Press "Enter" to skip to content

Книга: Azərbaycan şairi Nizami – Məhəmməd Əmin Rəsulzadə

Nizami kimdir?

Mmmd min rsulzad azrbaycan şairi nizami

(+994 12) 493 30 77

  • Fəlsəfə
  • Tarix
  • Azərbaycan tarixi
  • Sosiologiya
  • Etnoqrafiya
  • İqtisadiyyat
  • Dövlət və hüquq
  • Siyasət. Siyasi elmlər
  • Elm və təhsil
  • Mədəniyyət
  • Kitabxana işi
  • Psixologiya
  • Dilçilik
  • Ədəbiyyatşünaslıq
  • Folklor
  • Bədii ədəbiyyat
  • İncəsənət
  • Kütləvi informasiya vasitələri

Azərbaycan şairi Nizami

Abunə

Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.

Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.

Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.

Bannerlər

Əlaqə

Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58

Tel.: (+99412) 596-26-13

İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar

Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.

Книга: Azərbaycan şairi Nizami – Məhəmməd Əmin Rəsulzadə

Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan şairi Nizami” əsəri 1941-ci ildə yazılsa da, nəşri gecikərək 1951-ci ildə Türkiyənin paytaxtı Ankarada yerləşən Milli Təhsil Nəşriyyatında gerçəkləşib. “Azərbaycan şairi Nizami” əsərini Azərbaycanda ilk dəfə pr.dr. Rüstəm Əliyev ixtisarla kiril qrafikalı əlifba ilə 1991-ci ildə Azərnəşrdə çap etdirib. Bu versiya isə orijinalı ilə tutuşdurularaq Əvəz Qurbanlının redaktəsində nəşrə hazırlanıb.

“Azərbaycan şairi Nizami” əsəri mühacirət ədəbi fikrinin, xüsusilə nizamişünaslığın ən dəyərli uğurlarından biri hesab edilir. Bu monoqrafiya başlanğıc, dörd fəsil, son söz və əlavələrdən ibarətdir. Əsərin birinci fəsli “Nizami kimdir” sualına verilən cavaba, ikinci fəsli “Xəmsə”nin tədqiqinə, üçüncü fəsli Nizaminin mövzularına, dördüncü fəsli isə bu böyük şairin irsində sənət və ideologiya məsələsinin araşdırılmasına həsr olunub. Rəsulzadə kitabın sonuna Nizaminin əsərlərində işlədilmiş türk sözlərinin lüğətini də əlavə edib. Bu kitab Nizami Gəncəvinin 880 illiyinə həsr olunur və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Скачать книгу в форматах: fb2 &nbsprtf &nbspepub &nbsptxt &nbsppdf &nbsppdf (мобильная версия) &nbspfb3 &nbsp

Читать книгу “Azərbaycan şairi Nizami” Мамеда Эмина Расулзаде
(фрагмент)

Данное произведение размещено по согласованию с ООО “ЛитРес” (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Оплатили, но не знаете что делать дальше?

Azərbaycan şairi Nizami

Şairlikdəki əsrar pərdəsi,
Peyğəmbərliyindir bir kölgəsi.
Tanrı hüzurunda sıra tutmuşlar;
Ikinci şairlər, ilkin peyğəmbərlər.

N i z a m i

Kitabımız Nizaminin anadan olmasının 800-cü ildönümü münasibətilə 1941-də bitmiş, fəqət müharibənin doğurduğu çətinliklər üzündən çapı gecikmişdir.
Bu gecikmə bir yandan müəllifin təəssüfünü doğurmuşsa da, o biri tərəfdən hər keçən il əsərin bir az daha dolğunlaşmasına və gözəlləşməsinə səbəb olmuş və yeni materiallar, əlavələr, təsvirlər və haşiyələr gətirmişdir. Qaynaqlardakı bəzi – 1941-ci ildən sonrakı tarixlər kitabda bu yolla yer almışdır. Əlavələr hissəsində, xüsusən, “Nizamidən çevirmələr” qismi varlığını bu gecikməyə borcludur.
Fəsil başlarındakı Nizamidən alınan beytlərin türkcə çevirmələri bu gecikmədən qazanılan zamanda edilmişdir. Müəllif bu kiçik epiqrafların və kitabın haşiyələri ilə sonuna əlavə edilmiş mənzum parçaların ustadın əsərinə layiq bir şəkildə türkcəmizə çevrilmiş olduğu iddiasında deyildir. Bunların Nizami nəzminin ruhunu az da olsa əks etdirib-etdirmədiklərini müəyyənləşdirmək, təbiidir ki, oxucuların öhdəsinə buraxılmışdır; əslində bu xüsusda müəyyən bir iddiası da yoxdur, kifayətdir ki, bəzək olsun deyə edilən bu əlavələr əsərin nəzərdə tutduğu əsl məqsədə mane olmasın.
Kitabın haşiyələrində və “əlavələr” qismində mətndə bəhs edilən mətləbləri aydınlaşdırmaq üçün Nizamidən bəzi parçalar vermək faydalı görülmüşdür. Farsca beytlərin oxunuşunda oxuculara yardım olsun deyə, bunların türkcə məzmunu qismən verilmişdir.
Illərin məhsulu olsa da, müəllif vasitələrin heç də tam olmadığı şəraitdə yaranmış bu əsərin istər-istəməz nöqsanlardan xali olmadığına əmindir. Oxucularından dilədiyi ən səmimi şey bu nöqsanları ona bildirmələridir. Bu yolla onlar Nizami haqqında bizdə qüsurlu olan məlumatın tamamlanmasına xidmət etmiş olarlar. Eyni baxımdan əsər haqqındakı ümumi mülahizələrini də bəyan etmək lütfünü göstərənlər müəllifi son dərəcə məmnun və minnətdar etmiş olarlar.

Ankara, 8 aprel 1949.

Mündəricat [ redaktə ]

  • Başlanğıc
  • Şərq İslam mədəniyyətinin üç ortağı
  • Şərq İslam mədəniyyətiyyətinə mənsub şəxsiyyətlər üçün keçirilən yubileylər
  • Şərq İslam mədəniyyətində Azərbaycanın rolu
  • Türk hakimiyyəti altında fars ədəbiyyatı
  • Azərbaycan XII əsrdə
  • Milliyyət baxımından ədəbiyyatda forma və məzmun
  • Nizami Azərbaycan şairi
  • Nizaminin yaradıcılığı
  • Unudulmuş Nizami
  • Nizamiyə borcumuz

Birinci hissə

Nizami kimdir?

  • Nizaminin tərcümeyi-halı
  • Şairin Azərbaycan hökmdarları ilə münasibətləri
  • Nizami öz gözü ilə
  • Nizaminin dünya ədəbiyyatındakı mövqeyi

İkinci hissə

Nizaminin beş kitabı

  • “Pənc gənc” və yaxud “Xəmsə”
  • Məxzən-ül-Əsrar
  • Xosrov və Şirin
  • Leyli və Məcnun
  • Həft peykər (“Yeddi gözəl”)
  • İsgəndərnamə

Üçüncü hissə

Nizami mövzuları baxımından

  • Nizami mövzuları
  • Nizamidə farslıq
  • Nizamidə türklük
  • Nizamidə Qafqaz
  • Nizaminin ruslar haqqında təsəvvürü
  • Nizaminin qadına münasibəti
  • Mövzulardan çıxan nəticə

Dördüncü hissə

Nizamidə sənət və ideologiya

  • Nizami şeirinin özünəməxsusluğu
  • Nizami sənətinin başlıca mənbəyi
  • Nizaminin yaradıcılığının təkamülü
  • Nizaminin həyata və insana münasibəti
  • Nizamidə eşq fəlsəfəsi
  • Nizaminin dinə münasibəti və ictimai idealı
  • Nizaminin dövlət haqqında görüşləri
  • İdeal hökmdar İsgəndər və onun möcüzəsi
  • Son söz

Comments are closed, but trackbacks and pingbacks are open.