30 №-Lİ TAM ORTA MƏKTƏB
KİÇİK AKADEMİYANIN “KİÇİK TƏDQİQATÇILARI” İbtidai sinif şagirdlərində tədqiqatçılıq bacarığını inkişaf etdirmək, elmi- tədqiqat fəaliyyətinə marağı olan istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq, onların gələcəkdə ” Kiçik Akademiya ” da, elmi cəmiyyətlərdə, intellektual klub və dərnəklərdə iştirak etməsini təmin etmək ,referatlar hazırlamaq, birgə layihələrdə iştirak etmək vərdişlərini formalaşdırılmasına əlverişli şərait yaratmaq məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “Kiçik tədqiqatçılar” müsabiqəsi təşkil olunub. Müsabiqənin rayon mərhələsində iştirak edəcək şagirdləri müəyyən etmək məqsədilə məktəbdə seçim turu təşkil olundu. Şagirdlərin hazırladıqları referatlar dinlənildi və müsabiqədə iştirak edəcək komanda müəyyən edildi.
“Kiçik Akademiya”nın hesabat tədbiri keçirilib – Foto
Suraxanı rayonu Dilavər Məmmədzadə adına 232№-li məktəb öz fəaliyyətini təhsilin keyfiyyətini yüksəltmək, şagird nailiyyətini artırmaq istiqamətlərindən qurub. Bu səbəbdən məktəbdə şəffaf və sağlam təhsil mühiti yaradılmış, mühüm əhəmiyyətli işlər görülmüşdür. Mütəmadi olaraq məktəbdə milli dövlətçilik, vətənpərvərlik, milli-mənəvi dəyərlər mövzularında keçirilən tədbirlər, görüşlər bu deyilənlərə bariz sübutdur.
AzNews.az Missiya.az-a istinadən xəbər verir ki, noyabrın 24-də 232 saylı məktəbdə yaradılmış “Kiçik Akademiya”nın bir illik hesabatına dair tədbir keçirilib. Məktəbdə yaradılmış “Kiçik Akademiya”nın məqsədi məktəbin istedadlı şagirdlərinin fəaliyyətini məqsədyönümlü şəkildə inkişaf etdirmək, yüksək intelektə malik yeni nəsli formalaşdırmaqdır. Şəhid Dilavər Məmmədzadənin adını daşıyan məktəbin “Kiçik Akademiya”sının prezidenti riyaziyyat müəllimi Günel İsmayılova, vitse-prezidenti informatika müəllimi Aynur Əkbərova, katib biologiya müəllimi Fərqanə Əkbərovadir. “Kiçik Akademiya” 4 kafedra üzrə fəaliyyət göstərir: Humanitar, Texniki, Təbiət və Estetik fənlər kafedrası. Tədbirdə çıxış edən məktəbin direktoru Məhluqə Əzizova “Kiçik Akademiya”nın yaradıcılıq və elmi-tədqiqat işlərinə meyil və maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin üzvlüyü əsasında məktəbdə yaradılan ictimai birlik olduğunu qeyd edib. Direktor qeyd edib ki, “Kiçik Akademiya”nın təşkilində əsas məqsəd yerli və respublika səviyyəsində istedadlı şagirdlərimizlə aparılan işlərin tənzimlənməsinə, bu sahədə səmərəli fəaliyyət mexanizmi yaradılmasına köməklik göstərməkdən, şagirdlərdə tədqiqatçılıq qabiliyyətinin formalaşması ilə bağlı tədbirlərin sistemli həyata keçirilməsini təmin etməkdən ibarətdir. “Təhsil Nazirliyinin əmrinə əsasən məktəblərdə “Kiçik Akademiya” təsis olunub.
“Məktəbimizdə bu gün “Kiçik Akademiya”nın bir illik hesabatına dair tədbir keçirildi. “Kiçik Akademiya”nı təşkil etməkdə məqsəd məktəbin istedadlı şagirdlərinin fəaliyyətini məqsədyönlü şəkildə inkişafına kömək etmək, yüksək intelektə malik yeni nəslin formalaşmasına xidmət etməkdən ibarətdir. Şagirdlərin özünü təsdiqi, inkişafında, elmi- tədqiqat işinin aparılması yollarını öyrənməkdə, öz bacarıqlarını nümayiş etdirməkdə “Kiçik Akademiya”nın əhəmiyyətli rolu olacaq”, – deyə Məhluqə Əzizova bildirib.
“Kiçik Akademiya”nın təbiət fənləri üzrə üzvü 8-ci sinif şagirdi Türkanə Əliyeva “Alternativ enerji”, humanitar fənlər- Şəlalə Əliyeva (9″A”) “Atəşgah” və Orxan Kərimli (8″B”) “Oxu tar”, texniki fənlər – Taleh Həsənov (11″A”) “Rar və Zip proqramlarının şifrəsinin sındırılması”, İranə Mirzəzadə( 5″B”) “Əlverişli vurma üsulları”, estetika kafedrası Sənanə Əzimova “Xarı bülbül” (8″A”) mövzusunda tədqiqat işlərini tədbirdə təqdim ediblər. Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ümumtəhsil şöbəsinin baş məsləhətçisi Camal Bağırov, Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun böyük elmi işçisi, coğrafiya üzrə fəlsəfə elmlər doktoru Etibar Bədəlov, Saray 2 saylı məktəbin direktoru Fikrət Balakişiyev, İnformatika müəllimi Gülnarə Bayramova, 97 nömrəli məktəbin direktor müavini Fəridə Haqverdiyeva, 85 nömrəli məktəbin direktor müavini Vəli Məmmədov, 226 nömrəli məktəbin direktoru Qardaşxan Səlimov, 182 nömrəli məktəbin kimya müəllimi Zərövşən Ömərova, 208 nömrəli məktəbin Uşaq birliyi rəhbəri Təranə Əliyeva, 84 nömrəli məktəbin xarici dil müəllimi Solmaz Əsgərova iştirak edib.
30 №-Lİ TAM ORTA MƏKTƏB
KİÇİK AKADEMİYANIN ÜZVLƏRİ ROBOTOTEXNİKA TƏLİMİNDƏ 24.12.2022-ci il tarixində məktəbin Kiçik Akademiya üzvləri fizika fənn müəllimi Gülüstan Musayevanın təşkilatçılığı ilə robototexnika təlimində iştirak etdilər. Robotlar haqqında məlumat toplayaraq onlarla tanış oldular.
KİÇİK AKADEMİYANIN “KİÇİK TƏDQİQATÇILARI” İbtidai sinif şagirdlərində tədqiqatçılıq bacarığını inkişaf etdirmək, elmi- tədqiqat fəaliyyətinə marağı olan istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq, onların gələcəkdə ” Kiçik Akademiya ” da, elmi cəmiyyətlərdə, intellektual klub və dərnəklərdə iştirak etməsini təmin etmək ,referatlar hazırlamaq, birgə layihələrdə iştirak etmək vərdişlərini formalaşdırılmasına əlverişli şərait yaratmaq məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “Kiçik tədqiqatçılar” müsabiqəsi təşkil olunub. Müsabiqənin rayon mərhələsində iştirak edəcək şagirdləri müəyyən etmək məqsədilə məktəbdə seçim turu təşkil olundu. Şagirdlərin hazırladıqları referatlar dinlənildi və müsabiqədə iştirak edəcək komanda müəyyən edildi.
MƏKTƏB “KİÇİK AKADEMİYA” NIN 2019/2020-Cİ TƏDRİS İLİ ÜZRƏ İLK İCLASI Məktəbdə Kiçik Akademiyanın ilk yığıncağı təşkil olundu .İclasda Kiçik Akademiyanın tərkibi və fəaliyyəti müəyyənləşdi. Kiçik Akademiyanın üzvlərinin araşdırdıqları tədqiqat mövzuları təsdiqləndi. Kiçik Akademiyanın prezidenti bölmə rəhbərlərinə və məktəbli tədqiqatçılara lazımi tövsiyələrini verdi.
MƏKTƏBİN “KİÇİK AKADEMİYA”SI HAQQINDA MƏLUMAT V.Əzizov adına 30 nömrəli tam orta məktəbdə “Kiçik Akademiya” 2016-ci il tarixdən fəaliyyətə başlayıb. Bizim əsas məqsədimiz IX-XI siniflərdə təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi -tədqiqat işinə meyli olan istedadlı şagirdlərin vaxtında aşkar edilməsidir. Hədəflərimiz şagirdlərdə elmi dünyagörüşün formalaşdırılması istiqamətində sistemli iş aparmaq, onların öz maraq dairələrinə uyğun tədqiqatçılıq bacarığını genişləndirmək, istedadlı şagirdlərin tətqiqat işləri hazırlamalarına istiqamət vermək və müxtəlif layihələrdə iştirak etməkdir. Məktəb KA üzvləri AMEA-nın akademik H.Əliyev adına Coğrafiya İnstitutu, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası və Tarix İnstitutu ilə sıx əməkdaşlıq edir. “Kiçik Akademiya” çərçivəsində Humanitar, Təbiət, Fizika-Riyaziyyat, İngilis dili bölmələri fəaliyyət göstərir. Bölmələr öz növbəsində kafedralara ayrılır. “Kiçik Akademiya” nın fəaliyyət planına əsasən, hər kafedranın öz aylıqları keçirilir. Aylıqlar çərçivəsində şagirdlərin kiçik elmi -tədqiqat işlərinin təqdimatları, tarixi əlamətdar günlər və yubileylərlə bağlı müsabiqə və viktorina, elmi-təcrübi konfrans, dəyirmi masalar, görüşlər təşkil olunur. KA-nın tərkibi aşağıdakı kimidir: Prezident – Ağayeva Vüsalə ( riyaziyyat müəllimi) I vitse – prezident – Ağazadə Rəna ( 10 ”A”) II vitse – prezident – Əsədli Ülvi (9 ”B”) III vitse – prezident – Məhərrəmli Aişə (9 ”A”)
Məktəblərdə “Kiçik akademiya”ların fəaliyyəti təkmilləşdirilir
Ümumtəhsil müəssisələrində “Kiçik akademiya”ların fəaliyyətinin gücləndirilməsi ilə bağlı tədbir keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildirilib ki, tədbirin keçirilməsində məqsəd “Kiçik akademiya” seminarlarında iştirak edən şagirdlərin ən yaxşı tədqiqat işlərini nümayiş etdirməkdən ibarətdir.
Paytaxtdakı 82 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə BŞTİ-nin əməkdaşları, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, “Kiçik akademiya”nın prezidenti, kimya-biologiya elmləri üzrə fəlsəfə doktoru Ariz Məmmədov, məktəb direktorları və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə 291 nömrəli ekologiya liseyinin direktoru Kəmalə Mirzoyeva açıq elan edərək liseyin “Kiçik akademiya”sı barədə ətraflı məlumat verib.
BŞTİ-nin sektor müdiri Anar Qədiməliyev çıxışı zamanı “Kiçik akademiya”ların təşkilində əsas məqsədin yuxarı sinif şagirdlərinin elmi axtarışlara sövq edilməsi, onların müasir tədqiqat metodlarına yiyələnməsi, ali təhsil müəssisələri ilə ümumtəhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsindən ibarət olduğunu bildirib. Akademiyaların fəaliyyətinin və şagirdlərin layihələrinin tədqiqatyönümlü olmasının vacibliyini nəzərə çatdırıb.
Çıxış edən digər qonaqlar elmi-tədqiqat fəaliyyətinə meyli olan istedadlı şagirdlərin vaxtında aşkara çıxarılması və onların fəaliyyətlərinin stimullaşdırılmasında “Kiçik akademiya”ların müsbət rolu olduğunu bildiriblər.
Tədbirdə 291 nömrəli ekologiya liseyinin şagirdi Fərman Hüseynovun “Zirə ilançılıq kombinatının bağlanılmasının mənfi cəhətləri”, 39 nömrəli tam orta məktəbin şagirdi Simuzər Şıxməmmədbəyovanın “Heyvanların bioexolokasiyası”, 258 nömrəli tam orta məktəbin şagirdi Nigar Novruzlunun “Cənnət Qarabağda itirdiklərimiz”, 57 nömrəli tam orta məktəbin şagirdi Aydan Ağalarzadənin “Kristal və kristoloqrafiya” mövzularında məruzələri dinlənilib.
Sonda tədbirdə fəal iştiraka görə şagirdlərə fəxri fərmanlar verilib.
Comments are closed, but trackbacks and pingbacks are open.