Məktəblərdə İŞ VAXTI və ondan istifadə edilməsinə aid 9 QAYDA
Budur “Səttar Möhbalıyev və komandası”nın fəaliyyəti və bu böyük “ailə biznesi”nin içində işçinin hüquqlarının bir çöp kimi zibil qutusuna da atılması çox təbiidir…
Məktəb həmkarlar
Özəl sektordakı böyük istismarı Səttar Möhbalıyev niyə görmür.
Azərbaycanda işçilərin hüquqlarını müdafiə edən Həmkarlar İttifaqlarları fəaliyyət göstərir. Hətta bu Həmkarlar İttifaqlarını bir əldə cəmləyən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası da var. Bu qurum 1992-ci ildə Səttar Möhbalıyevin rəhbərliyi altında qurulub. Hər halda Möhbalıyevin “Vikipediya” səhifəsində belə yazır. Qurum yaranan gündən də rəhbəri elə Səttar Möhbalıyev olub. Ondan əvvəl də, yəni sovet dönəminin son illərində də Möhbalıyev Azərbaycan Həmkarlar İttifaqlarına rəhbərlik edib.
Səttar Möhbalıyev 2000-cı ildən Millli Məclisdə təmsil olunur. Lakin onun Milli Məclisdə kimləri təmsil etdiyi hələ də bilinmir. Çünki bu günə qədər Səttar Möhbalıyev kütləvi şəkildə hüquqları pozulan və həmkarlar ittifaqlarının üzvü olan 100 minlərlə insanın hüquqlarını qorumaq üçün heç bir dəfə də səsini qaldırmayıb. Heç seçildiyi dairənin seçicilərinin problemlərini də dilə gətirməyib. Sual olunur, bəs müstəqil Azərbaycanın Həmkarlar İttifaqları Konfederasiyasının sədri kimi, Səttar Möhbalıyev bu 28 ildə hansı işlərlə məşğul olub?
Ümumiyyətlə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası bu illərdə nə iş görüb? Hansı hüquqları tapdalanmış işçilərin hüquqları uğrunda mübarizə aparıb? Və ən əsası hər il təqribən 100 milyon manat üzvlük haqqı toplayan həmkarlar ittifaqları bu vəsaitləri hara və kimlərə sərf edirlər? Səttar Möhbalıyev bunun hesabatını verə bilərmi?
Özəl sektorda böyük istismarı Səttar Möhbalıyev niyə görmür?
Bu gün bu yazının yaılmasında əsas məqsəd məhz özəl sektorda çalışan insanların dözülməz şəraitdə çalışmalarıdır. Azərbaycanda özəl sektorda çalışanların böyük əksəriyyəti 19-cu əsr səviyyəsində istismar olunur. Böyük və kiçik özəl müəssələrdə çoxunda ya həmkarlar ittifaqları yoxdur, ya da ancaq pul yığmaq üçün var. İşçilər 10-12 saat çalışırlar və bu zaman onların maaşlarına əlavələr olunmur, əksinə bir-iki dəqiqə işə gecikənlərin maaşlarından cərimə tuturlar. İşçilər bir qayda olaraq şənbə günləri də çalışırlar. Bəzən isə işçiləri bazar günləri də çalışdırır və buna görə ödəniş belə etmirlər. Ağzını açıb etiraz edənlər isə qapı arxasında qoyulur. Çünki Azərbaycanda işbazarında ucuz işçi qüvvəsi çoxdur. Çox ağır şəraitdə istirahətsiz və bayramsız çalışan işçilərin rəsmi olaraq aldıqları maaş isə minimum əmək haqqı səviyyəsində olur.
Misal üçün Azərbaycanın qida sektorunda monopoliyaya sahib olan şirkətlərdən biri olan “Veysəloğlu” şirkətindən bizə daxil olan şikayətdə bildirilir ki, onlar əvvəllər əmək haqqını iki siyahı üzrə alıblar. Bir hissə karta köçür, qalanını isə hağd şəkildə verirmişlər. Ümumi maaş isə ortalama 300-400 manat arasındadır. Son bir ildə isə vəziyyət bir qədər dəyişib. Vergidən gələn təzyiqlər hesabına şirkət “qara mühasibat”dan imtina edib. Lakin bu işçilərin əmək şəraitinə təsir etməyib. Onlar yenə də minimum əmək haqqına şənbə bazar da daxil olmaqla gündə ən azı 10 saat çalışırlar. Şirkətdə ümumiyyətlə həmkarlar ittifaqı da yoxdur. Bəlkədə kağız üzərində həmkarlar ittifaqı var, amma işçilər həmkarlar ittifaqı deyilən bir qurumu tanımırlar.
Şirkətdə çalışan işçilərə xəstələnmək də olmaz və xəstələnən işçilər sadəcə işdən atılırlar. Onların yerini isə hər hansı bir iş axtaran insanlarla doldururlar. Etiraf etməliyik ki, Azərbaycanda işə ehtiyacı olan insan həddindən artıq çoxdur və bu da işçilərin açıq şəkildə istismarına yol acır.
Qeyd edək ki, eyni vəziyyət qida sektorunda daha böyük monopoliyaya sahib olan “Azərsun” şirkətində də hökm sürür. Ümumiyyətlə isə bütün özəl sektorda eyni vəziyyətdir və işçilər bütün ölkə miqyasında ən ağır şəkildə istismar olunurlar.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası isə bütün bu vəziyyəti çox yaxşı bilməsinə baxmayaraq səsini çıxarmır. Hər halda biz bu günə qədər Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının heç bir rəsmisinin, o cümlədən Səttar Möhbalıyevin ağzından bu həqiqətləri eşitməmişik. İllərdir istismara məruz qalan işçilərin problemləri də onların dilindən səsləndirilməyib.
Sual olunur, bu halda həmkarlar ittifaqları bir sosial institut olaraq nəyə lazımdır? Ancaq pul toplamağamı? Bəs o pullar hara sərf olunur?
Azərbaycan Həmkarlar İttifaqları təşkilatları Səttar Möhbalıyevin ailə biznesidir.
Normal ölkələrin sosial və siyasi həyatında həmkarlar ittifaqları aktiv və aparıcı rol oynayır və onlarla istər siyasətçilər, istərsə də biznes aləmi sözün həqiqi mənasında hesablaşır. Çünki həmkarlar ittifaqları əsas güc mənbəyinin, yəni işçilərin təmsilçiləridir və onların hüquqlarını qoruyurlar. Bəs Azərbaycanda həmkarlar ittifaqları niyə öz funksiyalarını yerinə yetirmirlər? Niyə vəzifələrini ancaq işçilərdən məcburi qaydada pul toplamaqda görürlər?
Çünki Səttar Möhbalıyevin rəhbərliyi altında qurulan həmkarlar sistemi əslində böyük korrupsiya bataqlığıdır. Onlar öz qarşılarında heç bir halda işçinin hüququnu qorumaq kimi bir vəzifə görmürlər. Ona görə ki, onları işçilər yaratmayıb, sovet dönəmində olduğu kimi məcburi qaydada dövlət tərəfindən yaradılan istismar qurumudur. Sadəcə istismar qurumu.
Bu üzdən də “Səttar Möhbalıyev və komandası” işçinin qarşısında heç bir məsuliyyət daşımır. Öz işini işçidən məcburi qaydada aldığı 2%-lik üzvlük haqqını basıb yeməkdə görür. Başqa heç bir şeydə.
İndi Azərbaycanda bir çox sosial və iqtisadi sahələr ayrı-ayrı məmurların “ailə biznesi”nə çevrildiyi ki, Azərbaycan Həmkarlar İttifaqı da Səttar Möhbalıyevin və onun yaxın ətrafının “ailə biznesi”nə çevrilib. Burdakı böyük korrupsiyanı, yəni məcburi qaydada işçilərdən toplanan pullarıın mənimsənilməsini təsəvvür eləmək belə çətindir. Söhbət hər il toplanan 100 milyon manatlarla vəsaitdən gedir və bu vəsait hər il Həmkarlar İttifaqlarının geniş şəbəkəsində sadəcə yoxa çıxır. Yəni “Səttar Möhbalıyev və komandası” heç çalışmadan ağır şəkildə istismar olunan işçilərin ciblərindən çıxarılan milyonları yeyib-içib, keflərinə baxırlar.
Qurumda korrupsiya təkcə üzvlük haqqları ilə bağlı deyil. Eyni zamanda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının çox saylı əmlaklarından və “putyovka”ların satışından külli miqdarda gəlilər əldə edilir.
Səttar Möhbalıyevin xanımı, 1960-cı il təvəllüdlü Böyükxanım Mirzə qızı Möhbalıyeva onun rəhbərlik etdiyi qurumun beynəlxalq əlaqələr departamentinin əməkdaşıdır. Qızı, 1988-ci il təvəllüdlü Lalə Möhbalıyeva isə Həmkarlar İttifaqları Konfederasiyasının Gənclər Şurasının üzvüdür. Konfederasiyanı xarici ölkələrdə keçirilən tədbirlərdə bir qayda olaraq deputatın xanımı və qızı təmsil edir. Yəni tam bir “ailə konfederasiyası”.
Səttar Möhbalıyevin korrupsiyasının statistikası
Yerli mətbuatda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının korusiyası barədə kifayət qədər məlumatlar var. Son olaraq ötən ilin sentyabrında “Yeni Müsavat” qəzətində dərc olunan məqlədə bildirili ki, sovet dövründən bu yana həmkarlar ittifaqlarında “at oynadan” Səttar Möhbalıyevin varidatı hazırda 10 milyonlarla ölçülür. İllərdir ki, AHİK-in Möhbalıyevin “ailə konfederasiyası” kimi idarə olunması kimsəyə sirr deyil.
İşləyən vətəndaşların maaşlarından tutulan üzvlük haqları hesabına saxlanılan AHİK-ə hər il toplanan milyonlarla vəsaitin necə xərclənməsi Səttar Möhbalıyevdən başqa kimsəyə məlum deyil. Bilinən odur ki, AHİK sədri böyük biznesə sahibdir. İntəhası, bu böyük biznesi açığa çıxara bilmir. Böyük biznesin böyük də ilkin kapitalı olmalıdır və bu böyük pulların mənbəyi də açıq göstərilməlidir. AHİK sədri isə bu məsələdə susmağa üstünlük verir.
Səttar Möhbalıyevin xanımı Türkiyədə “Sat Turizm Diş Ticaret Limited” şirkətini təsis edib. 2009-cu ildə Səttar və Böyükxanım Möhbalıyevlər şirkəti 380 min lirə (o zamankı valyuta kursu ilə 250 min dollar) İstanbulda qeydiyyatdan keçiriblər. Şirkətin digər ortağı 20 min lirəlik cüzi sərmayə ilə öncə Murat Bakındı olub. Sonradan Murat Bakındı özünə aid 5 faizlik payı Nigar Eyvazova adlı şəxsə satıb. İstanbul Ticarət Sicili Müdirliyinə aid sənədlərə görə 701623 saylı şəhadətnamə alan şirkətin hüquqi ünvanı belədir: Merkezi: İstanbul Bakırköy Yeşilköy Mah.Bostan Sk.Aslan Apt.N.12 D.3.
Nizamnaməyə görə, şirkətin ticarət, turizmlə məşğul olmaq, səyahət büroları, gözəllik salonları (saç əkimi, lazer epliyasiya, botoks, mezzoterapi), gimnastika zalları, bərbərxanalar, restoranlar açmaq hüququ var.
Səttar Möhbalıyev prezidentin sabiq köməkçisi Əli Həsənovun qudasıdır. O, 27 ildir ki, konfederasiyanın “toxunulmaz” sədridir, 2000-ci ildən indiyə kimi parlamentdəki yerini əldən vermir. Dəfələrlə mətbuatda onun “Kurort” Səhmdar Cəmiyyəti vasitəsi ilə əlində böyük sərvət saxladığı barədə yazılıb.
Səttar Möhbalıyev “putyovka” biznesini əsasən iki deputatın istirahət mərkəzi üzərində fokuslaşdırıb. AHİK tərəfindən göndəriş vərəqələri daha çox Lənkərandakı “Palıdlı sahil” və Lerikdəki “Relax” istirahət guşələrinə yönəldilir. Bu obyektlər isə heç də müstəqil sahibkarlar tərəfindən idarə olunmur. Sirr deyil ki, “Palıdlı sahil” eks-deputat Hadı Rəcəbli, “Relax” isə hazırda deputat olan İqbal Məmmədova aiddir.
Maraqlıdır ki, ölkənin müxtəlif bölgələrində istirahət mərkəzləri, hotellər, sanatoriyalar olsa da, S.Möhbalıyev parlamentdəki həmkarlarının obyektlərinə üstünlük verib. Məsələn, Quba, Şəki, Oğuz, İsmayıllı, Qəbələ və s. zonalarda istirahət mərkəzləri var. Onlar normal fəaliyyət göstərsələr də, AHİK-in diqqətindən və monopoliyasından kənarda saxlanıblar.
AHİK-in nəzdində “Kurort” Qapalı Səhmdar Cəmiyyəti (QSC) fəaliyyətdədir ki, QSC-yə 8 sanatoriya, 1 müalicə pansionatı və 10 istirahət bazası daxildir. Bu müalicə-istirahət zonalarına “putyovkaları” almaq üçün Səttar Möhbalıyevin qaydaları mövcuddur və bu qaydalar heç yerdə yazılmayıb! Sadəcə Möhbalıyevin yazılmayan qaydalarıdır və onlara riayət etməyənlər çətin ki, AHİK xətti ilə müalicə-istirahət zonalarına gedib çıxa bilərlər. AHİK-in “Abşeron”, “Günəşli”, “Bilgəh”, “Naftalan”, “Qaranquş” kimi sanatoriyalarına putyovka almaq istəyənlər mütləq Möhbalıyevin topdağıtmaz sərvəti üzərinə özünün “töhfəsi”ni verməlidir.
“Abşeron”, “Qaranquş”, “Naftalan” sanatoriyalarına bir qayda olaraq imkanlılar valideynlərini, ailə üzvlərini və dost-tanışlarını yollayırlar. Bu isə “Həmkarlar İttifaqları haqqında” Qanunun və AHİK-in nizamnaməsinin kobud şəkildə pozulmasıdır.
Üstəlik, Səttar Möhbalıyevin əlində cəmləşən milyonların “silinməsi” də müalicə-istirahət zonaları üzərindən gerçəkləşir. Hamıya bəllidir ki, AHİK nəzdində fəaliyyət göstərən “Kurort” QSC birbaşa Səttar Möhbalıyevin nəzarəti altındadır. QSC-nin tabeliyində və dövlətin balansında olan sanatoriyalar şəxsi biznes obyekti kimi idarə olunur. AHİK sədri Səttar Möhbalıyev həmkarlar təşkilatı adı altında özünün maddi maraqlarına xidmət göstərən çox böyük bir sistem qurub.
Addımbaşı hüquqları pozulan, işdən qovulanları isə ancaq media və bəzi QHT-lər müdafiə edir. AHİK sədrinin deputat olmasına baxmayaraq, bir dəfə də olsa Milli Məclisdə həmkarlar ittifaqlarının problemini qaldırmayıb. Konfederasiyanın sədri ancaq ara-sıra həmkarlarla bağlı problemlərə münasibət bildirməklə kifayətlənir. Vəssalam. Bununla da işini bitmiş hesab edir.
Ancaq daxil olan məlumatlar başında Azərbaycanın ali qanunverici orqanının üzvünün dayandığı AHİK-də böyük maliyyə maxinasiyalarının həyata keçirildiyini göstərir. AHİK sədri Səttar Möhbalıyev həmkarlar təşkilatı adı altında özünün maddi maraqlarına xidmət göstərən çox böyük bir sistem yaradıb.
Həmkarlar ittifaqında baş verən korrupsiya, maliyyə maxinasiyaları və qanun pozuntuları haqda tam təsəvvür yaratmaq üçün bir neçə statistik göstəriciyə nəzər yetirmək kifayətdir. AHİK-in sədri həm də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının rəhbəri olduğundan əvvəlcə elə bu sahədəki qüsurlar diqqət çəkir. Məsələn, ölkə üzrə təxminən 170 min orta məktəb müəllimi var, onların həmkarlara qoşulmaq üçün üzvlük haqqı maaşının 2 faizini təşkil edir. 1 il ərzində bu vəsait 10 milyon manata yaxındır. Nə vaxtsa bu pulla müəllimlər putyovka ilə müxtəlif yerlərə istirahətə göndərilirdi.
Ölkədə təxminən 85 min neftçi var. Onların maaşlarından həmkarlara gedən pul da ən çoxu 2 faizdir. Neft sənayesində orta maaş 500-750 manat olduğunu nəzərə alsaq, neftçilərin həmkarlara aylıq ödənişləri təxminən 1 milyon 250 min manata yaxındır. Bu isə il ərzində 15 milyon manatdan yuxarı məbləğ deməkdir.
Hər kəsə bəllidir ki, ölkədaxili sanatoriya “putyovkaları” həmkarlar üzvlərindən çox həmkarlar təşkilatları ilə heç bir əlaqəsi olmayan insanlara 300-500 manat civarında pula satılır. Ümumiyyətlə, həmkarlar şəbəkəsində daha çox korrupsiyalaşmış mexanizm “putyovkalarla” bağlıdır. Çünki il ərzində toplanan külli-miqdarda vəsaitin böyük bir hissəsi məhz bu vasitə ilə silinir.
Həmkarları İttifaqının nəzdində fəaliyyət göstərən “Kurort” QSC birbaşa AHİK-in rəhbərinin nəzarəti altındadır. Ona görə də cəmiyyətin tabeliyində və dövlətin balansında olan sanatoriyalar şəxsi biznes obyekti kimi idarə olunur. Başqa sözlə, putyovka adı ilə silinən pullardan əlavə bu obyektlər də külli-miqdarda gəlir gətirir. AHİK-dəki qanunsuzluqlar bununla yekunlaşmır.
1994-cü ildə qəbul olunmuş “Həmkarlar ittifaqları haqqında” Qanunda göstərilir ki, həmkarlar müstəqil qurumlardır, dövlət idarələrinə, siyasi partiyalara, ictimai birliklərə tabe deyillər, onlara hesabat vermirlər, öz rəhbər orqanlarını seçir və geri çağırır, plenumlar, qurultaylar keçirirlər. Amma müəssisələrdəki həmkarlar ittifaqı formal xarakter daşıyır. Bu qurumların heç bir real səlahiyyətləri yoxdur, müəssisə rəhbərliyinin onlara ayırdığı dekorasiya rolunu həvəslə oynayırlar. Əksinə, onlar müəssisə rəhbərlərinə işçilərin işdən çıxarılmasına kömək edirlər. Əmək münasibətləri ilə bağlı yaranan mübahisələrdə həmkarlar təşkilatlarının həmişə çox soyuqqanlı davrandığının şahidi oluruq.
Seçmə yolla götürülmüş Bakı şəhərində yerləşən təhsil müəssisələrinin və tibb ocaqlarının heç birində həmkarlar təşkilatlarının yığıncaqları bir qayda olaraq keçirilmir. Bölgələrdə isə həmkarların hər hansı fəaliyyətindən danışmağa dəyməz. Təşkilatlardan əmək haqqı cədvəli üzrə tutulan milyonlarla üzvlük haqları mərkəzləşdirilmiş qaydada yuxarı ötürülür. Məlumat üçün bildirək ki, 16 il əvvəl yaradılmış Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası hazırda özündə 18 min 610 həmkarlar ittifaqı təşkilatını birləşdirir və 1 milyon 500 min üzvü var.
İl ərzində üzvlük haqqı kimi toplanan məbləğ isə 50 milyon manatı aşır. Üstəlik, putyovka alverindən əldə olunan gəlirlər də var ki, bu da Səttar Möhbalıyevin “xırda” xərclərinə sərf olunur. İllərlə qudasının kölgəsində işlərini ayaqda tutan AHİK sədri indi çox çətin durumdadır. Ən ötəri yoxlama Möhbalıyevə məhbəsin qapılarını taybatay açır. (Yeni Müsavat)
Budur “Səttar Möhbalıyev və komandası”nın fəaliyyəti və bu böyük “ailə biznesi”nin içində işçinin hüquqlarının bir çöp kimi zibil qutusuna da atılması çox təbiidir…
Məktəblərdə İŞ VAXTI və ondan istifadə edilməsinə aid 9 QAYDA
1. İş həftəsinin müddəti, iş vaxtının başlanması və qurtarması növbələrin miqdarından asılı olaraq məktəbin nizamnaməsi ilə tənzimlənir.
Pedaqoji işçilərin iş vaxtı dərs cədvəli, məktəbin nizamnaməsi və daxili intizam qaydaları ilə onlara həvalə olunan vəzifələrə uyğun olaraq müəyyənləşdirilir. Məktəb müdiriyyəti işəgəlmə və işdəngetmənin uçotunu təşkil etməyə borcludur.
2. Pedaqoji işçilərin yeni dərs ili üçün tədris yükü məktəbin direktoru tərəfindən həmkarlar ittifaqı komitəsi ilə razılaşdırılmaqla işçilər məzuniyyətə çıxana qədər müəyyənləşdirilir. Bununla əlaqədar olaraq aşağıdakılar nəzərə alınmalıdır:
a) bir qayda olaraq pedaqoji işçilərdə siniflərin varisliyi və tədris yükünün həcmi saxlanılır.
b) pedaqoji işçilərin dərs yükünün həcmi, bir qayda olaraq bütün dərs ilində sabit olmalıdır. Dərs yükünün azalması yalnız məktəbdə şagirdlərin sayının və ya sinif komplektlərinin ixtisarı, həmin ərazidə yeni məktəb binasının tikilməsi ilə əlaqədar sinif komplektlərinin bir hissəsinin bu məktəbə verilməsi, habelə başqa müstəsna hallarda ola bilər.
Məktəbin müdiriyyəti həmkarlar ittifaqı komitəsi ilə razılaşdırılmaqla, yeni dərs ili üçün pedaqoji işçilərin tədris yükünü təsdiq edir.
3. Dərs cədvəli məktəbin müdiriyyəti tərəfindən pedaqoji məqsədəuyğunluq, sanitar-gigiyenik normalar, müəllimin vaxtına maksimum qənaət etmək tələblərinin təmin edilməsi nəzərə alınmaqla həmkarlar ittifaqı komitəsi ilə razılaşdırılaraq təsdiq edilir. Pedaqoji işçilərə imkan daxilində metodik işlə məşğul olmaq və ixtisasını artırmaq üçün həftədə bir boş gün verilir.
4. Məktəbin tədris-yardımçı heyətinin və fəhlələrin iş gününün davametmə müddəti həftəlik, yaxud digər uçot dövrü üçün iş vaxtının davametmə müddətinə riayət etməklə tərtib olunmuş növbətçilik qrafiki ilə müəyyənləşdirilir. Qrafik məktəbin müdiriyyəti tərəfindən həmkarlar ittifaqı komitəsi ilə razılaşdırılmaqla təsdiq olunur. Qrafikdə iş saatı, fasilə və naharın vaxtı göstərilir. İstirahət yeri və onun qaydası, naharın təşkili müdiriyyət tərəfindən məktəb həmkarlar ittifaqı komitəsi ilə razılaşdırılmaqla müəyyənləşdirilir. Növbətçilik qrafiki işçiyə imza etdirilməklə nəzərinə çatdırılmalı və onun tətbiqinə bir qayda olaraq ən azı bir ay qalmış məktəbdə görünən yerdən asılmalıdır.
İşçilərin bəzi kateqoriyaları üçün (məsələn, gecə dayələri, mərkəzi qızdırılma sistemi, bütün sutka ərzində növbətçilik tələb edən yerlərdə ocaqçı) həmkarlar ittifaqı komitəsi ilə razılaşdırılmaqla, iş vaxtının yekun uçotu aparıla bilər.
5. Bayram və istirahət günlərində iş qadağan olunur. Məktəbin ayrı-ayrı işçilərinin (müəllim, tərbiyəçi və b.) bayram və istirahət günlərində növbətçiliyə və bir sıra başqa işlərə cəlb olunmasına yalnız Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş müstəsna hallarda məktəbin müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin razılaşdırılması əsasında yazılı əmri ilə yol verilir. Növbətçilik, yaxud istirahət və bayram günlərində iş üçün əlavə istirahət günü qanunvericilikdə müəyyən olunmuş qaydada və işçinin razılığı ilə növbəti məzuniyyət dövrünə düşməmək şərti ilə tətil vaxtı verilir.
Hamilə qadınların, 12 yaşınadək uşağı olan anaların istirahət və bayram günlərində növbətçiliyə və digər növlü işlərə cəlb olunması qadağandır.
6.Fasiləsiz işləyən müəssisələrin (bütün tipdən və addan olan internat məktəblər, uşaq evləri və xüsusi məktəblər) işçiləri və yekun iş vaxtı müəyyən edilmiş işçilər hamı üçün müəyyən olunmuş qaydada istirahət və bayram günlərində işə cəlb olunurlar. Bu işin vaxtı bir qayda olaraq aylıq iş vaxtının normasına daxil edilir. İstirahət günləri iş qrafikində nəzərdə tutulur. Göstərilən halda bayram günü üçün əməkhaqqı aylıq əməkhaqqıdan (stavkadan) artıq birdəfəlik saat və gün stavkası həcmində verilir. Bayram günündə işləmiş işçinin öz arzusu ilə başqa bir istirahət günü verilə bilər.
7..Məktəbin əmək kollektivinin ümumi yığıncağı ildə iki dəfədən az olmayaraq keçirilir. Məktəb şurasının iclası 3 dəfədən az olmayaraq, pedaqoji şuranın iclası isə bir qayda olaraq rübdə bir dəfə keçirilir. Metodik şura yanında yaradılan müəllimlərin və tərbiyəçilərin metodbirləşmələri tədris rübü ərzində iki dəfədən çox olmayaraq keçirilir. Ümumi valideyn yığıncağı ildə iki dəfədən, sinif iclası isə ildə dörd dəfədən az olmayaraq çağırılır.
7. Əmək kollektivinin ümumi yığıncağı, pedaqoji şuranın iclası və fənn metodbirləşmələrinin məşğələləri, bir qayda olaraq iki saatdan, valideyn yığıncaqları 1,5 saatdan, məktəblilərin yığıncaqları və şagird özünüidarə orqanlarının iclasları 1 saatdan çox olmamalı, maraqlar üzrə kursların, bölmələrin məşğələləri 45 dəqiqədən 90 dəqiqəyədək olmalıdır.
9.Hər il verilən növbəti məzuniyyətlərin vaxtı məktəbin müdiriyyəti tərəfindən həmkarlar ittifaqı komitəsi ilə razılaşdırılmaqla, məktəbin işinin normal təmini və işçilərin istirahəti üçün əlverişli şəraitin yaradılması əsasında müəyyənləşdirilir. Pedaqoji işçilərə növbəti məzuniyyət bir qayda olaraq yay tətili dövründə verilir. Hər il üçün növbəti məzuniyyət qrafiki cari ilin yanvar ayının sonunadək tərtib olunur və bütün işçilərin nəzərinə çatdırılır. Məktəb direktoruna növbəti məzuniyyət müvafiq rayon (şəhər) təhsil şöbəsi üzrə əmrlə, məktəbin qalan işçilərinə isə məktəb direktorunun əmri ilə rəsmiləşdirilir.
Azərbaycan Respublikası ümumtəhsil məktəbləri üçün müəssisədaxili nümunəvi intizam qaydaları
Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqıRespublika Komitəsi tərəfindən «30» iyun 2010-cu il tarixində təsdiq edilmişdir.
202 №-li tam orta məktəb
Azad həmkarlar təşkilatının Hesabat-seçki yığıncağı keçirilmişdir.
14 fevral 2017-ci il tarixində məktəbin təhsil işçiləri ilə Azad həmkarlar təşkilatının Hesabat-seçki yığıncağı keçirilmişdir.Yığıncaqda məktəbin direktoru,müəllimlər,AHİK əməkdaşı Həsənov Vüqar Neman oğlu və Nərimanov rayon həmkarlar komitəsinin Təftiş komissiyasının sədri Fatma Təhməzova iştirak etmişdir.Komitə sədri məktəbin riyaziyyat müəllimi Əliyev Cavanşir komitənin gördüyü işlər barədə məlumat vermişdir.Bundan əlavə müəllimlərin səsverməsi ilə yeni üzvlər seçilmişdir və yenidən Cavanşir Əliyev Həmkarlar komitəsinin sədri olmuşdur. Sonda Fatma xanım çıxış edərək məktəb Həmkarlar komitəsinin işini və iclasın gedişini müsbət qiymətləndirdi.
XƏBƏR LENTİ
Şahmat üzrə IV dərəcə almış şagirdimiz
“100-cü Bahar” gənclərin bilik yarışı
Məktəb rəhbərliyinin XI sinif şagirdləri ilə görüşü
İdman həftəsinin V günü
Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş I Bakı İd.
İdman həftəsinin IV günü
Comments are closed, but trackbacks and pingbacks are open.