Məlumat azadlığı haqqında Azərbaycan Respublikasının Qanunu
qanunvericiliklə nəzərdə tutulan başqa üsullarla.
Məlumat azadlığı haqqında Azərbaycan Respublikasının Qanununa aid 22 TEST və CAVABLARI
1. Məlumat azadlığı Azərbaycan Respublikasının Konstitusiyasının neçənci maddəsində təsbit olunmuşdur?
A) 50-ci maddəsində
B) 57-ci maddəsində
C) 94-cü maddəsində
D) 55-ci maddəsində
2. Azərbaycan Respublikası Konstitusiyasına əsasən kimlərin və hansı məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır?
A) hər bir şəxsin
B) hər bir şəxsin
C) hər kəsin
D) Hamının
3. “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən kimlərin məlumat əldə etmək üçün müraciət etmək hüququ vardır?
A) hər bir şəxsin
B) hər bir şəxsin
C) hər kəsin
D) hər bir vətəndaşın
4. “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məlumat azadlığının həyata keçirilməsi nəyə səbəb olmamalıdır?
A) heç kəsin hüquq və mənafelərinin pozulmasına səbəb olmamalı
B) fiziki və hüquqi şəxslərin hüquq və mənafelərinin pozulmasına səbəb olmamalı
C) fiziki və hüquqi şəxslərin hüquq və qanuni maraqlarının pozulmasına səbəb olmamalı
D) vətəndaşların hüquq və mənafelərinin pozulmasına səbəb olmamalı
5. “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən bu Qanun hansı məsələləri tənzimləyir?
A) məlumat azadlığının həyata keçirilməsi sahəsində dövlətlə vətəndaş arasında yaranan münasibətləri tənzimləyir
B) məlumat azadlığının həyata keçirilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir
C) məlumat azadlığının müəyyən edilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir
D) məlumat azadlığının inkişaf etdirilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir
6. “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məlumat münasibətlərinin subyektləri kimlərdir?
A) Dövlət orqanlarının və bələdiyyələrin
B) Fiziki və hüquqi şəxslərin
C) Hər bir vətəndaşın
D) Hər bir şəxsin
7. “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məlumat azadlığının məhdudlaşdırılmasına hansı hallarda yol verilir?
A) Bu Qanunda nəzərdə tutulmuş hallarda yol verilir.
B) Beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda yol verilir.
C) Azərbaycan Respublikasının Konstitusiyasında və qanunda nəzərdə tutulmuş hallarda yol verilir.
D) Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş hallarda yol verilir.
8. “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məlumat azadlığından istifadə edilmə qaydası hansı qanunvericilik aktı ilə müəyyən edilir?
A) Azərbaycan Respublikasının Konstitusiyası ilə
B) Azərbaycan Respublikasının Konstitusiyası və ona müvafiq olaraq Azərbaycan Respublikasının Qanunları ilə
C) Yalnız Azərbaycan Respublikasının Qanunları ilə
D) Bu Qanunla
9. “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məlumat azadlığının həyata keçirilməsinin neçə əsas prinsipi müəyyənləşdirilmişdir?
A) 5
B) 4
C) 6
D) 3
10. “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aşağıdakılardan hansı məlumat azadlığının həyata keçirilməsinin əsas prinsiplərindən deyil?
A) məlumatın açıqlığı və onun mübadilə edilməsinin azadlığı
B) məlumatın obyektivliyi, tamlığı və həqiqiliyi
C) məlumatın axtarılmasının, əldə edilməsinin, istifadə olunmasının, yayılmasının və qorunmasının qanuniliyi
D) hər bir vətəndaşın əldə etdiyi məlumatların qorunması
11. “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aşağıdakılardan hansı məlumat azadlığının həyata keçirilməsinin əsas prinsiplərindən deyil?
A) hər kəsin şəxsi və ailə həyatının sirrinin saxlanması
B) şəxsiyyətin, cəmiyyətin və dövlətin təhlükəsizliyinin qorunması
C) məlumat azadlığının təmin edilməsi
D) məlumatın ədalətliliyi, tamlığı və düzgünlüyü
12. “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məlumatın əldə edilməsi hansı yollarla təmin edilmir?
A) dövlət hakimiyyəti orqanlarının və bələdiyyələrin öz fəaliyyətləri və qəbul olunmuş qərarları barədə məlumatlar vermələri yolu ilə
B) kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurasına yol verilməsi ilə
C) normativ-hüquqi aktların qanunvericilikdə nəzərdə tutulmuş qaydada əhalinin nəzərinə çatdırılması ilə
D) vətəndaşların həyatı və sağlamlığı üçün təhlükə yaradan fövqəladə hallar, təbii fəlakətlər və qəzalar barədə əhaliyə dərhal məlumat verilməsi ilə
13. “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aşağıdakılardan hansılar məlumat mənbələri hesab edilmir?
A) qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatları əks etdirən sənədlər və başqa daşıyıcılar
B) kütləvi informasiya vasitələrinin məlumatları
C) məzmunundan və formasından, əldə edilmə üsulundan asılı olmayaraq əldə edilmiş sənədlər və başqa daşıyıcılar
D) açıq çıxışlar
14. “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məlumat əldə edilməsi qaydasına görə neçə yerə bölünür?
A) 2
B) 3
C) 5
D) 4
15. “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məlumatın əldə edilməsi hansı necə həyata keçirilir?
A) bu qanunla müəyyən edilmiş qaydada və üsullarla
B) müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada və üsullarla
C) Konstitusiya ilə müəyyən edilmiş qaydada və üsullarla
D) beynəlxalq müqavilələrlə müəyyən edilmiş qaydada və üsullarla
16. Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət, peşə (vəkil, notariat, həkim), qulluq, bank, kommersiya, istintaq və məhkəmə sirləri, şəxslərin şəxsi və ailə həyatına, terror aksiyalarına, ətraf mühitə aid olan məlumatlarla bağlı yaranan münasibətlər hansı qanunvericiliyə uyğun olaraq tənzimlənir?
A) mülki qanunvericiliklə
B) müvafiq qanunvericiliklə
C) dövlət sirri haqqında qanunvericiliklə
D) Konstitusiya ilə
17. “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məlumatın verilməsi barədə müqavilə hansı qanunvericiliyə uyğun bağlanır?
A) mülki
B) inzibati
C) beynəlxalq
D) müvafiq
18. “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məlumatın verilməməsi barədə kimlərə şikayət edilməsi nəzərdə tutulmamışdır?
A) Azərbaycan Respublikasının İnformasiya məsələləri üzrə müvəkkilinə
B) məlumat sahibinin yuxarı orqanına
C) Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana)
D) məhkəməyə
19. “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məlumatın verilməməsinin qanuniliyinin sübuta yetirilməsi vəzifəsi kimin üzərinə düşür?
A) məlumat sahibinin
B) iddiaçının
C) cavabdehin
D) dövlət orqanın
20. “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən şəxsiyyət barədə məlumatlara aiddir?
A) şəxsiyyət haqqında açıq elan edilmiş xəbər
B) şəxsiyyət haqqında sənədləşdirilmiş və ya açıq elan edilmiş xəbər
C) şəxsiyyət haqqında sənədləşdirilmiş xəbər
D) vətəndaş haqqında açıq elan edilmiş xəbər
21. “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən şəxsiyyət haqqında hansı məlumatlar və hansı halda dövlət orqanları tərəfindən toplana bilər?
A) şəxsiyyətin şəxsi və ailə həyatı barədə məlumat yalnız onun tərəfindən könüllü təqdim edildikdə
B) şəxsiyyətin lazım bildiyi məlumatlar yalnız onun tərəfindən könüllü təqdim edildikdə
C) şəxsiyyətin dini mənsubiyyəti və əqidəsi barədə məlumat yalnız onun tərəfindən könüllü təqdim edildikdə
D) şəxsiyyət haqqında məlumatlar yalnız onun tərəfindən könüllü təqdim edildikdə
22. “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanun nə vaxt qəbul edilmişdir?
A) 19 iyun 1998-ci il
B) 19 iyun 1997-ci il
C) 29 iyun 1998-ci il
D) 19 iyul 1998-ci il
CAVABLAR
1. A
2. C
3. C
4. B
5. B
6. B
7. D
8. B
9. C
10. D
11. D
12. B
13. C
14. A
15. B
16. B
17. A
18. A
19. C
20. B
21. C
22. A
Məlumat azadlığı haqqında Azərbaycan Respublikasının Qanunu
MƏLUMAT AZADLIĞI HAQQINDA
Azərbaycan Respublİkasının Qanunu
Maddə 1. Məlumat azadlığıAzərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsinə uyğun olaraq hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır.
Bu Qanunun məqsədləri üçün məlumat dedikdə təqdimat formasından asılı olmayaraq təbiətdə, cəmiyyətdə və dövlətdə baş vermiş hadisələr, proseslər, faktlar və şəxslər haqqında xəbərlər nəzərdə tutulur.
Maddə 2. Məlumat azadlığının təminatı
Hər kəsin məlumat əldə etmək üçün müraciət etmək hüququ vardır.
Məlumat azadlığının həyata keçirilməsi fiziki və hüquqi şəxslərin hüquq və mənafelərinin pozulmasına səbəb olmamalıdır.
Məlumat azadlığının məhdudlaşdırılmasına yalnız Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş hallarda yol verilir. Məlumat azadlığından istifadə edilməsi qaydası Azərbaycan Respublikasının Konstitusiyası və ona müvafiq olaraq Azərbaycan Respublikasının Qanunları ilə müəyyən edilir.
Maddə 3. Qanunun təyinatı
Bu Qanun məlumat azadlığının həyata keçirilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir.
Maddə 4. Məlumat münasibətlərinin subyektləri
Məlumat münasibətlərinin subyektləri fiziki və hüquqi şəxslərdir.
Maddə 5. Məlumat azadlığının həyata keçirilməsinin əsas prinsipləri
Məlumat azadlığının həyata keçirilməsinin əsas prinsipləri aşağıdakılardır:
məlumat azadlığının təmin edilməsi;
məlumatın açıqlığı və onun mübadilə edilməsinin azadlığı;
məlumatın obyektivliyi, tamlığı və həqiqiliyi;
məlumatın axtarılmasının, əldə edilməsinin, istifadə olunmasının, yayılmasının və qorunmasının qanuniliyi;
hər kəsin şəxsi və ailə həyatının sirrinin saxlanması;
şəxsiyyətin, cəmiyyətin və dövlətin təhlükəsizliyinin qorunması.
Maddə 6.
Məlumatın əldə edilməsi üçün təminatlarMəlumatın əldə edilməsi aşağıdakı yollarla təmin edilir:
dövlət hakimiyyəti orqanlarının və bələdiyyələrin öz fəaliyyətləri və qəbul olunmuş qərarları barədə məlumatlar vermələri yolu ilə;
dövlət hakimiyyəti orqanlarında məlumatın əldə edilməsi üçün informasiya xidmətlərinin yaradılması ilə;
statistik məlumatlardan, kitabxanaların, arxivlərin və muzeylərin fondlarından, habelə informasiya sistemlərindən maneəsiz istifadə edilməsi ilə;
vətəndaşların həyatı və sağlamlığı üçün təhlükə yaradan fövqəladə hallar, təbii fəlakətlər və qəzalar barədə əhaliyə dərhal məlumat verilməsi ilə;
dövlətin təhlükəsizliyinə xətər yaradan fövqəladə hallar barədə əhaliyə dərhal məlumat verilməsi ilə;
kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurasına yol verilməməsi ilə;
normativ-hüquqi aktların qanunvericilikdə nəzərdə tutulmuş qaydada əhalinin nəzərinə çatdırılması ilə.
Maddə 7. Məlumat mənbələri
Qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatları əks etdirən sənədlər və başqa daşıyıcılar, kütləvi informasiya vasitələrinin məlumatları, açıq çıxışlar məlumat mənbələri hesab edilirlər.
Maddə 8. Məlumatın əldə edilməsi
Məlumatın əldə edilməsi müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada və üsullarla həyata keçirilir.
Əldə edilməsi qaydasına görə məlumat açıq məlumata və alınması məhdudlaşdırılan məlumata bölünür.
Maddə 9. Açıq məlumatın əldə edilməsi
Açıq məlumatın əldə edilməsi aşağıdakı yollarla təmin edilir:
internet informasiya ehtiyatları vasitəsilə;
rəsmi nəşrlərlə;
kütləvi informasiya vasitələrinin yayılması ilə;
kitabxanalar, ictimai informasiya mərkəzləri, kütləvi istifadənin mümkün olduğu digər yerlərdə sənədlərlə tanış olmaq üçün şərait yaradılması yolu ilə;
fiziki və hüquqi şəxslərə təqdim edilməsi ilə;
qanunvericiliklə nəzərdə tutulan başqa üsullarla.
Açıq məlumatın alınması qaydası və şərtləri bu Qanunla, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu, digər qanunvericilik aktları və ya müqavilə ilə (məlumatın verilməsi müqavilə əsasında həyata keçirilirsə) müəyyən olunur. Məlumatın verilməsi barədə müqavilə mülki qanunvericiliyə uyğun bağlanır. Dövlət hakimiyyəti orqanları, bələdiyyələr müqavilənin olmamasına görə məlumatı verməkdən imtina edə bilməzlər.
Maddə 10. Alınması məhdudlaşdırılan məlumat
Alınması məhdudlaşdırılan məlumatlara — dövlət, peşə (vəkil, notariat, həkim), qulluq, bank, kommersiya, istintaq və məhkəmə sirləri, şəxslərin şəxsi və ailə həyatına, terror aksiyalarına aid olan məlumatlar aiddirlər. Ətraf mühitə dair informasiya müvafiq qanunvericiliklə müəyyən edilmiş hallarda alınması məhdudlaşdırılan məlumata aid edilir.
Dövlət, peşə (vəkil, notariat, həkim), qulluq, bank, kommersiya, istintaq və məhkəmə sirləri, şəxslərin şəxsi və ailə həyatına, terror aksiyalarına, ətraf mühitə aid olan məlumatlarla bağlı yaranan münasibətlər müvafiq qanunvericiliklə tənzimlənir.
Maddə 11. Məlumatın əldə edilməsi barədə müraciət
Məlumatın əldə edilməsi üçün sorğunun verilməsi və məlumat əldə edilməsi haqqında sorğuya baxılması “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
Maddə 12. Məlumatın əldə edilməsi ilə əlaqədar şikayət etmək hüququ
Məlumatın verilməməsi barədə məlumat sahibinin yuxarı orqanına və İnformasiya Məsələləri üzrə müvəkkilə, habelə məhkəməyə şikayət edilə bilər.
Məlumatın verilməməsinin qanuniliyinin sübuta yetirilməsi vəzifəsi cavabdehin üzərinə düşür.
Maddə 13. Şəxsiyyət haqqında məlumat
Şəxsiyyət haqqında sənədləşdirilmiş və ya açıq elan edilmiş xəbər şəxsiyyət barədə məlumata aiddir. Şəxsiyyət haqqında sənədləşdirilmiş məlumat mənbəyi onun adına verilmiş, onun tərəfindən imzalanmış sənədlər və öz səlahiyyətləri çərçivəsində orqanlar tərəfindən şəxsiyyət haqqında toplanmış məlumatlardır. Şəxsiyyətin dini mənsubiyyəti və əqidəsi barədə məlumat yalnız onun tərəfindən könüllü təqdim edildikdə dövlət orqanları tərəfindən toplana bilər. Şəxsiyyətin siyasi partiyaya üzvlüyü və ya bitərəf olması barədə məlumat yalnız qanunla nəzərdə tutulmuş hallarda dövlət orqanlarına təqdim edilməlidir.
Maddə 14. Şəxsiyyətin onun haqqında toplanmış məlumatla tanış olmaq hüququ
Şəxsiyyət haqqında məlumat qanunla müəyyən edilmiş qaydada toplanır. Məlumatın aldatma, hədə-qorxu və başqa qanunsuz vasitələrlə toplanması qadağandır.
Qanunla müəyyən edilmiş qaydada əməliyyat-axtarış fəaliyyəti zamanı əldə edilən məlumatlar, habelə cinayət işinin istintaqı ilə əlaqədar toplanılan məlumatlar istisna olmaqla şəxsiyyətin onun haqqında məlumatın toplanması ilə əlaqədar aşağıdakı hüquqları vardır:
onun haqqında toplanan məlumatla tanış olmaq;
məlumat toplanması vaxtı onun haqqında toplanan məlumatın hansı məqsədlə və necə, həmin məlumatın kim tərəfindən istifadə olunmasını bilmək;
məlumatda dəqiqləşdirmələr aparılmasını tələb etmək.
Qanunvericiliyə müvafiq surətdə dövlət orqanlarının topladığı məlumatların kənar şəxslər tərəfindən əldə etməsinə yol verilmir.
Əməliyyat-axtarış tədbirləri keçirilən hallar istisna olmaqla, şəxsin onun xəbəri olmadan və ya etirazına baxmayaraq, kütləvi informasiya vasitələrinin nümayəndələri və başqa şəxslər tərəfindən izlənilməsi, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qalması qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur.
Şəxslər haqqında məlumatın saxlanılması qanuni məqsədlər üçün qanunvericiliklə müəyyən edilmiş zəruri olan müddətdən çox ola bilməz.
Qanunvericilikdə nəzərdə tutulmamış hallarda gizli şəkildə məlumatın alınması üçün nəzərdə tutulan texniki vasitələrdən istifadə etmək, poçt və teleqraf göndərişlərini yoxlamaq, telefon danışıqlarına qulaq asmaq qadağandır.
Maddə 15. Bu Qanunun tələblərinin pozulmasına görə məsuliyyət
Bu Qanunun tələblərini pozan şəxslər qanunvericiliyə müvafiq olaraq məsuliyyət daşıyırlar.
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 iyun 1998-ci il
№ 505-IQ
1 fevral 2000-ci il tarixli 799-IQ nömrəli, 25 mart 2003-cü il tarixli 429-IIQD nömrəli, 5 mart 2004-cü il tarixli 598-IIQD nömrəli, 20 oktyabr 2006-cı il tarixli 167-IIIQD nömrəli, 12 fevral 2010-cu il tarixli 953-IIIQD nömrəli nömrəli qanunlara əsasən əlavə və dəyişikliklərlə
Naviqasiya menyusu
- Bu səhifə sonuncu dəfə 6 yanvar 2015 14:13 tarixində redaktə edilib.
- Mətn Creative Commons Attribution-ShareAlike lisenziyası altındadır, bəzi hallarda əlavə şərtlər tətbiq oluna bilər. Ətraflı məlumat üçün istifadə şərtlərinə baxın.
- Gizlilik siyasəti
- Vikimənbə haqqında
- Məsuliyyətdən imtina
- Mobil görüntü
- Tərtibatçılar
- Statistikalar
- Kuki məlumatı
Məlumat azadlığı haqqında azərbaycan respublikasinin qanunu
Məlumat azadlığı haqqında
Azərbaycan Respublikasının Qanunu
Maddə 1. Məlumat azadlığı
Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsinə uyğun olaraq hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır.
Bu Qanunun məqsədləri üçün məlumat dedikdə təqdimat formasından asılı olmayaraq təbiətdə, cəmiyyətdə və dövlətdə baş vermiş hadisələr, proseslər, faktlar və şəxslər haqqında xəbərlər nəzərdə tutulur.
Maddə 2. Məlumat azadlığının təminatı
Hər kəsin məlumat əldə etmək üçün müraciət etmək hüququ vardır.
Məlumat azadlığının həyata keçirilməsi fiziki və hüquqi şəxslərin hüquq və mənafelərinin pozulmasına səbəb olmamalıdır.
Məlumat azadlığının məhdudlaşdırılmasına yalnız Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş hallarda yol verilir. Məlumat azadlığından istifadə edilməsi qaydası Azərbaycan Respublikasının Konstitusiyası və ona müvafiq olaraq Azərbaycan Respublikasının Qanunları ilə müəyyən edilir.
Maddə 3. Qanunun təyinatı
Bu Qanun məlumat azadlığının həyata keçirilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir.
Maddə 4. Məlumat münasibətlərinin subyektləri
Məlumat münasibətlərinin subyektləri fiziki və hüquqi şəxslərdir.
Maddə 5. Məlumat azadlığının həyata keçirilməsinin əsas prinsipləri
Məlumat azadlığının həyata keçirilməsinin əsas prinsipləri aşağıdakılardır:
- məlumat azadlığının təmin edilməsi;
- məlumatın açıqlığı və onun mübadilə edilməsinin azadlığı;
- məlumatın obyektivliyi, tamlığı və həqiqiliyi;
- məlumatın axtarılmasının, əldə edilməsinin, istifadə olunmasının, yayılmasının və qorunmasının qanuniliyi;
- hər kəsin şəxsi və ailə həyatının sirrinin saxlanması;
- şəxsiyyətin, cəmiyyətin və dövlətin təhlükəsizliyinin qorunması.
- dövlət hakimiyyəti orqanlarının və bələdiyyələrin öz fəaliyyətləri və qəbul olunmuş qərarları barədə məlumatlar vermələri yolu ilə;
- dövlət hakimiyyəti orqanlarında məlumatın əldə edilməsi üçün informasiya xidmətlərinin yaradılması ilə;
- statistik məlumatlardan, kitabxanaların, arxivlərin və muzeylərin fondlarından, habelə informasiya sistemlərindən maneəsiz istifadə edilməsi ilə;
- vətəndaşların həyatı və sağlamlığı üçün təhlükə yaradan fövqəladə hallar, təbii fəlakətlər və qəzalar barədə əhaliyə dərhal məlumat verilməsi ilə;
- dövlətin təhlükəsizliyinə xətər yaradan fövqəladə hallar barədə əhaliyə dərhal məlumat verilməsi ilə;
- kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurasına yol verilməməsi ilə;
- normativ-hüquqi aktların qanunvericilikdə nəzərdə tutulmuş qaydada əhalinin nəzərinə çatdırılması ilə.
- onun haqqında toplanan məlumatla tanış olmaq;
- məlumat toplanması vaxtı onun haqqında toplanan məlumatın hansı məqsədlə və necə, həmin məlumatın kim tərəfindən istifadə olunmasını bilmək;
- məlumatda dəqiqləşdirmələr aparılmasını tələb etmək.
Maddə 6. Məlumatın əldə edilməsi üçün təminatlar
Məlumatın əldə edilməsi aşağıdakı yollarla təmin edilir:
Maddə 7. Məlumat mənbələri
Qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatları əks etdirən sənədlər və başqa daşıyıcılar, kütləvi informasiya vasitələrinin məlumatları, açıq çıxışlar məlumat mənbələri hesab edilirlər.
Maddə 8. Məlumatın əldə edilməsi
Məlumatın əldə edilməsi müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada və üsullarla həyata keçirilir.
Əldə edilməsi qaydasına görə məlumat açıq məlumata və alınması məhdudlaşdırılan məlumata bölünür.
Maddə 9. Açıq məlumatın əldə edilməsi
Açıq məlumatın əldə edilməsi aşağıdakı yollarla təmin edilir:
internet informasiya ehtiyatları vasitəsi ilə;
kütləvi informasiya vasitələrinin yayılması ilə;
kitabxanalar, ictimai informasiya mərkəzləri, kütləvi istifadənin mümkün olduğu digər yerlərdə sənədlərlə tanış olmaq üçün şərait yaradılması yolu ilə;
fiziki və hüquqi şəxslərə təqdim edilməsi ilə;
qanunvericiliklə nəzərdə tutulan başqa üsullarla.
Açıq məlumatın alınması qaydası və şərtləri bu qanunla, «İnformasiya əldə etmək haqqında» Azərbaycan Respublikasının Qanunu, digər qanunvericilik aktları və ya müqavilə ilə (məlumatın verilməsi müqavilə əsasında həyata keçirilirsə) müəyyən olunur. Məlumatın verilməsi barədə müqavilə mülki qanunvericiliyə uyğun bağlanır. Dövlət hakimiyyəti orqanları, bələdiyyələr müqavilənin olmamasına görə məlumatı verməkdən imtina edə bilməzlər.
Maddə 10. Alınması məhdudlaşdırılan məlumat
Alınması məhdudlaşdırılan məlumatlara — dövlət, peşə (vəkil, notariat, həkim), qulluq, bank, kommersiya, istintaq və məhkəmə sirləri, şəxslərin şəxsi və ailə həyatına , terror aktlarına aid olan məlumatlar aiddirlər. Ətraf mühitə dair informasiya müvafiq qanunvericiliklə müəyyən edilmiş hallarda alınması məhdudlaşdırılan məlumata aid edilir.
Dövlət, peşə (vəkil, notariat, həkim), qulluq, bank, kommersiya, istintaq və məhkəmə sirləri, şəxslərin şəxsi və ailə həyatına , terror aktlarına, ətraf mühitə aid olan məlumatlarla bağlı yaranan münasibətlər müvafiq qanunvericiliklə tənzimlənir.
Maddə 11. Məlumatın əldə edilməsi barədə müraciət
Məlumatın əldə edilməsi üçün sorğunun verilməsi və məlumat əldə edilməsi haqqında sorğuya baxılması «İnformasiya əldə etmək haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
Maddə 12. Məlumatın əldə edilməsi ilə əlaqədar şikayət etmək hüququ
Məlumatın verilməməsi barədə məlumat sahibinin yuxarı orqanına və Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana), habelə məhkəməyə şikayət edilə bilər.
Məlumatın verilməməsinin qanuniliyinin sübuta yetirilməsi vəzifəsi cavabdehin üzərinə düşür.
Maddə 13. Şəxsiyyət haqqında məlumat (fərdi məlumat)
Şəxsiyyət haqqında sənədləşdirilmiş və ya açıq elan edilmiş xəbər şəxsiyyət barədə məlumata aiddir. Şəxsiyyət haqqında sənədləşdirilmiş məlumat mənbəyi onun adına verilmiş, onun tərəfindən imzalanmış sənədlər və öz səlahiyyətləri çərçivəsində orqanlar tərəfindən şəxsiyyət haqqında toplanmış məlumatlardır. Şəxsiyyətin dini mənsubiyyəti və əqidəsi barədə məlumat yalnız onun tərəfindən könüllü təqdim edildikdə dövlət orqanları tərəfindən toplana bilər. Şəxsiyyətin siyasi partiyaya üzvlüyü və ya bitərəf olması barədə məlumat yalnız qanunla nəzərdə tutulmuş hallarda dövlət orqanlarına təqdim edilməlidir.
Maddə 14. Şəxsiyyətin onun haqqında toplanmış məlumatla tanış olmaq hüququ
Şəxsiyyət haqqında məlumat qanunla müəyyən edilmiş qaydada toplanır , işlənir və mühafizə olunur . Məlumatın aldatma, hədəqorxu və başqa qanunsuz vasitələrlə toplanması qadağandır.
Qanunla müəyyən edilmiş qaydada əməliyyat-axtarış fəaliyyəti zamanı əldə edilən məlumatlar, habelə cinayət işinin istintaqı ilə əlaqədar toplanılan məlumatlar istisna olmaqla şəxsiyyətin onun haqqında məlumatın toplanması ilə əlaqədar aşağıdakı hüquqları vardır:
Şəxsiyyətin onun haqqında məlumatların toplanılması ilə bağlı «Fərdi məlumatlar haqqında» Azərbaycan Respublikasının Qanununa müvafiq digər hüquqları da vardır.
Qanunvericiliyə müvafiq surətdə dövlət orqanlarının topladığı məlumatların kənar şəxslər tərəfindən əldə etməsinə yol verilmir.
Şəxslər haqqında məlumatın saxlanılması qanuni məqsədlər üçün qanunvericiliklə müəyyən edilmiş zəruri olan müddətdən çox ola bilməz.
Qanunvericilikdə nəzərdə tutulmamış hallarda gizli şəkildə məlumatın alınması üçün nəzərdə tutulan texniki vasitələrdən istifadə etmək, poçt və teleqraf göndərişlərini yoxlamaq, telefon danışıqlarına qulaq asmaq qadağandır.
Əməliyyat-axtarış tədbirləri keçirilən hallar istisna olmaqla, şəxsin onun xəbəri olmadan və ya etirazına baxmayaraq kütləvi informasiya vasitələrinin nümayəndələri və başqa şəxslər tərəfindən izlənilməsi, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qalması qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur.
Maddə 15. Bu Qanunun tələblərinin pozulmasına görə məsuliyyət
Bu Qanunun tələblərini pozan şəxslər qanunvericiliyə müvafiq olaraq məsuliyyət daşıyırlar.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 iyun 1998-ci il
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 sentyabr 1998-ci il, № 9, maddə 561) («LegalActs»).
«Azərbaycan» qəzetində dərc edilmişdir (16 sentyabr 1998-ci il, № 213) (« LegalActs »).
Comments are closed, but trackbacks and pingbacks are open.