Press "Enter" to skip to content

Yaxşı vəkil necə tapmaq olar

Funksional quruluşu, məhsulların məhdud nomenklaturasını buraxan, sabit xarici təsir şəraitində fəaliyyət göstərən və özünün yaşamasını təmin etmək üçün standart idarəetmə vəzifələrini həll edən təşkilatlarda istifadə etmək daha məqsədəuyğundur.
Funksional quruluş, geniş nomenklatura ilə məhsul buraxan, istehsalat və texniki tələbatların tez-tez dəyişdiyi mühitdə fəaliyyət göstərən, həmçinin öz fəaliyyətini geniş beynəlxalq miqyasda – müxtəlif sosial-iqtisadi sistemləri və qanunvericiliyi olan ölkələrin bazarlarında həyata keçirən təşkilatlar üçün xarakterik deyildir. Bu tip təşkilatlar üçün divizional quruluş xarakterikdir.

Təşkiletmə funksiyası

1. Menecmentdə təşkiletmə ilə bağlı anlayışlar.
2. Səlahiyyət və cavabdehlik bölgüsü.
3. Funksional idarəetmə quruluşu.
4. Regional (ərazi) və əmtəə quruluşları.
5. Tələbatçılara görə və adaptiv quruluşlar.

Əvvəlcə rəhbər işçinin şəxsiyyəti və idarəçilik keyfiyyətlərini xarakterizə edən bəzi amilləri nəzərdən keçirək.
Bildiyimiz kimi, rəhbər işçilər 3 qrupa bölünürlər:
a) qərarın qəbul edilməsində və onların icrasının təşkil edilməsində hüquqları olan və kollektivin fəaliyyətinə cavabdeh olan rəhbərlər;
b) qərarları hazırlayan və əsaslandıran mütəxəssislər;
v) rəhbərlərə və mütəxəssislərə informasiya və kargüzarlıq xidmətini təşkil edən texniki səviyyə icraçıları.
Müasir təsərrüfat rəhbəri ixtisaslı mütəxəssis olmalı, idarəolunan obyektin fəaliyyətinin bütün tərəflərini mükəmməl bilməli, qərar qəbul etmək qabiliyyətinə malik olmalı və qəbul edilmiş qərarların sosial-psixoloji və təşkilati nəticələrini qabaqcadan görməyi bacarmalıdır. Hər bir rəhbər işçi, ideyaların verilməsində əsas rol oynamalı, əmək fəaliyyətinin aktivləşdirilməsi üçün motivləşdirmə metodlarına malik olmalı, təşkilati və idarəçilik əlaqələrinin inkişafının proqnozunu vermək bacarığına sahib olmalıdır.
Müasir menecment elmi, aşağıdakı neqativ halları:
a) psixoloji maneələri (səhv etmək və müvəffəqiyyətsizliyə uğramaq qorxusu, öz avtoritetini və mövqeyini riskə salmamaq arzusu, əsas problemin üzərində fikrini toplaya bilməməsi, nəticəni tezliklə almaq cəhdi və bununla bağlı mümkün olan ruh düşkünlüyü, təxəyyül və qətiyyət çatışmamazlığı);
b) təşkilati maneələri (həmkarları tərəfindən başa düşülməmək, etibarsızlıq və köməksizlik, tabeçilikdə olan işçilərə ideyaların çatdırılmasının qeyri – mümkünlüyü, motivləşdirmənin kifayət qədər olmaması, idarəetmədə zəif iştirak, etimadsızlıq və məsuliyyətsizlik və s.) müəyyən edir və onların aradan qaldırılması yollarını göstərir.
Rəhbərlər və mütəxəssislər özlərinin praktik fəaliyyətində müəyyən motivlərə əsaslanırlar. Bu motivləri çox diqqətlə öyrənmək zəruridir. Qeyd edək ki, motivləşdirmə üçün, təkcə çalışqanlığa görə yox, alınmış nəticəyə görə qiymətləndirmə daha vacibdir.
Təsərrüfat rəhbəri, qərar qəbul edərkən onun həyata keçirilməsinin sosial və iqtisadi nəticələrini görməlidir. Bunun üçün o, biliklər və vərdişlər sisteminə, təşkilatçılıq bacarığına, idarəetmə istedadına malik olmalıdır. Buna görə də menecerlər öz iş üslublarını və metodlarını daim təkimlləşdirməlidirlər.
Menecerlərin fəaliyyətinə həm daxili və həm də xarici amillər təsir edir. Daxili amillərə menecerin savadını, səriştəsini, şəxsi xarakterlərini və digər fərdi keyfiyyətlərini aid etmək olar.
Bir qayda olaraq psixoloqlar menecerləri (ümumiyyətlə rəhbər işçiləri) aşağıdakı tiplərə ayırırlar:
Fəal rəhbər” – Təşəbbüskardır, sərbəstdir, müəyyən qədər şöhrətpərəstdir. Kollektivlə fəxr edir, kollektivin müdafiəsinə arxayındır. Maşınlara nisbətən adamlara daha çox güvənir, əsasən sosial-psixoloji təsir metodlarına arxalanır.
Sahib rəhbər” – İşi, öz həyat amalı hesab edir, bütün gücünü və vaxtını ona həsr edir. İşin müvəffəqiyyət qazanmasında əsas şərt olaraq ciddi intizamı vacib hesab edir. Bu intizamı inzibati tədbirlər, təlimatlar və qaydaların tətbiqində görür. Tabeçiliyində olan şəxslərə etibar etmir, onları qiymətləndirmir, bəzən ədalətsiz və kobud olur. Tənqidi sevmir və iradları çox çətin qəbul edir.
Diaqnostik rəhbər” – Analitik düşüncə qabiliyyətinə malikdir. Çatışmazlıqları müəyyən etməyi və onları aradan qaldırmağı bacarır. Başqalarının iş təcrübəsinə həssasdır, istənilən işi yerinə yetirməyə qadirdir. Əməkdaşların informasiya təminatı və elmi inkişafının qayğısına qalır. İqtisadi-riyazi metodları sosial-psixoloji metodlardan üstün tutur.
Səmərələşdirici rəhbər” – İdarəetmə strukturunun təşkilati cəhətdən təkmilləşdirilməsinə meyllidir. İdarəetmənin təkmilləşdirilməsi üçün çoxlu orijinal, lakin dərin olmayan ideyalar irəli sürür, bəzən səmərələşdirmə və yenidənqurma ilə məşğuliyyət onun əsas işini əvəz edir. İdarəetmənin “insan amili” “ bir qayda olaraq onun tərəfindən qiymətləndirilmir.
Rəis rəhbər” – Hesab edilir ki, o, rəhbərlik üçün yaranıb. İclas keçirməyi və orada sədrlik etməyi xoşlayır. Özündən yüksək mövqedə olan rəhbərliklə çox asan əlaqə yarada bilir. Bu əsasən qeyri-formal əlaqələr səviyyəsində olur. Kollektivin üzvləri ilə çox yaxşı əlaqə yaradır.
İcraçı rəhbər” – Bütün hallarda alınmış təlimata uyğun hərəkət etməyi üstün tutur. İşçilərdən, yuxarı rəhbərlikdən və özündən razıdır. Daha az effektli, ancaq dəqiq qərarları üstün tutur. Zəngin nəzəri biliklərə və təcrübəyə malikdir. Sosial-psixoloji metodları geniş tətbiq edir, lakin özünə və işçilərinin bir qisminə daha çox arxayındır.
Yaxın rəhbər“ – Tabeçiliyində olanları yaxşı tanıyır, ancaq qeyri-formal əlaqələri qəbul edir, istehsalatdan kənarda həvəslə ünsiyyət qurur. Kollektivin bütün üzvlərini öz yaxın dostları hesab edir, əmindir ki, dost-işçilər onu aldatmazlar. Bu baş verəndə isə pərt olur və küsür. İnzibati məsələlərlə məşğul olmağı xoşlamır, onları qeyri-formal səviyyədə həll etməyə üstünlük verir.
Fərdiyyətçi rəhbər” – İdarəçilik fəaliyyətində aydın bilinən fərdiyyəçilik göstərir. Onun ideyaları ilə razılaşmadıqları işçilərdən və yüksək rəhbərlikdən narazıdır. Belə hesab edir ki, bütün işləri özü hamıdan yaxşı bacarar. Hərdən kolletivin fikrini saymır, yüksək rəhbərliyə çətinliklə yovuşur.
Menecerə təsir edən xarici amillər də çox əhəmiyyətlidir. Ölkəmizin bazar iqtisadiyyatına keçməsi təcrübəsi göstərir ki, bu amillər bütün səviyyələrdə olan rəhbərlərə əsaslı təsir göstərir. Müxtəlif istehsal sahələrində struktur dəyişilikləri olduğundan bir çox bacarıqlı rəhbərlər də çətin vəziyyətə düşürlər. Onların zəngin şəxsi istehsal təcrübələri real həqiqətlə ziddiyyət təşkil edir. Analoji rəhbərlik (bundan qabaq mövcud olmuş inzibati idarəçilik) müvəffəqiyyət gətirmir, bir çox köhnədən qalmış sxemlər üzrə iş isə çıxılmaz vəziyyətə gətirir. Bir çoxları bazar iqtisadiyyatına xas olan rəqabətə hazır deyillər. Bazar şəraitində işləməyə professional hazırlığın olmaması, bir çox rəhbərlərin vəziyyətini çətinləşdirir və əvvəllər inkişaf etmiş müəssisələrin müflis olmasına gətirir.

Menecerlərin aşağıdakı idarəçilik keyfiyyətləri vacibdir:
– tabelikdə olanlara təsir etmə qabiliyyəti;
– kommunikativ səriştəlilik;
– liderlik,
– səlahiyyətlərin aşağı idarəetmə səviyyələrinə verilməsi və s.
İşçilərə yüksək təsiretmə qabiliyyətinə malik olmaq üçün intizamlı olmaq və səliqəli geyinmək də zəruridir. Son zamanlar geyimin qiyməti əsas amilə çevrilmişdir. Geyim müəyyən maddi vəziyyətin simvoluna və şəxsi firavanlığın göstəricisinə çevrilmişdir. Menecerin etibar qazanmasına və onun işinin nəticələrinə geyim və xarici görünüşün təsir etməsi faktı Qərb menecmentinin təcrübəsində dəfələrlə təsdiq edilmişdir.
Ən vacib məsələdən bəhs etsə də rabitəsiz, mızıltılı, uzun-uzadı danışan adamlar dəqiq, inamlı və aydın danışanlara nisbətən az əhəmiyyətli rəhbər kimi qəbul olunurlar. Lakin özünə inanan şəxs fikirlərini sərbəst ifadə edir və başqalarının hüquqlarına hörmət etməklə onları dinləməyə məcbur edir. Özünə inamlı rəhbərin qərar qəbul etməsi nisbətən asan olur. Çünki, çətin problemlər müəyyən edilərkən və qərar qəbul edilərkən xarizmatik rəhbərin fikrinə üstünlük verilir.
Hər bir insan psixoloqların kommunikativ təcrübə adlandırdığı vərdişlərə malikdir. Əgər menecer-əlaqələndirici (kommunikator), ünsiyyətin təşəbbüsçüsü kimi əsas rəhbərlik funksiyalarını yerinə yetirə bilmirsə, deməli, onun peşəkar idarəetmə fəaliyyəti yararsızdır. Müasir şəraitdə (istehsal münasibətlərində humanitar aspektlərin artdığı dövrdə) rəhbər üçün əlaqələndirmə səriştəsi, onun peşəkar idarəediciliyinin başlıca cəhəti kimi dəyərləndirilməlidir.
Menecmentdə stimullaşdırıcı amillərdən biri də ünsiyyət bacarığıdır. Ünsiyyət bacarığı hər hansı şəraitə uyğunlaşmağa imkan verir. Bizdə işçilər ünsiyyətin əlaqələndirici (kommunikativ) tərəfinə lazımi əhəmiyyət vermədiklərinə görə çox şey itirirlər. Rəhbər həmişə üzdə olan şəxsdir. Ona görə də o, öz hərəkətlərinə nəzarət etməli, davranış taktikası barədə düşünməli, son nəticəni proqnozlaşdırmalı və işgüzar ünsiyyət etikasına riayət etməlidir. Rəhbər adamları özünə cəlb etmə qabiliyyətinə malik olmalıdır, o, davranışı ilə özünə qarşı xoş münasibətlər, hörmət və etibar qazanmalıdır.
Nüfuz – bir fərdin başqa bir fərdin davranışında, münasibətlərində, duyğusunda dəyişiklik yarada bilən davranışdır. Başqasına təsir etmə vasitələri müxtəlif ola bilər: qulağa pıçıltı ilə edilən xahişdən, boğaza bıçaq dirəməyə qədər. Təşkilat şəraitində belə bıçaq – işdən qovmaq ola bilər. Biri digərinə həmçinin fikirlər söyləməklə də təsir edə bilər. Liderliyini və nüfuzunu güclü etmək üçün, rəhbər öz səlahiyyətlərini ciddi tətbiq etməli və hakimiyyətini möhkəmləndirməlidir.
Hakimiyyət – səlahiyyət və nüfuzdan istifadə etməklə başqalarının davranışına təsir etmək imkanıdır. Rəsmi səlahiyyətlərə əlavə olaraq, rəhbərə hakimiyyət də lazımdır, çünki, o, öz komandasında olan adamlarla və kənar adamlarla işləyir. Təşkilatın müxtəlif işlərini yerinə yetirərkən, rəhbər özünün bilavasitə nüfuzundan, işçilərdən və kənar təşkilatlardakı həmkarlarından istifadə edir. Bu qruplar faktiki olaraq rəhbərin ətraf mühitinin bir hissəsini təşkil edirlər. Bu adamların köməyi olmadan rəhbər öz funksiyalarını səmərəli yerinə yetirə bilməz.
Rəhbərlərin əksəriyyəti kənar adamlarla və təşkilatlarla da bağlıdırlar. Bunlar tədarükçülər, sifarişçilər, rəqiblər, rəhbərlərin fəaliyyətini tənzimləyən idarələr, həmkarlar ittifaqı və başqalarıdır. Liderliyin ilkin alətləri olan səlahiyyət, hakimiyyət və nüfuz olmadan heç bir rəhbər işçi heç bir problemin həllinə nail ola bilməz. Əgər rəhbər, ondan asılı olan adamlara təsir etmək üçün kifayət qədər hakimiyyətə malik deyildirsə, onda o, qoyulan məqsədlərə başqalarının köməyi ilə çatmaq üçün lazım olan dəstəyi ala bilməyəcəkdir. Əgər rəhbər işçinin hakimiyyəti və nüfuzu yoxdursa, onda o, liderlik səviyyəsinə yüksələ bilməyəcək və ola bilsin ki, hakimiyyətini də itirəcəkdir.
Səlahiyyət – müəssisənin müəyyən işlərini yerinə yetirmək üçün işçilərdən və təşkilatın maddi ehtiyatlarından istifadə etmək hüququdur. Əslində, səlahiyyət fərdə yox, vəzifəyə verilir. Fərd öz iş yerini dəyişdikdə, köhnə vəzifəsinin səlahiyyətlərini itirir və yeni vəzifədə yeni səlahiyyət alır. Bununla belə, verilmiş vəzifədə hər hansı bir adam olduqda, adətən səlahiyyətin fərdə verilməsindən danışırlar. Səlahiyyətin verilməsi prosesinin iki konsepsiyası vardır. Klassik konsepsiyaya görə səlahiyyət yuxarı səviyyədən aşağı səviyyəyə ötürülür, cavabdehlik isə aşağı pillədən yuxarı pilləyə bölüşdürülür.
Müəssisədə çalışan hər bir işçi, rəhbərin verdiyi səlahiyyəti və tapşırığı qəbul etməyə bilər. Bunun əsasında Barnard, səlahiyyətin qəbul edilməməsi konsepsiyasını yaratmışdır ki, bu konsepsiyaya görə, səlahiyyət qəbul edilmədiyi halda, heç bir cavabdehlik olmur.
Səlahiyyət, bildiyimiz kimi, idarə edən şəxsə verilən ixtiyardır və o, müəyyən hədd çərçivəsində məhdudlaşdırılır. Bəzi hallarda tabeçilikdə olan işçilərin sayının çoxalması bu məhdudiyyət sərhədlərini dəyişdirir, səlahiyyətin xarakterini və həcmini o dərəcədə genişləndirir ki, səlahiyyət bölgüsü arasındakı münasibətləri tarazlamaq üçün ona yenidən baxmaq lazım gəlir. Ümumiyyətlə səlahiyyətin iki ümumi növü vardır: xətti və qərargah səlahiyyəti.
Xətti səlahiyyət – bilavasitə işçilərlə birbaşa ünsiyyətdə olan rəhbər işçilərə verilən səlahiyyətdir. Məhz xətti səlahiyyətlər rəhbərlərə qanuni hakimiyyət verir ki, öz tabeçiliyindəki işçiləri qoyulmuş məqsədlərə nail olmağa doğru yönəltsinlər. Xətti səlahiyyətlərin verilməsi idarəetmə səviyyələrinin iyerarxiyasını yaradır. İyerarxiyanın yaradılması prosesi skalyar proses adlanır. Bütünlükdə iyerarxiya səviyyələri skalyar zəncir və ya komanda zənciri adlanır. İdarə aparatında deyil, komanda zənciri pillələrində çalışan rəhbər işçilər xətti səlahiyyət sahibləri hesab olunurlar.
Qərargah səlahiyyətləri idarə aparatında çalışan rəhbər işçilərə verilən ixtiyardır. Bu səlahiyyət çox məhdud, faktiki olaraq təklif və məsləhətverici ola bilər və ya elə ümumi ola bilər ki, onlarla xətti səlahiyyətlər arasındakı əlaqələr səthi xarakter daşısın. İdarə aparatını, onun yerinə yetirdiyi funksiyaları nəzərə alaraq, qərargah səlahiyyətlərini aşağıdakı siniflərə ayırmaq olar: məsləhətçilik səlahiyyəti, paralel (xidməti) səlahiyyətlər, funksional səlahiyyətlər, aparat daxilində xətti səlahiyyətlər. Yadda saxlamaq lazımdır ki, praktikada bu növ səlahiyyət bölgüləri arasında sərt sərhəd qoymaq çox çətindir. Hər bir aparat işçisinə verilən səlahiyyət məhdud olduğu qədər də, çox geniş diapazona malik olur.
Məsuliyyət – verilən tapşırıqların yerinə yetirilməsi öhdəçiliyini və onların qənaətbəxş həll edilməsinə cavabdehliyi ifadə edir. Cavabdehlik dedikdə, fərddən onun təşkilatda müəyyən vəzifəni tutduqda, konkret işin icrası üçün tələblərin yerinə yetirilməsinə görə öhdəçiliyi boynuna götürməsi başa düşülür. Hər hansı bir fərd müəyyən mükafat müqabilində, verilən işin yerinə yetirilməsi üçün təşkilatla müqavilə bağlayır və görəcəyi işlər üçün məsuliyyət daşıyır. Məsuliyyət o deməkdir ki, işçi yerinə yetirdiyi işin nəticələrinə görə ona səlahiyyət verən adamın qarşısında cavabdehdir. Rəhbər, səlahiyyəti öz işçisinə verərkən heç də məsuliyyəti öz üzərindən götürmür. Hər hansı bir işin yerinə yetirilməsi üçün məsuliyyətli olan rəhbər, işi başqalarına gördürsə də, işin qənaətbəxş başa çatdırılmasına görə cavabdehlik daşıyır.
Funksional idarəetmə quruluşu.Firmanın fəaliyyətinin təşkilinin funksional quruluş sxemi orta səviyyəli kompaniyalarda daha geniş istifadə olunur. Funksional quruluş (departamentləşdirmə) təşkilatın ayrı-ayrı funksional elementlərə bölünməsi prosesidir. Hər bir element, özünün dəqiq müəyyən edilmiş konkret tapşırığına və vəzifəsinə malikdir. Bu və ya digər bölmənin fəaliyyətinin konkret xüsusiyyətləri, bütün təşkilatın fəaliyyətinin əsas istiqamətinə uyğun gəlməlidir. Bir halda ki, funksional departamentləşdirmə, dəqiq tapşırıqlara malik bloklara bölünmədir, onda iri sənaye kompaniyalarında bu, kütləvi istehsalın texnologiya üzrə bölünməsi ola bilər.
Kompaniyanın ənənəvi funksional blokları: istehsal, marketinq və maliyyə bölmələridir. Əgər təşkilatın və ya verilmiş bölmənin ölçüsü çox böyükdürsə, onda əsas funksional bölmələri daha kiçik funksional bölmələrə ayırmaq olar. Bu bölmələrə əlavə və ya törəmə bölmələr deyilir. Burada əsas məqsəd ixtisaslaşmanın üstünlüyündən tam dərəcədə istifadə etmək və rəhbərliyin hədsiz yüklənməsinə yol verməməkdir. Bu zaman ehtiyatlı olmaq lazımdır ki, belə bölmələr öz məqsədlərini təşkilatın ümumi məqsədindən üstün tutmasınlar. Əlavə bölmələr istənilən quruluşlu təşkilatlara tətbiq edilə bilərlər.
Funksional quruluşun üstün cəhətləri aşağıdakılardır:
– İşgüzarlığı və peşəkar ixtisaslaşmanı gücləndirir və stimullaşdırır.
– Funksional sahələrdə maddi ehtiyatların ifrat istehlakının qarşısını alır və əməliyyatların təkrar edilməsini azaldır.
– Funksional sahələrdə koordinasiyanı (əlaqələndirməni) yaxşılaşdırır.
Funksional quruluşun çatışmayan cəhətləri isə aşağıdakılardır:
– Şöbə və bölmələr öz məqsəd və vəzifələrini həyata keçirməkdə, ümumi məqsədlərin həyata keçirilməsindən daha çox maraqlı ola bilərlər. Bu isə, funksional sahələr arasında münaqişə imkanını artırar.
– Böyük təşkilatlarda, ali rəhbərdən bilavasitə icraçıya qədər olan komanda zənciri çox uzun ola bilər (idarəetmə pillələrinin sayı artar).

Funksional quruluşu, məhsulların məhdud nomenklaturasını buraxan, sabit xarici təsir şəraitində fəaliyyət göstərən və özünün yaşamasını təmin etmək üçün standart idarəetmə vəzifələrini həll edən təşkilatlarda istifadə etmək daha məqsədəuyğundur.
Funksional quruluş, geniş nomenklatura ilə məhsul buraxan, istehsalat və texniki tələbatların tez-tez dəyişdiyi mühitdə fəaliyyət göstərən, həmçinin öz fəaliyyətini geniş beynəlxalq miqyasda – müxtəlif sosial-iqtisadi sistemləri və qanunvericiliyi olan ölkələrin bazarlarında həyata keçirən təşkilatlar üçün xarakterik deyildir. Bu tip təşkilatlar üçün divizional quruluş xarakterikdir.

Bu növ təşkilatlara misal olaraq, metallurgiya və kimya sənayesi müəssisələrini, həmçinin xammal istehsal edən sənaye sahələrində aid olan firmaları göstərmək olar.
Funksional quruluşlar səmərəli olmadığına görə, böyük şirkətlərdə divizional quruluşdan istifadə edilməsinə keçilmişdir. Bu quruluşun əsas növləri: müxtəlif növ məhsullara, müxtəlif qrup tələbatçılara və müxtəlif regionlara yönəldilmiş quruluşlardır.

Müəllif: Ağasəf İmran
Mənbə: ”Menecment”(dərslik) BAKI-2007

Yaxşı vəkil necə tapmaq olar

Yaxşı bir vəkil tapmaq məhkəmədə qalib gəlmək üçün atacağınız ən vacib addım ola bilər və bu, çətin bir iş olmamalıdır. Bununla belə, axtarışa vaxt ayırmalı olacaqsınız. Səylərinizi keçmişdə konkret hüquqi probleminizlə məşğul olmuş və şəxsən razılaşdığınız bir vəkilin tapılmasına yönəldin. Düzgün vəkili tapmaq üçün vaxt ayırmağa dəyər, çünki onlar sizin işinizdə qalib gəlməyinizə daha çox kömək edəcəklər.

addım

3-cü hissənin 1-ci hissəsi: Potensial hüquqşünasların tapılması

  • İflas qanunu. Maliyyə problemləriniz varsa, bu faydalı olacaq.
  • Cinayət hüququ. Əgər işiniz cinayət və ya potensial qeyri-qanuni fəaliyyətlə bağlıdırsa, cinayət hüququ üzrə ixtisaslaşmış hüquqşünas vacibdir.
  • Əlillər üzrə mütəxəssis. Əlillik üzrə mütəxəssislər sosial təminat və/və ya veteranların əlillik tələblərini yerinə yetirə bilərlər.
  • Trestlər və mülklər. Bu növ hüquqşünas əmlak planlaması, Medicaid-ə uyğun olmaq, əmlakı sınaqdan keçirmək və yaşlı valideyn və ya nənə və baba üçün qəyyumluq almaq kimi məsələlərlə məşğul olur.
  • Ailə hüququ. Ailə hüququ üzrə vəkillər ayrılıq, boşanma, nikahdan əvvəl razılaşmalar, övladlığa götürmə, qəyyumluq, qəyyumluq və dəstək kimi işlərlə məşğul olurlar.
  • Şəxsi zədə qanunu. Şəxsi zədə vəkilləri tibbi səhvlər, it dişləmələri, avtomobil qəzaları və başqa bir günah ola biləcək hər hansı bir şəxsi zədə ilə əlaqəli işlərlə məşğul olur.
  • Əmək hüququ. Məşğulluq hüquqşünasları şirkətinizə məşğulluq siyasətini qurmağa kömək edə bilər və ya bir işçinin şirkətə qanunsuz xitam verilməsi üçün məhkəməyə verdiyi və ya bir şirkətin məhkəməyə verildiyi halları idarə edə bilər.
  • Kiçik biznes və ya şirkət hüququ. Bir iş qurmaq istəyirsinizsə, kiçik biznes hüquqşünası və ya korporativ hüquqşünaslar ən yaxşı seçiminizdir.
  • Amerika Hüquqşünaslar Assosiasiyası tərəfindən təqdim olunan Dövlət və Yerli Vəkillər Kollegiyaları səhifəsində əyalətinizi seçməklə Vəkillər Kollegiyasının vebsaytını tapa bilərsiniz.
  • LawHelp.org kimi bəzi saytlar əsas diqqəti aşağı gəlirli insanlara vəkil tapmaqda kömək edir.
  • Birdən çox saytdan çarpaz istinad rəyləri. Bu, tapdığınız rəylərdə hər hansı qərəzliliyin qarşısını almağa kömək edir.
  • Tez-tez verilən suallar və ya hüquqi probleminizlə bağlı məqalələri olan bloq daxil olmaqla, köməyə ehtiyacınız olan hüquqi məsələlərin növü haqqında ümumi məlumatı axtarın. Ən yaxşı hüquqşünaslar çoxlu məlumat təklif edən yaxşı işlənmiş veb saytları qoruyacaqlar.
  • Əksər hüquqşünasların internet saytları firmada işləyən hər bir hüquqşünas haqqında məlumat verir. Hər bir vəkilin təhsil keçmişinə və iş tarixinə baxın.
  • Tipik olaraq, köməyə ehtiyacınız olan hüquq növündə ən azı üç-beş illik təcrübəyə malik vəkil axtarmalısınız. Bundan əlavə, köməyə ehtiyacınız olan sahədə hazırda təcrübə keçən vəkil seçin.
  • Bir çox hüquqşünasın Twitter, LinkedIn və ya Facebook kimi sosial mediada olduğunu unutmayın. Bu profilləri də yoxlayın. Hüquqşünasın özünü ictimaiyyətə necə çatdırması, onunla necə işləyə biləcəyinizi anlamağa kömək edə bilər.

3-cü hissənin 2-ci hissəsi: Hüquqşünas seçmək

  1. Siyahınızda qalan hər hansı bir vəkillərlə görüş təyin edin. Hər bir vəkillə əlaqə saxlayın və məsləhətləşin. Əksər hüquqşünaslar pulsuz məsləhətləşmələr təyin edirlər. Bununla belə, bəziləri konsultasiya üçün kiçik bir ödəniş tələb edə bilər. Sizə ittiham irəli sürüldüyünü bildiyinizə əmin olun və bu detallardan xəbəri olmayan vəkillə görüş təyin etməyin.
    • Əksər hüquqşünaslar pulsuz məsləhətlər təklif edirlər. İlkin məsləhətləşmələr üçün ödəniş tələb edən vəkillə məsləhətləşmədən əvvəl axtarışınıza bunlarla başlayın.
    • Əgər vəkillə eyni ştatda yaşamırsınızsa, üzbəüz görüş əvəzinə telefonla məsləhətləşmələr təyin edə bilərsiniz. Amma adətən vəkilinizin məhkəmədə sizinlə birlikdə olmasını istədiyiniz üçün sizi təmsil edən yerli vəkil tapmağa çalışın.
  2. Vəkilin fəaliyyəti ilə bağlı suallar yazın. Siz ümumiyyətlə vəkil haqqında əsas məlumatları, məsələn, onun nə qədər müddət işlədiyi, harada hüquq fakültəsinə getdiyi və s. kimi əsas məlumatları öyrənə bilərsiniz. Şəxsi suallarınız üçün konkret işinizə aid olan məsələlər barədə soruşun. Sizi maraqlandıran suallara cavab verməkdə problem yaşamamalı və tərəddüdlü və ya etibarsız görünməməlidir. Veriləcək sahələrə aşağıdakılar haqqında suallar daxildir:
    • Qiymətlər. Siz soruşmalısınız ki, vəkil saatlıq tariflər və ya sabit ödənişlər təklif edir? Təcrübənin bir çox sahələrində, xüsusən də ailə hüququ kimi məsələlərdə sabit qiymətlər çox populyardır.
    • Hüquqi iş üçün çatdırılma müddəti. Vəkilin hüquqi layihənizi nə qədər tez başa çatdırmasını gözlədiyinizi soruşmalısınız. Vəkiliniz yəqin ki, sizə dəqiq rəqəm verə bilməyəcək, lakin o, sizə keçmişdə oxşar işlərin nə qədər vaxt apardığını və yəqin ki, həllini nə vaxt gözləyə biləcəyinizi söyləyə bilməlidir.
    • Müvəffəqiyyət dərəcəsi. Yəqin soruşmaq istərdiniz ki, vəkilin sizin kimi işlərlə bağlı təcrübəsi nədən ibarətdir. Hüquqşünaslar nəticəyə zəmanət verə bilməzlər (onlara bunu etmək etik cəhətdən qadağandır), lakin ağlabatan şəkildə gözləyə biləcəyiniz nəticələr barədə təsəvvürünüz olmalıdır. Əvvəlki müştərilərdən də istinadlar istəyə bilərsiniz. Nəzərə alın ki, vəkil sizə məlumat verməzdən əvvəl əvvəlki müştərilərdən icazə almalıdır ki, siz dərhal arayış almayasınız.
    • Mövcudluq. Vəkilin nə qədər tez başlaya biləcəyini soruşmalısınız. Siz həmçinin iş boyu əsas əlaqə adamınızın kim olacağını soruşmalısınız. Ən çox köməkçinizdən və ya kiçik həmkarınızdan eşitmək istəyirsiniz? İşinizlə bağlı suallarla kimə müraciət edəcəyinizi bilməlisiniz.
    • Pis davranış. Əgər vəkil özünü pis aparıbsa və ya tənbeh edibsə, bu barədə Dövlət Vəkillər Kollegiyasının internet saytında məlumat əldə edə bilərsiniz. Bəzi hallarda pozuntu kiçik ola bilər, məsələn. Bar haqqının vaxtında ödənilməməsi. Siz pozuntunun sizi narahat edəcək qədər əhəmiyyətli olub olmadığına qərar verməlisiniz.
  3. Sənədləri və ya məlumatları iclasa gətirin. Vəkil sizdən müəyyən sənədləri gətirməyi xahiş edə bilər, lakin siz iş üçün vacib hesab etdiyiniz bütün sənədləri də gətirməlisiniz. Bu sənədləri görüş günü tapa biləcəyinizə əmin olmaq üçün əvvəlcədən toplayın.
  4. Məsləhətləşmələrinizdə iştirak edin. Seçdiyiniz vəkillərin hər biri ilə görüşün və ya danışın. Hər bir vəkilin dediklərini və ilkin təəssüratlarınızı daha sonra xatırlaya bilmək üçün hər biri ilə danışarkən qeydlər aparmaqdan çekinmeyin.
    • Bir iş üçün vəkillə müsahibə etdiyinizi unutmayın. Görüşünüzü iş müsahibəsi kimi qəbul edin. Əgər vəkilin sizi dinləmədiyini və ya suallarınıza cavab vermədiyini hiss edirsinizsə, başqa vəkil seçin.
  5. Rahat olduğunuz bir vəkil seçin. Təcrübə və güclü qanun biliyi bir yana, anlaşacağınızı düşündüyünüz və işləyəcəyiniz hüquqşünas seçin.
    • Əgər vəkil sizi hər hansı bir şəkildə narahat edirsə, sizi təmsil edəcək başqa birini seçin.
    • Həmçinin, vəkilin suallarınızı nə qədər yaxşı cavablandırdığını düşünün. Əgər o, tərəddüd edirsə, həddindən artıq “qanuni” istifadə edirsə və ya ehtiyaclarınıza uyğun gəlmirsə, başqa birini seçin.
    • Əgər birdən çox hüquqşünas axtardığınız keyfiyyətlərə malikdirsə, sizə ən rahat olanı seçin.

3-cü hissə: Xərcləri nəzərə alaraq

  1. Vəkillərin öz xidmətləri üçün necə ödəniş etdiyini anlayın. Hüquqşünasların öz xidmətləri üçün hesablama aparmasının adətən üç mühüm yolu var: sabit rüsum, ehtiyat haqqı və ya saatlıq ödəniş.
    • Müəyyən bir ödəniş tələb edən vəkil, işin neçə saat çəkməsindən asılı olmayaraq, bütün işə baxılması üçün bir haqq (bəzən əvvəlcədən) alır. Sabit ödənişlə baxılan işlərin bəzi nümunələri cinayət işləri, iflas işləri, məişət məsələləri (boşanma və ya qəyyumluq kimi) və vəsiyyətnamənin və ya etibar sənədinin hazırlanması kimi sənədlərin hazırlanmasıdır.
    • Fövqəladə hallar üçün ödəniş alan vəkil, vəkil müştəri üçün hesablaşma və ya məhkəmə yolu ilə pul toplamadığı halda, müştəridən məhkəmə xərclərini tələb etmir. Vəkil hesablaşma məbləğinin faizini, adətən 30-40 faizini alır. Fövqəladə hallar üçün ödənişlər əsasında baxılan bəzi işlərə misal olaraq şəxsi zədə halları, iş yerində ayrı-seçkilik halları və şirkət və ya şirkətdən böyük məbləğdə bərpa gözlənilən digər iş növləri daxildir.
    • Saatlıq əmək haqqı “hesablama saatları” alan və sonra müştərinin işində işlədiyi saatların sayına görə müştəridən ödəniş alan vəkillər. Adətən, saatlıq tariflər məhkəmə çəkişmələrində iştirak edə biləcək şirkətlər və firmalar tərəfindən istifadə olunur. Bundan əlavə, uzun və ya mürəkkəb məhkəmə çəkişmələri üçün şəxslərdən saatlıq tariflər tutula bilər.
  2. Ödənişlə razılaşın. Nə xərcləyə bildiyinizi büdcəyə salın və vəkilin büdcənizə uyğun olaraq işinizi idarə edə biləcəyini soruşun. Bundan əlavə, vəkilə əmin olun ki, işinizdə büdcədən kənara çıxan hər hansı bir iş görməzdən əvvəl sizə məlumat verməlidir.
    • Yadda saxlayın ki, çətin büdcə ilə belə, işiniz xeyli mürəkkəbləşərsə və ya vəkilin gözlədiyindən xeyli uzun çəkərsə, vəkil haqqını daha çox ödəməli ola bilərsiniz.
    • Əgər vəkillik haqqını əvvəlcədən ödəyə bilmirsinizsə, ödəniş planları kimi mümkün tənzimləmələr barədə soruşun. Bir çox hüquqşünas maliyyə ehtiyaclarınıza əsaslanaraq sizinlə işləməyə hazırdır.
    • Hüquqşünasların orta və ya aşağı gəliri olanlara hüquqi məsləhət tapmaqda kömək edə biləcək bir neçə üsul var. Bir çox şirkət gəlirinizə əsaslanaraq “sürüşmə haqqı” təklif edir, buna görə də gəlir səviyyənizin imkan verdiyi məbləği ödəyirsiniz. Siz bəzən hətta hüquqi məsləhət üçün mal və ya xidmətlərin ticarəti ilə (məsələn, veb dizayn, bağçılıq) barter ödəyə bilərsiniz. Bu, fərdi vəkildən asılıdır.
  3. Nişan məktubu və ya sahibini yerinə yetirin. Vəkiliniz sizə nişan məktubu və ya sahibi verəcək. Bu, sizinlə vəkiliniz arasında bağlandığınız hüquqi öhdəliyin xarakterini və vəkilinizlə razılaşmanızın şərtlərini müəyyən edən müqavilədir.
    • Bu müddəa və şərtlərə cavabdeh olduğunuz xərclər, vəkilin tutduğu tarif və minimum ödəniş daxil edilməlidir. Qeyd: Minimum ödəniş artımı 15 dəqiqə deyil, altı dəqiqə olmalıdır.

İcma sualları və cavabları

Floridada yaşayıramsa, İndiana ştatında saxta ittihamlarla mənə tətbiq edilən mühafizə orderi ilə necə mübarizə apara bilərəm? Bir polis əməkdaşı mənə telefonla xidmət etdi, bu qanunidirmi?

Mən hüquqşünas deyiləm, amma bu düzgün səslənmir. Zəng edənin əslində polis olduğunu necə bilirsiniz? Dövlətlərarası xidmət də şübhəlidir. Təsdiq edilmiş poçtla sizə göndərilən bütün mühafizə əmri məlumatlarını aldığınızdan əmin olun və əgər bu qanuni görünürsə, vəkil işə götürün.

Vəkillərin e-poçt ünvanlarını necə tapa bilərəm?

Əgər vəkil mənim üçün heç nə etməzsə və hər şeyimi itirməyimə səbəb olarsa, mən nə edə bilərəm?

Vərəsəliyi olan ştatdan kənar keçmiş şəxsdən geri qaytarılmış uşaq dəstəyini necə bərpa edə bilərəm?

SSDI, SSA, ALJ və Apellyasiya Şurasını məhkəməyə vermək üçün hansı növ hüquqşünasa ehtiyacım var?

Aldığım əmlaka dair sənədi almağa çalışarkən necə kömək tapa bilərəm?

Məsləhətlər

  • Aşağıdakılardan birini yerinə yetirmək üçün vəkilinizi işdən azad etməyi düşünün: ərizə vermə və ya məhkəmə tarixlərini qaçırmaq, işinizin statusu haqqında sizə məlumat verməkdən imtina etmək, telefon zənglərinə və e-poçtlara cavab verməmək, suallar verərkən dürüst və səmimi olmamaq.
  • İşinizdən ən yaxşı nəticə əldə etmək üçün vəkilinizlə işləməlisiniz. Həmişə tələb olunan bütün sənədləri təqdim edin və dinləmələri qaçırmayın. Yaxşı vəkil işinizdə sizə mütləq kömək edəcək, lakin sizin əməkdaşlığınız olmadan bir vəkilin edə biləcəyi çox şey var.

Hər gün saat Sizi daha təhlükəsiz, daha sağlam və ya rifahınızı yaxşılaşdıran daha yaxşı həyat yaşamağınıza kömək edəcək təlimat və məlumat əldə etmək üçün çox çalışırıq. Mövcud ictimai sağlamlıq və iqtisadi böhranların ortasında, dünyanın dramatik şəkildə dəyişdiyi və hamımızın öyrəndiyimiz və gündəlik həyatdakı dəyişikliklərə uyğunlaşdığımız bir vaxtda insanların hər zamankindən daha çox ehtiyacı var. Dəstəyiniz daha ətraflı təsvirli məqalələr və videolar yaratmağa və etibarlı brend təlimat məzmunumuzu dünya üzrə milyonlarla insanla paylaşmağa kömək edir. Bu günə töhfə verməyi düşünün.

Gəncə sakini üç qadını Türkiyəyə aparıb, onları cinsi istismara məruz qoyub – Şok təfərrüat

Milli.Az Teleqraf.com-a istinadən bildirir ki, Xanım 2019-cu ilin noyabrından 2020-ci ilin dekabrınadək müddətdə Aydanla vatsapın ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə əlaqə saxlayıb, onu müxtəlif ünvanlara göndərib və tanışı olan kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürüb. Hər dəfə 50 manat məbləğində gəlir əldə edib. O, dəfələrlə kişi müştərilərdən 200 manat pul müqabilində Aydanla cinsi əlaqədə olmalarını təşkil edib.

Bundan başqa o, təkrar 2020-ci ilin dekabrından 2021-ci ilin aprel ayınadək Yasamal rayonu, “Qələbə” dairəsi yaxınlığında yaşayan Aynurə ilə vatsap vasitəsi ilə əlaqə saxlayıb. Onu müxtəlif ünvanlara göndərib və tanışı olan kişi müştərilərlə pul müqabilində görüşdürüb.

Xanım 2021-ci ilin yanvar ayının əvvəllərində Nərimanov rayonu ərazisindəki restoranda Sevillə danışıb.

İstanbul şəhərində iş təşkil edəcəyi vədi ilə onu aldadıb və dövlət sərhədindən keçirib. Həmin il yanvarın 11-də qadını İstanbul şəhərinə aparıb, Taksim adlanan ərazidə kirayə yaşadığı mənzildə yerləşdirib. Sevili 2021-ci il yanvar ayının sonlarından fevral ayının ortalarınadək olan müddətdə istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb.

Daha sonra Xanım Aynurəyə iş təşkil edəcəyini vəd edib və İstanbul şəhərinə aparıb. Orada onu kişi müştəriləri ilə pul ödəniş müqabilində görüşdürüb və cinsi əlaqədə olmasını təşkil edib.

İstintaq orqanı tərəfindən Xanımın barəsində Cinayət Məcəlləsinin 144-1.2.1-ci (iki və ya daha çox şəxs barəsində insan alveri törətmək), 144-1.2.2-ci (təkrar insan alveri törətmək), 144-1.2.4-1-ci (insan alveri qurbanını Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə törədildikdə) və 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddələri ilə ittiham elan edilib.

“Nişanlı olduğumu bilirdi”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Xanım ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, Aydanla işlətdiyi paltar mağazasında tanış olub: “O, müştəri kimi mənim işlətdiyim mağazaya gəlir, məndən paltar alırdı. Aydanın vasitəsilə Aynurəni də tanıdım.

Aydan həmin zamanlarda mənə gözəllik salonunda saç ustası işlədiyini bildirdi. O mənim türk vətəndaşla nişanlı olduğumu bilirdi. Hətta ailə üzvləri də bundan xəbərdar idilər. Turkiyəyə nişanlımın yanına gedəndə dəfələrlə oradan mal gətirərək satmışam”.

“Yola çıxmaq istəmədim”

Təqsirləndirilən şəxsin sözlərinə görə, Aydana bir neçə dəfə bijuteriya verib ki, salona gələn xanımlara satsın: “Aydan bildirdi ki, mənimlə bir yerdə Türkiyəyə getmək istəyir. Mən isə onun nisbətən yüngül təbiətli qadın olduğunu düşündüm, onunla yola çıxmaq istəmədim”.

Təqsirləndirilən şəxs deyib ki, bundan başqa həmin vaxtlar Aydanın sosial şəbəkələrdə məşhur siyasətçilərdən birinin qızı (həmin şəxslərin adları və soyadları bizə məlum olsa da, adlarını qeyd etmirik – red.) ilə video görüntüləri yayılmışdı. Bu səbəbdən ona bir yerdə Türkiyəyə getmək istəmədiyimi bildirdim.

Daha sonra Aydanın atası Yasamalda “Bravo” marketin qarşısında maşında mənimlə görüşdü. Mənə bildirdi ki, Tükiyədən mal gətirib burada satmağımdan xəbəri var. Dedi ki, qızı Aydanın da Türkiyədə mənim dəstəyimlə gözəllik salonu açmasını istəyir”.

Təqsirləndirilən şəxs daha sonra qeyd edib ki, Aydanın atası Şamaxıda bağı olduğunu deyib: “Bildirdi ki, həmin evi 100-150 min manata satıb, qızına verəcək, qızı da orada salon açanda istifadə edəcək.

Daha sonra Aydan zəng edib anasının mənimlə danışmaq istədiyini bildirdi. Mən onun anası ilə də telefonda danışdım.

Aydanın anası bildirdi ki, maddi vəziyyətləri yaxşı deyil, Türkiyədə gözəllik salonlarından yaxşı pul gəlir deyə Aydanın mənimlə Türkiyəyə getməsini xahiş edir. Bundan sonra Aydanın mənimlə Türkiyəyə getməsinə razı oldum”.

“Açıq-saçıq geyinir, gecə şəhərə çıxırdılar”

Təqsirləndirilən şəxsin sözlərinə görə, həmin zamanlar Aydanın mağazadan tanıdığı rəfiqəsi Aynurə sevgilisindən ayrıldığından depressiyaya düşüb: “Türkiyəyə gedəcəyimizi eşitdikdə bildirdi ki, o da fikri dağılması, başı açılması üçün bizimlə bir yerdə 10 günlüyünə istirahətə etmək istəyir. Bütün bunlardan sonra onlarla Türkiyəyə getməyə razılıq verdim.

Biz 9 noyabr 2021-ci ildə Türkiyənin İstanbul şəhərinə getdik. Mən həmişə İstanbula gedəndə rəfiqəm Gülüsüm xanımın evində qalmışam. Bu dəfə də Gülüsümün yaşadığı ünvanda qaldım. Aydanla Aynurəni də özümlə apardım.

Gülüsümün evi İstanbulda Taksimdə yerləşir. O, ata-anası ilə bir yerdə yaşayırdı. Diyarbəkirdə mənim nişanlımla eyni kənddəndirlər.

Mən hələ Bakıda olarkən Aydan və Aynurəyə bildirdim ki, İstanbulda qonaq qalıram, ona görə də qonaq getdiyim evdə onları üç-dörd gün saxlaya bilərəm. Bundan sonra gərək həmin evdən çıxsınlar, çünki Gülüsümün ana-atası yaşlıdırlar, narahat ola bilərlər.

Aydan və Aynurə mənimlə razılaşdılar. Lakin İstanbulda söz verdikləri kimi həmin evdən çıxmadılar, təxminən bir həftə mənimlə bir yerdə qaldılar. Onlar orada çox açıq-saçıq geyinir, səs-küylü danışır, gecə saatlarında evdən çıxır, geri gec qayıdırdılar. Bu səbəbdən Gülüsümün anası mənə etiraz etdi. Mən də qızlara bildirdim ki, ev sahibləri onların hərəkətlərindən narahatdırlar, evdən çıxmalıdırlar.

Sonradan istintaq zamanı bildim ki, onlar Gülüsümün evindən çıxdıqdan sonra İstanbulda müxtəlif otellerdə qalıb, sonra Bakıya qayıdıblar”.

“Çay işmişik, başqa iş görməmişik”

Xanımın ifadəsinə görə, Sevili təxminən üç il əvvəl restoranda tanıyıb: “Xatırlamadığım qonaqlığa Sevil də gəlmişdi, aramızda münasibət yarandı.

Sevillə tanış olduğum müddətdə Yasamal rayonu ərazisində ünvanını dəqiq bilmədiyim mənzildə kirayədə qalmışam. Sevil də həmin mənzilə gəlib-gedib. Onun gəlişi sadəcə yaxın münasibətlərimizlə bağlı olub. Oturub çay içib söhbət etmişik, başqa hər hansı iş görməmişik”.

“Xahiş etdi ki, şou proqramlarda yer ayırsın”

Xanım qeyd edib ki, sonuncu dəfə Sevilgil onun yanına gələndə evdə qab-qacağı yığışdırırmış: “Məndən nə baş verdiyini soruşdular. Dedim, evi təhvil verməliyəm. Çünki Türkiyəyə ticarətlə məşğul olmağa gedirəm. Həmçinin həmin vaxt Mertlə tanış olmuşdum və aktyorluğa seçimlərdə də iştirak etməliydim.

Sevil bunu eşidən kimi dedi, ona da Türkiyədən təkliflər gəlib, o da getməlidir. Təklif etdi ki, Türkiyəyə birlikdə gedək, birgə otel nömrəsi tutaq, pulunu da yarıbayarı ödəyək. Məndən xahiş etdi ki, Mertlə danışım, onun üçün də restoranlarda şou proqramlarda yer ayırsın.

Beləliklə, razılaşdıq ki, Türkiyəyə birlikdı gedək. Sevilin bileti Türkiyədən alındı. Mən isə öz təyyarə biletimi aerokassadan aldım”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, İstanbul şəhərində “Cemalim Suit” otelində birlikdə qalmağa nömrə sifariş verib və orada qalmağa başlayıblar: “Təxminən bir aya yaxın Sevillə qaldım. O, gün ərzində rəqs paltarlarını götürüb mənə məlum olmayan yerə gedirdi. Hara getməsi mənim üçün maraqsız idi. Həm də heç bir zaman məni getdiyi yerə aparmırdı. Bu cəhətdən çox xəsis idi.

Mən də Mertin müsabiqəsində iştirak etmək üçün gedib-gəlirdim. Mertlə görüşə gedərkən Sevil də mənimlə getmək istədiyini bildirdi. Sevillə Mert Arı beləcə tanış oldular.

Mert Arı bizə bildirdi ki, Azərbaycanda gözəllik müsabiqəsi keçirmək istəyir, amma əlaqə qurmağa adam tapa bilmir. Sevil Mertə köməklik edəcəyini bildirdi. Onların münasibətləri yaxınlaşdı”.

Təqsirləndirilən şəxs qeyd edib ki, əvvəlki ifadəsində adını qeyd etdiyi Gülüsümlə və nişanlısı İshaqla məhz “Cemalim Suit” otelində qalarkən tanış olub: “Gülüsüm həmin oteldə xadimə işləyirdi. İshaqın dayısı isə otelin sahibi idi. Sevillə oteldə hər ikmiz qeydiyyatdan keçmişdik, pasportlarımizi ayrı-ayrılıqda təqdim etmişdik.

Otaqda isitmə sobasına görə aramızda mübahisə oldu. Otel sahibi istilik sobasını az işlətməyimizi istədi. Sevil də otel işçilərinə sobanı mənim işlətdiyimi dedi. Bu səbəbdən aramızda narazılıq oldu.

Bir ay İstanbulda qaldıqdan sonra Azərbaycana qayıtdım. Sevil isə orada qaldı. Bundan sonra Sevillə əlaqəm olmadı”.

“Şikayətinin olmadığını bildirdi”

Təqsirləndirilən şəxsin bildirdiyinə görə, onlar Türkiyədə olarkən bir yerdə Taksimdə yerləşən “Hafiz Mustafa” adlı restorana gedib, orada yeyib-içiblər:

“Aynurə İstanbulda Gülüsümün evindən çıxarkən mənə hirsli şəkildə bildirdi ki, Bakıda görüşərik. Bəlkə də onlar səhvən düşünüblər ki, həmin xanımları evdən qəsdən qovuram, ona görə Bakıya qayıdarkən məndən şikayət ediblər.

İstintaq zamanı üzləşmədə müstəntiq Aynurənin şikayət etməsi səbəbini soruşdu. O da şikayətinin olmadığını, gətirilən zaman polis əməkdaşlarının özlərinin şikayət ərizəsi yazaraq, ona imza atdırdıqlarını bildirdi.

Biz bir yerdə Türkiyəyə getməmişdən əvvəl Aydanın Türkiyəyə gedib-getmədiyini bilmirəm. Lakin əvvəllər danışanda həmişə deyirdi ki, Dubayda olub”.

Təqsirləndirilən şəxs bildirib ki, heç vaxt “Melissa Park” yaşayış kompleksində və Yasamal rayonu ərazisində “Qələbə” dairəsinin yaxınlığındakı evlərdə qalmayıb: “Həmin ünvanlarda Aynurə və Aydan yaşayıblar. Həmin evlərdə pul qarşılığında qəbul etmələri üçün heç bir müştəri təklif etməmişəm. Onlar özləri həmin evlərdə kişi qəbul edirdilər.

Ümumiyyətlə, heç vaxt Aydan və Aynurənin pul qarşılığında görüşmələri üçün müştəri təklif etməmişəm. Mən Türkiyədən satmaq üçün paltar gətirməklə məşğul olmuşam. Türk vətəndaşı ilə nişanlı olduğum üçün ora tez-tez gedib-gəlmişəm.

Türkiyəyə gedəndə Aydandan 150, Aynurədən 450 manat borc pul almışam. Aynirə və Aydandan aldığım borcu İstanbula getdikdən sonra nişanlımndan alaraq qaytarmışam”.

“Məni kişilərlə görüşə məcbur etməyib”

Cinayət işi üzrə zərərçəkmiş Aydanın sözlərinə görə, Xanımı təxminən 2017-ci ildən tanıyır: “Xanımla Yasamal rayonunda işlədiyim gözəllik salonunda müştəri kimi tanış olmuşuq. İşlədiyim gözəlik salonunda müxtəlif salon xidmətləri göstərib.

2017-ci ildə Xanımla təzə tanış olanda mənə kişilərlə görüşdən yaxşı pul qaldığını bildirdi. Dedi ki, istəsə, sənə müştəri tapa bilərəm. Onun təklifi ilə razı oldum. Beləliklə, Xanım məni Bakı şəhərinin ayrı-ayrı yerlərində kişilərə təklif etdi.

Həmin zaman müştəri ilə görüşə könüllü getmişəm. Xanım və ya hər hansı başqa şəxs məni kişilərlə görüşməyə məcbur etməyib. Müştərilərlə görüşdükdən sonra pulu mənə Xanım verib”.

“Təklif etdiyi müştərilərlə görüşdüm”

Zərərçəkmiş şəxsin bildirdiyinə görə, 2021-ci ildə Xanımla söhbət əsnasında onun Türkiyəyə gedib-gəldiyini bilib: “Xanım mənə Türkiyədə işi olduğunu, oradan mal gətirərək Bakıda satdığını, alverlə əlaqədar olaraq oraya gedib-gəldiyini dedi.

Mən digər zərərçəkmiş Aynurə ilə də salonda tanış olmuşam. Bir dəfə salonda olarkən Aynurə, Xanım və mənim özüm söhbət etdik. Xanım bildirdi ki, yaxınlarda yenə Türkiyəyə gedəcək. Bizə təklif etdi ki, İstanbulda salon açsaq, daha çox pul qazana bilərik.

Həmin vaxt Bakıda salonda işlər zəif olduğundan qərara gəldim ki, Xanımla bir yerdə Türkiyəyə gedim, orada salon açmaqda Xanım bizə köməklik göstərsin. Türkiyəyə getmək üçün bileti özüm aldım.

İstanbulda biz Xanımın rəfiqəsinin evində Taksim ərazisində qaldıq. Bir neçə gün qaldıqdan sonra Xanım bildirdi ki, salon işi alınmır. Mən məcbur qalaraq Xanımın təklif etdiyi müştərilərlə görüşüm”.

Zərərçəkmiş qeyd edib ki, Xanımın təklifi ilə 3-4 müştəri ilə görüşüb: “Hər müştəridən mənə 150 manat verib. Xanımın özünə nə qədər pul qaldığı, ümumiyyətlə ona pul qalıb-qalmaması barədə məlumatım yoxdur.

Bakıda Xanımın məni fahişəliyə cəlb etdiyini, məni kişilərlə görüşdürdüyünü bildiyim halda İstanbula gedərkən onun salon açmaq fikrinə aldanmağımın səbəbi ona inanmağımdır”.

“İş yaxşı getmirdi”

Zərərçəkmiş Sevilin sözlərinə görə, rəqqasədir, ərəb rəqsləri ilə məşğuldur:

“Xanımı təxminən 5-6 ildir tanıyıram. Onunla məclislərin birinə rəqs etmək üçün getdikdə tanış olmuşam. Daha sonra aramızda münasibət yarandı. Lakin sıx münasibətlərimiz olmayıb. Yalnız “salam-sağ ol” olaraq münasibətlərimiz davam edib.

Ölkə ərazisində karantin rejimi başlayan ərəfədə Nərimanov rayonu ərazisində “Xəmsə” restoranını işlətməyə başladım. Karantin zamanı olduğum üçün restoranda iş yaxşı getmirdi. Xanım da həmin restorana gəlib-gedirdi”.

“Dedi ki, qazanc əldə edə bilərsən”

Zərərçəkmiş şəxs deyib ki, 2021-ci il yanvarın əvvəllərində restoranda olan zaman Xanım da həmin restorana gəlib: “Biz bir qədər söhbət etdikdə maddi sıxıntılarının olmasını, restoranın qazanc gətirmədiyini bildirdim.

Xanım mənə bildirdi ki, burada maddi sıxıntı çəkib, borc içində qalmaqdansa, Türkiyəyə gedib rəqqasə kimi işə davam etsən, qazanc əldə edərsın.

Xanımdan Türkiyədə karantin rejiminin hansı vəziyyətdə olduğunu soruşdum. O, hər yerin açıq olduğunu, orada həmişə pul qazanmağın mümkünlüyünü bildirdi. Mən də Türkiyəyə getməyə razılaşdım. Xanımla bir yerdə Türkiyəyə bilet aldıq”.

“Bildirdi ki, foto modellik edərək pul qazanacaq”

Zərərçəkmiş qeyd edib ki, 11 yanvar 2022-ci ildə Xanımla birlikdə Bakı Beynəlxalq Hava Limanından təyyarə vasitəsilə İstanbul şəhərinə gedib: “İstanbul şəhərinin Taksim adlanan ərazisində kirayə ev tutduq və birlikdə yaşamağa başladıq. Türkiyəyə getdikdə pulum olmadığına görə Xanım mənə pul verdi.

Türkiyədə illərlə tanıdığım Həyati bəy adlı şəxs var. O, illər əvvəl mənimlə evlənmək istəyib. Lakin həmin zaman Həyati bəydən pul istəməyə utandım. Artıq orada Xanımın iç üzünü gördüm. Mənim yediyim yeməyə, içdiyim çaya belə qarışdı. İşıq pulu, qaz pulu, su pulunu tək verdiyinə görə etirazını bildirdi.

Dedi ki, fotomodellik edərək pul qazanacaq, buna görə işləyəcəyi agentliyin müdiri Mert bəy tək axşam bizə gələcək.

Axşam Mərt bəy öz qardaşı ilə gəldi. Dördümüz söhbət etdik. Söhbət həqiqətən foto modellikdən gedirdi. Bildirdim ki, nəsə kömək lazım olsa, mən hazıram. Onlar getdilər, Xanımla daha bu barədə danışmadıq”.

Zərərçəkmiş qeyd edib ki, həmin evdə 15 gün qaldıqdan sonra Xanım ondan pul, eləcə də ev pulu tələb edib: “Mən pulum olmadığını dedim. Xanım mənə kişilərlə pul müqabilində görüşə biləcəyimi bildirdi. Əvvəlcə etiraz etdim. Sonra məcbur qalaraq Xanımın bu təklifi ilə razılaşdım. Çünki mənə pul lazım idi.

İki nəfərlə görüşərək, birində 100 dollar, digərində 50 dollar aldım. Daha sonra dözə bilmədiyimi bildirdim. Orada olan sevgilim Heyati bəyə zəng vuraraq mənə ev tutmasını xahiş etdim. Xanımdan ayırıldım. Həyati bəy mənə ev tutdu ki, bir müddət Türkiyədə qaldıqdan sonra Bakıya qayıdım”.

İnsan alverçisinin cəzası

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmə hökm çıxaran zaman Xanımın ittiham olunduğu Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1-ci maddəsindən həmin məcəllənin 243.1-ci maddəsinə tövsif edilib.

Xanım Cinayət Məcəlləsinin 243.1-ci maddəsi ilə təqsirli bilinib. Ona 480 saat müddətinə ictimai işlər cəzası təyin edilib.

Təqsirləndirilən şəxsin ibtidai istintaq dövründə və məhkəmədə barəsində həbs növündə qətimkan tədbiri seçilməklə 3 ay 16 gün müddətində həbsdə saxlanıldığından həmin müddət azadlıqdan məhrumetmənin bir gününə ictimai işlər növündə cəzanın səkkiz saatı bərabər tutulmaqla hesablanıb.

Bu səbəbdən ona təyin edilmiş 480 saat müddətinə ictimai işlər cəzasını çəkmiş hesab edilib.

Təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib. O, məhkəmənin iclas zalında həbsdən azad edilib.

Comments are closed, but trackbacks and pingbacks are open.