Press "Enter" to skip to content

Mozilla dilini nece macar diline qura bilerem?

Sual: Qurani Kərim necə nazil olub? Allah Rəsulunun (s) qəlbinə bütövlükdə (birdəfəlik) nazil olub, yoxsa uzun fasilələrlə nazil olub?

Qurani Kərim necə nazil olub?

Sual: Qurani Kərim necə nazil olub? Allah Rəsulunun (s) qəlbinə bütövlükdə (birdəfəlik) nazil olub, yoxsa uzun fasilələrlə nazil olub?

Cavab:
Şübhəsiz ki, Quran tədricən nazil olmuşdur. Və ayələrinin, İlahi vəhyin Həzrət Peyğəmbərin (s) rəhbərliyi altında öz və ümmətin keçirdiyi münasibətlərə və zamanlara görə davam edibdir. Qurani-Kərim ayəsi bu tədricən nazil olmaya işarə etmişdir: “İnsanlara aramla (yavaş-yavaş) oxuyasan deyə, Biz Quranı hissələrə ayırıb (ayə-ayə, surə-surə) göndərdik. Biz onu tədriclə, nazil etdik.” (İsra: 106)

Uca Allah buyurur: “Kafirlər: “Quran ona (Muhəmmədə) bütöv (birdəfəlik) endirilməli idi!” – dedilər. (Ya Rəsulum!) Sənin ürəyinə səbat (qətiyyət) vermək üçün biz onu ayə-ayə (tədricə) nazil etdik.” (Furqan: 32) Bununla birlikdə, bəzi ayələrin zahirindən anlaşılmasına əsasən Qurani-Kərimin birdəfəlik nazil olmasından bəhs edən Quran ayələri də vardır. Aşağıdakı mübarək ayələrdə olduğu kimidir: Uca Allah buyurur: “İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran Quran Ramazan ayında nazil edilmişdir.” (Bəqərə: 185) Uca Allah buyurur: “Biz onu mübarək bir gecədə (Qədr gecəsində) nazil etdik. Biz (o Kitab vəsitəsilə kafirləri Öz əzabımızla) qorxuduruq!” (Duxan: 3) Uca Allah buyurur: “Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi nazil etdik!” (Qədr: 1) Tədqiqatçılar, bu ikisinin cəmləşməsi qarşısında fikir ayrılığına gəliblər. Bununla əlaqədar fikir və nəzəriyyələrdən bəhs ediblər, bunlardan ən əsası aşağıdakılardır:

Birinci nəzəriyyə: Quran iki dəfə nazil olduğunu hesab edirlər. Birinci nazil olma Beytul-məmurda olub yuxarıdakı ayələrdə bəhs edildiyi kimi birdəfəlik nazil olmadır. İkincisi isə Allahın Rəsulunun (s) İslam cəmiyyətində rəhbərliyini yürütdüyü bütün dövr ərzində ayələrin tədricən nazil olmasıdır.

İkinci nəzəriyyə: Quranın Ramazan ayında və Qədr gecəsində nazil olmasının mənası həmin vaxtdan etibarən başlamasıdır. Daha sonra isə Allah Rəsulunun (s) və Ümmətin həyatlarında keçirdikləri münasibətlərə və hallara görə davam edibdir.

Üçüncü nəzəriyyə: Bu Əllamə Təbatabainin (Allah ruhun müqəddəs etsin) ixtisaslaşdığı nəzəriyyədir. Bu isə Seyyidin təfsirçi olaraq yeni bir rəng qatmasıdır. Burada “İnzal” ilə “Tənzil” arasında bir fərq vardır. “İnzal” ərəb dilində yalnız birdəfəlik nazil olma olduğu təqdirdə istifadə olunur, “Tənzil” isə ərəb dilində yalnız tədricən nazil olma olduğu təqdirdə istifadə olunur. Quranın nazil olması ilə əlaqədar hər iki ifadədən bəhs istifadə edilibdir.

Mozilla dilini nece macar diline qura bilerem?

“Bu (Quranın dili) isə açıq-aşkar (bəlağətli, fəsahətli) ərəb dilidir! (Ərəblər özləri Quranın dil, üslub gözəlliyi qarşısında heyranlıqlarını, acizliklərini gizlədə bilmədikləri halda, əcəmlər bu cür fəsahətli ərəb dilini haradan bilə bilərlər?!)” (“Nəhl”, 103).

Ərəb dili, feil şəkilçiləri, şəxs əvəzlikləri və kəlmə törəmələri ilə çox zəngin və qıvraq dil olmaqla bərabər, hər cür məna dəyişmələrinə qarşı son dərəcə sağlam bir ifadə qüdrətinə sahibdir.

Bu cəhətdən ingilis və fransız dili kimi ən inkişaf etmiş dillər də daxil olmaqla, dünyanın heç bir dili ifadə gücünə görə ərəb dili ilə müqayisə oluna bilməz. Bir çox alimlər Qurani-Kərimin ərəbcə nazil olmasını ərəb dilinin bu xüsusiyyəti ilə bağlayırlar.

Bundan başqa, ərəb dili ən fonetik dildir. Ərəb əlifbasında cəmi 4 sait var. Dünya dilləri arasında ən az saitli dil olduğundan tələffüzü də ən asandır. Çünki dilin tələffüzündəki çətinlik, o dildəki sait səslərin çoxluğu ilə ölçülür.

Məsələn, ingilis və fransız dillərində saitlərin sayı ondan çoxdur. Azərbaycan dilində 9, Anadolu türkcəsində 8, digər dünya dillərində isə yeddidən az deyildir.

Halbuki ərəbcədə “a”, “ə”, “i” və “u” olmaqla cəmi 4 sait səs vardır. Bunlar da bütün dünya dillərində olan və ən çox işlənən sait səslərdir.

Buna görə bir ərəb başqa bir dil öyrənmək və yaxşı danışa bilmək üçün ana dilində olmayan bəzi səsləri də öyrənmək və özünü bu səslərə alışdırmaq məcburiyyətindədir.

Lakin Quranın ərəb dilində nazil olmasının başqa məntiqi səbəbləri də vardır ki, onlardan biri də bu dildən kəlmələrin ifadə etdiyi mənaların digər dillərdə dəqiq əvəzedici sözün və ya sözlərin olmamasıdır. Bu səbəbdən də həmin kəlmələrin mənasını açıqlamaq istədikdə tərcüməsini deyil, təfsirini vermək məcburiyyətində qalırıq.

Amma Quranın ərəb dilində nazil olmasının səbəbləri bunlarla məhdudlaşmır.

Sonuncu Peyğəmbərin (s) ərəb cəmiyyətində zühur etməsi və ərəblərin öz dillərinə qarşı son dərəcə təəssübkeş olması Quranın məhz onların dilində nazil olmasını zəruri hala çevirir.

Belə ki, əgər Quran ərəb dilində deyil, dünyanın başqa dillərində nazil olsaydı, amma peyğəmbər onların özlərindən olsaydı heç vaxt iman gətirməz və bunu əllərində iman gətirməmələrinə dair əsas dəlil tutardılar. Qeyd olunanlarla yanaşı, ərəb dilindəki söz zənginliyi və digər dillərdən az təsirlənməsi Quranın ərəb dilində nazil olmasına başqa bir amil ola bilər.

Comments are closed, but trackbacks and pingbacks are open.