Mələklər və şeytanlar azərbaycan dilində
İslam alimlərinə görə, cinlər dəqiq qeybi bilməsələr də, uzun müddət yaşayırlar və mələklərdən xəbər sızdıra bildikləri üçün insanların bilmədikləri bəzi mövzulardan xəbərdar olmaları mümkündür. Bunun xaricində, cinlərlə bağlı ayələri təfsir edərək, alimlərin əksəriyyəti tərəfindən cinlərin insanlar kimi doğulan, yeyib içdikləri, evləndikləri və çoxaldıqları, öldükləri və hətta insanlarla əlaqəli varlıqlar olduqları qəbul edilir. Bəzi mənbələr, qida qoxuları yemək qalıqları və ya heyvan nəcisləri ilə bəsləndiyini bildirsə də, üstünlük verilən görüşə görə bənzərsiz bir şəkildə bəslənilir. Mənbələr ayrıca cinlərin insan şəklini, heyvanlardan ilan, pişik, it, inək cildinə girərək dünyanın müxtəlif bölgələrində, xüsusilə dağlıq yerlərdə, xarabalıqlarda, dənizlərdə, səhralarda, zibilliklərdə və qəbiristanlıqlarda yaşadıqlarını qeyd edirlər.
Mələklər və şeytanlar azərbaycan dilində
Yəhudi ilahiyyatçıların fikirincə, artıq ilk insanlar, Adəm və Həvva yəhudiliyə etiqad edirdilər. Tarixçilərin fikrincə, yəhudilərin rəsmən yəhudiliyi qəbul etməsi miladdan əvvəl 621-ci ildə baş vermişdir. Həmin il yəhudilərin çarı İosinin fərmanı ilə Fələstin torpağında Tək Allahdan, başqa qalan tanrılara sitayiş qadağan edilmiş, çoxallahlılığın bütün atributları, bütlər, tanrıların təsviri, məbədlər dağıdılmışdır. “Yəhudilik” (ivrit dilində “yaadut”) sözü Tövrətdə adı çəkilən “Yəhuda” Yaqub peyğəmbərin 12 oğlundan birinin nəslindən olan yəhudi qəbilə birləşməsinin adından götürülmüşdür. Tarixi dövrlər ərzində Yəhudilik yəhudilərin milli dini kimi tanınmışdır.
Yəhudiliyin yalnız bir etnik qrupu – yəhudiləri əhatə etməsinin səbəbləri vardır. Hələ bizim eradan əvvəl 444-cü ildə yəhudi ruhaniləri yəhudilərin başqa xalqlarla nigaha girməsini qadağan edən “dini qanun”un qəbuluna nail olurlar. Artıq həmin vaxt bu qadağa Babil əsirliyi dövründə (e.ə.586-538) başqa xalqlarla qaynayıb-qarışmış, lakin öz dinlərini qoruyub saxlamış samarilərin yəhudilərdən ayrılmasına səbəb olur. Ortodoksal yəhudilikdə indi də yəhudilərin qeyri-yəhudilərlə nigahı qanunsuz sayılır. Yəhudi dininin tarixi ərzində yalnız Cənubi Ərəbistanda yaranmış əhalisi etnik yəhudilər olmayan Himyar padşahlığı (517-525) və VIII əsrdə Xəzər xaqanlığı Yəhudiliyi özlərinin dövlət dini elan etmişlər.
Digər tərəfdən Yəhudiliyin etnik qapalılığı onun yaşama qabiliyyətinin əsas amillərindən biri olmuşdur. Yəhudilərin dini təliminə görə, bu din yəhudiləri sadəcə Tək Allahlılığa çağırmamışdır, onları həmçinin başqa xalqlardan ayırmış, onları yerdə sülh və ədalət səltənətini qurmaq missiyasını yerinə yetirən Allahın seçilmiş xalqı elan etmişdir. Müasir dövrdə də yəhudilərin böyük əksəriyyəti özlərinin seçilmiş xalq olduğuna inanırlar.
Məlumata görə dünyanın 125 ölkəsində 14 milyon Yəhudiliyə etiqad edən insan yaşayır. Lakin yəhudilərin 83 faizi altı ölkədə yaşayır: ABŞ (40%), İsrail (30%), Fransa (4,5%), Rusiya (4,5%), İngiltərə (2%), Kanada (2%). Qalan 17% kiçik qruplar şəklində dünyanın hər yerinə səpələnmişlər.
İsrail rəsmən dünyəvi dövlət olub, Yəhudilik bu ölkədə dövlətin rəsmi dini kimi sənədlərdə öz əksini tapmasa da, bu dinin təsisatları dövlət büdcəsindən maliyyələşdirilir. Ali Ravvinlər məclisi təkcə dini müəssisələrə nəzarət etmir, eyni zamanda dövlətin dünyəvi işlərində də fəal şəkildə iştirak edir: İsrailin şəhər və qəsəbələrində 200-ə qədər dini şura fəaliyyət göstərir; dövlət qulluqçusu hesab olunan 450 ravvin ölkə miqyasında kaşrutaya (qidanın hazırlanması və saxlanmasının dini qaydalar sisteminə) nəzarət edirlər. Ölkədə 24 Ali ravvinlər məhkəməsi fəaliyyət göstərir. Ali ravvinlər məclisinin İsrailin təhsil sisteminə təsiri daha böyükdür. Dini məktəblər (yeşibot) ümumtəhsil məktəblərinin 17%-ni təşkil etməsinə baxmayaraq, bütün məktəblərdə dini dərslərin keçirilməsi məcburidir.
Yəhudi dinində dörd əsas məzhəb vardır: Ortodoksal yəhudilik, Karaimlik, Xasidizm, İslahedilmiş Yəhudilik. Ortodoksal yəhudiliyin tarixi Yəhudi dininin tarixi ilə eynidir. Sonrakı bölmələrdə yəhudilik deyəndə “ortodoksal yəhudilik” nəzərdə tutulacaq.
Karaimlik VIII əsrdə İraqda yaranmışdır. Hazırda karaimlər İsrail, Polşa, Litva və Ukraynada yaşayırlar. “Karaim” sözünün mənası “qiraətçi” deməkdir. Karamliyin əsas əlaməti – Talmutu müqəddəs saymaqdan imtinadır.
Xasidizm Polşada XVIII əsrin əvvəllərində yaranmışdır. Xasidlər yəhudilərin olduğu hər yerdə vardır. “Xasid” sözü “mömin”, “nümunəvi” deməkdir. Xasidlər sidqi-ürəklə, göz yaşları ilə müşahidə olunan ibadətə daha çox diqqət verirlər.
İslahedilmiş Yəhudilik XIX əsrin əvvəllərində Almaniyada yaranmışdır. İslahedilmiş Yəhudiliyin də tərəfdarları dünyanın hər yerində, yəhudilərin yaşadığı ölkələrdə vardır. Azərbaycanda onlar “Əskinazi yəhudiləri” adı altında tanınırlar. Ortodoksal yəhudilikdən fərqli olaraq islaholunmuş yəhudilikdə mərasimlərin keçirilməsi qaydası islah edilmişdir. Bu dəyişikliklər aşağıdakılardan ibarətdir:
1) ravvinlərin mərasim geyimlərini adi vətəndaş geyimləri ilə əvəz edilmiş;
2) mərasimlər zamanı ibadətlər ortodoksal yəhudilikdə olduğu kimi ivrit dilində deyil, yerli dillərdə (İngiltərədə ingilis, Fransada fransız) keçirilir;
3) ortodoksal yəhudilikdə ravvin olmaq hüququ yalnız kişilərə məxsusdursa, İslahedilmiş Yəhudilikdə bu vəzifəni qadınlar da daşımaq hüququna malikdirlər.
Azərbaycanda üç yəhudi icması – dağ yəhudiləri, əşkinazi yəhudilər və gürcü yəhudiləri icmaları mövcuddur. Bütövlükdə ölkədə yəhudilərin sayı 16000 nəfərdir. Bunlardan 11000-i dağ yəhudiləridir ki, təxminən 6000-i Bakıda, 4000-i Qubada, min nəfəri isə başqa şəhərlərdə yaşayır. Əşkinazi yəhudilər 4,3 min nəfərdir. Onların əksəriyyəti Bakı və Sumqayıt şəhərlərində yaşayırlar. Gürcü yəhudiləri təxminən 700 nəfərdir. Dağ yəhudiləri hazırda ölkədəki bütün yəhudi diasporu arasında çoxluq təşkil edir. Onların dili tat dilidir, lakin nitqlərində çoxlu türk, fars və rus sözləri vardır.
Dini əqidələrinə görə, dağ yəhudiləri ortodoksdurlar. Bakıda, Oğuzda, Qubada dağ yəhudilərinin bir neçə sinaqoqu fəaliyyət göstərir. Qubadakı Krasnaya Slobada qəsəbəsi bütün postsovet məkanında dağ yəhudilərinin kompakt yaşadıqları yeganə yerdir. Qəsəbədə üç sinaqoq və ayinçilik məqsədilə tikilmiş mikva vardır. Əşkinazi yəhudilər Avropa yəhudiləridir, əslən orta əsrlər Almaniyasındandırlar. Gürcü yəhudiləri icması sayca kiçik olsa da, fəaldır. 1997-ci ildə “Coynt” yəhudi komitəsinin maliyyə yardımı ilə gürcü yəhudilərinin sinaqoqu bərpa edilmişdir.
Azərbaycanda müstəqillik bərpa etdikdən sonra buradakı yəhudi icmaları daha da fəallaşmış, beynəlxalq yəhudi təşkilatları ilə əlaqələrini möhkəmlətmiş, öz dini məktəblərini-iyeşivalarını, mədəniyyət mərkəzlərini (məsələn, yəhudi icmasının mədəniyyət mərkəzi), cəmiyyətlərini (məsələn, Həvva qadın cəmiyyəti, Hesed-Herşon xeyriyyə cəmiyyəti), klublarını (məsələn, Əlef, Kilel gənclər klubları, Mişpaha videoklubu), qəzetlərini (məsələn, Az-İz, Başnya, Amişav) yaratmışlar. Soxnut yəhudi agentliyi, Coynt və Vaad-l-Hetzola yəhudi komitələri Azərbaycandakı yəhudi diasporu arasında yəhudi ənənələrini qoruyub saxlamaq, sinaqoqlara yardım göstərmək və müxtəlif mədəniyyət tədbirləri keçirməklə məşğuldur. 2003-cü il martın 9-da Bakıda yeni yəhudi sinaqoqu açılmışdır. Bu, Avropada ən böyük sinaqoqdur. 2003-cü ilin sentyabrından Azərbaycanda ilk yəhudi məktəbi fəaliyyət göstərir.
Bu Dini təlimdə yeddi əsas təlim ayırmaq mümkündür:
- Allah haqqında təlim;
- Fövqəltəbii varlıqlar haqqında təlim;
- Müqəddəs Kitablar haqqında təlim;
- Peyğəmbərlər haqqında təlim;
- On nəsihət haqqında təlim;
- Ruh haqqında təlim;
- Axirət həyatı haqqında təlim;
- Maşiax haqqında təlim;
- Qida qadağaları haqqında təlim;
- Şənbə haqqında təlim
Allah Haqqında Təlim
Yəhudi təliminə görə Allahın adı Yahvedir (mənası “Öz-özünə var olan”, “Mövcud olan”). Lakin dini ədəbiyyatlarda bu ada təsadüf olunmur. Əslində Allahın adı Maşiaxın zühuruna və Yerusəlim məbədinin bərpasına kimi insanlardan gizlədilmişdir. Yalnız zamanın sonunda Allahın adı insanlara nazil ediləcəkdir. Ona görə də Yəhudilikdə Allaha –Rəbb, Xaliq, Qüdrətli və s. adlarla və yaxud “qa-Şem” (mənası “bu ad”) deyə müraciət olunur.
Yəhudi təliminə görə, Allah bütün ilahi atributlara malikdir. O, dünyanı yaratmışdır; O, dünyanı idarə edir; O, Hər şeyi Biləndir, Ona keçmiş, indiki və gələcək bəllidir. Allah cisimsiz olduğuna görə onun şəkli yoxdur və ola da bilməz. Tövrət, Tanah və Talmudda Allahın antropomorf təsvirləri rəmzidir.
Yəhudi təliminə görə dünyada Allahın xəlq etdiyi üç qrup fövqəltəbii varlıqlar mövcuddur: mələklər, iblislər (şeytanlar) və fövqəltəbii heyvanlar. Fövqəltəbii varlıqların birinci qrupu, Allahın xəlq etdiyi mələklərdir. Onlar fiziki bədəni və cinsi olmayan varlıqlar olub, əsas funksiyası Allaha köməkçi olmaq və xeyir işlər görməkdir. Onların bir qismi əbədi, digər qismi isə müvəqqəti həyata malikdir. Mələklər içərisində Metatron (mənası “taxtın yanında duran”) adlı mələk daha yüksək məqama malikdir. O, Musa peyğəmbərə dağın zirvəsindən Kənan torpağını göstərmiş, 40 illik səfər zamanı səhrada yəhudilərin önündə hərəkət etmişdir.
İlk mələklər Xəlqetmənin ikinci günü işıqdan yaradılmışlar. Mələklər daşıyacaqları vəzifədən asılı olaraq təkcə işıqdan deyil, sudan, küləkdən, oddan və başqa şeylərdən də törədilir. Məsələn, xəbər çatdıran mələklər küləkdən, dənizlərə sahib mələklər isə sudan yaradılmışlar. Talmudda deyilir ki, Allahın nazil etdiyi hər kəlamla yüzlərlə mələk törəyir, yerdə elə ot, elə bir yarpaq yoxdur ki, onun göydə öz mələyi olmasın. Heyvanların, quşların, balıqların, hətta dərmanların belə öz mələkləri vardır. Allah hər gün minlərlə mələk yaradır. Onlar Allahı mədh edir və bir anın içində yox olurlar.
İkinci qrup fövqəltəbii varlıqlar iblislərdir (şeytanlar və ya cinlər). Onların əsas funksiyası Allaha müxalif olmaq və şər törətməkdir. Mələklər kimi iblislərin də sayı yüz minlərlədir. Onların fiziki bədəni olmasa da, cinsləri vardır. Mənşəyinə görə iblislər üç qrupa bölünür. Birinci qrup iblislər Allah tərəfindən xəlq edilmişlər. İblislərin ikinci qrupu onların öz aralarındakı seksual əlaqədən törəmişlər. İblislərin üçüncü qrupu insanların iblislərlə əlaqəsindən yaranmışdır, belə ki, Talmudda deyilir ki, Həvva iblislərlə cinsi əlaqəyə girmiş ilk insan olmuş, bu əlaqədən iblis-qızlar dünyaya gəlmişdir. Sonra Adəm Lilit adlı iblis qadınla əlaqədə olmuş, bu əlaqədən iblis –oğlanlar törəmişdir. İblislər də insanlar kimi ölümə məhkumdurlar. Mələklər kimi iblislərin də dərəcəsi vardır. Şeytan (İblis) onlar içərisində ən qüdrətlisi hesab olunur.
Üçüncü qrup fövqəltəbii varlıqlar fövqəltəbii quşlar, buğalar və balıqlardır. Bunlar xüsusi cənnət heyvanlarıdır. Onlar adi heyvanlardan qeyri-adi dadlı əti ilə seçilirlər. Allah onları cənnətdə möminləri yedirtməkdən ötrü yaratmışdır. Onlar içərisində uzunluğu 500 kilometr olan Leviafan adlı balıq haqqında Talmudda daha ətraflı məlumat verilir. Bu balığın dişisi Allah tərəfindən öldürülmüş, əti duzlanmışdır. Erkəyi isə iri su hövzəsində qalmışdır.
İudaizmdə müqqəddəs kitablar üç qrupa bölünür. Birinci qrup yalnız bir kitabdan –Tövrətdən (ivrit dilində “Qanun”) ibarətdir. Tövrət yəhudiliyin birinci ən Müqəddəs Kitabı hesab olunur. Tövrətin bütün nüsxələri qədimlərdən bizim dövrə qədər yalnız əllə dəri üzərinə yazılır. Yəhudi ilahiyyatına görə Tövrət Allah tərəfindən Musa peyğəmbərə diktə edilmişdir. Tövrət beş kitabdan ibarətdir: Bereşit (“başlanğıc”), Veelle Şemot (“budur adlar”), Vayikra, Bemidbar (“budur çağırdı”), Elle –qadebarim (“budur sözlər”). Bu kitablar Bibliyaya başqa adlar (“Yaradılış”, “Cıxış”, “Levililər”, “Saylar”, “Qanunun Təkrarı”) altında daxil edilmişlər.
İkinci qrup da yalnız bir kitabdan – Tanahdan ibarətdir. Tanaha 24 kitab- əsər daxildir. Tanah üç hissədən ibarətdir. Tanahın birinci hissəsinə beş kitab daxildir və bu hissə Tövrət adlanır. Beləliklə, Yəhudiliyin birinci kitabı Tövrət həm də ikinci müqəddəs kitab, Tanahın birinci hissəsini təşkil edir. Tanahın ikinci hissəsinə yeddi kitab daxildir və bu hissə Neviim (“Nəbilər”) adlanır. Tanahın üçüncü hissəsi – Xtuvim (“Yazılar”) on iki kitabdan ibarətdir.
Tanah da xristian Bibiliyasına daxil edilmişdir. Lakin bu, dəyişikliklərlə edilmişdir: birincisi, xristianlar Tanahı Əhdi-Ətiq adlandırmışlar; ikincisi, xristianlar Tanahın 24 kitabını 39 kitab etmişlər və nəhayət üçüncüsü, bəzi xristian məzhəbləri, o cümlədən pravoslavlar 39 kitaba daha 11 kitab (onlar Tanahın daha qədim variantlarına daxil idi) əlavə etmişlər.
Üçüncü qrupa müqəddəs kitablar toplusu “Talmud” daxildir. Talmudun da müəllifi Allah hesab olunur. Yəhudi təliminə görə, Talmud Allah tərəfindən Musa peyğəmbər vasitəsilə insanlara çatdırılmışdır.Talmud Qemara və Mişna olmaqla iki hissədən və 19 cild kitabdan ibarətdir. Məzmununa görə Mişna (mənası “təkrar etmə”) Tanahın şərhindən ibarətdir. Belə hesab edilir ki, Mişnanı ilk dəfə III əsrdə Tiveriada şəhərində yaşamış İyehuda Hanasi adlı baş kahin qələmə almışdır.
Qemara Mişnaya şərh olub, “tamamlama”, “qurtarma” mənasını bildirir. Burada Tövrət və Tanaha şərhlərin bitdiyi nəzərdə tutulur.
Peyğəmbərlər haqqında təlim. Bu təlimin hökmünə görə möminlər Peyğəmbərlərə ehtiram göstərməlidirlər. Peyğəmbərlər Allahın göstərişi ilə insanlara həqiqəti çatdıran Kəslərdir. Onların insanlara çatdırdığı həqiqət isə üç hissədən ibarətdir: düzgün din haqqında həqiqət (Allaha necə inanmaq), düzgün həyat haqqında həqiqət (necə yaşamaq) və gələcək haqqında həqiqət (insanları gələcəkdə nə gözləyir). Tanahda 78 peyğəmbər və 7 öncəgörənin adı çəkilir. Peyğəmbərlər içərisində böyük peyğəmbər İlyas və ən böyük peyğəmbər Musa xüsusilə seçilir.
Peyğəmbər kimi İlyas insanlara həqiqəti çatdırmaqla yanaşı bir sıra möcüzələr də göstərmişdir. Bu təlimə görə zamanın sonunda yenidən İlyas zühur edərək, Maşiahın – Xilaskarın gəlişı müjdəsini insanlara çatdıracaqdır.
Yəhudi təlimində Musa peyğəmbərə xüsusi ehtiram göstərilir. Hesab edilir ki, Allah Musa peyğəmbər vasitəsi ilə yəhudi xalqına Tövrəti vermiş, Misir əsirliyindən xilas etmiş, onları Kənan torpağına çatdırmışdır. Bu hadisənin xatirəsi Pesax (“Pasxa”) bayramı adı altında xüsusi təmtəraqla qeyd edilir.
On Nəsihət Haqqında Təlim
Bu təlimə görə, Kənan torpağına səfəri zamanı Musa dağa qalxır və orada Allah onunla danışır. Orada Allah ona On Nəsihət vəhy edir. Bu On Nəsihət yəhudi həyat tərzinin və dünyagörüşünün məhək daşıdır. Orada deyilir:
- Məndən başqa sənin özgə tanrıların olmasın;
- Özünə büt götürmə;
- Rəbbin Allahın adını boş yerə çəkmə, zira Rəbb Onun adını boş yerə çəkəni cəzasız qoymaz;
- Şənbə gününü yadda saxla. Altı gün işlə, bütün işlərini gör; yeddinci gün isə heç bir iş görmə – şənbə günü Rəbbin Allah üçündür;
- Atanın və ananın hörmətini saxla;
- Öldürmə;
- Zinakarlıq etmə;
- Oğurluq etmə;
- Öz yaxın adamlarına qarşı yalan şahidlik etmə;
- Öz yaxın adamının evini istəmə; öz yaxın adamının arvadını, köləsini, kənizini, qatırını, ulağını istəmə; öz yaxın adamında olan bir şeyi istəmə.
Ruh Haqqında Təlim
Ruhla bağlı yəhudi təlimində altı əsas anlayışı ayırmaq mümkündür:
- birincisi, ruh insanın fövqəltəbii hissəsidir, yəni bədəndən fərqli olaraq ruh təbiət qanunlarına tabe deyildir;
- ikincisi, ruh bədəndən asılı deyil, yəni ruh bədənsiz də yaşaya bilər;
- üçüncüsi, ruh tam törəmə və xırda hissəciklərin vəhdətidir;
- dördüncüsi, ruh (hər bir insanın ruhu) Allah tərəfindən xəlq edilmişdir;
- beşincisi, ruhlar ölümsüzdür, əbədidir;
- altıncısı, ruhlar insanlar yuxuda olarkən Allah tərəfindən səmaya aparılır, səhər bəzi adamlara ruhu qaytarılır, bəzilərinə isə yox. Ruhu qaytarılmayanlar ölmüş hesab olunur. Ona görə də yuxudan durarakən, yəhudilər xüsusi dualar vasitəsi ilə Allaha qaytarılmış ruhlarına görə təşəkkür edirlər.
Axirət həyatı haqqında təlim.Yəhudi təliminə görə, möminlərin ruhu bədəndən ayrıldıqdan sonra Allahın rizası ilə səma cənnətinə (“qan eden”), günahkarların ruhu isə əzab yerinə cəhənnəmə (“şeol”) düşür. Bədəni tərk etmiş ruh həmin an axirət dünyasına düşmür. Birinci yeddi gün ərzində o, əvvəlki yaşayış yerinin ətrafında dolanır. Yeddi günün tamamında bədəndən ayrı düşmüş ruh yeraltı səltənətin hökmdarı mələk Dumanın sərəncamına keçir. Mələk Duma möminin ruhunu İlahi səltənətə, günahkarın ruhunu isə cəhənnəmə göndərir.
Səma cənnətini təkcə yəhudiliyi qəbul etmiş şəxs deyil, başqa din və millətdən olan şəxslər də qazana bilər. Bundan ötrü onların düzgün mənəvi həyat yaşaması kifayətdir. Yəhudilərin səma cənnətinə daxil olmasından ötrü düzgün mənəvi həyat yaşaması kifayət deyildir. Bundan ötrü onlar Yəhudi dininin bütün qaydalarıına tam ciddiliyi ilə əməl etməlidirlər. Başqa din və millətdən olan şəxslərin cəhənnəm həyatı əbədi olduğu halda, yəhudilər üçün bu müvəqqəti xarakter daşıyır. Nadir hallarda bu 12 aydan çox olur. Yəhudilər əvvəl-axır yenə də cənnətə daxil olurlar. İnsanı cəhənnəm əzabından xilas etməkdən ötrü yəhudiliyi qəbul etməsi vacib deyildir. Bundan ötrü Allahın yeddi ən vacib Qanununa əməl etməsi kifayətdir. Bu qanunlar bütün bəşəriyyət üçündür:
- bütpərəstliyə yol verməmək;
- küfrə yol verməmək;
- qan axıdılmasına yol verməmək;
- oğurluq etməmək;
- əxlaqsızlığa yol verməmək;
- heyvanlara qarşı qəddar münasibətə yol verməmək;
- məhkəmədə ədaləti və insanların qanun qarşısında bərabərliyini gözləmək.
Maşiah Haqqında Təlim
Maşiah (“Messiya”, “Xilaskar”, “Mehdi”) Allah tərəfindən gələcəkdə yerə göndəriləcək, xüsusi qüdrətə malik Şəxsdir. Yəhudi təliminə görə, Maşiahın vəzifəsi dünyanın sonunda zühur etmək və Yerdə Ədalət səltənətini qurmaqdır. Yəhudi təlimində “Dünyanın Sonu” həyatın sonu deyil, zamanın sonu, şərin sonu kimi başa düşülür. Maşiahın gəlişi ilə ölülər qəbirlərdən qalxmalı, yəhudilər Fələstin torpağına toplanmalı, Yerusəlim məbədi bərpa olunmalı, İom-Kipur bayramında ölülərdən qalxmış Birinci Kahin bu ana kimi insanlardan gizli qalmış Allahın adını dilə gətirməlidir. Yəhudi təliminə görə, Maşiahın gəlişi təkcə İsrailin nicat tapması deyil, bütün dünyanın mənəvi-ruhani dirçəlişinə, xilasına səbəb olacaqdır. Maşiahın zühur edəcəyi vaxt ilə bağlı Yəhudi təlimində iki nöqteyi-nəzər mövcuddur:
- birinci nöqteyi-nəzərə görə, o artıq insanlar arasındadır və hələ Özünü aşkarlamır və bu tezliklə baş verəcəkdir;
- ikinci nöqteyi-nəzərə görə, Onun gəliş vaxtı yalnız Allaha məlumdur.
Qida Qadağaları Haqqında Təlim
- Yəhudilərdən dinin tələblərindən irəli gələrək müəyyən qida qadağalarını gözləmək tələb olunur. Onlar içərisində üçü əsasdır:
- birincisi, Tövrətdə murdar hesab edilən heyvanların (donuz, dovşan, at, dəvə, yengəc, omar və s.) ətini yemək qadağandır;
- ikincisi, qidaya qan qatmaq olmaz;
- üçüncüsü, ət və süd məhsullarını eyni vaxtda qəbul etmək qadağandır.
Şənbə Haqqında Təlim
Yəhudi təliminə görə, şənbəyə (“şabbat”) müqəddəs gün kimi ehtiram göstərilməlidir, bu o deməkdir ki, həmin günü Allaha həsr etməli və hər cür əmək fəaliyyətindən çəkinilməlidir. Yalnız təxirəsalınmaz fəaliyyət formalarına (təcili yardım, polis, yanğınsöndürmə və s.) icazə verilir. Evdə təsərrüfat işləri ilə məşğul olmaq, məsələn, paltar yumaq, yemək hazırlamaq, süpürmək də qadağandır. Həmin gün maşın sürməyə, ölüləri dəfn etməyə və s. işlərə də icazə verilmir.
Mələklər və şeytanlar azərbaycan dilində
Mələklərin sayını ancaq Allah bilir. Quranda və hədislərdə mələklərin sayı haqqında konkret məlumat yoxdur. Amma “Göylərdəki və yerdəki ordular Allahın ixtiyarındadır” [1] məallı ayələrdən çıxış edib deyə bilərik ki, mələklərin sayı-hesabı bilinmir.
İndi Quran və hədislərdə adı çəkilən bəzi mələkləri və onların vəzifələrini izah eləyək.
Vəhy mələyi Həzrət Cəbrail
Cəbrail (əleyhissəlam) dörd böyük mələkdən biridir. Allah ona peyğəmbərlərə vəhy aparmaq vəzifəsini vermişdir. Adı Quranda üç yerdə “Cibril” şəklində keçir [2] . Cəbrail həmçinin ayələrdə “ruh”, “ruhəna”, “rasulun kərim”, “rasulu rabbik”, “ruhul-əmin”, “ruhul-quddus” kimi adlarla da zikr edilir [3] . Bir hədisdə isə “ən-Namus” adı ilə yad edilmişdir [4] .
Kainat hadisələrini idarə edən mələk Həzrət Mikail
Dörd böyük mələkdən biri olub kainatdakı təbiət hadisələrinin idarəsi və varlıqların ruzisinin verilməsi vəzifəsini yerinə yetirir. Quranın bir neçə ayəsində adına rast gəlirik [5] .
Qiyamət mələyi: Həzrət İsrafil
Bu mələyin adı Quranda açıq verilmir. Ayələr yalnız onun sura üfürəcəyini bəyan edir [6] . Hədisdə onun adını dörd böyük mələyin biri kimi görürük. [7] İsrafil (əleyhissəlam) suru iki dəfə üfürəcək. Birinci dəfədə qiyamət qopacaq, ikincisində isə yenidən diriliş olacaq.
Ölüm mələyi: Həzrət Əzrail
Vəzifəsi əcəl vaxtı yetişənlərin ruhunu almaqdır. Quranda ölüm mələyi adı ilə göstərilmişdir. [8]
Kiramən katibin mələkləri
İnsanın sağ və solunda olan iki mələyin adıdır. Sağdakı mələk yaxşı əməlləri, soldakı mələk isə pis əməlləri yazır. Hafaza mələkləri də adlandırılan bu mələklər qiyamət günü bəndələr hesaba çəkiləndə işlənən əməllərə də şahidlik edəcəklər. [9]
Müqərrəbin mələklər
İlliyun və kərubiyyun kimi də tanınan bu mələklər Allahı təsbeh edib anmaq vəzifəsini daşıyırlar. Bu mələklər Allaha çox yaxın və Onun qatında şərəfli mövqeyə sahibdirlər. [10]
Həməleyi-ərş mələkləri
Ərşi (Allahın qüdrət və səltənətinin təcəlli yeri) daşıyan mələklərin adıdır. Quranda onlar haqqında belə buyurulur: “Ərşi daşıyanlar və onun ətrafında olanlar (mələklər) öz Rəbbini həmd-səna ilə təqdis edir, Ona (qəlbən) inanır və həmd edirlər…” [11]
Münkər və nəkir mələklər
Ölümdən sonra qəbirdə sorğu-suala çəkmək vəzifəsini icra edən iki mələkdir. Bu mələklər qəbirdəki adamın yanına onun heç vaxt görmədiyi surətdə gəldiyi üçün “bilinməyən, tanınmayan, qəribə qarşılanan” mənalarında münkər və nəkir adlandırılmışdır. Bu iki mələk qəbirdəki ölülərə “Rəbbin kimdir?”, “Peyğəmbərin kimdir?”, “Hansı kitaba inanırsan?” şəklində suallar verir və həmin insanla verdiyi cavablara uyğun rəftar edirlər [12] .
Hədisi-şəriflərdə insanın qəlbinə doğrunu və həqiqəti ilham edən [13] , namaz qılanlarla birgə “Fatihə” surəsinin sonunda “amin” deyən [14] , hər gün sübh və ikindi namazlarında möminlərlə birlikdə olan [15] , Quran oxunarkən yer üzünə enən, [16] elm və zikir məclislərinə baş çəkən [17] və möminlərə rəhmət oxuyan [18] mələklərdən də bəhs olunur.
[1] “Fəth” surəsi, 48/4, 7; “Tövbə” surəsi, 9/26.
[2] “Bəqərə” surəsi, 2/97.
[3] “Məaric” surəsi, 70/4; “Nəbə” surəsi, 78/38; “Qədr” surəsi, 97/4; “Məryəm” surəsi, 19/7.
Cinlər barəsində yazılan maraqlı bilgilər
Lüğətdə “örtmək, gizlənmək, gizli qalmaq” mənasını verən cənn kökündən törəyən bir ad olaraq cinni sözü “örtülü və gizli şey” mənasını verir. Termin olaraq, “hisslərə idrak etməyən, insanlar kimi şüura və iradəyə sahib olan, ilahi əmrlərə tabe olmaq məcburiyyətində olan və mömin və inanan qruplarından ibarət olan varlıq növü” deməkdir. Cinlərin əcdadlarına cân deyilir. Gül və ifrit kimi müxtəlif növlərdən ibarət olduğu düşünülən cinlərə bəzən qədim ərəblərdə hin deyilirdi. Fars dilində pəri və div sözləri cin üçün istifadə olunur. Bəzi şərqşünaslar daislərin Latın dilindən cin və dahi sözündən ərəb dilinə keçdiyini irəli sürsələr də, İslam alimləri bu sözün ərəb mənşəli olduğunu qəbul edirlər. Kök məna və müxtəlif törəmələr nəzərə alındıqda bu baxışın daha doğru olduğunu söyləmək mümkündür. Quranda mələklər arasında İblisin qeyd edilməsi (Bəqərə 2/34) buna görədir. “Görünməz varlıq” mənasında hər mələk cindir, lakin hər cin mələk deyil. Bununla birlikdə İslam alimləri mələklərin cinlərdən ayrı bir növ olduğunu bildirərək cin sözünün insan və mələk xaricində üçüncü bir varlığın adı olaraq istifadə edilməli olduğunu bildiriblər.
Tarix boyu insanlar Allahdan kənarda görülməyən fövqəladə varlıqlara inanmış, müxtəlif dövrlərdə və coğrafi bölgələrdə bu varlıqların yaxşı və pislərinə fərqli adlar vermişlər. Bunlar bəzən ilahiləşdirilir və ya ikinci dərəcəli ilahi varlıqlar kimi görülürdü.Yəhudilik və Xristianlıqda cinlərin keyfiyyətləri qarışıq şəkildə ifadə olunur. Allah, mələk, şeytan, cin və peyğəmbərin keyfiyyətləri İslam dinində tam olaraq təyin olunduğundan qarışıqlıq yoxdur. Cinlərin təbiəti, fərqli varlıq şəkillərinə girərək görünüşləri, sığınacaqları, insanlarla münasibətləri, yaxşı və ya pis təsirləri müxtəlif ölkələrin dini olmayan ədəbiyyatında da böyük yer tutur.
Qədim Assuriyalılar və Babililər pis ruhlara və cinlərə inanırdılar. Babililər bu inancları Şumerlərdən aldıqlarına görə, bu mövzuda istifadə etdikləri sözlər də Şumer idi. Aşşurların əməllərini adlandırdıqları pis ruhlar, öldükdən sonra onlar üçün qurban kəsmədikləri və kifayət qədər təqdimatı olmadıqları üçün dünyaya qayıtdıqlarına inanan ölülərin ruhları idi.
Qədim Misirlilərin, Assuriyalılarda və Hindlilərdə olduğu kimi çox sayda fərqli cin növləri yoxdur. Qədim Misir dinindəki konvensiyaya görə, cinlər ümumiyyətlə sürünənlər və ya vəhşi heyvanlar, ilanlar, kərtənkələlər kimi qara bədənli insanlar şəklində canlılar idi. Ölülər Kitabında izah edildiyi kimi, ilanlar, timsahlar və meymunlar şəklində olan cinlər tez-tez o biri dünyaya gedə bilirdilər. Göy haqqında olan cinlər quş şəklindədir. Qədim Misirlilər cinlərin dəlilik, epilepsiya kimi xəstəliklərə səbəb olduğuna, sehrbazların cinlərdən insanlara dəhşətli yuxular göstərmək üçün istifadə etdiklərinə, insanlara və heyvanlara zərər verdiklərinə inanırdılar.
Qədim Yunanlarda demon tanrılara verilən ikinci bir ad idi. Yunan mifologiyasında bu söz fövqəlinsan insanlar üçün istifadə olunur. Bununla birlikdə, insanlar və mələklər kimi “daimons”, Allah tərəfindən yaradıldı, yaxşı və pis üçün varlıq olaraq görüldü. Qərb dillərində cinlər üçün istifadə edilən iblis sözü də orta əsrlərdən bəri Yunanların “daimon” sözündən gəlib.
Müsəlman olmamışdan əvvəl türklərin inanclarına görə bütün dünya ruhlarla dolu olub və dağlarla, göllər, çaylar daima canlı obyektlərdir. Bütün təbiətə yayılan bu ruhlar yaxşı və pis olaraq iki yerə bölünürdü. Tanrı Ülgenin əmrindəki yaxşı ruhlar həm xidmətini görür, həm də insanlara kömək edir. Bu ruhlardan biri olan Yayık Ülgen ilə insanlar arasında vasitəçilik edir, insanları su ilə qoruyur və gələcək haqqında məlumat verirdi. Digər tərəfdən, yeraltı dünyanın şahzadəsi olan Erlikin əmrindəki pis ruhlar insanlara ziyanlar vuraraq, onlara və heyvanlara xəstəliklər göndərirdi.
Cinlər Orta əsr Yəhudiliyi və Kabalist ənənələrində əhəmiyyətli bir yer tutmasına baxmayaraq XVII əsrdən sonra ədəbiyyatda bəhs olunmayan dibbuk adlandırılan ayrı bir düşüncə meydana çıxdı. Bu varlıq yer üzündə dolaşmayan, lakin günahları üzündən yaşayan bir insanı sapdırır. Dibbukunun çıxarılması xüsusi dini ayinlər tələb edir.
Yəhudilikdə şeytanın Cənnətdən qovulması (Əyyub, 1/2), cinlərin başını almaq, nəticədə Mihael və səmavi ordu tərəfindən məğlub olmaq (Vəhy, 12/7 et al.) Mühüm bir hadisədir. Hz. İsa dövründəki Yəhudilər tərəfindən qəbul edilən başqa bir cin də Beelzebul’dur. Cinlərin şahzadəsi idi (Matta, 10/25).
Xristianlıqda cin anlayışı yəhudilik, manihilik, qnostisizm, yunan-Roma düşüncəsi, yəhudi apokrifik və apokaliptik ənənələrinin qarışığıdır.
Əhdi-Cədiddə cinlərin bütpərəstlərin tanrıları olduğunu bildirsə də (Həvarilərin İşləri, 17/18; 1 Korinflilər, 10/20; Yəhyanın Vəhyi, 9/20), eyni zamanda bədən və ruhi xəstəliklərin mənbəyi olduqlarını izah edir (Matta, 12). / 28; Luka, 11/20). Yeni Əhdi görə, cinlər insanlara girir və xəstəliklərə səbəb olur; Tanrının adını çəkməklə bədəndən çıxarmaq olar (Matta, 7/22).
Əsrlər keçdikcə sehrdən istifadə və cinlərdən istifadə qaydaları artdı. XII əsrlərdən bəri, xristian sənətində hər cür bədbəxtlik, fəlakət, daşqın, zəlzələ, fərdi əzab və ölümün səbəbi kimi cinlər təsvir edilmişdir. XV və XVI əsrlərdə cadukarlar, cindarlar Avropada yayıldıqdan sonra Amerikada da böyük diqqət çəkdi. İslahatçılar cin inancını da qəbul etdilər. Protestantizmin bir qolu olan yenilənmiş xristian kilsəsində və şərq kilsələrində cin çıxarmaq tətbiq olunurdu.
İslam dini öncəsi Ərəb tayfalarının inancında ruhlar aləminin, yaxşı və pis güclerindən bəhs olunurdu. Cahiliyyə ərəbləri cinləri yerüzündə yaşayan ilahlar olaraq qəbul edir, meydana gələn bir çox hadisələri onların etdiklərinə inanırdılar. Qurani Kərimin bildirdiyinə görə Qüreyşlilər, cinlərlə Allah arasında soy birliyinin olduğunu ileri sürür (əs-Saffat 37/158), cinləri Allaha ortak qoşur (əl-Ənam 6/100) və cinlərə ibadət edirdilər (Səbə 34/41).
Cin, can və cinnə sözləri Quranın əl Cin surəsində də ifadə olunur. Bunlardan cinlər üç yerdə “dəlilik”, üç yerdə “cin camaatı”, iki yerdə “ilan” və beş yerdə “cin” deməkdir. İyirmi iki yerdə xatırlanan cin sözü mələk və insan xaricində üçüncü növ varlıq olaraq istifadə olunur.
Quranda verilən məlumata görə, cinlər insanlar kimi Allaha qulluq etmək üçün yaradılmışdır. İnsan növünün mövcudluğundan əvvəl, Can yanan və hər şeyə nüfuz edən atəşdən yarandı (nar-i səmum, maric). Cinlərə də peyğəmbərlər göndərilmiş, bəziləri iman gətirmiş, bəziləri isə inkar etmişlər. Son peyğəmbər Hz. Məhəmməd ilahi əmrləri insanlara olduğu kimi cinlərə də çatdırdı. Cinlər insanlara nisbətən üstün bir gücə sahibdirlər. Məsələn, qısa müddətdə uzun məsafələrə gedə bilirlər, insanlar tərəfindən görülməməsinə baxmayaraq insanları görürlər, insanların bilmədikləri bəzi şeyləri bilirlər; lakin onlar qeybi də bilmirlər. Göydəki mələklərin söhbətlərindən eşitmək istəsələr də, bu mümkün deyil. Evlənirlər və çoxalırlar. İblis də cinlərdən biridir və insanların yanında cinlərdən də köməkçiləri vardır. Bəzi cinlər Hz. Süleyman, ordusunda xidmət etmiş və insanlarla məbədlər, heykəllər, kimi obyektlərin inşasında işləmişdir.
Cinlər haqqında bəzi məlumatlar hədislərdə tapılmışdır. Hədislərdə hər bir insanın yanında bir cin olduğunu, cinlərin möminlərə aldatma göstərməyə çalışdıqlarını, ancaq Quran oxunan yerdə təsirlərini itirdiyini bildirilir. Gizlin şəkildə göydən xəbər alataq, doğru, səhv öyrəndiklərini sehrbazlara və ya kahinlərə çatdırırlar.
Hz. Peyğəmbərimizin cinlərlə söhbət etdiyi də söylənilir. Hətta deyilənlərə görə namazını kəsməyə çalışan bir cin tutub, lakin sonra imtina edib sərbəst buraxıb. Başqa bir rəvayətə görə, Allah Rəsulu gecə bir dəstə cinlə birlikdə idi. Onlara Quran oxuyub və səhər cinlərin yandırdıqları atəşin qalıqlarını göstərərək vəziyyəti yoldaşlarına izah edib.
İslam alimlərinə görə, cinlər dəqiq qeybi bilməsələr də, uzun müddət yaşayırlar və mələklərdən xəbər sızdıra bildikləri üçün insanların bilmədikləri bəzi mövzulardan xəbərdar olmaları mümkündür. Bunun xaricində, cinlərlə bağlı ayələri təfsir edərək, alimlərin əksəriyyəti tərəfindən cinlərin insanlar kimi doğulan, yeyib içdikləri, evləndikləri və çoxaldıqları, öldükləri və hətta insanlarla əlaqəli varlıqlar olduqları qəbul edilir. Bəzi mənbələr, qida qoxuları yemək qalıqları və ya heyvan nəcisləri ilə bəsləndiyini bildirsə də, üstünlük verilən görüşə görə bənzərsiz bir şəkildə bəslənilir. Mənbələr ayrıca cinlərin insan şəklini, heyvanlardan ilan, pişik, it, inək cildinə girərək dünyanın müxtəlif bölgələrində, xüsusilə dağlıq yerlərdə, xarabalıqlarda, dənizlərdə, səhralarda, zibilliklərdə və qəbiristanlıqlarda yaşadıqlarını qeyd edirlər.
Mötəzilə alimləri cinlərin incə cisimlərdən ibarət olduqları üçün əslində görülə bilməyəcəklərini, ancaq onları görmək nəzəri cəhətdən mümkün olmadığını qəbul etdilər. Cinlərin insanlarla əlaqələri və onların bir-birinə təsiri ilə bağlı alimlər arasında bir fikir birliyi yoxdur. Əhli Sünnə alimlərinə görə, insanların və cinlərin bir-birlərinə təsir etmələri mümkündür. Çünki Quranda faiz yeyənlərin Qiyamət günü Şeytanın vurduğu insanlar kimi yüksələcəyi bildirilir (Bəqərə 2/275) və bir hədisdə şeytanın insan bədənində qan dövranı olaraq dolaşdığı bildirilir (Buxari, “Əḥkam” 21, “Bədül-xalq” 11). Belə bir nəticəyə gəlmək olar ki, bu cür ötürülmələr təfsirə məruz qalmadan vizual olaraq qəbul edilərsə, şeytanlar kimi cinlər də insanları təsir edə bilər. Hz. Peyğəmbər, cinlərin insanlara təsirindən qurtulmaq, onları təsirsiz hala gətirmək üçün Fələk, Nas surələrini, Ayətül-kürsünü və Bəqərə surəsinin bəzi ayələrinin oxunmasını tövsiyə edib.
Cinlərin insanlara təsir göstərə biləcəyini qəbul edənlərdən bəziləri bunun daha çox sehr faktorlarında meydana gəldiyini iddia edir və cinlərin bu cür işlərdə istifadə edilə biləcəyini düşünürlər. Mənaları başa düşülməyən “havas” və “azaim” kimi bəzi mətnləri oxuyaraq cinlərdən fayda əldə etmək cəhdi xüddamizmdir. İstifadə edildiyi deyilən cinlərə xüddam deyilir. Ancaq görkəmli alimlərin əksəriyyəti cinlərin təsirindən qurtulmaq və ya ona məruz qalmamaq üçün Quran oxumaqdan başqa bir vasitə istifadə etməyi qəbul etmədi.
İslam alimləri cinlərin inkarçılarının cəhənnəmdə zəmhərir (şiddətli soyuq) və ya başqa cür əzabla cəzalandırılacağını qəbul etsələr də, möminlərin cənnət ilə mükafatlandırılması ilə bağlı fərqli fikirlər irəli sürdülər. Əksəriyyətə görə İlahi əmrlərə tabe olan inanan cinlər Cənnətə girəcəklər. Əbu Hənifə başda olmaqla bəzi digər alimlər, mömin cinlərin cəhənnəmdən qurtarılaraq mükafatlandırılacağını, ancaq cənnətə girməyəcəklərini və heyvanlar kimi məhv ediləcəyini düşünürlər. Ərəfdə (cənnət və cəhənnəmin arasında) olacaqlarını söyləyənlər də var.
Comments are closed, but trackbacks and pingbacks are open.