Press "Enter" to skip to content

Məktəbəqədər kurikulum

Vətən müharibəsindən əvvəl məcburi köçkünlərə verilməsi üçün tikilən mənzillərin satışı və satışdan əldə olunan vəsaitdən istifadə qaydaları təsdiqlənib. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb. Fərmana əsasən, şəhid ailələrinin və müharibə əlillərinin sosial-məişət şəraitini

Məktəbəqədər kurikulum

“Təhsil nazirinin verdiyi əmr kurikulumun ümumuiyyətlə ləğvi demək deyil”.

Bu sözləri Ölkə.Az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov Təhsil naziri Emin Əmrullayevin “Məktəbəqədər təhsil proqramı (kurikulum)”nı təsdiqləməsi ilə bağlı əmrini şərh edərkən deyib. O bildirib ki, köhnə kurikulum işlək olmadığı üçün ləğv edilib:

“Məktəbəqədər təhsil üçün 2010-ci ildə qəbul edilmiş və işləməyən kurikulum ləğv edilib. Kurikulumlar yeni standartlarla yazılacaq. Çünki indiyə qədər olan kurikulum o qədər də effektiv deyildi. Bundan sonra daha çox şəxsiyyətyönümlü,bilikyönümlü kurikulumların tətbiqi nəzərdə tutulur. Ona görə də köhnəsi ləğv dilib. Burada kurkulumun tamamilə ləğvindən söhbət getmir. Çünki 2011-ci ilin dekabrında bağçalar icra hakimiyyətinin tabeliyinə veriləndə onlar üçün kurikulumlar yazılmışdı, amma işləməmişdi. İşlək olmadığına görə, yeni kurikuluma ehtiyac yarandı”.

Təhsil ekspertinin sözlərinə görə, yeni kurikulumlarda yaş kateqoriyası da var:

“Kurikulum istər orta ümumtəhsil məktəblərində, istər ali təhsil müəssisələrində öyrənmənin yeni yoludur. Artıq indi yeni standartlarda, qruplara uyğun individual yanaşmanı özündə əks etdirən kurikulumlar yazılacaq. Çünki köhnə kurikulumlar daha çox ibtidai uşaqların hamısı üçün (3-6 yaş) eyni formada nəzərdə tutulmuşdu. Amma yenisində yaş kateqoriyası var. Məsələn, 1-2 yaşda olanlar üçün bir, 3, 4, 5 və 6 yaşlardakı uşaqların hərəsi üçün isə ayrı-ayrı kurikulumlar yazılacaq. Yəni buada kurikulumun təkmilləşdirilməsi nəzərdə tutulur”.

Billurə Yunus

Məktəbəqədər kurikulum

Təhsil naziri Emin Əmrullayevin “Məktəbəqədər təhsil proqramı (kurikulum)”nın təsdiqi barədə imzaladığı əmr ictimaiyyətdə çaşqınlıq yaratdı. Nazirin əmri kurikulumun ləğvi kimi qiymətləndirildi və insanlar arasında qısamüddətli sevincə səbəb oldu.

Nazirlik isə açıqlama yayaraq bildirdi ki, söhbət kurikulumun ləğvindən yox, yenilənməsindən gedir.

Bəs, insanlar niyə kurikulumun ləğv olunmasını istəyir?

Modern.az bu sualla təhsil ekspertlərinə müraciət edib.

Bakı Mühəndislik Universitetinin elmi işlər üzrə prorektoru, təhsil eksper ti Elçin Süleymanov söyləyib ki, kurikulum kəlməsi insanlara əcnəbi bir söz kimi gəlsə də, bu, tədris proqramı deməkdir.

Ekspert deyib ki, tədris proqramı sovet sistemində daha fərqli idi:

“Ancaq Azərbaycan müstəqilik əldə etdikdən sonra inkişaf etmiş ölkələrin tədris proqramını əhatə edən bir sistem- kurikulum sistemi üzrə çalışmalara başlanıldı. Bu tədris proqramı məktəbdə verilən biliklərin bir-biri ilə bağlantılı olması, şagird, şəxsiyyət yönümlülük inkişaf və fənlərarası inteqrasiya deməkdir. Sovet sistemində bu yox idi, daha çox bilik və bacarıqların əzbərlənməsi, informasiyanın ötürülməsi var idi. Hazırda Azərbaycanda 22 fənn üzrə orta məktəbdə kurikulum üzərində tədris aparılır. Müəllimlər tərəfindən reaksiya olması ənənəvi təhsil metodundan vaz keçməyə görədir. Kurikulum hər fənnin yol xəritəsidir”.

Təhsil eksperti Kamran Əsədov isə bildirib ki, təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı məsələləri özündə əks etdirən bu sənədlər toplusu – kurikulum gözlənildiyi kimi, təhsil ideyamıza çevrilə bilmədi

Ekspert qeyd edib ki, kurikulum standartları əsasında hazırlanmış qiymətləndirmə mexanizmləri şagirdlərimizin nitq qabiliyyətini, yazı vərdişlərini, məntiqi təfəkkürünü nəinki inkişaf etdirə bilmədi, əksinə, bir çох ziddiyyət və anlaşılmazlıqlar yaratmaqla vəziyyəti bir az da ağırlaşdırdı:

“Halbuki kurikulum dünyanın mükəmməl, inkişaf etmiş ölkələrində qəbul edilən təhsil üsullarından biridir. Kurikulum qiymətləndirmə, şəxsiyyətlilik və sair baxımından kifayət qədər üstünlüyə malikdir.Geridə qoyduğumuz 11 il ərzində müəllimlər müasir standartlara uyğun olaraq yeni alətlərdən istfadə etməli idilər. Amma 20 il ərzində müəllimlər ənənəvi test tapşırıqlarını, ənənəvi dərsi necə tətbiq etməyi öyrəniblər və onlar bunu mənimsəyiblərsə, yeni sistemdə belə ənənəvi, köhnə qaydadan istifadə edirlər. Real vəziyyət budur ki, müəllimlər kurikulum sistemindən, yeni alətlərdən necə istifadə etməyi bacarmırlar, onlar bunu necə edəcəklərini bilmirlər. Ona görə də şagirdləri aşağı nəticələrə görə qınamaq lazım deyil”.

Ekspert hesab edir ki, ali məktəbdə tədris proqramları əvvəlcədən müasirləşdirilərək müəllimlərə verilməlidir:

“Çünki kadrlar əmək bazarına universitetlərdən daxil olur. Əgər istəyiriksə müəllimlər kurikulumu, müasir təhlil, qiymətləndirməni bilsinlər, onda bu proqramı, lazımi resursları ali məktəblərin tədris proqramına salmaq lazımdır. Təsəvvür edin, 2017,2018 və 2019-cu illərdə kurikulum standartlarına uyğun keçirilən imtahanlarda iştirak edənlərin 70 faizi öz ana dilindən və riyaziyyatdan 2 aldı. 70 faiz insan minimum suala düzgün cavab verə bilmədi. Demək olar 5 alan olmadı. Bu ona görə idi ki, müəllimlər hələ də kurikulum biliklərini əldə edə bilmirlər. Məktəb direktorları düzgün tədris prosesi qura bilmirlər. Kurikulum standartlarından biri öyrədilən bilik və bacarıqların “KSQ”, “BSQ”, “Formativ”lərlə yoxlanılmasıdır. Amma müəllimlər hələ də bunun ənənəvi qapalı test üsulu ilə yoxlanmasını həyata keçirirlər. Halbuki digər konseptual bacarıqların yoxlanılması müxtəlif test tapşırıqları ilə yoxlanılmalıdır. Amma hələ də müəllimlər kurikulumu qəbul etmək istəmirlər. Çünki düşünürlər ki, bunun üçün pul lazımdır. Yəni hər dərsin hazırlanmasına əlavə vəsait tələb olunur. Həqiqətən də müəllimlər burada haqlıdırlar. Düzdür, müəllimlərin maaşları kifayət etmir ki, kurikulumdan hazırlaşsın. Amma bu o demək deyil ki, onlar kurukuluma hazırlaşmamalıdırlar. Hazırda 4500-dən çox orta məktəbdə 155 min müəllim çalışır. Onların çox cüzi bir hissəsi kurikulumdan dərs keçir”.

K.Əsədovun sözlərinə görə, Dövlət İmtahan Mərkəzinin sədri haqlı olaraq keçirdiyi obyektiv, şəffaf imtahanlarla ortaya bir nəticə qoydu ki, orta məktəblərimizdə direktorlarımızın fəaliyyətsizliyi nəticəsində fənn müəllimləri kurikulumu ənənəvi üsulla həyata keçirməyə başlayırlar:

“Dövlət bu standartın həyata keçirilməsi üçün 30 milyon manatdan çox vəsait xərcləyib. Amma təsəvvür edin ki, 155 mindən çox müəllimimizin, demək olar ki, hamısı kurikulum təlimlərinin iştirakçısıdır. Onlar deyirlər ki, kurikulum kurslarından keçmişik, diplomlarımız, sertifikatlarımız var. Amma ortada olan nəticə odur ki, bizim müəllimlərimiz hələ də kurikulumu başa düşə bilmir, mənimsəyə bilməyiblər. Yoxsa Təhsil Nazirliyinin keçirdiyi müəllimlərin işə qəbulu imtahanı üçün mövzu əzbərləyib 3-5 sual yazmaqla kurikulum öyrənmək olmaz, təhsil nazirliyinin bir həftəlik 20 manata keçirdiyi kurikulum təlimləri ilə müəllimlərdə bu müasir yanaşmanı formalaşdırmaq olmaz. Məsələnin pis tərəfi ondan ibarətdir ki, müəllimlərimizə 2-3 günlük kurikulum təlimləri ilə kurikulumu mənimsədə bilmərik. Hesab edirəm ki, kurikulum təlimlərini Dövlət İmtahan Mərkəzi həyata keçirməlidir. Çünki Dövlət İmtahan Mərkəzi, digər qurumlardan fərqli olaraq, bu işi daha peşəkar səviyyədə təşkil edər. Digər qurumlar isə bunu, sadəcə, formal olaraq həyata keçirirlər.

Ümumiyyətlə, “Kurikulumu ləğv etmək və ya bu özünü doğrultmadı kimi” ifadələri düzgün hesab etmirəm. Hörmətli təhsil ağsaqqallarımızın bu günlərdə yayılan fikirlərinin geniş izahına ehtiyac var. Müasir dünya təhsili ilə ayaqlaşmaq adına zaman-zaman yeni və innovativ proqramlara müraciət etmək məcburiyyətindəyik. Kurikulum termini proqram sözünün sinonimi kimi qəbul edilib. Ən yaxşı halda demək olar ki, bugünkü proqramlara yenidən baxmaq, günün tələbi ilə ayaqlaşmaq lazımdır. “Kurikulumu ləğv edək” deyərkən nəyi nəzərdə tuturuq? Mənə görə proqram doğrudur. Lakin icrasında hansısa problemlər var və bu da həll olunmalıdır. Bu başqa məsələ. Sistemin bu cür olmasının yeganə səbəbi orta məktəbdə keçirilən təfəkkür yönümlü tədrisin son nəticədə qiymətləndirməsinin düzgün aparılmamasıdır. Həyati bacarıqlara, praktiki biliklərə söykənən dərsi keçən müəllimin şagirdi qəbul imtahanında sadəcə bilikdən imtahan verir. Bunu da görən müəllim valideynin tələbinə cavab vermək üçün dərslikləri kənara atıb ənənəvi bilik yüklü dərsə üz tutur. Bu da ona gətirir ki, kurikulum özünü doğrultmadı”.

Kurikulum bizə nə qazandırdı, nə aldı?

K.Əsədov deyib ki, kurikulum bizə təlim alma, təlimə getmə mədəniyyəti, təlimçilər, şagirdmərkəzli təlim-tədris, müəllimin müasir tədrisdə yeni fasilitasiya rolunu anlamasını, təlim və tədrisdə müxtəlif üsullar, əyaniliyin artmasını qazandırdı.

Ekspertin fikrincə itirilənlər isə maddi vəsait, klassik müəllim özünəməxsusluğu, kurikulumun bəzi müəllimlər tərəfindən anlaşılmazlığı səbəbi ilə standart müəllim yanaşmasının formalaşmasıdır.

Nazir yeni məktəbəqədər kurikulumu təsdiqlədi

Sosial şəbəkələrdə məktəbəqədər (3-6 yaş) təhsil proqramının, yəni kurikulumun ləğv edilməsi haqda məlumatlar yayılıb.

Sonxeber.az xəbər verir ki, təhsil naziri Emin Əmrullayev “Məktəbəqədər təhsil proqramı (kurikulum)”nın təsdiqi barədə əmr imzalayıb.

Əmrə əsasən, Təhsil Nazirliyi tərəfindən 1998-ci ildə təsdiq edilmiş “Məktəbəqədər müəssisələrdə tərbiyə və təlim proqramı” və Təhsil Nazirliyinin 10 iyul 2012-ci il tarixli 1329 nömrəli əmri ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında məktəbəqədər təhsil proqramı (kurikulumu) (3-6 yaş)” ləğv edilib.

Əmr haqda məlumat yanlış anlaşılaraq kurikulumun ləğvi xəbəri kimi yayımlanıb.

Qeyd edək ki, əmrdə Təhsil İnstitutuna “Məktəbəqədər təhsil proqramı (kurikulum)”nın əsasında metodiki tövsiyələrin hazırlanmasını təmin etmək tapşırılıb. Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunub.

Sosial Baxılıb: 2725 Tarix: 12 aprel 2022

Şikayətiniz varsa Whatsapp: 051 7028255

DİGƏR MARAQLI XƏBƏRLƏR

Hicama haqqında nələri bilirik?

Son zamanlar çox eşitdiyimiz, “hicama”, “hacamat” kimi tanınan küpə terapiya müalicə üsulu barədə nələri bilirik?. -ın verdiyi xəbərə görə, bu barədə həkim-fitoterapevt, apiterapevt, bitkilər üzrə elmi işçi Elnur Eldaroğlu izləyicilərini məlumatlandırıb. Hicama faydaları çox ols

“Özümü həmişə müharibə meydanında televiziya müxbiri kimi xəyal edirdim” – Sülhiyyə Şirinova ilə MÜSAHİBƏ

Tanınmış jurnalist, hazırda özəl banklardan birində mətbuat katibi kimi çalışan Sülhiyyə Şirinova saytının qonağı olub. Onunla səmimi müsahibəni oxuculara təqdim edirik:. – Özünüzü necə təqdim edərdiz?. – İnsanı tanıdan xarakteri, peşəsi, təhsili, məsələlərə baxışları, yanaşmalarıdır. Yaxınlıq məsafəsin

“Uşaqlar cinsi tərbiyə almalıdırlar ki. ” – Psixoloqdan AÇIQLAMA

İstiqamət: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı. Cinsi sui-istifadəyə məruz qalan gənclər zorakılıq ucbatından saysız-hesabsız psixoloji əzablara düçar olurlar. Təəssüflər olsun ki, son zamanlar cinsi və fiziki zorakılığa məruz qalan uşaqlar çoxalıb: İmişli rayonunda 11 yaşlı qızın atalığında

Şiddət görən ana evdən gedərkən övladını özü ilə apara bilərmi? – AÇIQLAMA

İstiqamət: Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması. Son zamanlar ölkəmizdə qadına şiddət artıb. Həyat yoldaşları tərəfindən küçəyə atılan, bıçaqlanan, öldürülən qadınlarımızın sayı artmaqda davam edir. Bəs şiddət görən ana evdən getmək istəsə, övladını da özü ilə apara bilərmi? Qanu

Evi olmayanların NƏZƏRİNƏ! – ŞAD XƏBƏR AÇIQLANDI – VİDEO

Vətən müharibəsindən əvvəl məcburi köçkünlərə verilməsi üçün tikilən mənzillərin satışı və satışdan əldə olunan vəsaitdən istifadə qaydaları təsdiqlənib. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb. Fərmana əsasən, şəhid ailələrinin və müharibə əlillərinin sosial-məişət şəraitini

Azərbaycanda ən çox maaşı kim alır? – RƏSMİ

2022-ci il martın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 3,6 min nəfər və ya 0,2 faiz artaraq 1 milyon 682,1 min nəfər olub. Dövlət Statistika Komitəsindən (DSK) verilən məlumata görə, onlardan 902,5 min nəfəri iqtisadiyyatın dövlət sektorunda

Deputat: “Müəllimlər arasında narkotikdən istifadə edənlər də var”

“Təəssüf ki, bu gün ölkədə müəllimlər, şagirdlər arasında narkotik vasitələrdən istifadə halları var. Hətta məktəblərdə dərs deyən qadın müəllimlərin içərisində siqaretdən istifadə halları xeyli artıb. Bu da şagirdlər üçün böyük təhlükədir. Çünki uşaq gördüyünü götürür. Bununla hamılıqla mübariz

Toyuq dönərlərinə qadağa qoyulmayıb – RƏSMİ AÇIQLAMA

“Toyuq dönərlərinə heç vaxt qadağa qoyulmayıb. Sadəcə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi toyuq dönərləri ilə bağlı xüsusi standartlar hazırlanmışdı”. APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyini

Azərbaycanda qadın qaynı və oğlu tərəfindən şantaj edilir? – AÇIQLAMA

Goranboy rayon sakini qaynı və oğlu tərəfindən şantaj edildiyi bildirib. -ın məlumatına görə, 1984-cü il təvəllüdlü E.S. Goranboy Rayon Polis Şöbəsinə şikayət edərək bildirib ki, hər iki şəxs onu şantaj edir. O, qaynı və oğlunun torpaq sahəsini onlara verməsə, videosunu yayacaqları ilə şantaj etdiyin

Comments are closed, but trackbacks and pingbacks are open.