Press "Enter" to skip to content

Mrkzi bank inkişafı

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının 2021-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında bildirilib ki, Azərbaycanda sığorta sektorunda effektiv tənzimləmə və nəzarətin gücləndirilməsi, sığortanın əhatəsinin genişləndirilməsi ilə maliyyə bazarlarının digər seqmentlərinin inkişafına əlavə impulslar verilməsi vacib prioritetlərdən olacaq.

Mərkəzi Bankdan sığorta sektorunun inkişafı üçün maraqlı strategiya

Sektorun inkişafı strategiyasına xidmət edən layihələrin icrası prosesində ən qabaqcıl beynəlxalq təcrübələr öyrənilir.

BAKI, 14 iyul — Sputnik. Azərbaycanın Mərkəzi Bankı sığorta sektorunun inkişafı üçün hazırladığı strategiyanın icrasını intensiv rejimdə davam etdirməkdədir.

Sputnik Azərbaycan xəbər verir ki, sektorun inkişafı strategiyasına xidmət edən layihələrin icrası prosesində ən qabaqcıl beynəlxalq təcrübələr öyrənilir, bu məqsədlə beynəlxalq qurumlarla və digər ölkələrin müvafiq sahədə tənzimləyici orqanları ilə əməkdaşlıq edilir.

Hazırda Mərkəzi Bank ilə Dünya Bankı, Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasına üzv olan qabaqcıl ölkələrinin nəzarət və tənzimləyici qurumları, habelə Türkiyə Sığortaçılıq İnstitutu Vakfı arasında bir sıra mövzularda texniki yardım və qarşılıqlı təcrübə mübadilələri həyata keçirilməkdədir. Texniki yardım və təcrübə mübadilələri sığorta sektorunda risk əsaslı tənzimləmə və nəzarət, kadr potensialının genişləndirilməsi, sığorta xidmətləri üzrə istehlakçıların hüquqlarının qorunması və digər istiqamətləri əhatə edir.

Bu çərçivədə 26 mart 2021-ci il tarixində Mərkəzi Bank ilə Türkiyənin sığorta sahəsində nəzarət və tənzimləyici orqanı olan Türkiyə Sığorta və Xüsusi Pensiyaları Tənzimləmə və Nəzarət Agentliyi (SEDDK) arasında qarşılıqlı əməkdaşlıq haqqında Memorandum da imzalanıb. Memorandum çərçivəsində Mərkəzi Bank ilə SEDDK sığorta sektorunda tənzimləmə və nəzarət, sığorta bazarında istehlakçıların müdafiəsi, kadr potensialının inkişafı və s. sahələrdə intensiv əməkdaşlıq istiqamətləri müəyyən edilib.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının 2021-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında bildirilib ki, Azərbaycanda sığorta sektorunda effektiv tənzimləmə və nəzarətin gücləndirilməsi, sığortanın əhatəsinin genişləndirilməsi ilə maliyyə bazarlarının digər seqmentlərinin inkişafına əlavə impulslar verilməsi vacib prioritetlərdən olacaq.

Sektorun maliyyə sabitliyinin, başqa sözlə onun yüksək ödəmə qabiliyyətliyinin daim təmin olunması üçün risk əsaslı tənzimləmə və nəzarət çərçivəsinin qurulması diqqətdə saxlanılacaq. Beynəlxalq baza prinsipləri əsasında sığorta qanunvericiliyinin təkmilləşdirilməsi, sığorta sahəsində maarifləndirmə və təbliğat, peşəkar kadr bazasının gücləndirilməsi, sığorta fəaliyyətinin rəqəmsallaşdırılması istiqamətlərində başlanılmış layihələrin icrası geniş miqyasda davam etdiriləcək.

Mrkzi bank inkişafı

Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası banklar tərəfindən Müdafiə Nazirliyinin rəsmi siyahısında yer almış şəhidlərdən banklar qarşısında kredit öhdəliyi olan 830 şəhidə aid 1 503 kredit üzrə həm əsas borcun, həm də faizlərin silinməsini təmin etmişlər.

Mərkəzi Bankdan aia.az-a verilən məlumata görə, eyni zamanda, şəhidlərimizin ailə üzvlərinə aid olan 286 sayda, xəsarət almış hərbçilər üzrə 1 323 sayda kreditin, şəhid olmuş 15 nəfər və ciddi zərər çəkmiş 9 nəfər mülki şəxsin borc öhdəliklərinin tamamilə silinməsi təmin olunmuşdur.

Bank olmayan kredit təşkilatları da bu prosesdən kənarda qalmamış və onlar da qeyd olunmuş əhali qrupları üzrə kreditlərin tam silinməsini təmin etmişdir.

Şəhidlərin ləğv prosesindəki banklar üzrə olan borcları da güzəştdən kənarda qalmamışdır. Bu borc öhdəliklərinin silinməsi ilə bağlı məsələ bu günlərdə Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müzakirəsinə çıxarılacaqdır.

İntensiv hərbi əməliyyatların başlanmasından etibarən Mərkəzi Bank şəhid olan və müxtəlif dərəcəli xəsarət alan hərbi qulluqçulara (və ya onların vərəsələrinə) sığorta ödənişlərinin operativ ödənilməsinin təmin olunması məqsədilə müvafiq dövlət qurumları – Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Müdafiə Nazirliyi ilə əməkdaşlığa başlamışdır. Prosesin kompleks və ardıcıl idarə olunması üçün Mərkəzi Bankda işçi qrupu yaradılmışdır. Əməkdaşlıq şəraitində Ədliyə Nazirliyi tərəfindən şəhid olmuş hərbi qulluqçuların vərəsələrinin qısa zamanda müəyyən olunması və onlara müvafiq təsdiqedici sənədlərin verilməsi təmin olunur. Eyni zamanda əlilliklə nəticələnən ağır bədən xəsarəti almış hərbi qulluqçulara müvafiq sənədlərin operativ verilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlıq edilir.

Şəhid, əlillik, digər ağır və yüngül xəsarətlərə görə sığorta ödənişlərinin alınması üçün hərbi qulluqçuların və onların vərəsələrinin müraciətlərinin xeyli artacağı nəzərə alınaraq Azərsığorta şirkətinin daxili idarəetmə potensialı artırılmış, Şirkət gücləndirilmiş iş rejiminə keçmişdir. Şirkətin daxili prosesləri müraciətlərin yeni miqyasına uyğunlaşdırılmış, insan resursları artırılmış, təkrarlanan əməliyyatlar avtomatlaşdırılmışdır. Vətəndaşların fiziki qəbulu üçün müasir standardlara uyğun xidmətlər təşkil edilmiş, zənglərin qəbulu üçün telefoniya sistemi qurulmuşdur. Ödənişlərin operativ əldə edilməsi üçün geniş filial şəbəkəsinə malik olan banklarla hesablaşma əməliyyatlarının aparılması təmin edilmişdir.
Şirkətin bütün rayonları əhatə edən filial şəbəkəsindən istifadə etməklə bütün şəhid ailələri ilə birbaşa əlaqə saxlanılır, sığorta ödənişi və əlaqədar sənədlərin əldə edilməsi ilə bağlı onlara məsləhət və əlaqədar dəstək xidmətləri göstərilir.

18 dekabr 2020-ci il tarixinə Azərsığorta tərəfindən 4138 şəxsə ödəniş edilmişdir. Onlardan 751 nəfəri şəhidlərin vərəsələri, 3387 nəfəri isə xəsarət alanlardır.

Məlumatlanmaq üçün Facebook səhifəmizi

Facebook

Вы используете браузер, который Facebook не поддерживает. Чтобы все работало, мы перенаправили вас в упрощенную версию.

Aqrar Kredit və İnkişaf Agentliyi на Facebook. Если вам интересны новости Aqrar Kredit və İnkişaf Agentliyi, регистрируйтесь на Facebook сегодня!

Aqrar Kredit və İnkişaf Agentliyi на Facebook. Если вам интересны новости Aqrar Kredit və İnkişaf Agentliyi, регистрируйтесь на Facebook сегодня!

Aqrar Kredit və İnkişaf Agentliyi

@akia.gov.az

О пользователе Aqrar Kredit və İnkişaf Agentliyi

Siz Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin rəsmi səhifəsindəsiniz.

Bu səhifə dövlətin aqrar sahəyə göstərdiyi dəstək barədə məlumat almaq və bu dəstəkdən faydalanmaq istəyənlərlə qarşılıqlı əlaqə üçün yaradılıb. Aqrar sahəyə dövlət tərəfindən verilən subsidiyalar, güzəştli texnika, damazlıq heyvan, nağd pul kreditləri və mikrokreditlər, dövlətin beynəlxalq təşkilatlarla həyata keçirdiyi aqrar layihələr və digər fəaliyyətlərlə bağlı səhifəmizdə məlumat ala və sizi maraqlandıran suallarla bizə müraciət edə bilərsiniz. İnteraktivliyi təmin etmək üçün AKİA-nın məsul şəxsləri mütəmadi olaraq aktual mövzularla bağlı suallarınızı cavablandıracaqlar.

Fermerin rifahı aqrar sahənin inkişafıdır!

Comments are closed, but trackbacks and pingbacks are open.