Press "Enter" to skip to content

İri şəhər bələdiyyələri necə yaradıla bilər? Komitə sədrindən açıqlama

– Əsəbi deyiləm, sadəcə bir az yorğunam. Sizlə söhbət edək, yorğunluğum keçəcək.

Səhər verilişini necə dinləyə bilərəm?

Kulis.az Ulucay Akifin 100.5FM-in məşhur “Üçü birində” verilişinin studiyasından reportajını təqdim edir.

Radio yarandığı gündən öz spesifik xüsusiyyətləri ilə insanları həm əyləndirməyi, həm maarifləndirməyi, həm dərdinə şərik olmağı, sirdaş və yol yoldaşı olmağı bacarıb.

Elə günü bu gün də bir çoxumuz maşında, avtobusda radio dinləyərək onu özümüzə yol yoldaşı seçirik.

Uzun müddətdir, səhərlər radionu bir verilişdə saxlayıb dinləməkdən zövq alıram: 100.5FM-in “Üçü birində” şousu.

Aygün Akif, Elgün Hüseynov və Məzahir dayı.

Səhərlər bu üç səsi, onların söhbətini dinləmək əhvalımı pozitivə kökləyir. Səhər yol gedən, işə tələsən adamların əhvalını müsbətə kökləmək, məncə, dəyərli olmaqdan əlavə həm də savab bir işdir.

Birdən görürsən Elgün Aygün xanımın dırnaqlarını müzakirə etdi. Onun gözlərinin rəngini lağa qoydu, hörüklərinə söz atdı. Aygün xanım da adekvat davranır: incimir, bu amansız zarafatların qarşısında öz istedadı və hazırcavablığı ilə duruş gətirməyə çalışır.

Filmlərdən parodiya və improvizələr verilişə postmodern bir ruh qatır. Nələr eləmirlər? Oxumaq, oynamaq, yanıltmac demək, mübahisə etmək, zəng edən tamaşaçılarla zarafatlaşmaq.

Bütün bunları dinləyə-dinləyə qərar verdim ki, bu pozitiv insanlarla mütləq görüşüm, söhbət edim. Həm də onların təkcə səsini eşitmək mənə bəs etmirdi elə bil. Səslərinə vurulduğum adamları bir də canlı görmək eşqi yaranmışdı içimdə.

Aparıcı (radiodicey) Aygün Akifin nömrəsini tapıb zəng edirəm. Həmişə radiodan eşitdiyim məlahətli səsi telefon dəstəyindən eşitmək məni həyəcanlandırır, özümü ələ alıb deyirəm:

– Alo! Salam! Aygün xanımdı?

– Salam! Bəli. Buyurun. Kimdi?

– Sizinlə canlı söhbət etmək istəyən bir nəfər. Mən hər gün sizi dinləyirəm.

Aygün xanım radiodakı kimi şən səsiylə cavab verir:

– Buyurun, gəlin studiyamıza!

Fotoqrafımız Nicata zəng edib tez çağırıram və yollanırıq “Üçü birində” verilişinin studiyasına.

Hörüklü qız

Bizi elə Aygün xanım qarşılayır. Qoşa hörükləri çiyinlərindən aşağı sünbül kimi sallanan bu xanım mənə məktəbli qızcığazları xatırladır. Üzündə təbəssüm, gözlərində parıltı. Onu gördükdən sonra mənim də üzümdə ilıq təbəssüm peyda olur. Özümü hər an aşiq olmağa hazır, hətta elə aşiq olmuş kimi həyəcanlı hiss edirəm.

Aygün xanım bizi salamlayıb içəri dəvət edir. Mən də həyəcanımı bəlli etməməyə çalışaraq Nicatla içəri daxil oluram.

İşıqlı dəhlizlə addımlayırıq. Fotoqraf Nicat məndən qabaqda gedir. Niyəsə Nicata əsəbiləşdiyimi hiss edirəm. Bilmirəm, məndən daha hündür olduğu üçün, yoxsa Aygün xanımla daha aktiv söhbət etdiyi üçün.

Özünü elə aparır guya müxbir budur, fotoqraf mən!

Onu bir də belə yerlərə gətirməyəcəm! Söz. Heyf deyil İlkin? Abırlı uşaqdır. İnanıram ki, fotoaparatın obyektivindən də naməhrəm qadınların üzünə baxmır.

Bir otağa daxil oluruq

Aygün xanım bizi məşhur həmkarı Elgün Hüseynov il tanış edir. Elgün bəyin çox yaraşıqlı olduğunu görəndə əsəbimin üstünə bir az da əsəb gəlir.

Bunu Elgün bəy də hiss edir:

– Bu qardaş çox qaşqabaqlıdır. Deyəsən, əsəbidir. Mən müsahibə vermək istəmirəm!

Cümləni ciddi tonda deyib sonra gülür və bu zarafat məni də güldürür. Tez cavab verirəm:

– Əsəbi deyiləm, sadəcə bir az yorğunam. Sizlə söhbət edək, yorğunluğum keçəcək.

Söhbət edə-edə keçirik verilişin yayımlandığı studiyaya. İş saatı bitib və söhbət üçün vaxtımızın məhdud olduğunu əvvəlcədən deyirlər. Ona görə tez keçirəm suallarıma:

– Bu veriliş necə yarandı?

– Bu layihə 2011-ci ildə yaranıb. Düzdü, ilk efirimiz 2012-ci ilin yanvarında baş tutub, amma layihə 2011-də hazırlanmışdı. Əvvəl tək aparıcı özüm və mənim yaratdığım Məzahir dayı obrazı idi. Sonra Tural Əzizovla Aygün də qoşuldu. İndi Tural yoxdur, verilişi Aygün, mən və Məzahir dayı aparırıq.

A! Yalanlarını tuturam. “Üçü birində” deyib, iki nəfər aparırlar verilişi. Xalqı həmişə belə aldadırlar. Ata Abdullayevin yeridir, çəkib hamısını xar eləyə. Mənsə, Aygün xanımın gözəlliyindən keçib heç nə deyə bilmirəm. Amma ürəyimə damıb, redaktor başlığı burdan çıxardacaq. Aramızda qalsın, çox duyğusuz adamdır. Hər şeyə İP gözü ilə baxır.

Aygün məktəbli qızlar kimi hörükləriylə oynaya-oynaya cavab verəndə bütün gərginliyim keçir, gələcək başlığı və redaktorumuzu unuduram:

– Mənə sonradan təklif elədilər, mən də sevə-sevə gəldim.

Dava axtarışım

Münasibətlərinin çox yaxşı olduğunu görüb bayaqdan azca qalmış əsəbimlə aranı vurmağa çalışıram:

– Artıq neçə ildir bir yerdə veriliş aparırsınız. Heç olmayıb ki, dalaşasınız, ya bərk küsülü olub birgə efirə çıxasınız?

İkisi də bir yerdə, gülə-gülə cavab verir:

Ürəklənirəm. Qaşınmayan yerdən qan çıxarmağın əsl vaxtıdır.

– Bəs necə çıxıb bir yerdə veriliş aparmısınız? Həmişəki kimi pozitiv ola bilmisiniz, ya sönük keçib veriliş?

– Yox, təsir etməyib. Həmişəki kimi pozitiv aparmışıq. Dinləyicilərə mənfi enerji ötürməməliyik. Bu, bizim peşə borcumuzdur. Şəxsi olan heç bir şey işimizə təsir etməməlidir.

– Peşəkar adam belə məsələləri işində büruzə vermir.

Qəfil keçid edirəm Aygün xanımı ilk gördüyüm andan mənə maraqlı gələn suala:

– Sevgiliniz var, Aygün xanım?

Hər ikisi sualıma gülür.

Elgün Aygünün sözünü kəsib gülə-gülə replika atır:

– Evdə qalıb, alan yoxdur!

Burda istəyirəm hislərimi bəyan edəm, ürək eləmirəm. Aygün incə barmaqlarını yumruq halında sıxıb Elgünün qoluna vurur. Elgün qolunu ovuşdura-ovuşdura (guya ağrıyırmış kimi edir):

– Əslində, çoxdu sevəni. Özü heç kimi bəyənmir. Gündə nə qədər eşq elanı gəlir. Hələ heç kim ürəyincə deyil.

Eyni sualı Elgünə də verirəm.

Elgün dərhal özünü ələ alır və səsi ciddiləşir:

Aygünə eşq elan edənlər

Otağa sükut, mənim içiməsə rahatlıq çökür. Açığı, bir az qorxurdum, deyirdim, bəlkə sevgilidirlər. Əhvalım yaxşılaşandan sonra davam edirəm:

– Eşq elan edirlərsə, deməli səsinizə aşiq olanlar var, hə?

Elgün üzündə hiyləgər təbəssümlə cavab verir:

– Danışır daaaa. (gülür)

– Bəs sizi səsinizə görə tanıyanlar olur?

– Təkcə iş vaxtı bir yerdə olursunuz?

– Yoooox. Mağazaya da gedirik, restorana da. Həmişə, bir yerdə olanda insanlarla çoxlu zarafatlaşırıq.

– Hə, düz deyir. Mağazada satıcıyla, restoranda ofisiantla, taksi şoferiylə. Mən hərdən Məzahir dayı kimi danışıram.

– Məzahir dayı obrazı hardan ağlınıza gəldi? Bu obrazın prototipi var həyatda?

– Ümumiləşdirilmiş obrazdır. Həyatda o qədər Məzahir dayılar var ki.

İşdən çıxıb birbaş Naxçıvana getdik

Hörüklərini sığallayan Aygünə növbəti sualı verirəm:

– Dinləyicilər arasında eşq elan edənləriniz, heyranlarınız belə çoxdur deməli. Bəs sizə edilən ən maraqlı hədiyyə, jest nə olub?

Bir az fikirləşir, Elgünə baxır, yadına salmağa çalışır:

– Həəə, yadıma düşdü. Bir dəfə Naxçıvandan bir dinləyicimiz canlı efirə zəng eləmişdi. Bizi Naxçıvana dəvət elədi. Biz də dedik, bax yalandan dəvət edərsiniz, elə bilərsiniz gəlmirik, qalxıb gələrik haa! Dedi, gözüm üstə yeriniz var. Bəlkə, inanmayacaqsınız, amma verilişdən çıxıb birbaşa hava limanına yollandıq, elə həmin gün Naxçıvana getdik. Hava limanında olanda bir də zəng elədik ki, aeroportdayıq, gəlirik. Dedi, gəlin. Çox gözəl də qarşıladılar bizi, qonaq etdilər, çoxlu gəzdik. Bir gün sonra geri qayıtdıq.

– Demək, dinləyicilərinizlə belə görüşlər edirsiniz?

– Hə. Bir çox ailəyə də qonaq getmişik. O hörməti, izzəti görmək adama elə ləzzət edir ki.

– Hələ dinləyicilərimizdən qız da almışıq, amma buna aid sual vermə. (gülür)

– Qız almışıq, üstəlik qız da vermişik. Bircə Aygünü alan yoxdur (gülür).

Aygün bu dəfə şiddətə əl atmır:

– Bəsdi dəə, Elgün (gülür).

Köhnə qarmon

Gözəlliyi gözümdə hər keçən dəqiqə daha da artan Aygün xanıma növbəti sualımı verirəm:

– Çox xoş, gözəl xanımsınız. Gözəl də bəzənib gəlmisiniz işə. Hərdən əsəbiləşmirsiniz ki, bu gözəlliyinizi, bəzənib-düzənməyinizi camaat görmür.

Elgün yenə replika atır:

– Yalan deyir, heç əsəbiləşmirəm. Mən işə gəlirəm, iş yoldaşlarımın əksəriyyəti də bəylərdir. Onlar niyə səhər tezdən işə gəlib gözəl olmayan, baxımsız bir xanım görsünlər? Bizim işimiz biri-birimizə ötürdüyümüz xoş enerjidən çox asılıdır. Ona görə, hər gün səhər tezdən durub bəzənirəm, makiyaj edirəm, qəşəng də geyinib işə gəlirəm.

İçimdəki qısqanclıqla ürəyimdə “çox nahaq!” deyib, tez başqa suala keçirəm:

– Başqa nə məşğuliyyətləriniz, hobbiləriniz var?

– Mən həm də müğənniyəm. İkinci məşğuliyyətim budu.

Aygün tez araya girir:

– Qarmon da çalır. Burda qarmonu da var!

– Doğrudan? Nə gözəl! Bəlkə bizim üçün nəsə ifa edəsiniz?

Elgün bir az naz eləyirmiş kimi etiraz edir:

– Köhnədir e qarmon. Pis vəziyyətdədir.

– Yalan deyir! Çox qəşəng, şirin qarmonu var. Gətir də, Elgün. Paxıl olma!

Elgün otaqdakı şkafdan qarmonunu çıxarır. Qarmon həqiqətən də maraqlı, diqqət çəkəndi. Üzərində rəngli gül-çiçək şəkilləri onun köhnəliyini məharətlə ört basdır edir.

Qarmonla “isinmə hərəkətləri” edərək tarixçəsini danışır. Bu qarmonu ona uşaq vaxtı alıblarmış. Elə o vaxtdan musiqiyə həvəsi yaranıb.

Elgün bəy bizim üçün fərqli, şən milli musiqilərimizdən ifa edir. Otaq pozitiv ab-hava ilə dolduqca başa düşürəm ki, niyə onların verilişinə insanlar (elə özüm də daxil) maraqla qulaq asırıq.

Otağa yad bir adam girir

Biz şənləndiyimiz vaxt radionun digər işçilərindən biri qapını açır, içəri baxır və heç nə demədən qapını bağlayır. Şuluqluq edən zaman tutulan uşaqlar kimi susuruq.

– O biri veriliş başlayacaq. 10 dəqiqə qalıb.

– Vaxt nə tez keçdi e!

– Elə mənim də suallarım bitdi. Gedək biz. Amma mütləq yenə gələcəm! Çox xoş oldu sizi tanımaq! Bütün yorğunluğum keçdi.

– Nə vaxt istəsəniz buyurub gəlin! Bizə də xoş oldu.

– İstəsəniz biz də gələ bilərik (gülür).

Xoş əhvalla sağollaşırıq. Bundan sonra radioda “Üçü birində” verilişini dinləyəndə, Elgün və Aygünün xoş xarakterləri, gülər üzləri əhvalımı daha da artıracaq.

  • Müəllifdən Harri Potteri boykot etmək çağırışına maraqlı cavab
  • Bred Pitt “Formula 1″də iştirak edəcək
  • Məşhur irlandiyalı yazıçı Bakıya gəlir

İri şəhər bələdiyyələri necə yaradıla bilər? – Komitə sədrindən açıqlama

Azərbaycanda böyük bələdiyyələrin yaradılması düşündürücü məsələdir. Biz buna doğru gedirik.

Bizim.Media xəbər verir ki, bunu Trend-ə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, Azərbaycanda bələdiyyələr yaranandan sonra iki dəfə islahatlar keçirilib.

“Həmin islahatlar zamanı mindən çox bələdiyyə birləşdirilib və ləğv edilib. Zaman göstərir ki, kiçik bələdiyyələr vətəndaşların tələblərini yerinə yetirə bilmirlər, çünki bu bələdiyyələrin əmlakı yoxdur, onların fəaliyyəti üçün imkanlar məhduddur. Digər tərəfdən vətəndaşların kiçik bələdiyyələrə münasibəti zəifdir. Ona görə də kiçik bələdiyyələrin ləğv edilib birləşdirilməsi prosesi getdi.

Hesab edirəm ki, hazırda da ölkədə bələdiyyələrin sayı çoxdur. Bizimlə əhalisi və ərazisi təxminən eyni olan ölkələrdə bələdiyyələrin sayı 200-500 arasındadır. Bu gün Azərbaycanda bələdiyyələrin sayının azaldılmasına, onların təşkilatçılığının artırılmasına böyük imkanlar var.

Bu da iri şəhər bələdiyyələrinin yaranmasına zəmin hazırlayır. Əgər kiçik bələdiyyələr vətəndaşların tələbatlarına cavab vermirlərsə, onlar birləşdirilməlidir və bu birləşmə də iri şəhər bələdiyyələrinin yaranmasına doğru gedir”, – deyə T.Rzayev əlavə edib.
O bildirib ki, iri şəhər bələdiyyələrinin yaradılması müəyyən zaman tələb edir. “Bu gün biz Bakı bələdiyyələrini birləşdirib böyük Bakı şəhər bələdiyyəsi yaratsaq, uğur qazana bilmərik.

Çünki idarəetmədə çox ciddi problemlər ola bilər. İri bələdiyyənin maddi texniki bazası, maliyyə vəsaiti, güclü kadrlar olmalıdır. Bu baxımdan iri şəhər bələdiyyələrinin yaradılması üçün zaman lazımdır”, – deyə T.Rzayev əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Comments are closed, but trackbacks and pingbacks are open.