Press "Enter" to skip to content

Bu gün “ölmək” üzrə olan kitab rəssamlığı, “öldürən” kompyuter qrafikası

Bir çox nağılları nəzmə çəkdim,
Əfsanədən və əski deyimlərdən.
Çeşidli nəzmdən bəzək vurdum,
Öz istədiyim nə varsa orada dedim.
Ürəyim bundan xoşlansa da,
Günah və əzab toxumu əkirdim.
O əkdiyim toxumdan peşman olmuşam,
Ürəyimlə dilimi düyünləmişəm.
İndi yalan öykülər demərəm,
Sözü boş deyimlərlə bəzəmərəm,
İndi günah və əzab toxumu əkmərəm.
Çünkü qara yerinə ağ gəldi artıq,
Bilmirəm bədən nə istər əzabdan başqa.
Əfrasiyabla Keyxosrovun savaşından?
Buna ağıl gülərsə yeri var,
Mənim özümdən bunu harada, haçan bəyənər ağıl?
Nədən boş yerə ömrümün yarısını azaldaraq,
Dünyaya Rüstəmin adını yaydım?!
Bütün bunlardan bezdim artıq.
Həm pəhləvandan, həm Tusdan,
Həm də Zalın oğlundan (Rüstəmdən).
İndi bu neçə gün qalan ömrümü,
Doğru və düz yolda qoymaq istəyirəm.
Müdriklərin getdiyi yolla getmək gərəkir,
Dəlilərin yoluyla getməmək gərəkir.
Bütün o nağıllar (Şahnamədəki nağıllar) ağ yalandır,
İki yüz öylə nağıllar bir ovuc torpağa dəyməz”. [3]

“Şahnamə”dən boylanan böhtan

Bu əsərin alt qatında gizlənən ilk “fars şonizmi” ideologiyasının Orta Şərqdə irqçiliyin və radikal “paniranizm” düşüncə sisteminin təməl prinsipi yer alır.

Əsər sadəcə türkləri deyil, həm də ərəbləri aşağılayan bir düsturdur. “Şahnamə”də süni şəkildə uydurulmuş “pəhləvi qəhrəmanları”nın dahiliyi mistik güc kimi təlqin olunur. Ərəbləri aşağılayan bu kiçik şeirə diqqət yetirsək daha yaxşıdır:

“Dəvə sidiyini içən və kərtənkələ yeyən ərəb
İşi öylə bir yerə çatdırmış ki,
Kiyanilər tacını yiyələnmək istəyir.
Tüpürüm sənin çarxına ey fələk, tfuu. ”

Farsca orjinalı belədir:
ز شاش شتر خوردن و سوسمار
عرب را به جایی رسیدست کار
که تاج کیانی کند آرزو
تفو بر تو ای چرخ گردون، تفو!

Firdovsinin məsnəvi janrında bu poemanı yazmasının özü belə, düşündürücüdür. Firdovsinin “Şahnamə”də uydurulan nağıllardan biri də, guya bu əsəri görkəmli türk dövlət başçısı Sultan Mahmud Qəznəlinin sifarişi ilə yazmasıdır. Hətta “Şahnamə”də müəllifin özü tərəfindən belə qeyd edilmir:

Çox çilələr çəkdim bu 30 ildə
Əcəmi diriltdim bu parsi ilə”

Poemada “əcəmi” dedikdə türklər nəzərdə tutulur. “Əcəmi” sözünün orta çağlarda “gəlmə”, “yadelli” mənasını verən deyim kimi qəbul olunur. Halbuki İran adlı ərazidə türklərin tarixi izlərinin yaşı 7 min ildir. Bu barədə ilk dəfə 1950-ci illərdə ABŞ-ın məşhur arxeoloq-etnoqraf allimlərindən Pinas Delokas və Hilen Kantur Tehranda nəşr olunan “Bərrasihaye tarixi” (tarixi tədqiqatlar) toplusunda çox böyük müzakirələrə səbəb olan məqalələr yazıblar. O zaman hakimiyyətdə olan Məhəmmədrza Pəhləvi dünyanın dörd bir yanından arxeoloq-etnoqraf, kulturoloq, tarixçi və digər alimləri dəvət edərək onların qarşısında bu coğrafiyanın qədim “pəhləvilər”ə, yəni farslara aid olması kimi tələblər qoyurdu. Bunun qarşılığında alimlər dünyanın ən böyük qonorarlarını alırdılar. Məqsəd “irani milləti” ideyasına tarixi legitimlik vermək idi. Belə bir siyasi konsepsiya ona görə baş tutmadı ki, “Hind-Avropa nəzəriyyəsi” artıq Qərbin özündə belə çökmüşdü. “Arizm” (ali irq) nəzəriyyəsinə isə bütün mədəni xalqlar tüpürmüşdülər. “Şahnamə”nin türk sultanı Sultan Mahmud Qəznəlinin sifarişi ilə yazılmasını əlahəzrət tarixi faktların özü inkar edir. Belə ki, Sultan Mahmud Qəznəli anadan olanda Əbülqasım Firdovsinin 30 yaşı var idi. Sultan Mahmud Heratda 30 yaşında taxta oturmuşdur. Ötən 30 ildə isə Firdovsi Ön və Mərkəzi Asiyada tanınmış bir şair deyildi. Bundan əlavə, Sultan Mahmud Qəznəli şah taxtına oturan kimi Pakistan və Hindistanda döyüşlərdə keçib həyatı.

Min ildir gizli saxlanılan “Yusif və Züleyxa” poeması

Firdovsinin ölümündən az öncə yazdığı bu əsəri “Şahnamə” poemasından fərqli olaraq tamamilə fərqli üslubda yazılmış, bununla yanaşı, müəllif ilk böyük əsərində yazdıqlarını tamamilə inkar etmişdir. Bununla yanaşı, “Yusif və Züleyxa” poemasında etiraf etmişdir ki, “Şahnamə”də nə yazıbsa, hamısı onun uydurmalarıdır. Tarixi mənbələrdə bu barədə ilk faktlar Əmir Teymurun nəvəsi Sultan Baysanqurun dönəmində, yəni 1430-cu ildə onun əmri ilə yazılmış “Şahnamə” əsərində Firdovsinin “Yusif və Züleyxa” poemasında müəllifin etirafları ön sözdə xüsusi şəkildə qeyd edilir.
Bayasanqurun sifarişi ilə yazılan bu əsərin beş əlyazma nüsxəsi Daşkənd Dövlət Muzeyi (Özbəkistan), Tehran Gülüstan sarayı Muzeyi (İran), London Muzeyi (İngiltərə), İsgəndəriyyə Kitabxanası (Misir) və digər ölkələrdə qorunub saxlanılmaqdadır. Orta çağ Şərq ədəbiyyatının tədqiqatçılarının fikrincə, Firdovsinin “Yusif və Züleyxa” poeması dil, yazı və bədii fikir üslubu baxımından onun “Şahnamə” əsərindən qat-qat səviyyəlidir. “Yusif və Züleyxa” poemasında Firdovsinin özü “Şahnamə”də yazdıqlarını inkar edərək belə yazır:

Bir çox nağılları nəzmə çəkdim,
Əfsanədən və əski deyimlərdən.
Çeşidli nəzmdən bəzək vurdum,
Öz istədiyim nə varsa orada dedim.
Ürəyim bundan xoşlansa da,
Günah və əzab toxumu əkirdim.
O əkdiyim toxumdan peşman olmuşam,
Ürəyimlə dilimi düyünləmişəm.
İndi yalan öykülər demərəm,
Sözü boş deyimlərlə bəzəmərəm,
İndi günah və əzab toxumu əkmərəm.
Çünkü qara yerinə ağ gəldi artıq,
Bilmirəm bədən nə istər əzabdan başqa.
Əfrasiyabla Keyxosrovun savaşından?
Buna ağıl gülərsə yeri var,
Mənim özümdən bunu harada, haçan bəyənər ağıl?
Nədən boş yerə ömrümün yarısını azaldaraq,
Dünyaya Rüstəmin adını yaydım?!
Bütün bunlardan bezdim artıq.
Həm pəhləvandan, həm Tusdan,
Həm də Zalın oğlundan (Rüstəmdən).
İndi bu neçə gün qalan ömrümü,
Doğru və düz yolda qoymaq istəyirəm.
Müdriklərin getdiyi yolla getmək gərəkir,
Dəlilərin yoluyla getməmək gərəkir.
Bütün o nağıllar (Şahnamədəki nağıllar) ağ yalandır,
İki yüz öylə nağıllar bir ovuc torpağa dəyməz”. [3]

Farsca orijinalı belədir:

به نظم آوریدم بسی داستان
ازافسانه و گـــــفته باســــتان
هر گونه ای نظم آراستم
بگفتم درو هر چه خود خواستم
اگرچه دلم بود از آن بامزه
همی کاشتم تخم رنج و بزه
از آن تخم کشتن پشیمان شدم
زبان را و دل را گره بر زدم
نگویم کنون نامه های دروغ
سخن را ز گفتار ندهم فروغ
نکارم کنون تخم رنج و گناه
که آمد سپیدی به جای سیاه
ندانم چه خواهد بدن جز عذاب
زکیخسرو و جنگ افراسیاب
برین می سزد گر بخندد خرد
زمن خود کجا کی پسندد خرد؟
که یک نیمه عمر خود کم کنم
جهانی پر از نام رستم کنم؟
دلم گشت سیر و گرفتم ملال
هم از گیو و طوس و هم از پور زال
کنون گر مرا روز چندی بقاست
دگر نسپرم جز همه راه راست
گرفتن یکی راه فرزانگان
نرفتن به آئین دیوانگان
نگویم دگر داستان ملوک
دلک سیر شد زآستان ملوک
که آن داستانها دروغ است پاک
دوصد زان نیارزد به یک مشت خاک

Beləliklə də aydın olur ki, Firdovsi həyatının son illərində yazdığı “Yusif və Züleyxa” poeması ilə “Şahnamə”də uydurduğu yalanlara görə əzab çəkdiyini açıq şəkildə etiraf edir. “Yusif və Züleyxa” poemasının başlanğıcında müəllif öz keçmişindən söz açaraq, dolayı yolla “Şahnamə”də uydurduğu hekayələrə görə əzab çəkdiyinə, günah toxumunu əkdiyinə görə peşmançılıq keçirdiyini etiraf edir. “Şahnamə”dən fərqli olaraq “Yusif və Züleyxa” poemasında haqqında bəhs edilən mövzunu “Tövrat” və “Quran”dan götürdüyünü də qeyd edir. O, etirafında xüsusi şəkildə bildirir ki, “tövbə” qapısı açıq olduğu üçün “Yusif və Züleyxa”nı yazmışdır.

Karl Hermann Ethenin kəşfi

Əbülqasım Firdovsinin “Yusif və Züleyxa” poeması İran adlı ərazidə “Ələmut Şeyxləri” hərəkatı başlayandan üzü bu yana, yəni XI yüzildən etibarən farslar tərəfindən mümkün qədər gizli saxlanılmış, hətta belə bir əsərin varlığı inkar edilmişdir. Əsər kütləvi şəkildə ilk dəfə 1903-cü ildə Londonda nəşr edilmişdir. Əsər həm də elmi mənbə olaraq, “London Kitabxanası” və “London Muzeyi”ndəki əlyazmalara istinadə çap edilibdir. Əsər “Şahnamə”də olduğu kimi məsnəvi janrında yazılmışdır. Məşhur şərqşünas alim, professor Sadiq Rzazade Şəfəqin “Tarix-e ədəbiyat-e farsi” adıyla farcaya çevirdiyi bu kitab 1958, 1972 və 1977-ci illərdə Tehranın “Bonqah-e tərcome və nəşr-e kitab” adlı yayınevində çap olunaraq yayınlanmışdır. Firdovsinin “Yusif və Züleyxa” poeması elm aləmində ilk dəfə olaraq məşhur alman şərqşünas alim Karl Hermann Ethe tərəfindən 1889-cu ildə tədqiqat mövzusu kimi gündəmə gətirilmişdir. O, həmin il “VII Uluslararası Şərqşünaslar Konqresi”ndə bu barədə dünya qarşısında geniş məruzə ilə çıxış etmişdir. Karl Hermann Ethe “Yusif və Züleyxa” poeması ilə bağlı bunları da qeyd edib: “Yusif və Züleyxa poemasının 3 əlyazma və 2 daşbasma kitabını tapdım. Əsər 3697 sözdən ibarətdir. “Şahnamə”dən fərqli olaraq burada ərəb, türk, ibrani, Indus və digər dillərə məxsus söz tərkibi də çoxdur”.

Qeyd edək ki, Karl Hermann Ethe bir şərqşünas alim kimi Firdovsinin “Yusif və Züleyxa” poemasının dili, sözlərin ifadə qaydaları, bədii-estetik yönü, dini mistik rəvayətlər və digər faktları incələyərək ön söz yazmaqla 1908-ci ildə çap etmişdir. Kitab XIX yüzilin qaydaları əsasında “Neupersische Litteratur” qrifi ilə nəşr olunubdur. Karl Hermann Ethe həmin ön sözdə belə yazır: “Mən “Yusif və Züleyxa” poemasının məhz Əbülqasım Firdovsiyə aid olduğunu isbat edən bir sıra dəlilər tapdım. Çünki, “Şahnamə”də müəllif tərəfindən yazılan deyim tərzi, bədii təsvir vasitələrinin, frazeloji forma, əsərdə qeyd olunan mühit tamamilə Firdovsiyə aid olduğuna qətiyyən şübhə etmirəm”.

Ünlü ingilis şərqşünası Edvard Qranville Bronve (1862-1926) “Firdovsidən Sədiyədək fars yazınının keçmişi” adlı əsərində Firdovsinin “Yusif və Züleyxa” əsərini tədqiq edərək belə yazır: “Ən etibarlı bilgilər bizim əldə etdiyimiz ilkin qaynaqlardır. Onun “Şahnamə” və “Yusif və Züleyxa” poemalarında bir-birini inkar edən çoxlu məqamlar vardır. “Yusif və Züleyxa” poeması romantik bir əsərdir. Məsnəvi janrında yazılıb. Bu əsəri ilk dəfə üzə çıxaran Karl Hermann Etheyə minnətdarıq. Bu əsəri ilk dəfə poema kimi Əbül Müəyyəd Bəlxi və sonardan Bəxtiyari adlı şairlər yazmışlar. Sonradan Firdovsi bu mövzunu poema şəklində qələmə alıbdır. Firdovsinin “Yusif və Züleyxa” poemasının 7 əlyazması Fransanın kitabxanalarında qorunub saxlanılmaqdadır. Karl Hermann Ethe bu əsəri bir neçə dəfə İranda nəşr etdirmək istəsə də, yerli hakimlər və din xadimləri ona imkan verməyiblər. Alman aliminin təşəbbüsü ilə əsər Hindistanda 3 dəfə daşbasması ilə çap olunmuşdur. Onun 1889-cu ildə Vyanada (Avstriya) alman dilində Schlechta Wssehrd tərəfindən tərcümə etdiyi bu əsər isə möhtəşəmdir”.

Fars şoviniztlərinin Karl Hermann Etheyə hücumları

Firdovsinin “Yusif və Züleyxa” əsərinin original mətnin və alman dilində çapını görən kimi demək olar ki, İran, Hindistan, Misir və Suriyadakı fars şovinizmi siyasətini yürüdən çetelər Karl Hermann Etheyə qarşı kəskin hücumlara keçdilər. Halbuki, alman alimi Əbdül Rəhman Cami və Nazim Heratinin Firdovsinin “Yusif və Züleyxa” poemasının bənzərini yazsalar da, Karl Hermann Ethe bu müəlliflərin əsərlərini fars və alman dillərində çap etdirmişdir. Fars şovinistləri bu iki müəllifə qarşı etiraz etməsələr də, Firdovsi məsələsində əməlli başlı hay-küy saldılar. Halbuki, alman aliminin əməyinə yüksək qiymət verilməli və ona sayğılar göstərilməli idi. Fars şovinistlərini rahatsız edən əsas məsələ Firdovsinin türklərə qarşı haqsız yerə “Şahnamə” poemasında həqarətlər yağdırmasını alman alimi tərəfindən gündəmə gətirilməsi idi. Karl Hermann Ethe yazırdı: “Firdovsi “Yusif və Züleyxa” poemasında xəyalqırıqlığını etiraf etməklə “Şahnamə”də yazdıqlarından peşman olduğunu bildirirdi. Həqiqəti inkar etdiyinə görə çox rahatsız olub həyatının son illərində”.

Türkiyənin tanınmış şərqşünas alimi professor Nurullah Çetin “yeni türk şairinin “Yusuf ve Züleyha hikayesi” əsərini tədqiq edərək belə yazır: “Bu hekayə ilə bağlı çox şairlər poema yazıblar. Tək Firdovsi bu poemanı məsnəvi janrında yazıbdır. Bu hekayə ərəb yazarı İmam Qəzalinin “Bəhrül Məhənnə” adlı əsərindən köçürülümüş və sonradan bütün Şərq aləminə yayılmışdır”.

XX yüzilin ən nəhəng şərqşünas alimlərindən bir kimi tanınan Yevgeni Bertels (1890-1957) 300-dən çox elmi araşdırmalarının nəticəsi kimi yazırdı: “Firdovsinin “Şahnamə” poeması əgər it-bata düşsəydi, onun “Yusif və Züleyxa” poeması İran adlı bir ölkədə ən böyük poema ustadı kimi tarixdə böyük bir iz buraxacaqdı”.

Sonda bunu qeyd etmək gərəkdir ki, farsların “ifrat irqçilik” doktrinası kimi tanınan “Şahnamə” əsəri ilə yanaşı “Yusif və Züleyxa” poemasının şovinist tərəfindən açıq şəkildə yasaqlanması əslində Firdovsinin “uydurma şəkildə yaratdığı qəhrəmanlar” ideyasının nə zamansa puça çıxacağından qorxurdular.

Ə. Yusifoğlu

İstifadə olunan qaynaqlar:

[1] Walker Or. 64, dated A. H. 1140, Bodleian Cat, vol. i, No. 505
[2] Morley’s copy in the British Museum, Add. 24,093, dated A. H. 1055, Rieu’s Persian Cat., vol. ii. P- 545
[3] Elliott 414, dated A.H. 1232, Bodleian Cat., vol. i. No. 506
[4] Royal Asiatic Society, MS. Cat, No. 214
[5] Bland’s copy, originally in Major Macan’s Library, afterwards in that of Col. Baumgertner, now in the British Museum, Or. 2930, Supplement to Rieu’s Persian Cat., No. 200, 1430 ilində Baysunğur`un buyuruğu ilə, Nəstəliq xəttiylə qələmə alınan Baysunğur Şahnaməsi, Tehran`ın Gülüstan Sarayı Muzeyi, No. 4752
[6] Dr. Sadiq Rızazade Şəfəq`in “Tarix-e Ədəbiyat-e Farsi” adıyla Farcaya çevirdiyi bu bitik, 1958, 197 2 və 1977 illərində Tehran`ın “Bonqah-e Tərcome və Nəşr-e Kitab” adlı yayınevində yayınlanmışdır;
[7] Carl Hermann Ethe (1844-1917), German Orientalist, author of “Neupersische Litteratur” in Grundriss der iranischen Philologie (1896-1904), best known for his catalogues of Islamic manuscripts, the most important of which are Catalogue of Persian, Turkish, Hindustani, and Pashtu Manuscripts in the Bodleian Library (2 vols., 1889-1930), and Catalogue of Persian Manuscripts in the Library of the India Office (2 vols., 1903-37, reprint London, 1980)
[8] Yusuf and Zalikha by Firdausi of Tus
Edited from the manuscripts in the Bodleian Library, the British Museum, and the Library of Royal Asiatic Society, and the two lithographed text of Tehran and Lucknow (or Cawnpore) By Hermann Ethe Oxford, at the Clarendon Press, 1908
[9] Yusuf and Zalikha by Firdausi of Tus By Hermann Ethe Oxford, at the Clarendon Press, 1908
[10] Verhandlungen des VII Internationalen Orientalisten-Congresses in Wien, Semitische Section, pp. 20-45, Wien, 1888,
[11] Neupersische Litteratur By Carl Hermann Ethe Trübner, Strassburg, 1897, Band II, p. 229
[12] 1- W (Walker Or. 64, dated A. H. 1140, see my Bodleian Cat, vol. i, No. 505)
2- M (Morley’s copy in the British Museum, Add. 24,093, dated A. H. 1055, see Rieu’s Persian Cat., vol. ii. P- 545)
3- E (Elliott 414, dated A.H. 1232, see Bodleian Cat., vol. i. No. 506)
4- A (Royal Asiatic Society, MS. Cat, No. 214)
5- B (Bland’s copy, originally in Major Macan’s Library, afterwards in that of Col. Baumgertner, now in the British Museum, Or. 2930, see Supplement to Rieu’s Persian Cat., No. 200)
[13] 1- Teheran, lithograph, A.H. 1299, kindly presented to me in 1885 by Mr. Sidney Churchill in Teheran
2- Naval Kishor Press, Lucknow, A.H. 1287 and 1290, collated by me in the British Museum, re-issued at Cawnpore A.H. 1298 and 1304, the latter in my private collection
[14] Yusuf and Zalikha by Firdausi of Tus By Hermann Ethe Oxford, at the Clarendon Press, 1908, Preface
[15] A Literary History of Persia From Firdawsi to Sa’di By Edward G. Browne, London : Adelphi Terrace, T. Fisher Unwin Ltd First published in 19o6
Second impression 1915
Third impression 1920
[16] A Literary History of Persia From Firdawsi to Sa’di By Edward G. Browne, London : Adelphi Terrace, T. Fisher Unwin Ltd, 1906, p. 131
[17] A Literary History of Persia From Firdawsi to Sa’di By Edward G. Browne, London : Adelphi Terrace, T. Fisher Unwin Ltd, 1906, s. 146-147
[18] “Yeni Türk Şairinin `Yusuf ve Züleyha Hikayesi` Duyarlığı” Prof. Dr. Nurullah Çetin Türkoloji Dərgisi, C.13, S.1, s.109-143.
[19] Евгений Бертельс. Литературная энциклопедия, т. ii, c. 754? Y.E. Bertels.

© AzNews.az

Bu gün “ölmək” üzrə olan kitab rəssamlığı. “öldürən” kompyuter qrafikası.

Sevinc Quliyeva: “Müəyyən istisnaları nəzərə almasaq deyərdim ki, hazırda dünyada, eləcə də Azərbaycanda kitab rəssamlığı arxa plana keçib”
Səkinə Baharlı: “İllər əvvələ qədər tam gücü ilə fəaliyyət göstərən bir sahə bu gün texnologiyanın gətirdiyi yeniliklər qarşısında kənara çəkilib”

Təsviri incəsənətin hər bir növü, qanadı seyrçilər, sənət xridarları üçün böyük maraqla qarşılanır. Tarixən dünyada rəssamlığın bir neçə sahəsi mövcuddur, onlardan biri də kitab qrafikasıdır. Kitab qrafikasının tarixi dünyada qədimdir. Azərbaycanda hələ orta əsrlərdən başlayaraq müxtəlif klassik şairlərin əlyazmalarına rəssamlar müxtəlif illüstrasiyalar çəkirdilər.

Bu sənət Azərbaycanda əsasən Sovet dövründə yüksək səviyyədə inkişaf edib. Respublika nəşriyyatlarında çap edilən kitabların hər birinin xüsusi rəssamı vardı. Deyərdik ki, bu dövrdə Azərbaycanda böyük kitab rəssamları, tərtibçiləri ordusu yaranıb. Müstəqillik illərinin ilk dövrlərində də kitab rəssamlarının işinə böyük tələbat vardı. Lakin son illər texniki tərəqqinin həyatımıza müdaxilə etməsi, müxtəlif kompyuter qrafikalarının yaradılması kitab rəssamlarının fəaliyyətinə əməlli-başlı problemlər yaradıb. Bu gün nəşriyyat və mətbəələr, demək olar ki, rəssamların əl əməyindən istifadə etmirlər. Onlar daha çox kompyuter qrafikasına üstünlük verirlər. Kitablarda dizaynerlərin müxtəlif proqramlardan istifadə edərək yaratdıqları qrafikalardan istifadə edilir. Bu da rəssamların sifarişsiz qalması, fəaliyyətinin kitab sahəsində məhdudlaşdırılmasına səbəb olur.

Rəssamlar bizimlə söhbətlərində bildirirlər ki, vaxtilə hər gün kitab işi ilə bağlı sifariş alırdılarsa, bu gün bu sahədə heç bir sifariş ala bilmirlər.

Rəssam Sevinc Quliyeva bizimlə söhbətində bildirdi ki, vaxtilə Mikayıl Abdullayevdən tutmuş, Qəzənfər Xalıqova, Kirman Abdinova, Bulud Xəlilova qədər böyük bir rəssam nəsli kitab qrafikası ilə məşğul olub. Rəssam-qrafiklərin son dövrlərə qədər geniş fəaliyyət göstərdiyini deyən S.Quliyevanın sözlərinə görə, rəssam-qrafikin kitabda yarada bildiyi sənət əsərini kompyuter qrafikası ilə yaratmaq mümkün deyil: “Bu gün çox təəssüf ki, texnologiyanın inkişafı sənətin, xüsusi olaraq da rəssamlığın müxtəlif qollarının inkişafına mənfi təsir göstərir. O cümlədən də rəssam-qrafiklər bu gün kitab sahəsində fəaliyyət göstərə bilmirlər. Vaxtilə rəssam-qrafiklər respublikada nəşr edilən qəzet və jurnallara, o cümlədən də kitablara illüstrasiyalar, müxtəlif qrafik cizgilər, mənzərə nümunələri çəkərdilər. Bilirsiniz, o vaxtlar rəssamlar bu sahədə kifayət qədər sifariş alırdılar. Bu gün isə müəyyən istisnaları nəzərə almasaq deyərdim ki, hazırda dünyada, eləcə də Azərbaycanda kitab rəssamlığı arxa plana keçib. İndi bu sahə heç bir naşiri maraqlandırmır. Onlar hesab edirlər ki, texnologiya varsa və onun imkanlarından istənilən səviyyədə yararlanmaq mümkündürsə, nə üçün artıq pul verib rəssamları bu işə cəlb etməliyik. Halbuki, texnologiya rəssam fırçasının istiliyini, təbiiliyini yarada bilməz. Rəssam mövzunu görür və onu yaşayır, ona uyğun da illüstrasiyalar çəkir. Amma kompyuter qrafikaçısı isə bunları edə bilmir. Ümumiyyətlə, kitab rəssamlığının taleyini düşünmək lazımdır. Bu gün rəssamların heç də hamısının vəziyyəti yaxşı deyil. Elə rəssam var ki, dolanışığı çox çətindir. Ancaq nəşriyyatlar, mətbəələr onlara sifarişlər verərsə, rəssamların vəziyyəti nisbətən düzələr”.

Ekspert qeyd etdi ki, ümumiyyətlə, hazırda kitab qrafikasında rəssamların az iştirak etməsi, yaxud heç iştirak etməməsi ağrılı prosesdir. “Müasir texnologiyalar o qədər inkişaf edib ki, rəssamlıq onların içərisində əriməyə doğru gedir desəm yanılmaram. Amma 20-30 il əvvəl belə deyildi. Rəssamlar İttifaqının özü nəşriyyatlarla, mətbəələrlə işləyirdi. Bu gün rəssamların çoxu dizaynerliklə də məşğul olur ki, bəlkə dolanışıq qazana bildi” – deyə müsahibimiz bildirdi.

Sənətşünas Səkinə Baharlı isə bizimlə söhbətində kitab qrafikasının bu günü ilə yanaşı, tarixi haqqında da məlumatlar verdi. “Sizin toxunduğunuz mövzu həqiqətən də çox düşündürücüdür. İllər əvvələ qədər tam gücü ilə fəaliyyət göstərən bir sahə bu gün texnologiyanın gətirdiyi yeniliklər qarşısında kənara çəkilib. Bu gün kitab rəssamlarının fəaliyyəti məhdudlaşıbsa, onda gərək kompyuter qrafikasını bilən rəssamlar yetişdirilsin. Bu gün bu sahə yenidir. Amma onu genişləndirmək lazımdır. Gənc nəsil rəssamlar kitab sahəsində fəaliyyət göstərmək istəyirlərsə, texnologiyanı mənimsəməli və özlərini bu sahədə göstərməlidirlər” – deyə bildirən sənətşünas hesab edir ki, rəssamların kitabdan ayrı düşməsi ciddi problemdir.

Bu sənətin tarixinə baş vuran müsahibimiz qeyd etdi ki, XVI əsrdə kitab öz inkişafının zirvəsinə çatıb və bu özünü daha çox Səfəvilər sarayında göstərib: “Səfəvilər sarayı zəngin kitabxanası, şəkilli əlyazmaları yaratmaq üzrə bədii emalatxanaları ilə görkəmli xəttatların, nəqqaşların, miniatürçü rəssamların, tərtibatçıların, cildçilərin və digər kitab sənəti ustalarının əsas fəaliyyət mərkəzinə çevrildi. Qeyd etməliyik ki, kitab Şərqdə həmişə yüksək ictimai marağın artması ilə əlaqədar olaraq xüsusi əhəmiyyət kəsb edib. Şah İsmayılın, sonralar isə Təhmasibin hakimiyyəti dövründə şah kitabxanasında misilsiz fırça ustası Sultan Məhəmmədin ümumi rəhbərliyi altında Ağa Mirək İsfahani, Mir Müsəvir, onun oğu Mir Seyid Əli, Soltan Məhəmmədin oğlu Mirzə Əli, Dost Məhəmməd, Müzəffər Əli və başqalarından ibarət bir dəstə istedadlı rəssam, Şah Mahmud Nişapuri, Şeyx Məhəmməd və başqa xəttatlar məşhur Behzad, Qasım Əli, Şeyxzadə və başqa Herat rəssamları, dövrün tanınmış kitab ustaları fəaliyyət göstərirdilər.

Onların çoxu savadlı, hərtərəfli inkişaf etmiş şəxsiyyətlər idi və bədii fəaliyyətləri incəsənətin yalnız bir sahəsi ilə məhdudlaşmırdı. Bu sənətkarlar tarix və ədəbiyyata gözəl bələd idilər. Bəzi məşhur miniatürçü rəssamlar gözəl şair Mirzə Seyid Əli, Şahqulu Sadiq bəy Əfşar, xəttat, dekorativ sənət ustaları olmuşlar. Bu fırça ustaları həm XVI əsr Təbriz məktəbinin inkişafında, həm də bütövlükdə Şərq rəssamlığı tarixində böyük rol oynamışlar. Bu istedadlar kəhkəşanına isə ustad Nizaməddin Sultan Məhəmməd rəhbərlik edirdi” – deyə bildirən ekspertin sözlərinə görə, Azərbaycan miniatür sənəti XIX əsrin sonlarına qədər davam edib. Onun sözlərinə görə, XVIII-XIX əsrlərdə əlyazma və daş çapı kitablarına çəkilmiş miniatürlər rəsm, kompozisiya, obrazların həlli və koloritinə görə bəsit, sxematik, bəzən də primitiv “lubok” xarakteri daşıyırdı: “Əvəzəli Muğanlının “Kəlilə və Dimnə” (1809), Mirzə Əliqulunun “Şahnamə” (1850), Mir Möhsün Nəvvabın “Bəhr ül-həzən” (1864), Nəcəfqulu Şamaxılının “Yusif və Züleyxa” (1887; bu əsərlər Azərbaycan Respublikası EA Əlyazmalar İnstitutundadır) və s. kitablara çəkdikləri illüstrasiyalar obrazlı ifadə vasitələrinə görə klassik miniatür sənətinin tənəzzülünü göstərir. Sovet dövründə klassik miniatür sənətinin zəngin ənənələrindən, onun bədii üslub xüsusiyyətlərindən yaradıcı surətdə istifadə edilməyə başlanıb. Klassik miniatür sənətinin üslub xüsusiyyətlərindən istifadə edilməsi Azərbaycan təsviri sənətinin sonrakı inkişaf dövrlərində daha da genişlənib, boyakarlıq, qrafika, xüsusən kitab illüstrasiyası sahələrində bir sıra rəssamların yaradıcılıq axtarışları uğurlu əsərlərlə nəticələnib.

M.Abdullayev boyakarlıq, qrafika, monumental boyakarlıq və teatr tərtibatı sahələrində klassik irsimizlə bağlı olan bir sıra dəyərli əsərlər yaradıb. Rəssamın “Kitabi-Dədə Qorqud” (1962 və 1979 il nəşrləri) kitablarına çəkdiyi illüstrasiyaları, Bakı metropoliteninin “Nizami” stansiyasında şairin əsərlərinin motivləri əsasında yaratdığı mozaika lövhələri diqqəti cəlb edir. Sovet dövründə bu sənət daha da inkişaf etdi və böyük kitab rəssamları nəsli yetişdi. Hazırkı mənzərə isə yuxarıda qeyd etdiyim kimidir”.

İradə SARIYEVA

Azərbaycan miniatürləri

İslam dini ehkamlarının hökm sürdüyü orta əsrlərdə Azərbaycanda rəssamlığın müxtəlif növlərində (boyakarlıq, «siyah qələm» və s.) insan obrazlarının təsviri sahəsində gözəl ənənələri olmuşdur. Miniatür sənətinin bu dövrdə yüksək inkişafı bunu aydın sübut edir.
Yaxın və Orta Şərq xalqları incəsənətinin maraqlı və zəngin hissəsini təşkil edən Azərbaycan miniatür sənəti dünya incəsənəti tarixində özünəməxsus yer tutur.
Kitab illüstrasiyası kimi yaranıb formalaşan Azərbaycan miniatür sənətinin təşəkkül tarixi dəqiq müəyyən edilməmişdir. Lakin XIII əsrin əvvəllərində Əbdülmömin Məhəmməd əl-Xoyinin «Vərqa və Gülşa» əlyazmasına çəkdiyi miniatürlərin (Topqapı muzeyi, İstanbul) üslubu, bədii sənətkarlıq xüsusiyyətləri bu miniatürlərin ilkin olmadığını, müəyyən bir ənənəyə əsaslandığını və miniatür sənətinin daha qədimdən mövcud olduğunu göstərir. «Vərqa və Gülşa»ya çəkilmiş miniatürlər yalnız Azərbaycanda deyil, Yaxın və Orta Şərqdə bu sənətin ən qədim nümunələrindən sayılır.

XIII-XIV əsrlərdə Marağa, Təbriz və Azərbaycanın başqa şəhərlərində xəttatlıq və miniatür sənəti sürətlə inkişaf etmiş, Təbriz şəhəri Şərqdə bədii yaradıcılığın, kitab sənəti, kalliqrafiya və miniatür boyakarlığının ən qüdrətli mərkəzinə çevrilmişdi. Bu əsrlərdə Çin-uyğur sənətindən faydalanan rəssamlar Uzaq Şərq xalqlarından gələn təsvir forması və ifadə vasitələrini yerli ənənələrlə — səthi-dekorativ forma ilə uyğunlaşdırmağa çalışırlar.

XIV əsrin ortalarından Təbriz rəssamları qrafik və boyakarlıq üslublarının uğurlu sintezindən doğan bədii üslub yaratdılar. Bu yeni üslubun formalaşması 1340-50 illərə aid edilən «Böyük Təbriz Şahnaməsi», yaxud «Demott Şahnaməsi» adlanan məşhur əlyazmanın miniatürlərində öz əksini tapmışdır. Əksəriyyəti dövrün görkəmli rəssamları Əhməd Musa və Şəmsəddin tərəfindən çəkilmiş bu miniatürlər hazırda dünyanın bir çox muzey və kitabxanalarında saxlanılır. Bu əlyazmanın miniatürlərindən hələlik 58-i məlumdur. Tədqiqatçılar Təbriz miniatür məktəbinin bu dövrdəki inkişafını, xüsusilə «Demott Şahnaməsi»nin illüstrasiyalarını yüksək qiymətləndirmişlər. Fransız sənətşünası Östaş dö Lorey yazır: «miniatür sənəti heç vaxt bu qədər əzəmətli, akademizmdən uzaq və belə orijinal olmamışdır».

Azərbaycan miniatür sənətinin bədii üslub xüsusiyyətləri XV əsrin əvvəllərində daha da təkmilləşir. Nizami Gəncəvinin «Xosrov və Şirin» poeması (1405-10, Frir qalereyası, Vaşinqton), sonuncu Cəlair hakimi Sultan Əhmədin şeirlər «Divanı»na çəkilmiş dahi rəssam Əbd-əl-Xayyinin rəsmləri (1405-10, Frir qaleryası, Vaşinqton) və Əssar Təbrizinin «Mehr və Müştəri» əsərinə (1419) çəkilmiş illüstrasiyalardakı xəttat (Cəfər Təbrizi) üslub, bədii sənətkarlıq məziyyətləri Təbriz məktəbinin kamilləşməsini göstərir.

XV əsrin əvvəllərindən başlayaraq Təbriz uzun müddət Yaxın və Orta Şərq şəhərlərini qabil sənətkarlarla təmin edən qüdrətli sənət mərkəzi olmuşdur. Məşhur alman sənətşünası F.Şults Təbriz məktəbini qonşu Şərq ölkələrində miniatür sənətinin inkişafına əsaslı təsir göstərmiş «ana məktəb» («Mutter Schule») adlandırmışdır.

XV əsrdə Təbriz məktəbinin təsirilə Şamaxı və Bakıda miniatür sənəti inkişaf etməyə başlayır. Bu dövrdə “Şərq poeziyası antologiyası”, yaxud “Şamaxı antologiyası” (1468, Britaniya muzeyi, London) və b. əlyazmalarına çəkilmiş illüstrasiyalar, Əbdülbaqi Bakuvinin çəkdiyi tək və ikifiqurlu portretlər («Mehtər», “İki əmir”; Topqapı muzeyi, İstanbul) Şamaxı və Bakı rəssamlarının ən yaxşı miniatürləri sırasına daxildir. XV əsrin axırlarında Təbriz miniatür məktəbi yeni yüksəliş dövrünü keçirir. 1481-ci ildə Sultan Yaqub üçün hazırlanan və I Şah İsmayıl dövründə tamamlanan İstanbul «Xəmsə»sinə XVI əsrin əvvəllərində çəkilmiş 9 miniatür obrazlı ifadə vasitələrinə, kompozisiyanın mürəkkəbliyi və təmtəraqlı dekorotivliyinə, kolorit zənginliyinə görə (“Şirin çimərkən Xosrovun ona tamaşa etməsi”, “İsgəndər və Dara”, “İsgəndər və çoban”, “İsgəndər Nüşabənin sarayında” və s.) XVI əsrə aid eyni məzmunlu miniatürlərdən əsaslı surətdə fərqlənir, bədii sənətkarlıq baxımından daha qiymətli hesab edilir. Bu əsərlərin XVI əsrdə Təbriz miniatür məktəbinin banisi Sultan Məhəmməd, onun müasirləri və tələbələri tərəfindən çəkilməsi şübhəsizdir. Təsadüfi deyil ki, bu dövrdə və daha sonralar Təbrizdə işlənmiş, lakin müəllifləri bəlli olmayan ən dəyərli miniatürlər adətən Sultan Məhəmməd məktəbinə, yaxud onun üslubuna aid edilir.

Təbriz miniatür məktəbinin inkişaf zirvəsi XVI əsrin ortalarına təsadüf edir. Mərkəzləşmiş Səfəvilər dövlətinin yaranması ilə bağlı Azərbaycanın paytaxtı Təbriz şəhəri yenidən Yaxın və Orta Şərqdə mədəniyyətin, estetik fikrin, bədii yaradıcılığın, əsas mərkəzinə çevrilir. Təbrizdə Şah İsmayıl və Təhmasibin saray kitabxanasında böyük ustad Sultan Məhəmmədin rəhbərliyi altında Mir Müsəvvir, Mirzə Əli Təbrizi, Mir Seyid Əli, Müzəffər Əli kimi istedadlı yerli rəssamlarla yanaşı, Kəmaləddin Behzad, Şeyxzadə, Ağamirək İsfahani, Şah Mahmud Nişapuri, Dust Məhəmməd kimi şərqin görkəmli sənətkarları, xəttat və rəssamları fəaliyyət göstərirdilər.

XVI əsrin əvvəllərindən başlayaraq Təbriz miniatür məktəbinin klassik ədəbiyyatla əlaqəsi daha da genişlənir. Firdovsi, Nizami, Sədi, Hafiz, Cami, Nəvai, Əmir Xosrov Dəhləvi və b. klassiklərin əsərləri, poetik süjet və obrazları Təbriz rəssamlarının yaradıcılığında əsas yer tutur. Təsviri sənətdə ən çox və ən dəyərli miniatürlər bu iki əsərə — “Şahnamə” və «Xəmsə»yə çəkilirdi. XVI əsrin əvvəllərində Təbriz məktəbinin bədii üslub xüsusiyyətlərini özündə cəmləşdirən miniatürlərdən 1524 il tarixli «Xəmsə» (Metropoliten-muzey, Nyu-York), “Şahnamə” (Şərqşünaslıq in-tu, Sankt-Peterburq), «Quy və çovkan», 1528 il tarixli «Cami ət-təvarix» (hər ikisi M.Y.Saltıkov-Şedrin ad. kitabxana, Sankt-Peterburq) əlyazmalarına çəkilmiş illüstrasiyalar diqqəti cəlb edir. Bəsit kompozisiya quruluşu, koloriti, obrazların həlli və mənzərə motivlərinin təsvir baxımından nisbətən sadə və yığcam olan bu əsərlər 15 əsr miniatürlərinin lakonik üslub xüysusiyyətlərindən təmtəraqlı dekorativ xarakter daşıyan yeni üsluba keçid mərhələsini təşkil edir.

Təbriz məktəbi simasında 1530-40-cı illərdə Şərq miniatür sənəti ən yüksək inkişaf mərhələsinə çatır. Bu dövrdə bədii-estetik və sənətkarlıq baxımından ən dəyərli miniatürlərlə bəzədilmiş bir çox qiymətli əlyazmalar hazırlanır.

Son dərəcə zərif işlənmiş 3 kiçik miniatürlü “Şah və Dərviş” (M.Y.Saltıkov-Şedrin ad. kitabxana, Sankt-Peterburq), 258 miniatürlə bəzədilmiş “Şahnamə” (1537; miniatürlərin bir qismi Nyu-Yorkdakı Metropoliten-muzeydə, qalan hissəsi Nyu-Yorkda, Haufton kolleksiyasındadır) və 14 ədəd nadir miniatürü ilə dünya şöhrəti qazanmış «Xəmsə» (1539-43, Britaniya muzeyi, London) əlyazmaları zəngin bədii tərtibatı, nəfis dekorativ bəzəyinə görə Şərqdə kitab sənətinin və miniatür boyakarlığının şah əsərləri hesab edilir. “Şahnamə«yə çəkilmiş miniatürlərdən Sultan Məhəmmədin „Keyumərzin məclisi“, „Zöhhakın edam edilməsi“, Mirzə Əli Təbrizinin „Hindistan elçilərinin qəbulu“, Müzəffər Əlinin ov və döyüş səhnələri, Mir Seyid Əlinin saray məclisləri təsvir olunan əsərləri, „Xəmsə“yə çəkilmiş miniatürlərdən Sultan Məhəmmədin „Sultan Səncər və qarı“, „Şirin çimərkən Xosrovun ona tamaşa etməsi“, „Məhəmməd Peyğəmbərin meracı“. Mir Müsəvvirin „Ənuşirəvan və bayquşların söhbəti“, Mirzə Əli Təbrizinin „Xosrov Bərbədin musiqisini dinləyir“, „Şapur Xosrovun portretini Şirinə göstərir“, Mir Seyid Əlinin „Dilənçi qarının Məcnunu Leylinin yanına gətirməsi“ və s. əsərlər Şərq miniatür sənətinin zirvəsini təşkil edir. Şərq rəssamlarının ən çox sevdiyi „Şahnamə“ və „Xəmsə“ süjetləri parlaq, klassik ifadəsini məhz bu iki əlyazmada — Sultan Məhəmməd və onun müasirlərinin əsərlərində tapmışdır. Belə süjet və obrazlarla yanaşı, Azərbaycan rəssamları digər poetik əsərlərə də orijinal miniatürlər çəkmişlər. Bunlardan Sultan Məhəmmədin 1530 illərdə Hafizin „Divan“ına çəkdiyi „Şam Mirzənin kef-musiqi məclisi“, „Meyxanada“, naməlum rəssamların Ə.Cami, Əmir Xosrov Dəhləvi və b. klassiklərin əsərlərinin əlyazmalarına, Sədinin külliyatına (hamısı M.Y.Saltıkov-Şedrin ad. kitabxana, Sankt-Peterburq) və b. əlyazmalarına çəkdikləri miniatürləri göstərmək olar. Sultan Məhəmmədin „Meyxanada“ əsərində təsvir olunan surətlər daxili psixoloji ifadəliliyi və obrazların bir qədər qroteskvarı, satirik planda işlənməsi baxımından şərq miniatür sənətində nadir əsərlərdən hesab edilir.

Miniatür sənətində XVI əsrədək tək-tək təsadüf olunan dəzgah miniatürləri əsrin ortalarından inkişaf edərək tezliklə xüsusi janr səviyyəsinə yüksəlir. Kitab illüstrasiyalarından fərqli olaraq, belə müstəqil miniatürlərdə əsasən adi həyat hadisələri — ov və döyüş səhnələri, kef və musiqi məclisləri, saray əyləncələri, şah və əsilzadələrin portretləri, nadir hallarda isə klassik ədəbiyyatdan alınmış poetik süjetlər təsvir edilirdi. Rusiya (Sankt-Peterburq), Türkiyə (İstanbul), eləcə də Avropa və ABŞ-ın bir çox muzey və kitabxanalarında saxlanılan xüsusi albomlarda (mürəkkələrdə) toplanmış, bəzən də sırf dekorativ bəzək məqsədilə müxtəlif əlyazma kitablarına sonralar daxil edilmiş belə miniatürlərdən Mirzə Əli Təbrizinin „Sarayda musiqi məclisi“, Sultan Məhəmmədin „Ov səhnəsi“ triptixləri, Mir Seyid Əlinin „Kənd həyatı“ və „Şəhər həyatı“ tabloları şərq miniatür sənətində müstəsna yer tutur.

XVI əsrin ortalarında Sultan Məhəmməd, Mir Müsəvvir, Dust Məhəmməd və b. rəssamlar bir sıra portret miniatürləri yaratmışlar. Tipikliyi, obrazların həlli və etnoqrafik cəhətdən bir-birindən fərqlənməyən, bəzən də çox az fərqlənən, yalnız müxtəlif vəziyyət və hərəkətdə verilmiş bu portretlərdə rəssamlar dövrün və özlərinin gözəllik ideallarına uyğun olaraq şah və saray əyanlarının obrazlarını idealizə edilmiş halda əks etdirirdilər. Müəyyən kanonlar (qayda, üsul) əsasında yaradılan bu portretlərdə əsas məqsəd hökmdarın zahiri gözəlliyini tərənnüm etmək olmuşdur.

XVI əsrin 2-ci yarısında Səfəvilər dövlətinin paytaxtının Təbrizdən Qəzvinə köçürülməsi ilə bağlı saray kitabxanasında fəaliyyət göstərən rəssamlardan bir qrupu yeni mərkəzə toplaşır. Azərbaycan rəssamlarının Qəzvində 1575 ilə qədər çəkdikləri miniatürlər bədii üslub xüsusiyyətlərinə görə Təbriz dövrü miniatürlərindən əsla seçilmir və Təbriz üslubunun məntiqi davamını təşkil edir.

XVI əsrin 2-ci yarısı və sonlarında Azərbaycan miniatür sənətinin inkişafı və Qəzvində yeni üslubun yaranıb formalaşması Sultan Məhəmməd ənənələrinin davamçıları Siyavuş bəy, Mir Zeynalabdin Təbrizi, Əli Rza Abbasi Təbrizi, xüsusilə dövrün ən görkəmli ustad rəssamları Məhəmmədi və Sadıq bəy Əfşarın yaradıcılığı ilə bağlıdır. Bu dövrdə kitab illüstrasiyalarından daha çox real həyat hadisələrini və adi məişət səhnələrini əks etdirən müstəqil miniatürlər çəkilmişdir. XVI əsrin 2-ci yarısında Azərbaycan kitab tərtibatı və miniatür sənətində müəyyən durğunluq əmələ gəldi. Bunun əsas səbəblərindən biri paytaxtın köçürülməsi ilə bağlı Təbrizin sənət mərkəzi kimi öz rolunu getdikcə itirməsi idisə, digər səbəbi XVI əsrin son rübündə Təbriz rəssamlarının Türkiyə və İranın sənət mərkəzlərində fəaliyyət göstərməsi, eləcə də bu dövrdə Sultan Məhəmməd və onun məktəbinə mənsub olan rəssamlar kimi hərtərəfli inkişaf etmiş, geniş yaradıcılıq imkanına malik ustad sənətkarların az olması idi.

Təbriz məktəbi qonşu ölkələrlə yaradıcılıq əlaqəsi saxlamış, məktəbin nümayəndələri müxtəlif vaxtlarda bir çox Şərq ölkələrində fəaliyyət göstərmişlər. Məşhur rəssam Mir Seyid Əli atası Mir Müsəvvirlə birlikdə uzun müddət Hindistanda Moğol hökmdarları Hümayun (1530-39, 1555-59) və Əkbərin (1556-1605) sarayında baş rəssam işləmiş, yeni sənətkarların hazırlanmasında, Moğol miniatür məktəbi adlanan hind boyakarlıq məktəbinin yaranması və inkişafında onların mühüm rolu olmuşdur. Türkiyə miniatür sənətinin inkişafına Azərbaycan rəssamları əhəmiyyətli təsir göstərmişlər. Şahqulu Nəqqaş, Vəlican Təbrizi, Kamal Təbrizi və bir sıra digər Təbriz rəssamları müxtəlif dövrlərdə İstanbulda fəaltyyət göstərmiş, Şahqulu ıə Vəlican saray emalatxanasına rəhbərlik etmişlər. Xalçaçılıq, bədii parça, bədii metalişləmə və keramika sahəsində məzmunu, bədii forması, obrazlı ifadə vasitələrinə görə miniatür üslubunu xatırladan bir çox dəyərli əsərlər yaradılmışdır.

Azərbaycan miniatür sənəti XIX əsrin sonlarına qədər davam etmişdir. Lakin XVIII-XIX əsrlərdə əlyazma və daş çapı kitablarına çəkilmiş miniatürlər rəsm, kompozisiya, obrazların həlli və koloritinə görə bəsit, sxematik, bəzən də primitiv „lubok“ xarakteri daşıyırdı. Əvəzəli Muğanlının „Kəlilə və Dimnə“ (1809), Mirzə Əliqulunun „Şahnamə“ (1850), Mir Möhsün Nəvvabın „Bəhr ül-həzən“ (1864), Nəcəfqulu Şamaxılının „Yusif və Züleyxa“ (1887; bu əsərlər Azərb. Resp. EA Əlyazmaları İnstitutundadır) və s. kitablara çəkdikləri illüstrasiyalar obrazlı ifadə vasitələrinə görə klassik miniatür sənətinin tənəzzülünü göstərir.

Sovet dövründə klassik miniatür sənətinin zəngin ənənələrindən, onun bədii üslub xüsusiyyətlərindən yaradıcı surətdə istifadə edilməyə başlanmışdır.

Klassik miniatür sənətinin üslub xüsusiyyətlərindən istifadə edilməsi Azərbaycan təsviri sənətinin sonrakı itnkişaf dövrlərində daha da genişlənimiş, boyakarlıq, qrafika, xüsusən kitab tllüstrasiyası sahələrində bir sıra rəssamların yaradıcılıq axtarışları uğurlu əsərlərlə nəticələnmişdir.

M.Abdullayev boyakarlıq, qrafika, monumental boyakarlıq və teatr tərtibatı sahələrində klassik irsimizlə bağlı olan bir sıra dəyərli əsərlər yaratmışdır. Rəssamın „Kitabi-Dədə Qorqud“ (1962 və 1979 il nəşrləri) kitablarına çəkdiyi illüstrasiyaları, Bakı metropoliteninin „Nizami“ stansiyasında şairin əsərlərinin motivləri əsasında yaratdığı mozaika lövhələri diqqəti cəlb edir.

Comments are closed, but trackbacks and pingbacks are open.