Əmək hüququ
Həmkarlar ittifaqlarının tarixi 18-ci əsrə, qadınlar, uşaqlar, kənd işçiləri və immiqrantların işçi qüvvəsinə çevrildiyi sənaye inqilabına söykənir. İşçilərin hüquqları, şübhəsiz ki, tədricən olsa da, inkişaf etmişdir, bu prosesdə həmkarlar ittifaqları mühüm rol oynamışdılar.
Əmək hüququnun predmeti, mənbələri və əmək müqaviləsi. İş vaxtinin anlayışı və növləri
Uzun illərdən bəri mövcud elmi təsəvvürlərə görə hüququn subyektləri dedikdə, adətən, hüquqla tənzimlənən ictimai münasibətlərin (hüquq münasibətlərinin) iştirakçıları başa düşülür. Hüququn subyektləri müvafiq hüquqlara, vəzifələrə malikdir, habelə qanunla müəyyən edilmiş qaydada hüquqi məsuliyyət daşıyır.
Əmək hüququnun subyekti olmaq üçün yalnız vətəndaşın deyil, həm də əmək hüququ münasibətlərinin digər iştirakçılarının (məsələn, işəgötürənin) da əmək hüquq subyektliyinə malik olması lazımdır.
Əmək münasibətləri fiziki şəxsin (vətəndaşın) işəgötürənlə bağlanmış əmək müqaviləsi əsasında işçi qismində özünün əmək qabiliyyətini realizə etməsi ilə bağlı olan işin yerinə yetirilməsi zamanı əmələ gəlir.
Əmək hüququnun bütün subyektləri əmək sahəsində müəyyən hüquqi statusa malik olan, müvafiq əmək hüquq və vəzifələrinin daşıyıcılarıdır.
Əmək hüququ subyektinin hüquqi statusu onun həmin subyekt kimi əmək qanunvericiliyi ilə təsbit olunmuş əsas hüquqi vəziyyətinə deyilir.
Deyilənləri ümumiləşdirərək belə bir qənaətə gəlirik ki, əmək hüququnun subyekti – əmək münasibətlərinin və onlarla bilavasitə bağlı olan digər münasibətlərin hüquqi statusa (o cümlədən, əmək hüquq subyektliyinə) malik və subyektiv əmək hüquq və vəzifələrini şəxsən, yaxud qanunvericiliyin yol verdiyi hallarda nümayəndə vasitəsi ilə həyata keçirən tərəfdir.
Əmək hüququnun subyektlərinə tərif verməmişdən öncə “əmək hüququnun subyektləri” və “əmək hüquq münasibətinin subyektləri” anlayışları dəqiq surətdə fərqləndirilməlidir. Əmək hüququnun subyektləri dedikdə, adətən, əmək hüquq münasibətlərinin və onlarla bilavasitə sıx bağlı olan digər hüquq münasibətlərinin potensial iştirakçıları başa düşülür.Əmək hüquq münasibətinin subyektləri isə bu bu hüquq münasibətinin real iştirakçılarıdır. Göründüyü kimi, əmək hüququnun subyektlərinin anlayışı əmək hüquq münasibətinin subyektlərinin anlayışından daha genişdir.
Başqa sözlə desək, əmək hüququnun subyektləri həmişə əmək hüquq münasibətinin subyektləri qismində çıxış etmir, əmək hüquq münasibətinin subyektləri isə həmişə əmək hüququnun subyektləri olacaqdır.
Əmək hüququ ədəbiyyatında və nəzəriyyəsində əmək hüququnun subyektlərinin anlayışının müxtəlif tərifləri mövcuddur. Belə ki, akademik K.N.Qusov və prof. V.N.Tolkunova hesab edirlər ki, əmək hüququnun subyektləri qismində “əmək münasibətlərinin və onlarla bilavasitə bağlı olan digər münasibətlərin əmək hüquq subyektliyinə malik olan tərəfləri çıxış edirlər. Prof. M.V.Molodtsov göstərir ki, əmək hüququnun subyekti “əmək hüququnun predmetini təşkil edən əmək münasibətlərinin və onlarla bilavasitə bağlı olan münasibətlərin əmək hüququ subyektliyinə malik iştirakçısıdır (tərəfidir). Ədəbiyyatda digər fikirlər də mövcuddur. Fikrimizcə, əmək hüququ sahəsində “əmək münasibətlərinin və onlarla bilavasitə bağlı olan digər münasibətlərin tərəfi” və “əmək münasibətinin və onlarla bilavasitə bağlı olan digər münasibətlərin iştirakçısı” kimi hüquqi kateqoriyaları fərqləndirmək zəruridir. Müvafiq münasibətlərin tərəfi öz adından müəyyən hüquq və vəzifələr əldə edən, hüquqi təminatlara malik olan və qanunla nəzərdə tutulmuş məsuliyyəti müstəqil surətdə daşıyan şəxsdir. İştirakçı isə həmin münasibətlərdə məhz iştirak mənafeləri naminə fəaliyyət göstərir.
Şübhəsiz, əmək hüququnun predmetini təşkil edən bəzi münasibətlərdə iştirakçı və tərəf eyni bir şəxsdə üst-üstə düşür. Məsələn, işçi əmək münasibətlərinin həm tərəfi, həm də iştirakçısıdır. Əmək hüququ sahəsinin bəzi münasibətlərində iştirakçılar və tərəflər üst-üstə düşməyə bilər. Məsələn, kollektiv danışıqların aparılması və kollektiv müqavilənin bağlanması üzrə münasibətlərin tərəfləri və iştirakçıları üst-üstə düşmür. Məsələn, kollektiv müqavilənin tərəfləri işəgötürən və həmkarlar ittifaqı təşkilatı olduğu halda, kollektiv danışıqların aparılması üzrə münasibətlərin iştirakçıları isə tərəflərin nümayəndələri, məsləhətçi, barışdırıcı, vasitəçi, mütəxəssis, arbitr və tərəflərin müəyyən etdiyi digər şəxslərdir.Beləliklə, bu və ya digər təşkilatı əmək hüququnun subyekti qismində tanıyarkən, dövlət ən azı ona həmin təşkilatın əmək hüquq münasibətinin subyekti kimi çıxış edə bilməsi üçün zəruri olan hüquqlar verir.
İşəgötürən əmək hüququnun predmetini təşkil edən və əmək hüququ sahəsinə daxil olan bir sıra hüquq münasibətlərinin iştirakçısıdır.Əmək müqaviləsinin tərəfi olaraq, işəgötürən əmək hüququnun özəyini təşkil edən başlıca hüquq münasibətinin – əmək hüquq münasibətinin məcburi iştirakçısı qismində çıxış edir. Əmək münasibətlərinin yaranmasının əsaslarından biri kimi əmək müqaviləsinin tərəfləri əmək hüquq münasibətinin subyektləri olduğundan onlar müvafiq surətdə əmək hüququnun subyektləri kimi tanınır. BƏT-in 1919-cu ildə qəbul olunmuş nizamnaməsində və qüvvədə olan,həmçinin yeni qəbul edilən konvensiyalarında və tövsiyələrində işçi-sahibkar terminlərindən istifadə olunur. Əmək hüququ sahəsinə aid olan muzdlu əməyin idarə və istifadə olunmasında müstəqil mənaya malik bu termin əmək qanunvericiliyi çərçivəsində xüsusiləşmə tələb edirdi. RSFSR-in 1922-ci il ƏQM-si “müəssisələri, idarələri, təsərrüfatları”, eləcə də ” haqq müqabilində özgəsinin əməyini tətbiq edən bütün şəxsləri” əhatə edən “işəgötürən” anlayışını daxil etdi. Sonralar qanunverici ümumiləşdirici “işəgötürən” adından imtina edərək, “müəssisənin, təşkilatın, idarənin müdiriyyəti”, yaxud sadəcə “müəssisələr, təşkilatlar, idarələr” anlayışını tətbiq etdi.
“İşəgötürən” termini AR ƏQM-in 15-ci “Əmək müqaviləsinin tərəfləri və məzmunu” maddəsində dəyişikliklərin edildiyi 8 aprel 1998-ci il tarixli Qanunda normativ təsbitini tapdı. Bu dəyişikliklərin edilməsi və “işəgötürən” analyışının leqallaşdırılması onun rəsmən qəbul edilməsindən xeyli əvvəl bir çox alimlər tərəfindən tətbiq olunurdu. Belə ki, əmək müqaviləsinin tərəflərinin adının dəyişdirilməsinin (“işçi”, “işəgötürən”) zəruriliyi haqqında təkliflər professor K.N.Qusovun elmi əsərlərində əksini tapmışdır. O, əmək münasibətinə işçi ilə işəgötürənin işçinin əmək qabiliyyətindən, yəni onun iş qüvvəsindən konkret əməyin təşkili üzrə ümumi prosesdə istifadə olunması ilə bağlı münasibəti kimi tərif vermişdir.
Bu terminə müxtəlif izahlarla bəzi qanunvericilik aktlarında da rast gəlinmişdir. 1996-cı ildə “Fərdi əmək müqavilələri (kontraktları) haqqında” Azərbaycan Respublikasının Qanununda “işverən” anlayışı əmək münasibəti çərçivəsində iş təqdim edən şəxsin barəsində tətbiq olundu. Sonralar “işverən” anlayışı “işəgötürən” anlayışı ilə əvəz edildi.
Lakin ƏQM-də dəyişiklik edilmədiyindən hüquq normalarının kolliziyası meydana çıxmışdı. Yəni “işəgötürən” anlayışından, onun hərfi mənası əsas götürülərək, o cümlədən mülki-hüquqi müqavilələr üzrə başqa şəxsə iş təqdim edən şəxslərin barəsində istifadə olunmuşdu.
Professor Y.B.Xoxlov da bu anlayışdan istifadənin və onun geniş şərhinin mümkünlüyünü göstərərək, hesab edirdi ki, “işəgötürən” anlayışı əmək münasibətinin təbiətini daha dəqiq əks etdirir. Digər tərəfdən, göstərilən müəllif əsaslı surətdə etiraf edir ki, “müqavilə üzrə işəgötürmə” termininin tətbiqi əmlakın icarəyə götürülməsi müqaviləsi ilə əsassız paralellər aparılmasına gətirib çıxara və müvafiq surətdə hüquqi tənzimləmənin sırf mülki-hüquqi vasitələrinin qüvvəsini əmək münasibətlərinə şamil edə bilər. Başqa təkliflər də mövcuddur.
L.A.Sırovatskaya “əmək icarəsi” kateqoriyasını tətbiq etməyi təklif edir.
Bizim fikrimizcə, K.N.Qusovun belə bir fikri ilə razılaşmamaq olmaz ki, “yeni əmək icarəsi müqaviləsi anlayışının tətbiqi üçün heç bir hüquqi əsas mövcud deyildir”, “əmək müqaviləsi işçinin ictimai əməkdə iştiraka cəlb edilməsinin təcrübədə yoxlanılmış və özünü tam doğrultmuş vasitəsidir.
Qanunvericilik qaydasında yalnız əmək müqaviləsi tərəfinin adı təsbit olunmayıb, həm də əmək münasibətinin ikinci tərəfi kimi işçinin qarşılaşdığı subyektin hüquqi şəxsiyyəti müəyyən olunmuşdur. Bəzi alimlər həm hüquqi, həm də fiziki şəxslərin hüququn subyekti qismində mövcudluğunu inkar etmişlər. Onların fikrincə, bu, yalnız sırf hüquqi abstraksiya, hüquq qaydasının məhsuludur.
Hüquqi şəxsin üzvi nəzəriyyəsinin yaradıcısı O.Girke göstərirdi ki, hüquqi şəxs xüsusi cismani-mənəvi orqanizmdir, birgə şəxsiyyətdir. Bu, hüquq qaydasının məhsulu olmayıb, dövlətin təsir göstərdiyi, lakin dövlətin yaratmadığı, real surətdə mövcud olan orqanizmdir.Qüvvədə olan qanunvericiliyə görə hüquqi şəxs aşağıdakı hallarda ləğv edilə bilər:
1) onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə, o cümlədən hüquqi şəxsin mövcudluğu üçün nəzərdə tutulan müddətin qurtarması və ya yaradılması zamanı qarşıya qoyulan məqsədin əldə edilməsi ilə əlaqədar olaraq;
2) hüquqi şəxsin yaradılması zamanı yol verilmiş qanunvericilik pozuntuları ilə əlaqədar onun qeydiyyatının məhkəmə tərəfindən etibarsız sayıldığı halda;
3) lazımi xüsusi icazə (lisenziya) olmadan fəaliyyət və ya qanunla qadağan edilmiş fəaliyyət həyata keçirildikdə və ya qanunvericilik digər şəkildə dəfələrlə və ya kobudcasına pozulduqda və ya ictimai birlik və ya fond onun nizamnamə məqsədlərinə zidd fəaliyyətlə müntəzəm məşğul olduqda, habelə Mülki Məcəllədə nəzərdə tutulan başqa hallarda məhkəmənin qərarı ilə.
Hüquqi şəxs müflis olma nəticəsində də ləğv edilir. Hüquqi şəxs qeydiyyatdan çıxarıldığı andan əmək hüquq subyektliyini itirir.
Beləliklə, bizim fikrimizcə, hal-hazırda hüquqi şəxs – işəgötürənlərin əmək hüquq subyektliliyi onların dövlət qeydiyyatı anından etibarən yaranır və dövlət reyestrindən xaric edilməklə xitam olunur. Fiziki şəxs – işəgötürənlər-fərdi sahibkarlar üçün əmək hüquq subyektliliyinin yaranması fərdi sahibkar qismində qeydiyyatla bağlıdır.
Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi əməyin azadlığını bəyan edir. Əməyin azadlığı prinsipindən çıxış edərək əmək bazarında işçi işəgötürəni, işəgötürən isə işçini seçməkdə tam azaddır. Bu prinsip işçilərlə əmək müqaviləsinin bağlanmasını, onların şərtlərinin dəyişdirilməsini və xitam edilməsini tənzimləyən çoxlu sayda normaların mahiyyətini ifadə edir.
Həmin maddənin VI hissəsində qeyd edilir ki, hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Vətəndaşların Konstitusiya ilə nəzərdə tutulmuş əmək hüquqlarını reallaşdırmaq məqsədilə işəgötürən əməyin təhlükəsizliyi və gigiyenası tələblərinə cavab verən iş şəraiti yaratmalıdır. Əməyin mühafizəsi sahəsində AR ƏM işəgötürənin aşağıdakı vəzifələrini nəzərdə tutur: əməyin təhlükəsizliyini və əməyin mühafizəsi, gigiyenası tələblərinə cavab verən şərait təmin etmək; dövlət nəzarət orqanlarının göstərişlərini vaxtında yerinə yetirmək; qanunun, digər normativ hüquqi-aktların pozulmasına görəqoyulmuş cərimələri ödəmək; müvafiq həmkarlar ittifaqları orqanlarının, işçilərin digər seçilmiş nümayəndələrinin əmək sahəsində normativ-hüquqi aktların, əməyin mühafizəsi tələblərinin pozulması barədə aşkarladıqları nöqsanların aradan qaldırılmasını təmin etmək və görülmüş tədbirlər barədə onlara məlumat vermək.
Lakin əmək hüququ elmində qanunvericiliyin düzgün yolla gedib-getmədiyi barədə şübhələr qalmaqdadır. Bu şübhələr qanunvericiliyin qeyri-təkmilliyi və hüquq normalarının kolliziyası ilə əlaqədar mövcudluq hüququna malikdir.
Əmək
Əmək insanların ləyaqətli yaşayışı üçün vacibdir. O, bizi yalnız yaşayışla təmin etmir, həm də fərdi inkişafımızı təmin edir və ümumilikdə icmaları və cəmiyyəti möhkəmləndirir. Bununla belə, bütün işlər müsbət şəxsi və peşə inkişafına kömək etmir; yalnız layiqli əmək ləyaqətli həyatı dəstəkləyə bilər.
İşləmək hüququ daha çox sosial və iqtisadi hüquq kimi istinad edilən bir insan hüququdur. İşləmək hüququ işləmək bacarığından daha çox şey nəzərdə tutur, biz bunu aşağıdakı bəndlərdə göstərəcəyik.
Beynəlxalq Əmək təşkilatı
Beynəlxalq Əmək Təşkilatı (BƏT) 1919-cu ildə 1-ci Dünya Müharibəsi sona çatan zaman Versal Müqaviləsinin bir hissəsi kimi yaradılmışdır. İşçilərlə layiqli davranış universal və davamlı sülhün qorunmasında əsas elementinə çevrilmişdir.
BƏT 1946-cı ildə BMT-nin ilk ixtisaslaşdırılmış idarəsi olmuşdur və indiyə qədər qeyri-hökumət tərəfdaşlarının hökumətlər ilə bərabər şəkildə işlədiyi yeganə hökumətlərarası təşkilatdır. Beynəlxalq Əmək Təşkilatı beynəlxalq əmək standartlarını hazırlamaq və inkişaf etdirmək üçün məsul olan beynəlxalq təşkilatdır.
Sosial ədalət olmadan uzunmüddətli sülh ola biməz.
BƏT Konstitusiyası
BƏT iş hüquqlarını müdafiə edən bir sıra beynəlxalq konvensiyalar hazırlayıb, o cümlədən: 2 :
- Məcburi Əmək haqqında Konvensiya, 1930
- Birləşmək azadlığı və təşkilatçılıq hüququ qorunması haqqında Konvensiya, 1948
- Təşkilat və Kollektiv Sövdələşmə Haqqında Konvensiya, 1949
- Bərabər mükafatlandırma haqqında Konvensiya, 1951
- Məcburi Əməyin aradan qaldırılmasına dair Konvensiya, 1957
- Ayrı-seçkiliyə dair Konvensiya (Məşğulluq və peşə), 1958
- Minimum Yaşa dair Konvensiya, 1973
İşləmək hüququ
Əmək hüququ bir sıra beynəlxalq və regional müqavilələrdə, o cümlədən Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, İqtisadi, Sosial və Mədəni Hüquqlar üzrə Beynəlxalq Paktda, Qadınlara Qarşı Ayrı-seçkilyin Bütün Formalarının Ləğv edilməsinə dair Konvensiyada, Uşaq Hüquqları Konvensiyasında, BƏT Konvensiyalarında, Avropa Sosial Xartiyası və Avropa İttifaqının Əsas Hüquqlarının Nizamnaməsində təsbit olunmuşdur. İşləmək hüququ əmək haqqının istifadəsi, özünü işlə təmin etmə, ev işi və digər gəlir gətirən fəaliyyətlər daxil olmaqla, bütün iş növlərini əhatə edir. İşləmək hüququ məşğul olmağın mütləq və şərtsiz hüququ kimi başa düşülməməlidir. 3 Əksinə, layiqli iş hüququ hər kəsin hüquqlarının qorunub saxlanılması və müvafiq sosial müdafiə ilə kifayət qədər gəlir əldə edən məqbul keyfiyyətə malik olması ilə hər kəsin öz həyatlarını qazanma imkanına malik olma haqqı kimi qəbul edilməlidir. Buna görə də, layiqli iş hüququ üç hüquq aspektinə malikdir: işləmək hüququ, işdə hüquqlar və müvafiq sosial müdafiə hüququ. 4
Sual: Əgər siz işsizsinizsə, bu sizin işləmək hüququnuzun pozulmasıdır?
İşləmək hüququ
İş olmadan, bütün həyat çürüyür. Amma iş əsassız olduğunda, həyat boğulub ölür.
Albert Kamyu
İşləmək hüququ dövlətlərimizin elə sosial, iqtisadi və fiziki mühit yaratması deməkdir ki, burada bütün insanların öz ləyaqətlərinə uyğun işlə təmin edilməsi ilə yaşayış vasitəsi qazanmaq imkanı mövcud olsun.
Məsələn, işləmək hüququnu təmin etmək üçün dövlətlər milli məşğulluq strategiyasını qəbul etməli və həyata keçirməli; texniki və peşə hazırlığı proqramlarını həyata keçirməli; işçiləri qanunsuz işdən çıxarılmadan qorumalı; və məşğulluğu təmin etmək üçün hər hansı bir ayrı-seçkilik formasından insanları qoruyan qanunlar qəbul etməlidir.
İşdə hüquqlar
Hər kəsin ədalətli və əlverişli iş şəraiti, iş yerində təhlükəsizlik, ədalətli əmək haqqı, bərabər dəyərə malik iş üçün bərabər mükafat, bərabər imkanlar, məqbul iş və istirahət saatları, habelə, kollektiv toplaşma hüququ var. Ardıcıl olaraq, layiqli əmək haqqı məcburi əməyin, uşaq əməyinin və köləlik kimi iş şəraitinin qadağan edilməsini tələb edir.
Adekvat sosial müdafiə
Layiqli iş hüququ siyasi və iqtisadi böhrana məruz qaldığıdan iş tapa bilməyən insanlar üçün dövlət tərəfindən məqbul və adekvat sosial müdafiə mexanizmlərinin yaradılmasını nəzərdə tutur. 5
Avropa Şurasının Avropa Sosial Xartiyasında işləmək hüququ
Mənalı işdən uzaqlaşdırılmaqla insanlar mövcudluq səbəbini itirir.
Fyodor Dostoyevski
Avropa Sosial Xartiyası 1961-ci ildə qəbul edilmiş və 1996-cı ildə yenidən nəzərdən keçirilmişdir. Xartiyanın təmin etdiyi hüquqlar, gündəlik həyatda iştirak edən bütün şəxslərə, o cümlədən iş hüquqlarına aiddir: zorakılıq və uşaq əməyinin qadağan edilməsi; 15-18 yaşlı işçilərin qorunması; bir peşə altında sərbəst şəkildə yaşayış dolanışığı əldə etmək hüququ; tam işlə təmin edilmək üçün nəzərdə tutulmuş iqtisadi və sosial siyasət; ədalətli iş şəraiti; cinsi və psixoloji təhqirdən qorunma; həmkarlar ittifaqları yaratmaq və kollektiv toplaşma azadlığı; vəzifədən azad olunması vəziyyətində müdafiə; tətil hüququ; əlilliyi olan insanlar üçün işə qəbul imkanı. Xartiya dövlət tərəflərinin milli məruzələrin təqdim edilməsinə (1991 Protokolu) və kollektiv şikayətlər sisteminə (1995 Protokol) əsaslanan nəzarət mexanizminə malikdir, bu da peşələrə və qeyri-hökumət təşkilatlarına Avropa Sosial Hüquqlar Komitəsinə kollektiv iddialar təqdim etməyə imkan verir.
Təcrübədə Avropa Sosial Xartiyası
Beynəlxalq Hüquqşünaslar Komissiyası (ICJ) Portuqaliyaya qarşı (1/1998)
ICJ Portuqaliyada uşaq əməyi düzgün idarə edilmədiyi üçün Avropa Sosial Xartiyasının 7 (1) maddəsini pozduğunu iddia etdi (işə qəbulun minimum yaşı 15-dir). Onlar 15 yaşına çatmış çox sayda uşağı bir çox iqtisadiyyat sektorunda qeyri-qanuni olaraq işlədildiyini və həmin uşaqların qeyri-sağlam iş şərtləri ilə qarşılaşdıqlarını iddia edirdilər. Portuqaliya hökuməti bu rəqəmləri inkar etdi və ailədaxili ödənişsiz fəaliyyətin 7-ci maddə daxilində olmadığını iddia etdi. 1999-cu ildə Avropa Sosial Hüquqlar Komitəsi Portuqaliyanın 7-ci maddənin pozmasını müəyyən etdi və ailə biznesində çalışan 15 yaşdan aşağı uşaqların əmək fəaliyyyətində qadağa qoyulduğunu təsdiq etdi.
Bolqarıstanda Müstəqil Həmkarlar İttifaqları Konfederasiyası, Əmək Konfederasiyası “Podkrepa” və Avropa Ticarət Birliyinin Konfederasiyası Bolqarıstana qarşı (32/2005)
Şikayətdə Bolqarıstan qanunvericiliyinin yenidən baxılmış Avropa Sosial Xartiyasına uyğun gəlməyən yollarla sağlamlıq, energetika və kommunikasiya sektorlarında, eləcə də dövlət qulluqçuları və dəmir yolçuları üçün tətil etmək hüququnu məhdudlaşdırdığını iddia edildi. Avropa Sosial Hüquqlar Komitəsi Bolqarıstanın dəmir yolu sektorunda tətil etmək hüququ haqqında Bolqarıstan qanunundakı məhdudlaşdırmaların və dövlət qulluqçularına yalnız qanunun tətil hesab etdiyi simvolik hərəkətlərlə məşğul olmağa imkan verilməsinin, eləcə də onların əməyi kollektiv şəkildə dayandırmasının qadağan edilməsinin Nizamnamə pozuntusunu meydana gətirdiyini müəyyən etdi. 6
Avropa İttifaqının Əsas Hüquqlar Xartiyası
Avropa Birliyinin Əsas Hüquqlar Xartiyası 2009-cu ilin dekabr ayında hüquqi baxımdan məcburi olaraq Avropa İttifaqında əvvəllər milli hökumətlərin məsuliyyəti hesab edilən məşğulluq və sosial həyatın bir çox aspekti ilə bağlı yurisdiksiyanı əldə etmişdir. İşləmək hüququ Xartiyanın 15-ci maddəsində nəzərdə tutulmuşdur: “1. Hər kəsin işə cəlb olunmaq və sərbəst seçilmiş və ya qəbul edilmiş peşənin həyata keçirilməsi hüququ vardır; 2. İttifaqın hər bir vətəndaşının işə qəbul edilərək işləmək, peşə bacarıqlarını həyata keçirmək və hər hansı bir üzv dövlətə xidmət etmək hüququ var “.
Bundan əlavə, Nizamnamədə nəzərdə tutulmuş həmrəylik hüququna işçilərin məlumat və məsləhətləşmə hüququ, kollektiv toplaşma və fəaliyyət hüququ, ərazi xidmətlərinə çıxış hüququ, əsassız işdən azad edilmədən qorunma, ədalətli və düzgün əmək şəraiti, uşaq əməyinin qadağan edilməsi və iş yerində gənclərin qorunması daxildir.
Əmək və gənclər
Həqiqətən yaşamaq istəyiriksə, işləmək və cəsarət etmək lazımdır.
Vinsent van Qoq
İş sahibi olmaq özünü dəstəkləmək üçün vasitələrdən daha çoxunu nəzərdə tutur. Bu da həyat təcrübəsi üçün bir vasitədir. İşə götürülmə vasitəsi ilə fərdlər (xüsusilə gənclər) əsas texniki bacarıqlardan fərdi bacarıqlara qədər müxtəlif bacarıqları inkişaf etdirirlər.
İşsizlik və pis iş şəraiti insanların kompleks inkişafına mane olan və onların həqiqi ləyaqətini qoruyan kompleks qarşılıqlı məsələlərin bir hissəsidir. Bu nəticələrin bəzi nümunələri işsizlərin özləri və onların ailə üzvləri üçün kifayət qədər yaşayış şəraitinin təmin edilməməsi, işçilərin təhlükəsizliyinin azaldılması və onların hüquqlarının qorunması qabiliyyətinin azaldılması, çox sayda “qara bazar” işi potensialının yaranması, işsizlərə yardım göstərmək üçün böyük sosial təminat sxemi yaradılmasıdır.
“Təcrübə nəsli”
Avropa Gənclər Forumu tərəfindən verilən məlumat. Sorğunun nəticələrini http://bit.ly/internsrevealedresults ünvanından əldə edə bilərsiniz.
2011-ci ildə Avropa Gənclər Forumu Avropada təcrübəçilərin həyatına ümumi Avropa baxışı keçirdi, gənc nəslin nəyə görə “təcrübəçi nəsil” ola biləcəyini aşkar etdi. Sorğu iş bariyerini keçmək istəyən Avropa gəncləri üçün təcrübə proqramlarının norma halına gəldiyini göstərir. Xüsusi məlumatlar təcrübəçilərin tam gün, ödənişli işçilər əvəzinə davamlı istifadəsini göstərir. İş üçün müraciət etməzdən əvvəl ödənişli işlə məşğul olmaq üçün bir neçə yerdə təcrübə keçmiş şəxslərin cəlb olunması üzrə davamlı təcrübə daha geniş iş bazarına tam girməyə qadir olmayan işçilərin “itirilmiş nəslinin” formalaşması istiqamətində aparır.
Təcrübəni cəmi dörd təcrübə keçmiş bir təcrübəçi yekunlaşdırdı: “İşəgötürənlər təcrübəçilərə ödəniş etmədən onları işlədə biləcəklərini bilirlər, çünki məzunların təcrübəyə ehtiyacı var, nəticədə, işəgötürənlər ilk gündən hər şeyi öyrənməyə çalışan başlanğıc səviyyəli bir insan gözləyirlər”. Bu cür tövsiyələr göstərir ki, təcrübə indi əmək bazarına daxil olmaq üçün vacibdir, amma təcrübə keçənlər zamanla işə götürülənlər tərəfindən qəbul edilən və arzulanan aşağı ödənişli (hətta ödənişsiz) işçi qüvvəsi ehiyatına çevrilə bilərlər.
Məktəbdən işə keçid gənclərin şəxsi və peşə inkişafında yetkinlik həyatı boyunca təsir göstərən mühüm mərhələdir. Gənc yaşda işsiz olmağın nəticələri ciddi ola bilər. Gənclər arasında işsizlik daha çox zorakılıq, cinayət, intihar və alkoqol və narkotik maddələrin istifadəsi kimi sosial və sağlamlıq problemləri ilə bağlıdır.
Sual: Artıq ilk ödənişli işinizi əldə etmisiniz?
Gənclər arasında işsizlik nisbəti böyüklər arasında olduğundan çox vaxt daha yüksəkdir. Bu fərq ölkənin xüsusi kontekstindən asılı olaraq böyük və ya kiçik ola bilər.
Gənclər arasında yüksək işsizlik nisbətinin müxtəlif səbəbləri var. Məsələn, Avropada adətən müvəqqəti müqavilələrlə işləyən və ya ödənilməmiş və uzunmüddətli təcrübə keçən gənclər var. 8 Bir çox gənclərin işsizliyinə digər səbəblər daha yüksək ixtisas tələbi, işəgötürənlərin təcrübəli işçiləri işə götürməyə üstünlük verməsi və əmək bazarının böhranına gətirib çıxaran texniki və təşkilati dəyişikliklər ola bilər, bu da daha az iş yeri və daha çox işsiz deməkdir. Qloballaşma və müəyyən sektorlarda istehsalın yerinin dəyişdirilməsi əməyin ümumi xərclərinin böyük bir payı olduğu sənaye sahələrində məşğulluq olmamasına gətirib çıxardı. Geyim və toxuculuq sənayesi, dəri və ayaqqabı, gəmiqayırma və əsas metal sənayesi sektoru son 20 ildə Avropada ən çox itki verən iş yerləri arasındadır. 9 .
İtirilmiş nəsil?
Gənclər müvəqqəti müqavilələrdə daha çox təmsil olunur və daha təhlükəli şəraitdə işləyirlər. BƏT-in məlumatına görə, “problem, xüsusilə qlobal böhranın ardından məşğulluq perspektivləri pisləşən gənclərin “itkin nəslin”in meydana gəlməsinin qarşısının alınmasının vacib olduğu yüksək gəlirli ölkələrdə kəskindir.” 10
2011-ci ildə Avropadakı işsizlik rəqəmləri rekord səviyyəyə çatdı və gənclər tərəfindən kütləvi nümayişlər və etirazlara səbəb oldu. Eyni ilin iyun ayında İngiltərədə 16-24 yaşlarında beş nəfərdən biri, İspaniyada yaşayan gənclərin 44,3 faizi işsiz idi. Bu, Avropanın başqa yerlərindən daha böyük göstərici idi. Yunanıstanda gənclərin işsizlik səviyyəsi 36%, Portuqaliyada 27,8%, İrlandiyada isə 31,5% təşkil edirdi. 11
2011-ci ildə tək Avropa Birliyində NEET (məşğulluq, təhsil və təlimə cəlb olunmayan) statusu olan olan təxminən 7,5 milyon gənc var idi.
Gənclərin işi gənclərin işsizliyinə qarşı mübarizədə mühüm rol oynaya bilər. Geniş yayılmayan təhsil və proqramlar, xüsusilə gənclər təşkilatları və gənclik mərkəzləri daxilində olanlar, gənclərdə mənalı məşğulluq qazanmaq üçün lazımi bacarıqları inkişaf etdirməyə kömək edə bilərlər və onlar bununla məşğul olan gənclər üçün effektiv olduqlarını sübut etmişlər. Digər təşkilatlar gənclərin sahibkarlığına dəstək verirlər və bəziləri gənclərə özlərini işə götürmək yolu ilə özləri üçün bir gələcək yaratmaqda kömək etmək üçün kiçik layihələri maliyyələşdirirlər.
Avropa Gənc Sahibkarlar Konfederasiyası Avropada gənc sahibkarlığın iqtisadi və sosial göstəricilərini yaxşılaşdırmağa çalışır.(www.yes.be)
Məşğulluq üzrə Avropa Gənclər Forumu vəziyyətlərin təhlili, strateji tərəfdaşlıq qurulması və əmək bazarında gənclərin vəziyyətini dəstəkləyən siyasət tələblərinin formalaşdırılması vasitəsilə məşğulluqla əsas prioritet sahələrindən biri kimi məşğul olur. Foruma əsasən, gənclərin əmək bazarına inteqrasiyasının yaxşılaşdırılması kollektiv məsuliyyət kimi qəbul olunmalıdır ki, bu da dövlət orqanları, sosial tərəfdaşlar və gənclər təşkilatları kimi ünsürlərin bərabər iştirakını tələb edir. 12
Uşaq əməyi
BƏT uşaq əməyinə “uşaqları uşaqlıqdan məhrum edən, onların potensialı və ləyaqətini məhdudulaşdıran, fiziki və zehni inkişafa zərər verən iş” tərifi verir.
Bu, uşaqlara zehni, fiziki, sosial və ya əxlaqi cəhətdən təhlükəli və zərərli işə aid edilir; və onların təhsilinə mane olur:
- onlar məktəbə getmə fürsətindən məhrum edilir.
- onlar məktəb təhsillərini yarımçıq saxlamağa vadar edilir.
- onların məktəbə getməklə birgə uzun və ağır işlərdə çalışması tələb edilir.” 13
2010-cu ildə BƏT hesablamışdır ki, dünyada uşaq əməyinə cəlb edilmiş 215 milyon uşaq var. Uşaq əməyi bir sıra səbəblərdən qəbuledilməzdir. Birincisi, bu, çox gənc yaşda və məktəbdə olmalı olan uşaqları əhatə edir. İkincisi, hətta uşaqlar minimum yaş meyarlarını keçirdikləri üçün qanuni olaraq əmək qabiliyyətli olmalarına baxmayaraq, onların gördükləri işlər 18 yaşına çatmamış bir şəxs üçün uyğun deyil. Üçüncüsü, uşaqlar tez-tez uşaq əməyinin ən pis formalarına məruz qalırlar, bunlara quldurluq, fahişəlik, silahlı münaqişələrə cəlb edilmək, eləcə də onların sağlamlığına, təhlükəsizliyinə və əxlaqına zərər verə biləcək digər işlər aiddir. 14
Sual: Yaşadığınız cəmiyyətdə uşaqlar hansı işləri görürlər?
Beynəlxalq Əmək Təşkilatı işini, uzun müddətdir ki, uşaq əməyinin aradan qaldırılmasına dair fəaliyyətlərə həsr etmişdir və bu məqsədlə bir sıra tövsiyələr və konvensiyalar hazırlamışdır. Uşaq əməyi ilə məşğul olan iki əsas konvensiya mövcuddur:
Uşaq əməyinin ən pis formaları haqqında BƏT Konvensiyası (1999) 2000-ci ildə qüvvəyə minmişdir. 2010-cu ilin iyun ayına qədər bu Konvensiyanı 172 ölkə təsdiq etmişdir. Konvensiya uşaq əməyinin ən pis formalarını aşağıdakı kimi müəyyənləşdirir:
- Uşaqların satılması və insan alveri daxil olmaqla bütün növ köləlik; borcunu ödəmək üçün məcburi əmək; müharibə və silahlı münaqişələrdə uşaqları istifadə etmək də daxil olmaqla, digər zorakı əmək növləri
- Fahişəlik, pornoqrafiya və pornoqrafik çıxışlar kimi uşaqları cinsi istismar edən bütün fəaliyyətlər
- Qeyri-qanuni fəaliyyətlərdə, xüsusən narkotik maddələrin istehsalı və ya satılmasında iştirak
- Uşaqların sağlamlığına, təhlükəsizliyinə və ya rifahına zərər verə biləcək hər hansı bir iş (“təhlükəli iş”). 15
BƏT-in Minimum Yaş Konvensiyası (1973) “uşaq əməyinin effektiv aradan qaldırılması və məşğulluq və ya işə qəbul üçün minimum yaşı tam fiziki və zehni inkişafa uyğun bir səviyyəyə yüksəltmək üçün nəzərdə tutulmuş milli siyasətin həyata keçirilməsi” vəzifəsini vurğulayır.
Həmkarlar ittifaqları, işçilər üçün işləmək
Heç kim yalnız istedadla məqsədinə çata bilməz. Allah istedad verir; iş istedadı dahiliyə çevirir.
Anna Pavlova
Həmkarlar ittifaqları işçilərin birlikləridir (işəgötürənlər birlikləri də mövcuddur) və onların əsas məqsədi işçilərin mənafeyini işəgötürənlərə təqdim etməkdir. Həmkarlar ittifaqı yaratmaq və qoşulmaq hüququ, eləcə də kollektiv danışıq hüququ geniş tanınmış insan hüquqlarıdır.
Həmkarlar ittifaqlarının tarixi 18-ci əsrə, qadınlar, uşaqlar, kənd işçiləri və immiqrantların işçi qüvvəsinə çevrildiyi sənaye inqilabına söykənir. İşçilərin hüquqları, şübhəsiz ki, tədricən olsa da, inkişaf etmişdir, bu prosesdə həmkarlar ittifaqları mühüm rol oynamışdılar.
Beynəlxalq İşçi Günü: 1 May
1 May işləyən insanların dünya tarixində mübarizəsini xatırladır. May günləri işçilər gündə 10, 12 və 14 saat işləməyə məcbur olduqları bir vaxtda səkkiz saatlıq gün üçün mübarizədən doğuldu. 1886-cı ilin may ayının ilk günlərində ABŞ-da tətillər və nümayişlər qeyd edildi.
May ayı tezliklə illik tədbirə çevrildi. Dünya miqyasında dünyanın bir çox ölkələrindəki işçilər May Günündə əmək günü qeyd edirlər. May bayramı 1891-ci ildə Rusiyada, Braziliyada və İrlandiyada ilk dəfə qeyd olunmuşdur.
Həmkarlar ittifaqlarının rolu Avropada çox fərqli idi. Totalitar rejimlərin mövcud olduğu bəzi ölkələrdə həmkarlar ittifaqları hakimiyyət orqanları və siyasi elitalar tərəfindən yaradılmış və onların zülmkar rejimləri üçün bir vasitə olmuşdur. Bu tarixi gerçəklik nəticəsində, bir çox insanlar bu gün həmkarlar ittifaqlarının oynaya biləcəyi rola şübhə ilə yanaşırlar və yalnız son zamanlar bu ölkələrin işçiləri öz hüquqlarını müdafiə etmək üçün həmkarlar ittifaqlarının müsbət rolunu tanıyırlar. Avropada, xüsusilə həmkarlar ittifaqlarının rolu və təşkilatı ilə bağlı digər fərqlər mövcuddur. Bir çox ölkədə, həmkarlar ittifaqları konfederasiyalarda təşkil edilir.
Həmrəylik
Solidarnos’c (Həmrəylik), 1980-ci illərdə Polşanı əhatə edən milli ittifaq hərəkatı idi. Bu hərəkat gəmiqayırma sənayesindəki işçilər etiraz etməyə qərar verdikdən sonra, 14 dekabr 1970-ci ildə başlandı və tərsanələrdən Qdansk şəhər mərkəzinə doğru uzanan yürüyüş polis tərəfindən amansızlıqla yatırıldı. 1980-ci ilin yayında bir çox tətillər Həmrəylik hərəkatının sosial və demokratik dəyişiklik üçün bir qüvvə olaraq kök saldığını göstərdi. Həmkarlar ittifaqı üzvlüyünə doqquz milyondan çox üzv gəldi. Hökumətin repressiv siyasəti nəticəsində Həmrəylik qadağan olunaraq, bir neçə il gizli işləməyə məcbur oldu.
İnsan hüquqları üçün beynəlxalq işçi həmrəyliyi
Bilməyinizi istərdim ki, Bizim yanımızda olduğunuz kimi biz də sizinləyik. Bilməyinizi istərdim ki, heç bir güc hüquqlarına inandıqları zaman xalqın iradəsinə etiraz edə bilməz. Onlar səslərini yüksək və aydın şəkildə qaldırdıqda istismara qarşı mübarizə aparırlar.
AİŞ işçilərinə həmrəylik mesajında müstəqil Misir Həmkarlar İttifaqları və İşçi Xidmətləri Mərkəzinin ümumi koordinatoru Kamal Aİbas;
20 fevral 2011-ci il
Daha yaxşı iş şəraiti üçün mübarizədə rol oynamaqdan başqa, həmkarlar ittifaqları sosial hərəkətlərin qurulmasında və sosial dəyişikliklərə təsir göstərməkdə əsas rol oynayıblar (və oynamağa davam edirlər).
1963-cü ildə, aparteid rejiminin hələ də qüvvədə olduğu bir vaxtda, Danimarka tərsanə işçiləri Cənubi Afrika dəniz gəmisini yükləməkdən imtina etdilər. Bu birbaşa hərəkatı İsveç, San Fransisko və Liverpuldakı peşə işçiləri izlədi, hamısı – məzlumlarla həmrəylik içində – Cənubi Afrika mallarını boşaltmaqdan imtina etdi.
2009-cu ildə Cənubi Afrika tərsanə işçiləri İsraildən gəmi yükləməmək qərarını açıqladı. 16 Bu hərəkatı İsveç Tərsanə İşçiləri Birliyi tərəfindən, İsrailin “azadlıq donanmasına” hücumu və işğal edilmiş Qəzzə zolağının blokadasına qarşı etiraz əlaməti olaraq, İsrailə gedən və ordan gəlişən bütün İsrail gəmilərinin 9 gün müddətinə limanlara daxil olmasının qarşısının alınması izlədi.
Hədə-qorxu və ittifaqa qarşı təqib
Beynəlxalq Ticarət İttifaqı Konfederasiyası (İTUC) illik araşdırmalarında 2009-cu ildə 101 peşə əməkdaşı öldürüldüyünü, qətllərin əksəriyyətinin Latın Amerikasında baş verdiyini sənədləşdirdi. Sui-qəsdlərlə yanaşı, qeyri-sağlam iş şəraitlərini inkar etmək, əmək haqlarını tələb etmək və ya qlobal maliyyə-iqtisadi böhranla mübarizə üçün kifayət qədər tədbir görülməməsinə etiraz etmək üçün birləşən minlərlə işçi fiziki hücumlara məruz qaldı, həbs olundu və saxlanıldı. 18
İş sizə onu necə icra etməyi öyrədəcək.
Eston atalar sözü
İttifaqın Avropa üzrə verdiyi məlumata görə, həmkarlar ittifaqı hüquqlarını qoruyan qanunların mövcudluğuna baxmayaraq, həmkarlar ittifaqı işçiləri hələ də köçürmə, işdən çıxarma, təzyiq və manipulyasiya kimi təzyiqli taktika ilə üzləşirlər. 19
Sual: Ölkənizdə hər hansı bir birliyin üzvü olmaq təhlükəsizdir?
Korporasiya peşə işçilərinə qarşı ayrı-seçkilik edir
İTUC 2009-cu ildə Moskvada Domodedovoda Nestlé Water Coolers Service-in işçilərinin əmək haqqının azaldılması və iş şəraitinin pisləşməsi məsələsini həll etmək üçün bir ittifaq qurduğunu bildirdi. Korporasiyanın rəhbərliyi antiinflyasiya kampaniyasını başlayaraq reaksiya verdi: işgüzar yükü diskriminativ şəkildə dağıtmağa başladı, belə ki, həmkarlar ittifaqları üzvləri iş saatları içində vəzifələrini və ya kvotalarını yerinə yetirə bilmirdilər. 20
Gənclər və həmkarlar ittifaqları üzvlüyü
Siz Beynəlxalq Həmkarlar İttifaqı Konfederasiyasına (ITUC) və ya Avropa Həmkarlar İttifaqı Konfederasiyasına (ETUC) qoşulmaq üçün Facebookdan istifadə edə və ya twitter @ituc və @etuc hesablarından faydalana bilərsiniz.
Həmkarlar ittifaqları artıq gənclərin üzvlüyünü artırmaq üçün böyük səy göstərirlər. Bir çoxları gənclərin ehtiyaclarını və reallıqlarını, eləcə də gənclərin ittifaqların işində fəal iştirakını təmin etmək üçün lazımi strukturları nəzərə alaraq işçi gündəmini inkişaf etdirirlər. Gənclərin işsizliyə dair məsələlərini həll etmək üçün gənclərin həmkarlar ittifaqı hərəkatına cəlb edilməsi vacibdir.
Avropa Ticarət Birliyinin Konfederasiyasının Gənclər Komitəsi konfederasiya daxilində gənc işçiləri təmsil edir. Gənclər Komitəsi gənclərin perspektivlərini fərqli siyasətlərə daxil edir və iş yerində gənclərə təsir göstərən məsələlər üzrə mövqelər tutur. ETUC Gənclər Komitəsi tədris sessiyaları, konfranslar, seminarlar və kampaniyalar kimi qeyri-formal təhsil fəaliyyətləri vasitəsilə Avropada gənc işçilərinin insan hüquqlarını dəstəkləmək üçün tədbirlər görür.
Ville əməliyyatı
2009-cu ildə Finlandiya gənclər ittifaqı fəalları internetdə sosial şəbəkə saytlarından istifadə edərək gənclərin işsizlik problemini vurğulamağa qərar verdi. Onlar dörd ay işsiz qalmış 26 yaşındakı Ville Karhu ilə bağlı məsələni seçdilər. Əməliyyatın başlamasından bir neçə gün öncə “Ville Əməliyyatı” adlı Facebook səhifəsində Ville üçün necə iş tapmağı təklif edən yüzlərlə üzv var idi. Əməliyyat günü aktivistlər “patrul” yaratdılar və Ville üçün iş tapmaq məqsədilə küçələrə axışdılar. Hətta Finlandiya Əmək Nazirliyi Əməliyyatda uğurlar arzulamaq üçün gəlmişdi. Bununla yanaşı, aparıcı gənclər radiostansiyası hekayəni və əməliyyatın gedişatını hər saat yayımladı. Günün sonunda Əməliyyat tamamlandı: Ville bir iş tapdı. 21
BLOQ YAZISI
Qədim insan az işləyirmiş – qəbilənin nə ovlayıb-toplamasından asılı olaraq, həftədə 5 saatdan 15 saatadək. Aqrar iqtisadiyyatın hökmran olduğu uzun əsrlər boyu əmək mövsümi xarakter daşıyırdı və yalnız sənaye inqilabından sonra insanlar bütün il boyu işləməyə başladılar. Kapitalist sənayesi iş vaxtının bəzən hətta ifrat dərəcədə (bəzi sənaye şəhərlərində gündə 12-16 saat olmaqla həftədə 6-7 gün) uzanmasına yol açdı. XIX əsrdən etibarən, iş vaxtının qanunvericiliklə məhdudlaşdırılması dünyanın bir çox ölkəsində, xüsusilə Avropa dövlətlərində ən aktual sosial-iqtisadi problemlərdən birinə çevrildi. Fransa burjua inqilabı hüququn hər sahəsində olduğu kimi əmək hüququna da təsirini göstərdi. XIX əsrin sonu, XX əsrin əvvəllərində isə bu problem artıq mütəmadi olaraq siyasiləşirdi, çünki o vaxtın inkişaf etmiş kapitalist ölkələrində vüsət alan fəhlə hərəkatı iş vaxtının məhdudlaşdırılmasını özünün əsas siyasi-iqtisadi tələblərindən birinə çevirmişdi.
XX əsrdə baş vermiş ictimai inkişaf sayəsində iş vaxtının qısaldılması üçün iqtisadi imkan yarandı və iş sahibləri ilə həmkarlar ittifaqları arasında bağlanan müqavilələrlə gerçəkləşdi. Bir çox dövlətlər iş vaxtını qanunvericiliklə məhdudlaşdırdılar. Bu isə yeni mərhələnin – dövlətin müdaxiləsi ilə səciyyələnən mərhələnin başlanğıcı oldu.
BMT-nin ixtisaslaşmış qurumu olan Beynəlxalq Əmək Təşkilatı (BƏT) 1919-cu ildə təşkil edilib. Azərbaycan isə 12 may 1992-ci ildə BƏT-in üzvüdür, onun 57 Konvensiyasına qoşulub. Əmək, uşaq hüquqları barədə qanunvericilik də bu konvensiyaların prinsip normalarına uyğunlaşdırılıb.
II Dünya müharibəsindən sonrakı illərdə 40-42 saatlıq iş həftəsi sənayecə inkişaf etmiş ölkələr üçün normaya çevrildi. Əsrin sonlarına yaxın iş vaxtı daha da sürətlə qısaldıldı. 2000-ci ildə Fransa 35 saatlıq iş həftəsini qanuniləşdirdi. 2000-ci illərin ortalarında Niderland iş həftəsinin orta uzunluğunu 30 saatdan aşağı sala bildi. İndi ABŞ-da orta iş həftəsi 33, Fransada 30, Niderlandda 27 saatdır.
2011-ci ildə İƏİT dövlətləri arasında ən qısa orta iş həftəsi Almaniyada idi – 25,6 saat. Bəzi ölkələrdə iş vaxtının məhdudlaşdırılması yaxın keçmişədək normal hesab edilən çərçivədən çıxmaqdadır. Məsələn, Almaniyada qeyri-ərzaq ticarət müəssisələrinin həftəsonu istirahət günlərində çalışması qanunvericiliklə qadağandır. Yalnız məhdud sayda ticarət obyektlərinə, özü də yalnız turist mərkəzlərində, üstəlik sərt vaxt məhdudiyyətləri altında işləmək izni verilir. Belə olanda iş vaxtının uzunluğuna və təşkilinə bazar mexanizmlərinin təsiri minimuma enir. Təsadüfi deyil ki, iş vaxtının tənzimlənməsindəki liberallıq səviyyəsinə görə Almaniya dünyada ən axırıncı yerlərdən birini tutur. Lakin faktiki iş vaxtının qısalıb-uzanmağı təkcə dövlətin müdaxiləsi ilə baş vermir.
Bu gün əmək hüququnun dünyanın əksər ölkələrində pozulduğunu, insanların bütün günü yalnız zəruri ərzaq, qida ehtiyaclarını ödəmək üçün işlədiyini müşahid edə bilirik. Əmək hüquqları üçüncü dünya ölkələrində daha çox pozulsa da, inkişaf etmiş ölkələrdə də bu problemin olduğunu deyə bilərik. Uşaq əməyinin istismarı, miqrantların bəzən 18-20 saata yaxın işlədilməsi kimi pozuntuları müşahidə edə bilərik. Ölkəmizdə də müəyyən edilmiş iş saatından artıq əməklə məşğul olan insanlar az deyil.
Bəs bizim qanunvericilikdə iş saatı ilə bağlı hansı müddəalar var?
Azərbaycan qanunvericiliyində nəzərdə tutulana görə, h əftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zaman tam iş vaxtıdır.
Azərbaycanda gündəlik normal iş vaxtının müddəti 8 saatdan, həftəlik isə 40 saatdan artıq ola bilməz. İki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilib, lakin həftəlik tam iş vaxtının müddəti çərçivəsində altıgünlük iş həftəsi də müəyyən edilə bilər. Saat 22-dən səhər saat 6-dək olan müddət gecə vaxtı sayılır. Əmək şəraiti ağır və zərərli olan iş yerlərində, günlük iş vaxtının ən azı yarısı gecə vaxtına düşəndə, iş vaxtının gecə vaxtına düşən hissəsi bir saat qısaldılır. Hamilə və üç yaşınadək uşağı olan qadınların, yaşı on səkkizdən az olan işçilərin gecə işinə cəlb edilməsi qanunsuzdur. Əlilliyi olan işçilər gecə vaxtı işə öz razılığı və xüsusi qurumların rəyi ilə cəlb edilə bilər.
İş vaxtından artıq iş ödənişlidir və işçinin razılığı ilə buna yol verilir. Xüsusilə ağır və zərərli sahələrdə işləyən işçilərin iş vaxtından artıq işə cəlb edilməsinə yol verilmir. Əmək şəraiti ağır və zərərli olan sahələrdə bütün iş günü (növbəsi) ərzində iş vaxtından artıq işlərin müddəti 2 saatdan çox ola bilməz. Hər bir işçi dalbadal gələn iki iş günü ərzində 4 saatdan, əmək şəraiti ağır və zərərli olan iş yerlərində isə 2 saatdan çox işə cəlb edilə bilməz. Ancaq indi də həftəlik 60-70 saat iş şəraitində olan, məzuniyyət hüququndan istifadə etməyən, həftəlik istirahət günü olmayan xeyli sayda işçi və iş yeri var. Hətta məzuniyyət ödənişi almadan, “özhesabına” adı ilə istənilən vaxt müddətli və müddətsiz məzuniyyətə göndərən iş yerlərinin sayı xeyli çoxdur.
Uşaqların əməyə cəlb edilməsi və uşaq istismarı hallarına da dünyanın çəşidli ölkəsində rast gəlinir. Azərbaycanda qanunvericiliyində – Konstitusiyanın 17-ci, Əmək Məcəlləsinin 46-cı maddəsində göstərilib ki, əmək müqaviləsi 15 yaşına çatmış fiziki şəxslərlə bağlanıla bilər. On beş yaşına çatmamış şəxslərlə bağlanılan əmək müqaviləsi etibarsız sayılır və bu cür müqavilənin bağlanması İnzibati Xətalar Məcəlləsinin 192.8-ci və 192.9-cu maddələri ilə məsuliyyətə səbəb olur.
Bəs əmək hüquqlarının pozulması ilə necə mübarizə aparmaq lazımdır?
İşəgötürənlərə vətəndaşların əmək müqaviləsi ilə işləməsini təşviq etmək üçün vergi güzəştləri edilməsində, işçilərin həmkarlar ittifaqlarında birləşməsinə olan süni maneələrin aradan qaldırılmasında fayda var. İşçi işəgötürənə qarşı əmək qanunvericiliyində olan hüquqlarını bildirdikdə, işdən azad edilməmə rahatlığına sahib olmalıdır. Məzuniyyət hüququnun verilməsinin gözləmək üçün həm dövlət qurumları, həm də ictimai nəzarət mexanizmləri işə düşməlidir. Bu sahədə fəaliyyət göstərən QHT-lər işçilərin maariflənməsi və onların məhkəmə müdafiəsində daha səmərəli addımlar atılmasını təşviq etməlidir.
Əmək hüquqları daha kobud pozulanlar arasında təhsilsiz və konkret peşəyə malik olmayanlar çoxluq təşkil edir. Buna görə də peşə təhsilinin rolunu artırmaq, xüsusilə aztəminatlı və valideyn himayəsindən məhrum uşaqların yetkinlik yaşına çatana qədər konkret peşəyə yiyələnməsinə nail olmaq hökumətin prioritetləri sırasında olmalıdır.
Comments are closed, but trackbacks and pingbacks are open.