Məliyyat-axtarış fəaliyyəti
VII. Hər hansı cinayətin törədilməsi ilə bağlı əməliyyat-axtarış tədbirləri nəticəsində əldə edilmiş məlumatlarla tanış olmaq hüququ məlumatların mənbəyini aşkarlamamaq şərti ilə yalnız həmin cinayət işi üzrə istintaqı aparan şəxsə, prokurora və ya məhkəməyə verilir.
Azərbaycanda plastik əməliyyatların qiymətləri – Bizdə ucuzdur, yoxsa qonşularda?
Plastik cərrahiyyə son illər Azərbaycanda ən populyar sahələrdən birinə çevrilib. Əvvəllər xarici görünüşündə dəyişiklik arzulayanlar qonşu Türkiyəyə, eləcə də Avropaya üz tuturdularsa, yaxud da hər hansı klinika bu məqsədlə xaricdən mütəxəssis dəvət edirdisə, artıq vəziyyət dəyişib. Plastik cərrahiyyə üzrə ixtisaslaşan azərbaycanlı həkimlər bazarı tamamilə ələ almağı bacarıblar. Buna adekvat olaraq əməliyyat etdirənlərin sayı da gündən-günə çoxalır. Artıq insanların xarici görünüşlərində qəfil dəyişikliklər – rinoplastika (burunun korreksiyası), süd vəzlərinin böyüdülməsi və ya kiçidilməsi, dodlaqların şişirdilməsi, liposaksiya (piy sovurma əməliyyatı), abdominoplastika (qarın gərmə əməliyyatı) ətrafdakılarda təəccüb yaratmır. Bəs plastik əməliyyatların qiymətləri necə dəyişir? Bunu öyrənməyə çalışdıq.
Klinikalarla əlaqə saxlayıb xarici görünüşündə dəyişiklik etdirmək istəyənlərin daha çox müraciət etdikləri rinopalstika və süd vəzlərinin böyüdülməsi qiymətləri ilə maraqlandıq.
Baku Medical Plazadan bildirdilər ki, rinoplastika əməliyyatı 1400 manat təşkil edir. Bura müayinə xərcləri də daxildir. Süd vəzlərinin böyüdülməsi isə 3000 manata başa gəlir.
Vital Klinikadan rinoplastika əməliyyatının 1300 manat olduğunu dedilər. Lakin bədənin digər üzvləri üzrə plastik əməliyyatın qiymətlərini açıqlamadılar. Bildirdilər ki, bunun üçün həkim xəstəni müayinə etməlidir.
Xətai Estetik Klinikasından rinoplastika əməliyyatının 2000-2500, süd vəzlərinin böyüdülməsinin 3500 manat olduğu qeyd olundu.
Daha bir estetik əməliyyat reallaşdıran Medera Hospitalda rinoplastika 1800, süd vəzlərinin böyüdülməsi estetik əməliyyatının 4000 manat olduğunu öyrəndik.
HB Güven Klinikasından da plastik əməliyyatların qiymətlərinin müayinə və həkimlə individual söhbət əsasında təyin edildiy açıqlandı. Sorğu-sualdan məlum oldu ki, bu klinikanın həkimlərinin həyata keçirdikləri rinoplastika əməliyyatı 2 000 manatdan başlayır.
Mərkəzi Gömrük Hospitalından burunun vəziyyətindən asılı olaraq qiymətlərin 1800-2600 manat arasında dəyişdiyi deyildi.
Modern Hospitalda rinoplastika əməliyyatı 1500 manat təşkil edir.
Məşhur estetik cərrah, kiçik burunların müəllifi Vaqif Qələndərlinin də əl işlərinin dəyərini öyrənməyə çalışdıq. Lakin cərrahın şəxsi klinikasından bildirildi ki, qiymətlər müayinədən sonra müəyyənləşir.
Həkimlər həmkarlarının səhvlərini baha düzəldirlər
Sorğularımız nəticəsində öyrəndik ki, xəstə ikinci dəfə estetik renoplastika etdirmək istəyirsə, qiymətlər dəyişir. Yəni bir həkim digər həmkarının “əl işini” ucuz əməliyyat etmir. Belə halda qiymət 3000-5000 manat arasında olur.
Bizdə plastik əməliyyat daha ucuzdur
Nəzərə çatdıraq ki, Azərbaycanda plastik əməliyyatların qiymətləri qonşu ölkələrlə müqayisədə ucuzdur. Məsələn, Rusiyada estetik rinoplastika – 120 000 (3672 manat), rinoplastika 160 000 (4896 manat), tam rinoplastika (burunun korreksiyası) 220 000 (6732 manat), ikinci rinoplastika 300 000 (9180 manat), travma nəticəsində rinoplastika 300 000 rubl (9180 manat) təşkil edir.
Dəyirmi implantlarla süd vəzlərinin böyüdülməsi 250 000 (7650 manat), süd vəzlərinin anatomik implantlarla böyüdülməsi 250 000 (7650 manat), ginekomastiya (kişilərdə süd vəzilərinin cərrahiyyəsi) 60 000 (1836 manat), süd vəzlərinin kiçidilməsi 320 000 rubldur (9792 manat).
Maraqlıdır ki, Türkiyədə də plastik əməliyyatların qiymətləri klinikaların veb səhfələrində göstərilmir. Müxtəlif jurnalist araşdırmalarına görə, estetik rinoplastikanın dəyəri 3000 -12000 tl (1419-5676) arasında dəyişir.
Bildirək ki, Azərbaycanda plastik əməliyyatlara xərclənən vəsaitlərin az olmamasına, eləcə də əməliyyat etdirənlərin sayının gündən-günə artmasına baxmayaraq, rəsmi statistikada bu sahə səhiyyənin bir bölməsi kimi yer almır.
Halbuki, plastik cərrahiyyə hazırda dünyada milyardlarlarla dollar dövriyyəsi olan ayrıca sektor hesab edilir. Təkcə bir ildə 10 milyona yaxın insan plastik əməliyyat etdirir. Beynəlxalq Estetik Cərrahlar Birliyinin (ISAPS) 2015-ci il üzrə hesabatına görə, bir ildə 3,969,147 üz estetik əməliyyat reallaşdırılıb. 1,264,702 prosedur göz əməliyyatı, 730,287 prosedur rinoplastika üzrə olub. 2015-ci ildə 758,590 abdominoplastika, 50,086 vaginal cavanlaşdırma, 1,394,588 liposaksiya, 2,790,138 süd vəzlərinin estetik əməliyyatı həyata keçirilib. Araşdırmalara əsasən, dünyada bu bazarın həcmi illik 13-33% artır. Yaxın üç ildə dövriyyənin 240 milyard dollara çatacağı gözlənilir. Lakin bir məqamı da vurğulayaq ki, hələ də qeyri-cərrahi prosedurların sayı çoxluq təşkil edir. Dünyada 21,696,671 qeyri-cərrahi estetik prosedur reallaşdırılıb.
Tibbi turizmdə estetik cərrahiyyənin rolu
Azərbaycanda plastik cərrahiyyənin qonşu dövlətlərlə müqayisədə ucuz olması tibbi turizmin məhz bu seqment üzrə inkişafını da şərtləndirə bilər. Ancaq sorğularımız göstərdi ki, plastik əməliyyat üçün müraciət edənlər, əsasən, yerli vətəndaşlardır.
Qeyd edək ki, hazırda bir çox ölkələr turistlərin diqqətini plastik cərahiyyə ilə də cəlb etməyə çalışırlar. Bir zamanlar Meksika, Braziliya bu sahədə ilk yeri tutsa da, son illər Dubay və Tayland liderliyi ələ alıb. Sonuncular təkcə 2013-cü ildə xaricilərin istifadə etdikləri tibbi xidmətlərdən (bunların tərkibində estetik cərahiyyə 1-ci planda yer alır) 4,3 milyard dollar qazanıblar.
Dünyada ən çox plastik əməliyyat reallaşdırılan ölkələr
Məlumat üçün bildirək ki, plastik əməliyyatların daha çox reallaşdırıldığı ölkələrin siyahısına ABŞ rəhbərlik edir. Məsələn, 2012-ci ildə amerikalı cərrahlar 1.688.694 plastik əməliyyat həyata keçiriblər. Əməliyyatlar, əsasən, süd vəzlərinin böyüdülməsi, liposaksiya olub. Ümumiyyətlə, plastik cərrah bu ölkədə ən məşhur və yüksək ödənişli peşə sahibi hesab edilir. Orta aylıq əmək haqqları təxminən 150 min dollardır.
İkinci sırada Braziliya gəlir. Statistikaya əsasən, hər gün ölkədə 2 min plastik əməliyyat reallaşdırılır. Maraqlıdır ki, 90-cı illərdə Braziliyada daha çox süd vəzlərinin kiçildilməsi həyata keçirildisə, 2000-ci ildən əks proses başlayıb. Hətta bu ölkədə süd vəzlərinin estetik əməliyyatı o qədər ucuzdur ki, lipoturizmin inkişafına gətirib çıxarıb.
Meksikada da plastik əməliyyat ucuz prosedur olduğundan əməliyyat üçün müraciət edənlər çoxdur. İtaliya isə siyahının dördüncüsüdür. Burada həkimlər xəstə ilə müqavilə imzalamadan əməliyyata girmirlər. Yeri gəlmişkən, İtaliyada qiymətlər bahadır.
Plastik cərrahiyyənin yaranma tarixi son 15 ilə dayanan Çin beşinci sıradadır. Ölkə estetik əməliyyatlardan illik milyard dollar gəlir əldə edir. Çin tibb turizmi də inkişaf etdirib. Bu çərçivədə ölkədə 20 min plastik cərrahiyə üzrə ixtisaslaşmış xəstəxana yaradılıb. Çin həkimləri il ərzində 3 milyon plastik əməliyyat reallaşdırırlar.
Ölkələr üzrə plastik əməliyyatların növləri də təsnifləşdirilib. Məsələn, Asiyada daha çox burun əməliyyatı, Amerika, Meksika, Avropada isə, əsasən, süd vəzlərinin əməliyyatı geniş yayılıb.
Leyla Əliyeva
Milli.Az
Əməliyyat-axtarış fəaliyyəti
Bu qanun əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir və əməliyyat-axtarış tədbirlərinin tətbiqində hüquqi təminatlar sistemini müəyyən edir.
Maddə 1. Əməliyyat-axtarış fəaliyyətinin anlayışı, məqsədləri və vəzifələri
I. Əməliyyat-axtarış fəaliyyəti – müvafiq dövlət orqanları tərəfindən aşkar və qeyri-aşkar üsullarla bu qanunla müəyyən edilmiş tədbirlərin həyata keçirilməsidir.
II. Əməliyyat-axtarış fəaliyyəti insan həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, hüquqi şəxslərin qanuni mənafelərini, dövlət sirrini, habelə milli təhlükəsizliyi cinayətkar qəsdlərdən müdafiə etmək məqsədi ilə həyata keçirilir. [1]
III. Əməliyyat-axtarış fəaliyyətinin vəzifələri aşağıdakılardır:
1) hazırlanan və törədilən cinayətlərin qarşısının alınması;
2) törədilmiş cinayətlərin aşkar edilməsi və açılması;
3) cinayətləri hazırlayan, törədən və ya törətmiş şəxslərin müəyyən edilməsi;
4) məhkəmə, istintaq və təhqiqat orqanlarından gizlənən, cəza çəkməkdən boyun qaçıran və ya itkin düşən şəxslərin axtarılması;
5) naməlum meyitlərin şəxsiyyətinin müəyyən edilməsi.
Maddə 2. Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericilik
I. Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
II. Əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlar (bundan sonra əməliyyat-axtarış fəaliyyətinin subyektləri adlanacaq) öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq əməliyyat-axtarış tədbirlərinin təşkilini və taktikasını tənzimləyən normativ hüquqi aktlar qəbul edirlər.
Maddə 3. Əməliyyat-axtarış fəaliyyətinin prinsipləri
I. Əməliyyat-axtarış fəaliyyəti qanunçuluq, humanistlik, insan hüquq və azadlıqlarına hörmət, konspirasiya, aşkar və gizli iş üsullarının uzlaşdırılması prinsiplərinə əsaslanır.
II. Azərbaycan Respublikasının qanunvericiliyində başqa hal nəzərdə tutulmamışdırsa, hər hansı şəxsin vətəndaşlığı, milliyyəti, cinsi, yaşayış yeri, sosial və əmlak vəziyyəti, qulluq mövqeyi, ictimai birliklərə mənsubiyyəti, dinə münasibəti və siyasi baxışları əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə mane ola bilməz.
Maddə 4. İnsan və vətəndaş hüquq və azadlıqlarının təminatları
I. Əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar:
1) bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmayan məqsədləri güdmək və ya vəzifələri yerinə yetirmək;
2) hər hansı şəxsin razılığı olmadan onun şəxsi həyatının toxunulmazlığına, o cümlədən şəxsi və ailə həyatının sirrinə, habelə onun şərəf və ləyaqətinə dair əldə edilmiş məlumatları yaymaq qadağandır.
II. Əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi zamanı Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş insan və vətəndaş hüquq və azadlıqlarını, hüquqi şəxslərin qanuni mənafelərini pozmaq qadağandır. Əməliyyat-axtarış tədbirlərinin tətbiqi ilə bağlı insan və vətəndaş hüquq və azadlıqlarının müvəqqəti məhdudlaşdırılmasına yalnız bu Qanunla müəyyən edilmiş qaydada cinayətlərin qarşısının alınması, onların açılması, məhkəmə, istintaq və ya təhqiqat orqanlarından gizlənən, cəza çəkməkdən boyun qaçıran şəxslərin, itkin düşənlərin axtarışı zamanı yol verilə bilər.
III. Əməliyyat-axtarış fəaliyyəti subyektinin hər hansı bir siyasi partiyanın və ya digər ictimai birliklərin mənafeyi naminə hərəkətlər etməsi, qanunvericilik və ya məhkəmə hakimiyyəti orqanlarının, habelə qanunla müəyyən edilmiş qaydada qeydiyyatdan keçmiş ictimai birliklərin və dini təşkilatların işində onların qanuni fəaliyyətinə təsir etmək məqsədilə məxfi iştirak etməsi qadağandır.
IV. Əməliyyat-axtarış fəaliyyəti subyektinin hərəkəti nəticəsində hüquq və azadlıqları pozulmuş hər bir şəxs həmin əməliyyat-axtarış fəaliyyətinin subyektinin tabe olduğu yuxarı orqanının rəhbərinə, prokurora və ya məhkəməyə şikayət etmək hüququna malikdir.
V. Belə şikayətin mahiyyəti üzrə qərar qəbul etmək üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada müvafiq olaraq xidməti yoxlama və ya məhkəmə baxışı aparılmalıdır. Onun hərtərəfliyini və dolğunluğunu təmin etmək məqsədi ilə əməliyyat-axtarış fəaliyyətinin subyekti məhkəmənin qərarına əsasən dövlət sirrinin və xidməti sirrinin yayılması və əməliyyat-axtarış fəaliyyətinin keçirilməsinə gizli surətdə yardım göstərən şəxslər haqqında məlumatlar istisna olmaqla, əməliyyat-qeydiyyat işinin məzmunu ilə şikayətçini tanış etməyə borcludur. [2]
Maddə 5. Əməliyyat-axtarış fəaliyyətinin subyektləri
I. Əməliyyat-axtarış fəaliyyətini Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş təhqiqat orqanları, korrupsiya ilə bağlı cinayətlər üzrə isə korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanı həyata keçirir. [3]
II. Əməliyyat-axtarış tədbirlərin əməliyyat-axtarış fəaliyyətinin hansı subyekti tərəfindən və hansı həcmdə tətbiqinin mümkünlüyünü Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. [4]
III. Əməliyyat-axtarış fəaliyyəti subyektlərinin müvəkkili olunmuş şəxsləri öz vəzifələrini yalnız bu orqanların səlahiyyətləri daxilində həyata keçirirlər. [5]
IV. Poçt göndərişlərinin, teleqraf və digər məlumatların yoxlanılması, mülkiyyət formasından asılı olmayaraq rabitə xidmətləri göstərən, rabitə vasitələri təqdim edən idarə, müəssisə və təşkilatların, fiziki və hüquqi şəxslərin stansiya avadanlığına qoşulmaqla telefon danışıqlarının qulaqasması, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması ilə bağlı əməliyyat-axtarış tədbirləri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları və ya korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanıtərəfindən tətbiq edilir. [6]
V. Korrupsiya ilə bağlı cinayətlər üzrə əməliyyat-axtarış tədbirlərini yalnız korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanı, yaxud həmin prokurorluq orqanının yazılı tapşırığı əsasında təhqiqat orqanları həyata keçirirlər. [7]
Maddə 6. Əməliyyat-axtarış fəaliyyəti subyektlərinin vəzifələri
Bu Qanunun 1-ci maddəsində göstərilən məqsədlərə nail olmaq üçün əməliyyat-axtarış fəaliyyəti subyektlərinin aşağıdakı vəzifələri vardır:
1) insan və vətəndaş hüquq və azadlıqlarının, fiziki və hüquqi şəxslərin qanunla müdafiə olunan mənafelərinin, ictimai və dövlət təhlükəsizliyinin qorunması üçün öz səlahiyyətləri daxilində bütün qanuni tədbirləri görmək;
2) əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair məhkəmə qərarlarını, istintaq orqanlarının qərarlarını və ya cinayət işləri üzrə yazılı tapşırıqlarını, habelə əməliyyat-axtarış fəaliyyətinin səlahiyyətli subyektlərinin qərarlarını yerinə yetirmək;
3) əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş məlumatları, onların mənbəyini və əldə edilməsi üsullarını yaymadan, konkret cinayət işi üzrə təhqiqatı və ya istintaqı aparan şəxsə və yaxud məhkəməyə vermək;
4) Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən xarici dövlətlərin hüquq-mühafizə orqanlarının və müvafiq beynəlxalq təşkilatlarının sorğularına cavab vermək;
5) Azərbaycan Respublikasının ərazisində əməliyyat-axtarış fəaliyyətinin digər subyektlərinin səlahiyyətinə aid olan faktların aşkar edildiyi təqdirdə təxirəsalınmaz tədbirlər keçirməklə onları xəbərdar etmək və lazımi kömək göstərmək;
6) əməliyyat-axtarış fəaliyyətini həyata keçirərkən konspirasiya qaydalarına riayət edilməsi üçün müvafiq tədbirlər görmək;
7) öz qulluq mövqeyinə görə məxfi məlumatlara və ya xüsusi icazə tələb edən işlərə buraxılan şəxsləri yoxlamaq;
8) öz əməkdaşlarının, onların yaxın qohumlarının, əməliyyat-axtarış fəaliyyəti subyektlərinə kömək edən şəxslərin, onların yaxın qohumlarının, habelə cinayət prosesi iştirakçılarının, onların yaxın qohumlarının şəxsi təhlükəsizliyini və əmlakını hüquqazidd qəsdlərdən qorunmasını təmin etmək;
9) hər hansı şəxslə əməkdaşlığın məxfiliyini və anonimliyini təmin etmək;
10) hadisələrin, faktların, əşyaların və digər informasiya mənbələrinin əməliyyat uçotunu aparmaq.
Maddə 7. Əməliyyat-axtarış fəaliyyəti subyektlərinin hüquqları
Əməliyyat-axtarış fəaliyyətinin subyektləri öz səlahiyyətlərini bilavasitə yerinə yetirərkən aşağıdakı hüquqlara malikdirlər:
1) bu Qanunun 10-cu maddəsində nəzərdə tutulmuş qaydada əməliyyat-axtarış tədbirlərini aşkar və gizli üsullarla həyata keçirmək;
2) əməliyyat-axtarış fəaliyyəti subyektlərinə məxfilik əsasında kömək etməyə razılaşan şəxslərlə əvəzli və ya əvəzsiz qaydada əməkdaşlıq etmək;
3) əməliyyat-axtarış fəaliyyətini təmin etmək üçün informasiya sistemi yaratmaq və ondan istifadə etmək;
4) əməliyyat-axtarış fəaliyyəti zamanı müqavilə və ya şifahi razılığa əsasən fiziki və hüquqi şəxslərin yaşayış və qeyri-yaşayış binalarından və otaqlarından, nəqliyyat vasitələrindən və digər əmlakından istifadə etmək;
5) konspirasiya məqsədi ilə uydurma idarə, müəssisə və ya təşkilat (hüquqi şəxs) yaratmaq, bu məqsədlə əməliyyat-axtarış fəaliyyəti subyektlərinin müvəkkil edilmiş şəxslərinin şəxsiyyətini, bu orqanların bölmə, təşkilat, bina və nəqliyyat vasitələrinin idarə mənsubiyyətini, eləcə də bu orqanlara məxfilik əsasında əməkdaşlıq edən vətəndaşların şəxsiyyətini pərdələndirən sənədlərdən istifadə etmək.
Maddə 8. Əməliyyat-axtarış fəaliyyəti subyektlərinin səlahiyyətlərinin həddi
I. Əməliyyat-axtarış fəaliyyətinin subyektlərinə öz səlahiyyətlərinin icra edilməsi zamanı:
1) insanların həyatını, sağlamlığını, əmlakını və qanuni mənafelərini təhlükə altına alan hərəkətlərə yol vermək;
2) hər hansı şəxsi qanun pozuntularına təhrik etmək;
3) zor işlətmək, hədələmək və şantaj etmək, habelə insan və vətəndaşların hüquq və azadlıqlarını, qanunla müdafiə olunan mənafelərini məhdudlaşdıran digər qanunsuz tədbirlərə əl atmaq;
4) səlahiyyətindən kənara çıxan tədbirləri həyata keçirmək qadağan olunur.
Maddə 9. Əməliyyat-axtarış fəaliyyətinin subyektlərinə kömək göstərilməsi
I. Azərbaycan Respublikasının dövlət və yerli özünüidarəetmə orqanlarının vəzifəli şəxsləri əməliyyat-axtarış fəaliyyətinin subyektlərinə kömək göstərmək borcludurlar.
II. Azərbaycan Respublikasının ərazisində olan hər bir şəxs əməliyyat-axtarış fəaliyyətinin subyektlərinə onların səlahiyyətlərinin yerinə yetirilməsində kömək göstərə bilər. Heç kəs əməliyyat-axtarış fəaliyyətində məcburi qaydada iştirak edilməsinə cəlb edilə bilməz.
III. Əməliyyat-axtarış fəaliyyəti subyektlərinin vəzifəli şəxslərinin qanuni tələblərinin yerinə yetirilməməsi və ya onlara maneçilik törədilməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulan məsuliyyətə səbəb olur.
ƏMƏLİYYAT-AXTARIŞ FƏALİYYƏTİNİN HƏYATA KEÇİRİLMƏSİ
Maddə 10. Əməliyyat-axtarış tədbirləri
I. Əməliyyat-axtarış fəaliyyətinin subyektləri bu Qanunla müəyyən edilmiş qaydada aşağıdakı əməliyyat-axtarış tədbirləri tətbiq edə bilərlər:
1) vətəndaşların sorğusu;
3) telefon danışıqlarına qulaqasma;
4) poçt, teleqraf və digər göndərişlərin yoxlanılması;
5) texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması;
6) məhkumların məktublarının yoxlanılması;
7) nəqliyyat vasitələrinə baxış keçirilməsi;
8) binalara, o cümlədən yaşayış binalarına, habelə digər qapalı tikililərə, qurğulara və torpaq sahələrinə daxil olma və baxış keçirmə;
9) binaların, o cümlədən yaşayış binaların, habelə digər qapalı tikililərin, qurğuların, torpaq sahələrin, nəqliyyat vasitələrinin və digər obyektlərin müşahidəsi;
10) insanların güdülməsi;
12) nəzarət qaydasında mal alınması;
13) əşya və sənədlərin tədqiqi;
14) müqayisəli tədqiq üçün nümunələrin toplanılması;
15) nəzarətli göndəriş;
16) cinayətkar qruplara və ya kriminogen obyektlərə daxil edilməsi;
17) hüquqi şəxsin yaradılması;
18) əməliyyat eksperimenti, yəni cinayətkar fəaliyyəti təqlid edən davranış modelinin tətbiqi.
II. Bu maddənin I hissəsində göstərilmiş əməliyyat-axtarış tədbirlərin siyahısı yalnız Qanunla dəyişdirilə bilər.
III. Bu maddənin I hissəsinin 3 – 5, 8 və 10-cu bəndlərində nəzərdə tutulmuş əməliyyat-axtarış tədbirləri bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə başqa yolla nail ola bilmədikdə məhkəmənin (hakimin) qərarı əsasında həyata keçirilə bilər.
IV. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğu hallarda əməliyyat-axtarış fəaliyyətinin subyektləri hakimin qərarı olmadan:
1) şəxsiyyət əleyhinə ağır cinayətlərin və ya xüsusi təhlükəli dövlət cinayətlərinin qarşısının alınması üçün telefon danışıqlarına qulaq asa, poçt, teleqraf və digər göndərişlərini yoxlaya, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanı çıxara, habelə insanları güdə bilərlər;
2) cinayəti hazırlayan, törədən, törətmiş, cəzaçəkmə müəssisələrindən və ya həbsdən qaçmış və gizlənən şəxslərin yaxalanması, yanğın, partlayış və ictimai təhlükəsizliyə qəsd edən və ya qəsd edə biləcək halların aradan qaldırılması üçün binalara, o cümlədən yaşayış binalarına, habelə digər qapalı tikililərə, qurğulara və torpaq sahələrinə baxış keçirə bilərlər. [8]
V. Bu maddənin IV hissəsində nəzərdə tutulmuş hallarda əməliyyat-axtarış fəaliyyətinin subyektləri həyata keçirilmiş tədbirlər barəsində 48 saat ərzində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora əsaslandırılmış qərarı təqdim etməlidirlər. [9]
VI. Hər hansı bir şəxsə zor işlədilməsi, hədə-qorxu ilə tələb etmə və ya hüquqazidd digər hərəkətlər tətbiq edilməsi təhlükəsinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görülməsi zərurəti olduqda onların telefonu və ya digər danışıq cihazları ilə aparılan danışıqlara həmin şəxsin ərizəsi əsasında müvafiq əməliyyat-axtarış fəaliyyətinin subyekti tərəfindən qulaq asıla bilər.
VII. Bu maddənin I hissəsinin 16-cı və 17-ci bəndlərində nəzərdə tutulmuş əməliyyat-axtarış tədbirlərinin, həmçinin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının nəzarətli göndərişinin tətbiqinə yalnız mütəşəkkil cinayətkar qurumlar tərəfindən hazırlanan və ya törədilən ağır cinayətlərin, habelə xüsusi təhlükəli dövlət cinayətlərin qarşısının alınması, həmin cinayətlərin açılması və onları hazırlayan, törədən və ya törətmiş şəxslərin müəyyən edilməsi ilə əlaqədar yol verilir. [10]
VIII. Bu Qanunla müvəkkil edilməmiş fiziki və hüquqi şəxslər tərəfindən əməliyyat-axtarış tədbirlərinin aparılması, habelə gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuştexniki vasitələrdən (yəni əməliyyat-axtarış tədbirləri çərçivəsində informasiyanın gizli yolla əldə olunması məqsədilə xüsusi olaraq yaradılmış, işlənib hazırlanmış, istehsal olunmuş, proqramlaşdırılmış, təkmilləşdirilmiş avadanlıqlar, cihazlar, qurğular, ləvazimatlar və digər texniki vasitələr) istifadə olunması qadağandır. [11]
IX. Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələr mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyalara aiddir. Əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsinə müvəkkil edilməmiş fiziki və hüquqi şəxslər tərəfindən onların istehsalı, satışı, əldə edilməsi, ölkəyə gətirilməsi və ölkədən çıxarılması yalnız qanunvericiliklə müəyyən edilmiş qaydada verilən xüsusi icazə əsasında həyata keçirilə bilər. [12]
X. Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş xüsusi texniki vasitələrin növləri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. [13]
Maddə 11. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün səbəblər və əsaslar
I. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün əməliyyat-axtarış fəaliyyətinin subyektlərində bu maddədə nəzərdə tutulmuş səbəblər və əsaslar olmalıdır.
II. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün səbəblər aşağıdakılardır:
1) fiziki şəxslərin ərizələri;
2) müəssisə, idarə, təşkilatların vəzifəli şəxslərinin müraciətləri;
3) kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar;
4) əməliyyat-axtarış fəaliyyəti subyektlərinin bilavasitə əldə etdikləri məlumatlar;
5) əməliyyat-axtarış fəaliyyətinin digər subyektlərinin yazılı sorğuları;
6) Azərbaycan Respublikasının ali dövlət hakimiyyəti orqanlarını və xüsusi obyektlərini mühafizə edən orqanlarının yazılı sorğuları;
7) cinayət işləri üzrə təhqiqatı və ya istintaqı aparan şəxslərin yazılı tapşırıqları;
8) xarici dövlətlərin hüquq-mühafizə orqanlarının və ya müvafiq beynəlxalq təşkilatlarının rəsmi sorğuları.
9) kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin yazılı sorğuları. [14]
III. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır:
1) məhkəmənin (hakimin) qərarları;
2) istintaq orqanlarının qərarları;
3) əməliyyat-axtarış fəaliyyətinin səlahiyyətli subyektlərinin qərarları.
IV. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə məhkəmənin (hakimin), istintaq orqanının və ya əməliyyat-axtarış fəaliyyətinin səlahiyyətli subyektinin qərarı yalnız aşağıdakı hallarda qəbul oluna bilər:
1) başlanmış cinayət işi mövcud olduqda:
3) cinayət işinin başlanmasına kifayət qədər əsaslar olmasa da, cinayət hazırlayan, törədən və ya törətmiş şəxs barəsində etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olduqda;
4) dövlət təhlükəsizliyinə və ya müdafiə qabiliyyətinə təhlükə yaradan hadisə baş verdikdə, yaxud onun qarşısı alındıqda;
5) şəxs məhkəmə, istintaq və ya təhqiqat orqanlarından gizləndikdə, cəza çəkməkdən boyun qaçırdıqda, yaxud itkin düşdükdə;
6) naməlum meyit aşkar edildikdə.
Maddə 12. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərarlar, yazılı tapşırıqlar və sorğular
I. Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar, yazılı tapşırıq və ya rəsmi sorğu yalnız Azərbaycan Respublikasının qanunvericiliyinin əsasında belə səlahiyyətə malik olan şəxs tərəfindən verilə bilər.
II. Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarda, yazılı tapşırıqda və ya rəsmi sorğuda belə tədbirin zəruriliyi əsaslandırılmalıdır.
III. Bu Qanunun 10-cu maddəsinin I hissəsinin 3 – 5, 8 və 10-cu bəndlərində nəzərdə tutulmuş əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarda bundan başqa aşağıdakılar mütləq öz əksini tapmalıdır:
1) müvafiq tədbir keçirmək təklifi verən əməkdaşın soyadı, adı, atasının adı və vəzifəsi;
2) haqqında tədbir keçirilməsi təklif edilən şəxsin soyadı, adı, atasının adı və ya obyektin təsviri;
3) müdaxilə xarakterli üsul və vasitələrin tətbiq olunması haqqında tələbi əsaslandıran faktlar;
4) adi təhqiqat üsulu vasitəsi ilə zəruri məlumatın alınmasının qeyri-mümkünlüyünün əsaslandırılması;
5) müdaxilə xarakterli üsul və vasitələrin tətbiqinin nəzərdə tutulan müddəti;
6) tədbir keçirməsi ilə əlaqədar əldə edilə bilən nəticə.
Maddə 13. Əməliyyat-axtarış tədbirlərinin tətbiqinin şərtləri
I. Qanunla mühafizə edilən yazışma, telefon, poçt-teleqraf və digər rabitə üsulları ilə ötürülən məlumatların sirrinin qorunması, eləcə də mənzil toxunulmazlığı ilə əlaqədar əməliyyat-axtarış tədbirlərinin tətbiqinə ancaq cinayət hazırlayan, cinayət törətməyə sui-qəsd edən, cinayət törədən, həmçinin məhkəmə, istintaq və ya təhqiqat orqanlarından gizlənən, cəza çəkməkdən boyun qaçıran şəxslər barədə məlumat toplamaq, habelə oğurlanmış əmlakı tapmaq, dəlillərinin gizlədilməsinin və məhv edilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilən tədbirlər nəticəsində əldə olunmuş məlumatların cinayət işi üzrə sübut ola biləcəyini və axtarılan şəxslərin tutula biləcəyini güman etmək üçün kifayət qədər əsas olduğu halda icazə verilir.
II. Telefon və digər danışıqlara qulaqasması və onların yazılması, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması, poçt-teleqraf göndərişlərinin yoxlanılması və mənzillərə baxış keçirilməsi ilə əlaqədar tətbiq edilən əməliyyat-axtarış tədbirlərdə əməliyyat-axtarış fəaliyyəti subyektlərinin müvəkkil edilmiş şəxslərində həmin tədbirlərin tətbiqinə dair qərar və özlərinin xidməti vəsiqələri olmalıdır.
III. Şəxs tərəfindən cinayətin törədilməsi və ya hazırlanması barədəki kifayət qədər əsas olduqda onun özü və əlaqələri haqqında məlumat almaq məqsədilə tətbiq edilən əməliyyat-axtarış tədbirində insanın səhhətinə və ətraf mühitə ziyan vuran texniki vasitə, psixotrop, kimyəvi və digər maddələrdən istifadə edilməsi qadağandır.
IV. Əməliyyat-axtarış tədbirlər tətbiq edilərkən əməliyyat-axtarış fəaliyyəti subyektinin müvəkkil edilmiş şəxsləri, həmin tədbirlərin cinayətkar qəsdlərin dövlətin və cəmiyyətin mənafeyinə vura biləcəyi ziyanın ictimai təhlükəsizlik dərəcəsinə uyğunluğunu gözləməyə borcludurlar.
Maddə 14. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi
I. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi əməliyyat-axtarış fəaliyyəti subyektinin rəhbərliyinin nəzarəti altında həyata keçirilir.
II. Əməliyyat-axtarış fəaliyyəti subyektinin müvəkkil edilmiş şəxsi əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi zamanı bilavasitə və birbaşa rəisinə tabedir. Rəisindən açıq-aşkar qanunsuz əmr və ya göstəriş aldıqda o qanunu rəhbər tutmalı və əməliyyat-axtarış fəaliyyəti subyektinin tabeliyi üzrə yuxarı orqanına bu barədə məlumat verməlidir. Əməliyyat-axtarış fəaliyyəti subyektinin müvəkkil edilmiş şəxsi tərəfindən rəisinin əmrini və yaxud göstərişini yerinə yetirdiyi vaxtda cinayət baş verərsə və ya verəcəyi ehtimal olunarsa, bu barədə əməliyyat-axtarış fəaliyyəti subyektinin tabeliyi üzrə yuxarı orqanına və yaxud məhkəməyə şikayət verə bilər.
III. Qanunla birbaşa buna müvəkkil edilmiş şəxslər istisna olmaqla əməliyyat-axtarış fəaliyyəti subyektlərinin və onların vəzifəli şəxslərin qanuni hərəkətlərinə heç kəs müdaxilə edə bilməz.
IV. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi zamanı informasiya sistemlərindən, video və səsyazmadan, kino və fotoşəkillərdən, həmçinin vətəndaşların həyatı və sağlamlığına, ətraf mühitə zərər vurmayan digər texniki və başqa vasitələrdən istifadə edilə bilər.
V. Obyektiv səbəblərdən əməliyyat-axtarış tədbirlərinin tətbiqini qeyri-mümkün edən şərait yarandıqda (qarşısı alına bilməyən fövqəladə hadisə baş verdikdə və ya qarşısı alına bilməyən qüvvə mane olduqda və yaxud ictimai təhlükəsizliyə real təhlükə yarandıqda) belə tədbirlərin həyata keçirilməsi dayandırılır.
VI. Həyata keçirilən əməliyyat-axtarış tədbirlərinə aşağıdakı hallarda son qoyulur:
1) bu qanunun 1-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olunduqda;
2) haqqında keçirilən şəxsin hərəkətlərində cinayət tərkibinin mövcudluğu 6 ay ərzində müəyyən edilmədikdə.
VII. Əməliyyat tapşırığını yerinə yetirərkən əməliyyat-axtarış fəaliyyəti subyektlərinin müvəkkil edilmiş şəxsin cinayətkar qrupların və ya kriminogen obyektlərin daxilində olması, habelə bu zaman zəruri özünümüdafiə və ya son zərurət halında onun tərəfindən yol verilmiş hərəkətlər Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət tərkibini yaratmır.
VIII. Əməliyyat-axtarış tədbirlərinin təşkili və həyata keçirilməsi, habelə əməliyyat-axtarış fəaliyyəti sahəsində qanunvericilikdə nəzərdə tutulmuş digər məlumatlar dövlət sirrinin bir növü kimi müvafiq qanunla müəyyən edilmiş qaydada mühafizə olunur. [16]
IX. Əməliyyat-axtarış fəaliyyətini həyata keçirərkən dövlət sirri və xidməti sirr sayılan, əməliyyat-axtarış fəaliyyətinin təşkilinə, əməliyyat məlumatların mənbəyinə, üsul və metodlarına, eləcə də vətəndaşların şəxsi və ailə həyatına aid olan məlumatlar aşkarlanmamalıdır. [17]
X. Əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə məxfi əməkdaşlıq etmiş və edən şəxslər barədə məlumatlar yalnız həmin şəxslərin yazılı razılığı ilə qanunvericiliklə müəyyən edilmiş qaydada və hallarda aşkarlana bilərlər. [18]
Maddə 14-1. Əks-kəşfiyyat fəaliyyətində əməliyyat-axtarış tədbirlərinin tətbiq edilməsi [19]
I. Əks-kəşfiyyat fəaliyyətində əməliyyat-axtarış tədbirlərinin tətbiq edilməsi bu Qanuna, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinə müvafiq həyata keçirilir.
II. Əks-kəşfiyyat fəaliyyətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün səbəblər və əsaslar, onların tətbiqi şərtləri, həyata keçirilməsi, tətbiqinə nəzarət, bu tədbirlərə dair qərarların, yazılı tapşırıqların və sorğuların verilməsi, habelə keçirilən tədbirlərin nəticələrindən istifadə edilməsi qaydaları bu Qanunla və digər qanunvericilik aktları ilə tənzimlənir.
Maddə 15. Əməliyyat-qeydiyyat işi
I. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi olduqda bu qanunun 11-ci maddəsinin III hissəsində nəzərdə tutulmuş qərarların əsasında əməliyyat-qeydiyyat işi başlanılmalı və bu iş əməliyyat-axtarış fəaliyyətinin subyekti tərəfindən mütləq qeydiyyata alınmalıdır.
II. Əməliyyat-axtarış fəaliyyətinin subyektində məhkəmə, istintaq və ya təhqiqat orqanlarından gizlənilən, cəza çəkməkdən boyun qaçıran, cinayət törətməkdə şübhəli olan və ya itkin düşən şəxslər haqqında eyni hüquqazidd hərəkətlərə görə yalnız bir əməliyyat-qeydiyyat işi aparılmalıdır.
III. Əməliyyat-axtarış tədbirlərinin nəticələri əməliyyat-qeydiyyat işində əks edilməli və sistemləşdirilməlidir.
IV. Əməliyyat-qeydiyyat işi onu aparan əməliyyat-axtarış fəaliyyətinin subyektində saxlanılır.
V. Ədalət mühakiməsi naminə hallar istisna olunmaqla, cinayətin törədilməsində qanunla müəyyən olunmuş qaydada təqsiri sübuta yetirilməyən şəxs haqqında əməliyyat-axtarış tədbirləri nəticəsində əldə edilmiş materiallar bir il müddətində saxlanılır, sonra isə məhv edilir.
Maddə 16. Əməliyyat-axtarış tədbirlərinin nəticələrindən istifadə edilməsi
I. Əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar bu qanuna müvafiq əldə edildikdə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. [20]
II. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi nəticəsində əldə edilmiş məlumatlar bu tədbirlərin məqsədlərinə uyğun olmadıqda onların aşkar edilməsi və ya hüquqi və fiziki şəxslərin əleyhinə istifadə edilməsi qadağandır.
III. Şəxs haqqında xüsusi texnikanın köməyi ilə əldə edilmiş məlumat açıqlandıqda həmin şəxs bu məlumatın qanunsuz əldə edilməyinə və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsində xüsusi texnikanın tətbiqinə icazə alınmamasına əsaslanaraq ifadələrindən imtina və məhkəməyə şikayət edə bilər. Belə vəziyyətdə məhkəmə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi qanuniliyini araşdırıb mübahisəli məlumatların qanuni yolla əldə edilməsini və ya hüquqi baxımdan qüvvəsiz hesab olunmasını elan edir.
IV. Bu qanunun tələblərinə riayət olunmadan əldə edilmiş məlumatlar dərhal məhv edilməlidir.
V. İnsanın şəxsi və ailə həyatına, şərəfinə və ya ləyaqətinə aid olan, lakin tərkibində qanunla qadağan edilməmiş hərəkətlərin törədilməsindən xəbər verən əməliyyat-axtarış tədbirlərinin nəticəsində əldə edilmiş məlumatlar saxlanıla bilməz və onlar məhv edilməlidir. [21]
VI. Açılmamış cinayətlər üzrə insanların təhlükəsizliyinə və ya istintaqa ziyan vura biləcək əməliyyat-axtarış tədbirlərin nəticəsində əldə edilmiş məlumatlarını yaymaq qadağandır.
VII. Hər hansı cinayətin törədilməsi ilə bağlı əməliyyat-axtarış tədbirləri nəticəsində əldə edilmiş məlumatlarla tanış olmaq hüququ məlumatların mənbəyini aşkarlamamaq şərti ilə yalnız həmin cinayət işi üzrə istintaqı aparan şəxsə, prokurora və ya məhkəməyə verilir.
YEKUN MÜDDƏALAR
Maddə 17. Əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkdaşlıq edən şəxslərin hüquqi və sosial müdafiəsi
I. Əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkdaşlıq edən şəxslər dövlət tərəfindən müdafiə olunurlar.
II. Əməliyyat-axtarış tədbirlərində şəxslərin könüllü iştirakı bağlanmış müqavilə əsasında həyata keçirilə bilər.
III. Əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkdaşlıq edən şəxslərin əmək haqqı, mükafat və digər maddi təminatlar almaq hüququ vardır.
IV. Əməliyyat-axtarış fəaliyyətində iştirak etmələri ilə əlaqədar şəxslərin, eləcə də onların yaxın qohumlarının həyatına, sağlamlığına və əmlakına real təhlükə yarandıqda səlahiyyətli orqanlar onların mühafizəsi və dəymiş zərərin ödənilməsi, həmçinin təqsirləndirilən şəxslərin məsuliyyətə cəlb edilməsi üçün zəruri tədbirlər görürlər.
V. Əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkdaşlıq edən şəxslərin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. [22]
VI. Əməliyyat-axtarış tədbirlərində iştirak edərkən həlak olmuş, yaxud şikəst olmuş şəxslərin ailəsinə müvafiq olaraq min yüz manat və beş yüz əlli manat birdəfəlik müavinət verilir. Həmin şəxslərin ailəsinə həmçinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada pensiya təyin edilir. [23]
VII. Əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkdaşlıq edən şəxslərin cinayətkar qruplara və ya kriminogen obyektlərə daxil edilməsi ilə əlaqədar vəzifələrini yerinə yetirilməsi müddəti və müvafiq surətdə onun maddi təminatı birin üçə nisbəti hesabı ilə hesablanır.
VIII. Əməliyyat-axtarış fəaliyyətinin subyekti ilə əməkdaşlığa cəlb olunmuş və cinayətin açılmasında fəal iştirak etmiş cinayətkar qrupun üzvü, tərkibində cinayət əməlləri olan və ağır nəticələrə səbəb olmayan əməllər törədilibsə və vurulmuş zərəri ödəyibsə, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq cinayət məsuliyyətindən azad olunur.
Maddə 18. Əməliyyat-axtarış fəaliyyəti subyektlərinin maddi-texniki və maliyyə təminatı
I. Əməliyyat-axtarış fəaliyyətini və avtomatlaşdırılmış informasiya sistemlərinin qurulmasını, saxlanılmasını və mühafizəsini bu qanunun tələblərinə uyğun surətdə həyata keçirilməsi üçün əməliyyat-axtarış fəaliyyətinin subyektlərinə zəruri maliyyə vəsaitləri və maddi-texniki təminat verilir.
II. Əməliyyat-axtarış fəaliyyətinin maddi-texniki və maliyyə təminatı Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaitləri, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda digər mənbələr hesabına maliyyələşdirilir. Bu vəsaitlərin xərclənməsi qaydalarını və normalarını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. [24]
III. Əməliyyat-axtarış subyektlərinin maddi-texniki təminatının qaydalarını və normalarını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
IV. Əməliyyat-axtarış fəaliyyəti subyektlərinə ayrılan maliyyə vəsaitinin xərclənməsinə həmin subyektlərin rəhbərləri tərəfindən nəzarət edilir.
Maddə 19. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində qanunçuluğun təminatı
Əməliyyat-axtarış fəaliyyəti subyektlərinin rəhbərləri əməliyyat-axtarış tədbirlərinin təşkili və həyata keçirilməsi zamanı qanunçuluğa əməl olunmasına nəzarət edirlər və buna görə fərdi məsuliyyət daşıyırlar.
Maddə 19-1. Əməliyyat-axtarış fəaliyyətinə məhkəmə nəzarəti [25]
Əməliyyat-axtarış fəaliyyətinə məhkəmə nəzarəti Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada həyata keçirilir.
Maddə 20. Əməliyyat-axtarış fəaliyyətinə prokuror nəzarəti
I. Əməliyyat-axtarış fəaliyyətinin subyektləri tərəfindən qanunların icrasına nəzarəti Azərbaycan Respublikasının baş prokuroru və onun tərəfindən müvəkkil edilmiş prokurorlar həyata keçirirlər. Korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanının əməliyyat-axtarış fəaliyyətini yerinə yetirməsi zamanı qanunların icrasına nəzarəti Azərbaycan Respublikasının Baş prokuroru həyata keçirir. [26]
II. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi zamanı qanun pozuntularına yol verilməsi barədə materiallar, məlumatlar və ya vətəndaşların yazılı ərizələri daxil olduqda, habelə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müəyyən olunmuş qaydalar və qəbul olunmuş qərarların qanuniliyi yoxlanıldıqda, prokurorların sorğuları əsasında əməliyyat-axtarış fəaliyyəti subyektlərinin rəhbərləri əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün səbəb və əsaslarına dair sənədləri təqdim etməlidirlər.
III. Cinayət məsuliyyətinə cəlb olunması halları istisna edilməklə cinayətkar qruplara və ya kriminogen obyektlərə daxil olmuş şəxslərin, əməliyyat-axtarış subyektlərinin ştatdan kənar və məxfi əməkdaşlarının şəxsiyyəti haqqında məlumatlar həmin şəxslərin yazılı razılığı olduqda qanunvericiliklə müəyyən edilmiş qaydada və hallarda prokuror nəzarətinin subyektinə təqdim edilə bilər. [27]
IV. Əməliyyat-axtarış tədbirlərinin təşkili, taktikası, üsul və vasitələrinə dair məlumatlar (korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanının əməliyyat-axtarış tədbirləri ilə bağlı məlumatları istisna olmaqla) prokuror nəzarətinin predmetinə daxil deyil. [28]
V. Əməliyyat-axtarış fəaliyyətinə nəzarəti həyata keçirən Azərbaycan Respublikasının baş prokuroru və onun tərəfindən müvəkkil edilmiş prokurorlar onlara verilən sənədlərdə əks olunan məlumatların məxfiliyini təmin etməlidirlər.
Maddə 21. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi zamanı qanunçuluğun pozulmasına görə məsuliyyət
I. Əməliyyat-axtarış fəaliyyətinin bu qanunla müəyyən edilmiş məqsədlərə, əsaslara və ya şərtlərə əməl edilmədən təşkili və həyata keçirilməsi, onun keçirilməsi üçün etibar olunmuş və ya iş və xidmətlə əlaqədar belə məlumatlarla tanış olmuş şəxslər onları yaymağa görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada müvafiq olaraq cinayət, inzibati və intizam məsuliyyəti daşıyırlar.
II. İnsanın hüquq və azadlıqları, hüquqi şəxslərin qanuni mənafeləri pozulduqda, habelə haqqında əməliyyat-axtarış tədbirləri keçirilmiş şəxsin hüquqpozmaya aidiyyəti təsdiq olunmadıqda əməliyyat-axtarış fəaliyyətinin subyekti pozulmuş hüququ bərpa etməyə və vurulmuş maddi və mənəvi ziyanı ödəməyə borcludur.
III. Əməliyyat-axtarış fəaliyyətinin subyektləri tərəfindən bu Qanunda nəzərdə tutulmuş əməliyyat-axtarış tədbirlərinin tətbiqi istisna olmaqla, şəxsin onun xəbəri olmadan və ya etirazına baxmayaraq kütləvi informasiya vasitələrinin nümayəndələri və başqa şəxslər tərəfindən izlənilməsi, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qalması qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur. [29]
KEÇİD MÜDDƏALARI
I. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.
II. Hakimlərin əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar bu qanunda nəzərdə tutulmuş səlahiyyətləri yeni cinayət-prosessual qanunvericiliyi qəbul olunduqdan və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hakimlər təyin edildikdən sonra qüvvəyə minir.
II. Hakimlərin əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar bu qanunda nəzərdə tutulmuş səlahiyyətləri qüvvəyə minənədək, həmin səlahiyyətlər mövcud cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
Azərbaycan Respublikasının prezidenti HEYDƏR ƏLİYEV
Bakı şəhəri, 28 oktyabr 1999-cu il
əməliyyat
2. военные действия, подчинённые единому плану. Döyüş əməliyyatı боевая операция, hücum əməliyyatı наступательная операция, əməliyyatın planı план операции, əməliyyata rəhbərlik etmək руководить операцией
3. торговая или финансовая сделка. Bank əməliyyatı банковская операция, pul əməliyyatları денежные операции
4. отдельная законченная часть технологического процесса. Eyni zamanda müxtəlif əməliyyatlar aparmaq одновременно выполнять несколько операций
1. операционный:
1) мед. относящийся к операции; предназначенный для операции. Əməliyyat stolu операционный стол, əməliyyat şöbəsi операционное отделение
2) фин. относящийся к операции, предназначенный для операции
2. оперативный:
1) связанный с медицинской операцией. Əməliyyat yolu ilə оперативным путём, способом
2) относящийся к военной операции. Əməliyyat məlumatı оперативная сводка, əməliyyat planı оперативный план
3) практически осуществляющий что-л. Əməliyyat orqanları оперативные органы, əməliyyat qrupu оперативная группа
1) операция; 2) действие.
сущ. собир.
1. сборник, собрание газелей. Füzulinin qəzəliyyatı сборник газелей Физули
2. перен. пустые разговоры, бессмыслица, болтовня
1. безуспешный, неуспешный (не приносящий успеха). Müvəffəqiyyətsiz (uğursuz) əməliyyat безуспешная операция, müvəffəqiyyətsiz müalicə безуспешное лечение
2. неудачный. Müvəffəqiyyətsiz (uğursuz) gediş неудачный ход, müvəffəqiyyətsiz (uğursuz) ekspedisiya неудачная экспедиция
1. безуспешно, неуспешно. Müvəffəqiyyətsiz nəticələnmək кончиться безуспешно, komanda müvəffəqiyyətsiz (uğursuz) çıxış etdi команда выступила неуспешно
2. неудачно. Əməliyyat müvəffəqiyyətsiz (uğursuz) keçdi операция прошла неудачно
прил. безболезненный, обезболенный. Ağrısız əməliyyat безболезненная операция, ağrısız doğum обезболенные роды
нареч. безболезненно
прил. смелый:
1. храбрый, отважный, бесстрашный. Cəsarətli adam смелый человек, cəsarətli gənc (oğlan) смелый юноша, təbiətən cəsarətli смелый по природе (по натуре)
2. выражающий смелость, храбрость. Cəsarətli gözlər смелые глаза, cəsarətli baxış смелый взгляд
3. свидетельствующий о смелости, храбрости. Cəsarətli əməliyyat смелая операция, cəsarətli reydlər (basqınlar, hücumlar) смелые рейды (набеги), cəsarətli hərəkət смелый поступок, cəsarətli vətəndaşlıq hünəri смелый гражданский подвиг
4. не боящийся трудностей, препятствий, неудач; решительный, дерзающий. Cəsarətli novator (yenilikçi) смелый новатор, cəsarətli tədqiqatçı смелый исследователь, öz qərarlarında cəsarətli смелый в своих решениях
5. заключающий в себе что-л. новое, оригинальное, затрагивающий острые, злободневные вопросы. Cəsarətli addım смелый шаг, cəsarətli elmi axtarışlar смелые научные поиски, cəsarətli qərar смелое решение, cəsarətli ideyalar смелые идеи, cəsarətli məkələ смелая статья, cəsarətli tənqid смелая критика, cəsarətli çıxış смелое выступление
нареч. смело. Cəsarətli hərəkət etmək действовать (поступать) смело
1) требующий большого труда, усилий. Çətin məsələ трудная задача, çətin imtahan трудный экзамен
2) с трудом поддающийся воспитанию, доставляющий много за бот. Çətin uşaq трудный ребенок, çətin sinif трудный класс
3) совершаемый с трудом. Çətin tənəffüs трудное дыхание
4) выдерживаемый, переносимый с трудом, затруднительный, обременительный. Çətin şərait трудные условия, çətin vəziyyət трудное (затруднительное) положение
5) полный тяжёлого труда, забот, лишений, горя. Çətin həyat трудная жизнь, çətin il трудный год
6) сопряжённый с физическими страданиями, болью; мучительный. Çətin ölüm трудная смерть
2. тяжёлый, тягостный, тяжкий, нелёгкий. Çətin iş тяжёлая работа, çətin əməliyyat тяжёлая операция, çətin yol нелёгкий путь
3. головоломный. Çətin misal головоломный пример
нареч. трудно. Çətin danışmaq трудно говорить, çətin nəfəs almaq трудно дышать
предик. çətindir трудно; туго. Yaşamaq çətindir трудно жить, çətin olacaq будет трудно, туго. Onun üçün çətin olacaq ему будет трудно, demək çətindir сказать трудно, çətinə düşmək: 1. попасть в переплёт; 2. осложняться, осложниться; çətinə salmaq затруднять, затруднить; усложнять, усложнить, озадачивать, озадачить; çətin ki вряд ли
1. мысленный (представляемый в мыслях; воображаемый). Fikri mülahizələr мысленные рассуждения, fikri əməliyyat мысленная операция, fikri təlqin мысленное внушение
2. мыслительный, умственный. Fikri fəaliyyət мыслительная деятельность, fikri proses умственный процесс, fikri qabiliyyat мыслительная способность
прил. гинекологический. Ginekoloji əməliyyat гинекологическая операция, ginekoloji yardım гинекологическая помощь, ginekoloji alətlər гинекологические инструменты, ginekoloji tədqiqatlar гинекологические исследования, ginekoloji xəstəliklər гинекологические заболевания
1
1) состоящий из нескольких частей, элементов. Mürəkkəb dəzgah сложный станок
2) многообразный по составу входящих частей, отношений, связей. Mürəkkəb vəziyyət сложное положение, mürəkkəb həyat сложная жизнь, mürəkkəb şəraitdə в сложных условиях
3) обладающий различными противоречивыми качествами, свойствами. Mürəkkəb hisslər сложные чувства
4) представляющий затруднения для понимания, решения, осуществления и т.п. ; трудный. Mürəkkəb məsələ сложный вопрос, mürəkkəb əməliyyat сложная операция
нареч. сложно. Mürəkkəb yazır он пишет сложно; лингв. tabeli mürəkkəb cümlə сложноподчинённое предложение, mürəkkəb söz сложное слово, mürəkkəb xəbər сложное сказуемое; мат. mürəkkəb ədəd сложное число, mürəkkəb funksiyalar сложные функции; хим. mürəkkəb efirlər сложные эфиры, mürəkkəb maddə сложное вещество, бот. mürəkkəb yarpaqlar сложные листья, mürəkkəb sünbül сложный колос, mürəkkəb süxur геол. сложная порода, mürəkkəb tikiş мед. сложный шов
2. смешанный (разнородный по составу). Mürəkkəb tərkib смешанный состав, mürəkkəb dərs пед. смешанный урок
3. комбинированный, осложнённый. Mürəkkəb sınıq мед. комбинированный перелом
2
1. сущ. чернила. Qara mürəkkəb чёрные чернила, qırmızı mürəkkəb красные чернила, mürəkkəblə yazmaq писать чернилами, qələmi mürəkkəbə batırmaq обмакнуть ручку в чернила (в чернильницу)
прил. чернильный. Mürəkkəb ləkəsi чернильное пятно
◊ mürəkkəbi qurumamış не успели высохнуть чернила (быстро, сразу)
1. логический:
1) согласующийся с законами логики. Məntiqi ardıcıllıq логическая последовательность, məntiqi nəticə логический вывод, məntiqi təfəkkür логическое мышление, məntiqi əməliyyat логическая комбинация; məntiqi vurğu лингв. логическое ударение
2) замечаемый, устанавливаемый при помощи законов логики. Məntiqi ziddiyyət логическое противоречие, məntiqi səhv логическая ошибка
3) обусловленный самим характером чего-л., внутренней закономерностью чего-л. Məntiqi əlaqə логическая связь, məntiqi tamamlanma логическое завершение
2. логичный (согласующийся с законами логики). Məntiqi ifadəsi nəyin логичное выражение чего, məntiqi dəlillər логичные доказательства
прил. экон. безналичный (не связанный с расплатой наличными деньгами). Nağdsız hesablaşma безналичный расчет, nağdsız əməliyyat безналичная операция, nağdsız pul dövriyyəsi безналичный денежный оборот
1. искусственно вызванная потеря чувствительности какого-нибудь органа или усыпление с потерей сознания и полной нечувствительностью. Narkoz altında əməliyyat операция под наркозом, dərin narkoz глубокий наркоз, sümükiçi narkoz впутрикостный наркоз, səthi narkoz поверхностный наркоз
2. наркотик (вещество, используемое в медицине как болеутоляющее и снотворное средство); narkoz vermək дать наркоз (занаркотизировать), qaz narkozu газовый наркоз, qarışıq narkoz смешанный наркоз
прил. наркозный. Narkoz aparatı наркозный аппарат, narkoz vərəqəsi наркозная карта, narkoz masası наркозный стол, narkoz maskası наркозная маска; narkoz otağı наркозная
сущ. операция:
1. хирургическое вмешательство, предпринимаемое с лечебной целью при некоторых заболеваниях и ранениях. Operasiya etmək сделать операцию, ürəkdə operasiya операция на сердце, plastik operasiya пластическая операция, göz operasiyası операция глаза, operasiyanın gedişi ход операции
2. удаление чего-л. посредством хирургического вмешательства. Kor bağırsağın operasiyası операция слепой кишки
1. операционный. Operasiya stolu операционный стол, operasiya tibb bacısı операционная медсестра
2. оперативный (связанный с операцией); хирургический. Operasiya yolu ilə операционным путем; operasiya otağı операционная (помещение в больнице, где оперируют больных); см. əməliyyat
1. сняв мерку, кроить
2. перен. обдумывать, обдумать, взвешивать, взвесить, продумывать, продумать что-л. Əməliyyat planını ölçüb-biçmək продумать план операции, cavabını ölçüb-biçmək обдумать свой ответ, hərəkətini ölçüb-biçmək обдумать свои действия, hər addımını ölçüb-biçmək обдумать каждый свой шаг, qərarını ölçüb-biçmək обдумать своё решение, hər şeyi ölçüb-biçmək обдумать всё, əvvəlcədən ölçüb-biçmək заранее обдумать, hərtərəfli ölçüb-biçmək всесторонне обдумать
3. перен. соизмерять, соизмерить. İmkanlarını reallığa uyğun ölçüb-biçmək соизмерить свои возможности с реальностью
◊ ölçüb-biçmədən:
1. с бухты-барахты; ни с того ни с сего; необдуманно
2. наобум, не подумав, не подготовившись
сущ. пассив:
1. бухг. совокупность долгов и обязательств предприятия. Passivi hesablamaq подсчитать пассив, bankın passivi пассив банка
2. лингв. страдательный залог глагола
1. пассивный:
1) относящийся к пассиву. Passiv balans пассивный баланс, passiv əməliyyat пассивная операция, passiv hesab пассивный счёт
2) бездеятельный, инертный. Passiv adam пассивный человек, passiv tamaşaçı пассивный зритель, passiv həyat tərzi пассивный образ жизни, pasiv istirahət пассивный отдых, passiv rol oynamaq играть пассивную роль
3) лингв. страдательный. Passiv konstruksiya пассивная конструкция
2. геогр. мёртвый. Passiv buz мёртвый лёд; passiv seçki hüququ. юрид. пассивное избирательное право, псих. passiv diqqət пассивное внимание, passiv nitq пассивная речь, passiv təsbitetmə мед. пассивная фиксация; passiv muqavimət физ. пассивное сопротивление, passiv metal пассивный металл, связь. passiv antena пассивная антенна, passiv rabitə пассивная связь
нареч. пассивно. Passiv hərəkət etmək действовать пассивно, dərsdə passiv iştirak etmək пассивно участвовать в уроке, passiv mudafiə etmək пассивно защищать
1. бесплатный:
1) такой, за которую не взимают платы, даровой. Pulsuz bilet бесплатный билет, pulsuz dərsliklər бесплатные учебники, pulsuz putyovka бесплатная путёвка, pulsuz yemək бесплатное питание, pulsuz minik бесплатный проезд, pulsuz təhsil бесплатное обучение (образование)
2) не оплачиваемый (занимаемый на общественных началах). Pulsuz iş бесплатная работа
2. безденежный:
1) разг. не имеющий (или имеющий мало) денег, нуждающийся в деньгах. Pulsuz adam безденежный человек
2) не связанный с расплатой наличными деньгами. Pulsuz əməliyyat безденежная операция, pulsuz tədavül безденежное обращение, pulsuz həsablaşma безденежный расчёт
1. без денег. Pulsuz qalmaq остаться без денег
2. бесплатно, даром. Pulsuz işləmək работать бесплатно (безвозмездно), pulsuz oxumaq бесплатно учиться, nədən pulsuz istifadə etmək бесплатно пользоваться чем; pulsuz olmaq: 1. быть без денег; 2. быть бесплатным; стать бесплатным
1. страшный. Qorxulu görkəm страшный вид, qorxulu nağıl страшный рассказ, qorxulu xəbər страшная весть, qorxulu xəstəlik страшная болезнь, qorxulu bir şey yoxdur ничего страшного нет
2. жуткий, тягостный, неприятный, вызывающий чувство страха. Qorxulu mənzərə жуткое зрелище, qorxulu fikirlər тягостные мысли, qorxulu hiss неприятное ощущение
1) жестокий, суровый
2) заключающий, выражающий угрозу. Qorxulu məktub грозное письмо
3) страшный
4. опасный. Qorxulu adam опасный человек, qorxulu yer опасное место, qorxulu səfər опасная поездка, qorxulu əməliyyat опасная операция, qorxulu yük ж.-д. опасный груз
5. тревожный. Qorxulu səs тревожный голос, qorxulu məlumat тревожное сообщение, qorxulu siqnal тревожный сигнал
2. грозно. Qorxulu baxmaq грозно посмотреть
4. тревожно
сущ. группа:
1. несколько предметов, животных или людей, находящихся близко друг от друга. Bir qrup adam группа людей, adalar qrupu группа островов, ağaclar qrupu группа деревьев, heyvanlar qrupu группа животных
2. совокупность людей, связанных общей идеей, целью, работой. Partiya qrupu партийная группа, ədəbi qruplar литературные группы, ictimai qruplar общественные группы, təbliğatçılar qrupu группа пропагандистов, əməliyyat qrupu оперативная группа, desant qrupu десантная группа
3. объединение нескольких лиц для совместных занятий. Xarici dilləri öyrənənlər qrupu группа изучающих иностранные языки, пед. böyük qrup старшая группа, kiçik qrup младшая группа, günü uzadılmış qrup группа продлённого дня
4. графическое или скульптурное изображение, фотографический снимок нескольких лиц
прил. групповой. Qrup əmək müqaviləsi групповой трудовой договор; qrup relesi связь. групповое реле, qrup üzrə xidmət групповое обслуживание, qrup sürəti физ. групповая скорость
прил. удачный:
1. завершившийся удачей, успехом; успешный. Uğurlu gün удачный день, uğurlu il удачный год, uğurlu başlanğıc удачное начало, uğurlu sonluq удачный конец, uğurlu səfər удачная поездка, uğurlu ov удачная (удачливая) охота, uğurlu oyun удачная игра, uğurlu cəhd удачная попытка, uğurlu çıxış успешное (удачное) выступление, uğurlu hərbi əməliyyat успешная военная операция
2. вполне отвечающий каким-л. требованиям, условиям; хороший. Uğurlu əsər удачное произведение, uğurlu film удачный фильм, uğurlu tamaşa удачная постановка, uğurlu müqayisə удачное сравнение, uğurlu tərcümə удачный перевод, uğurlu seçim удачный выбор, son dərəcə uğurlu весьма (на редкость) удачный
◊ yolun uğurlu olsun! счастливого пути!
См. также в других словарях:
- əməliyyat — is. <ər. «əməliyyə» söz. cəmi> 1. Müəyyən bir məqsəd güdən və bir biri ilə əlaqəli olan işlər. Təmizləmə əməliyyatı. – Qulu Bəhramın vasitəsilə bəzi əməliyyat yapmaq fikrində idi. Ç.. 2. tib. Bəzi xəstəliklər, yaxud yaralanmalar zamanı… … Azərbaycan dilinin izahlı lüğəti
- qəzəliyyat — is. <ər.> köhn. 1. Qəzəllər; qəzəllər məcmuəsi. Füzulinin, Seyid Əzimin qəzəliyyatı. – Orta Asiya Şərqə qəzəliyyat və fəlsəfə cəhətcə bir çox böyük şəxslər vermişdir. Ə. H.. 2. məc. Boş söhbətlər … Azərbaycan dilinin izahlı lüğəti
- fi’liyyât — (A.) [ تﺎﻴﻠﻌﻓ ] eyleme dökülen işler … Osmanli Türkçesİ sözlüğü
- qəzəliyyat — ə. «qəzəl» c. 1) qəzəllər; 2) bir şairin qəzəllər külliyyatı … Klassik Azərbaycan ədəbiyyatında islənən ərəb və fars sözləri lüğəti
- əməliyyat — ə. «əməli» c. bir işin həyata keçirilməsi üçün tədbir(lər) … Klassik Azərbaycan ədəbiyyatında islənən ərəb və fars sözləri lüğəti
- CA’LİYYAT — Yapmacık hareketler, sahte, düzme hâller … Yeni Lügat Türkçe Sözlük
- hücum — is. <ər.> 1. İrəliləmək məqsədilə qoşunların düşmənə qarşı apardığı hərbi əməliyyat; həmlə. Cəbhə boyu hücum. Düşmən üzərinə şiddətli hücum. Hücumun qabağını almaq. – Qala qoşunu düşmənin hücumunu dəf etməyə çalışırdı. . Ç.. <Əmrah>… … Azərbaycan dilinin izahlı lüğəti
- strategiya — <yun. strategia – qoşun və ago – aparıram> 1. Geniş miqyasda hərbi əməliyyat, müharibə hazırlama və aparma sənəti. Strategiya və taktika. // Müharibə aparma elmi. Strategiya haqqında leksiya. Strategiya kursu. // Müharibə, hərbi əməliyyat… … Azərbaycan dilinin izahlı lüğəti
- tələfat — is. <ər. «tələf» söz. cəmi> Hərbi əməliyyat, təbii fəlakət, qəza və s. nəticəsində sıradan çıxan adam, əşya, maşın, tikili və s. ; zayeat. Müəllim Mirzə Əliqulu bizə dedi ki, zəlzələnin zərəri nəhayətdir, xah can tələfatı, xah zərəri. C. M … Azərbaycan dilinin izahlı lüğəti
- The Legacy of Islamic Antisemitism — The Legacy of Islamic Antisemitism: From Sacred Texts to Solemn History is a 2008 book by Brown University professor of medicine Andrew Bostom. It is a “collection of sources, Islamic and others, which testify to the long and sorry history of… … Wikipedia
- fiiliyat — is., ç., esk., Ar. fiˁliyyāt İş olarak yapılanlar, edim, edimler, işler, gerçekleştirilen işler … Çağatay Osmanlı Sözlük
Comments are closed, but trackbacks and pingbacks are open.