Press "Enter" to skip to content

Mərkəzi bank haqqında qanun

Z. Oruc sonra son günlər ölkədə iş adamlarının həbs edilməsi barədə də danışıb. Onun fikrincə, iş adamları ilə bağlı həbslər bütövlükdə bank sektorunda sabitləşmənin həyata keçirilməsi üçün bir addım olaraq qiymətləndiririk: “Bu məsələ ətrafında ajiotaj yaradılması başa düşülən deyil. Sadə vətəndaş krediti ödəyə bilməyəndə məhkəmələr tərəfindən sanksiyalar tətbiq edilir. Bəzən o vətəndaşlar qoyduqları girovları itirmək məcburiyyətində qalırdı. Bu vəziyyət qətiyyən ajiotaj yaratmırdı. Son günlər həyata keçirilən tədbirlər də bu cür addımlardandır. Sanki elə qəbul edilir ki, külli miqdarda dövlət vəsaitini yayındırıb müxtəlif cür addım ata bilərlər və onlar borclu deyillər. Ölkə rəhbəri dünən bir daha qeyd etdi ki, biznes mühiti üçün heç bir problem yoxdur, yetər ki, qanun qarşısında öhdəliklər yerinə yetirilsin”.

Mərkəzi bank haqqında qanun

“Qafqazinfo” xəbər verir ki, qanun layihəsi haqqında məlumat İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, qanuna dəyişiklik edilməsində məqsəd Mərkəzi Bankın itirilmiş valyuta ehtiyatlarının bərpası ilə əlaqədardır: “Bundan sonra Mərkəzi Bankın fəaliyyəti nəticəsində yaranmış kapital çatışmazlığı bir maliyyə ili təxirə salınmaqla dövlətin buraxdığı qiymətli kağızlar hesabına ödəniləcək. Eyni zamanda xarici valyutada və qızılda olan aktiv və passivlərin yenidən qiymətləndirilməsi nəticəsində ilin sonuna yaranan zərərin ödənilməsi Mərkəzi Bankın kapital ehtiyatları hesabına təmin olunacaq”.

Qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Zahid Oruc bildirib ki, Mərkəzi Bankın aprel ayında açıqladığı göstəricilər sübut edir ki, müəyyən mənada aktivliyi təmin etmək üçün tədbirlər görülməsinə ehtiyac var: “Mərkəzi Bankın ehtiyatlarının 1,3 milyard manat azalması sübut edir ki, maliyyə bazarına dövlət tərəfindən müdaxilə hər kəsin marağındadır. Bank sahəsindəki sabitlik həm də vətəndaşların xeyrinədir. Bizim həyata keçirəcəyimiz bu yeni dəyişikliklər də AMB-nin resurslarının genişlənməsinə imkan verəcək”.

Z. Oruc sonra son günlər ölkədə iş adamlarının həbs edilməsi barədə də danışıb. Onun fikrincə, iş adamları ilə bağlı həbslər bütövlükdə bank sektorunda sabitləşmənin həyata keçirilməsi üçün bir addım olaraq qiymətləndiririk: “Bu məsələ ətrafında ajiotaj yaradılması başa düşülən deyil. Sadə vətəndaş krediti ödəyə bilməyəndə məhkəmələr tərəfindən sanksiyalar tətbiq edilir. Bəzən o vətəndaşlar qoyduqları girovları itirmək məcburiyyətində qalırdı. Bu vəziyyət qətiyyən ajiotaj yaratmırdı. Son günlər həyata keçirilən tədbirlər də bu cür addımlardandır. Sanki elə qəbul edilir ki, külli miqdarda dövlət vəsaitini yayındırıb müxtəlif cür addım ata bilərlər və onlar borclu deyillər. Ölkə rəhbəri dünən bir daha qeyd etdi ki, biznes mühiti üçün heç bir problem yoxdur, yetər ki, qanun qarşısında öhdəliklər yerinə yetirilsin”.

Spiker Oqtay Əsədov deputata cavabında isə bildirib ki, ajiotaj yaradanların kimlər olduğu bilinir: “Azərbaycanda olan hər bir şeyə ajiotaj yaradılır. Siz heç nəyə görə narahat olmayın. Azərbaycanda dövlət orqanları var və onlar bununla bağlı lazimi tədbirlər görür”.

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Günel Türksoy

Mərkəzi Bankın statusu dəyişdi – QANUN

Publika.az xəbər verir ki, dəyişikliyə əsasən, qanunun 2.1-ci maddəsində “dövlət orqanıdır” sözləri “publik hüquqi şəxsdir” sözləri ilə əvəz edilib.

Həmçinin, 2.2-ci maddənin birinci cümləsində “kapitalına” sözü “fonduna” sözü ilə, üçüncü cümləsində “kapitalının” sözü “fondunun” sözü ilə əvəz edilib.

Beləliklə, qanunda bu maddə “. Mərkəzi Bankı müstəqil balansa, nizamnamə fonduna və digər əmlaka malikdir. Mərkəzi Bank balansında olan əmlaka Mülki Məcəlləyə uyğun olaraq sahiblik, istifadə və sərəncam hüquqlarmı həyata keçirir. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, Mərkəzi Bankın razılığı olmadan fondunun və digər əmlakının özgəninkiləşdirilməsinə yol verilmir” kimi qeyd olunub.

Dəyişikliklərdən biri də 5.0.7-ci maddənin ləğv edilməsi ilə bağlıdır. Bu dəyişikliklə Mərkəzi Bankın bank fəaliyyətini lisenziyalaşdırması və tənzimləməsi, qanunla müəyyən edilmiş qaydada bank fəaliyyətinə nəzarəti həyata keçirməsi funksiyasına xitam verilib.

Bundan başqa, 9.3-cü maddədə “pul, valyuta və bank nəzarəti sahələrində” sözləri “pul və valyuta siyasəti sahələrində” sözləri ilə əvəz edilib.

Habelə, yeni qanuna görə, Mərkəzi Bankın İdarə Heyətinin səlahiyyətlərinin bir qismi də əlindən alınır. Belə ki, dəyişikliklərdə 22.0.9 – 22.0.12-ci maddələrin ləğvi nəzərdə tutulub. Bununla da, Mərkəzi Bankın İdarə Heyətinin kredit təşkilatlarına bank fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaların verilməsi və ləğv olunması barədə qərar qəbul edə, kredit təşkilatları üçün iqtisadi tənzimləmə (prudensial) normativləri müəyyən edə, “Banklar haqqında” Qanunla müəyyən olunmuş hallarda banklara müvəqqəti inzibatçının təyin edilməsi və səlahiyyətinə xitam verilməsi haqqında qərar qəbul edə, Azərbaycanın bank sistemində xarici kapitalın iştirak limitini müəyyənləşdirə bilməyəcək.

Dəyişikliklə, Mərkəzi Bank ölkənin bank sisteminin sabit işini təmin etmək, bank kreditorlarının və əmanətçilərinin maraqlarını qorumaq məqsədilə bank fəaliyyəti üzərində lisenziyalaşdırma, tənzimləmə və nəzarət funksiyalarını itirib. Üstəlik, dəyişikliklərlə Mərkəzi Bankdan tənzimləmə və nəzarət, eləcə də lisenziyalaşdırma səlahiyyətləri əlindən alınıb.

Bu qanunun 49-cu maddəsinin də yeni redaksiyada verilməsi təklif olunur. Belə ki, bu maddəyə əsasən, bank sisteminin sabitliyinin təmin edilməsi, bank kreditorlarının və əmanətçilərinin maraqlarının qorunması məqsədilə Mərkəzi Bank özünün müəyyən etdiyi qayda və şərtlər daxilində banklara kreditlər, o cümlədən, subordinasiya kreditləri verə bilərdisə, bundan sonra bankların ödəmə qabiliyyətinin qısamüddətli pozulması və likvidlik çatışmazlığı hallarında maliyyə bazarlarına nəzarət orqanı 6 aydan artıq olmayan müddətə kreditlərin verilməsi üçün Mərkəzi Banka müraciət edə bilər. Maliyyə bazarlarına nəzarət orqanının müraciəti əsasında Mərkəzi Bank 2 bank günündən gec olmayaraq kreditlərin verilib-verilməməsi barədə müvafiq qərar qəbul etməlidir.

Vasif Həsənli

Əvvəlki xəbər

Azərbaycanlı hakim UEFA-dan təyinat aldı

Comments are closed, but trackbacks and pingbacks are open.