Press "Enter" to skip to content

Molla pənah vaqif şeirləri

Müxtəsər kim, bеlə dünyadən gərək еtmək həzər,
Оndan ötrü kim, dеyildir öz yеrində xеyrü şər,
Alilər xaki-məzəllətdə, dənilər mötəbər,
Sahibi-zərdə kərəm yоxdur, kərəm əhlində zər,
İşlənən işlərdə еhkamu ləyaqət görmədim.

Аудиокнига – Seçilmiş əsərləri — Molla Pənah Vaqif

XVIII əsr Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndəsi heç şübhəsiz, Molla Pənah Vaqifdir. Vaqif yaradıcılığı ilə xalq şeirinin təsiri yazılı ədəbiyyatımızda üstünlük qazanır. Şairin poeziyası əsrin ziddiyyətlərini, sevinc və kədərini daha parlaq ifadə etdiyi üçün bütövlükdə Azərbaycan milli ədəbiyyatının bu dövrünü Vaqif əsri adlandırmaq olar. Şairin yaradıcılığında məhəbbət lirikası əsas yer tutur. Gözəllərin vəsfi Vaqif lirikasının əsas motividir. Şair onların bədii portretini məharətlə yaradıb, etnoqrafik detalları, milli koloriti qabarıq şəkildə əks etdirib. Onun qələmə aldığı şeirlər xarici və daxili zənginliyi ilə fərqlənirlər. Əlyazmalar əsasında, cünglərdən istifadə edilməklə tərtib olunmuş bu kitabda böyük şairin qoşma, təcnis, qəzəl, müxəmməs və s. – dən ibarət əsərləri toplanmışdır.

Как скачать аудиокнигу – “Seçilmiş əsərləri — Molla Pənah Vaqif” в mp3, mp4?

  1. Нажмите на кнопку “полная версия” справа от обложки аудиокниги на версии сайта для ПК или под обложкой на мобюильной версии сайта
    Полная версия аудиокниги
  2. Купите книгу на литресе по кнопке со скриншота

  • MP3 – cкачать аудиокнигу “”Seçilmiş əsərləri — Molla Pənah Vaqif”” в хорошем качестве

Molla pənah vaqif şeirləri

Böyük şairimiz Molla Pənah Vaqif XVIII əsrdə şeir dilini xalq dilinə daha da yaxınlaşdırdı. Onun yazdığı şeirləri xalqın bütün təbəqələri həm anlaya, həm qavraya bildi, həm də sevdi. Beləliklə, o, Azərbaycan şeirində yeni bir yol açdı.

Vaqifin vəfatından 200 il sonra biz Şuşada onun məzarı üzərində əzəmətli bir məqbərə ucaltdıq. Bu, həm Vaqifin yaradıcılığına, həm də, ümumiyyətlə, ədəbiyyata, şeirə, mədəniyyətə olan münasibətimiz idi.

Molla Pənah Vaqif Azərbaycan xalqının fəxri, böyük şairimizdir.

Heydər Əliyev,

Azərbaycan xalqının ümummilli lideri

Vaqif kamal, ədəb və elm sahibi bir sima idi.

Mirzə Adıgözəl bəy,

tarixçi

Şairlərdən. Molla Pənah Vaqif təblərinin gözəlliyi ilə məşhur olmuşdur.

Abbasqulu ağa Bakıxanov,

şair, yazıçı, alim, mütəfəkkir,

tərcüməçi

Amma mən əyyami-səyahətimdə səfhəyi-Qarabağda Molla Pənah Vaqifin bir para xəyalatını gördüm ki, zikr etdiyim şərt bir növ ilə onda göründü.

Mirzə Fətəli Axundov,

yazıçı-dramaturq, ictimai xadim

Оnun şеir və qəzəliyyatı bizim Azərbaycan turklərinə ziyadə xоş gəlir və hər nə оnun qələmindən zuhura gəlibsə. tamamisi urəkdən və həqiqi həyatdan nəşət еdən əsərlərdir. Milli şairlərimizdən оnun kimi sadə və açıq lisanda və ana dilimizin şivəsində şеir və qəzəl yazan az оlub.

Yüz sənə bundan əqdəm ata və babalarımızın dolanacağını, ədəb və əxlaqını, əlbisə və ətiməməsini, arzu və təmannalarını, fikir və həyatını və bilcümlə o əsrin övza və dəstgahını, ustadi-bimisl olan Vaqif gözəl əşar və kəlami-abdarı ilə yazıb gələcək nəsil üçün unudulmayan bir əlamət və yadigar qoyubdur.

Molla Pənah Azərbaycanın mışhur və müqtədir şairi hesab olunur ki, bizim ədəbiyyatımızın banisi və müəssisi adlanmağa onun haqqın vardır.

Firidun bəy Köçərli,

Maarifçi, pedaqoq,

ədəbiyyatşünas, publisist

Sadə Azərbaycan sözləri ilə camaatımızın qana biləcəyi bir şəkildə şeir yaratmaq üçün Vaqifin üslubundan asan və əlverişli bir üslub yoxdur. Odur ki, həmin üslub Vaqifdən sonra şairlərimiz üçün bir qəlib şəklinə girmişdir.

Yüksək və bədii bir zövqə malik olan Vaqif kimi gözü açıq bir şair dərin bir siyasi düşüncəyə malik olmaya bilməzdi.

Böyük mütəfəkkirimiz Mirzə Fətəli Axundov bir filosov və dövlət adamı kimi milli nəsrimizə nə qədər xidmət göstərmişdirsə, Vaqif də milli şeirimizə o qədər xidmət eləmişdir.

Məmməd Səid Ordubadi,

Azərbaycanın Əməkdar İncəsənət xadimi,

yazıçı

Azəri övladları ən əvvəl. proletar şairi doğma Sabirin, xalq şairimiz Vaqifin, Zakirin, Vidadinin mübariz ruhlu şeirlərini bilməlidirlər.

Nəriman Nərimanov,

ictimai-siyasi xadim, yazıçı, publisist

Vaqifin şeirlərində Vaqifə məxsus bir sadəlik, gözəllik və zarafat var ki, sonra gələn şairlərimizə müyəssər olmadılar. Vaqif gözəllik şairidir. Bütün ilhamı da buna həsr olunubdur.

Yusif Vəzir Çəmənzəminli,

Dövlət xadimi, yazıçı

Vaqifin ədəbi fəaliyyəti mühitin canlı təsiri ilə başlayır. Onun yeni duyğular və düşüncələrlə tənəffüs edən şeiri dağ çeşmələri qədər saf və təmizdir. Mənzumələri, hər şey sadə, hər şey adi olmaqla bərabər gözəldir. Canlı, cazibəli və dağ çiçəkləri qədər təbii və səmimidir. O, rəng və qoxunu kənd mühitindən, yaşağı təbiətdən alır, oxuculara buraxdığı canlı təsirin füsunu bundan doğuyur.

Abdulla Şaiq,

şair, yazıçı, dramaturq, publisist,

pedaqoq, ədəbiyyatşünas, tərcüməçi

Vaqif təkcə böyük şair deyildi, o həm də görkəmli siyasi xadim və diplomat idi, xalq arasında da müdrik bir ağsaqqal kimi məşhurlaşmışdı.

Ey könül yolçusu, gülər sənətkar,

Qədrini bilmədi sənin saraylar.

İran ordusunu yeridəndə, sən

Dedin ki, yadlara keçməsin vətən!

Dedin ki, el dili, el şeiri gərək,

Böyük bir ölkədə qanad gərərək,

Üfüqdən-üfüqə çapsın atını.

Səməd Vurğun,
Xalq şairi

Vaqif istedadlı şair, eyni zamanda ictimai dövlət xadimi idi.

İsmayıl Şıxlı,
Xalq yazıçısı

Vaqif şeirinin dili təbii və sadə olduğu qədər mənalı və dolğundur.

Mirzə İbrahimov,
Xalq yazıçı

Gözəllərə şeir deyən, yaşılbaşları tərifləyən, təbiətin gözəlliklərindən nəşə duyan, özünün dediyi kimi “dünyanın hər şərbətini içməyə” çalışan rübabi şair Vaqif eyni zamanda ağıllı bir dövlət xadimidir, diplomatdır, vətənpərvərdir, xalqının dərdini düşünən gözəl bir vətəndaşdır.

Vaqifin sadəliyi, büllur çeşmə kimi qaynayan misraları, onun əsərlərini öz əseinə xas olan gözəlliklərdən məhrum etməmişdir.

Mehdi Hüseyn,

Xalq yazıçısı

Biz. M.P.Vaqif ənənələrindən də öyrənməli, bu ənənələrdən günümüzün ədəbi-bədii tələblərinə müvafiq olaraq istifadə etməliyik.

Süleyman Rəhimov,

Xalq yazıçısı

Yeni Azərbaycan şeirinin yaradıcısı, misilsiz qoşma və qəzəllər ustası Molla Pənah Vaqifin poeziyası son dərəcə zəngin və cazibədardır.

Vaqif – XVIII əsrin ən böyük şairi, mütəfəkkiri, xalqın sevimlisi, aşıqların ustadı və görkəmli dövlət xadimidir. Onun mahnıları xalq arasında çox məşhurdur, onun adı ən səmimi, təsirli lirizmin rəmzinə çevrilmişdir. Lakin gözəllik, xoşbəxtlik, günəş müğənnisi olan Vaqif həyatın qüsürlarına da qətiyyət gözünü yummamışdır. Onun rübabı yer üzündə zülmü və zorakılığı ifşa etmək, xalqın iztarablarını təsvir etməkdir.

Mikayıl Rəfili,
Ədəbiyyatşünas, alim

Vaqif bütün varlığı, ilhamı ilə həyata, insan gözəlliyinə vurğun, həyat aşiqli bir sənətkardır.

Mirzəağa Quluzadə,
professor

Vaqif yaradıcılığı ilə Azərbaycan şeiri tarixində yeni dövr başlanır.

Həmid Araslı,
akademik

Vaqifin qoşmalarından hansını götürsəniz, onda Azərbaycan çöllərinin gözəl ətrini, qarlı dağlarının saf havasını, çağlayıb axan duru sularının şırıltısını və bu səfalı, həyatverici, təbiət qucağında gəzib əylənən, bəzənib nazlanan Azərbaycan pərilərinin oynaq simasını duyarsınız.

professor, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi

Vaqifi poeziyanın qüdrətli, əvəzsiz yaradıcısı kimi tanıtmaq lazımdır.

Məsud Əlioğlu,

yazıçı

Vaqif “Xalqın ruhuna uyğun yeni ədəbiyyat, camaat üçün anlaşıqlı olan, kütləvi ədəbi dil yaratmışdır.

Vaqifin yaradıcılığı xalq şeirinin və onun mahnılarının təsiri altında yazılmış lirik şeirlərdən ibarətdir.

Mustafa Quliyev,

ədəbiyyatşünas, tənqidçi,

publisist

Vaqif zəngin Azərbaycan poeziyasında elə yeni bir yol açmışdır ki, ondan sonra gələn şairlər, hətta bu günədək onun açdığı yol ilə getməkdədirlər. Vaqif poeziyasının əsas xüsusiyyəti sadəlik və xalq ruhuna yaxın olmasındadır.

Məmməd Arif Dadaşzadə,

Akademik

XVIII əsrdə Azərbaycanın dövlət xadimi, istedadlı şairimiz Vaqif də Rusiya ilə müttəfiq olmaq tərəfdarı idi.

Heydər Hüseynov,

ictimai xadim, fəlsəfə elmləri doktoru ,

professor

Yüksək insani hislər aşılayan, coşğun və nikbin Vaqif poeziyası bu gün də bizimlədir.

Araz Dadaşzadə,
əməkdar elm xadimi,

tənqidçi, ədəbiyyatşünas

XVII-XVIII əsrlərdə, xüsusən M. V. Vidadi – M.P.Vaqif xətti ilə qoşmanın ədəbi-bədii təfəkkürün ifadə-janr normasına çevrilməsi həm məzmun, həm də ifadə planında milli mədəniyyətin təşəkkülü prosesinin təzahürüdür.

Nizami Cəfərov,

professor, əməkdar elm xadimi

Vidadi və bilxassə Vaqifin fəaliyyəti azəri ədəbiyyatında yeni və parlaq mərhələ idi.

Səlim Rəfiq Rəfioğlu,

Türk alimi

Vaqif sadə dilli, zəngin məzmunlu şeir toxumunu münbit bir poeziya torpağına səpmişdir.

Əhməd Cəfəroğlu,
Türk alimi

Vaqif ənnənəvi xalq ədəbiyyatı təsiri ilə qaynaşmış, klassik azəri şeirinin son mühüm yetişdirməsidir. Vaqif bilxassə Qafqaz türkləri arasında XIX əsr boyunca davam edən geniş bir şöhrət sahibi idi. Bu şairin klassik şeirlər və ya xalq söyləyişləri ilə tərənnüm etdiyi çeşidli mənzumələrində. təmiz bir azəri türkcəsi və səmimi eşq duyğuları da vardır.

Türk alimi

Vaqif Azərbaycan şeirini ərəbçilik ənəələrindən uzaqlaşdıranlardan biri olmuşdur.

Fransız şairi

Vaqifin yetişməsi öz zəmanəsinin ən fərəhli ədəbi hadisələrindən idi.

Vaqif, xüsusilə təcrübəli mühəndis kimi tanınmışdır. Şuşadakı Xan sarayı, yaşayış yerləri və qala hasarları onun tərifindən tikilmişdir.

Adolf Berje,
rus tarixçi, şərqşünas

Molla Pənahın əsərləri xalqın başa düşdüyü bir dildə yazılmışdır və onlar azəri poeziyasının nümunəsi sayılır. Azərbaycanda fars poeziyasının təsirindən ilk dəfə olaraq o çəkinmişdir.

İvan Yenikolopov,

Rus yazıçısı

Alman tənqidçisinin göstərdiyi kimi. Vaqif və Zakirin əksər şeirləri, yaxşı bir poetik tərcümədə, istər forma və istərsə də məzmun cəhətdən yeni alman poeziyasının qüvvətli əsərləri ilə yanaşı qoyula bilər.

N ikolay İvanoviç Qulak,

Ukrayna şərqşünası

Mən Molla Pənah Vaqifin şeirlərini oxuyarkən dünya poeziyasının lap zirvəsində dayanmış şairin ecazkar qüvvəsini hiss edirəm.

Petrus Brovka,

Belorus şairi

Vaqifin yaradıcılığı xalqa yaxındır, xalqın müqəddəs duyğularının ifadəsidir.

Sergi Çilaya,

Gürcü yazıçısı

Vaqifin simasında azəri el ədəbiyyatı özünün ən yüksək zirvəsinə çatdı. O, sözün əsil mənasında təkcə mənsub olduğu xalqın sənətkarı deyildir. Vaqif bütün şeir və sənət qədrini bilən, ona hörmət bəsləyənlərin sevimli şairidir.

Mirzə Həsən Əlqədiri,

XIX əsr ləzgi alimi

Vaqif öz şeirləri ilə Azərbaycanı tərənnüm edir, Azərbaycan isə onu yaşadır. Bu, nəsilbənəsil xalq arasında yaşayan sənətkar üçün böyük səadətdir.

Rəsul Həmzətov,
avar şairi, yazıçısı,

publisist, siyasi xadim

Molla pənah vaqif şeirləri

Üzüldü taqətim, aman, bəri bax! – Molla Pənah Vaqifin şeirləri

MANERA.az böyük Azərbaycan şairi Molla Pənah Vaqifin şeirlərini təqdim edir.

Görmədim

Mən cahan mülkündə, mütləq, dоğru halət görmədim,
Hər nə gördüm, əyri gördüm, özgə babət görmədim
Aşinalar ixtilatında sədaqət görmədim,
Biətü iqrarü imanü dəyanət görmədim,
Bivəfadan lacərəm təhsili-hacət görmədim

Xah sultan, xah dərvişü gəda bilittifaq,
Özlərin qılmış giriftari-qəmü dərdü fəraq,
Cifеyi-dünyayədir hər еhtiyacü iştiyaq,
Munca kim, еtdim tamaşa, sözlərə asdım qulaq,
Kizbü böhtandan səvayi bir hеkayət görmədim

Hər sədavü səs ki, dünyaya dоlub əksər əqəl,
Cümlə məkrü alü fənnü fitnədir, cəngü cədəl,
Dirhəmü dinar üçündür hər şеyə yapışsa əl,
Müqtədilərdə itaət, müqtədalərdə əməl,
Bəndələrdə simu bəylərdə ədalət görmədim.

Xəlqi-aləm bir əcəb düstur tutmuş hər zaman,
Hansı qəmli könlü kim, sən еdər оlsan şadiman,
О sənə, əlbəttə ki, bədguluq еylər, bigüman,
Hər kəsə hər kəs ki, еtsə yaxşılıq, оlur yaman,
Bulmadım bir dоst ki, оndan bir ədavət görmədim.

Alimü cahil, müridü mürşidü şagirdü pir,
Nəfsi-əmmarə əlində sərbəsər оlmuş əsir,
Həqqi batil еyləmişlər, işlənir curmi-kəbir,
Şеyxlər şəyyad, abidlər abusən qəmtərir,
Hic kəsdə həqqə layiq bir ibadət görmədim.

Hər kişi hər şеy ki, sеvdi, оnu bеhtər istədi,
Kimi təxti, kimi taci, kimi əfsər istədi.
Padşahlar dəmbədəm təsxiri-kişvər istədi,
Еşqə həm çоx kimsə düşdü vəsli – dilbər istədi,
Hеç birində aqibət, bir zövqü rahət görmədim.

Mən özüm çоx kuzəkarı kimyagər еylədim,
Sikkələndirdim qubari-tirəni zər еylədim,
Qara daşı döndərib yaquti-əhmər еylədim,
Danеyi xərmöhrəni dürrə bərabər еylədim,
Qədrü qiymət istəyib, qеyr əz xəsarət görmədim.

Еyləyən viranə Cəmşidi-Cəmin еyvanını,
Yоla salmış, bil ki, bəzmi-işrətin cəndanını,
Kim qalıbdır ki, оnun qəm tökməyibdir qanını,
Dönə-dönə imtahan еtdim fələk dövranını,
Оnda mən bərəkslikdən özgə adət görmədim.

Gün kimi bir şəxsə gündə xеyr vеrsən səd həzar,
Zərrəcə еtməz ədayi-şükri-nеmət aşikar,
Qalmayıbdır qеyrəti şərmü həya, namusu ar,
Dеdilər ki, еtibarü еtiqad aləmdə var,
Оndan ötrü mən də çоx gəzdim, nəhayət, görmədim.

Müxtəsər kim, bеlə dünyadən gərək еtmək həzər,
Оndan ötrü kim, dеyildir öz yеrində xеyrü şər,
Alilər xaki-məzəllətdə, dənilər mötəbər,
Sahibi-zərdə kərəm yоxdur, kərəm əhlində zər,
İşlənən işlərdə еhkamu ləyaqət görmədim.

Dövlətü iqbalü malın axırın gördüm tamam,
Həşmətü cahu cəlalın axırın gördüm tamam,
Zülfü ruyu xəttü xalın axırın gördüm tamam,
Həmdəmi-sahibcəmalın axırın gördüm tamam,
Başədək bir hüsnü-surət, qəddü qamət görmədim.

Ya imam-əl-insü vəlcinnü şahənşahi-umur,
Gеtdi din əldən, bu gündən böylə sən еylə zühur,
Qоyma kim, şеytani-məlun еyləyə imanə zur,
Şölеyi-hüsnünlə bəxş еt tazədən dünyayə nur
Kim, şəriət məşəlində istiqamət görmədim.

Baş ağardı, ruzigarım оldu gün-gündən siyah,
Еtmədim, səd hеyf kim, bir mahi ruxsarə nigah,
Qədr bilməz həmdəm ilə еylədim ömrü təbah,
Vaqifə, ya rəbbəna, oz lütfünü еylə pənah,
Səndən özgə kimsədə lütfü inayət görmədim.

Hayıf ki, yoxdur!

Kür qırağının əcəb seyrəngahı var,
Yaşılbaş sonası, hayıf ki, yoxdur!
Ucu tər cığalı siyah tellərin
Hərdən tamaşası, hayıf ki, yoxdur!

Qış günü qışlağı Qıraqbasanın,
Gözüdür Aranın, cümlə-cahanın,
Belə gözəl yerin, gözəl məkanın
Bir gözəl obası, hayıf ki, yoxdur!

Elə gözəl var bunların içində,
Ələ düşməz hərgiz Çinü-Maçində.
Söyləgən, oynağan, dürüst biçimdə
Bəzəyi, libası, hayıf ki, yoxdur!

Çoxdur ağ bədənli, büllur buxaqlı,
Lalə zənəxdanlı, qönçə dodaqlı.
Amma şirin dilli, açıq qabaqlı,
Könül aşinası, hayıf ki, yoxdur!

Havasından torpağının, yerinin,
Dadızmaz dəhanın, ləbi-şirinin,
Pəri çoxdur, nə fayda heç birinin
Adamlıq ədası, hayıf ki, yoxdur!

Ucu əşrəfili, bulud kimi saç,
Dal gərdəndə hər hörüyü bir qulac,
Kəlağayı əlvan, qəsabə qıyğac,
Altından cunası, hayıf ki, yoxdur!

Zər haşiyə al nimtənə üstündə,
Xallar üz yanında, çənə üstündə,
Buxağın altında, sinə üstündə,
Zülfün burulması, hayıf ki, yoxdur!

Laçın təki başda ala tomağa,
Yaşmağı tutmaya dişə, dodağa,
Cəllad kimi durub qabaq-qabağa
Baxıb can alması, hayıf ki, yoxdur!

Çünki yorğunuyam mən bu yolların,
Qaydasını billəm hər üsülların,
Gümüş biləklərin, bəyaz qolların,
Sarı kəhrəbası, hayıf ki, yoxdur!

Ayna tutub hərdəm camal görməsi,
Zülfə, zənəxdana sığal verməsi,
Səhər ala gözün siyah sürməsi,
Əlinin hənası, hayıf ki, yoxdur!

Vaqif haqdan dilər lütfü kərəmlər,
Belə yerdə qalan, vallah, vərəmlər.
Yenə yada düşdü bizim sənəmlər.
Getməyin binası, hayıf ki, yoxdur!

Ala gözlü, sərvi boylu dilbərim,
Həsrətin çəkdiyim canan, bəri bax.
Gecə-gündüz fikrim, zikrim, əzbərim,
Üzüldü taqətim, aman, bəri bax!

Kim dözər mənim tək belə firqətə,
Rəncü-məşəqqətə, bari-möhnətə?
Haçandır düşmüşəm tari-zülmətə,
Çəkilsin üstümdən duman, bəri bax!

Payibəndəm qəmi-eşqə giriftar,
Hicran həsrətindən can oldu bimar.
Razi-dilim edə bilməm aşikar,
Çəkərəm dərdini pünhan, bəri bax!

Günbəgün könlümün artır qubarı
Pərişandır, tapmaz o qəmküsarı.
Ölsün, itkin olsun belə əğyarı,
Gəzməsin arada yaman, bəri bax!

Çox çəkər hicrini Vaqifi-xəstə,
Leylü-nahar, şamü-səhər peyvəstə,
Ey yanağı lalə, ləbləri püstə,
Ağzı nabat, şəkkər zəban, bəri bax!

Bir əndamı nəsrin, dodağı qönçə,
Bir qaməti gülbün yara aşiqəm.
Olsa yüz üzü gül, girməz eynimə,
Mən ancaq bir gülüzara aşiqəm.

Gecələr sübhədək eylərəm nalə,
Hərgiz düşməz könlüm özgə xəyalə.
Bir gərdəni mina, ağzı piyalə,
Bir ləhcəsi şirinkara aşiqəm.

Bir buxağı turunc, sinəsi meydan,
Bir sözü cəvahir, mirvari dəndan,
Bir maral baxışlı, kirpiyi peykan,
Bir qaşları zülfuqara aşiqəm.

Bir güləndə ləblərindən bal axan,
Bir bəzənib sərxoş tovuz tək çıxan,
Bir niqab altından pünhani baxan,
Bir əcayib xoşgöftara aşiqəm.

Vaqifəm, bədəndən canım dağılır,
Məcnun kimi xanimanım dağılır,
Görməyəndə din-imanım dağılır,
Gecə-gündüz mən didara aşiqəm.

Boyun sürahıdır, bədənin büllur,
Gərdənin çəkilmiş minadan, Pəri!
Sən ha bir sonasan, cüda düşübsən
Bir bölük yaşılbaş sonadan, Pəri!

İxtilatın şirin, sözün məzəli,
Şəkər gülüşündən canlar təzəli,
Ellər yaraşığı, ölkə gözəli,
Nə gözəl doğubsan anadan, Pəri!

Üz yanında tökülübdür tel nazik,
Sinə meydan, zülf pərişan, bel nazik,
Ağız nazik, dodaq nazik, dil nazik,
Ağ əllərin əlvan hənadan, Pəri!

Avçısı olmuşam sən tək maralın,
Xəyalımdan çıxmaz hərgiz xəyalın,
Ənliyi, kirşanı neylər camalın,
Sən elə gözəlsən binadan, Pəri!

Günəş təki hər çıxanda səhərdən
Alırsan Vaqifin əqlini sərdən.
Duaçınam, salma məni nəzərdən,
Əskik olmayasan sənadan, Pəri!

Sevdiyim, ləblərin yaquta bənzər

Sevdiyim, ləblərin yaquta bənzər,
Sərasər dişlərin dürdanədəndir.
Sədəf dəhanından çıxan sözlərin
Hər biri bir qeybi-xəzanədəndir.

Nədəndir sözümə cavab verməmək?
Həm camal gizləyib, üz göstərməmək.
Gecələr gözlərim xabı görməmək,
Ol siyah nərgisi-məstanədəndir.

Mən ha səni nuri-ilahi sannam,
Camalının şöləsinə dolannam,
Atəşinə mərdü mərdanə yannam,
Bu xasiyyət mənə pərvanədəndir.

Bir namə yazmışam can üzə-üzə,
Badi-səba, apar sən o gül üzə,
Soruşsa yar ki, bu kimdəndir bizə?
Söyləgilən: Sizin divanədəndir.

Xumar-xumar baxmaq göz qaydasıdır,
Lalə tək qızarmaq üz qaydasıdır,
Pərişanlıq zülfün öz qaydasıdır,
Nə badi-səbadan, nə şanədəndir.

Müştaqdır gözünə gözü Vaqifin,
Yolunda payəndaz üzü Vaqifin,
Sənsən fikri, zikri, sözü Vaqifin,
Qeyri söz yanında əfsanədəndir.

Bayram oldu

Bayram oldu, heç bilmirəm neyləyim.
Bizim evdə dolu çuval da yoxdur.
Dügüylə yağ hamı çoxdan tükənmiş
Ət heç ələ düşməz, motal da yoxdur.

Allaha bizmişik naşükür bəndə,
Bir söz desəm, dəxi qoymazlar kəndə.
Xalq batıb noğula, şəkərə, qəndə,
Bizim evdə axta zoğal da yoxdur.

Bizim bu dünyada nə malımız var,
Nə evdə bir sahibcamalımız var.
Vaqif, öyünmə ki, kamalımız var,
Allaha şükür ki, kamal da yoxdur.

Comments are closed, but trackbacks and pingbacks are open.