Press "Enter" to skip to content

Qubada “Multikulturalizm” jurnalının təqdimatı keçirilib

� Multikulturalizm � jurnalının təqdimatı keçirildi

Multikultiralizm ədəbi-bədii elmi publisistik jurnal

� Multikulturalizm � jurnalının təqdimatı keçirildi

İyunun 29-da Prezident yanında Bilik Fondunda � Multikulturalizm � ədəbi-bədii, elmi-publisistik jurnalının ilk sayının təqdimatı keçirildi . Jurnal Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Yaradıcılıq Fondunun birgə rüblük nəşridir.

Tədbiri Bilik Fondu Aparatının rəhbəri İsaxan Vəliyev açaraq jurnalın yaranması zərurətindən danışdı. Qeyd etdi ki , Prezident İlham Əliyev 2016-cı ilin ölkəmizdə � Multikulturalizm ili � elan olunması haqqında sərəncam imzalayıb. Sərəncamda vurğulanır ki , sivilizasiyaların qovuşduğu Azərbaycan istər xalq , istərsə də dövlət səviyyəsində tolerantlıq prinsiplərinə daim sədaqət nümayiş etdirib . Ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilib .

Natiq daha sonra jurnalın dərc olunan məqalələrin mövzu və ideyasından söz açdı.

Qeyd olundu ki , nəşrin �Azərbaycançılıq� rubrikasında ölkəmizdəki bütün etnosların qardaşcasına dinc yanaşı yaşamaq , vahid ideologiyanın çətiri altında birləşməsi kimi məsələlərə toxunulur . Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin �Azərbaycançılıq – milli ideologiyanın kamil nümunəsi�, Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri , akademik Kamal Abdullanın �Azərbaycan multikulturalizmi bu gün : Portuqaliyadan İndoneziyayadək�, AMEA-nın prezidenti , akademik Akif Əlizadənin � Multikulturalizm – dəqiq ideoloji məqsəd�, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının �Azərbaycanın multikulturalizm modeli dünya səviyyəsində ən mükəmməl örnək kimi qəbul olunur � və digər görkəmli m üəlliflərin məqalələri jurnalda yer alıb.

Jurnalın baş redaktoru , yazıçı Fəxri Uğurlu çıxış edərək nəşrin rubrikaları haqqında məlumat verdi . Bildirdi ki , �Çoxmədəniyyətlilik� bölməsində ölkəmizin və dünyanın multikultural mənzərəsindən fraqmentlər əks olunub , mədəni rəngarəngliyin ədəbiyyat, sənət dilində ifadəsinin şərhləri verilib . � Homo sapiens � bölməsində mədəniyyətlərin formalaşması tarixinə, sivilizasiyanın enişli-yoxuşlu yoluna işıq salınır. � Tariximiz , bugünümüz � rubrikasında qədim dövrlərdən ölkəmizin ərazisində yaşayan xalqların əsrlər boyu keçdiyi tarixi-mədəni proseslərin keçmişdən indiyə uzanan mənəvi bağları aşkara çıxarılır.

Jurnalda həmçinin � Höte zalı�, � Axundov zalı�, �Sönməyən ulduzlar �, � Kitab rəfi� və s . rubrikalar var .

Nəşrin ilk sayında elmi-publisistik yazılarla yanaşı, � Region � bölməsində ölkəmizin şimal bölgəsinin ədəbi mühitinə nəzər salınır, tanınmış və gənc müəlliflərin, o cümlədən milli azlıqların təmsilçiləri olan şairlərin şeirləri təqdim olunur . Nəşrin növbəti � Region � bölməsi cənub zonasının ədəbi mühitinə həsr olunacaq .

Qeyd edək ki , jurnalın ildə dörd dəfə ( rüblük ) nəşr olunması nəzərdə tutulur .

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin baş məsləhətçisi Rəşad İlyasov , Azərbaycan Yaradıcılıq Fondu Aparatının rəhbəri Qismət Rüstəmov, Amerika-Azərbaycan Beynəlxalq Humanitar Təşkilatının sədr müavini Rav Zamir İsayev və başqaları çıxış edərək etnik-mədəni müxtəliflik arasındakı münasibətlərin düzgün tənzimlənməsi işində Azərbaycanın spesifik sülhsevər siyasətindən danışdılar.

Mədəniyyət.- 2016.- 1 iyul.- S.14.

Qubada “Multikulturalizm” jurnalının təqdimatı keçirilib

Bakı. 20 iyul. REPORT.AZ/ Qubanın Mədəniyyət Mərkəzində “Multikulturalizm” ədəbi-bədii, elmi-publisistik jurnalının təqdimatı keçirilib. Azərbaycan Yaradıcılıq Fondundan Report” verilən məlumata görə, tədbirdə «Ay işığı» ədəbi məclisinin, o cümlədən həmin regionda fəaliyyət göstərən ədəbi məclislrəin rəhbərliyi və üzvləri, “Multikulturalizm” jurnalının redaksiya heyəti, Azərbaycan Yaradıcılıq Fondunun nümayəndələri iştirak ediblər. Tədbiri Qubada fəaliyyət göstərən “Ay işığı” ədəbi məclisinin rəhbəri, şair Ramiz Qusarçaylı açıb. O, bu ilin Azərbaycan prezidentinin sərəncamı ilə “Multikulturalizm ili” elan edildiyini xatırladıb və qeyd edib ki, jurnal prezidentinin sərəncamı ilə nəzərdə tutulan tədbirlər planı çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Yaradıcılıq Fondunun birgə səyi nəticəsində işıq üzü görüb. Ramiz Qusarçaylı multikulturalizmin Azərbaycan xalqının mədəniyyətində, başqa xalqlara münasibətində əsrlər boyu davam edib gələn bir anlayış olduğunu söyləyib. Daha sonra çıxış edən “Multikulturalizm” jurnalının baş redaktoru Fəxri Uğurlu qeyd edib ki, jurnalın nəşr olunmasında məqsəd Azərbaycanda əsrlərdən bəri formalaşmış tolerantlıq ənənələrini təbliğ etmək, ölkəmizdə hökm sürən multikultural mühitə töhfə verməkdir. Fəxri Uğurlu bildirib ki, “Multikulturalizm” jurnalı öz fəaliyyətini Azərbaycan Prezidentinin müvafiq sərəncamlarında vurğulanmış dəyərlərin qorunub təbliğ olunması istiqamətində qurur. Tədbirin sonunda ədəbi məclis üzləri tədbir iştirakçılarına öz şeirlərini oxuyublar.

Bakıda “Multikulturalizm” ədəbi-bədii, elmi-publisistik jurnalının təqdimatı keçirilib

İyunun 23-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Multikulturalizm və kitab” adlı elmi konfrans və yenicə çapdan çıxmış Multikulturalizm” ədəbi-bədii, elmi-publisistik jurnalının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, konfrans Mədəniyyət və Turizm Nazirliyinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Prezidenti yanında Bilik Fondu və Milli Kitabxananın birgə təşkilatçılığı ilə reallaşıb.

Tədbirdə Milli Kitabxananın direktoru Kərim Tahirov çıxış edərək konfransın Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsinə dair Tədbirlər Planına uyğun olaraq keçirildiyini diqqətə çatdırıb. K.Tahirov bu yöndə baş tutan tədbirlərin regionlarda da keçirildiyini deyərək, multikulturalizmin Azərbaycanda dövlət siyasətinin nümunəvi modeli olmasından danışıb.

Qeyd olunub ki, multikulturalizm ölkəmizin milli mədəniyyətinə müvəffəqiyyətlə inteqrasiya olan müxtəlif xalqların harmonik şəkildə yaşayışının göstəricisidir. Hazırda təmsil etdiyi qurumun bu istiqamətdə bir sıra tədbirlər təşkil etdiyinə toxunan kitabxana direktoru vurğulayıb ki, bundan sonra da bu sahədə silsilə tədbirlər davam edəcək.

Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Nizami Cəfərov çıxış edərək multikulturalizm ənənələrindən və ölkəmizdə hökm sürən tolerant mühitin əhəmiyyətindən söz açıb.

Qeyd olunub ki, hazırda beynəlxalq aləmdə etnos və din anlayışı sözügedən dəyərlərin əsas meyarlarındandır. Bu mənada, Azərbaycanda müxtəlif dinlərə və dillərə aid olan kitablar çap olunaraq təbliğ edilir. Bu istiqamətdə heç bir maneənin olmadığını bildirən N.Çəfərov ölkəmizdə multikulturalizmin tarixi ənənələrinin hələ qədimdən başladığını qeyd edib.

Vurğulanıb ki, hazırda bu istiqamətdə əldə olunan uğurlar ölkə başçısının yorulmaz əməyinin və uzaqgörən siyasətinin nəticəsidir.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Nariman Qasımzadə çıxış edərək Azərbaycanın multikulturalizm ənənələri ilə bütün dünyanın diqqətini cəlb etdiyini, multikulturalizmin Azərbaycan mədəniyyətinin cövhəri olduğunu, xalqımızın mədəniyyətində başqa xalqlara münasibətin anlaşıqlı və mehriban olmasının əsrlərdən gəldiyini diqqətə çatdırıb.

Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, “Multikulturalizm” ədəbi-bədii jurnalının baş redaktoru Fəxri Uğurlu multikultural ənənələrin inkişaf etdirilməsinin dövlət siyasətinin prioritetini təşkil etdiyini söyləyiblər.

Bildirilib ki, “Multikulturalizm” ədəbi-bədii, elmi-publisistik jurnalının işıq üzü görməsi bu istiqamətdə aparılan işlərə dəstək olmaq məqsədi daşıyır.

Sonra jurnalının təqdimatı keçirilib.

Konfransın ikinci hissəsində sözügedən mövzu ilə bağlı məruzələr dinlənilib.

Həmçinin, konfrans çərçivəsində Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış “Azərbaycanda multikulturalizm” elektron məlumat bazası da təqdim edilib.

Daha sonra qonaqlar “Multikulturalizm Azərbaycanın həyat tərzidir” adlı kitab sərgisi ilə tanış olublar.

Comments are closed, but trackbacks and pingbacks are open.