Press "Enter" to skip to content

D kisəsi xaric olunduqdan sonra

Niyə Polşada oxumalı?

Babasil şamı

Babasil şamı hemorroyun müalicəsində istifadə olunan əvəzedilməz vasitələrdən biridir. Onlar tərkib və təsir mexanizmlərinə görə fərqlənirlər. Aşağıdaki nümunələrdə bu məsələyə aydınlıq gətirək.

Natalsid
Şamın tərkibinə qəhvəyi dəniz yosunlarından alınan natrium alginat daxildir. Natalsid hətta hamiləlikdə babasil xəstəliyi zamanı təyin edilən təhlükəsiz vasitələrdəndir. İltihabəleyhinə, hemostatik (qanaxmanı dayandıran), bərpaedici təsirlərə malikdir.

Propolis DN
Şamın tərkibinə kakao yağı, lanolin, propolis daxildir. Babasilin kompleks müalicəsində istifadə edilir. İltihabəleyhinə təsirə malikdir. Qaşınmanı, göynəməni götürür. Hamilə qadınlara da təyin oluna bilər. Lakin bu şamın bir sıra əks-göstərişləri mövcuddur. Məsələn, Propolis DN-dən arıçılıq məhsullarına allergiyası olan şəxslər istifadə edə bilməz. Məlumat üçün qeyd edək ki, arıçılıq məhsullarına-bal, mum, bərəmum, arı südü, arı zəhəri daxildir.

İxtiol şamı
Bu şamlar antiseptik təsirə malikdir. Həmçinin ağrıkəsici effekti də mövcuddur. Anus ətrafındakı iltihabi prosesi aradan götürmək üçün babasil müalicəsində qeyri-steroid iltihabəleyhinə dərmanlarla birlikdə təyin edilir.

Çaytikanı şamı
Dərman preparatının tərkibinə çaytikanı özəyi (ekstraktı) daxildir. Təbii preparat olduğundan bu şamı hamilələr və uşaqlar istifadə edə bilər. Anal çat hallarında bərpaeedici təsirə malikdir. Babasil qaşınması, qıcıqlanma kimi şikayətləri aradan götürür.

Anuzol
Münasib qiymətinə və kompleks təsirinə görə babasil üçün ən yaxşı şam kimi qabaqcıl sıralarda dayanır. Əsas komponentləri xanımotu özəyi ekstraktı, bismut, sink oksid hesab olunur. Qanaxmanı dayandırır, ağrını kəsir, düz bağırsağın selikli qişasını qoruyur.

Posterizan
Tərkibinə bağırsaq çöpünün antigeni və metabolitləri (maddələr mübadiləsi məhsulları) daxildir. Bu maddələr düz bağırsağın selikli qişasına nüfuz etməklə, toxumaların zərərli mikroorqanizmlərə qarşı müqavimətini artırır. Kəskinləşmə mərhələsində babasil əlamətləri – anal nahiyədən ifrazat, qaşınma, göynəmə hissi zamanı təyin edilir. Uşaqlara əks göstərişdir.

Prokto-qlivenol
Xarici və daxili babasilin müalicəsində tətbiq edilən kompleks təsirə malik vasitələrdən biridir. Prokto-qlivenol kapilyar keçiriciliyini azaldır, qan və limfa dövranını yaxşılaşdırır, venotonik təsirə malikdir. İltihabəleyhinə, ağrı kəsici, ödemi (şişkinliyi) azaldan təsirlərinə görə babasil üçün ən yaxşı şam sırasına daxil etmək olar. Lakin əksər dərmanlar kimi bu vasitənin də əlavə təsirləri mövcuddur və istifadə etməzdən öncə proktoloq həkimlə məsləhətləşmək lazımdır.

Proktozan şamı
İltihabəleyhinə, yara sağaldıcı, ağrıkəsici təsirə malik kompleks vasitədir. Bir neçə əks göstərişi və əlavə təsiri olduğuna görə istifadədən öncə mütləq həkiminizdən soruşun.

Hepatrombin H şamı
Şamın tərkibinə: heparin, lauromakroqol, prednizolon daxildir. Venasklerozlaşdırıcı, antibakterial, iltihabəleyhinə, antiallergik təsirləri mövcuddur. Babasil düyünündə tromb əmələgəlmənin qarşısını alır. Ağrını azaldır. Müalicə kursu maksimum 7 gündür. Bu müddət ərzində müsbət nəticə müşahidə edilməzsə, həkim digər preparat təyin etməlidir.

Relif şamı
Babasil düyünlərindən və şikayətlərdən azad olmaq məqsədilə bu tip şamlardan istifadə edilir. Relif adı altında bir neçə seriya buraxılır. Şamın əsas aktiv maddəsi akula qaraciyəri yağıdır. Yara sağaldıcı, immunstimulyator (yerli immun sistemi gücləndirən), iltihabəleyhinə təsirlərə malikdir. Şamın aşağıdakı buraxılış seriyaları var:

  • Relif – qaşınmanı və şişkinliyi azaldır;
  • Relif Advans – ağrı kəsici təsirlidir;
  • Relif ultra – antiallergik və iltihabəleyhinə təsir göstərir.

Nigepan şamı
Hepatrombin H-ın analoqudur. Tərkibindəki aktiv maddə – heparindir. Ağrı və qaşınma ilə mübarizə aparır, göynəmə və qıcıqlanmanı azaldır. Mövcud trombların böyüməsinin qarşısını alır.

Proktosedil M şamı
Ağrını azaldır, qaşınmanı götürür. Tərkibində geniş spektrli antibiotik mövcuddur, kapilyar kövrəkliyini azaldır. Kompleks dərman preparatı olmasına baxmayaraq, kifayət qədər əks göstərişi və əlavə təsirləri mövcuddur. Həkim məsləhəti olmadan ondan istifadə etmək olmaz. Hamilələr və uşaqlara əks göstərişdir.

Neo – Anuzol
Bir neçə təsirə malik qarışıq tərkibli şam dərin anal çatlarda tətbiq edilir. Düz bağırsaqda qalaraq tədricən təsir edir. Patogen mikrofloranın çoxalmasının qarşısını alır. Dozalanma qaydası mütləq həkim tərəfindən təyin edilməlidir. Bu şamdan yalnız müalicə deyil, profilaktik məqsədilə də istifadə oluna bilər.

Ultraprokt
Ağrı sindromu və qaşınmanı aradan qaldırır. Əsas təsir maddəsi fluokortolon və sinkoxaindir. Əlavə olaraq tərkibinə gənəgərçək yağı daxildir. Hormonal preparat olduğundan həkimlər tərəfindən çox ehtiyatla, yalnız vacib göstərişlər əsasında təyin edilir.

Öd kisəsi xaric olunduqdan sonra.

İnsanın ödü öd turşularından ibarətdir. Ödün hasili qara ciyərin öd axarlarında baş verir. Oradan öd öd kisəsinə və sonra isə onikibarmaq bağırsağa daxil edilir.

Öd həzm proseslərində iştirak edir. Öd kisəsi rezervuar (anbar) funksiyasını yerinə yetirir. Həzm prosesinin aktiv dövründə (bu zaman onikibarmaq bağırsağı mədədə qismən həzm olunmuş qida ilə dolur) öd kisəsi ödü maksimal həcmdə onikibarmaq bağırsağa ifraz edir.

İnsan müntəzəm qida qəbul etmədikdə, qida qəbulları aralarında uzun məsafələr saxladıqda, tez-tez quru yeməkləri yedikdə, öd kisəsində durğunluq yaranır. Bunun nəticəsində öd kisəsində iltihab prosesləri inkişaf edir və daşlar əmələ gəlir. Öd kisəsinin divarları nazikləşir və bu zaman öd çoxlu miqdarda yığıldıqda kisə yırtıla bilər. İnfeksiyalaşmış öd qarın boşluğuna düşür. Belə vəziyyət xəstənin həyatı üçün böyük təhlükə yaradır. Bu zaman təcili cərrahi əməliyyat təyin olunur və öd kisəsi xaric edilir. Əlbəttə ki, belə ağır fəsadları gözləmək lazım deyil. Planlı şəkildə aparılan əməliyyatdan sonra xəstə daha tez adi həyata qayıdır və əməliyyatdan sonra yarana bilən fəsadların ehtimalı da azalır.

Öd kisəsi xaric olunduqdan sonra (xolesistektomiya) insan ömrünün sonuna qədər pəhriz saxlamalıdır. Öd kisəsi olmadıqda öd yollarında öd yığıla bilməz və bu səbəbdən öd daha tez-tez xaric olunmalıdır. Bu o deməkdir ki, insan daha tez-tez qida qəbul etməlidir ki, öd yollarında öd durğunluğu baş verməsin. Əks halda öd yollarında da iltihab baş verəcək və daşlar əmələ gələcək.

Beləliklə, öd kisəsi xaric olunduqdan sonra insan həmişə pəhriz saxlamalıdır. Xüsusən bu qida qəbullarının tezliyinə aiddir. Öd yalnız qida qəbulundan sonra bağırsağa daxil olunduğuna görə qidanı gün ərzində 5 dəfədən az olmayaraq qəbul etmək lazımdır. Qida qəbullarının arasında uzun fasilələr olmamalıdır.

Bundan əlavə öd kisəsi xaric olunduqdan sonra ödün tərkibində olan fermentlərin miqdarı da azalır. Bu səbəbdən belə xəstələrin rasionundan heyvani piyləri (qoyun və mal piyi) qəti surətdə xaric olunmalıdır. Əksinə isə bitki (günəbaxan, qarğıdalı və zeytun yağları) və süd yağları (kərə yağı) belə xəstələr üçün xeyirli hesab olunur.

Bütün qida buğda və ya suda bişirilməlidir. Qızardılmış qidalar isə əks göstərişdir.

Öd kisəsi xaric edilmiş insanın rasionuna aşağıdakı qidalar daxil ola bilər:

– sıyıqlar (qarabaşaq, düyü, darı, yulaf yarmaları);

– yağsız ət, toyuq və balıq (xüsusən dəniz balığı);

– yağsız süd məhsulları (kəsmik, xama, yoqurtlar və s.);

– yumurta (yalnız ilıq şəkildə);

– bitki yağları, kərə yağı (az miqdarda);

– tərəvəzlər (xüsusən kök, balqabaq, qarpız, yemiş), meyvələr (yalnız şirin meyvələr, turş meyvə və giləmeyvələr əks göstərişdir);

– desert kimi mürəbbə, zefir, marmelad (az miqdarda).

Bu qidalar isə qəti surətdə əks göstərişdir:

– mədə-bağırsaq traktının selikli qişasını qıcıqlandıran qidalar: soğan, sarımsaq, turp, göbələk, ət və balıq bulyonları, kəskin, duzlu, hisə verilmiş qidalar, ədviyyatlar, konservlər;

– şirniyyatlar (tortlar, pirojnalar, konfetlər və s.);

– yağlı ət, balıq, toyuq;

– noxud, lobya, qara çörək;

– soyuq qidalar və içkilər (dondurma və s.) – onlar öd yollarının sıxılmasına (spazmına) səbəb olur.

Saglamolun.Az

Polşada Təhsil ilə bağlı sual və cavablar

Polşada Təhsil ilə bağlı sual və cavablar yazımız bir çox problemlərə aydınlıq gətirmişdir. Biz nə qədər izah etsək də tələbələrin soruşduqlarına cavab vermək tamamən sizin istədiklərinizin cavablarıdır. Ona görə də bu sual cavab bir çok səhifədən daha dəyərlidir.

Salam, men 2008ci ilde Azerbaycan Tibb universitetini bitirmişəm, 2013ci ildə türkiyədə fizioterapiya üzrə ixtisas kursu keçmişəm. Norveç, Polşa, Macarıstan, İsveçrə və Hollandiya kimi ölkələrin birində rezidentura təhsili almaq istəyirəm. Necə kömək edə bilərsiz?

Salam Elvin bəy, Bizdə rezidentura programı yoxdur təssüf ki. Anlayışınız üçün təşəkkürlər.

salam polsada latviyada busines admiration ucun ibgilisce illik nece min € olar ?ve her ikisinde aylig yasamxerci ?ve hansi daha inksaf etmis tehsile malikdir?

Bu ölkələrdə təhsil haqqı 3-4000 avro civarındadır. Aylıq yaşam xərci təqribən 500 avro olar. Bunların arasında nisbətən Polşa inkişaf edib. Amma sizə Macarıstan variantını da təklif edirəm. Biznes elə 4000 avrodur orda da.

salam polsada magistr ucun ne qeder ielts lazimdir? (texmini) birdeki yasam xerci?

Salam. Magistr üçün İELTS 6.5 lazımdır. Təxmini yaşam xərci 500 avro civarındadır. Polşaya qəbul üçün bizə müraciət edə bilərsiniz.

salam 4 kursam men polsada tehsil ucun ne vaxt muraciet etmeliyem?

Salam. İndidən müraciətə başlaya bilərsiniz.

salam polsada magistr fikirlesirem business,texes ves. dovlet unisinde tehsil haqqi ne qeder olar?birde boyuk seherlerde max.yasam xerci?

Salam. Polşada təhsil haqqı elə də yüksək dəyil. 4000 avrodan aşağıdır. Yaşam xərci təqribən 400-800 avrodur. Xərcləməyinizdən asılıdır.

Salam men fizikadan 0 bilirem.riyaziyata belede.Komputere maragim boyukdu.polsada 1 il hazirliq oxusam mene fizikani 0 dan oyredecekler matematikani yaxsilasdiracaqlar? Hansi fenleri bilmek lazimdi komputer muhendisliyini oxumaq ucun? Macaristanda veya polsada veya her hansi tehsil haqqisi asagi olan yerde oxuya bilerem? Hazirligda her seyi sifirdan oyredirler?

Salam, Polşada hazırlıq sadəcə ingilis dilini əhatə edir amma Macarıstanda edə biləcəksiniz amma 0 biliyinizin olması bir az problem ola bilər. Siz gedənə kimi riyazıyyatdan hazırlaşmalısınız məncə o zaman hazırlıq oxuya biləcəksiniz.

Salam ielts olmadan polsa universitetlerinde tehsil almaq mumkundur? veya ietlsi sonra vermek serti ile hedefim polsanion top universitetlerinde tehsil almaqdir sertli qebul ala bilerem yeni 1 ci kursu oxuyan vaxt ieltsi vermek veya yayda ama tam procces olunub yerim qarantina olunsun universitetde

Salam, Bu dövlətlərdə mümkün deyil. Sizi özəl universitetdə bir il hazırlıq sonra dövlətdə oxuya bilərsiniz. Ya da bəzi dövlətlərdə ingilis dili hazırlığı sonra bakalavr.

salam polsada business admiration oxumagin tehsil haqqisi ne qeder olar ?dovlet unisi

Salam. Polşada təhsil haqqı təqribən 2000-3500 avro arasındadır.

salam polsada tehsil sertleri necedir?ayliq yasam xerci?ingilisce olan facultelerin illiyi hansi araligdadir?

Polşada aylıq yaşayış 4-500 dollardır. Şərtlər bakalavr üçün attestat və IELTS və ya IELTS olmasa bir il hazırlıq. İllik təhsil 2500 avrodan başlayır.

Salam. Men by il mektebi bitirirem ve bakalavri University of Warsaw da oxumaq isteyirem. Mennen me teleb olunur ora qebul ucun be illik xerci ne qederdir? Umumiyyetce polsada universitetlerin qiymeti neceden baslayir? Ve hansi unilerin diplomu azerbaycanda taninir?

Salam, Varşava universitetinə qəbul üçün gərək gedib orda imtahan verəsiniz. Normalda Polşa universitetləri 2-4 min avro arasında olur. Yaxşı universitetlər dövlət tərəfindən tanınır.

salam. Men Polsha da UniversitetI bitirdukden sonra avropada ve diger olkelerde isleye bilerem? ve nece olkede Polsanin diplomu kecir?

Salam. Polşa Dövlət universitetlərinin diplomu hər yerdə tanınır. İş tapmaqda sizə mane olmayacaq.

polşada international relations fakultesi üzre en yaxşi universitet hansidir . Qebul almaq çetindir yoxsa asand.İelts neçe teleb olunur.

Salam. Siz Polşaya bakalavr yoxsa magistr üzrə oxumaq istəyirdiniz? Bakalavr üzrə oxumaq istəyirsinizsə, Jagellonian, Varşava, Lazarski universitetləri məsləhətlidir. İELTS 6.0 yığmağınız məsləhətdir. Polşaya qəbul olarkən Universitetlər bir sıra sənəd istəyir, qəbulu bir az çətindir. Amma biz sizə bu işdə kömək edə bilərik.

Salam men xaricde beynalxalq münasibetler fakültesini oxumaq istiyirem esasende polşada internetden araştıran international relation adn european studies yazılmışdı burda indi fakulte ayrı ayrıdı yoxsa 2 fakültedi birleşik olaraq? Beynalxalq münasibetleri bitiren hansı işlerde işleye biler diplomat olmaq şansı ne qederdir? Men isterdim hem european studies hemde international relations olsun birleşik Riyaziyayat ne qeder vacibdir? Menim riyaziyatım zeyifdir. LaZariski unisine daxil olmaq üçün ielts ne qeder teleb olunur?

Salam. Gözəl sual vermisiniz. Lazarskidə baxdığınız proqram double degreedir. Yəni ki, sizə iki ildən sonra həm Lazarskinin, həm də Böyük Britaniyanın Coventry universitetinin diplomu veriləcək. Proqramın adı Beynəlxalq Əlaqələrdi, amma siz birinci ildən sonra ya European Administration ya da Contemporary Politics sahəsində ixtisaslaşa bilərsiniz. Yəni beynəlxalq əlaqaləri seçib European Administration sahəsi üzrə professionallaşa bilərsiniz. Riyaziyyyat biliyinə ehtiyac yoxdur. Lazarski universitetinə qəbul olmaq üçün İELTS 5.5 almağınız kifayətdir

salam menim ielts 5.5 dir varshava dovlet universitetine gebul ola bilerem?

Salam. Varşava Universitetində 6.0 IELTS balına ehtiyacınız olacaq.

Salam men Polshada tehsil almaq isteyirem.Sorusmaq isterdim, tehsil haqqindan elave ev pulu kommunal xercler transport ile bir yerde ne qeder xercim cixacaq?

Təhsil haqqından əlavə aya təqribən 500-600 manat xərciniz çıxacaq. Təbii ki, yenə də xərcləməyinizdən asılıdır.

Salam. Polshada bakalavr tehsili nece ala bilerem? Ne teleb olunur ve ile ne qeder odemeliyem? Attestatda qiymetin biri 3 olsa problem olar?

Məktəbi bitirən kimi Polşada bakalavr təhsili ala bilərsiniz. İlliyi 3000-5000 manatdır. İELTS 6.0-6.5 tələb olunur. Biri 3 olsa problem olmaz. Əsas orta balınız yüksək olsun.

polşada petroleum engineering ixtisası var ?

Petroleum Eningeering var, amma Polyak dilindədir. Gərək əvvəl polyakca öyrənəsiniz.

Salam, Men Bakida ozel universitetde 1 il bakalavr tehsili almisam , eger men polsa universitetlerinden birine attestatla qebul olsam mene foundation oxumaga ehtiyyac qalmayacag yoxsa ?

Salam, Əgər İELTS sertifikatınız varsa birbaşa bakalavrdan başlaya bilərsiniz.

Niyə Polşada oxumalı?

Yüksək keyfiyyətli polyak təhsil sistemi: peşəkar mütəxəssislər yetişdirən polyak təhsil sisteminin 650 illik tarixi var. Bu sistemdən təkcə Polşa yox, dünyanın bir çox ölkələri fayda götürüb. Polyaklar peşəkarlığı və innovasiyanı getdikləri hər yerdə nümayiş etdirəməyə çalışıblar. Misal üçün,19-cu əsrdə Çilidə geologiya üzrə araşdırma mərkəzi quran İqnasi Dameyko, 1872-1876-cı illərdə Peruda dünyanın ən hündürdə yerləşən dəmir yolu xəttini inşa edən Ernest Malinovski, müasir antroplogiyanın yaradıcısı Branislav Malinovski bu siyahıda yer alır. On nəfər Nobel Mükafatını qazanıb. Bu mükafatın 2 dəfə laureatı olmuş 4 nəfərdən bir olan Mariya Sklodovska Küri, fizika və kimya sahəsində bir sıra xidmətləri var. Artıq 14-cü əsrdən başlayaraq polyak təhsil sistemi öz ənənələrini yaratmağa başlayır. Krakovda yerləşən və Mərkəzi Avropada sayca 2-ci universitet olan Jagiellonian Universiteti 1364-cu ildə təsis edilib. Polşa universitetləri indi də həmin ənənələrə sadiq qalaraq elmə öz töhvələrini verirlər. Varşava Universiteti Avropanın İnformasiya və Texnologiya sahəsi üzrə ən güclü universitetlərindən sayılır. Sistemin keyfiyyətinə Dövlət Akkreditasiya Komitəsi nəzarət edir. Son dövlərdə Polşa iqtisdiyyatı sürətli inkişaf etsə də, bir çox AB ölklərindən daha ucuz həyat şəraitinə malikdir. Yemək, nəqliyyat və yerləşmək üçün 200-400 avro civarında pul kifayət edir. Minimum illik təhsil haqqı 2000 avrodur ki, bu da ortalama AB normasından aşağıdır. Bakalavr 3 akademik il (6 semestr), magistratura üçün ixtisasdan asılı olaraq 1.5 – 2 il lazımdır.

Salam cexiyada ve polsada tehsille bagli tam etrafli melumat vere bilersiz ? herterefli.

Çexiya üçün qəbula gecikmisiniz, çünki oranın viza prosesi uzun çəkir. Amma Polşada qəbul hələ də davam edir. 1-2 dövlət universitetində computer science təklif edən ingiliscə proqramlar var. Qəbul üçün İELTS və müvafiq bakalavr diplomu lazım olacaq. Təhsil haqqı təqribən 3-4 min avrodur. Computer science daha geniş imkanlar Macarıstanda mövcuddur. Bir çox universitetlərində computer science ixtisası təklif edən ingiliscə proqramlar var. Təhsil haqqı 6500 dollardır. Lakin təhsil baxımından Polyak universitetlərindən heç də geri qalmır. Ora da yenə də bakalavr diplomu və İELTS balı lazımdır.İELTS balı yoxdursa, yaxşı İngilis dili biliyi lazımdır.

salam men polsada pulsuz tehsil almaq isterdim bu mumkundurse eger ikinci olaraq orada pullu universetler minimum qiymeti neceye bawa gelir ve bu universetlerin diplomu taninirmi?

Salam. Polşada pulsuz təhsil yoxdur. Təhsil haqqı 3500-6000 avro arasındadır. Diplomları təbii ki, tanınır.

Polşaya qebul ne vaxt qutarir?

Salam Hüquq üzrə təəssüf ki, ingiliscə proqram yoxdur. Siz bakalavr ya magistratura üzrə təhsil almaq istəyirsiniz? Qəbul prosesi yavaş-yavaş yekunlaşmaq üzrədir. Təhsil haqqı 4-5 min avroya qədərdir. Viza elə də çətin deyil.

Salam. Men bu il 11 ci isnifi bitirirem. Bakalavr tehsilini Polsada almaq isteyirem. University of warsaw a qebul aparirsiniz? eger aparirsinizsa ne teleb olunur? Birdeki ozel universitetlerden hansini meslehet gorursunuz?

Salam University of Warsaw-a qəbul aparmaq mümkündür. Qəbul üçün 9-11-ci sinif qiymətləri və ingilis dil biliyini sübut edən sənəd olmalıdır (məs, IELTS). Özəllərdən Vistula University, Kozminski və Lazarkski University məsləhətdir.

Comments are closed, but trackbacks and pingbacks are open.