Press "Enter" to skip to content

Pərinuş Sənii Mənim payım

– Qardaş, qızın zatı gərək yaxşı ola. Məsələ hicabda-zadda deyil. Əgər pis olsa, çadranın altından da min dənə iş görə bilər. İndi ki Tehrana gəlmisən, gərək tehranlılar kimi yaşayasan. Keçdi o zamanlar ki, qızı evdə həbs edirdilər. Qoy məktəbə getsin. Geyimi də o birilər kimi olsun. Yoxsa hamı onu barmaqla göstərər.

Pərinuş Sənii “Mənim Payım” PDF

İlk dəfə bu kitabla “Min möhtəşəm günəş”i oxuyan zaman qarşılaşmışdım. O zaman dostlarımdan biri o kitabdan sonra mütləq “Mənim payım”ı oxu demişdi. Açığı heç bir kitabın “Min möhtəşəm günəş” qədər təsirli olacağını düşünmürdüm. Amma bu kitab fikrimi dəyişdi. Həqiqətən kitabda baş verən hadisələr olsun, yazı dili olsun ürəyimi fəth etməyi bacaran bir kitab oldu. Hətta bir dəfəyə oxuyub qurtardığımı deyə bilərəm. Və əgər hələ də kitabı oxumamısınızsa mütləq tövsiyə edirəm. Kitab ilə qısaca tanış olaq.

Kitab 16 yaşlı Məsumənin həyatından bəhs edir. Atası və qardaşları Məsuməni heç görmədiyi biri ilə evləndirirlər. Məsumə isə başqa birini sevir və təhsil almaq istəyir. Lakin Məsumə bilmir ki, onun əri inqilabçı, təhsilli və müasir biridir. Və 16 yaşında Məsumə inqilabçıların arasına düşür.

Həyatına heç kimin istiqamət verməsinə icazə vermə. Çalış daim öz seçdiyin yolda irəliləyəsən. Əks təqdirdə öz etdiklərinlə deyil, başqalarının etdikləri ilə anılarsan.

Mir.az-a Dəstək üçün ianə edin!

Saytımızın aktiv qala bilməsi üçün Patreon hesabı açdıq və dəstəyinizi gözləyirik. Bir neçə dollar olsa belə, töhfəniz bizim üçün çox şey deməkdir. Niyə dəstəyə ehtiyacımız var?

Pərinuş Sənii Mənim payım

Atası və qardaşları 16 yaşlı Məsuməni üzünü görmədiyi oğlana zorla ərə verirlər. Məsumə başqasını sevir. Ali təhsil almaq istəyir. Zorla ərə verildiyi oğlana təslim olmaqdansa, intiharı üstün bilən Məsumə hələ bilmir ki, onun əri ölkənin azadlığı, insanların rifahı üçün mübarizə aparan inqilabçı, təhsilli və müasir adamdı. Sadə və dindar ailənin hicablı, imanlı qızı ateistlərin, solçuların, inqilabçıların arasına düşür.

Hazırda mühacirətdə yaşayan Pərinuş Səniinin “Mənim payım” avtobioqrafik romanında İran qadınının həyatı, ailədə, cəmiyyətdə ona olan münasibət sadə və natural şəkildə təsvir olunur.

Biz Qumdan Tehrana köçəndə atam məktəbə getməyimə icazə verdi. Hətta ona deyəndə ki, Tehran məktəblərində heç kəs çadra örtmür, başıma çadra yerinə yaylıq bağlamağa icazə verdi.

Amma bir şərt qoydu ki, onun ləyaqətinə xələl gətirməyim.

Abbas əmimə qurban olum. Bir dəfə eşitdim ki, atama – deyir:

– Qardaş, qızın zatı gərək yaxşı ola. Məsələ hicabda-zadda deyil. Əgər pis olsa, çadranın altından da min dənə iş görə bilər. İndi ki Tehrana gəlmisən, gərək tehranlılar kimi yaşayasan. Keçdi o zamanlar ki, qızı evdə həbs edirdilər. Qoy məktəbə getsin. Geyimi də o birilər kimi olsun. Yoxsa hamı onu barmaqla göstərər.

Abbas əmim çox düşüncəli adam idi. Belə də olmalı idi. ıo ilə yaxın idi ki, Tehranda yaşayırdı. Quma ancaq orada kimsə

öləndə gələrdi. Atamın anası, rəhmətlik nənəm hər dəfə Abbas əmi gələndə deyirdi:

– Abbas, niyə mənə belə gec-gec baş çəkirsən?

Abbas əmi də hündürdən gülərək:

– Nənə, neynəyim, qohumlara de ki, tez-tez ölsünlər, mən də Quma tez-tez gəlim, – deyirdi.

Nənəm əlini üzünə elə bərk çırpırdı ki, izi uzun müddət getmirdi.

Abbas əminin həyat yoldaşı tehranlı idi. Həmişə Quma gələndə çadra örtərdi. Hamı bilirdi ki, o, Tehranda hicab örtmür. Heç qızları da belə şeylərə əməl eləmirdilər. Məktəbə də hicabsız gedirdilər.

Nənəm öləndən sonra atam onun biz yaşadığımız evini satıb hamının payını verdi.

Mənim payım

Mənim payım – Pərinuş Səniinin bu avtobioqrafik romanında İran qadınının həyatı, ailədə, cəmiyyətdə ona olan münasibət sadə və natural şəkildə təsvir olunur.

Əsərdən sitatlar [ redaktə ]

A [ redaktə ]

  • Amma bəzən bir hadisə, bir şəkil adamı keçmişinə qaytarır. O zaman aynaya baxırsan. Görürsən ki, o keçmişdəki adamdan nə qədər fərqlənirsən.

B [ redaktə ]

  • Batan gəminin kapitanı kimi idim. Sərnişinlərin hamısı ümid dolu gözlərini mənə dikmişdilər. Amma özüm gəmimdən də çox sınmışdım. Bir nicat qayığına ehtiyacım var idi. Məni uzaq bir yerlərə aparacaq xilaskar qayığa.
  • Bəlkə ən sədaqətli və pak hiss elə bu idi. Tükənməz bir eşq idi qəlbimdəki. Çox ər tapmaq olar. İtə daş atırsan, ərə dəyir.
  • Bir qız nəsə eləmək istəsə, onu zəncirlə də bağlasan, öz işini görəcək. Hər maneədən qaçacaq. Adamın gərək içində sərhədlər ola.
  • Bir nəfər deyir ki, kişi arvad alanda dayanır. Uşaq dünyaya gələndə diz çökür. İkinci uşaq doğulanda səcdəyə gedir. Əlbəttə, adama xoş gəlir. Səhər yeməyim hazır olur, evim təmiz olur, bir adam paltarlarımı yuyur. Amma bunlann hamısı insanın özünü çox sevməyini və kişi hakimiyyətini göstərir. Mən inanıram ki, qadına gərək bu cür baxmayasan. Mənim fikrimcə, qadınlar ən çox zorakılığa məruz qalan insanlardırlar. Həmişə bir vasitə kimi istifadə olunublar. Və hələ də olunurlar.
  • Birinci dəfə idi ki, ölmək arzusundan peşman idim. Həyat o qədər gözəl idi ki, bütün dünyanı öpmək istəyirdim.
  • Bu elə də çətin deyil, təklik çətindi. Pərvanə, bilmirsən, nə qədər təkəm. Bütün günü məşğulam, bir dəqiqə də vaxtım yoxdur, amma təkliyi bütün vücudumla hiss edirəm.
  • Bu gün dünəndən də çox sevirdim onu. Bundan böyük eşq ola bilməz, deyirdim. Amma sabah hiss edirdim ki, bu gün dünənkindən də əzizdir.

Ç [ redaktə ]

  • Çox əsəbi idim, amma onun gəlməyinə sevinirdim. İtirdiyi uşağı tapanda onu vurub sonra qucaqlayan ana kimi idim.
  • Çox yorğun idim. Tənhalığımın yükü ağırlaşmışdı.
  • Çünki inanırdım, birlikdə ölmək ən gözəl ölümdür.

D [ redaktə ]

  • Deyirdi, uşağı olmadığına görə boşayıb arvadlarını. Bu dəfə istəyir gənc xanımı olsun ki, uşaq doğsun. Axmaq hətta fikirləşmirdi ki, problem özündə ola bilər. Axı kişilərin eybi ola bilməzdi. O da ki pullu kişi ola.
  • Düşmənlərin tənəsindən qorxum yox, Məni dostların rəhminə möhtac eləmə.

H [ redaktə ]

  • Heç kimə buna görə təşəkkür etmə. Adam düz olduğunu fikirləşdiyi hər şeyi etməlidir. Həyat yoldaşının vəzifəsi bu deyil ki, sənin işinə mane olsun. Əksinə, o, sənin arxanda dayanmalıdır.
  • Hələ özümə icazə verməmişəm ki, sizin adınızı kağıza yazım. Lakin qəlbimdə min dəfə adınızı bağırmışam.
  • Həmişə ümidim var idi ki, heç olmasa, o, xoşbəxtdir. Amma belə görünürdü ki, o, məndən də təkdir.
  • Hərdən mənə elə gəlir ki, mənim payım olmayıb. Yeniyetmə vaxtı atama, qardaşlarıma görə öz payımdan keçməli oldum. Sonra ərimə görə. Mənə ya bir qəhrəmanın, ya bir vətən xaininin arvadı kimi baxırdılar. Sonra bir müxalifətçinin anası kimi tanıdılar. Sonra savaşçı anası oldum. Neçə dəfə məni gah yuxarı qaldırıb, gah yerə çırpdılar. Bunların heç biri mənim öz payım deyildi. Heç vaxt heç kim mənim məhz özümün kim olduğumu, nə istədiyimi soruşmadı.
  • Hətta nifrət hissim də yox idi. Elə bil ürəyim bir buz tikəsi kimi nəzm və az sürətlə çırpmırdı. Fikirləşirdim, görəsən, bu dünyada bir dəfə də nəsə məni sevindirəcəkmi?
  • Həyat sözdən başqa bir şey deyildi. Ya ölüm arzusu, ya arzu ölümü.

K [ redaktə ]

  • Kaş həmişə yuxuda yaşaya biləydim.

İ [ redaktə ]

  • İçimdə elə bir istilik var idi ki, heç soyuq hiss etmirdim.
  • İnsanın əlində itirməyə heç nəyi qalmadığını fikirləşəndə küfr edir.

M [ redaktə ]

  • Mən də yuxularımdan, qorxu və həyəcanlarımdan gələcəkdən danışırdım. Birdən ondan başqa adamla evlənməyə məcbur olmaq qorxumdan danışırdım.
  • Mən uşağımın qəhrəman olmağını istəmirəm. İstəyirəm ki, xoşbəxt olsun, vəssalam.
  • Mənə görə nigarandı, darıxıb! Mən necə də xoşbəxtəm.

O [ redaktə ]

  • O gün şad-xürrəm, gülməyə heç bir məntiqi səbəb yox idi, amma mən xoşbəxt idim.
  • Onu fikirləşməmək üçün çox çalışmışam. Onu görəndə ürəyim çırpınmasın, üzüm qızarmasın istəmişəm, amma qarşısını ala bilməmişəm.
  • Onu görməklə elə bil arxa tapdım. Gücləndim. Doğrudan da, belə anlarda ər qadın üçün ən güclü arxadır sevməsə də, mehriban olmasalar da.

S [ redaktə ]

  • Səadətin də bir qiyməti var. Onu ödəmək lazımdır.
  • Sən gərək zorla haqqını tələb eləyərdin! Əgər insanlar zorakılığa özləri təslim olmasalar, dünyada bu qədər zorakılıq olmaz. İnsanların məzlumluğudur zülmü belə möhkəmləndirən.
  • Səndə günah yoxdu. Beynini yuyublar. Bu işlərin xalqa heç bir xeyri yoxdur. Bu inam səni başqalarından asılı edir. Bunları səni qorxutmaq üçün fikirləşiblər ki, hər nə var, ona qane olasan. Olmayan şeyləri tələb eləməyəsən. Bu ümidlə yaşayasan ki, o biri dünyada bunları sənə verəcəklər. Sənin o şeylərə etiqadın var ki, onlar səni istismar etməkdən ötrü yaranıb. Xurafat budu.

T [ redaktə ]

  • “Tarix boyu ən çox əziyyət çəkmiş insanlar – qadınlardır” cümləsi zehnimdə həkk olundu.

U [ redaktə ]

  • Uşaqlıqdan mənim üçün alınıb yığılan cehizin ortasında dayanmışdım. Mətbəx əşyaları, yataq otağının avadanlığı – mənim həyatımın bütün hədəfləri bu əşyalarda görünürdü. Bu əşyalar sübut edirdi ki, məndən tələb olunan şey – ərimə mətbəxdə və yataq otağında xidmət etməkdir. Bu, çətin bir vəzifə idi.

Y [ redaktə ]

  • Ya gərək yazasan, ya da danışasan. Ömrünüzün axırına kimi işarəylə danışmayacaqsınız ki?!

Z [ redaktə ]

  • Zorakılıq həmişə kötək, dava, işgəncəylə olmur. Bəzi vaxtlar da eşq, məhəbbətin köməyi ilə zorakılıq eləmək olur.

Comments are closed, but trackbacks and pingbacks are open.