Facebook-da bütün dostluq sorğularını necə dayandırmaq olar
Tədris müəssəsinin rəhbəri Orxan Salmanov vurğulayib ki, onsuzda məlumatlarımız sosial şəbəkələr tərəfindən çoxdan götürülürüb:
Facebook istifadəçisi olan qızları almırlar?!
Sosial şəbəkədən istifadə edən qızlara həsr edilir.
– Zibeydənin gəlini internetdə bir şəkillərini qoyub, vaxsey. inan gördüm dəli oldum!
– Hara qoyub? Kompyuterdə var?
– Yox, ağəz, internetdə. Oğlum göstərdi mənə. Dırnağına lak sürtən yerdə, xörək bişirən yerdə, bir pozalar verib ki. biabırçılıqdı vallah!
– Yaxşı?! Bütün kompyuterlərdə var o şəkillər? Mən də evdəki kompyuteri açsam, görərəm?
– Ağəz, sən də çuşkasan e, deyirəm internetdə də. Orada nəsə bir yer var, hamı ora şəklini qoyur, özlərinə kişi axtarırlar da. Utanmır e, gəlin xeylağı, tərbiyəsizliyə bax e!
– Vay, vay, vay. Biabırçılıq! Şəkillərini kompyuterdə kişilərə göstərir?! Zibeydənin xəbəri olmaz yəqin, bilsə, o gəlini bir gün də saxlamaz, iti qovan kimi qovar evindən.
Bir yas məclisində iki yaşlı qadının arasında bu söhbəti qulağım təsadüfən çaldı. Hansısa tanışlarının gəlininin sosial şəbəkədə şəkillərini paylaşmasından dəhşətli bir şey kimi danışırdılar. Yazıq qadını daha nələrdə günahlandırmadılar?! Tərbiyəsizliyinə, əxlaqsızlığına, hətta ərinə xəyanətinə görə qınadılar. Nə var, nə var, sosial şəbəkə istifadəçisidir.
Uzandıqca uzanan bu söhbət getdikcə məni lap əsəbiləşdirirdi. Qadınların bu bəsit dünya görüşlərinə, gəlini ağ yuyub, qara sərmələrinə daha laqeyd qala bilməyəcəyimi görüb, söhbətə müdaxilə etdim.
“Ay xala, internetdə şəkil yerləşdirmək tərbiyəsizlik niyə olur? Facebook, “Odnoklassniki” deyilən sosial şəbəkələr var, yəqin gəlinin şəkillərini orada görmüsünüz” – dedim.
Bayaqdan dilə-boğaza qoymayan qadınlardan birinin “o nə olan şeydi elə?” sualına “internetdə saytlar var, orada qeydiyyatdan keçirsən, özünə dünyanın hər yerindən dostlar qazanırsan, müxtəlif mövzularda müzakirələrə qoşulursan” – deyə, cavab versəm də, bir nəticəsi olmadı.
“Mən elə şeylər bilmirəm, bilmək də istəmirəm. Bildiyim budur ki, tərbiyəli qız xeylağı şəkilini kompyuterə qoymaz, özünü gədələrə göstərməz!”
Hirsi soyumayan qadın, üzünü bayaqkı həmsöhbətinə çevirib, “ağəz, sən Allah, internetdə özünü ona-buna göstərən qızı oğluna alarsan?” – deyə, soruşdu.
Həmsöhbəti də qulaqlarını dartıb, “Allah məni o gündən saxlasın, heç mənim oğlum da elə qızı almaz!” – dedi.
Maraqlıdır, Azərbaycanda internetdə müxtəlif sosial qarşılıqlı əlaqələrdə qeydiyyatdan keçən qadınlara münasibət niyə birmənalı deyil? Günümüzün ən məşhur sosial şəbəkələrindən olan “Odnoklassniki”, Facebook, Twitter, “Myspace”, “Google+” kimi məkanlardan istifadə edən qızlar cəmiyyətdə əksər insanlar tərəfindən niyə əxlaqsız kimi qəbul olunur?!
Yaxşı, tutaq ki, söhbətlərinə istəmədən də olsa, qulaq kəsdiyim qadınların hər ikisinin biliyi orta məktəb səviyyəsindədir, ali savadları yoxdur, gənc yaşlarında ərə gedib, günlərini mətbəxdə xörək bişirməklə keçiriblər. Belələri üçün gəlin xeylağının sosial şəbəkədə şəkillərini paylaşması qəbuledilməzdir. Bu qadınları haradasa başa düşmək olar.
Amma dərd ondadır ki, savadına, intellektinə, dünya görüşünə şübhə etmədiyim elə tanışlarım var ki, onların da düşüncələri bu bisavad qadınlardan heç bir pillə də olsa, yuxarı deyil. Uzağa getməyək, elə jurnalistika sahəsində bəzi kişi həmkarlarım günlərinin böyük hissəsini Facebook sosial şəbəkəsində keçirsələr də, həyat yoldaşlarına bunu qadağan edirlər.
Arvadlarının bütün bloqlar, forumlar, çatlar və bu kimi internet vasitələrində olmalarını heç cürə qəbul eləmirlər. Hətta Facebookda yerləşdirdikləri ailə fotoşəkillərində belə onların həyat yoldaşlarına rast gələ bilməzsən.
Kimin necə düşünməsindən asılı olmayaraq, şəxsən mən həyatımı sosial şəbəkələr olmadan təsəvvür eləmirəm. Və “sosial şəbəkədə olan qızları almırlar” fikri ilə də razı deyiləm. Əksinə, tanıdığım bir sıra insanlar var ki, internetdə tanış olub, evləniblər. Türkiyə, İran, hətta ABŞ vətəndaşı ilə ailə quran rəfiqələrim də var.
Onlar da sosial şəbəkələrdə bir-birlərini tapıblar. Getdikcə, bu tanışlıq sevgiyə çevrilib, eyni dünyanın adamları olduqlarını anlayandan sonra isə evlənmək qərarına gəliblər.
Sosial şəbəkələr cinsiyyətindən asılı olmayaraq, hər kəsə kifayət qədər maraqlı dostlar da qazandırır. Məsələn, şəxsən mənim Türkiyədə, Rusiyada, Misirdə, İranda, İngiltərədə yaşayan jurnalist dostlarım var ki, onlarla məhz Facebookda tanış olmuşam. Bir həmkar olaraq, dünyada baş verən proseslərlə bağlı fikir mübadiləsi aparır, müxtəlif olaylara baxışımızdan tutmuş, iş prinsipimiz, hətta iş yerindəki şərait barədə belə bir-birimizlə saatlarla söhbət edə bilərik. Və bunda heç bir tərbiyəsizlik görmürəm.
Düzdür, internetdə tanışlığın qadınlar üçün təhlükəli məqamları da var. Məsələn, bir ara Facebookda gənc qızların oğurluğu, evli qadınların şantajı kimi xəbərlər yayılmışdı. Deyilənə görə, bu sosial şəbəkədə qadın alveri ilə məşğul olan xüsusi adamlar var ki, gözəl qızlarla tanış olur, onların telefonunu, evinin, oxuduğu məktəbin və yaxud işlədiyi yerin ünvanını öyrənir. Sonra da qızların başını tovlayıb, onları qaçırıb, pullu adamlara satırlar.
Və yaxud evli qadınlarla tanış olur, onları sevgi söhbətlərinə çəkir, görüşə çağırır, şəkilləri çəkilir. Sonra da qadın şantaj edilir ki, əgər filan qədər pul verməsə, mesajları, şəkilləri ərinə göndəriləcək.
Və yaxud da bir psixoloqun dediyi kimi, internetdə tanış olub, bir-birilərini sevdiyini zənn edən şəxslər, sonradan reallıqda heç nə alınmayacağını anlayırlar. Müəyyən dramatik situasiyalar yaşayırlar. Bu isə bir çox psixoloji fəsadlara yol açır.
Bu cür hadisələrdən özünü qorumaq üçün təbii ki, virtual dünyanın səni real dünyadan uzaqlaşdırmağına imkan verməməli, önünə keçən hər kəslə tanış olmamalı, yaşadığın ünvanı verməməli, hər deyilən sözə inanmamalısan. Əgər bunlara əməl eləsən, o zaman ürəklə sosial şəbəkələrdən istifadə edə, hətta şəkillərini də paylaşa bilərsən.
Yuxarıda bəhs etdiyim söhbətə gəlincə isə, real həyatda əxlaqsızlıqla, fırıldaqla məşğul olan o qədər qadın var ki, internetin nə olduğunu ümumiyyətlə bilmir. Lakin sosial şəbəkədən istifadə edən çox savadlı, əxlaqlı, tanınmış qadın iş adamları, siyasətçilər, ziyalılar və s. var. Odur ki, qız alarkən, onun Facebook istifadəçisi olub-olmamasına yox, real həyatdakı əxlaqına baxsanız, daha düzgün olar!
UPD. Bu şəkli profilində yerləşdirmək düzdürmü?
- Teqlər:
- , müzakirə
- , mentalitet
- , milli mentalitet
- , sosial şəbəkələr
- , internet və cəmiyyət
Facebook-da bütün dostluq sorğularını necə dayandırmaq olar
Bu, sizə Facebook-da dostluq sorğusu filtrini “Hamı”dan “Dostların Dostları”na dəyişdirməklə sizə dostluq sorğusu göndərə biləcək insanların sayını necə azaltmağı öyrədəcək. Dostluq sorğularını tamamilə söndürə bilməsəniz belə, sizinlə dost ola biləcək insanların sayı kəskin şəkildə azalacaq.
addım
Metod 1/2: Mobildə
- Daxil olmamısınızsa, əvvəlcə e-poçt ünvanınızı (və ya telefon nömrənizi) və şifrənizi daxil etməlisiniz.
- Bu addımı Android-ə keçin.
Metod 2/2: Kompüterinizdə
- Facebook saytına daxil olun. Bu, https://www.facebook.com/ saytındadır. Əgər siz artıq Facebook-a daxil olmusunuzsa, daxil olsanız, xəbər lentiniz açılacaq.
- Əgər Facebook-a daxil olmamısınızsa, əvvəlcə səhifənin yuxarı sağ hissəsində e-poçt ünvanınızı (və ya telefon nömrənizi) və parolunuzu daxil etməlisiniz.
- basın ?. Facebook pəncərəsinin yuxarı sağ hissəsindədir.
- basın Parametrlər. Bu seçim açılan menyunun aşağı hissəsinə yaxındır.
- basın Məxfilik. Bu, səhifənin sol tərəfindəki nişandır.
- basın Redaktə et sağda “Mənimlə kim əlaqə saxlaya bilər?“. Bu bölmə səhifənin təxminən yarısıdır.
- basın Hamısı. Bu sahə “Sizə dostluq sorğuları göndərə bilər?” başlıq.
- basın Dostların dostları. Bu, qutunun açılan menyusunda bir seçimdir. Bunu etsəniz, Facebook dost parametrləriniz “Dostların Dostları” olaraq qurulacaq və dost qrupunuzda olmayan insanların sizinlə dostluq etməsinə mane olacaq.
İcma sualları və cavabları
Dostluq sorğusunu necə qəbul edə bilərəm, amma onların yazılarımı görməsinə mane ola bilərəm?
Yazı göndərərkən ‘post’ düyməsinin yanındakı ‘paylaşım parametrləri’ düyməsini klikləyin. Oradan ‘Daha çox seçim’ və ‘Xüsusi’ seçimlərini klikləyin. Bu pop-up pəncərə sizə müəyyən insanlarla paylaşmağa və ya müəyyən insanların yazılarınızı görməsinin qarşısını almağa imkan verir.
Dostluq sorğusunu necə bloklaya bilərəm?
Facebook-da gedən bütün dostluq sorğularını necə silə bilərəm?
Facebook-da dostluq sorğularını necə bloklaya bilərəm?
Facebookun dostluq təklifləri ilə gəlməsinin qarşısını necə ala bilərəm?
Heç kimin dostluq sorğusu göndərə bilməsini istəmirəm. Mən nə etməliyəm?
Heç vaxt eşitmədiyim insanlardan yüzlərlə sorğu alıramsa, bu, sındırıldığımı bildirirmi?
Məsləhətlər
- Dostlarınızdan birinin sizi əlavə etməyə davam edən dostu varsa, siz həmişə onları bloklaya bilərsiniz.
Xəbərdarlıqlar
- Facebook-da dostluq sorğularını tamamilə məhdudlaşdırmaq mümkün deyil.
Hər gün saat Sizi daha təhlükəsiz, daha sağlam və ya rifahınızı yaxşılaşdıran daha yaxşı həyat yaşamağınıza kömək edəcək təlimat və məlumat əldə etmək üçün çox çalışırıq. Hazırkı ictimai sağlamlıq və iqtisadi böhranların ortasında, dünya dramatik şəkildə dəyişdikcə və hamımız gündəlik həyatda dəyişiklikləri öyrəndik və onlara uyğunlaşdıq, insanların hər zamankindən daha çox ehtiyacı var. Dəstəyiniz daha ətraflı təsvirli məqalələr və videolar yaratmağa və etibarlı brend təlimat məzmunumuzu dünya üzrə milyonlarla insanla paylaşmağa kömək edir. Bu günə töhfə verməyi düşünün.
Azərbaycanda “WhatsApp” istifadəçilərinin vəziyyəti necə olacaq? – SORĞU
Bir neçə gün əvvəl “WhatsApp” istifadəçilərinin məlumatları “Facebook”a ötürüləcəyi haqda istifadəçilərə bildiriş gəlib. Bildirilişdə izah olunur ki, istifadəçilərin şəxsi nömrəsi və şəxsi yazışmaları “Facebook” tərəfindən qeydə alınacaq.
Bu qərar anında sosial şəbəkə istifadəçilərinin qəzəbinə səbəb olub. Belə ki, əksəriyyət “WhatsApp” hesabını silmək qərarına gəlib.
Elə bu yaxınlarda Teslanın rəhbəri İlon Mask “WhatsApp”ın insanların şəxsi bilgilərini götürəcəyi haqqında məlumatdan sonra “”Signal” istifadə edin” deyə tvitterdə paylaşım edib.
Bizim.Media bu mövzuda ekspert və istifadəçilərin fikrini öyrənib.
Sosial media mütəxəssisi, Orxan Rzayev Facebook şirkətinin dünyanın ən böyük auditoriyalarına sahib platformaları özündə cəmlədiyini və bunun çox böyük güc olduğunu bildirib.
Ekspert şirkətin bu gücündən maksimum istifadə etməyə, maksimum gəlir əldə etməyə çalışıcağını bildirib.
Orxan Rzayev qeyd etdi ki, Whatsapp-ın belə bir yeniliyi başda kifayət qədər narazılığa səbəb olacaq:
“Çünki elanda qeyd edilir ki, fevralın 8-dən etibarən məcburi qaydada istifadəçilərin whatsapp yazışmaları analiz edilə, Facebook-un partnyorları ilə bölüşülə, reklam və s. məqsədlər üçün istifadə edilə bilər. Buraya bizim mesajlarımızdan əlavə, bir-birimizə göndərdiyimiz telefon nömrələri, ünvanlar və s. digər məlumatlar da daxildir”.
Mütəxəsis düşünür ki, amma bu, Whatsapp-ın populyarlığına ciddi təsir etməyəcək.
“Əvvəldə qeyd etdiyim kimi, Zükerberqin əlində fantastik media gücü var və bu gücə güvənərək bu addımları atır.” deyə fikrini tamamlayıb.
Bəs Azərbaycanlı istifadəçilər bu haqda nə düşünür?
Tərcüməçi redaktor Faiq Mahmudov hesab edir ki, ümumiyyətlə sosial şəbəkələrdə özünüz haqqında çox az paylaşım edin.
Jurnalist heç bir sosial şəbəkədə eləcə də “Facebook”da şəxsi hesab etdiyi məlumatlarını paylaşmadığını sorğumuz zamanı qeyd edib.
O, “Ad, soyad, email və nömrəmi isə həm lokal həm də beynəlxaql səviyyədə əməkdaşlıq etdiyim şəxslər və şirkətlər bilir. Şəbəkələrdə şəxsi məlumatları qeyd edərkən onun 3-cü tərəfə ötürülməsi zamanı hansı risklərin yaranması ehtimalını nəzərə alıb təhlil edirəm. Bu baxımdan hansısa sosial şəbəkənin “Məlumat paylaşması” siyasətinə qarşı həssaslığım yoxdur”- deyə əlavə edib.
Tədris müəssəsinin rəhbəri Orxan Salmanov vurğulayib ki, onsuzda məlumatlarımız sosial şəbəkələr tərəfindən çoxdan götürülürüb:
“Bu qaydalarla razılaşsaq həyatımızda xüsusi dəyişikliklər olmayacaq. Günümüzdə datalarımızdan bir çox yerlərdə istifadə olunur”.
Təlimçi Günay Miri isə belə bir bildirişin ona gəlmədiyini deyib:
“Mən “WhatsApp plus” istifadə edirəm. Əgər dediyiniz kimi olsa yenə də istifadə edəcəm. Şəxsi məlumatların götürülməsi düzgün deyil, amma bir çox insanla yalnız “WhatsApp” ilə əlaqə qura bilirəm”.
Tələbə olan Sabir Etibarlı “WhatsApp”ın yeni qaydalarını artıq qəbul etdiyini bildirib.
Onun fikrincə bir çox insanların mənasız “izlənmə” fobiyası var:
“Onsuzda izlənirik, onsuz da siravi adamam, mənim məlumatlarımın çox böyük əhəmiyyəti yoxdur”.
İctimaii fəal Elsevər Seyid qəbul etmiyəcəyini və “WhatsApp”ı siləcəyini bildirib, “Biz gərək yerli sosial şəbəkə yaradaq” deyib.
Sosial fəal Səddam Məmmədov qərar vermədiyini bildirib: “Hələlik bir müddət işlədəcəyəm, lakin sonra “Telegrama” keçməyi düşünürəm”.
Vüqar Ağamalıoğlu, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Comments are closed, but trackbacks and pingbacks are open.