Press "Enter" to skip to content

WhatsApp istifadəçiləri üçün məsləhətlər: bunları bilmirdiniz – FOTO

Xoş gördük.Söz verdiyim kimi WhatsApp-da kontaktnızda olmuyan nömrənin belə sizi izlədikdə təyin edilməsi yolunu video bloqla izah etməyə çalışacaqdım.İnanıram ki,bu video daha böyük maraq dairəsinə sahib olacaq və populyarlaşacaq Videoda qeyri-peşəkarlığa görə üzr istəyirəm.İnanıram ki,faydalı olacaq.

WhatsApp-da sizi gizli izləyən nömrələrin təyini

Xoş gördük.Söz verdiyim kimi WhatsApp-da kontaktnızda olmuyan nömrənin belə sizi izlədikdə təyin edilməsi yolunu video bloqla izah etməyə çalışacaqdım.İnanıram ki,bu video daha böyük maraq dairəsinə sahib olacaq və populyarlaşacaq Videoda qeyri-peşəkarlığa görə üzr istəyirəm.İnanıram ki,faydalı olacaq.

Dostlarınla paylaş:

Oxşar məqalələr

  • Mətbuatın Oğurladığı Kimlik
  • Facebook-da profilinə kim baxıb? haqqda sonuncu məlumat
  • Feysbukda səhifə admin olmaq.
  • Facebook üçün html səhifələr
  • Like dilə gəlib 🙂
  • “WhatsApp”-dan yeni visual xidmət
  • Feysbuk səhifə yaradılması, tənzimləmələr

Ev elanları

  • Yaşayış kompleksləri
  • İpoteka krediti kalkulyatoru
  • homdom.az-ev elanları
  • Kirayə verilən daşınmaz əmlak elanlari

15 şərh

Whats App plus yuklənəndən sonra yenidən whats App yukləyirik yoxsa artıq whats app plusla elaqe qururuq kontaktlarımızla?

Xeyr,yenidən whatsapp yükləməyə ehtiayc qalmır.Əlaqə qurulur kontaktnızla…
İphone üçün versiya yoxdur?
Mən bildiyimə görə,təəssüf ki,yoxdur…

Maraqlıdır! Ehtiyacı olanlar yararlansınlar inşallah… Mənim daha çox diqqətimi çəkən videoda kayzeni «reklam» etməyiniz oldu. 🙂 Əslində ağlıma belə bir fikir gəldi ki, görəsən kayzen haqqında, kayzenin adına layiq tanıtım videosu düzəltmək olarmı?! Fikrinizi bilmək istərdim…

😉 Əslində çox mühüm detala diqqət etmisiz.Çünki,təkəbbürlülük kimi qəbul olunmasın,amma bu videonun zamanla daha populyar olacağını düşünərək burada kayzeni də sizin təbilinizcə desək «reklam» etməyi qərar verdim.
Həm də dediyiniz yaxşı ideyadır.Amma mən Youtube-da Kayzenin rəsmi video kanalında 4 il bundan qabaq yüklənmiş bu tip videoların daha effektiv olacağını düşünürəm və bu işdə marağı olanları belə video düzəltməyi təklif edib,dəvət edirəm.Təşəkkür diqqətnizə görə.

Təkəbbürlülük deyil… niyə də olmasın? Nəzərə alsaq ki, bizim dildə maarifləndirici videolar azdır, demək onlar kimlərəsə lazım olacaq və zamanla populyar da ola bilər. Videoada Kayzenə yer verməyinizlə, köhnə istifadəçilərdən biri olaraq hələdə Kayzenə qarşı məhəbbətinizin qalması məni çox sevindirir.

Qaldı ki, Kayzenin Youtube kanalına, mən bu kanalı nə qədər axtarsam da tapa bilməmişdim, sən demə dörd il bundan qabaq iki video əlavə olunmuş passiv bir Kayzen kanalı var imiş. Düzü bu kanalı görəndə çox pis oldum, bir anlığa Kayzen.az- ı da belə təsəvvür etdim. Ən yaxşı dostumu belə təsəvvür etmək məni çox kədərləndirdi. Ona görə də, sizin digər köhnə istifadəçilər kimi saytı hələ də yaddan çıxartmamanız məni çox sevindirir. Arzu edərdim ki, köhnə istifadəçilərin heç olmasa bir qismi sayta qayıdardı, saytın statistikası 60 yox, 200 istifadəçini aktiv göstərərdi və Kayzen adına layiq daimi inkişafı daha da sürətlənərdi…

Bir də videolarınız keyfiyyətini daha da yaxşılaşdırmaq üçün çoxdandır ki, bir iki fikrimi bildirmək istəyirəm… Yaxşı olardı ki, videonuzda danışacağınız mətni qabaqcadan ümumiləşdirib yazasınız, səsiniz video üçün olduqca yararlıdır, bu barədə bəxtiniz gətirib. 🙂 Mətni qabaqcadan yazsanız, nitqinizdəki hıçqırıqları və sözlərin tələffüzü zamanı onların arasındakı fasiləni azaldmış və nitqiniz sürətinizi sabit saxlamış olarsız. Bir də mikrofondan əlavə səslər gəlir, rəqəmsal mikrofon (usb ilə) daha yaxşı olar. Qalan hər şey əladır. :))

WhatsApp istifadəçiləri üçün məsləhətlər: bunları bilmirdiniz – FOTO

Dünyanın ən populyar messencerlərindən biri də WhatsApp-dır. Milyonlarla insan bu tətbiqetmə vasitəsi ilə ünsiyyət qurur. Bu cür populyarlığa baxmayaraq, istifadəçilərin çoxu WhatsApp-ın bütün imkanlarını bilmir.

Milli.Az Day.Az saytına istinadən bildirir ki, WhatsApp-ın çox faydalı funksiyaları var. Bu funksiyalar konfidensiallığı, təhlükəsizliyi təmin edə bilər, qıcıq yaradan səxslərdən xilas yolu göstərər.

1. Xüsusilik

“Настройки” – “Аккаунт” – “Приватность” menyusuna daxil olun. Burada şəxsi məlumatların görünməsini tənzimləyə bilərsiniz: profil fotosu, status, sonuncu dəfə daxil olma. Əgər bu məlumatların heç kim tərəfindən görünməyini istəmirsinizsə, onda “Никто” bəndini seçin.

2. İstifadəçinin bloklanması

Hər kəsə zaman-zaman lazım olur ki, kimisə qara siyahıya salsın. Bunu etmək üçün “Настройки” – “Аккаунт” – “Приватность” – “Заблокированные” menyusuna daxil olun. Yuxarı sol küncdəki ikonaya tıklayın. Burada öz kontaktlarınızı görəcəksiniz. Onlardan birini seçin və qara siyahıya salın.

3. Məlumatların avtomatik yüklənməsi

Belə funksiya özəlliklə rouminq zamanı faydalıdır. Çünki mobil operatorunuz əhəmiyyətli pul çıxara bilər. “Настройки” – “Настройки чата” – “Автозагрузка медиа” menyusundan üç variant görəcəksiniz: “Мобильная сеть”, “Wi-Fi” və “В роуминге”. Onlardan birini seçin. Daha sonra foto, video və ya audiofaylların avtomatik qəbul olunmasını nizamlayın.

4. Səsli xəbərdarlıqların idarə olunması

“Настройки” – “Уведомления” menyusuna daxil olun. Burada səsli xəbərdarlıqları söndürə bilərsiniz.

5. Yeni mobil nömrəyə keçmək

Əgər sizin yeni SİM kartınız varsa, bu o demək deyil ki, siz yeni WhatsApp istifadəçisi yaratmalısınız. Hər şey çox sadədir. “Настройки” – “Аккаунт” – “Изменить номер” menyusuna daxil olun və istədiyiniz nömrəni daxil edin.

6. Mesajların ehtiyat nüsxələri

Bu çox faydalı funksiyadır. Bunun sayəsində dəyərli məlumatlarınızı saxlaya bilərsiniz.

Bunun üçün “Настройки” – “Настройки чата” – “Резервное копирование чатов” menyusuna daxil olun.

7. Silinmiş mesajların bərpa olunması

Fərqi yoxdur ki, həmin mesajları niyə silmisiniz. Əsas odur ki, silinmiş məlumatları bərpa etmək mümkündür.

WhatsApp gündəlik olaraq ehtiyyat nüsxələr yaradır və həmin məlumatları telefonun yaddaşında saxlayır. Buna görə də WhatsApp-ı silsəniz və yenidən yazsanız, messencer sizə əvvəlki məlumatları bərpa etməyi təklif edəcək. Sizin işiniz sadəcə “Восстановить” düyməsini basmaqdır.

8. WhatsApp-ınızı parolla qoruyun

WhatsApp-ı parolla qorumaq üçün əlavə tətbiqetməyə ehtiyac duyulur. Misal üçün, ChatLock kimi tətbiqlər sayəsində siz mesajlarınızı kənar gözlərdən qoruya bilərsiniz.

9. İstənilən tipdə fayl göndərin

WhatsApp-da faylların göndərilməsində məhdudiyyətlər var. Yalnız müəyyən tipdə fayllar göndərə bilərsiniz. Onların ölçüləri isə 15MB-ı aşmamalıdır. CloudSend tətbiqi bu işdə sizə yardımçı olacaq.

10. Lazımsız fayllardan xilas olun

Əgər messenceri tez-tez istifadə edirsinizsə, onda telefonunuzun yaddaşı foto, audio və video ilə doludur. WCleaner for WA tətbiqi sizə yardım edəcək ki, lazımsız fayllardan xilas olasınız.

Böyütmək üçün şəkillərə klikləyin.

Comments are closed, but trackbacks and pingbacks are open.