Press "Enter" to skip to content

Türkiyədə Mərkəzi Bank haqqında yeni qanun qəbul edilib

Qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Zahid Oruc bildirib ki, Mərkəzi Bankın aprel ayında açıqladığı göstəricilər sübut edir ki, müəyyən mənada aktivliyi təmin etmək üçün tədbirlər görülməsinə ehtiyac var: “Mərkəzi Bankın ehtiyatlarının 1,3 milyard manat azalması sübut edir ki, maliyyə bazarına dövlət tərəfindən müdaxilə hər kəsin marağındadır. Bank sahəsindəki sabitlik həm də vətəndaşların xeyrinədir. Bizim həyata keçirəcəyimiz bu yeni dəyişikliklər də AMB-nin resurslarının genişlənməsinə imkan verəcək”.

Mrkzi bank haqqında qanun

Milli Məclisin bugünkü iclasında “Mərkəzi Bank haqqında” qanuna yeni maddə əlavə edilib.

Modern.az-ın xəbərinə görə, yeni əlavə edilən 5.0.8-1-ci maddəsində qeyd edilir ki, “Əmanətlərin sığortalanması haqqında” qanuna uyğun olaraq Əmanətlərin Sığortalanması Fonduna dövlətin zəmanəti ilə təmin olunmuş kredit veriləcək. Bu məqsədlə “ Dövlət borcu haqqında” qanuna da dəyişiklik edilib. Qanun layihələri səsə qoyularaq qəbul edilib.

Azərbaycanda əməyin mühafizəsi qaydalarına nəzarət mexanizmində müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərində ixtisarlar ediləcək.

Bu məsələ Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihə barədə məlumat verən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, bu ixtisarın aparılması bürokratik əngəlin aradan qaldırılmasına xidmət edir: “Çünki müvafiq icra hakimiyyəti bu qaydaları təsdiq etmək üçün müvafiq yoxlamanı aparanda peşə və vəzifələri təyin edən zaman bürokratik problemlər yaranırdı. Bunu ixtisar etməklə artıq əməyin mühafizəsi qaydalarını təsdiqləmək üçün peşə və vəzifələrin müəyyən edilməsinə ehtiyac qalmayacaq”.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Ağa AKİFOĞLU

Türkiyədə Mərkəzi Bank haqqında yeni qanun qəbul edilib

Bakı. 27 yanvar. REPORT.AZ/ Türkiyə Böyük Millət Məclisi (TBMM) “Mərkəzi Bankın pul siyasəti iclasları” haqqında qanunu təsdiq edib. Bu barədə “Report” “Bloomberg” agentliyinə istinadən xəbər verir. Qanuna görə, Türkiyə Mərkəzi Bankı (TMB) pul siyasəti iclaslarını əvvəlki kimi ildə 12 dəfə deyil, 8 dəfə keçirəcək. Yəni, iclaslar ay yarımdan bir baş tutacaq. Bundan başqa, iclaslar TMB sədrinin istəyi ilə keçiriləcək. Yəni, iclaslar növbədənkənar da ola biləcək. Yəni, maliyyə bazarlarında fövqəladə hal yarandığı halda təcili iclas çağırılaraq lazımi tədbirlərin görülməsi ilə bağlı müzakirələr aparılacaq. “Report”un analitik qrupu hesab edir ki, yeni qanunun qəbul edilməsi maliyyə bazarlarında volatillik rolunu oynaya bilər. Belə ki, hazırda Türkiyənin valyuta bazarında kəskin təlatümlər müşahidə edilir. TMB-nin son iclasının yanvarın 24-də keçirildiyi nəzərə alınarsa, növbəti iclas martın 9-10-da baş tutmalıdır. Amma, valyuta bazarında hər hansı növbəti ciddi dalğalanmanın qarşısını almaq üçün TMB sədri fövqəladə iclas çağıra biləcək.

Mrkzi bank haqqında qanun

“Qafqazinfo” xəbər verir ki, qanun layihəsi haqqında məlumat İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, qanuna dəyişiklik edilməsində məqsəd Mərkəzi Bankın itirilmiş valyuta ehtiyatlarının bərpası ilə əlaqədardır: “Bundan sonra Mərkəzi Bankın fəaliyyəti nəticəsində yaranmış kapital çatışmazlığı bir maliyyə ili təxirə salınmaqla dövlətin buraxdığı qiymətli kağızlar hesabına ödəniləcək. Eyni zamanda xarici valyutada və qızılda olan aktiv və passivlərin yenidən qiymətləndirilməsi nəticəsində ilin sonuna yaranan zərərin ödənilməsi Mərkəzi Bankın kapital ehtiyatları hesabına təmin olunacaq”.

Qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Zahid Oruc bildirib ki, Mərkəzi Bankın aprel ayında açıqladığı göstəricilər sübut edir ki, müəyyən mənada aktivliyi təmin etmək üçün tədbirlər görülməsinə ehtiyac var: “Mərkəzi Bankın ehtiyatlarının 1,3 milyard manat azalması sübut edir ki, maliyyə bazarına dövlət tərəfindən müdaxilə hər kəsin marağındadır. Bank sahəsindəki sabitlik həm də vətəndaşların xeyrinədir. Bizim həyata keçirəcəyimiz bu yeni dəyişikliklər də AMB-nin resurslarının genişlənməsinə imkan verəcək”.

Z. Oruc sonra son günlər ölkədə iş adamlarının həbs edilməsi barədə də danışıb. Onun fikrincə, iş adamları ilə bağlı həbslər bütövlükdə bank sektorunda sabitləşmənin həyata keçirilməsi üçün bir addım olaraq qiymətləndiririk: “Bu məsələ ətrafında ajiotaj yaradılması başa düşülən deyil. Sadə vətəndaş krediti ödəyə bilməyəndə məhkəmələr tərəfindən sanksiyalar tətbiq edilir. Bəzən o vətəndaşlar qoyduqları girovları itirmək məcburiyyətində qalırdı. Bu vəziyyət qətiyyən ajiotaj yaratmırdı. Son günlər həyata keçirilən tədbirlər də bu cür addımlardandır. Sanki elə qəbul edilir ki, külli miqdarda dövlət vəsaitini yayındırıb müxtəlif cür addım ata bilərlər və onlar borclu deyillər. Ölkə rəhbəri dünən bir daha qeyd etdi ki, biznes mühiti üçün heç bir problem yoxdur, yetər ki, qanun qarşısında öhdəliklər yerinə yetirilsin”.

Spiker Oqtay Əsədov deputata cavabında isə bildirib ki, ajiotaj yaradanların kimlər olduğu bilinir: “Azərbaycanda olan hər bir şeyə ajiotaj yaradılır. Siz heç nəyə görə narahat olmayın. Azərbaycanda dövlət orqanları var və onlar bununla bağlı lazimi tədbirlər görür”.

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Günel Türksoy

Comments are closed, but trackbacks and pingbacks are open.