Press "Enter" to skip to content

Məktəbəqədər təhsildə müasir pedaqoji texnologiyalar

Məktəbəqədər təhsilin məqsədi uşağın fiziki, psixi, emosional, sosial və idraki inkişafı üçün şərait yaratmaq, uşaqların sadə əmək vərdişlərinə yiyələnməsini təmin etmək, uşaqlarda məntiqi və yaradıcı təfəkkürün ilkin elementlərini formalaşdırmaq və istedadlı uşaqların erkən yaşdan üzə çıxarılmasını təmin etməkdən ibarətdir.

Əjdər Ağayev

Açar sözlər: fəaliyyət, pedaqoji fəaliyyət, məktəb, ali məktəb, pedaqoji elmlər sistemi, ali məktəb pedaqogikası, təhsil sistemi, ali təhsil, pedaqoji proses, təlim prosesi, auditoriyadankənar təlim – tərbiyə prosesi, müəllim, tələbə, dərs, məşğələ.
Tələbat, maraq, qabiliyyət, bilik, bacarıq, vərdiş, temperament, xarakter, ünsiyyət – münasibət, iradə, hiss, duyğu, duyum, pedaqoji mühit.

Pedaqoji söhbətləri, pedaqoji əsərləri, pedaqoji işi nəzəri və praktikyönüm baxımından anlamaq və ya o barədə qazmaq, yaxud müəllimlik çalışması fəaliyyəti üçün mütləq pedaqoji, psixoloji anlayışların mənasını və praktikada mahiyyətini bilmək gərəkdir.
Hər bir elmin anlayışlar sistemi, “öz dili” olduğu kimi, təhsil elminin, yəni pedaqogikanın da anlayışlar sistemi, “öz dili” vardır. Bizim bu gün təqdim etdiyimiz açar sözlər bugünkü mövzumuzla bağlı olanlardır.
İnsanın hər hansı iş sahəsində çalışmasının, nə barədə düşünməsinin və s. səylərin fəaliyyət olduğu bəllidir. Çalışma sahəsinə görə fəaliyyət sözünün qarşısına əlamət, sahə, yer və s. bildirən söz yazılır. Tutaq ki, elmi fəaliyyət, ədəbi – bədii fəaliyyət, fiziki fəaliyyət və s.
Təhsil, təlim, tərbiyə işi ilə məşğul olanların çalışma məzmunu pedaqoji fəaliyyət ifadəsində öz əksini tapır. Pedaqoji daşıyıcılarına müəllim, öyrətmən və s. deyirlər. Pedaqoji fəaliyyət tədqiqatçıları, təhsil elmini tədqiq edənlər pedaqoq adlanır. Digər tərəfdən, müəllim və pedaqoqun peşə təhsili alması da bu adı səciyyələndirir.
Pedaqoji peşə təhsili olub, pedaqoji sahədə işləməyənlərə aldığı təhsilə görə müəllim demək olar, lakin pedaqoq demək olmaz. Pedaqoji peşə təhsili olmayıb, təhsil sahəsində çalışanlara da müəllim demək olar. Lakin bu şəxslər mütləq təhsil işinin xüsusiyyətlərini, təlim – tərbiyə prosesini, tədris metodikasını öyrənməli, pedaqogika elminin əlaqədar olduğu və tədqiqat nəticələrinə əsaslandığı sosiologiya, psixologiya, fiziologiya, etika, estetikaya da bələd olmalıdırlar.
Müəllimin işi böyüyən insana təsir üzərində qurulduğu və bu insana bələdlik tələb etdiyi üçün bu elmlərin nəzəri baxışlarını bilmək gərəkdir. Müəllim – tələbə münasibətlərinin praktik yönümündə bu bilgilər, pedaqoji metodikalar nə qədər olsa da, ən optimal təsir qolunu müəllim özü tapmalıdır. Deməli, pedaqoji fəaliyyətdə duyum – intiusiya, şəxsi yanaşma, müəllimin interaktiv fəaliyyəti həlledici əhəmiyyət daşıyır.
1. İnsan dünyaya gələndən onun öyrənmə prosesi başlayır. Lakin o, fizioloji, psixi, sosial, mənəvi – ruhi inkişaf dövründə yaşına, tərbiyəsinə, anlağına uyğun olaraq ətraf aləmi qavrayır və buna görə də insanların ona etdiyi təlim, tərbiyə təsiri böyüyən insanın səviyyəsinə, anlamına, marağına, tələbatına uyğun olmalıdır. Bu cəhət uşağın təhsilində mütləq nəzərə alındığından, onun təhsildə inkişaf səviyyəsinə uyğun olaraq öyrənmə mühiti xüsusi olaraq yaradılır. Məsələn, məktəbəqədər təhsil – uşaq bağçası, ibtidai təhsil – ibtidai məktəb, əsas təhsil – orta təhsil, orta məktəb – tam orta təhsil, peşə – ixtisas təhsili – texniki peşə, orta ixtisas, ali məktəb və diplomdansonrakı təhsil, əlavə təhsil və s. Təbii olaraq, təhsil sisteminə uyğun pedaqoji elmlər sistemi yaranır.
Pedaqoji peşə təhsilinin özünün də böyüyən, inkişaf edən insanın yaşına, əhvalına, marağına, tələbatına uyğun bilgi verən ayrı – ayrı sahəsi vardır. Çünki bu sahənin hər birinin insan inkişafına və xüsusiyyətinə məxsus spesifikliyi (özəllikləri) vardır.
Bizim mövzumuz ali təhsillə – ali məktəb pedaqogikası ilə bağlıdır. Ona görə də ali təhsilə – ali məktəbəqədərki özəlliklərə baş vurmamaq məcburiyyətindəyəm.

Али мяктябдя педагожи фяалиййятин хцсусиййятляри

Ali məktəbdə tədris əsas olduğu üçün burada çalışan professor – müəllim heyətinin işlərinin əsl mahiyyəti pedaqoji fəaliyyətlə səciyyələnir – yəni öyrətim üzərində qurulur. Orta məktəbdə işləyən müəllimdən pedaqoji peşə təhsili tələb olunmur. Lakin ondan elmi yaradıcılıq, ixtisasını mükəmmələ bilmək və ixtisası üzrə tədqiqatçılıq bacarığı tələb olunur. Eyni zamanda müəllimin tədris ustalığına yiyələnəcəyi gözlənilir və bu, onun özünütəhsilinə, özünütəkmilləşdirməsinə etibar edilir. Əgər zəiflik görünərsə, müəllim müəllimlik üzrə ixtisasartırma kursuna göndərilir.
Ali məktəbdə pedaqoji fəaliyyətə başlayan müəllim ilkin olaraq nələri öyrənməlidir:
– İşləyəcəyi, yaxud işlədiyi ali məktəbin strukturunu – fakültə və ixtisasları, ali məktəbdə tədris, tərbiyə və elmi – tədqiqat işinin xüsusiyyətlərini;
– Tədrisin təşkili, təqvim – tematik plan tərtibi, qiymətləndirmə, auditoriyanı idarəetmə qaydalarını;
– İşlədiyi fakültənin (bölümün) tədris planını, öz ixtisası üzrə fənn və ya fənlərin tədris planında yerini, müddətini, semestrlər üzrə ayrılmış tədris vaxtını, mühazirə, seminar, laborator işlərin yerini və həcmini, ixtisası ilə əlaqədar auditoriyadan (sinifdən) kənar müstəqil işlərin forması və həcmini.
Bu bələdlik müəllimə öz fəaliyyətini aydın, düzgün qurmağa kömək edir.
Müəllim tədrisi davam etdirərək öz fəaliyyətini daha da təkmilləşdirməyə çalışmalıdır və bu zaman nələri öyrənməlidir:
– Ali məktəbin daxili nizam – intizam qaydalarının spesifik xüsusiyyətlərini;
– Həmkarları ilə həmkar tanışlığı;
– Tədris, təlim – tərbiyə metodikasına yiyələnmə və onu təkmilləşdirməyi;
– Tələbələrini tanıma və tələbələri ilə iş və ünsiyyət metodikasına qiyələnməyi və s.
Aparılan pedaqoji işin uğuru, yəni təlim – tərbiyənin səviyyəsi ali məktəbdə yaranmış pedaqoji mühitdən, başqa sözlə, pedaqoji rejimdən çox asılıdır. Belə ki, pedaqoji mühit hamını, necə deyərlər, pedaqojiləşdirir. İnzibati işçiləri də, dərs deyənləri də, öyrənənləri də. Bu mühitin yaranması üçün hamı pedaqoji bilikləri öyrənməli və öz davranışında, hərəkətində, münasibətində, müraciətində, auditoriyada dərsin şərhində, praktik işlərində və s. metodik məqsəd daşımalıdır.
Əgər bütün bunlara pedaqoji texnologiya desək, burada konkret pedaqoji şərtlər nəzərə alınmalıdır:
1. Pedaqoji fəaliyyətin sosial yönümlü və psixoloji mahiyyətli olması;
2. Fundamentallıq. Ciddi elmi biliklər verilməsi.
3. Mədəniyyətəmüvafiqlik. Təlim – tədrisin müasir mədəniyyətin inkişaf səviyyəsinə uyğunluğu.
4. Təlimdə humanistləşdirmə.
5. Təlimin fasiləsizliyi.
6. Təlimdə informatlaşdırma.
Bununla yanaşı, tibbi – bioloji şərtlər də vardır ki, bunları da hər bir müəllim nəzərə almalıdır:
1. Şagird sağlamlığının qorunması.
2. Həddindən artıq yorğunluğun qarşısının alınması.
Ümumiyyətlə, təlim – tərbiyə işini əhatə edən pedaqoji prosesi pedaqoji sistem kimi təsəvvür etsək, burada ən azı 6 qarşılıqlı əlaqənin olduğunu qeye etmək olar:
1. Təlim – tərbiyə işinin məqsədi;
2. Təlim – tərbiyənin təşkili formaları.
3. Təlim – tərbiyənin məzmunu.
4. Təlim – tərbiyə işinin texnologiyaları (metodlar, vasitələr, formalar və s.).
5. Öyrədən.
6. Öyrənən.
7. Bir neçə saatlıq söhbətdə bu əlaqələrin hamısını əhatə etmək mümkün deyil. Lakin qeyd etməliyəm ki, pedaqoji fəaliyyətin özəyini öyrədən – öyrənən əməkdaşlığı, əlaqəsi, birliyi təşkil edir. Ona görə də söhbətimi yalnız bu əməkdaşləq üzərində davam etdirmək istərdim.
Dərsdə öyrətmə prosesi müxtəlif komponeni əhatə etdikdə sitemə çevrilir və səmərəli nəticə verir.

Məktəbəqədər təhsildə müasir pedaqoji texnologiyalar

Təhsil sisteminin inkişaf tendensiyası və pedaqoji innovasiyalar sahəsində toplanmış faydalı təcrübələr, pedaqoji-psixoloji tədqiqatların nəticələri təlim-tərbiyə prosesinin məzmununun yeniləşdirilməsini tələb edir. Hazırda təhsil sistemində texnologiya termininin işlənilməsinə və başa düşülməsinə münasibətlərdə müxtəlif meyllər, yanaşmalar mövcuddur.

Pedaqoji texnologiyaları daha yaxşı başa düşmək, onun səmərəli inkişafını və tətbiqini təmin etmək üçün həmin anlayışın mahiyyətini izah etmək lazımdır.

Texnologiya sözü yunan mənşəlidir, “tekhne” (bacarıq) və “loqos” (öyrənmə, elm) sözlərindən yaranıb. Mahiyyətcə məhsulun hazırlanması bacarığını, istehsal prosesinin yerinə yetirilməsi üçün üsul və vasitələr haqqında biliklər toplusunu ifadə edir. Yaxud, başqa bir mənbədə texnologiya hər hansı bir işin görülməsi zamanı istifadə olunan üsulların cəmini bildirir.

Pedaqoji prosesdə texnologiya nəzərdə tutulmuş məqsədlərin yerinə yetiril­mə­­si­ni təmin etməyə imkan verən, elmi əsaslar üzərində qurulmuş, məkan və zaman səviyyəsində proqramlaşdırılmış pedaqoji prosesin bütün komponentlərinin birgə fəaliyyət sistemidir. Həmçinin texnologiya pedaqoji prosesin paradiqmalarını müəy­yən edən elə ardıcıllıq sistemidir ki, onun tətbiqi kamil insanda tələb olunan keyfiyyətləri formalaşdırmağa xidmət edir.

Müasir pedaqoji texnologiyalar – pedaqoji prosesin tərkib hissəsi olub, təhsilin bütün sahələrində, eləcə də məktəbəqədər təhsilin səmərəli qurulması baxımından mühüm əhəmiyyətə malikdir.

Məktəbəqədər təhsil pilləsində uşaqların təhsil alması, təlim-tərbiyə işinin daha səmərəli qurulması tələb olunur. Bu zaman psixologiya, pedaqogika, sosiologiya, biologiya və digər elmlərin nailiyyətlərinə, milli mədəniyyətə, adət-ənənələrə, eləcə də müasir dünya təcrübəsinə istinad olunması zəruri hesab edilir.

Təhsil sisteminin ilkin pilləsi olan məktəbəqədər təhsil uşaqların fiziki, psixolo­ji, intellektual inkişafında, onların şəxsiyyətinin formalaşmasında və məktəbə hazır­lan­masında xüsusi əhəmiyyət kəsb edir. Məktəbəqədər yaşlı uşaqların tərbiyəsi qarşısında duran başlıca məqsəd mütərəqqi dünyagörüşə, milli, ümumbəşəri əxlaqa, mənəvi və mədəni dəyərlərə yiyələnən şəxsiyyət formalaşdırmaq, cəmiyyətimiz üçün layiqli vətəndaşlar yetişdirmək olduğundan məktəbəqədər təhsil müəssisələrinin üzərinə mühüm vəzifələr düşür.

Təhsil sistemində əsas dəyər uşaqdır. Çünki böyüyən şəxsin həyatın­­da məktəbəqədər dövr məsuliyyətli hesab edilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin hələ 2010-cu ildə qəbul etdiyi qərarı ilə “Məktəbəqədər təhsilin dövlət standartı və proqramı” təsdiq edilib.

Məktəbəqədər təhsilin məqsədi uşağın fiziki, psixi, emosional, sosial və idraki inkişafı üçün şərait yaratmaq, uşaqların sadə əmək vərdişlərinə yiyələnməsini təmin etmək, uşaqlarda məntiqi və yaradıcı təfəkkürün ilkin elementlərini formalaşdırmaq və istedadlı uşaqların erkən yaşdan üzə çıxarılmasını təmin etməkdən ibarətdir.

Məktəbəqədər təhsildə diaqnostika texnologiyası dedikdə, uşaqların məktəbə hazırlanması və bu məqsədlə məktəbəhazırlıq qruplarında təlim və tərbiyə işinin təşkili məsələləri əsas yer tutur.

Müasir cəmiyyətin inkişafı məktəbəqədər sahənin, xüsusilə məktəbə hazırlıq təhsilinin qarşısına yeni tələblər qoyur. Qeyd edək ki, uşağın məktəbə hazırlanması təhsil sisteminin əsas pedaqoji tələblərindəndir. Bu iş dövlət siyasətinin əsas sahələrindən biridir. Uşaqların məktəb təhsilində uğur qazanması üçün hər bir uşağın bu mərhələni lazımi səviyyədə keçməsi lazımdır.

Məktəbəqədər təhsildə müasir pedaqoji texnologiyaları daha ətraflı, kompleks şəkildə öyrənmək və mənimsəmək bu sahənin təhsil nümayən­də­lə­ri üçün zəruridir. Təhsil sistemində məktəbəqədər pillədə həyata keçirilən islahat­lar bu zəruriliyi yaradır.

Lalə Allahverdiyeva

Pedaqogika üzrə fəlsəfə doktoru

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Comments are closed, but trackbacks and pingbacks are open.