Press "Enter" to skip to content

Mk pensiyaları haqqında qanun

Tələb olunan sənədləri topladıqdan sonra qeydiyyatı üzrə müvafiq “DOST” mərkəzinə və ya Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə müraciət edilir.

“Əmək pensiyaları haqqında” qanuna dəyişiklik

Metbuat.az-ın məlumatına görə, Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib ki, qanun 47 maddədən ibarətdir, bu 47 maddənin 22 maddəsinə 98 adda dəyişiklik təklif edilir.

Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtlərində təklif olunan dəyişikliyə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabına sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il yanvarın 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var. Dəyişikliyə əsasən kişilər və qadınlar üçün pensiya yaşı 65-ə qaldırılır. Lakin bu müddət mərhələli şəkildə tətbiq olunacaq. Kişilər üçün nəzərdə tutulan 63 yaş həddi 2017-ci il yanvarın 1-dən başlayaraq 2021-ci il yanvarın 1-dək, qadınların yaş həddi 2017-ci il yanvarın 1-dən başlayaraq 2027-ci il yanvarın 1-dək hər il 6 ay artırılacaq.

Əlilliyə görə əmək pensiyasının təyin edilməsi şərtlərində təklif olunan dəyişikliyə əsasən, əlilliyə görə əmək pensiyası I qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərti ilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İkinci və üçüncü qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərti ilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir.

Ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği maddəsində təklif olunan dəyişikliyə əsasən ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər birinə düşən məbləği bu qanunun 13.3-cü maddəsinin birinci hissəsində nəzərdə tutulmuş əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin hesablanması mexanizminə uyğun olaraq hesablanmış məbləğin əmək qabiliyyəti olmayan ailə üzvlərinin sayına bölünməsi yolu ilə müəyyənləşdirilir. Əmək qabiliyyəti olmayan ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyalarının ailəyə düşən ümumi məbləği əmək pensiyasının minimum məbləğində aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir.

Əmək pensiyaçısı vəfat etdikdə, alınmamış əmək pensiyasının ödənilməsi və dəfn üçün müavinətin verilməsi maddəsində edilən dəyişikliyə əsasən əmək pensiyaçısı vəfat etdikdə, onun ailəsinə pensiyaçının vəfatı tarixinə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində dəfn üçün müavinət verilir.

Əmək pensiyasının minimum məbləği maddəsinə edilən dəyişikliyə əsasən bu qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2017-ci il 1 yanvar tarixindən 110 manat məbləğində müəyyən olunur və sonradan həmin məbləğ bu qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilir.

Sənəddə təklif olunan dəyişikliyə əsasən əlilliyə görə əmək pensiyasının pensiya təyin olunan gündəlik qazanılmış məbləği tam ödənilir. Əlilliyə görə pensiya təyin edilmiş şəxs işləməkdə davam edərsə, onun pensiya təyin olunduqdan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək olan dövr üzrə toplanan pensiya kapitalına və həmin kateqoriyaya keçdiyi tarixdəki yaşına müvafiq tələb olunan sığorta stajına əsasən bu qanunun 13-cü maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi yenidən hesablanır.

Qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması maddəsinə təklif edilən dəyişikliyə əsasən sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 yanvar tarixinədək olan dövr üzrə fərdi hesabın sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 70 faiz artırılmaqla, 2017-ci il 1 yanvar tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır.

Dəyişikliklər səsə qoyularaq qəbul edilib.

Mk pensiyaları haqqında qanun

Trampın “Dərin dövlət”lə Baydenə meydan oxuması başına bəla oldu: “Məni həbs edəcəklər”

Ağdamda traktor minaya düşdü, sürücü yaralandı – DİN açıqlama yaydı

Bakıda əməliyyat: “Salamat Ramil” saxlanıldı

AK Partiyanın seçki düsturu : spiker dəyişir, Akar isə.

Ərdoğan finlandiyalı jurnalistə ayaqqabı hədiyyə edib

Türkiyə Finlandiyanın NATO üzvlüyünə “hə” dedi: “İsveçə gəldikdə isə. “

Deputatdan yeni məmurlara etiraz: “”Sən keçmiş nazirlə, yaxud icra başçısı ilə işləmisən” bəhanəsi ilə kimisə vəzifədən çıxarmayın”

Prezident İlham Əliyev fərman imzaladı – Dəyişiklik

İlham Əliyev Rəhim Məmmədova orden verdi – Sərəncam

Müsavat Partiyasının parçalanma planı: kimdir günahkar? – Müsavatçıdan açıqlamalar

Prezidentin TDT-də mesajlarla dolu çıxışı: Ermənistana son xəbərdarlıq, Şuşa Bəyannaməsi və. – TƏHLİL

Akşenerdən Kılıçdaroğluna qarşı növbəti həmlə – Fotosuna yer vermədi

“Əmək pensiyaları haqqında” qanun dəyişir: nələr olacaq?

Azərbaycanda xüsusi şərtlərlə pensiya alan 90 minə yaxın şəxsin pensiyası artacaq.

Bu, sentyabrın 28-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında birinci oxunuşda müzakirəyə çıxarılmış “Əmək pensiyaları haqqında” qanunda dəyişiklikdə əksini tapıb.

Layihənin qəbulu nəticəsində dövlət büdcəsinə mahiyyət etibarı ilə hər hansı əlavə maliyyə yükü yaranmayacaq.

Belə ki, qanunun 29.2-ci maddəsinə əsasən bu qanunun 20-ci maddəsində adı keçən şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, teminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır və dövlət büdcəsindən ödənilir. Aparılan hesablamalar göstərir ki, son 10 ildə bu kateqoriyadan olan şəxslərin pensiyalarının yenidən hesablanmasına xərclənən vəsaitin, bu dövrdə onların pensiyaları indeksasiya edilərdisə onda bunun üçün xərclənən vəsait ilə təxminən bərabər olması ehtimal edilir. Beləliklə, yeni metodologiya ilə 3-5 ildən bir əməkhaqqındakı artım nəticəsində qulluq stajına görə əlavələrin yenidən hesablanması üçün sərf edilən maliyyə vəsaiti hər il müəyyən proporsiyalarla həmin əlavələrin indeksləşdirilməsinə sərf ediləcək.

Layihə, hazırda xüsusi şərtlərlə pensiya alan 90 minə yaxın pensiyaçını əhatə edəcək.

Azərbaycanda hərbi rütbəli şəxslərin pensiyası ilə bağlı qaydaya dəyişiklik edilir.

Bu, sentyabrın 28-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında birinci oxunuşda müzakirəyə çıxarılmış “Əmək pensiyaları haqqında” qanunda dəyişiklikdə əksini tapıb.

Belə ki, qanunun birinci maddəsinə dəyişiklik olunur. Təminat xərcliyinə (pul təminatı) – hərbi qulluqçuların hərbixidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artimlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan diger əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir

Qanunun 1.0.5-ci maddəsinə təklif edilən bu dəyişiklik bu qanunun 29.1-ci maddəsinə təklif edilən dəyişiklik ilə bağlıdır. Belə ki, pensiya hüquq əldə edən hərbi rütbəli şəxslərin əməkhaqqındakı sonrakı artımlar əsasında deyil, ölkə üzrə orta aylıq nominal əməkhaqqının artım tempinə uyğun qaydada təminat xercliyinə əsasen pensiya alan hərbi rütbəli şəxslərin əmək pensiyasının ümumi məbləğinin hər il yenidən hesablanaraq artırılması onların sosial müdafiesinin yaxşılaşdırılması ilə yanaşı emək pensiyalarının indeksləşdirilməsi metodologiyasında vahid yanaşmaya nail olunmağı məqsədi ilə hər il yenidən hesablanması üçündür/Report.

Mia.a zxəbər verir ki, əmək pensiyalarının indeksləşdirilməsi qaydası da dəyişəcək

Belə ki, əmək pensiyasının sığorta hissəsi, qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə məbləği ildə bir dəfə ölkə üzrə orta müəyyən edilmiş aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir.

Qanunun hazırkı maddəsi isə belədir: “Əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir”.

Digər bir dəyişikliklə isə qanunun 29-cu maddəsinin 2-ci bəndi çıxarılır. Həmin bənd hazırda belədir: “Qanun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır”.

Qanuna dəyişikliyin arayış hissəsində qeyd edilib ki, qulluq stajına görə əmək pensiyasına əlavələri almaq hüququ olan şəxslərin əmək pensiyalarının ümumi məbləğinin (əlavələrlə birlikdə) yenidən hesablanmasına münasibətdə əmək haqqı, dövlət məvacibindəki sonrakı artımların təyin edilmiş ümumi pensiya məbləğinin indeksləşdirilməsi ilə əvəz edilməsi ilə əlaqədar qanun bu maddəsinə dəyişiklik edilməsi zərurəti yaranıb. 29-cu maddəyə edilən dəyişikliklə, artıq hər il həmin şəxslərin əmək pensiyasının əlavələrlə birlikdə ümumi məbləği də qanunun 29.1-ci maddesine əsasen indeksləşdiriləcək.

Yaşa görə əmək pensiyası

Yaşa görə əmək pensiyası nədir və almaq hüququ olan şəxslər kimdir?

Məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il altı ay artırılmaqla aşağıdakı qaydada müəyyənləşdirilir:

Dövr

Kişilərin yaş həddi

Qadınların yaş həddi

1 iyul 2017 – 30 iyun 2018

1 iyul 2018 – 30 iyun 2019

1 iyul 2019 – 30 iyun 2020

1 iyul 2020 – 30 iyun 2021

1 iyul 2021 – 30 iyun 2022

1 iyul 2022 – 30 iyun 2023

1 iyul 2023 – 30 iyun 2024

1 iyul 2024 – 30 iyun 2025

1 iyul 2025 – 30 iyun 2026

1 iyul 2026-cı il və sonrakı

Ümumi qaydada yaşa görə əmək pensiyası almaq üçün nə etmək lazımdır?

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 dekabr 2018-ci il tarixdə təsdiq etdiyi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu 2019-cu ilin 1 yanvarından qüvvəyə minmişdir. Qanuna edilmiş və qüvvəyə minən dəyişikliyə əsasən, 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyasının, pensiya hüququ yaranan şəxsin heç bir müraciəti olmadan, sənəd təqdim etmədən və pensiya hüququ yaranan gün ərzində avtomatlaşdırılmış qaydada təyin edilməsinə başlanılmışdır. Əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilmədiyi hallarda tələb olunan müvafiq sənədləri topladıqdan sonra qeydiyyat üzrə müvafiq “DOST” mərkəzinə və ya Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə müraciət edilir.

Şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə isə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsi

Ümumi iş (sığorta) stajını təsdiq edən sənədlər:

Hərbi bilet və ya SHXÇDX-dən arayış;

Əyani təhsil dövrünü təsdiq edən müvafiq sənəd.

Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq üçün nə etmək lazımdır?

Tələb olunan sənədləri topladıqdan sonra qeydiyyatı üzrə müvafiq “DOST” mərkəzinə və ya Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə müraciət edilir.

Şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə isə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsi

Ümumi iş (sığorta) stajını təsdiq edən sənədlər:

Hərbi bilet və ya SHXÇDX-dən arayış;

Əyani təhsil dövrünü təsdiq edən müvafiq sənəd.

Şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair işəgötürənin arayışı

5 və daha çox uşağı doğub, övladlığa və (və ya) qəyyumluğa götürüb 8 yaşınadək böyütmüş qadınlar yaşa görə əmək pensiyası almaq üçün nə etməlidirlər?

Tələb olunan sənədləri topladıqdan sonra qeydiyyatı üzrə müvafiq “DOST” mərkəzinə və ya Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə müraciət edilir.

Şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə isə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsi

Ümumi iş (sığorta) stajını təsdiq edən sənədlər:

Hərbi bilet və ya SHXÇDX-dən arayış;

Əyani təhsil dövrünü təsdiq edən müvafiq sənəd.

Qadının beş və daha çox uşaq doğub, övladlığa və (və ya) qəyyumluğa götürüb onları səkkiz yaşınadək tərbiyə etməsi və böyütməsi barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və ya sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin arayışı;

Uşaqların doğum haqqında şəhadətnamələri və şəxsiyyət vəsiqələri

Əlilliyi müəyyən edilmiş uşağını 8 yaşınadək tərbiyə etmiş qadınlar yaşa görə əmək pensiyası almaq üçün nə etməlidirlər?

Tələb olunan sənədləri topladıqdan sonra qeydiyyatı üzrə müvafiq “DOST” mərkəzinə və ya Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə müraciət edilir.

Şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə isə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsi

Ümumi iş (sığorta) stajını təsdiq edən sənədlər:

Hərbi bilet və ya SHXÇDX-dən arayış;

Əyani təhsil dövrünü təsdiq edən müvafiq sənəd.

Qadının əlilliyi müəyyən edilmiş uşağını 8 yaşınadək tərbiyə etməsi barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və ya sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin arayışı.

Uşaqların doğum haqqında şəhadətnamələri və şəxsiyyət vəsiqələri

Uşağın 18 yaşınadək əlilliyinin müəyyən edilməsi barədə tibbi-sosial ekspertiza müayinəsinin nəticəsi barədə çıxarış.

Ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı və ya əlilliyi müəyyən edilmiş uşağını növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən atalar, habelə 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına böyüdən atalar, həmçinin 5 və daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum kişilər yaşa görə əmək pensiyası almaq üçün nə etməlidirlər?

Tələb olunan sənədləri topladıqdan sonra qeydiyyatı üzrə müvafiq “DOST” mərkəzinə və ya Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə müraciət edilir.

Şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə isə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsi

Ümumi iş (sığorta) stajını təsdiq edən sənədlər:

Hərbi bilet və ya SHXÇDX-dən arayış;

Əyani təhsil dövrünü təsdiq edən müvafiq sənəd.

Atanın (qəyyum kişinin) 5 və daha çox uşağı 8 yaşınadək tərbiyə etməsi barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və ya sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin arayışı

Uşaqların doğum haqqında şəhadətnamələri və şəxsiyyət vəsiqələri

Ananın ölüm haqqında şəhadətnaməsinin və ya analıq hüququndan məhrum edilməsi barədə məhkəmənin qərarı

Atanın növbəti nikaha daxil olmaması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbəsinin arayışı

Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri:

Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

Sığortaolunanın sığorta stajına əlavə olaraq aşağıdakı müddətlər daxil edilir:

İşçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti;

Yaradıcılıq ittifaqlarının və peşəkar birliklərin üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr, 1991-ci il yanvarın 1-dən isə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödədikləri müddət;

Müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti;

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə)qulluq edilməsi müddəti;

İşsizlikdən sığorta ödənişinin verildiyi müddət, yaxud işsizin peşə hazırlığı keçdiyi müddət;

İstehsalatda bədbəxt hadisələr və ya peşə xəstəliyi nəticəsində işləməyən orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddinə çatanadək pensiyada olduqları müddətZabit heyəti, gizir, miçman və müddətindən artıq qulluqda olan hərbi qulluqçuların arvadlarının öz ixtisası üzrə işə düzəlmək imkanı olmadığı yerlərdə ərləri ilə yaşadıqları müddət;

Şəxsin qanunsuz tutulma, həbsdə olma və cəzaçəkmə müddətləri, eləcə də qeyri-qanuni olaraq işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət;

Əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti ərzində həm işəgötürənin vəsaiti, həm də məcburi dövlət sosial sığortası vəsaitləri hesabına müavinət alındığı müddət;

Mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət.

Hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla).

Əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. Xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının ərizələri və Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədləri onların konsulluq uçotunda olduqları Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları vasitəsi ilə müvafiq icra hakimiyyəti orqanına təqdim edilir.

Müraciət edən şəxsin əmək pensiyası hüququ olmadığı hallarda əmək pensiyası təyin edən orqan pensiya təyin olunmasından imtina edilməsi barədə qərarı 5 gün ərzində imtinanın səbəblərini göstərmək şərtilə bütün sənədlərlə birlikdə ərizəçiyə (xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarına onların konsulluq uçotunda olduqları Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları vasitəsi ilə) göndərir.

Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslər

Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

Hipovizqanizm xəstəliyinə tutulan şəxslərin (liliputların) və fizioloji mütənasibliyi pozulmuş cırtdanboy şəxslərin azı 5 il sığorta stajı olduqda bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş yaş həddi 20 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə çalışanların həmin işlər üzrə azı 25 il, səhhətinə görə uçuş işindən azad olunmuş şəxslərin isə həmin işlər üzrə azı 20 il sığorta stajı olduqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə uyğun yaş həddi 15 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

Prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır:

  • prokurorluq orqanlarında azı 35 il qulluq etmiş prokurorluq işçiləri;
  • yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 35 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri.

Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır:

  • hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular;
  • hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər;
  • hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər;
  • hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular.

Hərbi qulluqçulara yaşa görə əmək pensiyası hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Aşağıdakı şəxslər istisna olmaqla, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edilmiş əmək pensiyaçılarının əmək pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən hesablanmasına yol verilmir:

  • hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş şəxslər;
  • məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə hərbi xidmətə bərpa edilmiş şəxslər;
  • hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş şəxslər;
  • ali zabit heyətinə aid şəxslər.

Ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il qulluq stajı olan ədliyyə işçilərinin (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.

Miqrasiya orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il qulluq stajı olan miqrasiya işçilərinin (xüsusi rütbələrdən məhrum edilmiş miqrasiya işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.

Fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il xidmət stajı olan işçilərin (xüsusi rütbələrdən məhrum edilmiş fövqəladə hallar orqanlarının işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.

DOST Agentliyinin missiyası əhalinin rifah halının yaxşılaşdırılması, həssas qruplara dövlət qayğısının artırılması və vətəndaş məmnunluğunun təmin edilməsidir. Bu missiya innovativ həllərin tətbiqi ilə həyata keçirilir.

Xidmətlər
  • Arayışların verilməsi
  • Əmək münasibətləri
  • Əlillik
  • Məşğulluq
  • Əmək pensiyası və sosial müavinətlər
  • Övladlığagötürmə
  • Ünvanlı dövlət sosial yardımı
  • Azərbaycan Respublikası Prezidentinin təqaüdləri
  • Sosial sığorta
  • Sosial xidmətlər
  • Yardımçı xidmətlər
Bizi izləyin

© 2023 DOST – Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi

Comments are closed, but trackbacks and pingbacks are open.