimali Azərbaycan gənclərinin həyatı və təlim-tərbiyəsindən bəhs edir.

Romanları“Gələcək gün” (1948). Roman ədibin Cənub mövzusunda yazdığı bədii əsərlərin məntiqi yekunudur və ictimai-siyasi janrda yazılıb. Əsər II Dünya Müharibəsi və ondan sonrakı illərdə İranda baş verən milli azadlıq mübarizəsindən (milli demokratik hərəkatdan) bəhs edir. Əsərin əsas qəhrəmanı Firudin İbrahimi hərəkata rəhbərlik edir və Səttar xan – Xiyabani epoxasının davamçısıdır. Əsərdəki digər surətlər : R.Qəhrəmani, K.Azadi, Xavər, Məmməd, H.Məhbusi, Ə.Hənəfi, Musa, Sərxan və b. Romanın əsas qəhrəmanı xalqdır. Xarici düşmənlər : Mr. Harold və Fon Valter. Əsər SSRİ Dövlət mükafatına layiq görülüb.

“Pərvanə”. Əsərin əsas mövzusu maarifçilik ideyalarının milli-azadlıq hərakatına çevrilməsi prosesidir. Roman XIX əsrin ort. və XX əsrin əv.-dən bəhs edir. Əsərdəki Sahib müəllim maarifçi müsbət obrazdır. Dəmirçi Vəfadar zəhmətkeş xalqı təmsil edir. Sahib müəllimin anası Hürü xanım isə fədakar Az. qadınlarının xüsusiyyətlərini özündə əks etdirir. Əsərdə Qori MS və onun müəllimi Çernyayevskidən də bəhs edilir. Əsərdə Nəriman Nərimanovun həyat və fəaliyyətindən də söhbət açılır. Mənfi obrazlar : İlyas bəy, Səfiqulu bəy, Cahan xanım və b. Əsər müəyyən mənada epopeya səciyyəsi daşıyır.

“Böyük dayaq” (1957). Az. Əd. – da kəndin mənəvi həyatı və problemlərinə həsr edilmiş ilk romandır.

Dramları“Həyat” (1935). Əsər bolşevizm dövrünün ziddiyətləri və həmin dövrün çətinliklərindən bəhs edir. Əsərdəki Həyat obrazı ədibin həyat idealıdır.Abbasın faciəsinin səbəbi onun sosializmə kortəbii şəkildə inanmasıdır.

“Madrid” (1938). Müharibə təhlükəsi. Əsərdə İspan xalqının milli idealları uğrunda mübarizə aparan Lina ilə faşizmə xidmət edən Henrixin timsalında , vətən – irtica, xeyir-şər kimi motivlər irəli sürülmüş, sonda xeyirin qələbəsinə inam ifadə olunmuşdur. Əsər müharibə əleyhinə yazılmış qüvvətli ideoloji vasitədir.

“Məhəbbət” (1941). Əsər ictimai-məişət mövzusunda yazılıb. Yüsiflə Məhəbbətin sevgisindən bəhs edir. Məmişov və Manaf mənfi obrazlardır.

“Közərən ocaqlar” (1969). Əsər N.Nərimanovun həyat və mübarizəsindən bəhs edir. Şəxsiyyət və cəmiyyət, sənətkar və mühit problemləri. Tarixi dram Az. xalqının azadlıq ümidlərinə təkan verən bədii nümunədir.

Komediyaları“Kəndçi qızı” (1961). M.F.Axundov adına mükafata layiq görülüb. “Yaxşı adam” (1963).

Monoqrafları“Böyük demokrat”, “Həyat və ədəbiyyat”, “Xəlqilik və realizm cəbhəsindən”, “Böyük şairimiz Sabir”, “Aşıq pozeziyasında realizm”, “Tufanlarda bərkiyən qələm”.

Tərcümələri : U.Şekspir “Kral Lir”, “On iki gecə”. A.Çexov “Üç bacı”. A.Ostrovski “Quduz pullar”. A.Satromov “Kişilərə inanmayın”. Gertsen “Nə etməli ?”.

Mənbə : Ədəbiyyat. 11. Sinif. Bakı. Çaşıoğlu. 2010

Semral Quluzadə

Comments are closed, but trackbacks and pingbacks are open.