Mək haqqı layihələri
Təşkilatların işçiləri üçün əmək haqqının kart hesabına köçürülməsi aşağıdakı imkanları yaradır
Əmək haqqı kartları
“Premium Bank” ASC təşkilatlara əmək haqqının və ona bərabər tutulan digər ödənişlərin təşkilatların əməkdaşlarının kart hesablarına nağdsız köçürülməsi xidmətlərini təklif edir. “Əmək haqqı layihəsi” xidmətləri çərçivəsində Bank VISA: Electron, Classic, Gold; MASTERCARD: Maestro, Standard, Gold kartlarının buraxılmasını təşkil edir. Təşkilatın əməkdaşlarının kart hesabı manat, dollar, yaxud Avro ilə açıla bilər.
Xidmətlərin əsas üstünlükləri:
Təşkilatların rəhbərləri üçün beynəlxalq bank kartlarından istifadə etməklə əmək haqqı layihəsinin həyata keçirilməsi aşağıdakı imkanları verir
Əmək haqqının verilməsi prosesini avtomatlaşdırmaq və sadələşdirmək;
əmək haqqı ödənişlərinin təşkili ilə bağlı xərclərin ixtisara düşməsi;
nağd pul vəsaitlərinin daşınması və saxlanılması zamanı meydana çxıan təhlükəsizlik məsələlərini həll etmək;
şirkətlərin mühasibatlıq şöbələrinin həyata keçirdiyi kassa əməliyyatlarını azaltmaq;
uzun müddətli ezamiyyətdə olan və ya təşkilatda olmayan işçilərin əmək haqqını vaxtında ödəmək.
Təşkilatların işçiləri üçün əmək haqqının kart hesabına köçürülməsi aşağıdakı imkanları yaradır
istənilən zaman əmək haqqını seçilən ödəniş sistemi üzrə karta xidmət göstərən istənilən bankomatdan almaq (Azərbaycan Respublikasının ərazisində və ya xaricdə);
bank kartını güzəştli şərtlərlə almaq;
Bankın bankomatlarında nağd pul vəsaitlərini komisyon haqqı olmadan almaq;
Xaricə getdikdə kart hesabına köçürülən pul vəsaitlərini bəyan etmək zərurətinin olmaması;
SMS-xidmət-ə qoşulmaq;
Bankın bankomatlarında və ya bank saytında kommunal xərcləri, mobil rabitə xidmətlərini və peyk TV xidmətlərini ödəmək;
Visa International və Master Card Worldwide kimi beynəlxalq ödəniş sistemlərinin həyata keçirdiyi müxtəlif proqramlarda və aksiyalarda iştirak etmək;
İnternet vasitəsi ilə “Card Bankinq” sisteminin köməyi ilə kart hesabını idarə etmək:.
Əmək haqqı layihələri
Bu kartlar vasitəsi ilə şirkət və təşkilatlar əməkdaşları üçün məvacib və mükafatların ödənişini həyata keçirə bilərlər. Şirkət və təşkilatların əməkdaşları bu kartlar vasitəsilə heç bir komissiya ödəmədən günün istənilən vaxtı AccessBank-ın ATM / filiallarından pul vəsaitini nağd şəkildə çıxara bilər, kartla nağdsız ödənişlər və digər əməliyyatlar həyata keçirə bilər.
Əməkhaqqı layihəsinin şirkət / təşkilatlar üçün üstünlükləri
- Pul vəsaitlərinin inkassasiyası, daşınması, saxlanması və sayılması ilə bağlı maliyyə xərclərinə və vaxt sərfinə qənaət edilir
- Mühasibatlıq və xəzinədarlıq işi asanlaşır, şirkətdə nağd pul və sənəd dövriyyəsi azalır
- Kassa limitləri və nağd pul vəsaiti ilə bağlı tənzimləyici işlər asanlaşır
- Müasir iş təcrübəsi istifadə edilməklə təşkilatın müsbət imici yüksəlir
Kartların imkanları və üstünlükləri
- Azərbaycanda və 200-dək ölkədə kartdan hər gün 24 saat ərzində istifadə
- Kart ilə bu və digər valyutalarda nağdsız ödənişlərin edilməsi və nağd pulun digər ölkənin yerli valyutasında alınması
- 50 milyondan çox ticarət və xidmət müəssisələrində mal və xidmətlərin qiymətinin heç bir komissiya tutulmadan nağdsız ödənişi
- 2 milyondan çox bankomat və bank ofisləri vasitəsilə kartda olan vəsaitin nağd şəkildə çıxarılması
- İnternet şəbəkəsində mal və xidmətlərin ödənişi
- 200 mindən çox oteldə otaq sifarişi
- Card-to-Card xidmətindən istifadə – bir kartdan digər karta vəsaitin bankomat vasitəsi ilə dərhal köçürülməsi
- SMS-məlumatlandırma xidmətindən istifadə – kartla bütün əməliyyatlar haqqında SMS bildirişlərin dərhal mobil telefona alınması.
- Çıxarışların alınması – kart hesabı üzrə məlumatları (çıxarışları) Bankda, bankomat və mobil telefon vasitəsi ilə alınması
“Əməkhaqqı kartları” layihəsi çərçivəsində əlavə imkan kimi qarşılıqlı razılıq əsasında şirkətin / təşkilatın əməkdaşlarına Bank tərəfindən kartla kredit xətti ayıra bilər.
“Əməkhaqqı kartları” layihəsi çərçivəsində tariflər qarşılıqlı razılıq əsasında müəyyən olunur.
Paypal-dakı hesab üçün əmək haqqı kartı
Salam. Belə bir sualım var.
1. Pay pal hesaba bağlamaq üçün əmək haqqı kart hesabından istifadə etmək nə dərəcədə uyğundur və bunun təhlükəsi varmı, yoxsa yeni hesab açmaqmı daha uyğundur?
2. Yeni hesab hər hansı bankda və ya beynəlxalq bankda açmaq olarmı?
Əvvəlcədən təşəkkür edirəm!
Sualı verdi: Mila ( 10/07/2012 )
Kateqoriya: Sual . əmək haqqı kartı, PayPal. Qısa keçid.
Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)
Salam.
1 ci sualınıza cavab məsləhətdir ki əmək haqqı kartınızdan istifadə etməyəsiz.
2 ci cavab isə kart almaq çox sadədədir. Mən Bank Respublikada Visa Electron açmışam. Tam pulsuzdur. Sadəcə lazım olan miqdarda hesaba pul yükləyirəm online ödənişlər üçün. Kartı əldə etmək üçün online blankı doldurmaq lazımdır. Blanı doldurmaq üçün bura daxi olun. Beynəlxalq bankın platik kartları barədə məlumat üçün bura daxil olun.
Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır
Salam.
Paypal təhlükəsiz sistemdir, amma hər bir halda maaş kartınızdan internetdə istifadə məsləhət deyil. Min cür fırıldaq növləri var, təcrübəli olmayıb hər hansı birinə aldana bilərsiniz. Əlavə kart açdırın hər hansı bankda
Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır
Cox sağ olun cavablarınız üçün. Yenə də bir neçə sualım da olacaq sizə, imkan daxilində onları da cavablandırmağınızı xahiş edirəm.
Men pay pal və ptc saytları haqqında burdakı cavabları oxudum. Müxtəlif fikirlər və mülahizələrə rast gəldim. Belə başa düşdüm ki, Azərbaycan bankları pay pal ilə işləmir və bu halda burda pulları nəğd şəkildə çıxartmaq mümkün deyil. 2 hal qalır o zaman – ya burda hesab açıb bu hesabdan ebayla alış veriş etmək, ya da pay palda hesab açan zaman xaricdə yaşayan birinin ordakı hesabı ilə qeydiyyatdan keçmək və pulun ordan çekilib göndərilməsi. 2-ci haldan istifadə etmək mümkündürsə o zaman pay palda hesab açan zaman belə başa düşürəm ki, mən orda öz mail adresimi (ptc saytında göstərilən), ad soyadı, dogum tarixi, adres, kart hesabı, poçt kodu, tel nömrəsi isə o şəxsə məxsus olanları yazmalıyam. Bu gedişatı mənə aydın yazmanızı və zəhmət olmasa bu barədə köməklik etmənizi xahiş edirəm.
Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır
Xaricdə başqasının adına hesab açmaq asan məsələ deyil, xaricdəki tanışınızın bu barədə biliklərinin olması tələb olunur. Çünki bir çox proseduru o etməlidir bank hesabını təsdiq etmək və.s. Siz tək edə bilməzsiniz buradan.
pay pal Paypal hesabı Azərbaycanda açmaq olar, ancaq ödəmək üçün, pul qəbulu isə mümkün deyil bəli. Xaricdə kimsə öz adına açsa ora ödənilən pul onun hesabına köçəcək hər dəfə. O adam pulu ordan çəkib hər hansı göndəriş forması ilə sizə göndərə bilər. Bank ilə məsələn.
Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır
Turkiyə və ya Rusiyada yaşayan tanışlardan birinin adına hesab açdırmaq və bu hesab vasitəsilə pulun ordan çəkilib göndərilməsi mümkündürmü?
Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır
Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin
Cavab verin
Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.
Comments are closed, but trackbacks and pingbacks are open.