Məmməd n azərbaycan qəzəlləri
Bu yeməyə jyz-byz deyilir. Gənc qoçun bağırsaqları, ürəyi, ağciyəri, xayaları, böyrəkləri, qaraciyəri və yağ quyruğundan, həmçinin 2 soğan, kartof və ədviyyatlardan (bibər, sumaq, kimyon, duz) istifadə olunur.
Azərbaycanın məşhur şəxsiyyətləri
Azərbaycanın dahi şairi Nizami Gəncəvi 1141-ci ildə Gəncədə anadan olub. O, Gəncədə doğulub böyüdüyünə görə Gəncəli mənasında Nizami Gəncəvi adıyla tanınıb. Şairin əsl adı İlyasdır. Nizami hələ uşaq ikən atasını, sonra da anasını itirib. Onun tərbiyə və təhsilini dayısı Xacə Ömər öz üzərinə götürüb, böyüdüb. Böyük şair “Leyli və Məcnun” poemasının müqəddiməsində atası ilə anasını, sonra da dayısını itirməsindən kədərlər içərisində bəhs edir.
Nizami Gəncəvi lirik şeirlərin, “Xəmsə” (“Beşlik”) adı ilə məşhur olan “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, “İsgəndərnamə” poemalarının müəllifidir. Nizami Gəncəvidən sonra Şərgin bir çox böyük şairləri onun təsiri ilə Xəmsələr yazmışdır.
Nizami Gəncəvi həm də vətənpərvər idi. O, təsvir etdiyi bütün hadisələri Azərbaycanla əlaqələndirməyə, vətənin keçmiş günlərini tərənnüm etməyə çalışmışdır. Nizami Gəncəvi yaradıcılığında vətən məhəbbəti doğma xalq yolunda qəhrəmanlıq ideyası ilə birləşir.
1947-ci ildə dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 750-ci ildönümünə həsr edilmiş Nizami məqbərəsi tikilib. Məqbərə şairin vətəni Gəncə şəhərinin yaxınlığında yerləşir. 1991-ci ildə məqbərə kompleksi yenidən qurulub, məqbərə 20 metr hündürlüyündədir və ətrafında park salınıb. Məqbərənin yaxınlığında ölməz şairin yaratdığı əsərləri tərənnüm edən tunc abidə ucalır.
2012-ci il aprelin 20-də Heydər Əliyev Fondunun dəstəyi ilə İtaliyanın paytaxtı Roma şəhərindəki məşhur “Villa Borghese” parkında Nizami Gəncəvinin abidəsi açılıb.
2021-ci ildə Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olması səbəbilə Azərbaycanda bu ili “Nizami Gəncəvi İli” elan edilib.
İmadəddin Nəsimi
Seyid Əli ibn Seyid Məhəmməd; 1369, Şamaxı – 1417, Hələb. İlk təhsilini Şamaxıda almış, dövrün elmlərini, dinlərin tarixini, məntiq, riyaziyyat və astronomiyanı öyrənmişdir.
İmadəddin Nəsimi Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.
Bir çox elmlərdən – riyaziyyatdan, təbabətdən, astronomiyadan, məntiqdən xəbərdar idi. Klassik Şərq və qədim yunan fəlsəfəsini, islam və xristian dinlərini, ədəbiyyatı dərindən bilirdi. O, Azərbaycan, ərəb və fars dillərini yaxşı bilir, hər üç dildə eyni dərəcədə gözəl şeirlər yazırdı. Nəsimi Azərbaycan hürufizm ədəbiyyatının görkəmli yaradıcısıdır. Nəsimi yaradıcılığı 15-ci əsrdən etibarən bütün türk ədəbiyyatına (türk, türkmən, özbək və s.) qüvvətli təsir göstərmişdir. Şairin əsərləri əlyazma şəklində geniş yayılmışdır. Həmin əlyazma nüsxələri dünyanın bir sıra mötəbər kitabxanalarında saxlanılır. Şairin əsərlərin dönə-dönə çap edilmiş, haqqında tədqiqat əsərləri yazılmışdır. YUNESKO-nun qərarı ilə Nəsiminin anadan olmasının 600 illiyi dünya miqyasında qeyd olunmuş (1973), Azərbaycanda və Moskvada keçirilən yubiley təntənələrində dünyanın bir çox ölkəsindən gəlmiş nümayəndələr iştirak etmişdir. Nəsimi Azərbaycan poeziyasında divan janrının atası sayılır. O, Azərbaycan dilində 15 min misradan, fars dilində isə 5 min misradan ibarət divan yaradıb. Şairin bir çox qəzəlləri mədəni irsimizin inciləri sırasına daxildir.
Nəsiminin məzarı Suriyanın Hələb şəhərində, köhnə şəhər qalasındadır. Yubiley münasibətilə çəkilmiş “Nəsimi” filmi 1973-cü ildə ekranlara buraxılıb. Divanı Azərbaycanda 1972-ci ildə çap olunub. 1980-ci ildə Bakıda heykəli qoyulub.
2018-ci il sentyabr ayında Azərbaycanda ilk dəfə olaraq Nəsimi – şeir, sənət və mənəviyyat Festivalı keçirilmişdir.
Məhəmməd Füzuli
Azərbaycanın məşhur Bayat tayfasından olduğu söylənilən Məhəmməd Füzuli divan janrının ən möhtəşəm nümayəndələrindən biri kimi tanınır. Deyilənlərə görə, Məhəmmədin atası Süleyman kişi İraqa Azərbaycanın Ərəş mahalından köçüb gəlib. Kərbəlada doğulan Məhəmməd orada da vəfat edib.
Füzuli oxumuş adam idi, kamil təhsil görmüşdü. Orta əsr elmlərindən olan tibb, məntiq, riyaziyyat, nüçum və bir sıra humanitar elmlərlə, dini-fəlsəfi cərəyanlarla tanış idi. Klassik türk, fars, ərəb, hind ədəbiyyatını öyrənmişdi. Buna görə də tədqiqatçılar belə hesab edirlər ki, Süleyman kişi oğlunu oxutdura biləcək qədər varlı adam olub.
Füzuli Şah İsmayıl Xətaiyə, Şah Təhmasibə və onun sərkərdələrinə əsərlər ithaf edib, onların şəninə qəsidələr yazıb, amma heç vaxt saraya meyl göstərməyib. Bir neçə qəsidəsini Sultan Süleymana təqdim edən Füzuli sultan ordusu ilə Bağdada gələn türk şairləri ilə görüşüb. Deyilənə görə, özünün ən məşhur əsəri olan “Leyli və Məcnun” poemasını onların xahişi ilə yazıb.
Füzuli əsərlərini üç dildə – Türk (Azərbaycan), ərəb və fars dillərində qələmə almışdı. Həmin dillərdə divanlar tərtib etmiş, qəsidələrini kitab şəklinə salmışdı. O, Nəsimidən sonra ana dilimizdə Azərbaycan şeirinin ən gözəl nümunələrini yaratmışdı.
Leyli və Məcnun əfsanəsinə istinadla çox əsərlər yazılıb. Yazılı ədəbiyyata ilk dəfə Nizami Gəncəvi tərəfindən gətirilən “Leyli və Məcnun” mövzusuna Füzuliyə qədər bir çox türk, fars, tacik, ərəb, hind şairləri müraciət etsələr də, Füzulinin “Leyli və Məcnun”u onların hamısını üstələyib zirvəyə qalxdı. Beş yüz ilə yaxındır ki, həmin zirvədə qərar tutub. Böyük bəstəkarımız Üzeyir Hacıbəyli həmin poema əsasında Şərq aləmində ilk poema yazıb və bu opera da poema kimi böyük şöhrət qazanıb. Bəstəkar Cahangir Cahangirovun “Məni candan usandırdı” qəzəlinə yazdığı “Füzuli kantatası” da Azərbaycan musiqisinin inciləri sırasındadır.
Füzulinin ən məşhur əsərləri bunlardır: “Şikayətnamə”, “Səhhət və mərəz”, “Rindü zahid”. Ən məşhur qəzəllərinin sırasında isə “Məni candan usandırdı”, “Söz”, “Can vermə qəmi-eşqə…”, “Ey həkim”, “Heyrət ey büt” və digər onlarla qəzəlin adını çəkmək olar.
Füzulinin əsərləri Azərbaycanda beş cilddə nəşr edilib.
Mirzə Ələkbər Sabir
Azərbaycanın görkəmli satirik şairi Mirzə Ələkbər Sabir 1862-ci ildə Şamaxıda anadan olmuşdu. Əvvəlcə mollaxanada oxumuş, 12 yaşından isə təhsilini məşhur şair Seyid Əzim Şirvaninin açdığı yeni üsullu məktəbdə davam etdirmişdi. Bu məktəb onun üçün faydalı olmuş, biliyinin və şairlik istedadının inkişafına kömək etmişdir.
XX əsrin əvvəllərindən Sabirin şeirləri mətbuat səhifələrində görünməyə başlayır. 1906-cı ildə “Molla Nəsrəddin” jurnalını öz arzularına müvafiq uyğun bir dərgi kimi qarşılayıb onun ən fəal müəlliflərindən biri olur. Həmin vaxtdan Cəlil Məmmədquluzadə ilə Sabir arasında qırılmaz dostluq münasibətləri yarandı. Hər iki sənətkar zalım bəyləri, yaltaq ruhaniləri, satqın ziyalıları satira atəşinə tutur. Onlara hədə-qorxu gəlirlər. Bu səbəbdən şair imzasını tez-tez dəyişməli olur. “Molla Nəsrəddin” jurnalında şair 36 gizli imza ilə çıxış etmişdi.
Sabirin seçilmiş əsərlərinin “Hophopnamə” adlandırılması “Hophop” imzası ilə əlaqədardır. Onun “Fəhlə”, “Əkinçi”, “Oxutmuram, əl çəkin” şeirləri vaxtilə çox məşhur idi.
Sabir çox sevdiyi uşaqları da yaddan çıxarmamış, onlar üçün “Gəl, gəl a yaz günləri”, “Uşaq və buz”, “Yalançı çoban” və digər şeirlər yazmışdı.
1910-cu ilin əvvəllərində Bakıya gələn Sabir, “Zənbur” jurnalında, “Günəş” və “Həqiqət” qəzetlərində işləyir. Elə həmin ilin axırında xəstəliyi səbəbindən geriyə, Şamaxıya qayıdır.
Böyük şair 1911-ci il iyulun 12-də vəfat edir. Məzarı Şamaxıda “Yeddi günbəz” qəbiristanındadır.
Sabirin vəfatından bir il sonra, 1912-ci ildə onun şeirləri “Hophopnamə” adı ilə çap olundu. Oxucular kitabı hərarətlə qarşıladılar. İki il sonra xalqın ianəsi ilə “Hophopnamə”nin ikinci, daha mükəmməl nəşri buraxıldı.
Məhəmmədhüseyn Şəhriyyar
Azərbaycan xalqının yetişdirdiyi böyük şairlərdən biri də Məhəmmədhüseyn Şəhriyardır. Məhəmmədhüseyn Şəhriyar 1906-cı ildə Cənubi Azərbaycanda, Təbriz şəhərində doğulub boya-başa çatmışdır. Güneydə Azərbaycan dilində təhsil verən məktəb olmadığı üçün orada yaşayan bütün soydaşlarımız kimi, Şəhriyar da təhsilini fars dilində almışdı. Şəhriyar çox istedadlı gənc idi. Ədəbiyyatı çox sevirdi. Gənc yaşlarından fars dilində gözəl şeirlər yazırdı.
Bir gün anası Şəhriyara deyir: «Oğlum, analar dilsiz uşaqlarını belə, dilindən anlayırlar. Sən şeirlərini hansı dildə yazırsan ki, mən onlardan bir şey anlamıram?» Doğma anasının bu sözləri şairə təsir etdi, o sanki yuxudan ayıldı. Çox keçmədi ki, Şəhriyar özünün dillər əzbəri olan «Heydərbabaya salam» əsərini yazdı. Şair deyirdi ki, «Heydərbabaya salam» əsərini yazana qədər elə bil ürəyimdə bir tikan ilişib qalmışdı. Nədən yazsam da, necə yazsam da, ürəyimdən bu tikan çıxmırdı ki, çıxmırdı.
«Heydərbabaya salam» əsəri ustad şairin yaradıcılığında bir dönüş nöqtəsi oldu. Heydərbaba dağ adıdır. Şəhriyarın uşaqlığı Heydərbaba dağının ətəklərində — ata-baba yurdunda keçmişdi.
«Heydərbabaya salam» əsəri dünyanın əksər dillərinə tərcümə olunmuşdur. O, dünya şeir sənətinin zirvəsinə ucalmışdır. Cənubi Azərbaycanda hələ dahi şairin sağlığında 7 mart «Şəhriyar günü» elan olunmuşdu. Təbriz məktəblərindən birinə, Təbriz Universitetinin Ədəbiyyat fakültəsinin böyük salonuna şairin adı verilmişdir. Paytaxtımızın mərkəzi küçələrindən biri şairin adını daşıyır. Lakin Şəhriyarın ən əzəmətli abidəsi doğma xalqının qəlbində ucalmışdır.
Əliağa Vahid
Əliağa İsgəndərov Məmmədqulu oğlu (Əliağa Vahid) 18 fevral 1895-ci ildə Bakıda dünyaya göz açıb. Mollaxanada oxumağa başlamış, sonra ehtiyac üzündən təhsilini yarımçıq qoymuş, xarratlıq etmişdir. Gənc yaşlarında Bakıdakı “Məcməüş-şüəra” ədəbi məclisində iştirak etmiş, Azər (İmaməliyev), Müniri və b. şairlərin təsiri ilə lirik şerlər yazmışdır. Satirik şerlərində ictimai nöqsanları, mövhumatı, zülm və haqsızlığı ifşa etmişdir. “Tamahın nəticəsi” adlı ilk kitabı nəşr olunmuşdur.
Azərbaycanda Sovet hakimiyyətini rəğbətlə qarşılayan Vahid inqilabi təbliğat sahəsində fəal çalışmış, yeni həyatı tərənnüm edən çoxlu şeir (“Əsgər və fəhlə yoldaşlarıma”, “Məktəb nə deməkdir”, “Ucal, mələyim” və s.) yazmış, “Kommunist” qəzeti, “Molla Nəsrəddin” jurnalı ilə əməkdaşlıq etmişdir. Onun “Kupletlər” (1924), “Mollaxana” (1938) kitablarındakı şeirlərdə yeniliyə mane olanlar kəskin satira atəşinə tutulur. Böyük Vətən müharibəsi illərində yazdığı əsərlərdə “Döyüş qəzəlləri” (1943), “Qəzəllər” (1944) kitablarında Əliağa Vahid Vətənə məhəbbət, düşmənə nifrət, qələbəyə inam hissləri təbliğ edirdi.
Füzuli ənənələrinin davamçısı olan Vahid müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsidir. Qəzəlləri poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilir, xanəndələrin repertuarında mühüm yer tutur. Nizami, Xaqani, Füzuli, Nəvai və başqalarının qəzəllərini Azərbaycan dilinə tərcümə etmişdir. 1 oktyabr 1965-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Əliağa Vahidin heykəli əvvəlcə Filarmoniya bağında qoyulmuş, daha sonra təmir zamanı İçəri Şəhərə köçürülmüşdür.
Xəqani Şirvani
Şairin adı İbrahim, atasının adı Əlidir. Orta əsr mənbələrində o, belə təqdim edilir: Əbu Bədil Əfzələddin İbrahim ibn Əli Nəccar ibn Osman ibn İbrahim Həqaiqi Həssanul-Əcəm Xaqani Şirvani. Burada Həqaiqi, Həssanul-Əcəm və Xaqani onun təxəllüsü, Əfzələddin ləqəbi, Əbu Bədil kunyəsi və Şirvani mənsub olduğu yerin adıdır.
Xaqani 1126-ci ildə Şamaxıda anadan olmuşdur. İlk təhsilini əmisindən almış və dövrünün müxtəlif elmlərinə dərin maraq göstərmişdir. Gənc yaşlarından yüksək şairlik istedadını göstərən Xaqani Şirvanşahlar sarayına dəvət edilir və orada böyük şöhrət tapır. Saray çəkişmələri və paxılların münasibəti nəticəsində şair həbs edilir. Daha sonralar Xaqani Yaxın Şərq ölkərərində səfərdə olmuş və təəssüratlarını poetik əsərlərdə vermişdir. Şair ömrünün son illərini Təbrizdə keçirmişdir. Xaqani 1199-cu ildə vəfat etmiş və Təbrizin “Şairlər qəbiristanlığı”nda dəfn edilmişdir
Xaqani Şirvaninin ədəbi irsi zəngindir. Yaxın Şərqə səfərdən qayıtdıqdan sonra Xaqani Şirvani Yaxın Şərq ədəbiyyatı tarixində epik poeziyanın ilk görkəmli nümunələrindən hesab edilən “Töhfətül-İraqeyn” (1157) adlı məsnəvisini yazmışdır. Əsər dövrün sosial-siyasi şəraitini öyrənmək baxımından da əhəmiyyətlidir. “Mədain xərabələri” adlı məşhur fəlsəfi qəsidəsində müasirləri üçün maraqlı fikirlər irəli sürmüşdür. Xaqani Şirvani vətənpərvər şairdir. O, vətəni Şirvanı hüsnkar təbiətli, bolluq, bərəkət ölkəsi, şairlər ocağı kimi tərənnüm etmişdir. Azərbaycan ədəbiyyatı tarixində Qətran Təbrizi ilə başlanan qəzəl janrı Xaqani Şirvani və Nizami Gəncəvi yaradıcılığında kamillik dərəcəsinə çatmışdır. Cərəyan edən hadisələri real surətdə əks etdirməyə çalışan şair, saraylara nifrətini, xalqa yaxınlıq və sədaqətini, “Xaqani” deyil, “Xəlqani” olduğunu poetik bir dildə bildirmişdir. Xaqani Şirvani eyni zamanda mahir nasir olmuşdur. “Töhfətül İraqeyn” məsnəvisinə nəsrlə yazdığı müqəddimə və dövrünün məşhur adamlarına mənsur məktubları mürəkkəb bədii tərzli ifadəsi, təşbeh, istiarə, eyham və mübaliğələri ilə diqqəti cəlb edib.
Xaqani əsərlərini fars və ərəb dillərində yazsa da şerə gətirdiyi bir sira yeniliklərinə və ədəbi-bədii xüsusiyyətlərinə görə Azərbaycan məktəbini təmsil etmişdir.
Bəxtiyar Vahabzadə
Molla Pənah Vaqif
Xurşudbanu Natəvan
Süleyman Rüstəm
Zəlimxan Yaqub
Əhməd Cavad
Xəlil Rza Ulutürk
Məmməd Araz
Nəbi Xəzri
Səməd Vurğun
Mir Möhsün Nəvvab
Ramiz Rövşən
Musiqiçilər
Üzeyir Hacıbəyov
Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyov (Hacıbəyli) Azərbaycan xalqının dahi bəstəkarıdır. Üzeyir Hacıbəyov müasir Azərbaycan musiqi mədəniyyətinin qurucusu olmuş, milli bəstəkarlıq məktəbinin təməlini qoymuşdur. O, Azərbaycan milli operasının, eləcə də Şərqdə ilk operanın banisidir. O, eyni zamanda, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim olmuşdur Üzeyir Hacıbəyov 1885-ci il sentyabrın 18-də Azərbaycanın Şuşa şəhəri yaxınlığında Ağcabədi kəndində anadan olmuşdur. Gənc bəstəkar bir-birinin ardınca “Şeyx Sənan”, “Rüstəm və Söhrab”, “Şah Abbas və Xurşud banu”, “Əsli və Kərəm”, “Harun və Leyla” muğam operalarını yazır. Şərqdə ilk operettanın yaranması da Üzeyir bəyin adı ilə bağlıdır. “O olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyaları onu çox məşhurlaşdırır. Üzeyir yaradıcılığının zirvəsi “Koroğlu” operası sayılır. Müəllif bu əsərində klassik opera qaydaları əsasında bitkin ariyalar, kütləvi xor səhnələri yarada bilir.
O, 300-dən çox xalq mahnısını toplayıb nota salıb, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor üçün əsərlər yazıb. Azərbaycan Xalq Cümhuriyyətinin, indi isə müstəqil Azərbaycanın dövlət himninin musiqisi Üzeyir bəyə məxsusdur. Ə.Cavadın sözlərinə bəstələdiyi “Çırpınırdın, Qara dəniz” mahnısı təkcə Azərbaycanda deyil, Türkiyədə də çox məşhurdur. “Sevgili canan”, “Sənsiz” romansları isə Müslüm Maqomayevin ifasında Azərbaycan musiqi xəzinəsinin ən dəyərli incilərindən hesab olunur.
Üzeyir Hacıbəyli Bakı Musiqi Texnikumuna, Azərbaycan Elmlər Akademiyasının İncəsənət İnstitutuna, Azərbaycan Dövlət Konservatoriyasına, Bəstəkarlar İttifaqına rəhbərlik edib. İlk xalq çalğı alətləri orkestrini, Azərbaycan Dövlət Xorunu yaradıb.
Dahi bəstəkar dövrünün ən yüksək mükafatlarına və fəxri adlarına, o cümlədən SSRİ Xalq Artisti adına layiq görülüb.
1948-ci ildə vəfat edən Üzeyir Hacıbəylinin dəfnində görünməmiş izdiham yaşanır. Onun cənazəsi Bülbülün ifasında “Sənsiz” romansının sədaları altında qaldırılır və Fəxri xiyabanda dəfn olunur.
Onun haqqında “Üzeyir ömrü”, “Üzeyir Hacıbəyov”, “Əbədi iftixarımız” filmləri çəkilib. Dahi bəstəkarın doğum günü 1995-ci ildən Azərbaycanın Milli Musiqi Günü kimi qeyd edilir. Artıq 5 ildir ki, ölkəmizdə Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi festivalı keçirilir.
Bakı Musiqi Akademiyası, Azərbaycan Bəstəkarlar İttifaqının möhtəşəm salonu, Azərbaycan Dövlət simfonik orkestri, paytaxtımızın mərkəzi küçələrindən biri onun adını daşıyır. Bakıda memorial ev-muzeyi fəaliyyət göstərir. Bakı Musiqi Akademiyasının qarşısında heykəli qoyulub.
Qara Qarayev
XX əsrin bəşəriyyətə bəxş etdiyi böyük şəxsiyyətlərdən biri bəstəkar Qara Qarayevdir. O, musiqimizdə gələcəyə yeni yollar açan novator sənətkar idi. İllər boyu onun parlaq musiqisi, çoxşaxəli musiqi fəaliyyəti, alovlu publisistikası Azərbaycan və eləcə də bütün Sovet musiqisinin inkişafına təsir göstərmişdur.
Qara Əbülfəz oğlu Qarayev Azərbaycan və SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Döv- lət mükafatları laureatı, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü olmuşdur.
O, milli və dünya ədəbiyyat və poeziyasının şedevrləri ilə maraqlanır: Nizami, Puşkin, Şekspir, Servantes, Rostan, Ömər Xəyyam, P.Abrahame, Anri Barbüs, Lenqston Hyüz – bu Q.Qarayevin müraciət etdiyi müəlliflərin heç tam siyahısı deyil. Onun musiqisinin məzmununun qeyri-adi təcəssüm-emosional zənginliyi buradan qaynaqlanır. 1937-ci ildə Q.Qarayevin ilk iri əsəri – Rəsul Rzanın şerləri üzərinə xor, simfonik orkestr və rəqs ansamblı üçün “Qəlbin nəğməsi” kantatası yazılır. Orada geniş şəkildə aşıq musiqisinin, xalq rəqs incəsənətnin janrlarının xüsusiyyətləri istifadə olunub. Bu kantata gənc müəllifin məşhurluq zirvəsinə aparan yolda ilk iddiası idi. Bu əsər böyük uğurla, ölkəmizin görkəmli bəstəkarlarının əsərləri ilə – Üzeyir Hacıbəylinin “Koroğlu” və Müslüm Maqomayevin “Nərgiz” operaları ilə bir sırada yer aldığı, 1938-ci ilin aprel-may aylarında Moskvada keçirilən Azərbaycan incəsənətinin dekadasında final nömrə qismində ifa olunur. Simfonik orkestr üçün “Passakalya və Üçlu fuqa” (1941), “Ömər Xəyyamın altı rübaisi” romanslar silsiləsi, xüsusi olaraq Moskvada keçirilən Ümumittifaq bədən tərbiyəçiləri paradında Azərbaycan təmsliçiləri üçün yazılmış nəfəsli orkestr üçün yazılmış “İdman süitası” (1938), böyük simfonik orkestr üçün “Azərbaycan süitası”. O illərin bir çox əsəri Azərbaycan incəsənətinə mühüm tövhə verir. Q.Qarayevin son iki onilliyin iri əsəri : görkəmli skripka ustası Leonid Koqana (ilk ifası 1968-ci ildə baş tutub) həsr edilən simfonik orkestrli skripka üçün konsertdə də novator axtarışlarını müşahidə etmək olur. Q.Qarayev haqqında yalnız bəstəkar kimi danışmaq mümkün deyil. Onun yaradıcılığı pedaqoji və musiqili-ictimai fəaliyyətdən ayrılmazdır. Azərbaycan bəstəkarlıq məktəbinin rəhbəri olaraq o, çoxu günümüzdə məşhur ustad olmuş neçə-neçə gənc bəstəkar nəsilləri yetişdirir. Sovet höküməti Q.Qarayevin xidmətlərini layiqincə nəzərə alaraq onu Sosialist Əməyi Qəhrəmanı adına layiq görür. Son illərini bəstəkar “Leyli və Məcnun” baletinin üzərində işləyərək keçirib. Lakin uzunmüddətli, ağır xəstəlik bəstəkarın yeni ideyalarının ərsəyə gəlməsinə mane olur. Q.Qarayev 1982-ci ilin mayın 13 Moskvada vəfat edir. O Bakıdakı Fəxri Xiyabanda torpağa verilib. Qarayev yaradıcılığında janr rəngarəngliyinə malik olsa da, daha çox simfonik və musiqili-səhnə janrlarına meyl edir.
Rəşid Behbudov
Rəşid Behbudov Azərbaycanın çox əsrlik mədəniyyəti tarixinin yetirdiyi böyük simalardandır. Özünə məxsus ifaçılıq t ərzin və həzin lirizm çalarlı ecazkar səsə malik sənətkar təkrarolunmaz yaradıcılığı boyunca sənət aləminə gətirdiyi yeniliklərlə milli musiqi salnam əsini xeyli zənginləşdirmişdir. Çoxşaxəli fəaliyyəti dövründə özünün qurduğu və bu gündə adını daşıyan Azərbaycan Dövlət Mahnı Teatrı mədəniyyətə sanballı töhfə təşkil edir. Rəşid Behbudovun kino aktyoru kimi canlandırdığı unudulmaz obrazlar ölkə kinematoqrafiyasının parlaq səhifələridir. Vətənə və xala son d ərəcə bağlı olan sənətkar dünyanın ən məşhur teatr səhnələri və konsert salonlarındakı rəngarəng repertuarlı saysız çıxışları ilə Azərbaycan mədəniyyətinə geniş şöhrət qazandırmışdır.
İkinci dünya müharibəsi illərində Rəşidin səsi Krım cəbhəsindən gəlib. Sonralar Üzeyir Hacıbəylinin dəvəti ilə Bakı kinostudiyasına gələrək filmə çəkilən Rəşid Behbudovun taleyi doğma paytaxta bağlanıb.
Ustadı təkcə öz Vətənində sevmirdilər! Çoxu bunu indi də etiraf edir ki, vaxtilə dünya Azərbaycanı iki nemətinə – bir neftə, bir də Rəşidin səsinə görə tanıyırdı. Məmləkətlər, ölkələr dolaşmışdı onun səsi. Rəşid Behbudov keçmiş SSRİ-nin bütün respublikalarında, eləcə də Albaniya, Bolqarıstan, ərəb ölkələri, Hindistan, Çin, Finlandiya, İraq, Türkiyə, Çili, Argentina, Misir, Efiopiya və digər ölkələrdə dəfələrlə qastrol səfərlərində olmuşdu. O yerlərə səsini aparan, nəğmələrini ərməğan edən Rəşid Vətənə ürəyi dolu sevgilərlə qayıdırdı. O, qürbətdə də Azərbaycandan oxuyurdu, Vətənə dönəndə də. Rəşid Behbudov Azərbaycan xalq mahnılarını və bəstəkarların vokal əsərlərini xarici ölkələrdə böyük məhəbbətlə təbliğ edirdi. Rəşid Behbudov həm də qələm sahibi idi. Onun Hindistan səfəri ilə bağlı yazdığı “Uzaq Hindistanda” adlı kitabı bu gün də öz aktuallığını saxlamaqdadır.
Azərbaycan milli kinosunun inkişafında da Rəşid Behbudovun zəhməti çox olub. 1945-ci ildə “Arşın mal alan” filmində can verdiyi Əsgər obrazı çox uğurlu və maraqlı alındı.
Bülbül
Azərbaycan opera müğənnisi, mahir təsnif ifaçısı, musiqi folkloru tədqiqatçısı, Azərbaycan professional vokal sənətinin banisi, SSRİ xalq artisti, Stalin mükafatı laureatı.
Məmmədov Murtuza Məşədi Rza oğlu (Bülbül adı ona xalq tərəfindən qeyri-adi dərəcədə məlahətli səsinə görə verilib) 1897-ci il iyunun 22-də Şuşa yaxınlığında, hazırda Xankəndinin cənub ərazisi olan Xanbağı adlanan yerdə anadan olub.1916-cı ildən səhnə fəaliyyətinə başlayıb. 1920-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının (o vaxt Birləşmiş Dövlət Teatrının opera truppası) solisti olub. 1927-ci ildə Bakı Konservatoriyasını bitirib və təhsilini davam etdirmək üçün dövlət xətti ilə İtaliyanın Milan şəhərinə göndərilib. 1931-ci ildə Milan Konservatoriyasını (Cüzeppe Anselmi, Delliponti və R.Qraninin sinfini) bitirdikdən sonra Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başlayıb. 1938-ci ildə SSRİ xalq artisti adına layiq görülüb, 1950-ci ildə SSRİ Dövlət Mükafatı laureatı olub.
Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. İki dəfə Lenin ordeni, iki dəfə Qırmızı Əmək Bayrağı ordeni, “Şərəf nişanı” ordeni, İtaliyanın Haribaldi ordeni ilə təltif edilib.
1961-ci il sentyabrın 26-da Bakı şəhərində vəfat edib. Fəxri Xiyabanda dəfn edilib. Hazırda Azərbaycan Dövlət Konservatoriyasının nəzdində musiqi məktəbi və Bakı şəhərində mərkəzi küçələrdən biri Bülbülün adını daşıyır
Müslüm Maqomayev
Müslüm Maqomayevin mədəniyyət tariximizdə bəstəkar, dirijor, ictimai xadim kimi özünəməxsus yeri var. O, 1885-ci il sentyabrın 18-də Qroznıda dəmirçi Məhəmmədin ailəsində dünyaya göz açmışdı. Ailədə musiqiyə olan sonsuz maraq onun bəstəkar kimi formalaşmasında böyük rol oynamışdı. Müslüm Qroznıda, sonra isə Tiflisdəki Qori müəllimlər seminariyasında təhsil almışdı. Burada gələcəyin dahi bəstəkarı Üzeyir Hacıbəyli ilə tanış olmuş və bu tanışlıq sonradan qohumluğa çevrilmişdi. Onların hər ikisi Terequlova bacılarına evlənmişdi.
Müslüm Maqomayevin ilk iri həcmli musiqi əsəri 1916-cı ildə yazdığı “Şah İsmayıl” operasıdır. O zaman bəstəkarın ağlına belə gətirməzdi ki, əsərdəki Aslan şahın ariyasını çox illər sonra üzünü görmədiyi nəvəsi – dünya şöhrətli müğənni Müslüm Maqomayev ifa edəcək.
Müslüm Maqomayevin yaradıcılıq irsinə “Nərgiz” operası, “Azərbaycan çöllərində”, “Azad olunmuş Azərbaycan qadınının rəqsi”, “Dərviş”, “Şəlalə”, radio marşı kimi simfonik əsərləri, “Ceyranı”, “Turacı”, “Çeçen rəqsi” oyun havaları, “Bahar”, “Bizim kənd”, “Mazut ordusu” mahnıları daxildir.
O, Cəlil Məmmədquluzadənin “Ölülər”, Cəfər Cabbarlının “1905-ci ildə” tamaşalarına musiqi bəstələyib. Üzeyir Hacıbəyli ilə birgə “Azərbaycan türk el nəğmələri” məcmuəsini tərtib edib, 300-dən artıq Azərbaycan xalq mahnı və rəqs havalarını nota alıb.
Müslüm Maqomayev uzun sürən xəstəlikdən sonra 1937-ci il iyulun 28-də Nalçikdə vəfat edib. Bakıda Fəxri xiyabanda dəfn olunub. Azərbaycan Dövlət Filarmoniyası onun adını daşıyır.
Alim Qasımov
Alim Həmzə oğlu Qasımov 1957-ci ildə Qobustan rayonunun Nabur kəndində anadan olub. Valideynləri onun musiqiyə və xüsusilə muğama qarşı olan istedadını uşaqlıqdan biliblər, ancaq ona musiqi təhsili verməyə imkanları yox idi. Əllərindən bir tək şey gəlirdi, dəf düzəltmək üçün, atası bir keçi kəsmişdi. Bu dəf, Alimin birinci musiqi alətiydi və bununla birlikdə o, gözəl və hamıdan fərqlənən səsə sahib idi. Daha sonra o, Bakıda muğam məktəbinin ən tanınmış və istedadlı müəllimlərindən dərs almışdı. 25 yaşında Alim, həyatında birinci muğam müsabiqəsində müvəffəqiyət qazanmışdır. O vaxtlarda o, muğam sənətinin, xüsusilə də “tarab” janrının araşdırmalarıyla məşğul olurdu.
Son zamanlarda cəmi doqquz albomu çıxardan Alim Qasımov hər bir musiqi sənətkarının nail olmağa çalışdığı mükafata layiq görülmüşdür. Məs 1999-cu ildə o, Beynəlxalq IMC UNESCO Musiqi Mükafatını almışdır.
Muğam sənətini Fransa, İngiltərə, Almaniya, Belçika, İspaniya, Braziliya, Honq Konq, Yaponiya və Amerika Birləşmiş Ştatları kimi ölkələrdə konsertlərlə çıxış edən sənətçi, bütün dünyaya Azərbaycan muğam sənətini tanıdaraq, Azərbaycan mədəniyyətinin dünyaya yayılması üçün böyük bir rol oynayır.
Alim Qasımov fərqli nominasiyaya layiq görülüb. Qasımov ABŞın Corctaun Universiteti və mərkəzi İordaniyada yerləşən Strateji Araşdırmalar Mərkəzinin keçirdiyi müsabiqədə “Dünyanın ən nüfuzlu 500 müsəlmanı” arasında 4 azərbaycanlıdan biri olub.
26 may 2012-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən 57-ci Avroviziya Mahnı Müsabiqəsinin final mərhələsində Azərbaycan təmsilçisi Səbinə Babayeva ilə eyni səhnəni paylaşmışdır.
10 may 2014-cü ildə Heydər Əliyev Fondunun “Qızıl çinar” beynəlxalq mükafatı ilə təltif olunub
İslam Rzayev
İslam Rzayev 11 noyabr 1934-cü ildə Füzuli rayonunun Sərdarlı kəndində dünyaya gəlmişdir. Qarabağ xanəndəlik məktəbinin layiqli davamçılarından biri olmuşdur. Peşəkar musiqi təhsilini Bakıda Azərbaycan Dövlət Musiqi Məktəbində almış (1951-1956), Seyid Şuşinskinin sinifində muğam dəsgahlarını mükəmməl öyrənmiş, xanəndəlik sənətinin sirrlərinə dərindən bələd olmuşdur.
Böyük məharətlə oxuduğu “Çahargah”, “Bayatı-Kürd”, “Mahu-Hindi”, “Rast” muğam dəsgahları AzTV-nin fonuduna daxil edilmiş, Azərbaycan musiqi xəzinəsini zənginləşdirmişdi. Bir sıra mahnılar da bəstələmiş, onlardan “Gəl inad etmə”, “Dağlar başı”, “Almadərən” mahnıları geniş yayılmışdır. Öz yaradıcılığında bəstəkar əsərlərinə də müraciət etmiş, Cahangir Cahangirovun “Nəsimi”, “Aşıq Alı” və s. kantatalarında solo partiyanı ifa etmişdir.
İyirmi ilə yaxın Muğam Teatrının bədii rəhbəri vəzifəsində çalışmışdır. 120-ə yaxın gənc ifaçı yetişdirmiş, Azərbaycan incəsənətinin inkişafındakı xidmətlərinə görə 2004-cü ildə ölkə prezidenti tərəfindən Şöhrət ordeni ilə təltif olunmuşdu.2008 ci ildə Bakı şəhərində vəfat etmişdir.
Lütfiyyar İmanov
Mənsum İbrahimov
Niyamməddin Musayev
Rübabə Muradova
Səkinə İsmayılova
Səxavət Məmmədov
Şövkət Ələkbərova
Zeynab Xanlarova
Yaqub Zürüfçü
Xan Şuşinski
Süleyman Rəhimov
Habil Əliyev
Yazıçılar
Həsən bəy Zərdabi
Azərbaycan milli mətbuatının banisi, görkəmli maarifçi
1837-ci il iyunun 28-də Göyçay qəzasının Zərdab kəndində anadan olub. İlk təhsilini mollaxanada alıb, orta təhsilini Tiflisdə tamamlayıb. Moskva Universitetini bitirib.
İxtisasca təbiətşünas olan Zərdabi 1869-cu ildə Bakı şəhərində rus dilində orta məktəbdə təbiətşünaslıqdan dərs deməyə başlayır.
1873-cü ildə Nəcəf bəy Vəzirov və Əsgər ağa Adıgözəlov ilə birgə Mirzə Fətəli Axundov “Hacı Qara” və “Lənkəran xanının vəziri” komediyalarını tamaşaya qoyur.
1901-ci ildə Bakıda azərbaycanlı qızlar üçün ilk məktəbin açılmasında yaxından iştirak edir.
1875-ci il iyulun 22-də Azərbaycanda ilk milli qəzet olan “Əkinçi”nin nəşrinə başlayır. Lakin qəzetin ömrü uzun çəkmir və 1977-ci il sentyabrın 29-da nəşri dayandırılır.
1880-1890-cı illərdə Həsən bəyin Bakıda və Tiflisdə çıxan “Ziya”, “Kəşkül”, “Kaspi”, “Novoye obozreniye” və digər qəzetlərdə Azərbaycan və rus dillərində çoxlu elmi-kütləvi məqalələri nəşr olunur.
Ömrünün sonlarına yaxın Bakı Şəhər Dumasının maarif şöbəsində işləyir.
1907-ci il noyabrın 28-də vəfat edir və Köhnə Bibiheybət məscidinin yaxınlığında dəfn olunur. Məzarı 1957-ci ildə Fəxri xiyabana köçürülür.
Hüseyn Cavid
24 oktyabr 1882, Naxçıvanda anadan olmuşdur və 5 dekabr 1941, İrkutsk vilayətində vəfat etmişdir. Hüseyn Cavid şair, yazıçı və dramaturq və Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndəsi, milli romantik şeirin və mənzum faciənin banisidir.
Hüseyn Cavid daha çox dramaturq kimi tanınmışdır. Onun fəlsəfi və tarixi faciələri, ailə-məişət dramları üslub, yazı ədası forma yeniliyi baxımından Azərbaycan dramaturgiyasında yeni bir mərhələ yaratdığı kimi, milli teatr mədəniyyətinin inkişafına da qüvvətli təsir göstərmiş, “Cavid teatrı” kimi səciyyələndirilmişdir. Dramaturgiyasında dövrün ümumbəşəri, böyük ictimai-siyasi və mədəni əhəmiyyətə malik problemləri əksini tapmışdır. Azərbaycan ədəbiyyatında ilk mənzum faciə olan “Şeyx Sənan” əsərində xalqları bir-birinə qovuşdurmaq üçün ümumbəşəri din ideyasını ortaya atmışdır.
1926-cı ildə müalicə üçün Almaniyaya gedən və 7 ay Berlində yaşayan Hüseyn Cavid oradan ziyalıların mənəvi iztirablarını əks etdirən bir sıra siyasi-lirik və lirik-epik şerlər yazır. 1920-1930-cu illərdə Hüseyn Cavid “Peyğəmbər”, “Topal Teymur”, “Səyavuş”, “Xəyyam” kimi bir sıra tarixi dramlar yazmışdır.
1938-ci ildə həbs olunaraq “əks-inqilabi əlaqələr saxlamaq”, “bir sıra müsavatçılarla müsavatçı söhbətlər aparmaq”, “öz ətrafında millətçi düşüncələrlə köklənmiş cavan şairləri toplayıb müsavatçı ruhda təkmilləşdirmək” kimi ittihamlarla günahlandırılıb. 9 iyun 1939-cu ildə şair 8 il islah əmək düşərgəsinə məhkum edilir. O, 1941-ci ildə İrkutsk vilayətinin Tayşet rayonununda dünyasını dəyişib. Ölümündən sonra 1956-cı il martın 6-da Azərbaycan SSR Ali Məhkəməsinin hökmü ilə Hüseyn Cavid bəraət alır.
1982-ci il oktyabrın 26-da Hüseyn Cavidin nəşi Moskvadan Bakıya, sonra isə Naxçıvana gətirilir. Naxçıvanda – evinin qarşısında dəfn olunur.
Cəfər Cabbarlı
Cəfər Cabbarlı 1899-cu il martın 20-də Xızı kəndində anadan olmuşdur. Cəfər Cabbarlı 1915-ci ildən lirik və satirik şeirlər, hekayə və dram əsərləri yazmağa başlamışdır.
1916-cı ildə qələmə aldığı “Nəsrəddin şah” C.Cabbarlının ilk tarixi pyesidir. Cəfər Cabbarlı 1917-ci ildə Osmanlı tarixinə dair “Ulduz və ya Trablis müharibəsi” və “Ədirnə fəthi” pyeslərini yazmışdır.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bir müddət dram yaradıcılığına fasilə verən yazıçı 1927-ci ildə “Sevil” əsərini yazmışdır. Əsər qadın azadlığı mövzusuna həsr olunmuşdur. 1928-ci ildə “Sevil”in tamaşaya qoyulması ilə sanki Şərq qadınlarının azadlığı üçün bir yol açıldı. C.Cabbarlının 1930-cu illər dram yaradıcılığı “Almaz” pyesi ilə başlayıb. 1931-ci ildə C.Cabbarlı “1905-ci ildə” pyesini tamamlayıb teatra vermişdir. Əsər xalqlar dostluğundan bəhs edir.
1934-cü ilin sonunda, dekabrın 31-də vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.
Ziya Bünyadov
Aida İmanquliyev
Anar Rzayev
Cəlil Məmmədquluzadə
Mirzə Fətəli Axundov
Məmməd Səid Ordubadi
Siyasətçilər
Heydər Əliyev
Seyid Cəfər Pişəvəri
İctimai-siyasi xadim. Cənubi Azərbaycanda inqilabi hərəkatın görkəmli xadimlərindən biri, publisist.
12 iyun 1892-i il tarixində Cənubi Azərbaycan, Xalxal mahalının Zaviyə kəndində, yoxsul ruhani ailəsində anadan olmuşdur. İlk təhsilini doğulduğu kənddə alan Seyid Cəfər 12 yaşında ailəsi ilə birlikdə Bakıya (Bülbülə kəndinə) köçmüşdür. 1913-cü ildə Xırdalan kəndində məktəb açmışdı. ildə Pişəvəri “Ədalət” partiyasına daxil olmuş, Nəriman Nərimanovla sıx əməkdaşlıq etmişdir. Bu dövrdə o, həm də Bakıdakı “İttihad” mədrəsəsində dərs demişdir.
1918-ci ildə “Ədalət” partiyası Mərkəzi Komitəsinin üzvü seçilmiş və partiyanın rəsmi orqanı olan “Hürriyyət” qəzetinin məsul redaktoru təyin olunmuşdur. Bununla yanaşı, “Azərbaycan füqərası”, “Zəhmət sədası”, “Füqəra sədası”, “Bakı fəhlə konfransının əxbarı” qəzetlərində məqalələrlə çıxış etmişdir. Pişəvəri bu dövrdə Gənc İşçilər İttifaqının orqanı olan “Yoldaş” jurnalının məsul redaktoru vəzifəsində də çalışırdı. 1918-20-ci illərdə bir sıra şəhərlərində “Ədalət”in yerli təşkilatlarının yaradılmasında yaxından iştirak etmişdir. O, irtica və imperializm, müstəmləkəçilik və despotizm əleyhinə mübarizədə xalqlarının ittihad və ittifaqının təmin olunmasmı başlıca şərt hesab edirdi.
1945-ci ildə Pişəvərinin rəhbərliyi ilə Azərbaycan Demokrat Firqəsi (ADF) təşkil olundu. Cənubi Azərbaycanda milli azadlıq hərəkatının qələbəsi nəticəsində 1945-ci il dekabrın 12-də (21 Azər) Təbriz şəhərində Azərbaycan Milli Məclisinin iclası açıldı. Milli Məclis Azərbaycan Milli hökumətinin təşkilini Pişəvəriyə tapşırdı. Məclis 10 nazirdən ibarət hökumətin tərkibini təsdiq etdi. Azərbaycan Milli hökuməti bir il yaşadı və şahlıq rejiminin hərbi təcavüzü nəticəsində 1946-cı il dekabrın 12-də süqut etdi. Pişəvərinin siyasi mövqeyi daxilində Azərbaycanın muxtariyyəti uğrunda mübarizədən onun tam müstəqilliyi ideyasınadək yüksəlmişdir. “12 şəhrivər”, “Qızıl səhifələr” adlı bədii əsərlərin müəllifı və naşiri idi. Ana dili və ədəbiyyatına, pedaqogikaya və s. məsələlərə dair məqalələrin müəllifıdir.
1947-ci il iyul ayının 11-də Gəncə şəhərindən qayıdarkən Yevlax yaxınlığında Pişəvəri müəmmalı şəkildə maşın qəzasına düşmüş və həlak olmuşdur. Pişəvərinin məzarı Bakı şəhərində Fəxri Xiyabandadır.
Məhəmməd Əmin Rasulzadə
Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olmuşdur. Azərbaycan milli istiqlal hərəkatının və təkcə türk ellərində deyil, bütün İslam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaycan Demokratik Respublikasının təməl daşını qoyan Məhəmməd Əmin Rəsulzadənin inqilabi fəaliyyətinin ilk illəri də məhz bu dövrə təsadüf edir. 1902-ci ildə on yeddi yaşında olan M.Ə.Rəsulzadə “Müsəlman Gənclik Təşkilatı”nı yaratmışdır. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi. 1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilmişdir. 1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olundu. Həmin ayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan milli şurası yarandı. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə milli şuranın sədri seçildi. 1918-ci il mayın 28-də bütün ölkələrin radio stansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yaydılar. Bu o demək idi ki, Azərbaycan xalqı öz varlığını, bir xalq kimi mövcudluğunu bütün bəşəriyyətə çatdırır və milli dövlətinin qurduğunu tam şəkildə bəyan edirdi. Fətəlixan İsgəndər oğlu Xoyskinin başçılığı ilə Azərbaycan Demokratik Respublikası hökuməti təşkil olundu. Beləliklə, Azərbaycan xalqı nəinki türk xalqları arasında, həmçinin, bütün islam şərqi aləmində ilk dəfə olaraq respublika qurdu.
1922-ci ildə Petroqraddan Finlandiyaya qaçan Rəsulzadə, qərbi Avropaya, oradan da Türkiyəyə gəlir.
1923-ci ildə İstanbulda M.Ə.Rəsulzadənin “Azərbaycan respublikasının keçmişi, təşəkkülü və indiki vəziyyəti” kitabı çap edilir. “Əsrimizin Səyavuşu”, “İstiqlal məfkurəsi və gənclik” kitabları çap edilir. 1923-cü ildə İstanbulda çap edilən “Əsrimizin Səyavuşu” əsəri Rəsulzadənin dahi şairi Firdovsinin “Şahnamə”sindən təsirlənərək, hadisələri zaman və məkan etibarilə dəyişib Turan müharibələri ilə əlaqələndirərək yazdığı bağımsızlıq ruhunda yazılmış əsərdir. “Əsrimizin Səyavuşu” əsəri Məmməd Əmin Rəsulzadənin Azərbaycan gənclərinə xitabəti ilə sona çatır:
Ankara Universitetinin tibb fakültəsinin klinikasında şəkər xəstəliyindən yatan Məhəmməd Əmin 1955-ci il martın 6-da gecə saat on birə on dəqiqə qalmış üç dəfə “Azərbaycan, Azərbaycan, Azərbaycan!” deyərək əbədiyyətə qovuşdu. Ankara radiosu martın 7-sində saat 22:45-də sabiq Azərbaycan milli şürasının sədri M.Ə.Rəsulzadənin vəfat etdiyi xəbərini təəssüflə bütün dünyaya yaydı.
Nəriman Nərimanov
Nəriman Nərimanov Azərbaycan xalqının böyük şəxsiyyətlərindən biridir. O, görkəmli dövlət xadimi, yazıçı, həkim idi. Nəriman Nərimanov 1870-ci ildə Tiflis şəhərində anadan olmuşdur. Müəllimlər Seminariyasını bitirən və Hacı Zeynalabdin Tağıyevin köməyi ilə tibb təhsili alan gənc Nərimanın qəlbindəki xeyirxah və maarifpərvər duyğular ona dinclik vermirdi. O, xalqının üzləşdiyi çətinliklərdən çıxış yolu axtarırdı. Hələ gənc yaşlarında Bakıda kitabxana açmışdı. Onun arzusu azərbaycanlıların maariflənməsi idi. Nəriman Nərimanov bu istiqamətdə geniş fəaliyyət göstərirdi.
1920-ci ildə Azərbaycanda sovet hökuməti quruldu. Bu hökumətin qurulmasında yaxından iştirak edən Nəriman Nərimanov həm də onun rəhbərlərindən biri idi.
Nəriman Nərimanov gözəl yazıçı idi. O, “Nadir şah” və digər əsərlərin müəllifidir. Xarici dillərdə yazılan bir çox əsərlərdən Azərbaycan dilinə tərcümələr edir, həm də dərsliklər yazırdı.
Nərimanov 19 mart 1925 –ci ildə vaxtsız, müəmmalı şəraitdə Moskvada hökumət nümayəndələri ilə görüşdən bir neçə saat sonra dünyasını dəyişdi və Qızıl Meydanda Kreml divarları yanında dəfn olundu. O, ölümünə bir az qalmış oğlu Nəcəfə yazırdı: “Əziz oğlum Nəcəf. Əgər mənə yaşamaq qismət olsa, onda mən səni elə tərbiyə etməyə çalışacağam ki, insanlığa xeyir gətirəsən. Əgər mənə ölüm qismət olsa, onda mən səndən xahiş edəcəyəm ki, sən insanlara heç olmazsa, mənim, sənin atanın etdiyi qədər edəsən”.
Ölümündən sonra da ermənilər tərəfindən Nəriman Nərimanova qarşı böhtançılıq kampaniyası davam etdirilirdi. Onun yubileyinin keçirilməsinə imkan vermirdilər. Nəhayət, Azərbaycana rəhbərlik edən Heydər Əliyev bütün bu maneələri aradan qaldıraraq Nəriman Nərimanovun 100 illiyinin təntənəli şəkildə keçirilməsinə nail oldu.
Azərbaycan xalqı Nəriman Nərimanovun xatirəsini əbədiləşdirmişdir. Bakı şəhərinin rayonlarından biri onun adını daşıyır. Bakıda Nəriman Nərimanovun böyük abidəsi ucalır. Paytaxtımızın ən böyük prospektlərindən birinə Nəriman Nərimanovun adı verilmişdir. Bundan başqa, Bakıda N. Nərimanovun xatirə muzeyi fəaliyyət göstərir.
İdmançılar
Rafael Ağayev
Fərid Mansurov
Zemfira Meftahətdinova
Elnur Məmmədli
Teymur Rəcəbov
Alimlər
Lütfəli Ələsgərzadə (Lütfi Zadə)
Rəssamlar
Səttar Bəhlulzadə
Jurnalistlər
Rza Diqqəti
Biznesmenlər
Abdulbari Gözəl
Xeyriyyəçilər
Zeynəlabdin Tağıyev
Musa Nağıyev
Gövhər Ağa
Hərbçilər
Həzi Aslanov
Fətəli Xan Xoyski
Mübariz İbrahimov
Polad Haşımov
Həkimlər
Zərifə Əliyeva
Cavad Heyyət
Azərbaycan | Məmməd Araz
Azərbaycan – qayalarda bitən bir çiçək,
Azərbaycan – çiçəklərin içində qaya.
Mənim könlüm bu torpağı vəsf eyləyərək,
Azərbaycan dünyasından baxar dünyaya.
Azərbaycan – mayəsi nur, qayəsi nur ki,
Hər daşından alov dilli ox ola bilər.
AZƏRBAYCAN deyiləndə ayağa dur ki,
Füzulinin ürəyinə toxuna bilər.
Oğulları Kür gəzdirər biləklərində,
Oğulların göz atəşi gözəl əridir.
Azərbaycan səhərinin bəbəklərində
Qütb ulduzu, dan ulduzu gözəlləridir.
Tariximə qara xətlə hicri, miladi
Qılıncların qan ağziyla yazılmadımı!
Babaların boz çöllərə bənzər muradı
Qızıl bayraq dalğasından yaz almadımı!
İllər olub – kürələrdə dəmir olmuşuq,
Sərhədlərdə dayanmışıq küləkdən ayıq.
Od gölündə, buz gölündə gəmi olmuşuq,
Biz Bakının ilk səadət carçılarıyıq.
Min illərlə zülmətlərə yollar açıqdı,
Dalğalandı Sabirlərin ümman dünyası.
Azərbaycan qatarı da yollara çıxdı,
Dağılanda qoca şərqin duman dünyası.
Azərbaycan – mayası nur, qayəsi nur ki,
Hər daşından alov dilli ox ola bilər.
AZƏRBAYCAN deyiləndə ayağa dur ki,
Ana yurdun ürəyinə toxuna bilər!
Azərbaycanın milli yeməkləri. Azərbaycan mətbəxinin populyar reseptləri
Azərbaycanlılar ləzzətli bişirməyi sevirlər və bilirlər, amma sərt dini normalar müsəlmanlara müəyyən məhdudiyyətləri diktə edir. İslam Azərbaycanın milli yeməklərində iz buraxdı. Məsələn, ət reseptlərinə donuz ətindən başqa hər hansı bir ət daxildir.
Azərbaycan mətbəxinin fərqli xüsusiyyətləri
Azərbaycan mətbəxinin səciyyəvi xüsusiyyəti, rus dilindən fərqli olaraq, hər mətbəxdə həmişə güclü ədviyyat ətri olmasıdır. Azərbaycanın milli yeməklərini səxavətli ədviyyat seçimi ilə tamamlamaq adətlidir. Ətirli otlardan çox miqdarda istifadə olunur. Bunlar fesleğen, nanə, şüyüd, cəfəri, həmçinin sumaq, zəfəran, kimyon, şüyüd, müxtəlif növ bibər, darçın, qərənfil və digərləri kimi məşhur bitkilərdir.
Azərbaycanın milli yeməklərinə hər cür tərəvəz və meyvə daxildir. Təzə və qurudulmuş albalı gavalıları, üzümlər, əncir, alma, ərik, gavalı, zoğal, nar, sitrus meyvələri və s. Hətta şorba və isti ətə əlavə olunur.
Azərbaycanlı aşpazlarımız da desert hazırlamaq barədə çox şey bilir. Müxtəlif quru meyvələr və qoz-fındıqlar əzilir və darçın, bal, zəfəran və nanə ilə birlikdə orijinal şirniyyatların – nougat, türk ləzzəti, firni, paxlava, kurabiye, halva dadını yaxşılaşdırır. Şor-kogal, shakerbura, zeyran, mutaki, kyat və digər bir çox şirin xəmir məhsullarını doldurmaq üçün və onsuz istifadə olunur.
Yemək hazırlamaq üçün sahibələr xüsusi qablar – qazanlar, pişitnits, saji, təndirlər və başqaları götürürlər, lakin bu məcburi bir şərt deyil, sadəcə çox rahatdırlar və bir qayda olaraq isti kömürlər və ya elektrik tenonları üçün qalın divarları və xüsusi boşluqları var.
Bakı plovu
Quru meyvələr və ətli Azərbaycan plovu bir neçə mərhələdə hazırlanan mürəkkəb bir yeməkdir.
Düyü ayrı-ayrılıqda bişirilir – 1 kq taxıl bol miqdarda soyuq su ilə bir qazana tökülüb oduna qoyulmalıdır. Qaynadanda 2 xörək qaşığı əlavə edin. xörək qaşığı duz. Düyünü yarım bişənə qədər bişirin, sonra isti su ilə yuyun və süzgəcdə atın.
Sonra gasma edilir. Xəmir undan və bir-iki yumurtadan yoğrulur və qazanın dibinə sığmaq üçün bir torta bükülür.
Qazanın dibinə 5-6 xörək qaşığı qarğıdalı tökülür, kərə yağı üzərinə bir tort qoyulur və üzərinə hazırlanan düyü slayd şəklində tökülür. Yarım stəkan zəfəran dəmləməsini əlavə edin, bir qapaq ilə örtün və zəif odda təxminən bir saat qaynadın.
Nar guvrum ayrıca hazırlanır – bu, ümumiyyətlə quzu, ancaq toyuqdan da istifadə edə bilərsiniz. Yemək üçün 1 kq əti parçalara ayırın, duz, istiot vurun, kimyon səpin və ərinmiş kərə yağı ilə mətbəxə qoyun. Yüksək istilikdə qızartın. Sonda iki baş incə doğranmış soğan və quru meyvələr (ərik, əncir, quru gavalı, kişmiş və zirk) əlavə edin. Qarışdırın və isti su ilə yarım stəkan zəfəran infuziyası tökün. Ət bişənə qədər bişirin.
Süfrə qurarkən, qazma parçalanmış düyüləri böyük bir yeməyin üzərinə qoyun, nar guvrumunu gözəl paylayın və nar toxumlarına səpin.
Quru meyvələr və ətli Azərbaycan plovu da yavaş ocaqda hazırlana bilər. Bu vəziyyətdə pişirmə müddəti əhəmiyyətli dərəcədə azalacaq.
Quzu dişliləri yeməyi
Bu yeməyə jyz-byz deyilir. Gənc qoçun bağırsaqları, ürəyi, ağciyəri, xayaları, böyrəkləri, qaraciyəri və yağ quyruğundan, həmçinin 2 soğan, kartof və ədviyyatlardan (bibər, sumaq, kimyon, duz) istifadə olunur.
Jiz-byz, Azərbaycanın bir çox milli təamları kimi, xüsusi bir qazanda bişirilir.
Bir qazanda yağ quyruğu yağı əridilir, yuyulur və kiçik içalat hissələrinə bölünür, içərisinə ədviyyat və doğranmış soğan qoyulur. Hər şey yüksək istilikdə qızardılır, sonra kartof qazana qoyulur və isti su əlavə olunur. Hər şey təxminən 40 dəqiqə bişirilir, kişniş, reyhan, şüyüd və digər otlara səpilən masaya verilir.
Həmrəşi şorbası
Uzun müddət bulyonda qaldıqdan sonra ləzzətini itirən əriştə əlavə olunduğu üçün Azərbaycan hamraşi şorbası xidmətə başlamazdan əvvəl hazırlanır. Fasulyəyə gəldikdə, əvvəlcədən bişirmək və ya bir gecədə islatmaq daha yaxşıdır.
Azərbaycanın milli yeməkləri tez-tez paxlalılar əlavə edilərək gənc quzudan hazırlanır. Həmrəşi də istisna deyil. Onun üçün ət bir ət dəyirmanı ilə fırlanmalı və duz və istiotla birləşdirilməlidir. Qaynadılmış lobya ilə bir qazana duz və ədviyyat əlavə edin. Bir qaynadək, kıyılmış ətdən iri köftələr düzəldin, qazana qoyun və bişməyə qoyun.
Undan və sudan mayasız xəmir hazırlayın, çox incə bir təbəqə halına gətirin və xırda zolaqlara kəsin. Yaranan əriştələri lobya və küftə ilə qazana göndərin. Bir qaynadək gətirin və istiliyi söndürün.
Doğranmış kişniş, reyhan, nanə, keşniş və cəfəri ilə səxavətlə xidmət edin.
Azərbaycan okroshka ovduh
Azərbaycan üslubundakı Okroşka kvassla deyil, mayalanmış südlü qatıqla hazırlanır. Ovduxda qaynadılmış yumurta, təzə xiyar, yaşıl soğan, kişniş, şüyüd və duz ilə sürtülən sarımsaq var. Bu komponentlərin hamısı kəsilməli, bir boşqaba qoyulmalı və yoğurtun üstünə tökülməlidir. Tərkiblər xidmətə başlamazdan əvvəl birləşdirilir və bundan əvvəl ayrı-ayrılıqda soyuducuda saxlanılır.
Bəzən okroshka qaynadılmış yağsız mal əti parçaları əlavə olunur.
Çağırtma
Azərbaycanın milli yeməkləri nadir hallarda heç kəsi laqeyd qoymur. Bu, eyni zamanda çagirtmaya aiddir. Dadlı və qidalı yeməyin tərkibində çoxlu soğan, sümüklü toyuq, yumurta, kərə yağı, bolqar bibəri, təzə pomidor, ətirli otlar və quru ədviyyatlar var.
Toyuq hər birinə 60 qram olan kiçik parçalara kəsilməlidir, duz, ədviyyatlara səpin, bir az üzüm sirkəsi tökün və marinat üçün buraxın.
1 kq pomidoru qaynar suya batırın və soyun.
Bir kiloqramdan yarım kiloqrama qədər soğanı incə doğrayın, duz əlavə edin, bibər, kimyon, zəfəran dəmləməsini əlavə edin və qazanda yumşalanıncaya qədər püre halına gətirin. Soğanın yanmasının qarşısını almaq üçün bir az isti su əlavə edin, ancaq yağı əlavə edin.
Kərə yağı, 200 qram, soğan ilə qarışdırın, pörtləmədən 45 dəqiqə sonra.
5 dəqiqədən sonra soğana toyuq parçaları qoyun və hər şeyi təxminən 30 dəqiqə qaynadın.
8-10 yumurtanı bir qaba ayırın və homojen bir krem rəngli kütlə meydana gətirmək üçün azca çırpın. Davamlı qarışdıraraq bir qazana tökün.
Bundan dərhal sonra pomidorları kiçik parçalara ayırın və qazana göndərin. Bolqar bibəri və otları orada kəsin. Bir qaynadək gətirin və söndürün. Ayrı-ayrı hissələrə bölünmüş lövhələrdə isti xidmət edin.
Lula kababı
Lula kababı bir növ qiymə şaşlıqdır. Bişirmək üçün xüsusi düz şişlər almalısınız.
Kıyılmış ət ənənəvi olaraq yağlı quzu, soğan, kişniş, reyhan, cəfəri, duz və üyüdülmüş ədviyyatlardan – istiot, sumax və kimyondan hazırlanır.
Qısa qalın kolbasalar kıyılmış ətdən əmələ gəlir və şişlərin üstünə bükülür, sonra ızgarada qızardılır. Kıyılmış ətin viskoz olması üçün ət dəyirmanından iki dəfə keçir və ya uzun müddət bıçaqlı elektrik kombaynında yoğrulur. Bundan sonra kıyılmış ət masanın üstünə çırpılır və 30 dəqiqə soyuq yerdə qoyulur. Yumurtasız da belə hazırlıqdan sonra şəklini itirmədən şişə çox möhkəm yapışır. Hazır sosislər nazik pide çörəyinin üzərinə qoyulur və isti qatıqla yeyilir.
Lavaş un, su və duzdan ibarət mayasız xəmirdən hazırlanır. Kababı qatlayarkən üzərindəki çatlar əmələ gəlməməsi üçün nazik və plastik olması lazımdır, buna görə də Azərbaycan lavası yağda qızardılmır, təndirdə bişirilir və kabab üçün dərhal istifadə olunmur, oturduqdan və yumşalır. . Hər kəsin bir təndiri olmadığından, müvəffəqiyyətlə qalın dibi olan bir dəmir dəmir ilə əvəz olunur.
Dolma
Dolma, kələmlə deyil, üzüm yarpaqlarında bükülmüş çox kiçik kələm rulonlarıdır.
Kıyılmış ət quzu, qaynadılmış düyü, noxud püresi, soğan, duz, istiot və kişniş, reyhan, cəfəri və kərəvizdən hazırlanır. Düyü və noxud ətin yarısını alır. Ədviyyəli yarpaqlar çox incə doğranır və ət, soğanla birlikdə ət dəyirmanından keçir. Bütün maddələr hərtərəfli qarışdırılır və bir çay qaşığı qaynar su ilə qızardılmış üzüm yarpaqlarına qoyulur. Yarpaqlar sarılır və duzlu qaynar suya batırılır. Pişirmə müddəti 30-40 dəqiqədir. Dolma isti, qatıqla təcrübələnmiş şəkildə yeyilir.
Xinkali
Xinkali Azərbaycan üslubunda – mayasız xəmirdən hazırlanan, əriştə bənzəyən məhsullar, yalnız daha qaba kəsilir. Xəmirə su və buğda unundan başqa heç nə əlavə olunmur. Digər xalqların mətbəxlərində xinkali köftə və mantı arasında, yəni bir dolğu ilə bir xaçdır. Azərbaycan dilində xinkali – sadə xəmir kvadratlar. Müxtəlif birinci və ikinci kurslara əlavə olunurlar. Xinkali ayrıca, bir növ sousla, məsələn, garud sousu ilə və giymya əti ilə ayrıca verilir.
Guillemot üçün kıyılmış ət ədviyyat və üzüm sirkəsi ilə yumşalana qədər bişirilir.
Garud, qatıq və sarımsaqdan hazırlanmış, duza sürtülən bir sousdur.
Duzlu suda qaynadılmış xınqali bir boşqaba qoyulur, üstünə giymya qoyulur, üstünə garud tökülür və doğranmış otlarla səpilir.
Kutaby
Azərbaycan üslubunda ətli kutablar etmək üçün xəmir və qiymə hazırlamaq lazımdır.
Xəmir üçün buğda unu, bir az duz və su lazımdır. 17-19 sm diametrli dairələri kəsmək üçün nazik bir tort tökmək üçün kifayət qədər kəskin bir şəkildə yoğrulur, kıyılmış əti ortasına qoyun, xəmiri pasties kimi yarıya bükün, kənarlarını sıx bağlayın. Yağ ilə bir qabda qızartın.
Azərbaycan üslubunda ətli kutablar quzu ətindən hazırlanır, buna görə isti yeyilməli, turş sumalağa səpilməlidir.Soğan, quru ərikdən və digər meyvələrdən alınan turş yastı tort parçaları, nar suyu, duz və istiot doğranmış ətə əlavə olunur.
Shaker-churek
Çay ilə verilən ənənəvi şirin bir yeməkdir. Hazırlamaq çox asandır. 1 kq buğda unundan, iki çırpılmış zülaldan, yarım kiloqram kərə yağı və eyni miqdarda toz şəkərdən xəmir yoğurun və toplara yığın. Hər topu sarının içinə batırın və Teflon kağızı ilə örtülmüş bir xəmir qabına qoyun. Qızarana qədər isti bir sobada bişirin. Bitmiş çalkalayıcı-çürək toplarını bir qaba qoyun və vanil və ya darçınla qarışdırılmış şəkər tozuna səpin.
Firnie
Firnie, çox qalın bir jele və ya süd sıyığına bənzəyən başqa bir desert yeməyidir. Onu hazırlamaq shaker-churek-dən çox çətin deyil və qeyri-adi dadı və toxuması Azərbaycan mətbəxinə bələd olmayanları təəccübləndirəcəkdir. Firni üçün düyü unu (100 q), yarım litr süd, bir xörək qaşığı yağ, eyni miqdarda şəkər, bir az duz və üyüdülmüş darçın lazımdır.
Düyü unu yoxdursa, qəhvə dəyirmanında üyüdərək adi ağ düyüdən istifadə edin. Düyü unu incə bir axınla qaynar südün içinə tökülür, şəkər və duz əlavə olunur və yavaş yanğında yandırılmamasına diqqət yetirilir. Ən sonunda kərə yağı tökün və hərtərəfli qarışdırın. Fincanlara tökərək süfrəyə verilir və üstünə darçın səpilir.
Comments are closed, but trackbacks and pingbacks are open.