Press "Enter" to skip to content

Azərbaycanda ümumi dilçilik dərsləri – Nizami CƏFƏROV yazır – Nizami CƏFƏROV

Heydər Əliyev Fondu

Akademik Nizami Cəfərov

Nizami Cəfərov Qulu oğlu 1959-cu il 21 sentyabrda Ağstafa rayonunun Zəlimxan kəndində anadan olmuşdur.
Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
1985-ci ildən Azərbaycan EA-nın Nəsimi adına Dilçilik İnstitutunun elmi işçisi olmuşdur. 1987-ci ildən “Ədəbiyyat və incəsənət” qəzetinin şöbə müdiri,
1991-ci ildən Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müəllimi, professoru, Filologiya fakültəsinin dekanı(1994–2001) vəzifələrində çalışmışdır.
2003-cü ildən Odlar Yurdu Universitetinin “Filologiya və humanitar fənlər” kafedrasının müdiridir.
2019-cu ildən həm də, Bakı Dövlət Universitetinin “Ümumi dilçilik” kafedrasının müdiridir. Nizami Cəfərov Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodik Şurası “Azərbaycan dili və ədəbiyyatı” bölməsinin üzvü kimi orta ümumtəhsil məktəbləri üçün Azərbaycan dili proqramlarının, dərsliklərinin hazırlanmasında iştirak etmişdir. Azərbaycan Yazıçılar Birliyinin üzvü seçilmişdir.
1995–1996-cı illərdə Azərbaycan Respublikası Ali Attestasiya Komisiyasının (AAK) filologiya elmləri üzrə Ekspert Şurasının üzvü, 1997-ci ildə isə AAK Dilçilik üzrə ixtisaslaşmış Doktorluq Şurasının üzvü olmuşdur. Elə bu il Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodik Şurası “Azərbaycan dili və ədəbiyyatı” bölməsinin sədri təyin olunmuşdur.
1998-ci ildə AAK Dilçilik üzrə ixtisaslaşmış Doktorluq Şurasının sədri seçilmişdir.
Nizami Cəfərov 1999-cu ildə Filologiya fakültəsində “Dədə Qorqud” elmi-tədqiqat laborotoriyasını yaradaraq onun müdiri təyin olunmuşdur.
2003-cü ildə AAK-ın filologiya elmləri üzrə Ekspert Şurasının sədri təyin edilmişdir.
2004-cü ildə Azərbaycan “Bilik” Maarifçilik Cəmiyyətinin qərarı ilə “Yusif Məmmədəliyev adına medal”la təltif edilmişdir.
Cəfərov Nizami Qulu oğlu elmi nəticələrinə və təhsil quruculuğuna görə, 11 fevral 2000-ci ildə Azərbaycan Respublikasının “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.
20 sentyabr 2019-cu ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına və elmin inkişafında xidmətlərinə görə ölkə başçısı tərəfindən “Şöhrət” ordeni ilə təltif edilib.
Yeni Azərbaycan Partiyasının üzvüdür. AMEA-nın həqiqi üzvü və millət vəkilidir.

Prezident İlham Əliyev

1-ci vitse prezident Mehriban Əliyeva

Heydər Əliyev Fondu

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi

“BSB” TAM ORTA İNNOVASİYALAR MƏKTƏBİ

“Muasir İnnovasiyalar Liseyi” ÜMUMTƏHSİL MƏKTƏBİ

  • OYU
    • Haqqımızda
    • Missiya
    • Vizionumuz
    • Dəyərlərimiz
    • Niyə OYU?
    • Bakalavriat
    • Magistratura
    • Doktorantura və PhD
    • Sosial iş və Psixologiya fakültəsi
    • Təbiət, texniki və dizayn fakültəsi
    • Pedaqoji, humanitar və dillər fakültəsi
    • Biznes idarəçiliyi və iqtisadiyyat fakültəsi
    • Beynəlxalq münasibətlər fakültəsi
    • Dizayn
    • Dillər
    • Hüquq və beynəlxalq münasibətlər
    • Psixologiya, pedaqogika və sosial fənlər
    • İqtisadiyyat və iqtisadi münasibətlər
    • Filologiya və humanitar fənlər
    • Biologiya və ekologiya
    • Riyaziyyat və informatika
    • İnformasiya texnologiyaları və mühəndislik
    • Maliyyə
    • Mühasibat
    • Marketinq
    • Menecment
    • İqtisadiyyat
    • Biznesin idarə edilməsi
    • Dövlət və bələdiyyə idarəetməsi
    • Biologiya
    • Ekologiya
    • Psixologiya
    • Tərcümə (ingilis dili)
    • Filologiya (Azərbaycan dili və ədəbiyyatı)
    • Beynəlxalq münasibətlər
    • Kompüter mühəndisliyi
    • Məktəbəqədər təhsil
    • İnformasiya texnologiyaları
    • Xarici dil müəllimliyi (ingilis dili)
    • Təhsildə sosial-psixoloji xidmət
    • Turizm işinin təşkili
    • Sosial iş
    • Dizayn (interyer,qrafik,modelyer)
    • Beynəlxalq maliyyə və valyuta – kredit münasibətləri
    • Bank işi
    • Maliyyə nəzarəti və audit
    • Təhsil, turizm,səhiyyə,ümumi menecment
    • Marketinq
    • Beynəlxalq biznes
    • İdarəetmədə informasiya sistemləri
    • Turizm və otelçilik
    • Akademik məqalələr
    • Konfranslar
    • OYU Elmi jurnal
    • Elmi Mərkəzlər və İnstitutlar
    • Rektorluq
    • Elmi şura
    • İdarəetmə bölmələri
    • Üzvlük
    • Akkreditasiyalar
    • Universitetlər ilə əməkdaşlıq
    • Əsasnamələr
    • Strateji inkişaf proqramı

    Odlar Yurdu Universiteti

    Azərbaycanda ümumi dilçilik dərsləri – Nizami CƏFƏROV yazır – Nizami CƏFƏROV

    Dil haqqında elmin tarixini yazının meydana çıxdığı dövrlərdən başlamaq, əlbəttə, ona görə tamamilə özünü doğruldur ki, ən qədim dilçilər şifahi nitqi bu və ya digər miqyasda üzvlərinə ayıraraq yazılı nitqə çevirmişlər. Və bu, dilin (daha doğru olar ki, deyək: nitqin) quruluşu barədə müəyyən təsəvvürlərin yaranmasına elə əhəmiyyətli təkan vermişdi ki, sonralar dil barəsindəki elm, bir qayda olaraq, şifahi deyil, yazılı nitqin tədqiqinə əsaslanmalı olmuşdur.

    Ferdinand de Sössür XX əsrin əvvəllərində “Ümumi dilçilik kursu”nda deyirdi:

    “Dilçilik özünün əsl və yeganə obyektinin nə olduğunu dərk edənə qədər üç ardıcıl inkişaf mərhələsindən keçmişdir.

    Dilçiliyin əsası, əgər belə demək mümkünsə, “qrammatika” ilə qoyulmuşdur. Əvvəlcə yunanlarda meydana çıxan, sonra əsas etibarilə Fransada inkişaf edən bu fənn məntiqə əsaslandığı üçün dilə elmi və obyektiv baxışdan məhrum idi.

    . Sonralar filologiya meydana çıxdı. Onun məqsədi, hər şeydən əvvəl, mətnləri izah və şərh etməkdir.

    . Üçüncü mərhələ dilləri bir-birilə müqayisə etmək imkanının kəşfi ilə başladı. Lakin təkcə müqayisə ilə düzgün nəticələrə gəlib çıxmaq olmaz”.

    Məsələ burasındadır ki, dilçilik, demək olar ki, bütün tarixi boyu dil ətrafında “dolanaraq” həm praktik müşahidələri, həm də az-çox nəzəri mühakimələri ilə bu və ya digər səviyyədə “dil nədir” sualına cavab verməli olmuşlar. Və əslində, dilin nə olduğu məsələsinə müdaxilə edən digər elmlər içərisində dil haqqındakı elmin mövqeyini, ilk növbədə, “dil nədir” sualına verdiyi cavabın nə dərəcədə əsaslı olub-olmaması müəyyənləşdirmişdir.

    Elmi dilçiliyin meydana çıxdığı XIX əsrin əvvəllərindən ta XX əsrin əvvəllərinə qədər “dil nədir” sualına verilmiş ən mötəbər cavabları nəzərdən keçirsək görərik ki, onların biri digərini, prinsip etibarilə, istisna etmir:

    “Dil – fikir formalaşdıran orqandır. Tamamilə ruhi, dərinliklərinə qədər daxili və heç bir iz qoymadan keçən əqli fəaliyyət nitq səsləri vasitəsilə maddiləşir və hissi qavrama üçün əlçatan olur. Ona görə də təfəkkür fəaliyyəti və dil qırılmaz şəkildə əlaqədə təqdim edilir. Dil xalq ruhunun, sanki xarici təzahürüdür; xalqın dili onun ruhudur və xalqın ruhu onun dilidir – bundan daha çox eynilik təsəvvür etmək çətindir. Dil ruhun elə bir davamlı fəaliyyətini təqdim edir ki, həmin fəaliyyət səsi, nəticə etibarilə, fikrin ifadəsinə çevirə bilsin” (Vilhelm fon Humboldt).

    “Dil fikrin səsli ifadəsidir, səslərdə təzahür edən təfəkkür prosesidir” (Avqust Slayxer).

    “Dil. dərk olunmuş daxili, psixi və ruhi hərəkətlərin vəziyyət və münasibətlərinin tələffüz olunan səslər vasitəsilə ifadəsidir” (Haynrix Ştayntal).

    “Dilin mahiyyəti ünsiyyətlə müəyyən olunur” (Hüqo Şuxardt).

    “Dil ruhi ifadədir. Dilin tarixi ifadənin ruhi formalarının, eyni zamanda, sözün ən geniş mənasında incəsənətin tarixindən başqa bir şey deyil” (Karl Fossler) və b.

    “Dil nədir” sualına dilçilik ən çox maraq doğuran cavabı Ferdinand de Sössürün şəxsində XX əsrin əvvəllərində verdi. Dahi dilçi, hər şeydən əvvəl, insanın nitq fəaliyyətində dillə nitqi bir-birindən fərqləndirərək dilçiliyin yeganə obyektinin o zamana qədər əsasən “dil” adı altında sinkretik (mücərrəd) şəkildə öyrənilən hadisə deyil, “iyerarxik işarələr sistemi” olduğunu sübut etdi. Və bu kəşf tezliklə ən azı üç struktur dilçilik məktəbinin – Praqa funksional dilçiliyinin, Amerika deskriptivizminin və Kopenhagen qlossematikasının yaranmasına gətirib çıxardı.

    Azərbaycanda ümumi dilçiliyin öyrənilməsinə 1919-cu ildə Bakı Dövlət Universitetinin (və onun tərkibində Ümumi dilçilik kafedrasının) yaradılması ilə başlanılmışdır. “Dilçiliyimizin məbədi (BDU-nun Ümumi dilçilik kafedrasının tarixi)” kitabının müəllifi professor Adil Babayev göstərir ki, “Ümumi dilçilikdən dərs deyən V.B.Tomaşevskinin, M.V.Belyayevin, P.O.Piloşevskinin xidmətlərini kiçiltmədən demək olar ki, onlar bu fənn üçün. B.Çobanzadə və başqaları qədər can yandırmamışlar. Bəkir Çobanzadə Bakıya gələn kimi 1924-cü ildə türkologiyada ümumi dilçiliyə aid “Türk- tatar lisaniyyatına mədxəl”. yarada bildi”.

    Professor Bəkir Çobanzadə “Mədxəl”də dilçiliyin mövzusu, vəzifələri və üsulları barədə bəhs edərkən yazır:

    “Lisan elmində tədqiq mövzusu insanların nitqi, lisanıdır. Lisan isə ən ümumi və geniş mənada hiss və fikirlərimizi ifadə edən işarətlərin öylə bir məcmusudur ki, bunları hassələrimiz vasitəsilə fəhm və tələqqi etmək və eyni zamanda, iradəmizlə təkrar istehsal etmək mümkün olur”.

    “. Lisaniyyat lisanın hadisələrini keçmiş və şimdiki – əgər bu sonuncusu var isə – dövrləri arasındakı təbəddüllər nöqteyi-nəzərindən çarpışdırmaq, qarşılaşdırmaq üsulunu tutduğundan lisaniyyatın üsulu bu təqdirdə müqayisə üsulu olmuş olur. Ancaq hər hankı bir dilin ömrü boyunca keçirdiyi dürlü dövrləri, onun şivələrini və nəhayət, nəşət etdiyi ana dili bir-birilə müqayisə etmək təriqilə bu lisanın ömründə təbəddül və təkamülündə hökm etmiş olan ruhi və üzvi qanunları bulub çıxarırız və bu surətlə qarşımızda bir-birini təqib edən müxtəlif dövrlərin geniş lövhəsi açılır ki, bu lövhədə artıq insanın ən əsrarəngiz, ən tilsimli bir şeyi olan lisanın taleyi açıqcasına gözümüz önündə tərəssüm edər.

    İştə bu surətlə lisaniyyat elminin başlıca əsası bir-birinə yaxınlığı, qərabəti olan lisanların tarixi müqayisə üsulu ilə tədqiqidir. Digər tərəfdən, yalnız bir-birinə yaxın olan lisanlar deyil, ümumiyyətlə yer üzündə mövcud olan bütün lisanların təşəkkülatı, üzviyyəti arasında pək çox müsavi və müşabihə nöqtələr bulunduğundan bir-birinə yaxın olmayan lisanları bir-birilə müqayisə etmək lisaniyyat elminin ən əsaslı tələblərindən biridir”.

    “Mədxəl”in nəşrindən bir neçə il keçmiş Sovet İttifaqında ümumi dilçiliyi akademik Nikolay Yakovleviç Marrın “dilçilikdə yeni təlim”i əvəz etdiyindən müqayisəli-tarixi araşdırmalar qadağan olunur. Və XX əsrin 40-cı illərinin axırlarında aparılan dilçilik müzakirələrindən sonra dövlət başçısı İ.V.Stalin təxminən iyirmi beş illik bir dövrdə sovet dilçiliyində marksizmi təmsil etmiş “yeni təlim”i məhz antimarksizmdə ittiham elədi.

    Və beləliklə, sovet dilçiliyi 1950-ci illərdən etibarən ümumi dilçilik nəzəriyyələrini “əlifba”dan öyrənmək məcburiyyəti altında qaldı.

    Adil Babayev yazır:

    “1961-ci ildə ümumi dilçilik kafedrasının dosenti (sonra professoru) N.N.Məmmədov 1945-ci ildən oxumağa başladığı mühazirələr əsasında “Dilçiliyin əsasları” adlı dərsliyini nəşr etdirdi. Bu əsər Azərbaycan dilçiliyində B.Çobanzadənin “Mədxəl”indən sonra ilk hadisə idi”.

    Sovet ideologiyasının üzvi tərkib hissəsi olan sovet, eləcə də Azərbaycan sovet dilçiliyi 60, 70 və 80-ci illərdə demək olar ki, heç bir ümumi dilçilik təlimi yarada bilmədi. Həmin illərdə tərtib olunmuş ümumi dilçilik dərsliklərində aparıcı “metod” dünyada az-çox geniş yayılmış ümumi dilçilik nəzəriyyələrinin məhz sovet ideologiyası mövqeyindən “tənqidi şərh”indən ibarət idi ki, həmin “şərhlər”, bir qayda olaraq, məsələn, Vilhelm fon Humboldt, Ferdinand de Sössür, Leonard Blumfild, Lui Yelmselev. kimi dahi dilçilərin dil haqqındakı mülahizələrini çox hallarda təhrif edirdi. Bu baxımdan Azərbaycanda, ümumən müttəfiq respublikalarda vəziyyətin daha acınacaqlı olduğunu xüsusi qeyd etmək lazımdır. Hər şeydən əvvəl ona görə ki, dünya dilçiliyi klassiklərinin əsərləri nəinki müttəfiq respublika xalqlarının dillərinə (o cümlədən Azərbaycan dilinə), eləcə də əksəriyyəti rus dilinə tərcümə edilmədiyinə görə ən populyar nəzəriyyələri belə, ilk mənbədən öyrənmək mümkün deyildi.

    Dilçilik elmi biri digəri ilə əlaqədar olan (və tarixi ardıcıllıqla biri digərindən törəmiş) üç sahəyə, yaxud səviyyəyə ayrılır ki, onlardan birincisi xüsusi dilçilik, ikincisi müqayisəli dilçilik, üçüncüsü isə ümumi dilçilikdir.

    Xüsusi dilçilik konkret bir dili öyrənir; məsələn, Azərbaycan dilçiliyi, rus dilçiliyi, ingilis dilçiliyi və s. Lakin nəzərə almaq lazımdır ki, bu ifadə-terminlər hər hansı bir dili (müvafiq olaraq Azərbaycan dili, rus dili, ingilis dili və s.) öyrənən elmi bildirməklə yanaşı, Azərbaycanda, Rusiyada, İngiltərədə və s. aparılan dilçilik araşdırmalarının ümumi vəziyyətini də göstərə bilir; belə ki, “Azərbaycan dilçiliyi” dedikdə Azərbaycanda rus, ingilis, ərəb və s. dilçiliyi də başa düşülür. Əlbəttə, “xüsusi dilçilik” anlayışına həmin ifadə terminlərin birinci mənası aiddir.

    Dil haqqında elmin məhz bir dilin öyrənilməsindən – xüsusi dilçilikdən başlaması, prinsip etibarilə, heç bir şübhə doğurmur. Və dilçiliyin tarixi göstərir ki, dil barəsindəki ilk az-çox təsəvvürlər ayrı-ayrı dillərin fonetik, leksik, qrammatik, üslubi xüsusiyyətləri üzərində aparılmış müşahidələrdən yaranmışdır. Dilçiliyin sonrakı səviyyələri təşəkkül tapandan sonra da xüsusi dilçilik nəinki öz aktuallığını itirmiş, əksinə, ayrı- ayrı dillərin daha dərindən tədqiqi üçün geniş nəzəri-metodoloji imkanlar meydana çıxmışdır.

    Müqayisəli dilçilik iki və ya daha çox dilin müqayisəli öyrənilməsinə əsaslanmaqla bir-birindən fərqli iki sahəyə ayrılır:

    1) müqayisəli-tarixi dilçilik,

    2) müqayisəli-tipoloji dilçilik.

    Müqayisəli-tarixi dilçilik eyni mənşəli dillərin müqayisəli araşdırılması ilə məşğuldur. Və bu müqayisənin əsas məqsədi praformaları (bir neçə qohum dil üçün tarixən ortaq olmuş dil quruluşu modelləri) bərpa etmək, nəticə etibarilə, pradil (ulu dil) barəsində mümkün qədər aydın təsəvvür yaratmaqdan ibarətdir.

    Müqayisəli-tipoloji dilçilik qohum olmayan dilləri müqayisəli araşdırmaqla dil tiplərinin səciyyəvi əlamətlərini aşkarlayır.

    Ümumi dilçilik həm xüsusi, həm də müqayisəli dilçiliyin uğurlarına əsaslanaraq dil haqqında elmi keyfiyyətcə yeni səviyyə yüksəldir. Hər şeydən əvvəl o mənada ki, hər iki dilçilik səviyyəsinin problemlərini özündə ehtiva edən ümumi dilçilik həmin problemlərə dil adlandırılan hadisənin mahiyyəti, ən ümumi qanunauyğunluqları baxımından yanaşmaqla universal prinsiplər müəyyənləşdirməyə çalışır. Həmin prinsiplərin nə dərəcədə əsaslı olub-olmamasına isə müxtəlif dilçilik məktəbləri, təlimləri, nəzəriyyələri arasındakı polemik münasibət münsiflik edir.

    Heç şübhəsiz, ümumi dilçilik dərslərində dilçiliyin bütün problemlərini əhatə etmək mümkün deyil, bununla belə, dil haqqında elmin əsaslarını təşkil edən elə fundamental mövzular vardır ki, onlar diqqət mərkəzində dayanmalıdır. Yeri gəlmişkən, ümumi dilçilik mütəxəssislərinin əsərlərində ümumi dilçiliyin bu və ya digər probleminə həmin mütəxəssisin maraq dairəsindən asılı olaraq az, yaxud çox diqqət yetirməsinə tez-tez rast gəlinir. Ancaq mümkün qədər mükəmməl şərh təcrübəsi göstərir ki, aşağıdakı məsələlər ilk növbədə əhatə olunsun: dilçiliyin tarixi; dilin mahiyyəti, quruluşu (strukturu); dil və cəmiyyət; nitqin normaları, funksional üslub texnologiyaları; dilin tarixi; dil əlaqələri; dillərin təsnifi və nəhayət, dilçiliyin metodları.

    Akademik Ağamusa Axundovun neçə on illərdir ki, Azərbaycan ali məktəblərində ümumi dilçilik problemlərinin yüksək səviyyədə tədrisinə uğurla xidmət edən “Ümumi dilçilik” dərsliyində həmin problemlər üç qrupda birləşdirilir: dilçiliyin 1) tarixi, 2) nəzəriyyəsi və 3) metodları. Bu isə ona gətirib çıxarır ki, dilçiliyin tarixi, xüsusilə ayrı-ayrı dilçilik klassiklərinin nəzəriyyələri izah olunarkən nəzərdən keçirilən məsələlər bir də həm dilçilik nəzəriyyəsində, həm də dilçiliyin metodlarında istər-istəməz təkrar edilir.

    Ali təhsilin bakalavr pilləsində iki ümumi dilçilik fənninin (dilçiliyə girişlə ümumi dilçiliyin) keçilməsi də metodiki baxımdan özünü doğrultmur. Və daha yaxşı olardı ki, yuxarı kurslarda yalnız bir fənn – ümumi dilçilik tədris olunsun. Fikrimizcə, bu fənnin strukturu və ya problematikası indiki dilçiliyə girişlə indiki ümumi dilçiliyin mövzularını keyfiyyətcə birləşdirməlidir. Vaxtilə həmin məsələni akademik Afad Qurbanov qaldırmış, özünün kifayət qədər populyar dərsliyini də “Ümumi dilçilik” adlandırmışdır. Lakin qeyd etmək lazımdır ki, Afad müəllimin dərsliyində təfərrüata həddindən artıq yer verilir. Və bu təfərrüat elə bir miqyas alır ki, müəllif həddindən artıq materialist mövqedən ümumi dilçilik klassiklərinin, demək olar ki, bütün nəzəriyyələrini “saf-çürük” etdiyindən dil haqqında elmin ümumi dilçilik sahəsi və ya səviyyəsinin ümumən metodiki taleyi həmin interpretasiyada, prinsip etibarilə, havadan asılı qalır.

    Heç şübhəsiz, 50, 60 və 70-ci illərdə dünya dilçiliyini dünyadan geri qalmış rus-sovet dilçiliyinin özünəməxsus (çox hallarda vulqar materialist) şərh texnologiyaları əsasında mənimsəyən Azərbaycan dilçilərinin ilk mənbələrdən uzaq ümumi dilçilik dərsləri müasir dövrün tələblərinə cavab verə bilməz.

    Ali təhsilin magistratura pilləsinə gəldikdə isə burada ümumi dilçiliyin öyrədilməsinə diferensial yanaşılmalı, başqa sözlə, dilçiliyin tarixi, dil nəzəriyyəsi (hətta mühüm dilçilik nəzəriyyələri, təlimləri, məktəbləri), dilçiliyin tədqiqat metodları ayrı-ayrılıqda tədris edilməlidir.

    Məlum olduğu kimi, ümumi dilçilik, ilk növbədə, hind-Avropa dillərinin müqayisəli- tarixi tədqiqinin nəticəsi olaraq formalaşmışdır. Lakin düşünmək olmaz ki, ümumi dilçiliyin mövcud elmi-nəzəri prinsipləri digər dil ailələrinin, yaxud dillərin tədqiqinə ümumiyyətlə yaramır. Əvvəla ona görə ki, ümumi dilçiliyin ən müxtəlif mənşəli dillərin öyrənilməsi sahəsində artıq zəngin metodoloji təcrübə vardır; ikincisi isə unutmaq olmaz ki, ümumi dilçilik ümumən dili öyrənir.

    © Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

    © Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

    Nizami Ceferov Akademik – Wikipedia

    Nizami Qulu oğlu Cəfərov ( 21 sentyabr 1959 , Zəlimxan , Ağstafa rayonu ) — Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, filologiya elmləri doktoru (1991), professor (1993), əməkdar elm xadimi (2000), AMEA-nın həqiqi üzvü (2017) [2] , Azərbaycan Yazıçılar Birliyinin üzvü, Dünya Alpaqut Federasiyasının Prezidenti. 2019-cu ildən BDU-nun Ümumi dilçilik kafedrasının müdiridir. 2022-ci ildən “ADA” Universitetində “Azərbaycançılıq” kursunu tədris edir. [3]

    Mündəricat

    • 1 Həyatı
    • 2 Yaradıcılığı
    • 3 Əsas əsərləri
    • 4 Filmoqrafiya
    • 5 İstinadlar
    • 6 Xarici keçidlər

    Nizami Cəfərov 1959-cu 21 sentyabrda Ağstafa rayonunun Zəlimxan kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

    1985-ci ildən Azərbaycan EA-nın Nəsimi adına Dilçilik İnstitutunun elmi işçisi olmuşdur. 1987-ci ildən “Ədəbiyyat və incəsənət” qəzetinin şöbə müdiri, 1991-ci ildən Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müəllimi, professoru, Filologiya fakültəsinin dekanı(1994–2001) vəzifələrində çalışmışdır. Bakı Dövlət Universitetinin Ümumi dilçilik kafedrasının müdiri (2001-2015)olub. 2019-cu ildən Bakı Dövlət Universitetinin Ümumi dilçilik kafedrasının müdiridir. 2022-ci ildən “ADA” Universitetində “Azərbaycançılıq” kursunu tədris edir. Nizami Cəfərov Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodik Şurası “Azərbaycan dili və ədəbiyyatı” bölməsinin üzvü kimi orta ümumtəhsil məktəbləri üçün Azərbaycan dili proqramlarının, dərsliklərinin hazırlanmasında iştirak etmişdir.

    Azərbaycan Yazıçılar Birliyinin üzvü seçilmişdir.

    1995–1996-cı illərdə Azərbaycan Respublikası Ali Attestasiya Komisiyasının (AAK) filologiya elmləri üzrə Ekspert Şurasının üzvü, 1997-ci ildə isə AAK Dilçilik üzrə ixtisaslaşmış Doktorluq Şurasının üzvü olmuşdur. Elə bu il Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodik Şurası “Azərbaycan dili və ədəbiyyatı” bölməsinin sədri təyin olunmuşdur.

    1998-ci ildə AAK Dilçilik üzrə ixtisaslaşmış Doktorluq Şurasının sədri seçilmişdir.

    Nizami Cəfərov 1999-cu ildə Filologiya fakültəsində “Dədə Qorqud” elmi-tədqiqat laborotoriyasını yaradaraq onun müdiri təyin olunmuşdur.

    2003-cü ildə AAK-ın filologiya elmləri üzrə Ekspert Şurasının sədri təyin edilmişdir.

    2004-cü ildə Azərbaycan “Bilik” Maarifçilik Cəmiyyətinin qərarı ilə “Yusif Məmmədəliyev adına medal”la təltif edilmişdir.

    Cəfərov Nizami Qulu oğlu elmi nəticələrinə və təhsil quruculuğuna görə 11 fevral 2000-ci ildə Azərbaycan Respublikasının “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür. [4] .

    20 sentyabr 2019-cu ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına və elmin inkişafında xidmətlərinə görə ölkə başçısı tərəfindən “Şöhrət” ordeni ilə təltif edilib. [5]

    Azərbaycan Respublikası (II (2000-ci il), III (2005-ci il), IV çağırış (2010-cu il), V çağırış (2015-ci il) və VI çağırış (2020-ci il) Milli Məclisinin deputatıdır. Parlamentin Mədəniyyət Komitəsinin sədri (2005–2015)olub. Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olub. Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qırğızıstan, Azərbaycan-Küveyt parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.

    Evlidir, 2 övladı var.

    Yaradıcılığı

    Tədqiqatları Azərbaycan dili tarixi, ümumi türkologiya, Azərbaycan ədəbiyyatı tarixi, Azərbaycan türkcəsinin milliləşməsi və Azərbaycanşünaslığın əsasları və inkişafı tarixinə, qədim türk və türk xalqları ədəbiyyatı tarixi və müasir ədəbi proseslə bağlı problemlərə həsr olunmuşdur.

    Akademik Nizami Cəfərov üçün türkologiya geniş anlayış olub, yalnız dilçilik sahəsi ilə məhdudlaşmayaraq, eyni dərəcədə də ümumtürk ədəbiyyatı və mədəniyyəti anlayışlarını da özündə cəmləşdirir. Nizami Cəfərovun simasında dilçi-türkoloqla ədəbiyyatçı-türkoloq və kulturoloq vahid bir sistemdə birləşir. Nizami Cəfərovun hazırlayıb çap etdirdiyi dördcildlik “Türk xalqları ədəbiyyatı” geniş mənada türkologiya elminə sanballı xidmətdir. O, ilk dəfə olaraq Azərbaycanda türk xalqları ədəbiyyatının çoxcildlik elmi salnaməsini yaratmışdır.

    Ümumi dilçilik istiqamətində Nizami Cəfərov yeni bir masştab müəyyənləşdirir. İlk növbədə klassik ümumi dilçilik modeli N. Cəfərov tərəfindən modernləşdirilir. Onun “Ümumi dilçilik” dərsliyində bilavasitə ilk mənbələr-dilçilik klassiklərinin əsərləri əsasında dil haqqındakı elmin predmeti, tarixi, tədqiqat metodları, dilin mahiyyəti, eləcə də daxili, yaxud sinxron və xarici, yaxud diaxron dilçilik məsələləri şərh olunur. “Multidissiplinar dilçilik” dərs vəsaitində isə multidissiplinar dilçiliyin ən populyar sahə və ya istiqamətlərindən bəhs edən beş oçerk (etnolinqvistika, sosiolinqvistika, psixolinqvistika, praqmalinqvistika, linqvokulturologiya) verilir. Müasir dilçiliyin banisi, məşhur İsveçrə dilçisi Ferdinand de Sössürün “Ümumi dilçilik kursu” N. Cəfərov tərəfindən Azərbaycan dilinə tərcümə edilib nəşr olunur(2003,2018).

    Nizami Cəfərovun müxtəlif illərdə Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Aşıq Ələsgər, Səməd Vurğun, Bəxtiyar Vahabzadə, İsmayıl Şıxlı, Anar, Elçin Əfəndiyev, İsa Muğanna, Nəriman Həsənzadə, Gülhüseyn Hüseynoğlu, Vaqif Səmədoğlu, Zəlimxan Yaqub, Afaq Məsud, Hüseynbala Mirələmov, Gülağa Tənha, Yunis Oğuz və başqaları haqqında yazdığı çoxsaylı kitablar və məqalələr yüksək səviyyəli professional ədəbiyyatşünaslıq əsərləridir. O, eyni zamanda, orta ümumtəhsil məktəbləri üçün Azərbaycan dili ilə yanaşı, ədəbiyyat üzrə də uzunömürlü dərsliklərin müəllifidir. Ədəbiyyatın mahiyyəti — ədəbiyyat tarixinin dövrləşdirilməsi, klassik şeirin poetikası, aşıq poeziyasının inkişafı, ədəbi tənqidin imkanları və iddiaları, “altmışıncıların” ədəbi simaları və problemləri haqqındakı tədqiqatları, yaxud ayrı-ayrı yazıçılarla əlaqədar portret-oçerk səviyyəsində təqdimatları Nizami Cəfərovun ədəbiyyat məsələlərinə, ədəbi prosesə dərindən bələd olduğunu, bir çox hallarda istiqamət verdiyini əyani surətdə göstərir. Nizami Cəfərov Azərbaycan ədəbiyyatşünaslıq elmində “Kitabi-Dədə Qorqud” dastanlarındakı “eposdan kitaba” doğru ədəbi proseslərin əsasında bu möhtəşəm oğuznamədən həm də ortaq ümumtürk və daha çox Azərbaycan yazılı ədəbiyyatının başlanğıc dövrünün ədəbi abidəsi qismində söz açmaq təşəbbüsünü irəli sürmüşdür.

    Akademik Nizami Cəfərov ölkəmizdə “Azərbaycanşünaslığın əsasları”nın yaradılmasına öz töhfələrini vermiş mütəfəkkir elm xadimidir. Müxtəlif illərdə çap edilmiş “Azərbaycan mədəniyyəti məsələləri” (2000), “Azərbaycanşünaslığa giriş” (2001), “Azərbaycanlılar: etnokulturoloji birliyin siyasi-kulturoloji əsasları” (2001), “Azərbaycan: Dil, Ədəbiyyat və Mədəniyyət” (2001), “Azərbaycanşünaslıq məsələləri” (2001), “Heydər Əliyev və Azərbaycan” (2004), “Azərbaycanşünaslığın əsasları” (2005; 2013), “Atatürkün Azərbaycan siyasəti” (2008), “Azərbaycan xalqının tarixi və tərcümeyi-halı” (2012) və sair kitabları Azərbaycanşünaslığın ədəbi-mədəni və elmi-nəzəri əsaslarını müəyyən edən və dəyərləndirən əhəmiyyətli tədqiqatlardır. Nizami Cəfərov elmi fikirdə ümumtürk mənşəli Azərbaycançılıq ideologiyasının və nəzəri əsaslara malik Azərbaycanşünaslıq təliminin əsas tədqiqatçılarından biridir.

    “METAFİZİKA” beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalının 14-cü sayından jurnalın “Filologiya və Pedaqogika” üzrə redaksiya heyətinin üzvüdür. [6]

    Sayı 500-dən çox olan elmi əsərlərin, o cümlədən monoqrafiyanın müəllifidir.

    Rus, ingilis və fars dillərini bilir.

    Əsas əsərləri

      • Füzulidən Vaqifə qədər (Monoqrafiya), Bakı, 1991.
      • Azərbaycan türkcəsinin milliləşməsi tarixi (Monoqrafiya), Bakı, 1995.
      • “Bəxtiyar Vahabzadə” Bakı, Azərnəşr, 1996.
      • “Koroğlu”nun poetikası. Bakı, 1997.
      • Türk dünyası: xaos və kosmos. Bakı, 1998.
      • Eposdan Kitaba (Monoqrafiya), Bakı, 1999.
      • Genezisdən tipologiyaya. Bakı, 1999.
      • Azərbaycan mədəniyyəti məsələləri. Bakı, 2000.
      • Azərbaycanşünaslıq məsələləri (Monoqrafiya), Bakı, 2001.
      • Azərbaycanlılar: etnokulturoloji birliyin siyasi-ideoloji üfüqləri (Monoqrafiya), Bakı, 2001.
      • Azərbaycanşünaslığa giriş. Bakı, 2002.
      • Türkiyə Atatürkün, Azərbaycan Heydər Əliyevin əsəridir. Bakı, 2002. (D. Osmanlının müsahibələri).
      • Azərbaycan: Heydər Əliyevdən İlham Əliyevə Bakı, 2004. (D. Osmanlı ilə birlikdə).
      • İlham Əliyev (poirtret cizgiləri), Bakı, 2004. (D. Osmanlı ilə birlikdə).
      • Klassiklərdən müasirlərə. Bakı, 2004.
      • Anar. Bakı, 2004.
      • Qədim türk ədəbiyyatı. Bakı, 2004.
      • “Professor Sadıq Tural”. Bakı, 2006. (Nazir Əhmədli ilə birlikdə).
      • Türk xalqları ədəbiyyatı, 4 cilddə. Bakı, 2007.
      • Seçilmiş əsərləri 5 cilddə. Bakı, 2007.
      • Tarixin müasirliyi və müasirliyin tarixi. Bakı, 2011.
      • Türk Dünyasının yeni lideri (Prezident İlham Əliyevin portreti) Bakı, 2006. (D. Osmanlı, O. Musayevlə birlikdə)
      • Türkün dünyasından türk dünyasına. Bakı, 2016. 106 s.
      • Afaq Məsud dünyası. Bakı: Elm və təhsil, 2016. 179 s.
      • Keçən günlərin dastanı. Bakı, Xan, 2016. 210 s.
      • Ədəbiyyatın müstəqilliyindən müstəqilliyin ədəbiyyatına. Bakı: Elm və təhsil, 2016. 347 s.
      • Etnoloji etüdlər. Bakı: Elm və təhsil, 2016. 107 s.
      • Azərbaycan xalqının tarixi , yaxud tərcümeyi-halı (Gürcü dilində), Tbilisi, 2016.
      • Möhsün Nağısoylu. Bakı: Elm və təhsil, 2016. 55 s
      • Türkologiyaya giriş. Bakı: Elm və təhsil, 2016. 247 s.
      • Azərbaycançılıq ideologiyasının etnoqrafik əsasları. Bakı: AzAtaM, [Elm və təhsil], 2016. 214 s.
      • Elçin. Yazıçının yaradıcılıq yolu. Bakı: Zərdabi LTD, 2017
      • Əlşab əl Azərbaycan möcüz əlseyrət va əlmesirət. Bakı: Aspoliqraf, 2017. 67 s.
      • Türkologiyaya giriş. Bakı, 2017.
      • Türkologiyanın müasir problemləri. Bakı: Elm və təhsil, 2017. 203 s.
      • Səməd Mənsurun poeziyası. Bakı: Elm və təhsil, 2017. 79 s.
      • Molla Pənah Vaqif. Bakı: Renessans-A, 2017. 238 s.
      • Ədəbiyyat söhbətləri. Bakı, 2018.
      • Türkologiya. Bakı, 2018.
      • Dolan, kəfkirim, dolan… Bakı: Elm və təhsil, 2018. 190 s.
      • Mir Cəlalın milli idealları. Bakı: [n. y.], 2018. 111 s.
      • Azərbaycan nitq mədəniyyəti. Bakı, 2018.
      • Azərbaycan ədəbiyyatı tarixinin etüdləri. Bakı, 2019.
      • Dildən dilçiliyə. Bakı, 2019.
      • Ümumi dilçilik (Dərslik). Bakı:Təhsil, 2020.144s.
      • Multidissiplinar dilçilik (Dərs vəsaiti). Bakı :Elm və təhsil, 2021.180s.
      • Sözümüzün Ali Baş Komandanı, Bakı:Elm və təhsil, 2021.200s.
      • Ümumi dilçilik (Dərslik). Təkminləşdirilmiş ikinci nəşri. Bakı: Təhsil, 2023,216s.

      Filmoqrafiya

      İstinadlar

      1. 123Czech National Authority Database.
      2. ↑”AMEA-nın həqiqi və müxbir üzvlüyünə keçirilən seçkilərin nəticələri açıqlanıb”. 2020-10-28 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2017-05-02 .
      3. ↑VƏZİFƏLİ KAFEDRA MÜDİRLƏRİArxivləşdirilib 2016-08-26 at the Wayback Machine (az.)
      4. ↑”Məhəmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Universiteti müəllimlərinə fəxri adların verilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI”. https://e-qanun.az (azərb.) . 11 fevral 2000. 27 fevral 2016 tarixində arxivləşdirilib . İstifadə tarixi: 27 fevral 2016 .
      5. ↑”N. Q. Cəfərovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı”. 2020-09-23 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2019-09-24 .
      6. ↑” ” Metafizika” jurnalının redaksiya heyətinin üzvləri”. 2022-03-12 tarixində orijinalından arxivləşdirilib . İstifadə tarixi: 2022-01-01 .

Comments are closed, but trackbacks and pingbacks are open.