Press "Enter" to skip to content

Fədayə Laçın Tacir Şahmalıoğluna SÖZ ATDI- QALMAQALLI açıqlama

Parametrlər və Məxfilik seçin, sonra Parametrlərə klikləyin. Parametrlərinizin sol sütununda Bloklama düyməsini klikləyin. İstifadəçiləri Blok et bölməsində siz blokladığınız insanların siyahısını görəcəksiniz. Blokdan çıxarmaq istədiyiniz şəxsin adının yanındakı Blokdan çıxarın üzərinə klikləyin.

Bir qadının acı taleyi : “Axı sənin ailən məni qəbul etməyəcək” Yaşanmış sevgi hekayəsi

Dayanacaqda marşrut gözləyən Arzu yenə də gecikirdi. Dolu gələn marşrutları ötürdükcə əsəbiləşirdi. Yəqin idi ki, yenə marşrut taksisi ilə gedəcəkdi. Elə də oldu.
Taksinin arxa oturacağında yeniyetmə bir oğlan oturmuşdu. Yerini rahatlayan Arzu mobil telefonunu çıxardı. Rəfiqəsi Gülərə bir kəlmə ilə “Gecikirəm”- deyib, telefonu bağlayıb çantasına qoydu.
Sürücü arxadakı bir boş yerə işarə ilə “Gözləyək, yoxsa gedək” – soruşdu.
Oğlan:
– Sür gedək eee, onsuz da yubanırıq – dedi və Arzuya baxıb gülümsədi.
Arzuya elə gəldi ki, oğlanın tələffüzündə nəsə şirinlik var. Hansısa hərfi düzgün demir.
Pəncərədən bayıra baxan Arzu yol boyu mənzərələrə fikir vermədən düşünürdü.
“. 30 yaşı da belə arxada qoydum. Vaxt necə sürətlə geçir, sanki hər şey dünən idi, qəbul imtahanlarının həyəcanı, universtet illəri, magistratura və nəhayət neçə illik işi. Və birdən də indiyə qədərki, həyatının necə maraqsız olduğunun fərqində oldu.
“. Aman allah, mənim nəyim var, neyçün yaşayıram, kim üçün yaşayıram?”- fikirləşərək köksünü ötürdü.
Uzun-uzadı siqnal verib onları geridə qoyan maşına baxıb fikirləşdi: “Bəlkə mən də özümə maşın alım?”.
Öz fikrinə gülümsədi bir anlıq. Ona elə gəldi ki, yanında əyləşən oğlan tez-tez ona baxır.
“. Nə olub, balaca, nə diqqətlə baxırsan?”- deyə fikirləşdi və anında üzündəki ifadə dəyişildi.

Bir müddətdən sonra Arzu hiss elədi ki, onlar nədənsə tez-tez rastlaşırlar. Ya səhər işə gedəndə, ya da axşam işdən qayıdanda. Amma xəyalına belə gəlmirdi ki, xəyalında “balaca” adlandırdığı oğlan artıq aylardır onu izləyir.
“Balaca” dediyi bu oğlan orta boylu, yaraşıqlı bir oğlan idi. Amma üzündə həmişə saf bir təbəssüm dolaşırdı. Bu təbəssüm onu yaşından uşaq göstərirdi. Gözlərində hər şeyi öyrənməyə çalışan, cəhd edən maraqlı bir ifadə var idi.
Bir gün işdən çıxıb rəfiqəsi Gülər ilə marketdən bazarlıq edib çıxanda Gülər gülə-gülə Arzuya dedi:
– Arxamızca bir körpə gəlir.
Arzu ixtiyarsız dönüb geri baxdı. Xəyalındakı “balaca” idi.
– Axşamınız xeyir – deyə oğlan gülümsədi.
– Salam – deyib Gülərə sarı döndü. – Bizim qəsəbədə yaşayır- dedi.
– Uşşş, nə şirin baladı bu- deyib, oğlana sarı çöndü. – Axşamın xeyir, beş də artıq, balaca, nəsə sözün var? – soruşdu.
– Yooooxxx – deyə oğlan pörtmüş halda – eləcə salamlaşmaq istədim – dedi.
Qızlar gülüşdülər.
– Yaxşı elədin, balaca, adın nədir? – deyə Gülər demək olar ki, onlarla yanaşı addımlayan oğlanı sınayıcı baxışla süzdü.
– Mənə balaca demə, bibican, adım Arazdır. Özüm də tələbəyəm.
Onun şirin danışığına ürəkdən gülən Gülər dedi:
– Həm də, 17 yaşın var, 1 ci kursda oxuyursan.
– Siz məni tanıyırsız ki? – Araz da güldü.
“. İşə düşdük ki” – deyə Arzu dönüb Araza acıqlanmaq istədi. Amma Arazın sonsuz bir istəklə parlayan gözlərindəki ifadə onu çaşdırdı.
Dayanacaqda Gülər sağollaşıb onlardan ayrıldı. İkilikdə sakitcə dayandılar. Araz Arzunun əlindəki paketi aldı.
– Avtobusu gözləyirsən, ya taksi ilə gedək?- dedi.
Onun belə ərkyana müraciəti Arzunun xoşuna gəldi. Təbəssümlə: – Necə istəyirsən – dedi.

Maşının arxa oturacağında demək olar ki, Araz ona sığınıb oturmuşdu. Onun bu yaxınlığı, təması Arzuda qəribə hisslər yaradırdı. Və bu hisslər onun xoşuna gəlirdi. Heç vaxt belə hisslər keçirməmişdi.
Taksidən düşəndə hava qaralırdı. Arazın onunla gəlmək istədiyini görən Arzu əlini uzadıb paketi aldı və sağollaşdı. Araz acizliklə onun gözlərinə baxdı.
– Adını deməyəcəksən?
– Arzuyam- deyib gülümsədi Arzu. – Hələlik, mən getdim.
– Arazın Arzusu.
– Nə dedin?
– Arazın Arzusu- deyə Araz yerində fırlanıb jest edərək uzaqlaşdı.

Sonrakı günlərdə də belə lazımmış kimi hər səhər görüşüb bilikdə şəhərə gedir, axşamlar da birlikdə qayıdırdılar. Arazın bitib – tükənməyən söz- söhbətini, bəzən mənasız görünsə belə Arzu səbrlə dinləyir və hiss edirdi ki, onu bir gün görməyəndə, eşitməyəndə darıxır. Bəzən duyduqları, hiss etdikləri onu qorxudurdu. Arazla ciddi münasibəti ağlından belə keçirmək istəmirdi. Həm aralarındakı yaş fərqi, həm də Arazın uşaqxasiyyət, ərköyün davranışı onu çəkindirirdi. Əslində heç ondan heç nə istəmirdi də.
Sadəcə Araz öz gəlişi ilə onun həyatına bir rəng, maraq qatmışdı. Çox səbrli idi Arzu. Arazın nə vaxtsa soyuyacağına ümid bəsləyirdi. Amma Araz haqqında bunu demək olmazdı. Günü-gündən Arzuya bağlanırdı. Bir yerdə olduqlarında ancaq körpə uşaq kimi ona sığınmaq, onu hiss etmək, toxunmaq arzusuyla yaşayırdı. Amma Arzunun ciddi rəftarı onun əl-qolunu bağlayırdı. Bəzən Araza elə gəlirdi ki, Arzu onun anası xasiyyətdədir. Arzuya isə elə gəlirdi ki, Araz onun uşağıdır.

Aylardır davam edən bu münasibətlərdə açıb ağartmasalar da ikisi də israrlı idilər. Birlikdə gəzməyə gedir, bir yerdə nahar edir, özəl günlərini birlikdə qeyd etməyə çalışırdılar.
Bir gün nahar vaxtı Araz Arzuya zəng edib, onu şirkətin girişində gözlədiyini deyəndə Arzu təəccübləndi. “. Xeyir olsun, görəsən nə olub?” – fikirləşərək, həyəcanla aşağı düşdü.
Aşağıda rəngi boğulmuş halda dayanan Arazı görəndə ürəyi düşdü.
– Nə olub sənə?
– Çıxa bilərik?
– Axı nə olub, desənə.
– Sözüm var sənə, çıxaq.
Onlar yaxınlıqdakı parka gəldilər. Arzunun gözü Arazın üzündə qalmışdı.
– Ürəyim çəkildi axı, nə olubdu?
– Sənin ürəyin indi çəkilir, amma bilmirsən ki, mənim ürəyim səni gördüyüm gündən çəkilibdi. Mən səndə yaşayıram, Arzu.
– Və. – deyə Arzu onun nə deyəcəyini gözlədi.
– Gəl evlənək, Arzu. Evdə də demişəm.
Arzu ürəkdən qəhqəhə ilə güldü.
– Ehhh , heç səndən belə evlənmək təklifi gözləməzdim. İndi deyirsən ki, bu yaşıma qədər oturub belə bir sıxıcı evlənmək təklifinə razılıq verim? Heç vaxt.
– Mən ciddiyəm, Arzu. Mamagil də razıdılar.
– Nəyə razıdırlar, Araz, sənin özündən 12 yaş böyük qızla evlənmək istəyinə.
– Nə dəxli var eee – deyə Araz mızıldandı.
– Dəxli var, Araz. Gördün ki, uşaqsan. Qulağını aç və eşit, bizim bir yerdə olmağımız heç vaxt mümkün deyil. Buna nə sənin ailən, nə də mənim ailəm razı olmaz. Heç mənim də münasibətlərimizi ciddiləşdirmək fikrim yoxdu. Bəyəm bizə belə pisdi? Birdə ki, birdən birə niyə bu fikrə düşdün?
– Mən səni istəyirəm, Arzu. Sənin həyatında olmaq istəyirəm. Həyatımda olmanı istəyirəm.
– Və çıxış yolunu da evlənməkdə görürsən. Sən nə istədiyini özün də bilmirsən. Bilə -bilə ki, mən razı olsam belə, sənin valideynlərin məni tanıyanda hökmən etiraz edəcəklər. Sən sadəcə böyüdüyünü, kişiləşdiyini sübut eləmək istəyirsən.
– Dedim ki, mən səni istəyirəm. – Araz Arzunun əlini əlinə aldı. – Mən çox ciddiyəm.
Arzu onun gözlərinə baxdı. Amma bu gözlərdə vəhşi istək və yalvarış görüncə deyəcək bir sözü olmadı.(ardı var)
(qadın.az )

Fədayə Laçın Tacir Şahmalıoğluna SÖZ ATDI- QALMAQALLI açıqlama

Bir ilə yaxındır fəaliyyətini Moskvada davam etdirən müğənni Fədayə Laçın keçmiş duet ortağı Tacir Şahmalıoğluna söz atıb.

BiG.AZ xəbər verir ki, müğənni sosial media hesabında izləyicilərindən birinin ona ünvanlandığı “Siz nə vaxt Xalq artisti adını alacaqsınız?” sualına bu cür reaksiya verib:

“Mən bunu hardan bilə bilərəm ki? Qismət deyək. Güman edirəm ki, verərlər. Çünki mənim adım Fədayədir, bu hələki bəs edir. Qaldı ki, ad məsələsinə, bu da müğənniyə bir stimul verir. Məndən yaş və sənətcə böyük həmkarlarım hələ ad almayıblar. Ancaq mən heç vaxt ad davası etmərəm. Verməsələr belə, səsimi çıxarmaram ki, niyə mənə ad vermirsiniz”.Sfera.az

Şou biznes Baxılıb: 4416 Tarix: 13 yanvar 2021

Şikayətiniz varsa Whatsapp: 051 7028255

DiGƏR XƏBƏRLƏR

“Nooldu, Paşinyan”ın ZengimCELL-i hazırlandı

DSC şirkəti Azercell abonentlərinin ixtiyarına Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciətindən bəzi fraqmentləri təqdim edib. Bir-birinə zəng edərkən standart çağırış siqnalını həmin parçalara dəyişmək imkanı yaradılıb. Yükləmək üçün – *185*59740278 yığmaq lazımdır. Yükləmək üçün – *185*5974027

Məşhur aktyor meneceriylə eşq yaşayır – FOTO

Hazırda “Sefirin kızı” serialında rol alan aktyor Uraz Kayqılaroğlunun yeni münasibətə başladığı iddia olunur. Axşam.az-a istinadən xəbər verir ki, aktyorun gənc meneceri Qamze Okutucu ile sevgili olduğu deyilir. Urazın Qamze ilə İnstaqramın hekayə bölməsində səmimi fotosunu paylaşması da dedi-qodular

Yıldız Tilbedən 150 minlik imza

Müğənni Yıldız Tilbe də 2021-ci ilə qazancla başlayan ifaçılardan oldu. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi onlyn platformada verəcəyi konsert üçün 150 min lirəlik(34 min 170 manatlıq) müqavilə imzalayıb. İfaçının repertuarından müxtəlif mahnıları səsləndirəcəyi musiqi proqramı 90 dəqiqə dava

Can Yaman onunla sevgilidir – FOTOLAR

Son zamanlar İtaliyada çəkiləcəyi serial və reklamlarla gündəmdən düşməyən Can Yaman bu dəfə şəxsi həyatı ilə diqqət çəkib. Axşam.az-a istinadən bildirir ki, aktyorun İtaliyada idman aparıcısı Diletta Leotta ilə eşq yaşadığı iddia edilir. Hətta Can yeni sevgilisi ilə eyni oteldə qalır. Yaman İtaliyad

Lalə Məmmədova TANINMAZ HALDA – FOTO

Əməkdar artist Lalə Məmmədova yeni görünüşü ilə hər kəsi təəccübləndirib. xəbər verir ki, müğənni saçlarını daha da qısa kəsdirib və qara rəngə boyatdırıb. Eyni zamanda onun arıqlaması da diqqətdən yayınmayıb. Sözügedən fotonu təqdim edirik:. AYTƏN SAKİTQIZI

Şəhidin yeni doğulmuş körpəsi ilə SON VİDEOSU ÜRƏKDAĞLADI

Sosial şəbəkələrdə Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan Təbriz Rəsulzadənin görüntüsü yayılıb. xəbər verir ki, o videoda övladına naz verir,onunla oynayır. Həmin videonu təqdim edirik:. AYTƏN SAKİTQIZI

“Vaxt gələcək bu fotolarımı. “-Tanınmış aparıcı özünə TƏRİF YAĞDIRDI- FOTO

“Siz indi sadəcə like edirsiniz. Vaxt gələcək bu fotoları Luvr muzeyindən asacaqlar. Bu günə kimi bir dəfə də olsun nəinki kosmetoloq əli dəymiş, heç evdə üzünə, saçlarına adicə qatıq da vurmayan, makiyajını özündən başqasına yapdırmayan, fotolarını sadəcə özü çəkən, ömrüboyu bir dəfə də fotosessiy

“Efirdə sözlərinə diqqət et” -Vüsaləyə övladından SƏRT REAKSİYA- VİDEO

Vüsalə Əlizadənin qızı anasından inciyib. xəbər verir ki, bu barədə aparıcı özü sosial media hesabında video paylaşaraq, məlumat verib. O, video çəkərək qızı Diləyin ondan küsdüyünü bildirib. Məlum olub ki, Dilək anasından insanların içində ona “paxıl” deməsinə görə küsüb.Aparıcı verilişin

Məşhur müğənni geyimi ilə HEYRAN ETDİ – FOTOLAR

Britaniyalı məşhur müğənni və model Dua Lipa 60-cı illərin dəbinə uyğun geyimlərdə “Vogue” jurnalının üz qabığına çəkilib. Müvafiq kadrlar nəşrin “Instagram” hesabında görünüb. Şəkillərdən birində qısa sarı saç düzümü ilə çıxış edən 25 yaşlı ifaçı dama-dama parçalı mini paltarda çəkilib

Məni facebookda kim sildi?

Telefonunuza Who Deleted Me on Facebook proqramını yüklədikdən sonra Facebook hesabınızla daxil olun. Tətbiqə giriş icazəsi verildikdən sonra; Sizi dost siyahısından silən/silən insanları, yaxın vaxtlarda dost olduğunuz şəxsləri və Facebook hesabını dondurmuş dostlarınızı görə biləcəksiniz.

Dostu necə silmək olar?

Siçanı onun profilinin yuxarısındakı Dost ikonasının üzərinə aparın. Dostlarımdan Sil seçin. Dostlarınız arasından çıxardığınız şəxsə heç bir bildiriş göndərilməyəcək. Kiminsə profilinizi görməsini, sizi dost kimi əlavə etməsini və ya mesaj göndərməsini istəmirsinizsə, onu bloklaya bilərsiniz.

Kiminsə məni Facebook-da izlədiyini necə bilə bilərəm?

Taymlaynınızda İzləyicilər linkini görmürsünüzsə, sizi izləyən heç kəsi izləyə bilməzsiniz. çünki belə deyil. Dostlarınız sizi avtomatik izlədiyi üçün onlar İzləyicilər səhifəsində görünməyəcəklər.

Facebook-u blokdan necə çıxarmaq olar?

Parametrlər və Məxfilik seçin, sonra Parametrlərə klikləyin. Parametrlərinizin sol sütununda Bloklama düyməsini klikləyin. İstifadəçiləri Blok et bölməsində siz blokladığınız insanların siyahısını görəcəksiniz. Blokdan çıxarmaq istədiyiniz şəxsin adının yanındakı Blokdan çıxarın üzərinə klikləyin.

Facebook niyə məhdudlaşdırıldı?

Bəzən insanlara zərərli proqramdan başqa səbəblərə görə Facebook-da funksiyalardan istifadə etmək qadağan edilə bilər. Facebook-a daxil olmaq üçün istifadə etdiyiniz kompüterdə virus və ya zərərli proqram olduğu üçün hesabınızın funksiyaları müvəqqəti olaraq məhdudlaşdırıla bilər.

Messenger-i necə təmizləmək olar?

Sahibi olduğunuz mesajları silmək üçün göndərildi; Əvvəlcə WhatsApp-da olduğu kimi göndərdiyiniz mesaja barmağınızı basıb saxlayın. Sonra ekranda görünən “Hər kəs üçün Sil” seçiminə toxunun. Mesajınız hər iki tərəfdən silinəcək.

Bütün Facebook mesajlarını necə silmək olar?

Facebook-da söhbəti necə silə bilərəm?

klikləyin. Söhbəti açın. Yuxarı sağda toxunun. Aşağı diyirləyin və Sil və ya Seçilmişləri Sil vurun. Təsdiq etmək üçün yenidən Sil klikləyin.

Segirt Son Dəqiqə Mövcud Xəbərlər

Comments are closed, but trackbacks and pingbacks are open.