Agsaqqallarimiza ve Xalqimiza Muhum Muraciet! 1 ci hisse
Miras əmlakdan məcburi vərəsəyə çatası əmlakdır. MM-nin 1195-ci maddəsinə (məcburi payın həcminin müəyyənləşdirilməsi) əsasən, “ m əcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir.”
Gəlin dərdləşək !
Zaman təbib deyil, o sadəcə insanı kədərlə yaşamağa vərdiş etdirir…
Vərəsəlik hüququnda mirasda məcburi pay institutu: Qanunvericilik, təcrübə, problemlər və təkliflər.
Mülki hüququ böyük bir okeana bənzətsək, vərəsəlik hüququ həmin okeanla əlaqəsi olan ən böyük dəniz, “mirasda məcburi pay institutu” isə həmin dənizə axan dağ çayıdır. Çünki bu institut da dağ çayı kimi çətin inkişaf yollarından keçməkdədidr və hələ də özünün formalaşma dövrünü bitirib qurtarmamışdır.
Azərbaycan Respublikasının mülki qanunvericiliyində mirasda məcburi pay anlayışına müxtəlif yanaşmalar olmuş və fikrimizcə bu yanaşma istər “mülkiyyət hüququ”nun mahiyyətinə münasibətdə, istərsə də məhkəmə təcrübəsində problemlər yaradılmasına və hakimlər üçün rüşvət mənbəyinə çevrilməsinə münasibətdə mənfi istiqamətə doğru inkişaf etdirilmişdir.
Azərbaycan SSR-nin 16 iyun 1923-cü il tarixli Mülki Məcəlləsinin 492-ci maddəsinin 2-ci hissəsinə əsasən, “Vəsiyyət edən özünün tam yaşa dolmayan uşaqlarını və əməyə bacarığı olmayan digər vərəsələrini, qanun üzrə onlara çatası paydan məhrum edə bilməz”.
Azərbaycan Respublikasının 11 sentyabr 1964-cü il tarixli Mülki Məcəlləsinin 538-ci maddəsinə əsasən, “Miras qoyanın həddi-büluğa çatmamış və ya əmək qabiliyyəti olmayan uşaqları (o cümlədən övladlığa götürülənlər), habelə əmək qabiliyyəti olmayan əri (arvadı), valideynləri (övladlığa götürənlər) və ölənin himayəsində olanlar, vəsiyyətnamənin məzmunundan asılı olmayaraq, onlardan hər birinə qanun üzrə vərəsəlik zamanı çatası payın (məcburi payın) üçdə iki hissədən az olmayan hissəsini alırlar. Məcburi payın miqdarı müəyyən edilərkən adi ev avadanlığı və məişət predmetlərindən ibarət olan əmlakın dəyəri də nəzərə alınır”.
Azərbaycan Respublikasının 28 dekabr 1999-cu il tarixli Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən, “Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir”.
Bu maddələrin məzmunundan göründüyü kimi, sonuncu, yəni bu gün qüvvədə olan 28 dekabr 1999-cu il tarixli Məcəlləyə qədər, qanunverici mirasda məcburi pay hüququnu həmin payı qəbul edəcək vərəsələrin “həddi-buluğa çatmamaları (tam yaşa dolmamaları), əmək qabiliyyəti olmamaları (əməyə bacarığı olmaması) və himayədə olmaları” ilə əlaqələndirmişdir. Fikrimizcə, bu tamamilə düzgün bir mövqedir. Təəssüflər ki, 28 dekabr 1999-cu il tarixli yeni mülki məcəllə qəbul ediləndə mirasdan məcburi pay almanın zəruri əsasları aradan qaldırılmış və hər bir qanuni vərəsə üçün istənilən halda “vərəsəlik zamanı onlara çatası payın yarısı” qədər olsa da, vərəsəlik hüququ tanınmışdır. Bununla da, əslində, vəsiyyət etmə hüququ haqsız olaraq məhdudlaşdırılmış, mülkiyyətçinin – miras qoyanın mülkiyyət hüquqları əsassız olaraq pozulmuşdur.
Geniş oxucu kütləsi üçün söhbətin nədən getdiyini daha düzgün çatdırmaq məqsədilə bəzi anlayışların izah edilməsinə ehtiyac var.
- Vərəsəlik hüququ – miras qoyanın əmlakının digər şəxslərə keçməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən hüquq normalarının məcmusudur (Hüquq Ensiklopediyası, Bakı-Qanun-2007, Aqşin İsabala oğlu Quliyev).
“Obyektiv mənada vərəsəlik hüququ dedikdə, ölümündən sonra fiziki şəxsin başqa şəxslərə verilə bilən əmlak hüquq və vəzifələrinin, həmçinin bəzi qeyri-əmlak hüquqlarının digər şəxslərə keçməsi zamanı yaranan ictimai münasibətləri, habelə vərəsəliklə bağlı olan digər münasibətləri tənzimləyən hüquq normalarının məcmusu başa düşülür” (Bax: Azərbaycan Respublikasının Vərəsəlik hüququ, “Nurlan” nəşriyyatı, Bakı-2004, Sabir Allahverdiyev).
“Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə, vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.(Mülki Məcəllənin 1133-cü maddsəi)
Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər.(Mülki Məcəllənin 1134-cü maddəsi)
Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. (MM-nin 1151-ci maddəsi)
İndi qüvvədə olan Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən, miras qoyanın (vəsiyyət edənin) qanun üzrə vərəsələri sırasından olan və vəsiyyətnamə ilə miras əmlakdakı payından tamamilə məhrum edilməsi mümkün olamayan şəxsdir. Bu şəxslərin mirasdan “vərəsəlik zamanı onlara çatası payın yarısı” qədər pay almaq hüququ vardır.
Miras əmlakdan məcburi vərəsəyə çatası əmlakdır. MM-nin 1195-ci maddəsinə (məcburi payın həcminin müəyyənləşdirilməsi) əsasən, “ m əcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir.”
6.Mirasdan məhrum etmə:
MM-nin 1176-cı maddəsinə əsasən, “Vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir.”
- Məcburi pay almaq hüququndan məhrumetmə
MM-nin 1203-cü maddəsinə əsasən, “məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür.
Məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər.
Məcburi pay almaq hüququndan məhrumetmə barəsində məhkəmənin çıxardığı qərar mirasın açıldığı andan qüvvədə olur. Miras qoyanın hələ öz sağlığında məhkəməyə müraciət etdiyi, lakin qərarın onun ölümündən sonra qəbul edildiyi halda da bu cür nəticə baş verir.”
MM-nin 152.1-ci maddsəinə əsasən, “mülkiyyət hüququ — subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur”
Diqqətli oxucu Mülki Məcəllənin sonuncu qeyd etdiyimiz 152-ci maddəsini yuxarıda qeyd etdiyimiz əvvəlki maddələri ilə müqayisə edən kimi, “mülkiyyət hüququ” ilə “mirasda məcburi pay hüququ”nun bir-birinə zidd olmalarını dərhal başa düşəcək.
“Mirasda məcburi pay hüququ”nun indi qüvvədə olan mülki məcəlləyə uyğun həll edilməsi, bizcə, MM-nin 152-ci maddsəində nəzərdə tutulan “mülkiyyət hüququ”nu heçə endirmişdir. Çünki, MM-nin 152.4-cü maddəsinə əsasən, “Sərəncam hüququ — əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.”
“Vəsiyyət etmə hüququ” da (MM-nin 1166-cı maddəsi) mülkiyyətçi tərəfindən özünə məxsus əmlak üzərində “sərəncam hüqququ”nu həyata keçirmənin bir üsuludur. Əgər mülkiyyətçi özünə məxsus əmlakı istədyi şəxsə və istədiyi miqdarda vəsiyyət edə bilmirsə, onda onun mülkiyyət hüququnun tam təmin edilməsindən söhbət gedə bilərmi? Əlbəttdə yox !
Şübhəsiz ki, istər beynəlxalq hüquq normalarına, istərsə də, milli qanunvericiliyimizə görə, ictimai, dövlət və bəzi zəruri fərdi maraqlar naminə bu və ya digər hüquqlar, o cümlədən də, mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Ancaq bu məhdudlaşdırma mütləq sağlam məntiqə və zəruri əsaslara söykənməli, belə məhdudlaşdırma nəticə etibarı ilə cəmiyyətin, dövlətin və zəruri hallarda ayrı-ayrı fərdlərin qanuni mənafeyinə uyğun olmalıdır.
Mirasda məcburi pay alma hüququnun indiki qaydada həll edilməsi MM-nin 1166-cı maddəsinə (vəsiyyət anlayışı) və MM-nin 1176-cı maddəsinə (vəsiyyət üzrə vərəsəlik hüququndan məhrumetmə) tamamilə ziddir.
Miras qoyanın qanuni vərəsələri arasında olan şəxslər, miras qoyanın iradəsinin ziddinə olaraq, onun əmlakından qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi payı) alacaqlarsa, onda vəsiyyət etmənin və ya mirasdan məhrum etmənin nə anlamı var?
MM-nin 1203-cü maddəsində göstərilib ki, “məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür.” Qəribədir, görəsən bu maddədə qeyd dilən “vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” dedikdə qanunverici hansı halları nəzərdə tutur? Axı yuxarıda da qeyd etdiyimiz MM-nin 1176.1-ci maddəsinə əsasən, “Vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir.” Göründüyü kimi, mirasdan məhrum eyməni əsaslandırmağa ehtiyac yoxdur. Əgər əsaslandırmağa ehtiyac yoxdursa, onda deməli, “vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” da mövcud deyil. Belədirsə, onda qanunverici 1203-cü maddədə hansı halları nəzərdə tutur.
Digər tərəfdən, əgər qanun üzrə vərəsələr sırasına daxil olan şəxs istənilən halda qanun üzrə ona çatası miras əmlakın ən azı yarısını almalıdırsa , onda MM-nin 1176-cı maddəsində “Vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir” yazmanın nə mənası var? Yaxşı olmazdımı elə bu maddə belə yazılardı: “Vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə onlara çatası mirasın yarısından məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir.” Təbii ki, təklif olunan bu variant da “vəsiyyət etmə hüququ”nun mahiyyətinə tamamilə ziddir.
Göründüyü kimi, mirasda məcburi pay anlayışı ilə bağlı qanunvericilikdə kifayət qədər ziddiyyətlər vardır və bu zziddiyyətlər istər məhkəmə təcrübəsində, istərsə də həyatda vərəsələr arasında çox böyük problemlər yaradır.
Məsələn, miras əmlakdan 1/5, 1/10 və ya 1/100 məcburi pay alan şəxs “payının naturada ayrılması” və ya payın pulla ödənilməsi barədə iddia qaldıraraq uzun sürən məhkəmə çəkişmələrinə səbəb olmaqla, başqa varislərə çox böyük problemlər yaradır və ata yurdunu sattırmaqla orada yaşayan başqa vərəsələri faktik olraq mənzilə sahib olmaq hüququndan məhrum etdirir. Vətəndaş “a” atasının sağlığında onunla yola getmirdi. Cəmiyyətə zidd davranışları və atasına pis münasibətinə görə onun gözündən düşmüşdür. Ata, ölümündən qabaq, 10 övladından biri olan vətəndaş “a”nı vəsiyyətnamə ilə miras əmlakdan məhrum etmişdir. Mənzil 4 otaqdan ibarətdir. Vətəndaş “a” böyük övlad olub, özünə məxsus başqa evdə yaşayır, qalan 9 övlad isə ata yurdunda. Məcburi pay hüququna görə, miras əmlakın 1/20-i (1/10:2=1/20) vətəndaş “a”ya düşür. Vətəndaş “a” atasının ona mənfi münasibətinə və miras əmlakdan məhrum etməsinə baxmayaraq, indi qüvvədə olan Mülki Məcəlləyə əsasən, həmin 1/20 payı naturada ayırmaq üçün Şəki rayon Məhkəməsinə müraciət edir. Məhkəmə araşdırması nəticəsində, müəyyən edilir ki, mənzilin tələb edilən qaydada naturada ayrılması mümkün deyil. Onda, vətəndaş “a” təkrar, Şəki Rayon Məhkəməsinə müraciət edərək, mənzilin məcburi satışa çıxarılması və 1/20 payının pulla ona ödənilməsi barədə növbəti iddia qaldırır. İddia təmin edilir. Məhkəmə qətnaməsinə əsasən mənzil 50 000 manata satılır. Həmin məbləğin 1/20-i, yəni 2500 manatı vətəndaş “a”ya ödənilir. Qalan 47500 manat digər 9 ailə üzvü arasında bərabər bölünür. Hər bir ailə üzvü, ona çatan payla, yəni 5277 manatla yeni məzil ala bilmir və beləliklə də, ailə faktik olaraq dağılır və müxtəlif məhrumiyyətlərə məruz qalır.
Qanunvericinin “məcburi pay almaq hüququndan məhrum etmə”nin miras qoyanın öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilməsi ilə (Mülki Məcəllənin 1203.2-ci maddəsi) bağlaması isə, qətiyyən anlaşılan deyil və milli mentalitetə, eləcə də, sağlam məntiqə ziddir. Bir anlığa təsəvvür edək ki, miras qoyan onunla birlikdə yaşayan 5 oğlundan birini məcburi pay hüququndan məhrum etmək üçün məhkəməyə müraciət edir və onun iddiası təmin edilir. Bundan sonra həmin ailədə yaranacaq münasibətlər necə ola bilər? Bir azərbaycan ailəsində belə bir şey mümkündürmü? Vəsiyyət edən Mülki Məcəllənin 1176-cı maddəsinə əsasən, heç bir əsas göstərmədən qanun üzrə vərəsələrdən birini vəsiyyətnamə ilə mirasdan məhrum edə bilərsə, onda nəyə görə həmin şəxsi məcburi pay hüququndan məhrum etmək üçün, vəsiyyət edən öz sağlığında məhkəməyə müraciət edərək həyatını cəhənnəmə döndərməlidir?
Məhkəmə yolu ilə məcburi pay almaq hüququndandan məhrum etmə, eyni zamanda, Mülki Məcəllənin 1185-ci maddəsində nəzərdə tutulan Vəsiyyətnamə sirri prinsipinə də ziddir. Vəsiyyət etmək hüququnun fəlsəfəsinə əsasən, vəsiyyət edənin əsl iradəsi kənar şəxslərə bəlli olmamalıdır.
Maddə 1185. Vəsiyyətnamə sirri
Notarius, vəsiyyətnaməni təsdiqləmiş digər şəxs, şahid, habelə vəsiyyətnaməni vəsiyyət edənin əvəzinə imzalamış şəxslər vəsiyyətnamənin məzmununa, tərtibinə, dəyişdirilməsinə və ya ləğvinə aid məlumatları miras açılanadək açıqlaya bilməzlər.
Bizcə, qanunverici bu problemi, yəni, mirasdan məcburi pay almadan məhrum etməni də Mülki Məcəllənin 1137-ci maddəsində nəzərdə tutulan qaydada həyata keçirməlidir.
Maddə 1137. Ləyaqətsiz vərəsə
Miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin.
Heç bir halda, miras qoyan hər hansı vərəsəsini vərəsəlik hüququndan məhrum etmək üçün sağlığında məhkəməyə müraciət etməyə məcbur edilməməlidir. Əks halda, bu, miras qoyanın həyatını cəhənnəmə çevirə bilər.
Hər hansı bir ailə üzvünün məhkəmə yolu ilə məcburi pay hüququndan məhrum edilməsi, faktik olaraq, vəsiyyət edənin – miras qoyanın iradəsinin hamıya bəlli olmasıdır. Bu hal isə “vəsiyyətnamə institutu”nun mahiyyətini heçə endirir.
Ümumiyyətlə, “məcburi pay almaq hüququndan məhrum etmə” nə dərəcədə məqsədə uyğundur? Əgər belə bir məhrum etmə mümkündürsə, onda, bunun harası “məcburi pay”dır? Deməli, bu məsələdə qanunvericilikdə çox böyük ziddiyyətlər var. Bizcə, bu ziddiyyətin səbəbini, “mirasdan məcburi pay” anlayışını nəzərdə tutan Mülki Məcəllənin 1193-cü maddəsinin məzmununda axtarmaq lazımdır.
Unudulmamalıdır ki, istər “vəsiyyət hüququ”, istərsə də “mirasdan məcburi pay almaq hüququ”, hələ qədim dünya tarixində faktik olaraq mövcud olmuş, qədim roma hüququnda isə bu münasibətlər qanun normaları ilə təsbit edilmişdir. “Mirasdan məcburi pay almaq hüququ”nun mahiyyəti ondan ibarətdir ki, vəsiyyətnamənin məzmunundan asılı olmayaraq, vəsiyyət edənin yaxınlarının indiki qanunvericiliyə görə qanuni vərəsələrinin zəruri maddi ehtiyacları təmin edilsin.Lakin istər qədim roma hüququnda, istərsə də, avropa (kontenental) vərəsəlik hüququnda mirasdan məcburi pay almaq hüququ eyni qaydada bütün qanuni vərəsələrə şamil edilməmişdir. Məcburi pay almaq hüququ bu və ya digər səbəbdən zəruri yardıma ehtiyacı olan vərəsələrə şamil edilmişdir. Bu hüquq Avropa ölkələrində müxtəlif cür təmin edilir. Məsələn: Almaniya vərəsəlik hüququna görə, miras qoyanın vərəsələri bütöv miras əmlak kütləsindən qanuni əsaslarla məcburi pay almaq hüququna məlikdirlər. Fransa vərəsəlik hüququna görə, miras qoyanın əmlakı iki paya bölünür: sərbəst pay və ehtiyat pay. Sərbəst pay miras qoyan tərəfindən öz istədiyi formada vəsiyyət edilsə də, ehtiyat pay miras qoyanın zəruri paya hüququ olan yaxın qohumları arasında bölünür. Zəruri paya hüququ olan şəxslər miras qoyan tərəfindən həmin hüquqdan məhrum edilə bilməzlər. İngiltərə vərəsəlik hüququnda isə, ümumiyyətlə, mirasdan məcburi pay almaq hüququ mövcud deyil. İstər ingiltərə, istərsə də ABŞ qanunvericiliyində vəsiyyət azadlığı prinsipinin tam həyata keçirilməsinə üstünlük verilir. Lakin bu o demək deyil ki, həmin ölkələrdə miras qoyanın zərurimaddi ehtiyacları olan vərəsələrinin hüququ təmin edilmir. Mirasdan məcburi pay almaq hüququ olan vərəsələrin hüquqları bu ölkələrdə ayrı-ayrı qanunlarla nizama salınır. Məsələn: İngiltərənin “Vərəsəlik haqqında (ailənin təminatı haqqında)” 1938-ci il tarixli qanununa əsasən, sağ qalan ər-arvada, yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan uşaqlara miras hesabına ağlabatan dolanacaq təminatı almaq hüququ verilir.
Fikrimizcə, bu problem Avropa ölkələrində olduğu kimi, Rusiya qanunvericiliyində də, sağlam məntiqə uyğun qaydada həll edilmişdir.
Rusiya Federasiyasının Mülki Məcəlləsinin 1149-cu maddəsinin 1-ci bəndinə əsasən, miras qoyanın həddi-buluğa çatmamış və ya əmək qabiliyyəti olmayan uşaqları, onun əmək qabiliyyəti olmayan həyat yoldaşı və valideynləri, eləcə də, onun himayəsində olmuş əmək qabiliyyəti olmayan şəxslər vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasdan məcburi pay hüququna malikdirlər. İstər Rusiya qanunvericiliyində, istərsə də, Avropa ölkələrinin mülki qanunvericiliyində mirasdan məcburi pay almaq hüququndan məhrum edmə nəzərdə tutulmamışdır və bizcə bu ən düzgün mövqedir. Həddi-buluğa çatmamış və ya əmək qabiliyyəti olmayan övladı, əmək qabiliyyəti olmayan əri və ya arvadı, eləcə də, əmək qabiliyyəti olmayan himayədə olanı istənilən əsasla bu paydan məhrum etmək hansı məntiqə sığa bilər və bunu hansı sağlam məntiqlə əsaslandırmaq olar? Təbii ki heç bir halda. Bizim yeni Mülki Məcəllədə “mirasdan məcburi pay almaq institutu” ona görə nəzərdə tutulmuşdur ki, bütün dünya hüquq düşüncəsinin ziddinə olaraq, bu hüquq şərtsiz olaraq bütün birinci növ vərəsələrə şamil edilmişdir.
Bizcə, bəşəriyyətin bu günədək əldə etdiyi ən yaxşı hüquqi nəticələrdən istifadə edilməsi qaçılmaz və zəruridir. Məsələn, yuxarıda qeyd etdiyim vətəndaş “a” ilə bağlı faktı olduğu kimi, hüquqdan sui-istifadənin başqa vərəsələr üçün problemlər yaratmaması naminə Rusiya Federasiyasının Mülki Məcəlləsinin 1149-cu maddəsinin 4-cü bəndində belə bil hal nəzərdə tutulmuşdur:
“Məcburi pay hüququnun həyata keçirilməsi, məcburi pay hüququ olan vərəsə tərəfindən miras qoyanın sağlığında istifadə etmədiyi, lakin vəsiyyət üzrə vərəsənin yaşamaq (mənzil, fərdi ev, bağ evi və s. yaşayış sahəsi) və ya əsas qazanc və yaşayış mənbəyi kimi (əmək aləti, obyekt, yaradıcılıq emalatxanası və s.) istifadə etdiyi əmlakın ona verilməsini qeyri-mümkün etdiyi halda, məhkəmə vərəsələrin maddi durumunu nəzərə almaqla məcburi payın həcmini azalda və ya onu bütövlükdə vərəsəyə verməkdən imtina edə bilər”.
Bütün yuxarıda şərh edilənləri nəzərə alaraq, təklif edirik:
- Mirasdan məcburi pay almaq hüququ dünya praktikasına uyğunlaşdırılsın;
- Mirasdan məcburi pay almaq hüququ qanun üzrə birinci növ vərəsələr sırasından yalnız həddi-buluğa çatmamış (tələbə olan və əmək qabiliyyəti olmayan övladlar, eləcə də, əmək qabiliyyəti olmayan himayədə olanlar) üçün tanınsın;
- Mirasdan məcburi pay almaq hüququndan məhrum etmə (Mülki Məcəllənin 1203-cü maddəsi) institutu ləğv edilsin;
- Miras qoyanın sağlığında onunla yaşayan vəsiyyətnamə üzrə vərəsələrin yaşadıqları yaşayış sahəsindən (ev, mənzil, bağ evi və s.) və zəruri dolanışıq vasitəsi kimi istifadə etdikləri obyektlərdən (əmək vasitələri, qeyri-yaşayış sahələri və s.) məcburi pay almaq hüququnun həyata keçirilməsi üçün istifadə edilməsin. Bunun üçün zəruri payın məbləğinə uyğun pul kompensasiyası nəzərdə tutulsun və ya zəruri payın həcminin məhkəmə qaydasında azaldılması nəzərdə tutulsun;
- Məcburi pay hüququnun reallaşdırılması məqsədi ilə ata ocağının miras əmlak kimi hərracda satılması qəti qadağan edilsin. Bu, Mülki Məcəllənin 1303 və 1304-cü maddələrində nəzərdə tutulan hüquqi yanaşmaya da tamamilə uyğundur.
Maddə 1303. Yaşayış evini almaqda üstünlük hüququ
Miras açılanadək azı bir il miras qoyanla birlikdə yaşamış vərəsənin əmlak bölgüsü zamanı mirasdan yaşayış evini, mənzili və ya digər yaşayış otağını, habelə ev müxəlləfatı predmetlərini almaqda üstünlük hüququ vardır.
Maddə 1304. Vərəsələrin əmlak mənafelərinin nəzərə alınması
Üstünlük hüququnun həyata keçirilməsi zamanı miras bölgüsündə iştirak edən digər vərəsələrin əmlak hüquqları nəzərdə tutulmalıdır. Əgər əmlak onlara çatası payı almağa kifayət etməzsə, üstünlük hüququnu həyata keçirən vərəsələr onlara müvafiq pul və ya əmlak kompensasiyası verməlidirlər.
- Məcburi pay hüququnun real təmin edilə bilməməsi və ya bu hüququn təmin edilməsi nəticəsində ata ocağında qalan digər vərəsələrin mənzil hüquqlarının pozulacağı və ya dolanışıq vasitələrindən məhrum ediləcəkləri halında məcburi pay hüququnun ata ocağında daimi yaşamaq hüququ əldə edilməsi ilə əvəzlənməsi barədə norma nəzərdə tutulsun. Bu qayda, Türkiyənin vərəsəlik hüququnda da nəzərdə tutulmuşdur (Bax: Türk Mədəni Qanunu, Maddə 652).
08 mart 2009-cu il
18,813 dəfə ümumi oxunub, 2 dəfəsi bu günə aiddir.
Agsaqqallarimiza ve Xalqimiza Muhum Muraciet! 1 ci hisse
Isfendiyar Vahabzade lider ola biler. Mili ruhlu savadlı insandi.
Сардар Шамсиев
3 года назад
Hə, tez-tez çıxış edib bizi bir az güldürün.
Nazim Afgan
3 года назад
Qurbannan məslətəşib sizin haqqında, sizi Prezident səviyəsinə çatdırmaq. Şəhsən mən sizi dəstəkləyirəm.
Nazim Afgan
3 года назад
Vaqif İskəndərin xaqqında Düz demisiniz, və yerində. Qurbana demişəm, onu brah getsin, və onu reklam eləmə.
Aydin Huseynli
3 года назад
Hörmətli alim Cində müsəlmanları öldürürlər xəbəriniz var?
Dhjjsii Djjsii
3 года назад
Изаддин Байрамов
3 года назад
Я с вами согласно
Samir Hüseynov
3 года назад
Salam Vaqif Bey Sizi Cox Isteyirem Tez Tez Cixislar Edin
Ulus’çu – Türk’çü – Turan’çı TV
3 года назад
Ürek-den sizi destekleyirik. en dogru olan yolu siz gösterirsiniz bize. uzaq gören veten millet sevdalisi VAQIF Bey. sesimiz sizdedir. Eshq olsun Milletci veteni-ni ulus-unu (millet-ini) delicesine seven VAQIF Bey.
Mühasibat tarixi
Müasir dövrdə iqtisadiyyatın inkişafı və təsərrüfat prosesinin müxtəlif istiqamətdə baş verməsi ilə bağlı siyasətin formalaşması mühasibat uçotunun nəzəriyyə və təcrübədə istifadəsinin formasını dəyişir. Məhz bu cür hallar hər bir qurulus və onlarda icrasını həyata kecirən şirkət, firma, birlik, müəssisə, təşkilat və s.-nin təsərrüfat fəaliyyəti ilə əlaqədar olan ayrı-ayrı səxslərin maragını həm əks etdirir, həm də gizlədir. Mühasibat uçotunun nəzəriyyə və təcrübəsinin meydana gəlməsinin öyrənilməsi mütəxəssislər tərəfindən təsərrüfat həyatında baş verən halların obyektiv qiymətləndirilməsinə və elmi proqnozlaşdırma texnikasının mənimsənilməsinə geniş şərait yaradır.
Uçot isçilərinin beynəlmiləl emblemi ilə tanınmış (dərsliyin üz qabığında olan) mühasiblərin gerbində günəş, tərəzi, Bernulli əyrisi əks olunmuş və onun “Elm Vicdanlıq Müstəqillik” rəmzi kimi ifadə olunan şüarı verilmişdir. Günəş maliyyə fəaliyyətinin nəticələrinin şəffaflığını əks etdirən mühasibat uçotunu, tərəzi – balansı (bərabərliyi), Bernulli əyrisi uçotun daimi olacağı rəmzini ifadə edir. Tarixə məlum olan və mühafizə edilib saxlanılmış uçot sənədləri qədim uçot işçilərinə və onların işlərinə yüksək diqqət və qiymət verilməsini təsdiq edir. Sözügedən sənədlərə əsasən uçotu allahın sirri adlandırmış, ona xidmət etməyi müqəddəs borc saymışlar… Bu sənədlərin araşdırılması göstərir ki, qədim Misirdə firon sarayının baş mühasibi Neferxotep olmuşdur. O, mühasibat yolunda böyük uğurlar qazanmışdır. Həmin dövrlərdə mühasibat işi sahəsində ancaq sözügedən sarayın müşavirləri və xadimləri xüsusi hörmətlə qarşılanır və onların fikirləri ilə hesablaşırdılar. Bu müşavir və xadimlərdən biri olan və baş mühasib vəzifəsini yerinə yetirən Neferxotep haqda yazmışlar: “o, kürəyini incə ağılla, dözümlü ürəklə, pak işlə haqsızlığa çevirmis” və “Təmiz ələ malik olan, dəstəmazlı hakim, pisliyi rədd edən, düzgünlüyü sevən, alçaqlığa qarşı daim mübarizə aparan – Kamil Mirzə” və olmuşdur. Uçotda “hesabi hesablamanı barmaqla hesablayıb aldatmaqla məşğul olanlardan” fərqli olaraq Neferxotep bütün həyatı boyu ona xidmət etmişdir.
Bizə gəlib çatan ilk yazılar ucotun eramızdan əvvəl 6000 il əvvəl yaranmasına təsadüf edir. Bu, Misirdə torpağın suvarılması üçün əkinçiliklə məşğul olanların Nil çayının suyundan istifadəyə görə verginin taxıl və kətanla (Pambıqla) ödənməsinə dair aparılan qeydiyyatlarla təsdiq olunur. Sözügedən qeydiyyat evlərin divarında verginin taxıl və kətanla (Pambıqla) alınmasına dair vergi toplayanların müvafiq sayda şəkillərin çəkilməsi (İşarələrin qoyulması) ilə yerinə yetirilirdi. Hələ bizim eradan əvvəl 2000-ci ildə uçot sisteminin inkişafı Çində, ikili mühasibatlığın elementləri isə qədim Romada qeydə alınmışdır. Bütün bunlarla yanaşı amortizasiya anlayışı da hələ o dövrlərdə romalılara məlum idi.
Uçotda ikili yazılışın və ümumiyyətlə mühasibat uçotunun yaranması da İtaliyanın ntibah dövrünə təsadüf edir. Təsərrüfatda baş vermiş hadisələrin-işlərin, əməliyyatların, proseslərin hərəkətini izləmək, daha doğrusu, bir tərəfdən işin, əməliyyatın, prosesin kim tərəfindən verilməsini, onların həyata keçirilməsi üçün vəsaitin haradan alınmasını, tələb olunan digər zəruri fəaliyyətin yerinə yetirilməsinə lazım olan maddi və əmək ehtiyatlarının əldə edilmə mənbəyini, digər tərəfdən sözügedən sifarişlərin, vəsaitlərin, maddi və əmək ehtiyatlarının və s-nin kimin icra edəcəyini, ona məsul olacağını, harda mühafizə edəcəyini təyin etmək üçün (həm sifarişin verilməsi, vəsaitin alınması, ehtiyatların əldə edilməsi kimi bir yazılışla həm də bu verilmiş sifarişləri, alınmış vəsaitləri, əldə edilmiş ehtiyatları kimin icra edəcəyi kimi ikinci yazılışla aparılmasında) istifadə edilən ikili yazılışın meydana gəlməsinin insan cəmiyyətinin həyat və yaşayışının təmin edilməsinə imkan yaradan şəxsi kapitalın gələcək inkişafına təkan vermişdir. İkili yazılış sistemi XIII-XIV əsrdə yaranmış, onlardan Şimali İtaliyanın bir sıra ticarət mərkəzlərində istifadə olunmuşdur. Genuyada tapılmış bələdiyyə yazılarında ikili yazılış sistemi 1340-cı ilə təsadüf edir. Daha erkən ikili yazılış Florensiyanın ticarət firmalarında (1299-1300-cü illər) eləcə də Şampan (Fransa) əyalətində ticarət aparan firmalarda aşkar edilmişdir. Uçotun ilk sistemləşdirilməsi Fransiskan rahibi Luka Paçoli olmuş və o həmin dövrdə özünün böyük əsəri olan «Hesablar və yazılışlar haqda traktat»ını yazaraq (1494-cü il) uçot yazılışlarının mahiyyətini çox bacarıqla aça bilmişdir. Onun, sözügedən bu kitabı bizim dövrümüzdə də aktual olaraq qalır və uçot təcrübəsində istifadə olunur.
Müasir dövrdən fərqli olaraq əvvəlki dövrün mühasibat uçotu fərdi sahibkarı lazımi informasiyalarla təmin etmiş, bütün məlumatlar gizli şəkildə saxlanılmış; həmin dövrdə mülkiyyətçi və təşkilatın əmlakı arasında heç bir məhdudiyyət qoyulmamış; təşkilatda hesabat və onlar arasındakı dövr haqqında heç bir anlayış olmamış; çoxlu pul vahidinin mövcudluğu ikili mühasibatlıqdan istifadəni çətinləşdirmişdir. Bütün bunlar uçot registrlərində (qeydiyyatlarında) aparılan yazılışları xüsusilə mal haqda məlumatları (çəki, ölçü, ölçü vahidi, qiymət) təsviri xarakterizə etməklə öz işini yekunlaşdırırdı. Luka Paçolinin davamçıları müxtəlif sahələrdə xüsusilə Alvize Kazanova (1558-ci il)–gəmiqayırmada, A.Di.Pietro (1586-cı il)- kilsə təsərrüfatı və banklarda; D.A. Masketti (1610-cu il)-sənayedə; Lyudoviko Flori (1636-cı il)- mehmanxana və dövlət təşkilatlarında; Bastiano Benturi (1655-ci il)- kənd təsərrüfatında uçotun sistemləşdirilməsinin tətbiqini geniş yaymışlar. 1581-ci ildə ilk dəfə olaraq Venesiyada mühasiblər cəmiyyəti yaradılmışdır.
XIX əsrin axırlarında əsası Luka Paçoli tərəfindən qoyulmuş mühasibat uçotu sistemində köklü dəyişikliklər baş vermişdir. İctimai istehsalın genişlənməsi ilə xüsusi mülkiyyətdən ayrılmış şirkətlər yaranmış; səhmdar kapitallar formalaşmış; kapital və mənfəətin bölgüsü aparılmış; «qüvvədə olan müəssisələr» anlayışı meydana gəlmiş; fond birjaları işləməyə başlamış; sənaye və ticarətin gələcək inkişafına xüsusi diqqət yetirilmiş və s. işlər görülmüşdür. Bunun nəticəsində mühasibin işi müstəqil ixtisasa çevrilmiş və inkişaf etməyə başlamışdır. Bu inkişafın dinamikasına nəzər yetirsək qeyd edə bilərik ki, əgər 1773-cü ildə Edinburq məlumatına görə cəmisi yeddi mühasib var idisə XIX əsrin əvvəlinə İngiltərə və Şotlandiyanın iri şəhərlərinin məlumatında onların sayı əllidən çox olmuşdur. 1844-cü ildə şirkətlər haqda qanun qəbul edilərkən müflisləşmiş firmalarda mütləq auditor yoxlaması aparılması nəzərdə tutulmuşdur. Bütün bunlar mühasiblər cəmiyyətinin yaradılmasına imkan yaratdığından 1854-cü ildə Edinburqda bu cür cəmiyyət təşkil olunmuşdur. Hətta Kral Xartiyası bu cür cəmiyyətin hər bir üzvünə «inamlı mühasib» titulu hüququ vermişdir. 1880-ci ildə isə Viktoriya kralının təşəbbüsü ilə İngiltərə və Şotlandiyada inamlı mühasiblərin institutu yaradılmışdır. Amerika sənayesi, xarici kapital axınının xüsusilə Böyük Britaniyada xeyli artması hesabına inkişaf etmiş və bu baxımdan da Britaniyanın inamlı mühasibləri Amerikada auditor işləməyə başlamışlar. Məhz bu baxımdan əksər Amerika auditor firmaları Britaniyanın köklü auditorları hesab olunurdular. Amerika peşəkar mühasiblərinin 1887-ci il tarixə sayının az olmasına baxmayaraq özlərinin ictimai mühasiblər assosiasiyasını yaratmışlar. Sonralar bu cür assosiasiyalar ayrı-ayrı ştatlarda da meydana gəlməyə başlamış və 1896-cı ildə Nyu-York ştatında yaradılmış assosiasiyada cəmiyyətin üzvlərini «diplomlu ictimai (inamlı) mühasiblər» adlandırmışlar. İctimai mühasiblər assosiasiyası 1917-ci ildə sertifikata malik olmadan Amerikanın ciddi ixtisas tələbli mühasiblər institutuna çevrilmişdir. Sonralar isə sertifikat verilməklə Amerikanın diplomlu ictimai mühasiblər cəmiyyəti meydana gəlmişdir. 1936-cı ildə hər iki cəmiyyət birləşdirilmiş və 1957-ci ildə o Amerika İnamlı Mühasiblər İnstitutu adlandırılmışdır. Bunlardan başqa, Amerikada digər mühasibat təşkilatları da fəaliyyət göstərmiş və hal-hazırda da göstərməkdədir.
Mühasibat uçotu Rusiyada necə bir elm kimi öz inkişafını XIX əsrin birinci yarısında tapmışdır. Onun baniləri K.İ.Arnold, İ.N.Axmetov, E.A.Mudrov, A.M.Volf, E.E.Suvers və başqaları olmuşlar. K.İ.Arnold Almaniyadan gəlmiş və Moskvada ilk mühasibat uçotu müəllimi olmuş, İ.N.Axmetov Peterburq ticarət firmasında; E.A.Mudrov Olenski (Petrozavodsk şəhəri) gimnaziyasında riyaziyyat və fizika müəllimi işləmişdir. Azərbaycanda mühasibat uçotunun bir elm kimi meydana gəlməsi və tanınması Rusiya ilə əlaqəli şəkildə qurulmaqla elə Rusiyaya aid olan dövrə təsadüf edir. Hələ XIX əsrin axırı və XX əsrin əvvəlində Azərbaycanın aparıcı şirkətlərinin və sahibkarlarının mühasibləri olmuş, mühasibat uçotu üzrə öz dövrünün təşəbbüskar mütəxəssisləri kimi işləmiş Fridon Akimoviç Mərdanov, Hacı Məcid Əfəndi Əfəndizadə, Əbülqasım Nurməmməd oğlu Hüseynzadə, Mirhəbib Seyidəhməd oğlu Seyidməmmədov, Mir Məhəmməd Seyidov və başqaları çalışdıqları sahələrin uçot işini aparmaqla yanaşı onun elmi əsaslarla qurulmasına dair çox işlər görmüşlər. Onlar dəfələrlə Bakı quberniyasına müraciət edərək Bakıda şirkət və sahibkarların Təsərrüfat fəaliyyətinin idarə olunmasında hesabdarlıq və mühasibatlığın yerini və rolunu geniş açıqlamış və buna görə də sözügedən ixtisaslara vahid istiqamət vermək üçün müvafiq tədris müəssisələrinin-kursların, məktəblərin, məsləhətxanaların və digər növ məşğuliyyətlərin açılmasını xahiş etmişlər.
Doğrudur, sadalanan həmsənətkarlar etdikləri müraciətlərə cavabsız qalmamış və bu vacib işin yerinə yetirilməsinə dair müvafiq icazələr alaraq onların Bakıda, Gəncədə, Şamaxıda, Naxçıvanda, Qubada və digər iri məntəqələrdə həyata keçirilməsinə nail olmuşlar. Bu işdə inqilaba qədər və inqilabdan sonrakı dövrlərdə Azərbaycanda uçotun qurulması və onun banisi kimi tanınan Əliqulu Fərəcov xüsusi rol oynamışdır. O, inqilaba qədər bir çox sahibkar şirkət və firmalarda mühasib kimi işləmiş və 1917-1920-ci illərdə hesabdarmühasiblər kursları (o vaxtlar Əluqulu Fərəcov kursu adlanırdı) açaraq onu o dövrün tələblərinə uyğun təşkil etmək üçün rus alim-mütəxəssislərini Azərbaycana dəvət edərək, onların təcrübəsindən istifadə etmişdir. Mühasibat uçotu ixtisası üzrə mütəxəssisləri daha təkmil formada hazırlamaq üçün Əliqulu Fərəcov kadr hazırlığının daha müasir-orta ixtisas və ali təhsil sistemini seçməyə üstünlük vermiş, demək olar ki, ona nail olaraq bu kadrları hazırlayan «Statistika», «Kommersiya» texnikumlarının, Azərbaycan Dövlət Sənaye İnstitutunun nəzdində iqtisad fakültəsinin və sonradan 1930-cu ildə bu fakültənin bazasında Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun açılmasında və fəaliyyət göstərməsində iştirak etmişdir. İxtisasına sadiq qalan Əliqulu Fərəcov Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun ilk rektorlarından biri olmuş və onun gələcək inkişafında öz əməyini əsirgəməmişdir. İşlədiyi dövrdə o mühasibat uçotunun nəzəriyyəsinə və müxtəlif sahələrdə təşkil edilən mühasibat uçotuna dair dərsliklər, metodik göstərişlər, praktiki tövsiyələr hazırlamış və bilavasitə onların tətbiqinə nail olmuşdur. Məhz Əliqulu Fərəcovun bu cür səmərəli əməyinin nəticəsidir ki, hal-hazırda Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun bazasında yaradılan Azərbaycan Dövlət İqtisad Universiteti dünyanın digər universitet və institutları ilə müqayisə olunmaqla özünəməxsus üstünlüklərə malikdir.
Sözügedən ümumxalq əhəmiyyətli işlərin yerinə yetirilməsində Əliqulu Fərəcov tək olmamış, həm inqilabdan əvvəlki həm də sonrakı dövrlərdə ona yaxından köməklik göstərən həmkarları olmuş və bu işi yaradan insana dayaq durmuşlar. Hal-hazırda da bu ustad insanın tələbələri onun ideyalarının-mühasibat uçotunun inkişafına, müasir mərhələdə tələb olunan beynəlxalq uçot standartlarına uyğunlaşdırılmasına dair məsələlərin həllində durmadan çalışırlar. Əliqulu Fərəcovun ideyalarını daima dəstəkləyən həmkarları və tələbələri sırasına Saleh Səmədovu, Məbud Məmmədovu, Ağaməmməd Səlimovu, Mirməmməd Abdullayevi, Hacı Əliyevi, Veysəl İsayevi, Hüseyn Namazəliyevi, Sübhan Seyfullayevi, Məhsəti Hacıyevanı, İmaməddin Mahmudovu, Kamal Yusifovu, Əhməd Cəfərovu, Yaşar Hüseynovu, Yolçu Əlizadəni, Firəddin Quliyevi, Qəzənfər Abbasovu, Sifariz Səbzəliyevi, Bəybala Xankişiyevi, Babaxan Babayevi, Rəayət Hacıyevi, Habil İbadovu, Rəşid Rüstəmovu, Vaqif Quliyevi, Əlləz Daşdəmirovu, Əli Sadıqovu, Səfər Süleymanovu, Əziz Məmmədovu, Nəzakət Musayevanı, Hafiz Hacıyevi, Niyazi İsmayılovu, Cəmilə Namazovanı, Cəmaləddin
Zərbəliyevi, Teymur Zeynalovu, Ənvər Salahovu, İbad Abbasovu, İbrahim Məmmədovu, Rasim Həşimovu, Şivəxan Abdulovu, Yusif Əhmədovu, İsaq Verdiyevi, Qəşəm Bədəlovu təcrübədə işləyən Elxan Cəfərovu, Süleyman Qasımovu, Bahəddin Həsənovu, Calal İmamquliyevi, Müharib Rəsulovu, Vaqif Məmmədovu, Xalid Əyyubovu, Ağəli Məmmədovu, Zöhrab Fərəcovu, Tofiq Nağıyevi, Zahid İsayevi, Vüqar Şərifovu, İltifat Babayevi, Cəlal Fərəclini, Nurqələm Qasımovu və digərlərini aid etmək olar.
- Yazılışların vaxtlı-vaxtında aparılması və «hesabların bağlanması»;
Məsul şəxslərin ciddi surətdə tabeçiliyinin təmin olunması .
İdarəetmə haqda mühasibat uçotu sistemini xüsusilə materialların anbar uçotunu, ilk sənədlərin köməyi ilə təsərrüfat həyatının bütün hallarında ümumdövlət metodunun təsir dərəcəsinin metod və prinsiplərini özündə əks etdirən 5 aprel 1722-ci il tarixli hərbi flot haqda qərar Rusiya uçotunun tarixində mühüm əhəmiyyət kəsb etmişdir. Məhz bu dövrdən Rusiyada ikili yazılış və mühasibat hesabları anlayışı meydana gəlmiş və öz inkişaf yolunu tapmışdır.
Elm kimi mühasibat uçotunun inkişafı XX əsrin görkəmli alimlərinin işlərində geniş əks etdirilmiş (1845-1850-ci illərdə) və bu inkişaf öz müsbət təsirini Azərbaycana da göstərmişdir. Bunun nəticəsidir ki, XX əsrin axırları, XXI əsrin əvvəllərində bu maraqlı və iqtisadiyyatın açarı, müasir bazar iqtisadiyyatı şəraitində biznesin dili olan elm üzrə elmlər doktoru-Veysəl İsayev, Hüseyn Namazəliyev, Sifariz Səbzəliyev, İbad Abbasov, Səlim Müslümov, Qəzənfər Abbasov, Süleyman Qasımov, Cəmilə Namazova və onlarla elmlər namizədləri mühasibat uçotunun bu və ya digər sahələrini əhatə edən problemlərin həllinə dair doktorluq və namizədlik dissertasiyası müdafiə etmişlər. Məhz bu alimlərin elmi rəhbərliyi ilə onlarla aspirantlar müdafiə edərək alimlik dərəcəsi almış və onların müəllifliyi ilə çoxlu sayda monoqrafiyalar, dərsliklər, elmi məqalələr və uçota dair tövsiyələr hazırlanmış, nəşr etdirilmiş, respublika iqtisadiyyatının əsas aparıcı mütəxəssisləri olan mühasiblərin, iqtisadçıların və iqtisadiyyatla maraqlanan oxucuların sərəncamına təqdim edilmişdir. Hal-hazırda Əliqulu Fərəcovun davamçılarından Sifariz Səbzəliyev, Qəzənfər Abbasov, Səlim Müslümov, Süleyman Qasımov, İbad Abbasov, Vaqif Quliyev və digərləri mühasibat uçotu üzrə dövlət səviyyəli normativ aktların yazılmasında və tətbiq edilməsində bilavasitə iştirak etmiş və hal-hazırda da iştrak edirlər. Qeyd edilən müəlliflərin gücü və təşəbbüsü ilə uçotu və onun əsası sayılan maliyyəni beynəlxalq standartlara uyğun quraraq onu həmin standartların tələblərinə uyğun daha geniş qurmaq üçün 1992-ci ildə Respublika Maliyyə Nazirliyinə müraciət edərək “Maliyyə və uçot” jurnalının təsis edilməsini xahiş etmişlər. Mütəxəssislərin bu müraciəti qəbul edilərək tələb edilən jurnal təsis edilmiş və o 1993-cü ildən hər ay dərc edilir və müasir uçot və maliyyə problemlərinə dair ən aktual məsələləri və digər materialları dərc edir.
Comments are closed, but trackbacks and pingbacks are open.