Orhan Pamuk Mənim Adım Qırmızı PDF
Saytımızın aktiv qala bilməsi üçün Patreon hesabı açdıq və dəstəyinizi gözləyirik. Bir neçə dollar olsa belə, töhfəniz bizim üçün çox şey deməkdir. Niyə dəstəyə ehtiyacımız var?
ŞaFtAlı
Orhan Pamuk yaradıcılığına müraciət edərkən diqqətimi ilk çəkən cümlələrin uzunluğudur. Yazıçının ədəbi dil zənginliyi burada özünü göstərir. Təhkiyə o qədər bol xammaldan qurulub ki, cümlədəki sözün çoxluğu oxucunu bədiiliyə doydurur. Bu cümlələrdə bir narahatlıq oxunur. Nigaranlıq, öz daxili potensialından, istəklərindən, ehtiraslarından qorxan insanın narahatlığı. Pamukun personajları təlatümlü dəniz kimidir. Hətta sakit göründükləri an belə təhlükəlidirlər. Çünki insandırlar. Hər an, hər şeyə qadir insan.
Orhan Pamukun rənglərlə necə bir münasibəti var, bilmirəm )) amma demək olar ki, əksər əsərlərində bir rəng adı keçir. Bu əsərlərdən biri “Mənim adım qırmızı” romanıdır.
Oxuduğum tərcümə kitab Azərbaycan dilində olmağına baxmayaraq çox çətinliklə oxunan romandır. Məna gücü, ədəbi çəkisi ağır olduğu üçün bəlkə də, belədir. Lakin hər cümlədə, hər fikridə peşəkar qələm təcrübəsi hiss olunur.
Yazıçı rəssamlıq, nəqqaşlıq haqqındakı düşüncələrini “Mənim adım qırmızı” romanında kiçik sujet fonunda vermişdir. Əslində romanın sujet və məzmunu onun içində yatan rəssamlıq eşqindən doğan bilgilərini çatdırmağa xidmət edir sanki.
Ortada bir nəqqaş var, onun bir qızı və o qızla evlənmək istəyən iki adam. Arada iki nəqqaşın qətli də var, vəssalam. Amma Osmanlı rəssamlığı, nəqqaşlığının tarixi, formalaşma xronologiyası haqqında, qərb və şərq minatür sənətinin ortaq və fərqli xüsusiyyətləri, sənət eşqinin yaratdığı ehtirasda boğulan, məhvə gedən nəqqaşların taleyi, islam dinində təsviri sənətin yeri və s. məsələlər əsərdə öz əksini geniş tapıb.
Romanda ilk səhifələrdə cümlələr can verə-verə yeriyirdisə sonra qaçmağa başladılar. Xatırlayıram ki, “Qızılgülün adı”nda da eyni vəziyyətə düşmüşdüm. Bəs məni belə vaxtlarda romanı yarımçıq qoymamağa nə vadar edir?
Ilk olaraq, adətim deyil, indiyə qədər yalnız iki ya üç əsəri yarıda saxlamışam. Digər tərəfdən əsər ağır getsə də Pamuk qələmindəki sambal hiss olunurdu. Cümlələrə fikir verirəm- adi fikrin ifadəsidir. Amma hər dəfə bir fəsli bitirəndə təmiz bal yeyirmiş kimi hiss edirdim özümü. Yəni, yeyərkən o qədər də bilinmir amma, elə ki, yeyib udursan, o zaman boğazdakı tünd göynəltidən balın keyfiyyəti hiss olunur.
Pamukun romanı da məhz belə idi. Hər fəsli oxuyub bitirəndən sonra səviyyə çəkisi özünü hiss etdirirdi. Anlamağa çalışıram, nədir bu əsərin sehri? Adi sözlər, adi fikirlər, adi sujet amma qeyri-adi dərəcədə güclü bədii təsir. (adi deyirəm, yəni yadplanetlilər haqqında deyil.) demək ki, ədəbiyyat məhz budur.
Romanın ilk 200 səhifəsi bir ay vaxt aldı məndən. Zaman, şərait bəhanəsi gətirirdim həmişə. 200 səhifədən sonra istəsəm də qopa bilmədim romandan. Deməli, vaxt və şərait əslində bəhanədir, romanı oxudan elə romanın özüdür.
Əsər 1591-ci ildə, Sultan Muradın dövründə İstambulun doqquz qarlı qış günündən bəhs edir. Iki kiçik oğlu bir-biri ilə yola getməyən gözəl Şəkurə dörd ildən bəri savaşdan dönməyən ərinin əvəzinə, özünə bir həyan, sevgili axtarır. Atasının arabir evə çağırdığı saray nəqqaşlarını gizləndiyi yerdən seyr eləyən Şəkurə padşahın hazırlatdığı kitab üçün fransız üslubunda təhlükəli rəsm çəkənlər arasında seçim eləməyə çalışır. Nəqqaşlardan biri- Zərif Əfəndi öldürüləndən sonra qadına aşıq olan qohumu Qara meydana girir. Hər kəsin öz səsi ilə danışdığı, ölülərin, əşyaların dilləndiyi, ölüm, sənət, eşq, evlilik, xoşbəxtlik haqqında bu roman eyni zamanda unudulmuş qədim rəsm sənətinin gözəlliklərinə ağıdır.
Mütəxəssislər romanın üslubunu “intellektual, zərif və ağıllı” adlandırırlar. Onların qənaitinə görə, “bu əsər ədəbi təxəyyülün və fəlsəfi düşüncələrin gücünü ortaya qoyan nadir əsərlərdəndir.
Əsərdən diqqətimi çəkən cümlələri, fikirləri qeyd etdim.
1. Nə qədər bacarığın, qabliyyətin olursa olsun pulu və iqtidarı başqa yerdə axtar ki, bacarıq və əməyinin əvəzini almayanda sənətdən küsməyəsən.
Orhan Pamuk “Mənim Adım Qırmızı” PDF
Padşahın əmrilə gizli kitab hazırlayan nəqqaşlardan biri öldürüləndə qatili üslubuna görə tapmaq olarmı?
Məşhur türk yazıçısı, 2006-cı il ədəbiyyat üzrə Nobel mükafatı laureatı Orhan Pamukun «Mənim adım Qırmızı» romanı 1591-ci ilin doqquz qış günü ərzində İstanbulda baş verən sənət, eşq, qətl hadisələrini təsvir edir.
Roman bir çox məziyyətləriylə yanaşı, Nizaminin əsərlərinə çəkilmiş miniatürlər, böyük rəssam Kəmaləddin Behzadın misilsiz əsərləri, ümumiyyətlə, nəqş sənəti haqqında bənzərsiz hekayətdir.
Mir.az-a Dəstək üçün ianə edin!
Saytımızın aktiv qala bilməsi üçün Patreon hesabı açdıq və dəstəyinizi gözləyirik. Bir neçə dollar olsa belə, töhfəniz bizim üçün çox şey deməkdir. Niyə dəstəyə ehtiyacımız var?
Orhan Pamuk “Mənim Adım Qırmızı” PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.
orhan-pamuk-menim-adim-qirmizi.pdf
Saytımızdakı kitablar tanıtım məqsədi ilə oxuculara təqdim olunur. Bu kitablar müxtəlif mövzularda və müxtəlif müəlliflər tərəfindən yazılmış əsərlərdir.
Unudulmamalıdır ki, müəlliflərin və nəşriyyatların zəhməti ilə üzə çıxan bu əsərlər bir çox çətin proseslərdən keçərək kitab halına gəliblər. Buna görə də müəlliflərə və nəşriyyatlara dəstək olmaq üçün kitabları almağı tövsiyə edirik.
Книга Mənim adım qırmızı, автор Orhan Pamuk
Nəqqaşın öz üslubu, rəngi, səsi olmalıdırmı? Padşahın əmrilə gizli kitab hazırlayan nəqqaşlardan biri öldürüləndə qatili üslubuna görə tapmaq olarmı? Məşhur türk yazıçısı, 2006-cı il ədəbiyyat üzrə Nobel mükafatı laureatı Orhan Pamukun «Mənim adım Qırmızı» romanı 1591-ci ilin doqquz qış günü ərzində İstanbulda baş verən sənət, eşq, qətl hadisələrini təsvir edir. Roman bir çox məziyyətləriylə yanaşı, Nizaminin əsərlərinə çəkilmiş miniatürlər, böyük rəssam Kəmaləddin Behzadın misilsiz əsərləri, ümumiyyətlə, nəqş sənəti haqqında bənzərsiz hekayətdir.
Рейтинг и отзывы о товаре
Об этом товаре еще нет ни одного отзыва, будьте первым, кто поделиться своим впечатлением!
0 оценок пользователей
Добавить отзыв
Добавить отзыв
Описание
Nəqqaşın öz üslubu, rəngi, səsi olmalıdırmı? Padşahın əmrilə gizli kitab hazırlayan nəqqaşlardan biri öldürüləndə qatili üslubuna görə tapmaq olarmı? Məşhur türk yazıçısı, 2006-cı il ədəbiyyat üzrə Nobel mükafatı laureatı Orhan Pamukun «Mənim adım Qırmızı» romanı 1591-ci ilin doqquz qış günü ərzində İstanbulda baş verən sənət, eşq, qətl hadisələrini təsvir edir. Roman bir çox məziyyətləriylə yanaşı, Nizaminin əsərlərinə çəkilmiş miniatürlər, böyük rəssam Kəmaləddin Behzadın misilsiz əsərləri, ümumiyyətlə, nəqş sənəti haqqında bənzərsiz hekayətdir.
Comments are closed, but trackbacks and pingbacks are open.