Press "Enter" to skip to content

Литературный процесс в годы

Əlbəttə, bütün bu məqsədlər formalaşmaqda olan Azərbaycan cəmiyyətində çox böyük izahat işi aparmağı tələb edirdi. Ziyalıların görkəmli nümayəndələri öz intellektini bu məsələlərin həllinə sərf etməli, cəsarət və məsuliyyət nümayiş etdirməli idilər. Əhalini böyük dəyişikliklərə hazırlamaq, insanların tarixi və mənəvi dəyərləri dərk etməsi, onlarda etnik mənlik şüuru oyatmaq üçün vaxt lazım idi. Bütün bu işlər çarizm tərəfindən müqavimətlə, onun Cənubi Qafqaz müsəlmanlarına tətbiq etdiyi məhdudiyyətlərlə üzləşirdi. Əhali onun üçün ənənəvi olmayan etimadsızlıq, şübhəlilik, bəlkə də düşmənçilik şəraitində yaşayırdı.

MüASİr azərbaycan

Zirvəyə aparan yol çətin olur.
Azərbaycan Prezidenti İlham Əliyev 2011-ci il mayın 10-da “Buta” sarayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə təntənəli mərasimdəki nitqində demişdir:

“Bu gün Azərbaycan dinamik inkişaf edən, öz ehtiyaclarını özü ödəyən müasir ölkədir. Bizim siyasətimiz çox açıqdır, aydındır. Güclü iqtisadi təməl üzərində müasir siyasi sistemin formalaşdırılması, dövlətçiliyin əsaslarının möhkəmləndirilməsi, azərbaycançılıq ideologiyasının gücləndirilməsi məsələləri bizim üçün prioritet məsələlərdir. Biz müstəqilliyi bərpa etmişik, qoruyub saxlaya bilmişik. Bu gün müstəqilliyi möhkəmləndiririk.

Müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük nemətdir, ən böyük dəyərdir”.

(“Azərbaycan” qəzeti, 12 may 2011-ci il).

Məqalənin mövzusunun açılmasında bu fikirlər əsas rol oynayır.

SSRİ-nin süqutu ərəfəsində 1991-ci il oktyabrın 18-də Azərbaycan müstəqilliyini yenidən bərpa etmişdir. Hər bir xalqın tarixində 20 il o qədər də böyük müddət deyildir. Lakin Azərbaycan üçün bu illər ciddi sınaqlar dövrü idi: o, müstəqil dövlət kimi yaşaya biləcəkdimi?! Zaman göstərdi ki, Azərbaycan xalqının milli ruhu sönməmişdi, əgər bu millətin layiqli lideri, dünya miqyaslı dövlət xadimi olarsa, o, istənilən çətinlikləri dəf edə bilər.

Bu illər ərzində həll edilən məsələlərin xarakterini əvvəlki illərlə əsla müqayisə etmək olmaz. XIX əsrdə və XX əsrin əvvəllərində azərbaycanlıların bir neçə nəslinin həyata keçirmək uğrunda mübarizə apardığı milli ideya özünün həqiqi təcəssümünü məhz müstəqil Azərbaycanın mövcud olduğu bu 20 ildə tapmışdır.

İranla müharibə nəticəsində 1828-ci ildən Rusiya imperiyasının tərkib hissəsinə çevrilmiş Şimali Azərbaycanda XIX əsrin ikinci yarısından etibarən dini identiklikdən Azərbaycan milli ideyasının formalaşmasının başlanğıcı olan etnik identikliyə keçid ideyası bu məkanda ideya axtarışlarının mərkəzində dayanırdı. Bu dövrdə ən ümdə məqsəd etnik şüurun dini şüurdan ayrılması ideyası idi. XIX əsrin A.A.Bakıxanov, M.F.Axundzadə, Mirzə Kazımbəy kimi mütəfəkkirləri bu yöndə çalışırdılar.

Milli məsələ XX əsrin əvvəlində Azərbaycan cəmiyyətində xeyli aktuallaşmışdı və bunun da ciddi səbəbləri vardı. Həmin dövrdə Azərbaycan sənaye cəmiyyəti yaradılması yoluna qədəm qoymuş və ümmənin (müsəlman icmasının) etnik-mədəni millət mərhələsinə transformasiyası prosesi başlanmışdı. O dövrün Azərbaycan ziyalılarının milli problemləri nə səviyyədə başa düşmələrini bizim yazıçıların, publisistlərin, şairlərin, ictimai xadimlərin əsərlərində görmək olar.

Azərbaycanda inqilabaqədərki milli təfəkkür əvvəlcə türkçülük və etnik millətçilik ideologiyası kimi inkişaf edirdi. Bu, həmin ideyanın transformasiyası üçün mühüm və zəruri platforma idi, çünki çox böyük bir regionun türkdilli əhalisinin tarixi və mədəni yaddaşına əsaslanırdı. Bu ideologiya öz milli hüquqlarının müdafiəsi işində bütün türkdilli xalqların birliyi və həmrəyliyini, ayrıca türk (Azərbaycan) millətinin, perspektivdə isə dövlətinin yaranmasını təmin etməli idi.

Sonrakı dövrdə bizim mütəfəkkirlər milli identiklik ideyasını irəli sürməyə başladılar. Bu ideya azərbaycançılıq ideologiyasının formalaşmasına keçidi nəzərdə tuturdu, onun növbəti hədəfi isə milli ideya idi. Azərbaycanda genişlənən kəskin siyasi mübarizə milli ideyanı öz məntiqi sonluğuna – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxardı. Bu, bizim böyük əcdadlarımızın fəaliyyətinin kvintessensiyası idi.

Əlbəttə, bütün bu məqsədlər formalaşmaqda olan Azərbaycan cəmiyyətində çox böyük izahat işi aparmağı tələb edirdi. Ziyalıların görkəmli nümayəndələri öz intellektini bu məsələlərin həllinə sərf etməli, cəsarət və məsuliyyət nümayiş etdirməli idilər. Əhalini böyük dəyişikliklərə hazırlamaq, insanların tarixi və mənəvi dəyərləri dərk etməsi, onlarda etnik mənlik şüuru oyatmaq üçün vaxt lazım idi. Bütün bu işlər çarizm tərəfindən müqavimətlə, onun Cənubi Qafqaz müsəlmanlarına tətbiq etdiyi məhdudiyyətlərlə üzləşirdi. Əhali onun üçün ənənəvi olmayan etimadsızlıq, şübhəlilik, bəlkə də düşmənçilik şəraitində yaşayırdı.

Üstündən neçə-neçə onilliklər keçəndən sonra soydaşlarımızın həyatının həmin dövrünü dərindən düşünəndə anlamağa başlayırsan ki, onlar nə qədər hüquqsuz, təhqiramiz şəraitdə yaşamışlar. Yeri gəlmişkən deyək ki, sovet hakimiyyəti dövründə də Kremldə azərbaycanlılara qarşı etimadsızlıq olmuşdur. Bunu mən öz şəxsi həyat təcrübəmə və Azərbaycan Kommunist Partiyasının rəhbərlərindən biri kimi iş təcrübəmə əsasən deyirəm. Əgər bu gün xalqımız mövcuddursa və çoxları üçün nümunədirsə, bu, yalnız və yalnız onun daxili insan resursları və istedadı sayəsindədir.

XX əsrin əvvəlində o dövr üçün az-çox bitkin məzmun kəsb etmiş Azərbaycan milli ideyası və birləşdirici ideologiya kimi “azərbaycançılıq” milli ruhu və milli-mədəni yüksəlişin mexanizmlərini dirçəltmək, o cümlədən xalqı öz tarixi torpaqlarından tədricən qovulmaqdan xilas etmək cəhdi idi. Bu ideyanın reallaşdırılması xalqın öz milli muxtariyyətini, sonradan isə suveren, müstəqil dövlətini yaratmasını nəzərdə tuturdu.

1918-ci ilin mayında Azərbaycan dövlətinin yaradılması Azərbaycan xalqının milli mənlik şüurunun formalaşması prosesinin obyektiv yekunu oldu. M.Ə.Rəsulzadə 1952-ci ildə Münxendə çıxan “Qafqaz” jurnalında yazırdı: “Böyük dövlətlər Azərbaycanı 1920-ci il yanvarın 12-də tanımışlar. Bu, artıq gerçəkləşmiş milli ideyanın təntənəsi günü idi. O vaxtdan Azərbaycan müstəqil dövlət kimi beynəlxalq ailəyə daxil olmuşdur”.

Azərbaycan milli ideyası prioritetlərin müəyyən edilməsində uzun bir yol keçmişdir. Bu müddətdə əvvəlcə dini tərkib hissə yaranmış, sonradan o, tədricən milli mənlik şüurunun mədəni-tarixi paradiqmasına – türkçülüyə transformasiya etmişdir.

XIX-XX əsrlərdə Azərbaycanda ictimai fikrin təkamülü milli inkişafın “türkləşmə, islamlaşma, avropalaşma” prioritetlərini əks etdirən formulu yaratmışdır. Bu gün məhz həmin ideyalar Azərbaycanın Dövlət bayrağının üç rəngində təcəssüm olunur.

XIX-XX əsrlərin tarixi zaman kəsiyində C.Məmmədquluzadə, M.Ə.Sabir, Y.V.Çəmənzəminli, Ə.Topçubaşov, Ə.Ağayev, Ə.Hüseynzadə, H.Zərdabi, F.Xoyski, M.Ə.Rəsulzadə və digər milli klassiklər və görkəmli maarifçilər azərbaycanlıların milli mənlik şüurunun oyanışında başlıca rol oynamışlar.

Onlardan bəziləri həm də müstəqil Azərbaycan dövlətinin yaradılmasının təməlini qoymuşlar. Göstərilən dövr azərbaycanlıların tarixində həmişə bu insanların adları ilə bağlı olacaqdır. Bununla belə, tarix sübut etmişdir ki, nəzəri fikrin formalaşdırılması onun tərkib hissələrinin əməli şəkildə həyata keçirilməsi qədər məsuliyyətli işdir. Təəssüf ki, bir sıra obyektiv və subyektiv daxili və xarici səbəblər üzündən birinci Azərbaycan Respublikasının liderləri dövlətçiliyimizin uzunmüddətliliyinə nail ola bilmədilər. Nəticədə keçən əsrin 90-cı illərinin əvvəlində Sovet İttifaqı dağılana qədər müstəqillik ideyaları boğuldu. SSRİ-nin dağılması ilə Azərbaycan xalqı milli ideyanın həyata keçirilməsi – müstəqil milli dövlətçiliyin qurulması üçün daha bir tarixi şans əldə etdi. Lakin 1990-cı illərin əvvəlində həm Azərbaycanın daxilində, həm də qlobal geosiyasi kontekstdə cərəyan edən ictimai-siyasi proseslər, regiondakı qüvvələr nisbəti, üstəlik, həmin dövrdə hakimiyyətdə olmuş şəxslərin siyasi baxımdan qeyri-yetkinliyi, millətin və dövlətin inkişafının strateji prioritetlərini lazımınca təsəvvür etməmələri bu vəzifənin tam şəkildə yerinə yetirilməsini təhlükə qarşısında qoymuşdu. XX əsrin əvvəlində qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti dövrünün ibrət götürülməmiş mənfi dərslərinin təkrarlanması təhlükəsi 1993-cü ildə özünü aşkar şəkildə göstərməyə başlamışdı.

Mənfi ictimai-siyasi proseslərin gedişi təkidlə tələb edirdi ki, Azərbaycanı tamamilə dağılmaq və ya parçalanmaq təhlükəsindən yalnız sözün həqiqi mənasında tarixi miqyaslı, həm Azərbaycan millətinə xas olan mühüm dəyərlərin müəyyən toplusunun təcəssümü rolunda, həm də qeyri-standart siyasi qərarların güclü və iradəli mənbəyi rolunda çıxış etməyə qadir olan şəxsiyyət xilas edə bilər. Yalnız böyük dövlət xadimi milləti xilas edə, onun ideyasını həyata keçirə bilər.

Fəlsəfə elmində çoxdan təsdiqlənmişdir ki, milli ideya cəmiyyətin həyatında, siyasi praktikada mühüm rol oynayır. Ona görə də hər bir millətin öz milli ideyası olmalıdır, əks halda həmin millətin yaşamağa haqqı yoxdur. Filosoflar milli ideyanı xalqın taleyini, onun vəzifəsini ifadə edən və taleyüklü məsələlərin həlli üçün milli enerjini səfərbər edən inteqrativ milli mənlik şüuru konsepsiyası adlandırırlar.

Milli ideya bir insanın ixtirası deyil, o, xalqın şüurunun dərinliklərindən qaynaqlanır və konkret tarixi məqamda sosial reallıq onu dəstəkləyir. Çoxmillətli dövlətdə ərazi bütövlüyünü qoruyub saxlamaq üçün milli ideya dilindən, etnik mənsubiyyətindən və dinindən asılı olmayaraq, ölkənin bütün əhalisinin maraqlarını nəzərə almalıdır. Milli ideya cəmiyyətin inkişafının ümumi məqsədi və strategiyasıdır.

Milli ideyanın mahiyyətinin məğzi nədən ibarətdir? Qeyd etmək lazımdır ki, milli ideya əvvəlcə milli şüurun oyanması, müstəqillik uğrunda mübarizə ilə şərtlənən əqli nəticə, ictimai ideya kimi yaranır. Dövlətçilik yaranıb təkamül etdikcə, ölkənin sosial-iqtisadi mövqeyi möhkəmləndikcə, mədəniyyət inkişaf etdikcə milli ideya tədricən milli maraqlarla, dövlətin beynəlxalq birlikdə rolunun elmi dərki ilə qovuşur. Bu şəraitdə milli ideya elmi cəhətdən əsaslandırılır və müvafiq ideologiyanın formalaşması üçün zəmin kimi çıxış edir.

Millətin indi və gələcəkdə salamatlığı, inkişafı və tərəqqisinin strategiyası kimi milli ideya milləti sıx birləşdirir, onu möhkəmləndirir, millətin vahid tam kimi fəaliyyət göstərməsinə şərait yaradır, bütövlükdə cəmiyyətin mənafelərini ifadə edən davranış qaydaları, qanunlar və digər mühüm ictimai-siyasi qaydalar formalaşdırmağa kömək edir. Milli ideya etnosun (millətin), onun bənzərsiz mədəniyyətinin, təkrarsız “Mən”inin qorunub saxlanmasına imkan yaradır.

Milli ideya mənəvi və rəmzi mənada müəyyən dəyərlər toplusu kimi çıxış edir. Bu halda formalaşması xalqın mənəvi seçimi ilə sıx bağlı olan milli ideyanın ən mühüm tərkib hissəsi və özəyi ərazinin və millətin yaradıcısı və qorunub saxlanmasının təminatçısının rəmzi kimi məhz millət və milli dövlət ideyası çıxış edir. Əgər milli ideya tarixi təcrübəyə, sosial-mədəni dəyərlərə və ənənələrə əsaslanmırsa, o, həyat qabiliyyətli ola bilməz.

Müasir mərhələdə Azərbaycan milli ideyasının leytmotivi Azərbaycanın müstəqil mahiyyət kimi dərk edilməsi olmalıdır. Bundan ötrü isə milli ideyanın özü şəxsi, ictimai və dövlət varlığının baza dəyərlərini ehtiva etməlidir. Ölkənin BMT tərəfindən tanınmış sərhədləri daxilində qorunub saxlanmasına yönəldilmiş Azərbaycan milli ideyasının və onun mahiyyətinin həyata keçirilməsi ərazi, əhali və idarəçilik kimi əsas xüsusiyyətlərə malik olan dövlətin ən mühüm vəzifəsidir. Azərbaycan xalqı məhz öz milli ideyasını müəyyən etmək yolu ilə millətə çevrilmişdir.

Milli ideya və milli ideologiya anlayışlarını qarışdırmaq olmaz. Elmi ədəbiyyatda onların eyniləşdirilməsi hallarına tez-tez rast gəlmək olar. Hərçənd, məlum olduğu kimi, qərarlaşmış milli dövlətə bunların hər ikisi xasdır. Buna baxmayaraq, çox vaxt milli ideyanı səhvən ideologiya kimi təsnif edirlər. Halbuki onların funksiyaları müxtəlifdir: milli ideyanı strategiya kimi səciyyələndirmək olar, ideologiya isə ideyanın reallaşdırılmasına kömək edən taktikadır. İdeologiya milli ideyanın cəmiyyətdə yayılması metodları və vasitələridir. O, milli ideyanın daşıyıcısıdır. Reallıq dəyişir, onun təqdim edilməsinin metodları və formaları da dəyişməlidir.

Şəksiz təşkilatçılıq xüsusiyyəti olan ideologiya cəmiyyətin mənəvi həyatının ən mühüm strukturudur, lakin ondan yalnız milli məsələlərin həlli, milli ideyanın reallaşdırılması üçün zəruri mexanizm kimi istifadə etmək lazımdır. Nəzərə almaq lazımdır ki, milli birliyə xidmət edən ideologiya milli ruhun mənəvi meyarlarına uyğun olmalıdır. Lakin əgər milli şüura tətbiq edilmiş həqiqilik meyarı surroqat həqiqətlə əvəz edilirsə, onda hakimiyyət nüfuzunu itirir, milli dəstəkdən məhrum olur.

Dövlət ideoloji fəaliyyətlə məşğul olmağa, yəni konkret milli və dövlətçilik dəyərlərini dəstəkləməyə və təbliğ etməyə borcludur, eyni zamanda, başa düşməlidir ki, milli ideologiya milli ideyanı əvəz etməməlidir. İdeya həyata keçirilməsi nəzərdə tutulan, müəyyən nəticəyə gətirib çıxarmalı olan bir niyyət, yaxud “nəzəri sistemin əsasını təşkil edən məntiqi prinsipdir” (bax: Социологический энциклопедический словарь. М. 1998, с. 94). İdeologiya isə insanların gerçəkliyə və bir-birinə münasibətini dərk etməyə, qiymətləndirməyə imkan verən, müxtəlif sosial qrupların və cəmiyyətlərin mənafelərini ifadə edən baxışlar və ideyalar sistemidir.

Milli ideologiya bütün millətin mənafelərini ifadə etdikdə, onun həyatına, inkişaf vektoruna, ölkə əhalisinin əksəriyyətinin dünyabaxışının mühüm hissəsinə çevrildikdə öz məqsədini doğrulda bilər.

Son 20 ildəki siyasi inkişaf göstərmişdir ki, Azərbaycan cəmiyyəti üçün təkcə milli ideya yetərli deyildir, ölkəyə milli maraqlara söykənən yeni, müasir siyasi ideologiya lazımdır.

Məhz bu səbəbdən müasir Azərbaycanın ideoloji konstruksiyasının mahiyyətinin müəyyən edilməsi çox aktual məsələdir. Artıq 18 ildir ki, “azərbaycançılıq” ideoloji konstruksiyası bu missiyanı gerçəklikdə öz üzərinə götürmüşdür. Bu konstruksiya mühüm funksional keyfiyyətlərlə zəngindir. Onların mahiyyəti ölkəni mənəvi və fiziki cəhətdən zəiflətmək cəhdlərindən qorumaqdan, Azərbaycanı unitar, hüquqi və demokratik dövlət kimi möhkəmləndirmək və inkişaf etdirməkdən ibarətdir. Azərbaycançılıq ideologiyası elə bir mənəvi dəyərdir ki, o, müstəqil və öz yolu ilə gedən Azərbaycanı informasiya baxımından koqnitiv (idraki) sivilizasiyalar sırasına, yəni biliklərə əsaslanan və biliklər iqtisadiyyatı yaradan cəmiyyətə çevirəcəkdir.

Milli ideyanın və azərbaycançılıq ideologiyasının reallaşdırılması yalnız o halda uğurlu hesab edilə bilər ki, onlar əhalinin sosial aktiv təbəqələrinin səfərbər edilməsi, inkişaf və modernləşdirmə strategiyası, ölkənin qarşısında duran məsələlərin həlli ətrafında hakimiyyətin xalq kütlələri ilə həmrəyliyinin təmin olunması vasitəsinə çevrilsin.

Xalqın milli mənlik şüurunun oyanması ilə milli ideyanın yaranması arasında çox böyük zaman kəsiyi vardır. Milli ideya qəti şəkildə yalnız millətin yaranması ilə formalaşır, yəni tam qərarlaşmış formaya düşür.

Bizim müasir Azərbaycan üçün milli ideya anlayışının məzmununu nə ilə dolğunlaşdırmaq barədə düşünməyimizə ehtiyac yoxdur. Strateji məqsədlər ölkənin Konstitusiyasında müəyyən edilmişdir. Ona görə də milli ideyanın maddiləşdirilməsi Azərbaycan Konstitusiyasının reallaşdırılması yolu ilə həyata keçirilir. 1995-ci ildə qəbul edilmiş Konstitusiya ölkənin bütün vətəndaşlarını birləşdirən ideyadır. Bütün insanları təkcə keçmiş haqqında xatirələr deyil, məhz Konstitusiya birlikdə saxlayır. Bu gün Azərbaycan Konstitusiyası Azərbaycan milli ideyasının rəsmi ifadəsidir.

Bəs milli ideyanın və xalqın dəyər oriyentasiyalarının mahiyyəti nədən ibarətdir? Heç şübhəsiz, əsas dəyərlərdən biri məhz dövlətçilikdir. Dövlətin ali dəyərləri isə müstəqillik, dövlət suverenliyi, habelə mədəniyyət, din və ənənə dəyərləridir. Milli ideya Azərbaycan cəmiyyətinin və dövlətinin həyatının əsas məqsədi və mənasıdır. XXI əsrdə Azərbaycan milli ideyasının əsas tərkib hissələri bunlardır: dövlətin, ərazi bütövlüyünün və müstəqilliyin qorunub saxlanması, iqtisadiyyatın hərtərəfli inkişafı, vətəndaşların firavanlığı (buraya bir sıra komponentlər daxildir), müasir təhsil standartları, mənəvi inkişaf, demokratiya, təhlükəsizlik və ondan irəli gələn tam bir sıra məsələlər.

Tarix sübut etmişdir ki, dövlətin, cəmiyyətin və qlobal proseslərin inkişafını müəyyən edən başlıca amillərdən biri şəxsiyyət fenomenidir. Tarixi proseslərə obyektiv surətdə təsir göstərən bütün başqa amillər konkret ictimai-siyasi, geosiyasi, sosial-iqtisadi şəraitdən asılıdır. Şəxsiyyətin rolu isə prioritet kimi çıxış edir, çünki məhz konkret şəxsiyyət özünün fəaliyyəti və qəbul etdiyi qərarlarla xalqların, dövlətlərin tarixinə və dünya nizamına təsir göstərə bilər. Bəşəriyyətə ən qədim zamanlardan bəri çoxlu görkəmli insanlar, şəxsiyyətlər məlumdur, dünya tarixinin ayrı-ayrı dövrləri, bütöv epoxalar, millətlərin keçmişi və bu günü onların adı ilə bağlıdır. Bu tarixi şəxsiyyətlər öz əməlləri ilə xalqların həyatında o qədər dərin iz qoyurlar ki, millətin və dövlətin inkişafının həmin dövrü konkret görkəmli siyasi şəxsiyyətin ideyalarının təcəssümünün nəticəsi kimi onların adları ilə səciyyələndirilir.

Bir çox xalqların tarixi təcrübəsi milli tarixin böhranlı zaman kəsiyində məhz müəyyən şəxsiyyətin sayəsində ölkədə vəziyyətin necə dəyişməsinə, həyati əhəmiyyətli məqsədlərə nail olmaq üçün cəmiyyətin və onun ən yaxşı nümayəndələrinin sıx birləşməsinə dair parlaq misallarla zəngindir. Bu baxımdan nisbətən yaxın tarixdən misallar göstərmək olar: Mustafa Kamal Atatürk və 1920-ci illərdə müasir Türkiyə Cümhuriyyətinin yaradılması; Konrad Adenauer və müharibə nəticəsində dağıdılmış Almaniya Federativ Respublikasının 1950-ci illərdə bərpası; Şarl de Qoll və 1960-cı illərdəki narahat Fransa; Li Kuan Yu və 1965-ci ildə Sinqapurun yaranması; Franklin Ruzvelt və 1930-1940-cı illərdə ABŞ-ın timsalında dünya hegemonunun formalaşması.

Azərbaycan xalqının ən yeni tarixində belə bir şəxsiyyət ümummilli lider Heydər Əliyev – sözün həqiqi mənasında millətin və dövlətçiliyin xilaskarı olan insan öz bəsirəti, təcrübəsi və işləri ilə indiyəqədərki bütün dəyərlər və siyasi oriyentirlər sisteminin fövqünə ucalmış şəxsiyyət olmuşdur. Heydər Əliyevin onu tarixi şəxsiyyətlər sırasına çıxaran vətəndaş və siyasi hünəri müxtəlif təhdidlərə və təqiblərə rəğmən siyasətə qayıtmaq və Azərbaycanın taleyini öz əlinə almaq qətiyyətindən ibarət idi.

1991-ci ildə Azərbaycanın müstəqillik yoluna qədəm qoyması onun tarixində yeni səhifə açmaqla yanaşı, həm də o vaxt qarşıya çıxan məsələlərin təcili həll edilməsini kəskin zərurətə çevirmişdi. Lakin təəssüf ki, müstəqilliyin ilk illərində Azərbaycan dövlət quruculuğu ilə əlaqədar bütün təxirəsalınmaz məsələlərin – xarici təcavüzün dəf edilməsi, daxili siyasi vəziyyətin sabitləşdirilməsi, cəmiyyətin tam hərc-mərcliyə və vətəndaş müharibəsinə sürüklənməsinə yol verilməməsi, heç olmasa, minimum həyat qabiliyyətinə malik iqtisadiyyat yaradılması məsələlərinin az bir hissəsini də reallaşdıra bilməmişdi.

Ölkənin o vaxtkı rəhbərliyinin xüsusən xarici siyasət, müdafiə qabiliyyəti və iqtisadi islahatlar kimi sahələrdə diletant idarəçilik metodları və tam bacarıqsızlığı Azərbaycan cəmiyyətində daxili siyasi qarşıdurmanın kəskinləşməsini son həddə çatdırmış və separatçı meyillərin güclənməsi üçün zəmin yaratmışdı. Belə bir şəraitdə hər hansı uzunmüddətli məqsədlərə nail olmaq naminə millətin sıx birləşməsindən söhbət də gedə bilməzdi və ölkə rəhbərliyinin özü də həmin məqsədlərin nədən ibarət olduğunu aydın dərk edə bilmirdi. Bu uğursuz siyasət nəticəsində dövlət qurumları və ictimai təsisatlar tamamilə tənəzzülə uğramışdı. Ona görə də 1988-ci ildən 1993-cü ilədək olan dövrü tam əminliklə qarışıqlıq, hakimiyyətsizlik və anarxiya dövrü adlandırmaq olar.

Tarixi miqyaslı şəxsiyyət olan Heydər Əliyev ölkədə yaranmış vəziyyəti hərtərəfli düşünülmüş şəkildə qiymətləndirərək, Azərbaycan dövlətinin varlığının özü üçün gərəkli təcili və həyati əhəmiyyətli məsələlərin – hakimiyyət boşluğunun aradan qaldırılması, separatçılıq təhlükəsinin və silahlı quldur dəstələrinin ləğv edilməsi, döyüş qabiliyyətli ordu yaradılması kimi məsələlərin həlli naminə bütün Azərbaycan cəmiyyətini sıx birləşdirə və səfərbər edə bildi.

Xarici dövlətlərin rəhbərləri, dünyanın tanınmış analitikləri birmənalı şəkildə etiraf edirlər ki, Heydər Əliyev XX əsrin ikinci yarısının – XXI əsrin əvvəlinin siyasi tarixində görkəmli siyasi xadim və dövlət xadimi kimi qalacaqdır. Çox böyük siyasi təcrübəsi, nadir xarizması, natiqlik qabiliyyəti və yüksək nüfuzu onu müasir siyasi xadimlər arasında kəskin şəkildə fərqləndirirdi. Onun məqsədi qabaqcıl Avropa standartlarına uyğun milli dövlət yaratmaq idi. Məhz o, Azərbaycan dövlətçiliyinin möhkəm təməlini qoydu, bununla da milli müstəqilliyin inkişaf vektoruna dönməzlik xarakteri verdi. Heydər Əliyev mürəkkəb geosiyasi dövrdə ölkəni vətəndaş qarşıdurması və dərəbəylik vəziyyətindən, dərin iqtisadi və siyasi böhrandan çıxarmağa, onu sabit inkişaf səviyyəsinə qaldırmağa nail oldu. Ölkənin xarici siyasi aləmdə təcrid olunmuş vəziyyətdən çıxarılması da onun xidmətidir. O, bütün dünyaya sübut etdi ki, Azərbaycan tərəqqi edən müasir dövlətə çevrilə bilər.

Heydər Əliyev bütün dövlət quruculuğu prosesinin həyata keçirilməsinin yeganə təminatçısı olmuşdur. Ötən əsrin 70-80-ci illərində uğurla həyata keçirilən səmərəli dövlətçilik, varislik və proqnozlaşdırıla bilən konsepsiya əsas götürüldü. Azərbaycan xalqı çox güclü məna potensialı ilə dolğunlaşdırılan, cəmiyyətin daxilindəki ziddiyyətləri həll etməyə və davamlı inkişaf üçün zəmin yaratmağa qadir olan milli ideya əldə etdi.

Heydər Əliyevin bütün parlaq həyatı mühüm tarixi hadisələrlə zəngin idi. Bütövlükdə isə o, siyasət korifeyi idi və özünün qaynar fəaliyyəti ilə qeyri-adi şəxsiyyət kimi müasir Azərbaycanın tarixində çox böyük rol oynamışdır.

1993-2003-cü illəri əhatə edən on il ən müxtəlif təhdid və təhlükələrlə dolu idi, gənc respublikaya çox böyük təzyiqlər vardı. Heydər Əliyevin siyasi nüfuzu və onun vaxtında qəbul etdiyi qərarlar Azərbaycanı simasız dövlət vəziyyətinə yuvarlanmaq təhlükəsindən xilas etdi. Azərbaycan bu on ildə dövlətçiliyin bərqərar olması, demokratik keçid və konsolidasiya yolu qət etmiş, eyni zamanda, ölkədə genişmiqyaslı iqtisadi islahatlar aparılmış, siyasi sistem və sosial münasibətlər humanistləşmişdir. Bu cür geniş əhatəli transformasiya sistemli xarakter daşıyır və subyektiv səpkili çoxsaylı maneələrə rəğmən həyata keçirilirdi.

Azərbaycanda dövlətçiliyin və milli şüurun, iqtisadiyyatın və sosial quruluşun, siyasi sistemin və identikliyin durğunluq və tənəzzül keçirdiyi həmin dövrdən təqribən 20 il ötəndən sonra cəsarətlə deyə bilərik ki, 1993-2003-cü illərdə Heydər Əliyevin on illik prezidentliyinin əsas uzunmüddətli hədəfləri aşağıdakılar olmuşdur:

  • ölkədə son dərəcə zəruri olan ictimai-siyasi həyatın sabitləşdirilməsi, demokratik ənənələrin və təsisatların yaradılması və təkmilləşdirilməsi;
  • dövlət aparatının möhkəmləndirilməsi və işlək dövlət idarəçilik təsisatlarının formalaşdırılması;
  • cəmiyyətdə yeni davranış normaları və stereotiplərinin yaradılması, yeni – açıq və demokratik vətəndaşlıq mövqeyinin formalaşdırılması;
  • 1994-cü ildən başlayaraq Qarabağ cəbhəsində atəşkəs rejimi şəraitində iqtisadi inkişafın mühüm prioritetlərinin formalaşdırılması;
  • müstəqil dövlətin neft strategiyasının yaradılması, – bunun təməli “Əsrin müqaviləsi”nin imzalanması ilə qoyulmuşdur, – əsas regional enerji aktoruna transformasiyanın başlanması;
  • “Böyük İpək yolu” layihəsində fəal iştirak etməklə regional logistika mərkəzi kimi Azərbaycanın rolunun dəyişdirilməsi;
  • tarazlaşdırılmış xarici siyasətin dövrə uyğunlaşdırılmış modelinin formalaşdırılması;
  • müasir və döyüş qabiliyyətli ordu yaradılması və s.

Литературный процесс в годы.

Характеризуя литературный процесс в период Азербайджанского Национального Правительства, невозможно обойти стороной и оставить без внимания общественно- политическую и литературно- культурологическую картину эпохи формирования этого правительства. Потому что литература 1945-1946 гг., по известным причинам, своим становлением тесно связана со средой и обстановкой того периода.

Период в один год – с исторической точки зрения не очень большой в литературном процессе и чувствовался накал происходящих политических событий, но нельзя утверждать, что доля художественного слова была значительной на фоне грандиозных политических событий. Однако, для полного представления и объективного освещения всех событий того периода, есть потребность глубокого изучения литературы того периода. Потому что в годы Азербайджанского Национального Правительства, как и во все периоды, литература достаточно профессионально исполняла функцию панорамы общества.

Как известно, Вторая Мировая война завершилась входом советских войск и армейских частей Великобритании на территорию Ирана, что привело к падению деспотического режима Реза шаха. С одной стороны внешнее военное вмешательство и падение режима-с другой, обусловили создание в стране определенной демократической среды. Демократический процесс по-разному проявился в отдельных регионах страны. В Южном Азербайджане он приобрел национально-освободительный характер, который, в конечном итоге, завершился формированием Азербайджанского Национального правительства под руководством Сейид Джафара Пишавари.

Как известно, сформированное 12 декабря Азербайджанское Национальное правительство и просуществовав год, впало результате кровавой реакции режима. Однако этот небольшой отрезок времени, длиной всего лишь в один год, навечно сохранился в памяти народа, сыграв решающую роль в формировании его национально-этнического сознания.

Литературный процесс указанного периода характеризуется связью с общественно-политическими событиями того периода. В результате активной деятельности отправившихся в составе советских войск в Южный Азербай-джан Сулеймана Рагимова, Сулеймана Рустама, Мамеда Рагима, Османа Са-рывелли, Расула Рза, Мирзы Ибрагимова, Энвера Мамедханлы, Гылмана Мусаева, Эвеза Садыга, Джафара Хандана, Аббаса Заманова, Гулама Мамедли, Исрафила Назарли и других писателей, публицистов и литературоведов, в литературной среде Тебриза возникло заметное оживление. Газета «Вэтэн йолунда» («Во имя Родины»), издаваемая в Тебризе с 1941 года на родном азербайджанском языке под редакцией Мирзы Ибрагимова, спустя непродолжительное время, объединила вокруг себя мастеров пера Южного Азербайджана. Привлекает внимание мнение Джафара Хандана, высказанное им в статье по этому поводу: «Деятельность поэтов, публикующих на страницах нашей газеты стихотворения на азер-байджанском языке, показывает, что они, расширяя творчество, желают повысить свои знания в литературной сфере» (1).

Для оживления литературного процесса в Южном Азербайджане, в 1945 году при газете «Вэтен йолунда» создается Меджлис (собрание) поэтов («Шаирлер меджлиси»). Создание Меджлиса, безусловно, обусловило активное участие писателей и публицистов в вопросах, связанных с судьбой Родины.

Известный поэт Южного Азербайджана Мирмехди Этимад был избран председателем Меджлиса поэтов. В состав Правления Меджлиса входили Мухаммед Бирийа, Али Фитрет, Хилал Насири, Камиль, М.Аббаси и Бахадури. В заседаниях Меджлиса поэтов принимали участие также писатели, поэты, публицисты, прибывшие из Северного Азербайджана. Мастера пера, имевшие свое происхождение из Южного Азербайджана, такие как Гусейн Сяххаф, Мирмехди Чавуши, Музаффар Диряфши, Мухаммедали Махзун, А.Сабири, С.Тагизаде, Неджми, Ашиг Гусейн Джаван и другие также принимали активное участие в работе Меджлиса, В начальном этапе в Меджлис входило около 15 членов, впоследствии в его рядах уже насчитывалось около 50 поэтов и писателей, что является ярким проявлением развития литературного процесса в Южном Азербайджане. Газета «Вэтен йолунда» регулярно размещало на своих страницах публикации, освещающие деятельность Меджлиса: «Интерес к Меджлису по-стоянно растет. В наше управление поступает множество писем от писателей и поэтов Южного Азербайджана и Ирана с выражением намерения об участии в заседаниях Меджлиса» (1).

Следует также напомнить, что основатель Азербайджанского Национального Правительства Сейид Джафар Пишавари являлся творческим лицом, являясь автором ряда ценных работ, как в художественной, так и в публицистической и литературоведческой сфере, чем вложил большой вклад в развитие литературного процесса в Южном Азербайджане.

Отметим, что в деятельности Меджлиса поэтов, наряду с постоянными членами организации, активное участие принимали мастера пера, представ-ляющие различные регионы Южного Азербайджана. Балаш Азероглу, Али Тудэ, Ибрагим Закир, Хамза Фатхи Хошгинаби и ряд других поэтов и писа-телей начинали свою творческую деятельность именно в эти годы, приняв непосредственное участие в формировании литературного процесса в период Азербайджанского Национального Правительства.

Один из привлекающих внимание немаловажных моментов в деятельности Меджлиса поэтов, связан с изучением истории азербайджанской литературы, творчества отдельных классиков. В этом направлении в деятельности Меджлиса особенно следует выделить работу по изучению произведений Низами Гянджеви, Мухаммеда Физули, Молла Панах Вагифа и других выдающихся классиков азербайджанской литературы.

В Меджлисе поэтов была также проведена работа по изучению мировой литературы. Отметим, что интересные публикации Джафара Джафарова о Лермонтове, Гылмана Мусаева о Маяковском, Радищеве, Белинском, Герцене, Анри Барбюсе, Джафара Хандана о Ломоносове, Энвера Мамедханлы о грузинской литературе и культуре, привлекали внимание и интерес не только у членов Меджлиса, но всей широкой читательской аудитории. Статьи о жизни и творчестве указанных представителей мировой литературы, а также переводы из их произведений последовательно публиковались на страницах газеты «Вэтен йолунда». А это, соответственно, обусловливало обогащение литературного процесса в Южном Азербайджане. В этот период особо следует выделить творчество Х.Сяххафа и М.Дирявши в области переводческой деятельности.

Деятельность Меджлиса поэтов оказывала немалое влияние и на развитие литературной критики и литературоведения в Южном Азербайджане. В статьях выделялась важность связанности поэзии с общественной идеей, патриотизм, любовь к родине, земле, свободе, матери и др. вопросы, в произведениях молодых поэтов и писателей акцентировались именно эти моменты. Али Тудэ по этому поводу отмечал: «В Иранском Азербайджане пока модно писать «трибунные» стихотворения, основанные на отзвуках повседневных событий. Однако сложившееся положение недолговечно. В. Поэзии должны быть отражены реальные, жизненные сцены» (6, стр.37).

Одним из привлекающих внимание важных моментов в деятельности Меджлиса поэтов является работа по изучению теоретических проблем лите-ратуры. В частности, доклады литературоведа Джафара Хандана на темы об отношении к поэтике, художеству, классическому наследию, о средствах художественного воспроизведения, литературных, стихотворных ритмах и размерах, устном народном творчестве и др. отличаются высоким народным уровнем, вызывая серьезный интерес у молодых творческих талантов. Джафар Хандан сам писал по этому поводу: «Успешно проведенные занятия показали, что Меджлис оказывает большую помощь в деле развития творчества у начинающих поэтов. В Меджлисе проводится чисто творческая работа» (3).

Приглашение в Тебриз творческих сил из различных регионов Азербай-джана, провинциальных городов, проведение совместных творческих собра-ний, занимает особое место в деятельности Меджлиса поэтов. К примеру, ме-роприятие, проведенное с поэтами и писателями Ардебиля, явилось одним из важных литературных событий, вызвавших заметный интерес в литературной среде Тебриза.

Члены Меджлиса поэтов дважды в месяц проводили свои занятия в более широких рамках – в виде литературных вечеров в Тебризском Доме советской культуры. Эти литературные вечера значительно повышали интерес общественности Тебриза к литературе и культуре. Следует отметить также активное участие членов Меджлиса в различных мероприятиях, частые выступления в радиопередачах.

В литературной среде Тебриза, в частности в поэтических образцах того времени. Затрагивается также антифашистская тематика. Этот момент говорит о чутком отношении мастеров пера к общественно-политическим событиям, происходящим в мире.

Интересно, что участники Меджлиса особое внимание уделяли также из-данию образцов творчества своих членов. По их инициативе широкой чита-тельской аудитории было представлено 6 номеров учрежденного Меджлисом журнала «Шаирлер меджлиси» («Меджлис поэтов»).

Следует отметить, что деятельность Меджлиса длилась около 10 месяцев. Меджлис стимулировал деятельность азербайджанских писателей, поэтов, публицистов в сфере развития национальной литературы, получивших после падения режима Реза шаха возможность писать и творить на родном языке. Ряд представителей литературы и публицистики того периода, в частности Балаш Азероглу, Медина Гюльгюн, Али Тудэ, Хокюма Биллури, Яхья Шейда, Мухаммед Бирийа, Хамза Фатхи Хошгинаби, Али Фитрат, Мирмехди Этимад, Мирмехди Чавуши являются именно воспитанниками Меджлиса.

В результате деятельности Меджлиса поэтов, в течение небольшого периода времени, было достигнуто значительное оживление в литературном процессе Южного Азербайджана, повысилось общественное содержание в поэзии, участилось издание произведений на политическую тематику. Внимание привлекает статья, опубликованная по этому поводу в газете «Вэтэн йолунда»: «Творчество членов Меджлиса поэтов за короткое время достигло радующего уровня развития, в их стихотворениях внимание привлекает простота языка. Ясность мнения. Преобладание национальных чувств» (2).

Следует также отметить, что «Общество поэтов и писателей», учрежденное в начале 1946 года при министерстве просвещения, было сформировано именно на основе Меджлиса поэтов.

Всплеск литературного развития в период Национального правительства больше всего проявился в поэтическом жанре, а проза и драматургия, в сравнении с поэзией, были развиты слабо. Именно этим обусловлено то, что литературное общество, сформировавшееся в того период, носит название Меджлис поэтов.

Литература 1945-1946 гг. в основе своей охватывает тему Родины. Традиционные темы, имевшие место в классической поэзии, в поэзии указанного периода, в основном, отсутствуют. Это является ярким показателем того, что Национальное правительство играло решающую роль в судьбе народа. Произведения на тему Родины не носят абстрактный характер, здесь, акцент здесь делался, в основном, на критику реакционного режима Ирана. Мухаммед Бирийа, к примеру, в своих стихах восхвалял страсть азербайджанского народа к свободе (3).

Напомним, что писатели и поэты, творящие в литературной среде Тебриза в ту эпоху, превратились в символы патриотизма, как своими произведениями, так и своими личностями. Однако с сожалением следует отметить, что иранский реакционный режим не дал им возможности продолжить деятельность.

В целом, длящаяся всего лишь одинь год, короткая деятельность Азербайджанского Национального Правительства послужила толчком оживлению национального литературного процесса в Южном Азербайджане. Устранение деспотической среды в эти годы, с одной стороны, создало естественные условия для развития свободомыслия. С другой стороны, зарождение литературы на родном языке, стало началом нового этапа в истории ее развития.

После падения Азербайджанского Национального Правительства, многие писатели из Южного Азербайджана нашли убежище в Северном Азербайджане, что обусловило создание новой тематики в истории национальной литературы, возвращению некоторых жанров, утративших раннее свою потребность.

Было бы неверно оценивать литературу эпохи Азербайджанского Национального Правительства в качестве всего лишь просветительской литературы. Литературно-художественные кружки, основанные именно в те годы, создали впоследствии условия для выхода на свет произведения Мухамедгусейна Шахрияра «Гейдарбабайа салам» («Привет Гейдарбабе»), одного из бесподобных памятников национальной литературы (5), сотворенных на родном языке.

1. «Вэтэн йолунда», Тебриз, 17 июля 1945 года, № 70.

2. «Вэтэн йолунда», Тебриз, 13 января 1946 года, № 6.

3. Cefer Xendan. Secilmish eserleri, 3 cildde, II cild, Baki, «Chashioglu» neshriyyati, 2010

4. Дадашзаде М.А. Азербайджанская литература, Москва, «Высшая школа», 1979

5. Muasir Azerbaycan edebiyyati. 2 cildde, II cild, Bak;, BDU neshri, 2007

6. Тудэ Али. Своими глазами, Баку, Азернешр, 1986

​”Müasir Azərbaycan ədəbiyyatı antologiyası”nın müxtəlif ölkələrdə təqdimatı olacaq

Bakı. 4 noyabr. REPORT.AZ/ Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi Azərbaycan ədəbiyyatının dünya dillərinə tərcüməsi və beynəlxalq müstəvidə tanıdılması istiqamətində iş aparır. Mərkəzdən “Report”a daxil olan məlumata görə, bu fikirləri mərkəzin direktoru Afaq Məsud Yaponiyanın fövqəladə və səlahiyyətli səfiri Tsuquo Takahaşi ilə görüşü zamanı deyib. O bildirib ki, artıq bir neçə dilə tərcümə edilmiş “Müasir Azərbaycan ədəbiyyatı antologiyası”nın ayrı-ayrı ölkələrdə təqdimatı gözlənilir: “Yaponiyaya gəlincə, burda məsələ bir qədər çətindir. Bildiyiniz kimi, yapon dilinin tədrisinə Azərbaycanda bir neçə ildir başlanılıb. Bu mənada, Azərbaycan dilində yazılmış bədii əsərin orijinaldan yapon dilinə birbaşa tərcüməsi uzun bir zaman kəsiyi tələb edən məsələdir. Lakin bu işə yapon dilinə edilmiş sətri tərcümələr və köməkçi mətn kimi, əsərlərin rus, yaxud türk dilinə tərcümə olunmuş ədəbi mətnlərindən istifadə ilə başlaya bilərik. Sonrakı mərhələdə əsərlərin yapon dilində bədii tərcüməsinin alınmasına bizə yapon tərcüməçiləri, bu işə marağı olan yazıçı və şairlər kömək edə bilərlər”. Səfir isə deyib ki, Azərbaycan ədəbiyyatının Yaponiyada tanıdılması istiqamətində müəyyən işlər görülməlidir. Onun sözlərinə görə, ilk növbədə yapon dilinin tədrisi istiqamətində tərcüməçilik ixtisasının formalaşdırılması vacibdir.

Comments are closed, but trackbacks and pingbacks are open.