Press "Enter" to skip to content

Nazirlikdən məktəbdaxili qiymətləndirmə ilə bağlı AÇIQLAMA

Formativ qiymətləndirmə həm şagirdə, həm də valideynə yönəlmiş ola bilər. Bundan asılı olaraq formativ qiymətləndirmənin nəticələri müxtəlif formada çatdırılır:

Leyla Bayramova

DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

25 Mayıs 2019 Cumartesi

Məktəbdaxili qiymətləndirmənin növləri, üsul və vasitələri

Paylaşıldı on 12:19 by Leyla Bayramova

VIII Mövzu: Məktəbdaxili qiymətləndirmənin növləri, üsul və vasitələri

Qiymətləndirmə üsulu dedikdə bu prosesin həyata keçirilmə üsulları nəzərdə tutulur.
Qiymətləndirmə vasitəsi isə bu prosesdə istifadə olunan alətdir.
Əgər qiymətləndirmə üsulu müəyyənləşdirilibsə, istifadə olunan alət – imla, inşa, məsələ və misal həlli qiymətləndirmə vasitəsi olur.
Qiymətləndirmənin məqsədindən asılı olaraq üsul və vasitələr fərqli olur.

Diaqnostik qiymətləndirmə

Diaqnostik qiymətləndirmə şagirdin bilik və bacarıqlarının ilkin səviyyəsini müəyyənləşdirməklə, birbaşa müəllimin təlim strategiyalarının seçilməsinə xidmət edir. Diaqnostik qiymətləndirmə əsasən dərs ilinin, bəhs və ya bölmələrin əvvəlində, şagird başqa ümumi təhsil müəssisəsindən gəldikdə, sinfi dəyişdikdə və digər zəruri hallarda onun bilik və bacarıqları haqqında məlumat toplamaq, fərdi yanaşmanı təmin etmək və təlim strategiyasını müəyyənləşdirmək məqsədilə müəllim tərəfindən aparılır. Bu qiymətləndirmənin nəticələri sinif və formativ qiymətləndirmə jurnallarında qeyd olunmur, müəllimin qeyd dəftərində öz əksini tapır, yazılı qeydlər sinif və şagird portfoliosunda saxlanılır .

DİAQNOSTİK QİYMƏTLƏNDİRMƏDƏ İSTİFADƏ OLUNAN ƏSAS ÜSUL VƏ VASİTƏLƏR
ÜSULLAR
VASİTƏLƏR
Tapşırıqvermə
Çalışmalar
Müsahibə
Müəllimin qeydiyyat vərəqi
Müşahidə
Müşahidə vərəqi
Valideynlərlə və digər fənn müəllimləri ilə əməkdaşlıq
Söhbət və müəllimin sorğu vərəqi

Formativ qiymətləndirmə
Formativ qiymətləndirmə şagirdin məzmun standartlarından irəli gələn bilik və bacarıqların mənimsənilməsinə yönəlmiş fəaliyyətini izləmək, bu zaman qarşıya çıxan problemləri aradan qaldırmaq və təhsilalanı istiqamətləndirmək məqsədilə aparılır.
Formativ qiymətləndirmə dərsi müşayiət edən prosesdir. Fənn üzrə aparılan formativ qiymətləndirmə şagirdin ehtiyaclarını öyrənmək, uğur qazana bilməməsinin səbəblərini araşdırmaq və onun inkişafını təmin etmək məqsədilə müntəzəm olaraq həyata keçirilir. Formativ qiymətləndirmə sayəsində şagird gündəlik təlim fəaliyyəti ərzində rəqəmli qiymət almaq üçün deyil, yaxşı nəticə göstərmək üçün çalışır.
Formativ qiymətləndirmənin nəticələri “Müəllimin formativ qiymətləndirmə dəftəri” və məktəbli kitabçasında şagirdin idraki və hərəki fəaliyyətinin səviyyələrinə uyğun sözlərlə öz əksini tapır
Şagirdin təlim nəticələrinə nail olması və nəticədə summmativ qiymətləndirmədə nailiyyət qazanmasına kömək məqsədilə aparılır. Fənn müəllimi formativ qiymətləndirmə aparmaq üçün qiymətləndirmə meyarlarını müəyyənləşdirməlidir.
Qiymətləndirmə meyarları birbaşa məzmun standartlarından çıxarılır.

FORMATİV QIYMƏTLƏNDIRMƏNI HƏYATA KEÇIRƏN MÜƏLLİM BİLMƏLIDIR:
Fənn üzrə hər bir dərs müəyyən məzmun standartlarının reallaşdırılmasına xidmət edir.
Hər dərsdə müəllim təlim prosesini şagirdlərin məzmun standartlarının tələblərinə uyğun bilik və bacarıqlara yiyələnməsinə yönəltməlidir.
Şagirdlər fəaliyyətlərində potensial imkanları daxilində həmin bacarıqlara yiyələnmənin müxtəlif səviyyələrini nümayiş etdirə bilərlər.
Müəllim əvvəlcədən hazırladığı qiymətləndirmə meyarları əsasında şagirdlərin müşahidə oluna biləcək fəaliyyət səviyyəsini zəif, orta, yüksək olmaqla qruplaşdırmalı və şagirdin adının qarşısında fəaliyyətinə uyğun müvafiq qeydlərini yazmalıdır.
Formativ qiymətləndirmənin nəticələri müəllimin qeyd dəftərçəsində və şagirdin məktəbli kitabçasında sözlə qeyd olunur.
Formativ qiymətləndirmənin həyata keçirilməsi və nəticələrinin qeydiyyatının aparılması üçün müəllim aşağıdakı bacarıqları inkişaf etdirməlidir:
1. Fənn üzrə mövzu keçilərkən hansı standartı həyata keçirəcəyini müəyyənləşdirmək.
2. Məzmun standartları əsasında qiymətləndirmə meyarlarını müəyyənləşdirmək.
3. Hər bir qiymətləndirmə meyarına uyğun 4 nailiyyət səviyyəsi üzrə (məsələn, I səviyyə, II səviyyə, III səviyyə, IV səviyyə) rubriklər hazırlamaq.

Formativ qiymətləndirmə həm şagirdə, həm də valideynə yönəlmiş ola bilər. Bundan asılı olaraq formativ qiymətləndirmənin nəticələri müxtəlif formada çatdırılır:

Şagird üçün onun dəftərlərində və ya digər iş vərəqlərində konstruktiv şərhlər (qeydlər) yazılır və nəticələri təkmilləşdirmək üçün konkret göstərişlər və tapşırıqlar verilir.
Şagirdlə əks əlaqə formativ qiymətləndirmənin müxtəlif keyfiyyət üsullarından istifadə edərək yaradıla bilər.
Valideynin nəzərinə isə məktəbli kitabçası vasitəsilə çatdırılır ki, onun uşağı məzmun standartları və ya cari təlim nəticələri üzrə nə dərəcədə irəliləyib və ya hansı nəticələr əldə edib.
Müəllim formativ qiymətləndirmənin nəticələrini “Müəllimin formativ qiymətləndirmə dəftəri”ndə qeyd edir.

Nazirlikdən məktəbdaxili qiymətləndirmə ilə bağlı AÇIQLAMA

Təhsil Nazirliyi məktəbdaxili qiymətləndirmənin keçirilməsi ilə bağlı açıqlama yayıb.

BiG.AZ-ın xəbərinə görə, nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, ümumi təhsil müəssisələrinin II-XI siniflərində bütün fənlər üzrə summativ qiymətləndirmə keçiriləcək:

“Belə ki, ümumi təhsil müəssisələrinin II-XI siniflərində bütün fənlər üzrə summativ qiymətləndirmə fənni tədris edən müəllim tərəfindən əyani formada yarımilin sonunda bir dəfə olmaqla aparılacaq. Qeyd edək ki, summativ qiymətləndirmənin nəticələri 100 ballıq şkala ilə ölçülür və qiymətləndirmədə test, inşa, çalışma, yaradıcılıq və əl işləri, layihə kimi vasitələrdən istifadə olunur.

Cari tədris ilinin I yarımili üzrə məktəbdaxili qiymətləndirmə distant formada təşkil olunduğu səbəbindən summativ qiymətləndirmənin şifahi formada da aparılması məqbul sayılmışdı. II yarımil üzrə əyani formada təşkil olunacaq məktəbdaxili qiymətləndirmədə isə şifahi forma nəzərdə tutulmayıb.

Əlavə olaraq bildiririk ki, məktəbdaxili summativ qiymətləndirmə milli qiymətləndirmə tədqiqatı ilə qarışdırılmamalıdır. Təhsil Nazirliyinin rəsmi səhifəsində dərc edilmiş milli qiymətləndirmənin keçirilməsinə dair xəbərlər məktəbdaxili qiymətləndirmə ilə bağlı deyil. Milli qiymətləndirmə təhsilin keyfiyyətinə nəzarət etmək üçün ümumi təhsil müəssisələrində aparılan tədqiqatdır. Milli qiymətləndirmənin nəticələri şagirdlərin məktəbdaxili qiymətləndirmə nəticələrinə təsir etmir”.

Xəbərlər Baxılıb: 1480 Tarix: 21 may 2021

Şikayətiniz varsa Whatsapp: 051 7028255

DiGƏR XƏBƏRLƏR

Ağ saçları 5 dəqiqədə qaraldan şampun

Məhsul haqqında. Dexe Black Hair Shampoo. Ağ saçları qaraldan şampun. Artıq bəylərimiz də komplekslərindən asanlıqla qurtula bilər. Sizi cavan göstərəcək bu məhsul vasitəsiylə ağ saçlara əlvida deyin. 100% Təbii Subaru Saç Qaraldan Şampun. İlk İstifadədə Bütün Bəyazlarınızdan kurtulmanızı Sağlar!. Özünüz

Xanımlar, ideal incəliyə əziyyətsiz nail olun!

Məhsul haqqında BURADAN. SİFARİŞ:055 239 54 49. 25 sümüklü təbii Lateks korseti hər hansı bir diskomfort hiss yaratmadan, yorucu pəhriz və mürəkkəb kompleks məşqləri tətbiq etmədən sizin belinizin ölçüsünün 25 gün ərzində 7-10 sm azalmasına səbəb olacaq. Həmdə beli düz saxlayır və geynən kimi əla incəldir

Dexe şampunla daha möhkəm və uzun saçlara sahib olacaqsınız

Saçlarımız xarici görünüşümüzdə böyük rol oynasa da, bəzən stress, bəzən yanlış qidalanma, bəzən genetik, bəzənsə kənar amillər və s. səbəblərdən tökülə bilir. Komplekslərimizdən qurtulmağı nə qədər çox bacarsaq belə, saç tökülməsinin həyatımızdakı mənfi rolu danılmazdır. Tökülən saçların bərpası üçü

Şənbə gününün HAVA PROQNOZU

Mayın 22-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək. ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən -a bildirilib ki, havanın temperaturu gecə 15-19, gündüz 28-33, Bakıda gecə 17-19, gündüz 29-31 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civ

Pensiyaçıların sayı azalacaq – Bu tarixə qədər.

2017-ci ildən Azərbaycanda pensiyaçıların sayında azalma müşahidə edilir. Beş il əvvəl ölkəmizdə 1,315 milyon pensiyaçı olduğu halda onların sayı 2021-ci ilin yanvarın 1-də 1,229 milyona enib. 2021-ci il aprelin 1-də isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondund

Ərinin üstünə oturub öldürdü – Film kimi hadisə – FOTO

Rusiyada 100 kq. çəkisində Tatyana adlı qadın əri ilə dava zamanı onun ölümünə səbəb olub. Bu ölüm səhnəsi isə hamını şoka salıb. -a istinadən xəbər verir ki, qadın ərinin qeyri-adi üsulla ölümünə səbəb olub. Məlumata görə, dava zamanı ərinin üstünə çıxan qadın kişinin yalvarışlarına baxmayaraq onu

Bakıda yeniyetmə faciəli şəkildə öldü

Mayın 16-da 14 yaşlı Qarayev Sürət Əzim oğlu elektrik cərəyanı vurub və o, 3 saylı Sabunçu şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. 5 gün xəstəxanada qalan yeniyetmə bu gün dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır

Aydan Salahova atasının ölüm səbəbini AÇIQLADI

“Atamın ölümünün səbəbi ağciyər iltihabı idi. Berlinə müayinə üçün gəlmişdi. Hər şey yaxşı idi. Sonra gözlənilmədən ağciyər iltihabı diaqnozu qoydular. Səbəbi məlum deyil, çünki bütün göstəricilər yaxşı idi. O, koronavirusdan hələ dekabrda sağalmışdı, anticisimləri var idi”. Bu barədə “Report”u

DTX iki qurumla birlikdə əməliyyat keçirdi: Saxlanılanlar var

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriy­­­yəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən -a bildirilib ki, DSX əməkdaşlarının sayıqlığı nəticəsind

Məktəbdaxilibai ile qiymətləndirmə 2019

Təhsil İnstitutu tərəfindən TİMSS 2019 (Trends in International Mathematics and Science Study) – riyaziyyat və təbiət elmləri üzrə beynəlxalq qiymətləndirmə proqramının pilot mərhələsinin keçirilməsinə başlanılıb.

Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, tədqiqatın pilot mərhələsində 7-si paytaxt, 18-i region məktəbləri olmaqla, ümumilikdə 25 məktəb üzrə 32 sinfin IV sinif şagirdlərinin iştirakı nəzərdə tutulub.

Nazirlikdən əlavə edilib ki, 2017-ci ildə elan olunan beynəlxalq PIRLS qiymətləndirməsinin nəticələrinə görə, azərbaycanlı şagirdlərin 2016-cı ildə oxu bacarıqları 2011-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 10 bal artaraq 462 baldan 472 bala yüksəlib. “PIRLS 2011” tədqiqatının nəticələri ilə müqayisədə son 5 ildə “mükəmməl” və “yüksək” səviyyəyə uyğun nəticə göstərmiş ibtidai sinif şagirdlərinin sayı 2 dəfə artıb. “Aşağı” səviyyəyə uyğun nəticə göstərmiş şagirdlərin faizi isə 10 faiz azalaraq 37-dən 27-ə enib.

Comments are closed, but trackbacks and pingbacks are open.