Məktəbəqədər və ibtidai təhsil jurnalı 2019
2023-03-16 17:42:58
“Məktəbəqədər və ibtidai təhsil” jurnalının 40 illik yubileyi qeyd olunmuşdur
Bakı, 14 fevral (AZƏRTAC). Təhsil Nazirliyində “Məktəbəqədər və ibtidai təhsil” jurnalının 40 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, təhsil işçilərinin, ali məktəb nümayəndələrinin iştirak etdikləri tədbirdə nazir Misir Mərdanov cəmiyyətin inkişafında təhsilin mühüm rolundan danışmışdır.
Bu sahənin təməlinin məktəbəqədər və ibtidai təhsil pillələrində qoyulduğunu vurğulayan nazir “Məktəbəqədər və ibtidai təhsil” jurnalının əməkdaşlarını təbrik etmişdir.
Jurnalın 1970-ci ildən fəaliyyətə başladığını xatırladan M.Mərdanov nəşrdə kurikulumla, təhsil islahatı ilə bağlı məqalələrin də yer aldığını diqqətə çatdırmış, bununla bağlı tövsiyələrini vermişdir.
Jurnalın baş redaktoru, professor Yəhya Kərimov təhsilimizin inkişafında, müəllimlərin nəzəri və praktik biliklərinin artırılmasında nəşrin rolundan bəhs etmişdir.
Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev, digər alim və müəllimlər də jurnalın əhəmiyyətini vurğulamış, onun əməkdaşlarına uğurlar arzulamışlar.
Jurnalın fəal əməkdaşlarına Təhsil Nazirliyinin fəxri fərmanları təqdim olunmuşdur.
Məktəbəqədər və ibtidai təhsil jurnalı 2019
2021-11-24 16:41:00
“Məktəbəqədər və ibtidai təhsil” jurnalının yeni nömrəsi çapdan çıxdı
“Məktəbəqədər və ibtidai təhsil” jurnalının 2021-ci il 3-cü nömrəsi çap olunub. Azərbaycan Respublikası Təhsil Nazirliyinin elmi-metodik nəşri “Məktəbəqədər və ibtidai təhsil” jurnalının 2021-ci il, 3- cü nömrəsi çapdan çıxıb. Jurnalın bu nömrəsində də tanınmış alimlərin, təhsil mütəxəssislərinin, doktorantların elmi araşdırmaları ilə yanaşı, müəllimlərin, tərbiyəçi-müəllimlərin təcrübəsini əks etdirən məqalələr dərc olunub. Tanınmış alim, prof. R.Əliyev və pedaqogika üzrə fəlsəfə doktoru N.Çələbiyevin həmmüəllif olduqları “Psixologiya elminin inkişafına və elmi kadrların hazırlığına ADPU-nun töhfələri” adlı məqalədə Azərbaycanda psixologiya elminin təşəkkül tarixi, psixologiya sahəsində elmi kadr hazırlığı və Azərbaycan dilində psixologiyaya dair dərsliklərin və kitabların nəşrində, elmi araşdırmaların aparılmasında ADPU-nun rolu, bu sahədə müstəsna xidmətləri olan alimlər haqqında məlumat verilir. Məktəbəqədər yaşlı uşaqlarda müstəqilliyin inkişafı problemləri və bu keyfiyyətlərin formalaşdırılmasına səbəb olan cəhətlərdən bəhs edən məqalənin həmmüəllifləri Təhsil İnstitutunun Məktəbəqədər təhsilin inkişafı şöbəsinin müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent L.Cəfərova və Bakı Humanitar Kollecinin müəllimi Ü.Nəsibovadır. Filologiya üzrə fəlsəfə doktoru A.Əsədov öz məqaləsində ibtidai siniflərdə dünya ədəbiyyatı nümunələrinin tədrisinin vacibliyindən bəhs edir. Bu nömrədə, həmçinin jurnalın şöbə redaktoru Kəklik Məmmədovanın “Məktəbəqədər və ibtidai təhsil” jurnalının yaradıcısı və uzun illər baş redaktoru olmuş akademik Y.Ş.Kərimovun elmi-pedaqoji irsindən bəhs edən məqaləsi ilə də tanış ola bilərsiniz. Qax şəhəri, 3 №-li körpələr evi-uşaq bağçasının tərbiyəçi – müəllimi Nəzakət Rəsulova “Uşaqlarda ailəyə və özünəgüvən hisslərinin formalaşmasına təsir edən amillər” adlı məqaləsində öz çoxillik təcrübəsini həmkarları ilə paylaşır. Məktəbəqədər sahə üzrə mütəxəssis Kifayət Məmmədova isə öz məqaləsində erkən yaşlı uşaqların inkişafı ilə bağlı işin təşkilində tərbiyəçi-müəllim və valideyn əməkdaşlığının əhəmiyyətindən bəhs edir. ADPU nəzdində Pedaqoji Kollecin müəllimi D.Bağırova “İnteraktiv təlimin mahiyyəti və təşkilinin əsas qaydaları” adlı məqaləsində Rusiya və Azərbaycan alimlərinin tədqiqatlarına əsaslanaraq, interaktiv texnologiyaların təsnifatını verir, təşkili xüsusiyyətlərini açıqlayır. Təhsil İnstitutunun doktorantı G.Vəliyeva öz məqaləsində məktəbəqədər yaş dövründə uşaqların sosiallaşması məsələlərindən bəhs edir, bu zəmində məktəbəqədər müəssisələrlə ailələrin əməkdaşlığının vacibliyini vurğulayır.
Bu bölməyə aid digər xəbərlər
Nazirlik deputatı təkzib etdi
2023-03-17 20:16:02
Daha 10 məktəbin inkişaf planı hazırlanır
2023-03-17 16:41:58
Peşə məktəblərində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək – FƏRMAN
2023-03-17 15:32:38
Məktəblərin istilik təminatı – nazirliyə 1,7 min müraciət daxil olub
2023-03-17 13:36:01
Beynəlxalq Kimya Olimpiadasına seçmə imtahanı təşkil olunub
2023-03-16 17:54:00
Nazirlik 5 universiteti təltif etdi – SİYAHI
2023-03-16 17:42:58
Pilot məktəblərin direktor müavinlərinə təlim keçilir
2023-03-16 15:41:19
Xaricdə doktorantura təhsilinə sənəd qəbulu davam edir
2023-03-16 14:12:00
Beynəlxalq Riyaziyyat Müsabiqəsinə qeydiyyat başlandı
2023-03-16 13:32:00
“Biz o yurda qayıdacağıq” adlı tədbir keçirilib
Məktəbəqədər və ibtidai təhsil jurnalı 2019
Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Məktəbəqədər və ibtidai təhsil” elmi-metodik jurnalı unikal elmi-metodik vəsaitdir. O öz səhifələrində məktəbəqədər və ibtidai təhsil sahəsində elmi-nəzəri məqalələrin, müasir dövrün tələblərini özündə birləşdirən milli və xarici təcrübəni praktik və nəzəri baxımdan meydana çıxaran araşdırma materiallarının nəşrini həyata keçirir.
Jurnalda təlimin məzmununu, tərbiyəçi və müəllimlərin, psixoloq və defektoloqların pedaqoji təcrübəsini ümumiləşdirən yazılara yer verilir. Müasir təlim texnologiyalarının, pedaqoji innovasiyaların təbliği, ailə-məktəb, müəllim-şagird, tərbiyəçi-uşaq münasibətlərinin pedaqoji-psixoloji aspektlərini əks etdirən yazıların dərci jurnalda daim diqqət mərkəzində saxlanılır. Məqalələr Azərbaycan, rus, ingilis və türk dillərində dərc olunur.
Müəlliflərin şəxsi maraqlarını əks etdirən, elmi-metodik nəticəsi olmayan məqalələr qəbul edilmir. Jurnal “Pedaqogika”, “Metodika”, “Pedaqoji psixologiya”, “Defektologiya”, “Xarici təcrübə”, “Təhsil tariximiz”, “Yeni nəşrlər”, “Ailə və məktəb” bölmələrindən ibarətdir.
Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi elmi nəşrlər sırasındadır.
Comments are closed, but trackbacks and pingbacks are open.