Press "Enter" to skip to content

Məliyyatın Təmizliyini Necə Yoxlamaq Olar

Çox vaxt vətəndaşlar şirkət mütəxəssislərinin onlar üçün hər şeyi edəcəyinə və əməliyyatın rahat keçəcəyinə inanaraq əmlak ofislərinə müraciət edirlər. Eyni zamanda, praktikaya müraciət edərək, bir şəxs artıq başqa bir şəxsə satılmış bir mənzilə və ya ondan əlavə bir neçə ailə üzvünün olduğu mənzilə mülkiyyət hüququ qazandığı bir çox halları ortaya qoyur. keçmiş sahibi qeydiyyata alınmışdır və s. Bir çox hal var və bunları sonsuz saya bilərsiniz. Əməliyyatın təmizliyini necə yoxlamaq olar

Sidiyini saxlaya bilməyənlər – Utanc gətirən patologiyadan xilas olmaq mümkündür

Sidiyi qaçırmaq, saxlaya bilməmək – tibbi dildə adı İnkotinentasiya- neçə illərdir yaşlı, ahıl insanların problemi kimi təqdim olunub, daha çox nənə-baba xəstəliyi kimi yaddaşlarda qalıb.

Amma son zamanlar pasiyent şikayətləri göstərir ki, bu problemə lazımi qiymət verilməyib. Çünki gənc qadınlar, gənc analar, yeniyetmə qızlar da bu problemi keçirir.

Rusiyalı uroloq Dmitriy Puşkarın məlumatına görə, qadınlar arasında sidiyi qaçırmaq 37% təşkil edir. Bu rəqəm Seçenov adına Universitetin rəqəmi ilə də üst-üstə düşür: 33,6 %

Lakin bu qadınların cəmi 8 %-i probleminə görə uroloq və ginekoloqlara müraciət edir. Qalanı dərdi ilə baş-başadır, utanır, sirrini heç kimə demir. Azərbaycanda da vəziyyət belədir. Çoxları bununla barışır, hesab edir ki, sidik kisəsi boşalıb, sallanıb, yaşla bağlıdır və daha müalicəsi yoxdur.

Medicina.az Sidik qaçırmasının səbəblərini təqdim edir:
Bu sidik ifrazı aktı üzərində insanın iradəsinin və nəzarətinin zəifləməsi və itməsidir.

Daha çox çətin doğuşlar, çoxsaylı doğuşlar, ginekoloji şipslərin qoyulması, stress kimi səbəblərdən başlayır.

Keysəriyyə üsulu ilə ana olan qadınlarda bu patologiya 2 dəfə az rastlanır.

Kiçik çanaq dibinin əzələsinin zəifləməsi, boşalması, uretranın sfinkterinin işinin pozulması patologiyanı yaradır.

Əməliyyatın Təmizliyini Necə Yoxlamaq Olar

Çox vaxt vətəndaşlar şirkət mütəxəssislərinin onlar üçün hər şeyi edəcəyinə və əməliyyatın rahat keçəcəyinə inanaraq əmlak ofislərinə müraciət edirlər. Eyni zamanda, praktikaya müraciət edərək, bir şəxs artıq başqa bir şəxsə satılmış bir mənzilə və ya ondan əlavə bir neçə ailə üzvünün olduğu mənzilə mülkiyyət hüququ qazandığı bir çox halları ortaya qoyur. keçmiş sahibi qeydiyyata alınmışdır və s. Bir çox hal var və bunları sonsuz saya bilərsiniz. Əməliyyatın təmizliyini necə yoxlamaq olar

Təlimat

Addım 1

Bu o demək deyil ki, rieltorlar bilərəkdən sizə zərər vermək istəyirlər. Bəli, rieltorun bilərəkdən müştərini çaşdırması və saxta hərəkətlərlə vəsaitin bir hissəsinə sahib çıxması halları var, lakin rieltorun səriştəsizliyi və işə laqeydliyi ucbatından müştərini səhvən yanıltdığı hallarda da bu əməliyyatlar uyğundur. Hər iki vəziyyətdə də illərdir topladığınız əmanətləri itirmək və hələ də daşınmaz əmlak əldə etməmək riskiniz var.

Addım 2

Əməliyyatın təmizliyini və rieltorların vicdanlılığını təkbaşına necə yoxlamaq olar, tam olaraq nəyi yoxlamaq lazımdır? Mülkiyyət və ya kirayə götürdüyünüz binaların ələ keçirildiyini yoxlamalısınız. Satıcının səssiz qala biləcəyi əmlakla bağlı hər hansı bir məhdudiyyət və ya yükün olub olmadığını yoxlayın.

Addım 3

Binanı satan və ya icarəyə götürən şəxsin sənədlərini, mülkiyyətçi olub olmadığını və bu cür əməliyyatları həyata keçirməyə səlahiyyətlərinin olub olmadığını yoxlayın. Eyni zamanda, satıcının əmlaka mülkiyyət hüququnu hansı əsasla aldığını, bu daşınmaz əmlak obyektinə olan hüquqlarının məhkəmədə mübahisələndirilib-mübahisəsiz olub olmadığını öyrənin.

Addım 4

Alınan mənzildə və ya evdə kimin qeydiyyata alındığı və bunun sizin üçün hər hansı bir nəticəsinin olub-olmayacağı, satıcının səssiz saxlaya biləcəyi üçüncü şəxslərin olub-olmaması barədə məlumat toplayın.

Addım 5

Mənzil üçün bütün texniki sənədləri yoxlayın və əmlakın icazəsiz yenidən qurulması və ya dəyişdirilməsinin olub olmadığını öyrənin.

Addım 6

Bağlanan müqavilənin bütün bəndləri daxil olmaqla əməliyyatda mövcud olan bütün sənədləri diqqətlə oxuyun.

Beş il əvvəlki tarixi nailiyyət – xüsusi təyinatlılar Günnüt yüksəkliyini necə azad edib? – FOTO

“2016-cı il Aprel döyüşləri Azərbaycan Ordusunun hərbi qüdrətini göstərdisə, 2018-ci il Günnüt əməliyyatı zamanı azad olunan strateji yüksəklik və ərazilər ordumuzun nə qədər böyük manevr qabiliyyətinə malik olduğunu təsdiq etdi”.

BAKU.WS xəbər verir ki, bunu report-a açıqlamasında Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun zabiti Kamran İbrahimov deyib.

Əməliyyatla bağlı danışan K.İbrahimov bildirib ki, 2018-ci ilin yazında Əlahiddə Ümumqoşun Ordusu tərəfindən xüsusi təyinatlılara Şərur rayonunun Günnüt kəndinin ərazi bütövlüyünün bərpa edilməsi barədə tapşırıq verilib:

“Tapşırıqdan dərhal sonra xüsusi təyinatlı qüvvələr olaraq Günnüt kəndinin ətrafına gəldik və kiçik qruplar şəklində bölündük. Kəndin ərazi relyefi sıx və yüksək dağlıq olduğu üçün konkret tapşırıqlar qoyuldu. Biz qruplar şəklində gecə vaxtı həmin strateji yüksəklikləri ələ keçirdik. Səhər hava işıqlandığından düşmən gördü ki, mühüm strateji postlar artıq Azərbaycan xüsusi təyinatlıları tərəfindən azad edilib”.

Onun sözlərinə görə, əməliyyat nəticəsində ümumilikdə 8 önəmli mövqe düşməndən təmizlənib. Bu mövqelərdən 5-i Günnüt kəndinin, 3-ü isə Qızılqaya dağının ərazisinə düşür.

“Ermənilər bundan sonra bizi iriçaplı silahlardan, pulemyotlardan, hətta minaatanlardan atəşə tutdu. Təəssüflər olsun ki, bu zaman xüsusi təyinatlıların mənsubu Adil Tatarov şəhid oldu. Onun şəhid olması bizdə qisas hissini daha da artırdı və düşməni geri çəkilməyə məcbur etdik. Onlar xeyli itki verdi. Günnüt əməliyyatının yeganə şəhidinin şərəfinə azad etdiyimiz postlardan birinə Adil Tatarovun adını verdik”, – K.İbrahimov deyib.

Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun zabiti Rəşad Məmmədov da Günnüt əməliyyatında iştirak edib. O söyləyib ki, 2018-ci il mayın əvvəllərində Günnüt kəndi istiqamətində qruplar tərkibində yerdəyişmələr olub, bir neçə gün ərazinin kəşfiyyatı aparılıb:

“Mayın 17-dən 18-nə keçən gecə baş leytenant Orxan Hümbətovun qrupu ilə Günnüt kəndinin şimal-qərbindəki 1850 yüksəkliyinə hərəkətə başladıq. Həmin an səs və işıq maskalanmasına ciddi riayət etməli idik. Səhər saat beş radələrində mühəndis işlərini tam bitirdik və fərdi mövqelər hazırladıq. Artıq saat altıda düşmənin aktivliyi tam müşahidə edildi. Saat onda isə ermənilər mənim mövqeləndiyim postu 73 mm-lik SPQ-9 tank əleyhinə qumbaraatanlardan atəşə tutdular. Şəxsi heyət düşmənin atışı altında əlaqə səngərləri və mühəndis işləri görürdü.

Xüsusilə qeyd etmək istəyirəm ki, erməni xüsusi təyinatlılarından ayrılmış snayperlər şəxsi heyətimizi atəş altında saxlayırdılar. Hesab edirəm ki, ən böyük uğurum isə mövqeləndiyim yerdə itki verməməyimiz oldu. Əsgərlərim yorulmaq bilmədən düşmən hücumuna qarşı adekvat cavab tədbirləri görürdülər”.

O vurğulayıb ki, Günnüt əməliyyatında topladıqları döyüş təcrübəsini Vətən müharibəsində də tətbiq ediblər.

“Mən Füzuli, Cəbrayıl, Xocavənd və Şuşa uğrunda gedən döyüşlərin iştirakçısı olmuşam. Noyabrın 25-də Kəlbəcər rayonunun təhvil alınmasında iştirak etmişəm. Cənab Ali Baş Komandan İlham Əliyev tərəfindən “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Vətən uğrunda” və “İgidliyə görə” medalları ilə təltif olunmuşam”, – R.Məmmədov bildirib.

Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun zabiti Renat Şıxnəbiyev də uğurlu Günnüt əməliyyatını qürur hissi ilə xatırlayır. O deyib ki, həmin əməliyyat 3 mərhələdən ibarət olub.

R.Şıxnəbiyev qeyd edib ki, əvvəlcə düşmənin Günnütdəki fəaliyyəti ilə bağlı kəşfiyyat aparmalı, mayın 20-dən etibarən isə onların bölmələrinin daxilinə və hakim yüksəkliklərə sızma əməliyyatı həyata keçirməli, daha sonra isə orada tərtiblənməli idilər.

Zabit qeyd edib ki, bütün bu fəaliyyətlər uğurla həyata keçirilib:

“Düşmənin postlara gəlib-getmək yollarını bizim bölmələrimiz tərəfindən aşkar görünməsini təmin etdik. Ən önəmli postlar olan Ağbulaq yüksəkliyi, Qızıl qaya massivindəki Qara qaya yüksəkliyinin ələ keçirməyimiz uğurlu əməliyyatın bariz nümunəsidir. Bu əməliyyatda ən böyük uğurumuz Gorus-Laçın-Xankəndi marşurutuna nəzarəti ələ keçirməyimiz oldu. Təbii ki, bu amil də Vətən müharibəsi zamanı düşmən bölmələrinin hərəkətini optik cihazlarla müşahidə edərək məlumatları əvvəlcədən yuxarı komandanlığa ötürməyə imkan verdi”.

Onun fikrincə, Günnüt əməliyyatını Qarabağ zəfərinə gedən yolun bir mərhələsi də adlandırmaq olar:

“Vətən müharibəsi zamanı Füzuli, Xocavənd və Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmişəm və cənab Prezident İlham Əliyev tərəfindən “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına, eyni zamanda “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişəm”.

Xatırladaq ki, 2018-cı il mayın 20-dən 27-dək Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun əks-həmlə əməliyyatı nəticəsində Şərur rayonunun Günnüt kəndi, Ağbulaq yüksəkliyi, Qızılqaya dağı, Qaraqaya dağı düşməndən azad olunub, Dərələyəz mahalının Arpa kəndi isə Azərbaycan Ordusunun nəzarəti altına keçib. Döyüşlər nəticəsində ümumilikdə 11 min hektarlıq ərazi ermənilərdən təmizlənib. Əməliyyat Azərbaycan Silahlı Qüvvələrinə İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan verib.

Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Adil Tatarov şəhid olub. Azad edilən ümumilikdə 11 min hektara yaxın ərazinin 8 min hektardan artığı əkin üçün, xüsusilə dəmyə əkinçiliyi üçün yararlı ərazilərdir. Həmin ərazilərdə həm taxılçılıq, üzümçülük, həm də maldarlıq, qoyunçuluq və arıçılığın inkişaf etdirilməsi üçün münbit şərait var.

Comments are closed, but trackbacks and pingbacks are open.