Mktb hazırlıq proqramı 2019
böyüklərlə və yaşıdları ilə ünsiyyətin qurulmasında yüksək mədəni davranış qaydalarının mənimsənilməsi;
PROQRAMLAR
Ümumi məlumat :
Həftə içi : 8 (4+4) saatlıq dərslər (ayda 32 saat)
Qrupda iştirak edən müəllim sayı : 3 nəfər
Kursun müddəti : 10 ay
Qrup sayı : 10-12 nəfər
3 aydan bir “Açıq dərs” lər
Ölkədaxili və Beynəlxalq “OLİMPİADALAR”da iştirak
Valideyn iclasları
Ödənişsiz aylıq “Sınaq İmtahanları” Məktəbəqədər hazırlıq proqramına aiddir :
1) Riyaziyyat
2) Ana dili
3) Məntiq
4) Tiamo Mental Aritmetik
5) Ətraf aləm
6) Tiamo İngilis dili (xüsusi proqram, otaq və ləvazamitlarlar
7) Məntiqi təfəkkürün inkişafı (testlər və praktiki məntiq) Dərslərdə istifadə olunan vəsaitlər
Elektron dərslik (hər bir fənn və mövzular üzrə)
Testlər ( hər fənnə və hər mövzuya uyğun )
Hər fənnə və hər mövzuya uyğun video görüntülər
Əyani vəsaitlər ( hər fənnə və hər mövzuya uyğun ) Geniş məlumat
Məktəbəqədər hazırlıq proqramında 5 fənnlə (Riyaziyyat, Ana dili, Məntiq, Ətraf aləm, İngilis dili) yanaşı, Tiamo Mental Aritmetik proqramı də tədris olunur. Qeyd edək ki, bu proqram uşaqların dərketmə, qavrama, yaddaş, analiz və sintez etmə bacarıqlarının və məntiqi təfəkkürünün inkişafına birbaşa təsir edir. Həftədə 8 saat olmaqla keçirilən dərslər 2-3 müəllimin iştirakı ilə həyata keçiriləcək. Mütamadi olaraq uşaqların bilik səviyyələrinin yoxlanması və yüksəldilməsi məqsədilə “”Əlavə Dərslər“, Sınaq İmtahanları”, “Açıq dərslər” və “Valideyn iclasları” keçirilir.
Onu da qeyd edək ki, bu ilki məzunlarımızın əksəriyyəti Sumqayıtın tanınmış liseylərində təhsil alırlar. Məzunlarımız sərbəst oxuyub yazmaqla bərabər, Riyazi hesablamaları sürətlə aparır, 300-ə yaxın ingilis dilindən söz bilir və eləcə də I sinif proqramını demək olar ki, tam mənimsəyirlər. Sertifikat imtahandan yüksək nəticə göstərən uşaqlara verilir.
Tiamo şirkəti Mental Aritmetik proqramı üzrə Azərbaycanda 4 Olimpiada keçirib. Heydər Əliyev Mərkəzində “Sumqayıtın 70 illiyi”nə həsr olunmuş “Tiamo Mega-Beyin 2019 Olimpiadası”nda qalib olan məktəbəqədər hazırlıq proqramının 5 yaşlı uşaqları 22 – 23 iyun tarixlərində Türkiyənin Antalya şəhərində keçirilən “WAMAS 2019” Olimpiadasına da qatılıblar.
16 ÖLKƏ OLMAQLA 600 – DƏN ARTIQ ŞAGİRDİN İŞTİRAKI İLƏ KEÇİRİLƏN ”Mental Arithmetic Worldwide Competition➡ Wamas – 2019” June 22-23 Turkey, Antalya – Olimpiadasında da mərkəzin uşaqları uğurlu nəticələr əldə ediblər.Yerlər və mükafatlandırma yaş və səviyyələrə görə müəyyənləşdirilmişdi :
Super Çempion +150 dollar pul mükafatı – “Məktəbəqədər hazırlıq” -Yusif – 6 yaş
Çempion – “Məktəbəqədər hazırlıq” – Həsənağa – 7 yaş
Qızıl medal və I yer – Seyfullahəli – 9 yaş
* I yer – “Məktəbəqədər hazırlıq” – Zərifə (rus bölməsi) – 6 yaş
* I yer – “Məktəbəqədər hazırlıq” – Ədalət – 5 yaş
* II yer – “Məktəbəqədər hazırlıq” – Nəzrin – 6 yaş
* II yer – “Məktəbəqədər hazırlıq” – Jasmin – 6 yaş
* II yer – Nicat – 11 yaş
- Məktəbəqədər hazırlıq
- Məktəbəqədər hazırlıq
- Məktəbəqədər hazırlıq
- Məktəbəqədər hazırlıq
- Məktəbəqədər hazırlıq
- Məktəbəqədər hazırlıq
- Məktəbəqədər hazırlıq
- Məktəbəqədər hazırlıq
- Məktəbəqədər hazırlıq
- Məktəbəqədər hazırlıq
- Məktəbəqədər hazırlıq
- Məktəbəqədər hazırlıq
- Məktəbəqədər hazırlıq
- Məktəbəqədər hazırlıq
- Məktəbəqədər hazırlıq
- Məktəbəqədər hazırlıq
- Məktəbəqədər hazırlıq
- Məktəbəqədər hazırlıq
- Məktəbəqədər hazırlıq
- Məktəbəqədər hazırlıq
- Məktəbəqədər hazırlıq
- Məktəbəqədər hazırlıq
- Məktəbəqədər hazırlıq
- Məktəbəqədər hazırlıq
- Məktəbəqədər hazırlıq
- Məktəbəqədər hazırlıq
- Məktəbəqədər hazırlıq
- Məktəbəqədər hazırlıq
- Məktəbəqədər hazırlıq
- Məktəbəqədər hazırlıq
Mktb hazırlıq proqramı 2019
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-01-2010, Nəşr nömrəsi: 01, Maddə nömrəsi: 50)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
“Məktəbə hazırlığın təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 1.8-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Məktəbə hazırlığın təşkili Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ
Bakı şəhəri, 8 yanvar 2010-cu il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2010-cu il 8 yanvar tarixli 4 nömrəli qərarı ilə
Məktəbə hazırlığın təşkili
1. ÜMUMİ MÜDDƏALAR
1.1. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun hazırlanmışdır və məktəbə hazırlığın təşkili məsələlərini tənzimləyir.
1.2. Məktəbəqədər təhsil təhsilin ilk pilləsi olmaqla, uşaqların intellektual, fiziki və psixi inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini təmin edir.
1.3. Beş yaşlı uşaqlar üçün məktəbə hazırlıq zəruridir.
1.4. Məktəbəqədər yaşlı uşağın təhsili onun inkişafının süni surətdə tezləşməsinə deyil, zənginləşdirilməsinə istiqamətləndirilməlidir.
1.5. Məktəbəqədər təhsil müəssisələrində məktəbəhazırlıq qrupları 5 yaşdan 6 yaşadək uşaqları əhatə edir və mülkiyyət formasından asılı olmayaraq, bütün məktəbəqədər təhsil müəssisələrində ehtiyac olduğu halda, 5 yaşlı uşaqlar üçün məktəbəhazırlıq qrupları təşkil olunmalıdır.
1.6. Beşyaşlıların məktəbə hazırlığı “Məktəbəqədər müəssisələrdə tərbiyə və təlim Proqramı” əsasında (məktəbəqədər təhsil üzrə kurikulum) həyata keçirilir. Eyni zamanda yeni alternativ proqramlardan da istifadə oluna bilər.
1.7. Beşyaşlıların məktəbə hazırlığı məktəbəqədər təhsil müəssisələrində, ümumtəhsil müəssisələrinin müvafiq strukturlarında, ailədə və qısamüddətli təlim qruplarında aparıla bilər. Uşaqları məktəbəqədər təhsil müəssisələrinə getməyən valideynlər üçün uşaqlarını məktəbə hazırlamaq istiqamətində maarifləndirilmək məqsədi ilə müxtəlif xidmətlər təşkil edilə bilər.
1.8. Məktəbəqədər təhsil müəssisələrində uşaqların fiziki, əqli və psixoloji cəhətdən məktəbə hazırlığını müəyyənləşdirmək məqsədi ilə onların diaqnostikası həyata keçirilməlidir.
2. MƏKTƏBƏ HAZIRLIĞIN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ
2.1. Məktəbə hazırlığın əsas məqsədi beşyaşlı uşaqların tələb və imkanlarını nəzərə almaqla onların məktəbə hazırlıq mərhələsində inkişafı, tərbiyəsi və təhsili prosesini təşkil etməkdir.
2.2. Məktəbə hazırlığın vəzifələri uşaqlarda oxumaq həvəsinin, onların məktəbə müsbət emosional münasibətinin inkişaf etdirilməsi və möhkəmləndirilməsi, uşaqların məktəbə müvəffəqiyyətlə adaptasiya olunması üçün onlarda şəxsi-sosial xüsusiyyətlərin formalaşdırılmasıdır.
3. MƏKTƏBƏ HAZIRLIĞIN TƏŞKİLİ ÜÇÜN QOYULAN TƏLƏBLƏR
Məktəbə hazırlığın təşkili üçün aşağıdakı tələblər qoyulur:
məktəb təliminə hazırlanan uşaqların psixoloji və psixofizioloji xüsusiyyətlərinin öyrənilməsi;
məktəbəqədər yaşlı uşaqların müvəffəqiyyətli təhsil və tərbiyəsinin təşkili əsaslarının müəyyənləşdirilməsi;
gələcək birinci sinif şagirdlərinin şəxsi keyfiyyətlərinin aşkara çıxarılması;
uşaqların inkişafının izlənilməsi üçün müşahidə gündəliklərinin aparılması;
istedadlı uşaqların aşkara çıxarılması, onların potensial imkanlarının inkişaf etdirilməsi məqsədi ilə hər bir uşağın fərdi-psixoloji xüsusiyyətlərinin öyrənilməsi istiqamətində müvafiq işlərin aparılması;
uşağın məktəb təliminə hazırlığı zamanı hər şeydən əvvəl onun aşağıdakıları əhatə edən fiziki, şəxsiyyətyönümlü, intellektual və sosial hazırlığı nəzərdə tutulmalıdır:
fiziki hazırlıq:
uşağın sağlamlığının vəziyyəti, uşaq orqanizminin morfofunksional yetişkənliyi;
hərəki fəaliyyətin, xüsusilə xırda motorikanın koordinasiyasının inkişafı;
fiziki və əqli qabiliyyətin inkişafı;
müstəqillik, məsuliyyətlilik, fəallılıq, təşəbbüskarlıq;
başqasını dinləmək və öz hərəkətlərini onunla razılaşdırmağı bacarmaq;
müəyyən edilmiş qaydalara riayət etmək, qruplarda çalışmağı bacarmaq;
ünsiyyətin, özünüqiymətləndirmənin formalaşması;
obrazlı təfəkkürün, təxəyyülün, yaradıcılığın, məntiqi təfəkkürün inkişafı;
idrakı fəaliyyət vasitələrinə (müqayisə etmə, analiz, klassifikasiya, ümumiləşdirmə), ana dilinə və nitqin əsas formalarına (dialoq, monoloq), digər spesifik uşaq fəaliyyəti növlərinin daxilində təlim elementlərinə (quraşdırma, rəsm, yapma və müxtəlif oyunlar) yiyələnmək;
prosesləri (obyektləri) müqayisə etmək, ümumiləşdirmək, qruplaşdırmaq, əlamətlərinə görə ayırmaq, nəticə çıxarmağı bacarmaq.
sosial hazırlıq:
yüksək əxlaqi təsəvvürlərin və vətəndaşlıq hisslərinin (vətənpərvərlik, humanistlik, digər millətlərə hörmət) inkişafı;
böyüklərlə və yaşıdları ilə ünsiyyətin qurulmasında yüksək mədəni davranış qaydalarının mənimsənilməsi;
öz hərəkətlərində əxlaq normalarının rəhbər tutulması və onlara riayət olunması.
4. UŞAQLARIN MƏKTƏBƏ HAZIRLIĞININ TƏŞKİLİ [1]
4.1. Uşaqların məktəbə hazırlığının səmərəliliyini artırmaq üçün təlim məşğələlərində müxtəlifformalı inkişafyönlü didaktik oyunların tətbiqi prioritet hesab olunur.
4.2. Məktəbəhazırlıq qruplarında həftə ərzində 12 məşğələ təşkil edilir. O cümlədən:
Məşğələlər
Kütləvi qruplarda
Azsaylı xalqların uşaqlarından ibarət qruplarda
Ətraf aləmlə tanışlıq
Savad təliminə hazırlıq və nitq inkişafı
Bədii təfəkkürün inkişafı
Məntiqi və riyazi təfəkkürün inkişafı
Təsviri fəaliyyət
Fiziki mədəniyyət
4.3. Məktəbəhazırlıq qruplarında bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyən edilir. Zehni gərginlik tələb edən məşğələlərdə, bir qayda olaraq, 3 idman dəqiqəsi keçirilir.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 11 oktyabr 2016-cı il tarixli 404 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 14 oktyabr 2016-cı il, № 226, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1722 )
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 11 oktyabr 2016-cı il tarixli 404 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 14 oktyabr 2016-cı il, № 226, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1722 ) ilə “Məktəbə hazırlığın təşkili Qaydaları”nın 4-cü hissəsinin mətni yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
4.1. Uşaqların məktəb təliminə hazırlığının effektivliyini artırmaq məqsədi ilə təlim məşğələlərində didaktik oyunların tətbiq edilməsi faydalıdır. Tərbiyəçi uşağın oyuna olan marağından istifadə edərək, didaktik oyunu təlim məqsədinə yönəltməlidir. Didaktik oyunlar təlimi uşaqlar üçün əlverişli və cəlbedici formada həyata keçirməyə imkan verir, bu zaman təlim vəzifəsi həm də uşağın oyun vəzifəsi olur.
4.2. Məktəbəqədər təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında həftəlik məşğələlərin sayı 12 olmalıdır.
O cümlədən:
Ana dili və bədii ədəbiyyat üzrə iş – 1 məşğələ
Savad təliminə hazırlıq və nitq inkişafı – 1 məşğələ
Ətraf aləmlə tanışlıq (təbiət və ictimai həyat hadisələrinə marağın tərbiyə edilməsi) – 1 məşğələ
Azərbaycan (rus) dili – 2 məşğələ
Sadə riyazi təsəvvürlərin inkişafı – 1 məşğələ
Təsviri sənət və kəsib yapışdırma (həftəaşırı) – 1 məşğələ
Quraşdırma, gil işi (həftəaşırı) – 1 məşğələ
Musiqi – 2 məşğələ
Fiziki mədəniyyət – 2 məşğələ.
Hər məşğələnin müddəti 25-30 dəqiqədir. Məşğələlər arasında fasilə 10 dəqiqədir. Zehni gərginlik tələb edən məşğələlərdə 11 dəqiqədən bir idman dəqiqəsi keçirilir.
4.3. Gün rejimi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilən “Məktəbəqədər müəssisələrdə tərbiyə və təlim Proqramı”na uyğun olaraq təşkil olunur.
Mktb hazırlıq proqramı 2019
Məktəbəhazırlıq qrupları
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Uşaqların məktəbəhazırlığının təşkili məsələləri haqqında” 271 nömrəli və “”Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə dəyişikliklər edilməsi barədə” 272 nömrəli qərarlarına və həmin qərarların icrası barədə təhsil nazirinin müvafiq əmrlərinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəb l ərdə dövlət büdcəsinin vəsaiti hesabına məktəbəhazırlıq qrupları təşkil edilir.
Həftədə 4 gün fəaliyyət göstərən məktəbəhazırlıq qruplarının əsas məqsədi 5 yaşlı uşaqları məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir.
Təhsilə atılan ilk addım kimi mühüm xarakter daşıyan məktəbəhazırlıq qruplarında məşğələlər yalnız ibtidai sinif müəllimi ixtisaslı, bacarıqlı, intellektual və müəyyən iş təcrübəsinə malik müəllim tərəfindən aparılır.
Məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” dərs məşğələləri tədris edilir. Məktəbəhazırlıq qruplarında məşğələlər həftədə 4 gün (12 saat) keçirilir. Gün ərzində 3 məşğələ tədris olunan qruplarda məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyən edilib. Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlar üçün ev tapşırıqları nəzərdə tutulmur.
Məktəbəhazırlıq qrupları dövlət vəsaiti hesabına müvafiq təlim və metodiki vəsaitlərlə təmin edilir.
Məktəbəhazırlıq qruplarında məşğələlər hər il, bir qayda olaraq, oktyabrın 1-də başlayır və mayın 31-də başa çatır.
Comments are closed, but trackbacks and pingbacks are open.