Press "Enter" to skip to content

Əmək məcəlləsi məzuniyyət 2019

Maddə 30. Əlavə uşağa qulluğa görə məzuniyyət

Analıq məzuniyyətinin müddəti – Azərbaycan və Gürcüstan

İki aylığadək yaşında uşağı övladlığa götürən, yaxud övladlığa götürmədən böyüdən qadınlar doğuşdan sonra müəyyən edilmiş 56 günlük sosial məzuniyyətdən, həmçinin bu Məcəllənin 117-ci maddəsi ilə müəyyən edilmiş əlavə və 127-ci maddəsində nəzərdə tutulmuş qismən ödənişli məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər.

Əmək Məcəlləsi Gürcüstan

Maddə 28. Uşaqları övladlığa götürməyə görə məzuniyyət

Bir yaşınadək uşağı övladlığa götürmüş işçinin tələbi ilə, uşağın anadan olduğu gündən başlayaraq 550 təqvim günü işçiyə məzuniyyət verilir. Bunun yalnız 90 günü ödənişli əsaslarla ödənilir.

Əmək Məcəlləsi Azərbaycan

Maddə 127. Qismən ödənişli sosial məzuniyyət hüququ və ondan istifadə qaydaları

  1. Uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinət verilən qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdirlər.
  2. Uşağa qulluq edən işçi yazılı ərizəsi əsasında qismən ödənişli sosial məzuniyyət hüququndan tam, yaxud hissə-hissə istifadə edə bilər.

Əmək Məcəlləsi Gürcüstan

Maddə 29. Hamiləliyə, doğuşa, uşağa qulluğa və uşaqları övladlığa götürməyə görə məzuniyyət

Hamiləliyə, doğuşa, uşağa qulluğa və uşaqları övladlığa götürməyə görə məzuniyyət büdcə hesabına ödənilir. Məbləğ 1000 larıdan çox deyil. Əlavə mükafatlanmanı işçi ilə işəgötürən razılaşa bilər.

Maddə 30. Əlavə uşağa qulluğa görə məzuniyyət

İşçinin xahişi ilə, ona birdəfəlik və ya hissə-hissə ildə 2 həftədən az olmayaraq əmək haqqı saxlnalımadan məzuniyyət verilir. Bu müddət 12 həftəyə qədər və uşağın 5 yaşı tamam olanadək davam edir.

Əlavə məzuniyyət uşağa faktiki qulluq edən istənilən şəxsə verilə bilinər.

Göründüyü kimi, müqayisədən aydın olur ki, fərqlərimiz var. Daha effektli hansıdır? Mənə elə gəlir burada işçiyə sərbəstlik verilmə baxımından, yəni azad seçim verilmə baxımdan Gürcüstan Əmək Məcəlləsindəki maddələr daha aydındır.

İqtisadçı-ekspert Rauf Qarayev

Əmək məcəlləsi məzuniyyət 2019

Məzuniyyət – Əmək məzuniyyəti

Əmək məzuniyyəti – işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi, müddəti bu Məcəllədə nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır. Əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır.

Əmək məzuniyyəti müvafiq peşə (vəzifə) üzrə əmək funksiyasını yerinə yetirən işçilərə verilən illik əsas məzuniyyətdən və istehsalın, əməyin xarakterinə və əmək stajına görə, habelə uşaqlı qadınlara verilən əlavə məzuniyyətdən ibarət olub, istər birlikdə, istərsə də ayrılıqda verilə bilər.

Əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir. İş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır. Əgər işçinin iş ili onun əmək məzuniyyətinə çıxmaq üçün müraciət etdiyi vaxtda başlanmayıbsa, onda ona əmək məzuniyyəti yalnız iş ili başlanandan sonra verilə bilər. Bir iş ilinə görə yalnız bir əmək məzuniyyəti verilə bilər. Təqvim ili ərzində işçinin iki iş ilinə görə məzuniyyət hüququ olduqda o, həmin təqvim ilində hər iki iş ilinə görə məzuniyyətdən birlikdə və ya ayrı-ayrılıqda istifadə edə bilər.

İşçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir.

  • kənd təsərrüfatı məhsullarının istehsalında çalışan işçilərə;
  • məsul vəzifələrdə (vəzifənin məsulluğu işin xüsusiyyətləri nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən edilir) qulluq keçən dövlət qulluqçularına, müəssisənin rəhbər işçilərinə və mütəxəssislərinə;
  • xüsusi rejimli tədris müəssisələri istisna olmaqla, tədris müəssisəsində pedaqoji iş aparmayan rəhbər işçilərə və inzibati-tədris heyəti işçilərinə, habelə məktəbdənkənar uşaq müəssisələrinin rəhbərlərinə;
  • tədris müəssisələrinin metodistlərinə, baş ustalarına, istehsalat təlimi ustalarına, təlimatçılarına, kitabxanaçılarına, laborantlarına, emalatxana rəhbərlərinə, dayələrə, dəyişək xidmətçilərinə, bədii rəhbərlərinə;
  • elmi dərəcəsi olmayan elmi işçilərə;
  • həkimlərə, orta tibb işçilərinə və əczaçılara.

  1. Yeraltı işlərdə çalışan, əmək şəraiti zərərli və ağır, habelə əmək funksiyası yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginliklə bağlı olan işçilərə əməyin şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlər verilir. Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətin müddəti 6 təqvim günündən az olmamalıdır.
  2. Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən zərərli və ağır istehsalatların, peşə və vəzifələrin siyahısı əlavə məzuniyyətlərin müddəti göstərilməklə müvafiq icra hakimiyyəti orqanı [Azərbaycan Respublikasının Nazirlər Kabineti] tərəfindən təsdiq edilir.

  1. Əmək stajından asılı olaraq işçilərə:
    • beş ildən on ilədək əmək stajı olduqda – 2 təqvim günü;
    • on ildən on beş ilədək əmək stajı olduqda – 4 təqvim günü;
    • on beş ildən çox əmək stajı olduqda – 6 təqvim günü müddətində əlavə məzuniyyət verilir.
  2. Əmək stajına görə əlavə məzuniyyətin müddəti işçinin işəgötürənlə əmək müqaviləsi bağlayaraq faktiki olaraq işlədiyi dövrə əsasən müəyyən edilir. Bu əmək stajına işçinin əmək müqaviləsi üzrə faktik işlədiyi müddətdən başqa yalnız əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan hallarda iş yeri və orta əmək haqqı saxlanıldığı dövrlər daxil edilir.
  3. Əmək stajına görə (o cümlədən əmək şəraitinə görə) əlavə məzuniyyətlər bu Məcəllənin 118, 119, 120 və 121-ci maddələrində göstərilən işçilərə verilmir.

  1. Əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq, 14 yaşınadək iki uşağı olan qadınlara 2 təqvim günü, bu yaşda üç və daha çox uşağı olan, həmçinin sağlamlıq imkanları məhdud uşağı olan qadınlara isə 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir.
  2. Uşaqlarını təkbaşına böyüdən ataların, həmçinin uşaqları övladlığa götürmüş şəxslərin bu maddənin birinci hissəsində nəzərdə tutulan əlavə məzuniyyət hüququ vardır.
  3. Bu maddə ilə müəyyən edilmiş əlavə məzuniyyət hüququ müvafiq təqvim ilinin sonunadək uşaqlardan birinin 14 yaşı tamam olduğu hallarda da saxlanılır.
  4. Bu maddə ilə müəyyən edilmiş əlavə məzuniyyətlər bu Məcəllənin 118, 119, 120 və 121-ci maddələrində göstərilən işçilərə verilmir.

  1. Aşağıdakı işçilərə əmək məzuniyyəti 56 təqvim günü müddətində verilməlidir:
    1. illik normanın üçdə bir hissəsindən az olmamaqla pedaqoji iş aparan tədris müəssisələrinin rəhbər işçilərinə, tərbiyəçilərinə, təlimatçılarına, dərnək və musiqi rəhbərlərinə, konsertmeysterlərə, akkompaniatorlara, xormeysterlərə və başqa musiqi işçilərinə;
    2. bütün ixtisas və adlardan olan müəllimlərə (məşqçi müəllimlərdən başqa);
    3. uşaq birliyi rəhbərlərinə, magistrlərinə, praktik psixoloqlara, loqopedlərə, surdopedaqoqlara;
    4. tədris müəssisələrinin tərbiyəçilərinə (məktəbyanı internat tərbiyəçilərindən başqa), eşitmə kabinetlərinin təlimatçılarına, dərnək rəhbərlərinə, hərbi rəhbərlərə, bədən tərbiyəsi rəhbərlərinə;
    5. sosial müdafiə orqanlarının və səhiyyə təşkilatlarının bilavasitə pedaqoji fəaliyyətlə məşğul olan işçilərinə;
    6. elmi tədqiqat müəssisələrinin, habelə ali məktəblərin elmi tədqiqat bölmələrinin elmlər doktoru elmi dərəcəsi olan əməkdaşlarına, rəhbərlərinə və onların elmi işlər üzrə müavinlərinə, elmi katiblərinə;
    7. müvafiq elmi şuranın qərarı əsasında müstəqil elmi tədqiqat işləri aparan elmi işçilərə.

    1. uşaq evlərinin, məktəbəqədər uşaq tərbiyə müəssisələrinin rəhbər işçilərinə, tərbiyəçilərinə, musiqi rəhbərlərinə, praktik psixoloqlara;
    2. metodika kabinetlərinin və mərkəzlərinin rəhbərlərinə, metodistlərinə və təlimatçılarına;
    3. məktəbyanı internatların tərbiyəçilərinə;
    4. məktəbdənkənar uşaq müəssisələrinin dərnək rəhbərlərinə, kütləvi işçilərinə;
    5. məşqçi müəllimlərə;
    6. elmi tədqiqat müəssisələrinin, habelə ali məktəblərin elmi tədqiqat bölmələrinin elmlər namizədi elmi dərəcəsi olan əməkdaşlarına, rəhbərlərinə və onların elmi işlər üzrə müavinlərinə, elmi katiblərinə.

    Mühasibat uçotu
    Uçotun təşkili

    Məzuniyyətin hesablanması

    Ödənişli məzuniyyətə çıxmaq işçinin əsas hüquqlarından biridir. Məzuniyyət haqqının hesablanması ilə bağlı əksər insanlarda suallar yaranır.İşçinin birinci iş ili üçün əmək məzuniyyəti hüququ işverənlə əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir. Müəssisədə altı ay işlədikdən sonra birinci iş ili bitənədək işçiyə məzuniyyət öz arzusu ilə onun üçün əlverişli olan vaxtda verilməlidir.İndi isə məzuniyyət pulunun hesablanılması qaydalarına nəzər yetirək. Məzuniyyət haqqını hesablamaq üçün ilk olaraq orta əməkhaqqını hesablamaq gərəkdir.

    Məzuniyyətin hesablanması Qaydaları

    • Məzuniyyət vaxtı üçün ödənilən orta əməkhaqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əməkhaqqına əsasən müəyyən edilir.
    • 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əməkhaqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır.
    • Məzuniyyət günlərinin əməkhaqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əməkhaqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əməkhaqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına — 30,4-ə bölmək yolu ilə bir günlük əməkhaqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əməkhaqqının məbləği məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur.
    • Bu maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əməkhaqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilir.
    • İşçiyə məzuniyyət vaxtı üçün orta əməkhaqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir.
    • Əmək müqaviləsində, kollektiv müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, məzuniyyət vaxtı üçün orta əməkhaqqı müəyyən səbəbdən məzuniyyət başlanandan sonra ödənilmişdirsə, işçinin tələbi ilə məzuniyyətin başlanma vaxtı əməkhaqqının faktik olaraq verildiyi gündən hesablana bilər.
    • Məzuniyyət vaxtı üçün hesablanmış orta əməkhaqqı qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmsallaşdırılıb ödənilməlidir.

    Məzuniyyətin hesablanması: Misal

    İndi isə əmək məzuniyyətinin hesablanılmasına bir misal gətirək. Tutaq ki, işçi 01.02.2018-ci il tarixində əmək müqaviləsi ilə işə daxil olub. İşçi birinci iş ili – 01.02.2018-ci il tarixindən 01.02.2019-cu il tarixinə kimi olan dövr üçün 24.01.2019-cu ildə ərizə yazıb ki, onu fevral 2019-cu il tarixindən 21 gün müddətində əmək məzuniyyəti ilə təmin etsin. İşəgötürən də bunu təmin edib və qanuna uyğun rəsmiləşdirib. İşçinin əməkhaqqı aşağıdakı kimidir:

    1. Fevral 2018 -300 manat
    2. Mart 2018 -300 manat
    3. Aprel 2018 -320 manat
    4. May 2018 -320 manat
    5. İyun 2018 -320 manat
    6. İyul 2018 -320 manat
    7. Avqust 2018 -350 manat
    8. Sentyabr 2018 -350 manat
    9. Oktyabr 2018 -350 manat
    10. Noyabr 2018 -350 manat
    11. Dekabr 2018 -350 manat
    12. Yanvar 2019 -350 manat

    CƏMİ: -3980 manat
    Buradan aydın olur ki, işçi 12 ay işləyib və məzuniyyətə çıxıb. Odur ki, hesablama bu formada olacaq: 3980/12 = 331.67 /30,4 = 10,91 manat
    * 21 gün = 229, 11 manat. İşçinin məzuniyyət haqqı 229, 11 manat təşkil edir.

    Peşəkar müəllim nəzarətində praktiki çalışmalarla öyrənmək istəyirsinizsə Məzuniyyətin hesablanması seminarında iştirak edə bilərsiniz.

    Əməkhaqqı hesablanması, Əmək Məcəlləsinin şərhi, kadr kargüzarlığına aid çoxlu sayda müxtəlif sənəd nümunələri və bir çox problemli keyslərin izahının verildiyi kitabı əldə etmək üçün müraciət edə bilərsiz. Bundan başqa kitabda İnsan Resurslarının idarə edilməsi ilə bağlı müxtəlif modulların praktik misallarla nümunələri verilmişdir.

Comments are closed, but trackbacks and pingbacks are open.