Məlumatların mühafizəsi insidentini necə bildirə bilərəm
Tədbirdə Sumqayıt şəhərində fəaliyyət göstərərən ayrı-ayrı işəgötürənlərin nümayəndələri, əməyin mühafizəsi üzrə mütəxəssislər, işçilər iştirak edib. Qeyd olunub ki, əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biri də həyatının, sağlamlığının və əməyinin mühafizəsini təmin edən əmək şəraitində çalışmaqdır. Bir sıra hallarda əməyin mühafizəsi ilə bağlı qanunvericilikdən irəli gələn tələblərə əməl olunmasına, əməyin mühafizəsi üzrə xidmətin yaradılmasına biganə münasibət işçilərin həyat və sağlamlığının itirilməsi ilə nəticələnən istehsalat qəzalarının baş verməsinə səbəb olur. Ona görə də hər bir işəgötürən Əmək Məcəlləsində əksini tapan əməyin mühafizəsi normaları, qaydaları və prinsiplərinə əməl etməyi gündəlik fəaliyyətinin əsas tərkib hissəsi kimi qəbul etməlidir. İşçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin mövcud olması yalnız işçinin həyat və sağlamlığının qorunması baxımından deyil, əməyin səmərəliliyinin artırılması, keyfiyyətli məhsul istehsalı üçün də xüsusi önəm kəsb edir.
Ukrayna
“Mediasiya” Azərbaycan üçün yeni sözdür. Halbuki, cəmiyyətdə qarşımıza çıxan problemlərin həllində, münaqişələrin yoluna qoyulmasında və gərginliyin azaldılmasında onun çox böyük rolu ola bilər. Sadəcə, medasiyanın geniş təbliğinə ehtiyac var ki, o, işlək institutlardan birinə çevrilsin. Bu məqsədlə Mediasiya Şurasını üzvü və ekspert, mediator Natiq Məmmədovla söhbətləşmişik.
– Başlayaq oradan ki, ümumiyyətlə mediasiya nədir?
– Mediasiya mübahisələrin alternativ həlli yollarından biridir. Mediasiya iki və daha çox şəxsin arasında yaranmış mübahisənin danışıqlar yolu ilə üçüncü neytral bir şəxsin (mediatorun) köməkliyi ilə həllinə çalışılan könüllü bir prosesdir.
– Ölkəmizdə mediasiya nə vaxtdan tətbiq edilməyə başladı?
– 29 mart 2019-cu il tarixdə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi” haqqında 3 aprel 2019-cu il tarixli Fərmanına və “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, müvafiq işçi qrupu formalaşdırılıb, Mediasiya Şurasının nizamnaməsi razılaşdırılıb və 12.02.2020-ci il tarixində Mediasiya Şurası təsis olunub.
– Mediator kimdir, kimlər mediator ola bilər?
– Öncə onu qeyd edək ki, 25 yaşına çatmış, ali təhsilli, 3 il əmək stajına malik istənilən şəxs baza mediayasiya təlimi keçərək, mediator olar bilər. Bəs mediator kimdir? Qeyd etdiyimiz kimi, mediator üçüncü neytral bir şəxsdir. Qanun tələbinə görə, o, müstəqildir, qərəzəsizdir, onun fəaliyyətinə hər hansı bir müdaxilə yolverilməzdir.
– Anlayışdan mediasiyanın bir danışıqlar prosesi olduğu aydınlaşır. Bəs, onu adi danışaqlardan fərqləndirlən nədir?
– Danışıqlarda yalnız tərəflərin özləri iştirak etdikləri halda, mediasiya prosesində mediator onlara kömək edir. Mediator bilir ki, mediasiyada iştirak edən tərəflər arasında danışıqlar uğursuz olub. Belə məqamda artıq mediator taktikalarına ehtiyac var.
– Qanunvericiliyə görə hansı işlər üzrə mediasiyanın tətbiq edilməsinəə icazə verilir?
– “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə göstərilir ki, mediasiya mülki işlər və kommersiya mübahisələri; ailə münasibətlərindən irəli gələn mübahisələr; əmək münasibətlərindən irəli gələn mübahisələr və inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə tətbiq edilir.
– Qeyd olunanlardan hansı işlər üzrə mediasiyanın keçirilməsi məcburidir?
– Ümumiyyətlə, mediasiya könüllü bir prosesdir. Lakin “Mediasiya haqqında” Qanunun 3.2-ci maddəsinə görə Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq, məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Yəni normadan da aydın olur ki, məcburiyyət ilkin sessiyada iştirakla bağlıdır. İlkin sessiyadan sonra tərəflər özləri tam mediasiya prosesinə keçmək və ya keçməmək barədə qərar qəbul etməlidir. Qanunvericinin məqsədi tərəfləri məhkəməyə getməmişdən öncə mediatora yönləndirməkdir. Bununla da tərəflər mediasiya institutu ilə tanış olacaq, onun üstün tərəfərini bilərək mediasiyaya davam etmək və ya mübahisələrinin həllinin məhkəməyə vermək barəqə qərar qəbul edəcəklər.
– O zaman ilkin məcburi sessiyada mediatorun işi nədən ibarət olacaq?
– Ümumiyyətlə, ilkin məcburi mediasiyanın məqsədi tərəfləri tam mediasiya prosesinə aparmaqdır. Mediator ilkin məcburi sessiayda tərəflərə mediasiyada onları nələrin gözlədiyi barədə məlumat verir. Mediasiya prosesinin cəmiyyətin həyatına müvəffəqiyyətlə sirayət etməsi, mediasiyanın cəmiyyət həyatının bir hissəsi olması üçün bu prosesin mahiyyəti ilə bağlı insanlar daha çox məlumat əldə etməlidirlər. Çünki bu proseslərin müvəffəqiyyəti insan faktorundan, bu sahədə onların məlumatlı olmasından çox asılıdır. Beləki, mediasiya mübahisənin həllində tərəflərin əməkdaşlığına, habelə ünsiyyət və danışığa əsaslanır. Ona görə insanlar bu prosesin mahiyyətini dərk etməli və onların tətbiqinə qarşılıqlı çalışmalıdırlar.
– Mediasiyada insanları hansı xərclər gözləyir?
– Qanunun 36-cı maddəsinə görə, mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat; mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri daxildir. Eyni zamanda onu da qeyd edək ki, ilkin məcburi mediasiya sessiyasının xidmət haqqı Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilmişdir. Belə ki, ailə və əmək mübahisələrindən irəli gələn mübahisələr üzrə xidmət haqqı 50 manat, kommersiya mübahisəlir üzrə isə mübahisə məbləğindən asılı olaraq 20 manatdan 400 manata kimidir. İlkin sessiyada çəkilən xərclər 10 manat kimi məhdudlaşdırılmışdır və təsdiq edici sənədlər olduqda tərəflər tərəfindən ödənilir.
– Tərəflər tam mediasiya sessiyasında keçdikdə xidmət haqqı və çəkilən xərclər necə ödəniləcək?
– Bütün xərclər tərəflər arasında başqa razılıq yoxdursa bərabər şəkildə bölünməklə ödənilir. Tam mediasiya sessiyasının xidmət haqqı və digrə xərcləri mediator və tərəflər arasında qarşılıqlı razılıq əsasında müəyyən edilir. Eyni zamanda onu də nəzərə almaq lazımdır ki, Mediasiya Şurası tərəfindən təsdiq edilmiş “Mediatorların davranışı ilə bağllı reqlament” tələb edir ki, mediatorlar mediasiya xərcləri, hesablanma meyarları və tərəflər arasında bölüşdürülməsi qaydası barədə məlumatı əvvəlcədən təqdim etməlidirlər.
– Nə üçün tərəflər məhkəməni deyil, mediasiyanı seçməlidirlər?
– Mübahisənin mediasiyada həlli tərəflərin mənafeyinə hesablanır. Mübahisənin belə həlli daha ucuz başa gəlir. Bunun əsas səbəbi daha qısa zamanda tərəflərin razılaşa bilməsi, zamana bağlı olaraq da xərclərin daha az çəkilməsidir. Bundan başqa, mediasiya prosesində işlərə daha tez baxılaraq qərar (razılıq) qəbul olunur və tərəflərin əldə etdiyi barışıq sazişi dərhal (və ya onların müəyyən etdiyi vaxtda) tərəflər üçün məcburi xarakter alır. Lakin, məhkəmə mübahisələri uzun müddət vaxt aparır, bəzən illərlə insanlar məhkəmə bir məhkəmə çəkişməsini bitirə bilmir. Qanunvericilik işlərə məhkəmələrdə baxılması müddətlərini konkret olaraq nizama salmışdır. Yalnız qanunla müəyyən edilmiş müddətlər nəzərə alınarsa bir işə məhkəmədə baxılması, orta hesabla təxminən bir il çəkir. Lakin hər bir işin xüsusiyyəti nəzərə alınaraq bir çox obyektiv və subyektiv səbələrdən bu müddət bəzərən 2-3 dəfə daha çox uzana bilir.
– Vaxt və xərcdən başqa, mediasiyanın mübahisənin digər alternativ həll vasitələrindən daha hansı üstünlükləri var?
– Mediasiyanın məhkəmədən daha bir fərqi bu prosesdə qəbul edilən qərarların xarakterindədir. Məhkəmə Azərbaycan dövlətinin adından tərəflər üçün məcburi olan qərar qəbul edir və həmin qərarla mübahisə həll edilsə də, tərəflərdən birinin narazı qalması istisna deyil. Lakin mediasiya prosesində mübahisə ilə bağlı qərarı tərəflər özləri qəbul edirlər. Prosesi aparan mediator qərar qəbul etməkdə tərəflərə ancaq köməklik edir. Göründüyü kimi mediasiya həqiqətən da rasional düşünən insanlar üçün mübahisələrin həllində əvəzedilməz bir institutdur.
Mediasiyanın başqa bir üstünlüyü ondan ibarətdir ki, əgər məhkəmədə tərəflərin çəkişməsinə əsasən proses aparılaraq qərar qəbul edilirsə, mediasiyada əsasən tərəflərin əməkdaşlığı əsas rol oyanayır. Əgər məhkəmədə çəkişmə gələcək münasiblətlərin xitamı ilə nəcitələnirsə, mediasiyada əməkdaşlıq gələcəkdə də münasibətlərin davam etdirilə bilməsi üçün zəmin yaradır. Bu da ailə və əmək mübahisələrinin həlli üçün əvəzedilməzdir.
– İnsanlar mediatora necə müracit edə bilərlər?
– Ümumiyyətlə biz mediasiyanı iki qrupa ayırdıq, ilkin məcburi sessiya tələb olunan işlər və ilkin məcburi sessiya tələb olunmayan könüllü mediasiya işləri. Hər iki halda məhkəməyə müraciət etmək istəyən tərəf digər tərəfə mediasiyanın tətbiqi barədə təkliflə müraciət etməlidir. Birinci halda əgər təklifə müsbət cavab verilməzsə və ya ümumiyyətlə cavab verilməzsə bu zaman həmin şəxs mübahisənin aid olduğu məhkəmənin yerləşdiyi rayonda (şəhərdə) yerləşən mediasiya təşkilatına müraciət edir. Mediasiya təşkilatı həmin iş üzrə bir mediator təyin edir və həmin mediator mediasiya prosesinə başlayır. İkinci halda – könüllü mediasiyada isə eyni vəziyyət üçün mediasya prosesimə xitam verilir.
– İlkin məcburi mediasiya sessiyası tələb olunan işlərdə tərəflər hansı məqamlarla qarşılaşa bilərlər?
– İlk olaraq mediator tərəflərlə razılaşdıraraq mediasiya üçün gün təyin edir və tərəflər bununla bağlı bildiriş göndərir. Əgər təyin edilmiş gün digər tərəf medasiyaya gəlməzsə bu zaman mediator gəlmiş, eyni zamanda medasiyaya müraciət etmiş tərəfə arayış təqdim edir. Əgər hər iki tərəf təyin edilmiş gün gələr, lakin tam mediasyiya prosessinə keçməmək barədə qərar verərlərsə bu zaman yenə medator tərəflərə bu barədə arayış verir. Tərəflər qeyd olunan arayışlarla artıq məhkəməyə müraciət edə bilərlər. Digər iki məqam ondan ibarətdir ki, tərəflər tam mediasiya prosesinə keçmək barədə qərar qəbul edir və yekunda razılığıa gəlirlər. Bu zaman barışıq sazişi adlanan sənəd tərtiq olunaraq imzalanır. Əgər bu mərhələdə bu və ya digər səbədən barışıq əldə olunmazsa bu zaman bu halı göstərməklə mediator protokol tərtib edir və bu sənəd yenə tərəflərə məhkəməyə müraciət etmək üçün əsas verir.
– Tərəflər mediasiyanı barışıq sazişi ilə yekunlaşdıranda onun icrası necə olur?
– Bu sahədə dünya təcrübəsi ondan ibarətdir ki, tərəflər özləri razılığa gəldiyi, bu saziş onların müzakirəsinin nəticəsi olduğu, onların maraqlarına cavab verdiyi üçün onlar könüllü icra edirlər. Məhz bu hal mediasiyanı üstün tərəflərindən biridir. Əllbəttə belə bir hallar da olacaq ki, bağlanmış saziş könüllü icra edilməsin. Bu halda da sazişin icra edilməsini tələb edən tərəf ərizə ilə məhkəməyə müraciət edəcək, məhkəmə qeyd olunan sazişə 10 gün içərisində baxaraq qətnamə qəbul edəcəkdir. Bununla da saziş məcburi icraya yönələcəkdir.
– Və sonda, gözləntilər nələrdir?
Qeyq olunan məsələri nəzərə alaraq gözləntilər ondan ibarətdir ki, inslanlar öz mübahisələrinin həlli üçün mediasiyaya üz tutacaqlar, bununla da onlar daha az xərc çəkməklə, qisa zaman kəsimində mənun qalacaqları nəticələrə çata bilərcəklər. Bu eyni zamanda məhkəmələrin də iş yükünün azlamasına və bununla da baxılan işlərdə keyfiyyət göstəricilərinin artmasında səbəb olacaq.
Əməyin mühafizəsi
Əməyin mühafizəsi işçinin həyatının və sağlamlığının müəssisənin istehsal fəaliyyətinin nəticələrindən üstün tutulması, onların iqtisadi və sosial, texniki-təşkilati, sanitar-gigiyenik, müalicə-profilaktik və digər tədbirləri özündə əks etdirən sistemidir.
Bütün müəssisələrdə sağlamlığın mühafizəsi və əmək şəraitinin təhlükəsizliyinin təmin olunması müdiriyyətin üzərinə qoyulur. İşəgötürən tərəfindən sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması öhdəlikləri müəssisələr haqqında (nizamnamə) əsasnamələrdə, kollektiv müqavilələrdə, daxili əmək qaydalarında təsbit olunur.
Əməyin mühafizəsinin normativ-hüquqi tənzimlənməsi:
- ağır əmək şəraitli, insan orqanizmi üçün təhlükəli və zərərli olan iş yerlərinin;
- işləri yerin altında görülən yeraltı istehsalatların, şaxtaların, tunellərin, qurğuların və digər iş yerlərinin;
- işçinin yüksək həssaslığı, zehni və fiziki gərginliyi tələb olunan avadanlıqların, qurğuların və iş yerlərinin;
- qadınların, yaşı 18-dən az olan işçilərin əməyindən istifadə olunması qadağan edilən iş yerlərinin;
- əmtəələrin istehsalı, işlərin görülməsi zamanı istifadəsi qadağan olunan kimyəvi, radioaktiv və digər yüksək təhlükə mənbəli maddələrin;
- işçinin peşə xəstəliyinə tutulmağı ehtimalı yüksək olan iş yerlərinin;
- işçilərin istehsalatda bədbəxt hadisələrdən icbari şəxsi sığorta edilməli olan həyat üçün yüksək təhlükə mənbəli istehsal və qeyri-istehsal sahələrinin respublika üzrə vahid, əhatəli siyahılarını və onların tətbiqi qaydalarını təsdiq edir.
Azərbaycan Respublikasının Əmək Məcəlləsi əməyin mühafizəsinin dövlət tərəfindən, icra hakimiyyətləri, bələdiyyələr, mülkiyyətçinin və işəgötürənlərin tənzimlənməsini və bu yöndə onların səlahiyyət və vəzifələrini müəyyən edir.
Bununla yanaşı qanunvericilik müəssisədə əməyin mühafizəsinin təmin olunması ilə bağlı işçinin də üzərinə öhdəliklər qoyur. Belə ki, işçi:
- əməyin mühafizəsi üzrə norma və təminat qaydalarına əməl etməli;
- əmək funksiyasını özünü və başqa işçiləri təhlükəyə məruz qoymayacağı təqdirdə icra etməli;
- müntəzəm olaraq əməyin mühafizəsi normaları və qaydaları barədə biliklərini artırmalı;
- verilmiş xüsusi geyimdə və ayaqqabıda işə gəlməli;
- əməyin mühafizəsi sahəsində rəhbərliyin tapşırıqlarına və tövsiyələrinə əməl etməlidir.
Qanunvericilik əməyin mühafizəsi sahəsində ayrı-ayrı kateqoriyalı işçilərə yüksək təminatlar verilməsini nəzərdə tutur. Həddi-büluğa çatmamış qadınların və ümumiyyətlə, 21 yaşa qədər şəxslərin, həmçinin, sağlamlığı ilə bağlı qadağan olunanların ağır işlərə, zərərli və təhlükəli işlərə cəlb olunması qadağandır.
“Əməyin mühafizəsi normaları, qaydaları və prinsipləri” mövzusunda seminar keçirilib
İşəgötürən iş yerinin əməyin mühafizəsi normaları və qaydalarının tələblərinə uyğun olmasına, işçi üçün sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasına cavabdehlik daşıyır və işçinin həyatı, sağlamlığı müəssisənin iqtisadi mənafeyindən yüksək tutulmalıdır. Bu fikir Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Sumqayıt şəhərində “Əməyin mühafizəsi normaları, qaydaları və prinsipləri” mövzusunda təşkil etdiyi seminarda vurğulanıb.
Tədbirdə Sumqayıt şəhərində fəaliyyət göstərərən ayrı-ayrı işəgötürənlərin nümayəndələri, əməyin mühafizəsi üzrə mütəxəssislər, işçilər iştirak edib. Qeyd olunub ki, əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biri də həyatının, sağlamlığının və əməyinin mühafizəsini təmin edən əmək şəraitində çalışmaqdır. Bir sıra hallarda əməyin mühafizəsi ilə bağlı qanunvericilikdən irəli gələn tələblərə əməl olunmasına, əməyin mühafizəsi üzrə xidmətin yaradılmasına biganə münasibət işçilərin həyat və sağlamlığının itirilməsi ilə nəticələnən istehsalat qəzalarının baş verməsinə səbəb olur. Ona görə də hər bir işəgötürən Əmək Məcəlləsində əksini tapan əməyin mühafizəsi normaları, qaydaları və prinsiplərinə əməl etməyi gündəlik fəaliyyətinin əsas tərkib hissəsi kimi qəbul etməlidir. İşçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin mövcud olması yalnız işçinin həyat və sağlamlığının qorunması baxımından deyil, əməyin səmərəliliyinin artırılması, keyfiyyətli məhsul istehsalı üçün də xüsusi önəm kəsb edir.
Seminarda əməyin mühafizəsi ilə bağlı işəgötürənlər tərəfindən görülməli olan tədbirlər barədə məlumat verilib. Bildirilib ki, bu tədbirlər sırasına əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların bütün tələblərinə əməl olunması, binaların, qurğuların, texnoloji proseslərin və avadanlığın təhlükəsizliyinə riayət edilməsi, bilavasitə iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılması və s. daxildir. Həmçinin onlar işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməsini, işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təlimatlandırılmasını təmin etməlidirlər.
Əməyin mühafizəsi üzrə işçilərin də vəzifələri vardır. Belə ki, onlar əməyin təhlükəsizliyi, gigiyenası və yanğına qarşı mühafizə tələblərini öyrənməli və onlara əməl etməli, əmək funksiyasını özünü və başqa işçiləri təhlükəyə məruz qoymayacağı bir şəkildə yerinə yetirməli, əməyin mühafizəsi üzrə normalarda, qaydalarda və təlimatlarda nəzərdə tutulmuş fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etməlidirlər.
Seminarda mövzu ilə bağlı iştirakçılara ətraflı məlumatlar verilib, onların sualları cavablandırılıb. Tədbir zamanı iştirakçılara həmçinin müvafiq mövzu üzrə maarifləndirici bukletlər də paylanıb.
Comments are closed, but trackbacks and pingbacks are open.