Press "Enter" to skip to content

Mətnin arxasına necə zolaqlı naxış qoya bilərəm

Ad qoyarkən

Azərbaycan: Sizə ölkədən çıxma qadağasını kim, necə və nə zaman qoya bilər?

Hər hansı bir iş üçün ölkəni tərk etmək istəyəndə sərhəd buraxılış məntəqəsində sizə səyahət qadağası qoyulduğunu deyə bilərlər. Amma buna qədər hansısa dövlət qurumundan qadağa ilə bağlı xəbərdarlıq almamısınız.

Bu halda nə etməlisiniz? Hara müraciət etməlisiniz və artıq səyahət xərcləriniz yaranıbsa (bilet, otel bronu və s.), xərcinizi kim ödəyəcək?

  • 8 min manata kimi əməkhaqqı alanlar gəlir vergisindən nə zaman azad olacaq?
  • Bu avropalılar Azərbaycanda nəyi müşahidə edir?

Fərid Orucov 2015-ci ildə İrana səfər edəndə Biləsuvar gömrüyündən geri qaytarılıb. Deyiblər ki, ölkədən çıxışına qadağa var, amma başqa heç bir məlumat verməyiblər.

“Mənə qadağamın səbəbi haqda ehtimalları sadaladılar, amma dedilər ki, səbəb bizim sistemdə görünmür”.

O, Bakıya qayıtdıqdan sonra Ədliyyə Nazirliyinin İcra Şöbəsinə müraciət edib və kredit borcuna görə ölkədən çıxışına məhdudiyyət qoyulduğunu öyrənib.

Qurumdan ona deyiblər ki, kredit borcuna görə məhkəmə işi icrada imiş, amma bu haqda ona heç kim məlumat verməyib.

“Əslində mənə məlumat verilməli idi. Bunu Səbail Rayon İcra Şöbəsindən soruşdum, amma qane edən cavab vermədilər”.

Artıq üç ildir ki, ölkədən çıxışına qadağa qoyulan Fərid Orucov deyir ki, ölkədən çıxa bilməmək həm iş, həm də şəxsi məsələlərdə müəyyən çətinliklər yaradır.

“Hər hansı işin olanda gedə bilmirsən, tətil üçün gedə bilmirsən. Hər hansı planım varsa da, bu haqda fikirləşmək istəmirəm ki, kefim pozulmasın”.

“Necə yəni qadağam var?”

Azərbaycanın digər bir vətəndaşı Nigar Məmmədliyə də qadağası haqda heç kəs xəbər verməyib. Keçən ilin sonu Gürcüstana, oradan da Türkiyəyə getməyi planlaşdırırmış, amma öz dili ilə desək, “sürprizlər imkan verməyib”.

“Səhhətimlə bağlı Gürcüstana, sonra da Türkiyəyə getməli idim. Mənə deyəndə ki, ölkədən çıxma qadağam var, bilmədim nə edim. Necə yəni qadağam var? Axı, mənə heç kim heç nə deməyib”.

O deyir ki, sərhəddə ona dəqiq heç nə deməyiblər, məcbur olub Bakıya qayıdıb.

“Soruşdum ki, qadağa nəyə görədir? Cavab verdilər ki, biz bilmirik, get, Bakıdan öyrən. Dedim əgər borcum, ya da cəriməm varsa, yerində ödəyib gedim. Dedilər bizlik deyil, Bakıda həll elə”.

Vətəndaşın adı “Sərhədkeçməyə məhdudiyyət siyahısı”na Ədliyyə, Daxili İşlər, Fövqəladə Hallar, Vergilər, Müdafiə nazirlikləri, Baş Prokurorluq, Dövlət Sərhəd Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Dövlət Gömrük Komitəsinin tələbi ilə salınır.

Hazırda həm Ədliyyə, həm də Daxili İşlər Nazirliyinin elektron xidmətləri şəxsə ölkədən çıxış qadağasının olub-olmadığını öyrənməyə imkan verir, amma bu xidmətlər borcluları əhatə edir.

Digər qurumların qadağa qoyduqları şəxslərin məlumatlandırılma prosesi isə qanunvericilikdə açıq şəkildə göstərilməyib, hüquq müdafiəçiləri deyirlər.

Onların sözlərinə görə, təkcə şəxs haqqında başqa yerə getməmək barədə iltizam alınarsa, bu barədə məlumatlandırma tələb olunur.

Lakin hüquq müdafiəçiləri hesab edirlər ki, şəxs ona qadağa qoyulması haqda məlumatlandırılmalıdır.

  • Freedom House: “Azərbaycan azad olmayan ölkədir”
  • Fərəc Quliyev: “Azərbaycanda mətbuat azaddır və heç kəs ortaya bunun əksini göstərən bir fakt qoya bilməz”

Mülki və cinayət işlərində “stop qoyulması”

Hüquqşünas Şəhla Hümbətova deyir ki, məhdudlaşdırma mexanizmi işin növünə görə fərqlənir.

“Mülki işlərdə, borcun ödənilməsi və ya məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı işlərdə stop qoyulması üçün mütləq məhkəmə qərarı olmalıdır. İcraçı məhkəməyə müraciət edir ki, filan məhkəmə qərarı icra olunmur, ona görə də barəsində ölkədən çıxış məhdudiyyəti qoyulsun”, hüquqşünas deyir.

“Cinayət işləri ilə bağlı stop qoyulanda – məsələn, Prokurorluq, Daxili İşlər Nazirliyi – o qurumların məhkəmə qərarına ehtiyacı yoxdur. Onlar “Giriş-çıxış və qeydiyyat” İdarələrarası Avtomatlaşdırılmış Məlumat Axtarış Sisteminə (İAMAS) girərək şəxsin adını əlavə edirlər”.

O əlavə edir ki, bu, prosessual hərəkət olduğu üçün yazılı nüsxədə təqdim olunmur.

Şəhla Hümbətova deyir ki, “əgər şübhəli şəxsə məhdudiyyət qoyulursa, bunun qanuni əsası var, bu cinayətin üstü açılması üçün şəxs gərək ölkədən çıxmasın. Amma şahidə məhdudiyyət qoyula bilməz”.

Məhdudlaşdırılma hansı hallarda ola bilər?

Ədliyyə Nazirliyi bildirir ki, vətəndaşın ölkədən getmək hüququ aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla bilər:

Saxlanıldıqda və ya barəsində hər hansı qətimkan tədbiri seçildikdə, məhkum edildikdə, barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edildikdə, hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər barəsində cəzanın çəkilməsi təxirə salındıqda, müddətli həqiqi hərbi xidmətə çağırıldıqda, vergi tələbləri və maliyyə sanksiyalarının ödənilməsi ilə bağlı məhkəmə qərarı olduqda, beynəlxalq tibbi sanitariya qaydalarına və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq profilaktik peyvəndlər tələb olunan ölkələrə gediş-gəliş zamanı.

Həmçinin Miqrasiya Məcəlləsində qeyd olunur ki, dövlət sirri ilə işləməyə buraxılmış şəxslərin tanış olduqları məlumatın məxfilik müddəti bitənədək, lakin 5 ildən çox olmamaq şərti ilə, xarici ölkəyə daimi yaşamağa getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər.

Nazirliyin məlumatına görə, hərbi vəziyyət olarsa “Hərbi vəziyyət haqqında” müvafiq qanunvericiliyə əsasən vətəndaşların ölkədən getməsi və ölkəyə gəlməsi üçün xüsusi qaydalar tətbiq edilə bilər.

Ədliyyə Nazirliyinin 2016-cı ildə istifadəyə verdiyi onlayn xidmət şəxsə ölkədən çıxış qadağasının olub-olmadığını öyrənməyə imkan verir, amma bu xidmət təkcə borcluları əhatə edir.

Daxili İşlər Nazirliyi də 2017-ci ildə eyniadlı elektron xidmət istifadəyə verib və bu xidmət də ancaq mülki-hüquqi borcu olanları əhatə edir.

“Nə mənə, nə də vəkilimə qadağa haqda məlumat verilib”

Mətnin arxasına necə zolaqlı naxış qoya bilərəm

Muzeylərimiz – tanıyaq, tanıdaq!

Azərbaycan Milli Xalça Muzeyindən reportaj

Proloq əvəzi

Toxunanda barmaqlarının ucundan iliklərinə qədər ilıq bir duyğunun axdığı göz oxşayan, ruhu sakitləşdirən, tariximizin, genetik kodlarımızın ilmələrlə naxışlarına köçürüldüyü xalçaların necə hazırlandığını bilirsinizmi? Göy yaylaqlarda yaşıl otlardan yeyib-bəslənən qoyunların yum-yumşaq yunları yazda havalar qızanda və payızda soyuqlar düşməmiş qırxılır, xalça toxumağa yarayanı seçilir, qalanı da yorğan-döşək salmağa işlənir. Bəs necə? Axı hər yun yaramır xalçaya, tükləri qarışdan uzun, rəngi ağappaq olmalıdır. Sonra analar, nənələr o ağappaq, uzun yunu yuyacaq, sərib qurudacaq, bardaş qurub qabaqlarına töküb didəcəklər ki, tüklər seyrəlsin. Daraqda daranmış yunu əl boyda əlçimlər edib, teşidə, cəhrədə əyirib ipə çevirəcəklər. İp də gərək ip ola ha, nazik, eyni qalınlıqda, yoxsa onunla incə naxışlar vurmaq olmaz axı. Həyətdə odundan ocaqlar qalanacaq, iri qırxkiloluq qazanlarda qaynayan suyun içinə otlardan, bitkilərdən ataraq təbiətin özündən alındığı üçün yüzillərlə solmayan rənglərlə iplər boyanacaq. İndi bildinizmi niyə yunun ağappağı yaxşıdı? Boyayanda yaxşı rənglənsin deyə, ağ rəng başqa rənglərə daha yaxşı boyanır deyə. Elə ki boyanmış iplər sərilib quruduldu, hə, bax bu zaman atalarımız, dədələrimiz də işə qarışacaq. Xalça toxumaq üçün dəzgahı – hananı onlar qurmalıdırlar, özü də toxunacaq xalçanın ölçüsünə uyğun. Nəhayət, əsasən uzun gecələrindən dolayı qışın əvvəlində anamız, nənəmiz, bəzən də elə ikisi də hana arxasına keçəcək, üç mavi, beş qırmızı, iki yaşıl, ilmə-ilmə naxışlara çevirəcəklər yuxusuz gecələrini…

Yəqin bildiniz, yeni “Muzeylərimiz – tanıyaq, tanıdaq” rubrikamızın ilk qonağı Azərbaycan Milli Xalça Muzeyidir. Daha doğrusu, qatlanmış xalça formasındakı unikal və modern dizaynlı binası ilə şəhərimizin arxitekturasına gözəllik qatan muzeyə biz qonaq olduq.

Haqqında

Xalqımızın milli mədəniyyətinin və incəsənətinin nadir, əvəzsiz xalça və xalq tətbiqi sənəti nümunələrinin, həmçinin müasir dövr rəssam və xalq sənətkarlarının unikal əsərlərinin toplandığı Azərbaycan Milli Xalça Muzeyi 13 mart 1967-ci ildə yaradılıb. Dünyanın ilk ixtisaslaşmış xalça muzeyidir. Azərbaycan xalçasının milli bədii irsin ən önəmli tərkib hissələrindən biri kimi qorunub saxlanılması, əsaslı və hərtərəfli öyrənilərək geniş ictimaiyyətə təqdim edilməsi muzeyin yaradılmasının başlıca məramı olmuşdur. Yarandığı vaxtdan 1993-cü ilə kimi Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, 1993-2014-cü illərdə Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, 2014-2019-cu illərdə Azərbaycan Xalça Muzeyi adlandırılıb. 2019-cu ildən yeni – Azərbaycan Milli Xalça Muzeyi adı ilə fəaliyyət göstərir. 2017-ci ildə Beynəlxalq Muzeylər Şurasının Beynəlxalq Sənədləşmə Komitəsi (CIDOC) tərəfindən “Ən yaxşı təcrübə” mükafatına və “Avropanın ən yaxşı muzeyi – 2018” müsabiqəsində “Muzey sahəsində ictimaiyyətlə işin qurulmasında innovasiyaların tətbiqinə görə” sertifikatına layiq görülüb.

Azərbaycan xalçalarının dünyada ən zəngin kolleksiyasının toplanıldığı muzeydə 10 mindən artıq eksponat “Xovlu xalçalar”, “Xovsuz xalçalar”, “Xalça məmulatları”, “Bədii metal”, “Keramika, şüşə, ağac, kağız”, “Parça, geyim, tikmə” və “Zərgərlik məmulatları” kimi yeddi kolleksiya saxlanılır. Burada tunc və antik dövrə, erkən orta əsrlərə aid nadir əşyalar qorunur. Kolleksiyalarının böyük hissəsi isə XVII-XX əsrlərə aiddir.

Əvvəllər Bakı şəhəri Neftçilər prospekti, 123-a ünvanında Muzey Mərkəzinin binasında yerləşən muzey 2014-cü ildə Dənizkənarı Milli Parkın ərazisində (Mikayıl Hüseynov prospekti-28) tikilmiş yeni binasına köçmüşdür.

Xalçaların sehrli dünyasına səyahət…

Bir az vaxtsız gəlmişik. Həm iş gününün sonuna yaxın olması baxımından, həm də… Yəqin ilk dəfə gələn hər kəs özünü mənim kimi qınayar niyə daha əvvəl gəlmədiyi üçün. Birinci mərtəbədən başlayırıq muzeylə tanışlığa. Burada kilim, palaz, cecim kimi xovsuz xalçalar, tunc və antik dövrə aid nadir əşyalar, xalça toxunmasında istifadə edilən proloqda adlarını çəkdiyim qədim alətlər qorunur. Xüsusi mühitdə və temperaturda saxlanılan eksponatlar o qədər maraqlıdır ki, gördüyü hər bir sənət əsərini göz yaddaşına yığıb saxlamağı gəlir insanın. Arxeoloji qazıntılar zamanı aşkarlanaraq qismən bərpa edilən gil qabların üzərindəki naxışlar diqqətimi çəkir. Öyrənirəm ki, həmin naxışlardan qədim xalçaların toxunuşunda da istifadə edilib.

Qeyd edim ki, xalçaların sehrli dünyasına səyahətimizdə muzeyin mətbuat katibi Ülvinə Fərzəliyeva və muzey bələdçisi Aidə Bəşirova bizə bələdçilik etdilər və yeri gəlmişkən, hər ikisinə təşəkkür borcum var.

Mənim girişdə sözlə ifadə etməyə çalışdığım xalçaların toxunma prosesini burada eksponatların qarşısındakı kiçik ekranda əyani izləmək mümkündür. Ekranın yanındakı kiçik xalça-replikanın nəyə xidmət etdiyi ilə maraqlanıram. Ü.Fərzəliyeva bildirir ki, muzeyin özündə toxunma üsulu ilə hazırlanmış ənənəvi xalçaların bu replikaları fiziki məhdudiyyətli ziyarətçilər üçün nəzərdə tutulub. Təəccüblənməyə dəyməz, çünki Azərbaycan Milli Xalça Muzeyi ölkəmizdə ilk inklüziv muzeydir: “Burada hər kəs üçün əlçatanlıq təmin edilib, bütün mərtəbələrdə əlil arabalarının hərəkətinə şərait nəzərdə tutulub. “Sərhədsiz muzey” layihəsi çərçivəsində hazırlanan replikalarda mütəxəssislərimizin tətbiq etdiyi xovlu və xovsuz xalça texnologiyası görmə məhdudiyyətli insanlara onlara toxunmaqla xalçanın ornamentləri, quruluşu və kompozisiyası haqqında məlumat əldə etmək imkanı yaradır. Eyni zamanda, yenə də görmə məhdudiyyətli qonaqlar üçün replikaların hər iki tərəfində Brayl əlifbası ilə Azərbaycan və İngilis dillərində məlumat lövhələri yerləşdirilib.”

İpək kəlağayılar, onların hazırlanmasında istifadə edilmiş qədim alətlər və digər maraqlı eksponatlarla da zəngin olan ikinci mərtəbə əsasən xovlu xalçaların qruplar şəklində qorunduğu yer kimi təqdim olunur. Elə muzeyin ən “yaşlı”, ən dəyərli xalçaları da burada yerləşir – 2018-ci ildə Heydər Əliyev Fondu tərəfindən alınaraq muzeyə bağışlanmış “Xətai” və ya digər adı ilə “Əjdəha” xalçası, Azərbaycan Milli Xalça Muzeyinin uzun müddət almaq istədiyi, nəhayət xaricdə yaşayan mesenat həmvətənimiz tərəfindən 2020-ci ildə alınaraq muzeyə hədiyyə edilmiş, Vətən müharibəsindəki Zəfərimizdən sonra Qələbənin simvoluna çevrilən “Qarabağ” xalçası, 2017-ci ildə Avstriyada auksiondan alınmış, təkcə Azərbaycanın deyil, bütün dünyanın nadir sənət incilərindən sayılan Şamaxı xalçası. Hər biri bir gözəllik, hər biri tariximiz və bələdçimiz Aidə Bəşirova hər biri haqqında elə sevgiylə məlumat verir ki, təkrar-təkrar baxmaq istəyirsən!

Nəhayət, masir sənət nümunələrinin, xalçaçı-rəssamlarımızın yaratdıqları şedevr əsərlərin qorunduğu üçüncü mərtəbəyə qalxırıq. Burada vaxtın necə sürətlə keçdiyini hiss etmək olmur, zamanın bir az dayanmasını, gözlərinin gördüyü gözəlliklərdən doymasını istəyirsən. Sağollaşmaq lazımdır əslində, iş vaxtı çoxdan bitib. Ancaq…

Keçmiş məcburi köçkün xalçalar!

Qarşısında dayandığımız növbəti guşə diqqətimi çəkir. Burada 1992-ci ildə erməni vandallarının Şuşamızı işğal etməsindən az öncə xilas edilib Bakıya gətirilmiş xalça və eksponatlar yerləşdirilib. Müvəqqəti… Və indi qonaq sayılırlar artıq. 30 ilə yaxın mənim kimi məcburi köçkün həyatı yaşamış xalçalarla danışıram ürəyimdə, gözaydınlığı verirəm: “Bilirsiniz yəqin, Şuşamız azaddır artıq! Siz də artıq məcburi köçkün deyilsiniz, gözünüz aydın!”

Ülvinə Fərzəliyeva deyir ki, Qarabağ xalçaçılıq sənəti ənənələrinin öyrənilməsi, qorunması və yaşadılması məqsədilə 1985-ci ildə Azərbaycan Xalçası və Xalq-Tətbiqi Sənəti Dövlət Muzeyinin Şuşa filialının əsası qoyulub: “Filial 19 may 1987-ci il tarixindən general Səməd bəy Mehmandarova məxsus XVIII əsr abidəsi olan malikanədə fəaliyyətinə başlayıb. Həmin vaxt qədim tarixə malik Qarabağ, o cümlədən Şuşa xalçalarının tədqiqi, təbliği, qorunub-saxlanılması məqsədilə muzeyin əsas fondundan milli sənət dəyərlərimizi yaşadan xalça və xalça məmulatları, bədii tikmə, milli geyim və zərgərlik nümunələri sərgilənməsi üçün Şuşa filialına göndərilib. Filial cəmi beş il,1992-ci il may ayının 8-də Şuşa şəhəri Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunduğu günə kimi fəaliyyət göstərə bilib. Həmin ilin 29 fevral tarixində Şuşa filialının 246 ədəd eksponatından 80 ədəd xovlu xalça, 35 ədəd xovsuz xalça və xalça məmulatı, 29 ədəd bədii tikmə və milli geyim, 39 ədəd zərgərlik məmulatı olmaqla, 183-ü təxliyə edilərək Bərdəyə, daha sonra Bakı şəhərinə gətirilib və Azərbaycan Xalça Muzeyinin əsas fonduna təhvil verilib. Qeyd edim ki, Şuşada fəaliyyət göstərən 8 muzeydən yalnız Xalça Muzeyi əşyalarının yarıdan çoxunu, dahi bəstəkar Üzeyir Hacıbəylinin ev-muzeyi isə əşyalarını qismən xilas edə bilib. Xilas edilmiş eksponatlar arasında XIX–XX əsrləri əhatə edən Qarabağın ənənəvi “Şabalıd-buta”, “Malıbəyli”, “Qoca”, “Bəhmənli”, “Atlı-itli”, “Xanlıq”, “Çələbi”, “Açma-yumma” çeşniləri əsasında toxunmuş xovlu xalçalar, məişətdə geniş istifadə olunan xovsuz xalçalar və xalça məmulatları, bədii tikmə, milli geyimlər və zərgərlik nümunələri var. Allaha şükürlər olsun ki, bu eksponatların bir qismi bu gün artıq azad Şuşamızda sərgilənir və binası bərpa edildikdən sonra hamısı yenidən öz yerinə qaytarılacaq.”

Allaha şükürlər olsun! Bu möhtəşəm Qələbəmizin memarı Müzəffər Ali Baş Komandana eşq olsun! Rəşadətli ordumuza eşq olsun!

Və son olaraq…

Azərbaycan Milli Xalça Muzeyi həm də beynəlxalq simpoziumlar və konfranslar, sərgi və digər tədbirlərin keçirildiyi elmi-tədqiqat, mədəniyyət və təhsil mərkəzinə çevrilib. Ü.Fərzəliyeva muzeydə ictimaiyyətlə iş üzrə daimi interaktiv layihələrin həyata keçirildiyini bildirir: “Burada rəssamlıq və turizm üzrə ali təhsil müəssisələrinin tələbələri üçün könüllü proqramları, peşəkar dekorativ-tətbiqi sənət ustaları və sənətsevərlər üçün yerli və xarici ekspertlər tərəfindən ustad dərsləri, ailələr üçün isə müsabiqə və oyunlarla dolu “Ailə günü” təşkil olunur, həmçinin muzeydə hamının qatıla biləcəyi tətbiqi sənət və etnoqrafiya üzrə mühazirələr keçirilir.”

Öyrənirəm ki, pandemiyadan əvvəl ölkənin ən çox qonaq qəbul edən muzeylərindən olan Azərbaycan Milli Xalça Muzeyinin şəhərimizə gələn turistlərin azalması ilə ziyarətçiləri də azalıb. Baxmayaraq ki, biletlər elə də baha deyil – böyüklər üçün 7 manat, məktəblilər üçün 3 manat. Üstəlik, yaşı 65-dən yuxarı olan vətəndaşlar, şəhid ailələri, qazilər və incəsənət sahəsi üzrə təhsil alan tələbələr isə muzeyi ödənişsiz ziyarət edə bilərlər.

Məncə, muzeylərimizin qonaq sayının daha çox turistlərin hesabına formalaşması tendensiyasına son qoymağın vaxtı çoxdan çatıb. Tariximizlə, dəyərlərimizlə tanış olmaq, ona sahib çıxmaq üçün özümüz daha çox getməliyik. Həm də mənəvi istirahətimiz üçün…

Mahir Rəsuloğlu, “İki sahil”

Uşaqlara hansı adlar qoymaq lazımdır

Sual: Uşaqlara hansı adlar qoymaq lazımdır?

CAVAB

Uşaqlara qoyduğumuz və ya qoyacağımız adların mənalarının dinimizə, ənənə və adətimizə uyğun olub olmadığını öyrənmək, uyğun deyilsə dəyişdirmək lazımdır. Haqlı səbəblərlə adını və ya soyadını dəyişdirmək istəyənlər də çıxa bilər. Beləcə adların mənalarını bilmək faydalı olar.

Bu mövzuda yazılmış dükanlarda bir neçə kitab vardır. Bəzisi çox genişdir. Nə qədər Ərəbcə və ya Farsca kəlimə varsa, ad olaraq kitaba yazmışlar. Bəzisi də çox sadə yazılmış, kəlimələrin lazımı bütün mənalarını yazılmamış. Hamısının ortaq tərəfi, məsdər halındakı adları, məsdər olaraq təsvir etmişlər. Bir şey ad halını alanda, artıq o məsdərlikdən çıxar. Məsələn, Azəricədə səhv olaraq məşhur sözü yerinə, “Filankəs şöhrət oldu” deyirlər. Bir uşağa Şöhrət adı verilmişsə, bunun mənası “məşhur olmaq” deyilməz. Burada Şöhrət kəliməsini məşhur olaraq bildirmək lazımdır. Çünki məqsəd budur.

Kəlimə ad olanda İslam, cihad sözləri də belədir. Bu sözlər ad olaraq qoyulmuşsa, artıq İslama müsəlman olmaq deyilməz. Müsəlman olan deyə təsvir edilir. Cihad kəliməsinə də hərb, hərb etmək deyilməz. Allah üçün döyüşən deyilir. Cihad kəliməsinin bir az daha qüvvətlisi Cahiddir. Bunun daha da qüvvətlisi Mücahiddir. Ad olaraq qoyulanda artıq Cihad da, Cahid də, Mücahid də, biri digərindən daha qüvvətli olmaq üzrə, cihad edən mənasını verir.

Bunun kimi Hicabı utanmaqla əlaqədar deməkdir. Amma bu ad olaraq istifadə ediləndə, xəcalətli, utancaq, həyalı, ədəbli, tərbiyəli, pərdəli, namuslu kimi mənalara gəlir.

Hulki, Ruhi, Sulhi kəlimələri də belədir. Dükanlardakı kitablarda bu xüsus bəzisində heç diqqətə alınmamış, bəzisində də çox az yer verilmişdir.

Uşaqlara gözəl ad qoymaq lazımdır! Hədisi-şəriflərdə buyuruldu ki:

“Uşağa gözəl ad vermək, dinini öyrətmək və vaxtı gələndə evləndirmək, övladın atası üzərindəki haqlarındandır.” [Əbu Nuaym]

“Qiyamətdə atanızın adı ilə birlikdə [Məsələn Əli oğlu Əmin, və ya Əli qızı Əminə deyə] çağırılacaqsınız. O halda adınız gözəl olsun!” [Əbu Davud]

Gözəl adlar çoxdur. Məsələn, Peyğəmbər adları, Rəsulullah əfəndimizin 400 qədər olan mübarək adları, Allahu təalanın Əsma-i hüsnasından olub, ad olaraq qoyulması caiz olan Əli, Əzizi, Məcid, Mucib, Rafi, Rəşid adları, Əshabi-kiramın, alimlərin və övliyanın adları qoyula bilər.

Bir adın gözəl olması üçün mütləq Qurani-kərimdə olması lazım deyildir. Yüz mindən çox Əshabi-kiramdan Həzrəti Zeyd xaric, heç birinin adı Qurani-kərimdə yoxdur. Gözəl adlar çoxdur. Dəyişik ad olsun deyə, yaxud ən gözəl ad olsun deyə Qurani-kərimdə keçən hər sözü, yalnız Qurani-kərimdə keçdiyi üçün uşağa ad olaraq qoymaq çox səhv olar. Çünki Qurani-kərimdə gözəl adların yanında kafirlərin adları da vardır. Ən başqa şeytan var, İblis var, Hannas vardır. Kafirlərdən Qarun, Haman vardır. Peyğəmbər əfəndimizin düşməni Əbu Ləhəbin adı vardır. Bunları qoymaq doğru deyildir.

Qurani-kərimdə keçir deyə ildırım, şimşək, gəlmək, getmək kimi sözlərin ərəbcəsini ad olaraq qoyanlar olur. Bu kəlimələrdən ən məşhurlarından biri Əsradır. Əsra, gecə getmək mənasını verər. Ünzilə endirildi, endirilmiş deməkdir. Belə adları qoymaq caiz isə də, enbiyanın, üləmanın, övliyanın adını seçmək əlbəttə yaxşı olar.

Ad sahiblərinə şəfaət

Hər Peyğəmbər öz adından olanlara, hər alim və övliya da öz adından olanlara şəfaət edəcəkdir. Gözəl adın bu baxımdan da önəmi vardır. Hədisi-şəriflərdə buyuruldu ki:

“Allah qatında ən gözəl olan adlar Abdullah, Abdurrahmandır. [Mülsim] “Üç oğlu olub, birinə adımı verməyən cahillik etmiş olar.” [Tabərani]

“Alahu təala buyurar ki: Adı Əhməd, Muhamməd, Mahmud kimi Həbibimin adından olan möminə əzab etməkdən həya edərəm.” [R.Nasıhin]

“Bir evdə bir, iki və ya üç Muhamməd olmasının zərəri olmaz.” [İbni Sad]

“Oğlunun adını Muhamməd qoyan uşağı ilə Cənnətlik olar.” [A.Rufai]

“Muhamməd adlı uşağa hər yerdə ikram edin, onu alçaltmayın.” [Hatib]

“Muhamməd adlı kimsəni alçaq görməyin, onu məhrum etməyin! Onun olduğu bir evdə, bir yerdə bərəkət vardır.” [Deyləmi]

İbni Abbas həzrətləri, “Qiyamətdə, “Adı Muhamməd olan möminlər gəlsin” deyilir, hamısı Cənnətə aparılır.” buyurur.

Əcdadımız, hörmətdə qüsur olmasın deyə Muhamməd adından “Məhəmməd” şəklində istifadə etmişdir.

Peyğəmbər əfəndimizin mübarək adlarından birini də qoymaq çox yaxşı olar. Əshabi-kiramın adları da çox qiymətlidir. Əcdadımızın qoyduğu adlar da əhəmiyyətlidir.

Həzrəti Talha, on uşağının hər birinə bir peyğəmbər adı qoymuşdu. Həzrəti Zübeyrin də on uşağı vardı. O da hamısına şəhid adı vermişdi. Həzrəti Talha, Həzrəti Zübeyrə, “Niyə uşaqlarına peyğəmbər adı deyil, şəhid adı verdin?” dedi. O da, “Uşaqlarım peyğəmbər olmayacağına görə, şəhid olmalarını arzu etdiyim üçün” dedi.

Adı pis olanın dəyişdirməsi lazımdır! Hədisi-şərifdə, “Pis adı olan bunu gözəl ada çevirsin” buyuruldu. (Bəriqa)

Pis adlar

Məmiş, Sənəm adları caiz deyildir. Əhmədə Hamo, Məhəmmədə Məmo, İbrahimə İbo və ya İbiş demək caiz olmadığına görə, Abdullah Öcalana Apo, İbrahim Tatlısəsə İbo demək caizdirmi deyə düşünülə bilər. Caizdir, çünki məşhur adı söyləmək adını dəyişdirmək olmaz. Bunun kimi birinin adı Fatma ikən hər kəs Fatoş olaraq bilirsə, ona Fatoş demək küfr olmaz. Bənzərləri də belədir.

Kəzban, Farisi Kədbanudan gəlmişdir. Ev qadını və ya vəkilxərc qadın deməkdir. Vəkilxərc isə bir sarayın ticarət işlərini görən kimsə deməkdir. Hər nə qədər Ərəbcədə yalançı mənasına gələrsə də Farsçadan gəldiyi üçün dəyişdirilməsi lazım deyildir.

Kafir adı qoymaqdan da çəkinmək lazımdır! İmam Rəbbani həzrətləri buyurur ki:

Bir müsəlmanın bir kafirin adını almaqdan, qorxunc aslanlardan qaçmaqdan daha çox qaçması lazımdır. Bu adlar və onların sahibləri Allahu təalanın düşmənləridir. Hədisi-şərifdə, “Pis zənn altında qalınacaq yerlərdən qaçın” buyuruldu. Dinsizlik əlaməti olan və bu zənni oyandıran adları qoymaqdan çəkinmək lazımdır.

Tərifləyici adlar qoymaq

İbni Abidin həzrətləri buyurdu ki:

“Uşağa Əli, Əziz kimi adları qoymaq caiz isə də, bu adları söyləyərkən hörmət etmək lazımdır.” [Rədd-ül Muxtar]

Rəşid, Əmin kimi tərifləyici adlar qoymaq caiz isə də qoymamaq yaxşı olar. Çünki belə adları söyləyərək, sahibinə təhqir etmək, ada da təhqir olur. (Şirə)

Qiyamətdə günahları savablarından daha çox olan bir kimsə Cəhənnəmə aparılarkən Allahu təala Cəbrayıl əleyhissəlama buyurar ki:

Həzrəti Cəbrayıl o kimsədən soruşar. O da, “Təəssüf ki, heç bir alimlə bir arada olmadım” deyər. Allahu təala təkrar buyurar:

  • Ya Cəbrayıl, soruş ki, heç bir alimi elmindən ötəri sevdimi?

Cəbrayıl əleyhissəlam ona soruşar. O da, “Xeyr, sevdiyim bir alim yox idi” deyər. Haqq Təala buyurar:

Cəbrayıl əleyhissəlam soruşar. O da, “Xeyr heç bir alimlə bir süfrədə olmadım” deyər. Haqq təala buyurar ki:

  • Ya Cəbrayıl, bu qulun adı bir alimin adına bənzəyirmi, bunu da soruş!

Cəbrayıl əleyhissəlam soruşar. O da, “Xeyr heç bir alimin adına bənzəməz” deyər. Haqq təala buyurar ki:

Görüldüyü kimi adı bir alimin adına bənzəmək, hətta alimi sevəni sevmək belə insanın qurtuluşuna səbəb olur. Əlbəttə hər şeydən əvvəl mömin olmaq şərti vardır. Mömin olmadıqdan sonra gözəl adın və ibadətin qiyməti olmaz.

Uşağa doğulanda və ya doğumu ardınca yeddinci günü adı qoyulur. Doğulduqdan sonra dərhal ölən uşağa da ad qoyular. Yuyunar, cənazə namazı qılınar. Ölü doğulan uşağa ad vermək lazım deyildir. Fəqət ad verərək dəfn etmək yaxşı olar.

Adı qoyacaq kimsə

Uşağın adını elm əhli, saleh bir şəxsə qoydurmaq lazımdır! Əshabi-kiram uşaqlarına adları Peyğəmbər əfəndimizə verdirməyi seçmişdir. Uşağa ad qoyarkən uşağın atası, babası və ya ən qoca, elmi ən çox olan, uşağı qucağına alar, dəstəmazlı olaraq qibləyə dönər və ayaqda sağ qulağına azan oxuyar, sol qulağına iqamət oxuyar. Adı üç dəfə təkrar etmək yaxşı olar. Bu arada uşağın ağzına şirin bir şey qoymaq yaxşı olar.

Peyğəmbər əfəndimiz Həzrəti Həsən doğulanda qulağına azan oxumuşdur. Azan oxuyacaq kimsə uşağı yastıq kimi yumşaq bir şey üstünə qoyaraq qucağına alar. Uşağı biri qucağına alıb azanı bir başqası da oxuya bilər. Bir hədisi-şərifdə də buyuruldu ki:

“Yeni doğulan uşağın sağ qulağına azan, sol qulağına iqamət oxunarsa, “Ümmü sıbyan” xəstəliyindən qorunmuş olar.” [Beyhəqı]

Uşağa ad qoyduqdan sonra saleh bir övlad olması üçün və dinə xidmət etməsi üçün dua etmək lazımdır. Peyğəmbər əfəndimiz, “Ya Rəbbi bu uşağı xeyirli və salehlərdən et və onu gözəl bir şəkildə yetişməsini təmin et! deyə dua etmişdir.

Əbu Musəl Əşari həzrətləri, “Uşağım doğulduğu gün onu Rəsulullaha apardım, adını İbrahim qoydu” dedi. Amr ibn Şüeybin babası isə, “Rəsulullah, yeni doğulan uşağa yeddinci günü ad verilməsini və əqiq kəsilməsini əmr etdi” dedi. [Tirmizi]

Buxaridə, “Əgər əqiq kəsilməyəcəksə, uşaq doğulduğu vaxt ad qoyular və ağzına şirin bir şey verilər deyilir.

Sual: Məlis adı Quranda keçirmi? Uşağıma bu adı verməyimdə bir zərər vardırmı?

CAVAB

Məlis sözü Quranda keçməz. Peyğəmbər əfəndimizin yüz mindən çox dostu vardı, biri xaric heç birinin adı Quranda keçməz. Əbu Bəkir, Ömər, Osman, Əli heç biri Quranda yoxdur. Bir adın Quranda keçməsi lazım deyildir. Böyük şəxslərin adını qoymaq, Peyğəmbərlərin adını qoymaq yaxşı olar. Çünki hər Peyğəmbər, hər alim öz adında olan insana şəfaət edəcəkdir. Onun üçün ot adı, daş adı qoymamaq lazımdır. Övliyanın, böyüklərinin adını qoymaq lazımdır. Məlis adını qoymaqda zərər yoxdur.

Sual: Samed adı caizdirmi?

CAVAB

Sual: Əzrail adı caizmi?

CAVAB

Sual: Uşağım doğulduqdan üç gün sonra öldü. Dəfndən bir neçə ay keçib. Ad qoymamışdıq. İndi ad qoymağımız caizdir?

CAVAB

Sual: Muhamməd adını qoymaq məkruhdurmu?

CAVAB

Məkruh deyildir. Qoyduqdan sonra hörmət lazımdır.

Sual: Naziyə, Oğuzxan, Furkan, Günəş, Kürşad, Yadallah, Kəzban, Yasin, Rauf, İrəm, Mələk, Kənan, Damra adı caizmi?

CAVAB

Caizdir. Kafir adından başqası caizdir. Üstün olanı qoymaq lazımdır.

Sual: Əli Osman adını qoymaq uyğundur?

CAVAB

Əli Osman adını qoymaq yaxşıdır.

Sual: Beş aylıq ikən doğulub ölən uşağa ad qoyular?

CAVAB

Canlı doğulmuşsa, nəfəs almışsa, ad qoyular.

Kafir adı vermək

Sual: Almaniyadakı bəzi gənclər Alman və ya başqa qeyri-müsəlmanların adlarından istifadə edirlər. Məsələn, adı “Həsən” olan bir nəfərdən qeyri-müsəlman adını soruşanda “Adım Hansdır” deyir. “Hans” olaraq çağırılmasını istəyir. Bir müsəlmanın kafir adı ilə çağırılmasını istəməsi caizdirmi?

CAVAB

Caiz olmadığını İslam alimləri bildirir. Əhli-sünnət alimlərinin ən böyüklərindən olan İmam-Rəbbani həzrətləri Xanı Xanana yazdığı məktubda buyurdu ki:

Nə qədər təəccüblüdür ki, qiymətli təvəccöhünüzə qovuşmaqla şərəflənən şairlərdən birinin, bir kafir adını soyad olaraq aldığını eşitdim. Bu alçaq adı görəsən nə üçün aldı? Belə adları almaqdan, qorxunc aslanlardan qaçmaqdan daha çox qaçmaq lazımdır. Çünki bu adlar və onun sahibləri Allahu təalanın düşmənləridir. Onun Peyğəmbərinin düşmənləridir. Müsəlmanların kafirləri düşmən bilməsi əmr olunmuşdur.

Bunun kimi pis adları övladlarına qoymaması hər müsəlmana vacibdir. Ona söyləyin! Bu adı dəyişdirsin! Onun yerinə müsəlmana yaraşan bir ad qoysun. Müsəlman olana müsəlman adı yaraşar. Allahu təalanın sevdiyi və Onun Peyğəmbərinin bəyəndiyi, İslam dinində olmaqla şərəflənmiş bir kimsənin halına uyğun da ancaq budur. Hədisi-şərifdə buyuruldu ki:

“Qiyamətdə adlarınızla və atanızın adları ilə çağırılacaqsınız. Onun üçün gözəl adlar alın!” [Əbu Davud]

Dinsizlik əlaməti olan adları qoymaqdan çəkinmək hər müsəlmanın vəzifəsidir. (1/23)

Sual: Nick name olaraq prince (prens) king qoymaqda zərər vardır?

CAVAB

Qısa bir zaman üçün də olsa kafirlərin adını qoymaq uyğun deyildir. Bu sözlər yerinə şahzadə, sultan, xaqan, bəy, bəylərbəyi kimi adlar qoyula bilər.

Pis adları dəyişdirmək

Sual: Adının mənası çox pis olanın şəxsiyyət vəsiqəsindən dəyişdirməsi lazımdır?

CAVAB

Şəxsiyyət vəsiqəsindən dəyişdirmək lazım deyildir. Ailəsi və ətrafı yeni adla çağırsa problem qalmaz. Zamanla hər kəs alışar və daha sonra şəxsiyyət vəsiqəsində də asanlıqla dəyişdirilə bilər. Həzrəti Aişə anamız “Rəsulullah çirkin adları dəyişdirərdi” buyurdu. (Tirmizi)

Əsiyə və Asiyə

Sual: Əsiyə adı uyğundurmu? Dəyişdirmək lazımdırmı?

CAVAB

Əsiyə başqa, Asiyə başqadır. Əsi, uyğun, əlverişli deməkdir. Asi, üsyan edən deməkdir. İslam hərfləriylə yazılışları da fərqlidir. Əsiyə, Fironun xanımı olan Həzrəti Əsiyənin adıdır. Uyğun, əlverişli mənasına gəldiyi kimi dirək, hüznlü qadın mənasına da gələr. Asiyə isə üsyan edən mənasındadır. Bu baxımdan Asiyə adını dəyişdirmək lazımdır.

Muhamməd adını qoymaq

Sual: “Üç oğlu olub da birinə mənim adımı qoymayan cahillik etmiş olar” hədisinə uyğun olaraq uşağa Muhamməd adını qoymaq uyğun olar ?

CAVAB

İndiki vaxtda lazımı hörmət edilə bilməyəcəyi üçün zərərlidir. Peyğəmbər əfəndimizin adlarından olan Əhməd və ya Mahmud yaxud əcdadımızın qoyduğu kimi Məhəmməd adının qoyulması lazımdır. Muhamməd adı qoyularsa, hörmətdə qüsur ediləcəyi üçün uyğun olmaz. İki hədisi-şərif məali belədir:

“Muhamməd adını qoyduğunuz uşağı döyməyin və yaxşılıq edin!” [Bəzzar]

“Muhamməd adını verdiyiniz uşağa hörmət edin, məclislərdə ona yer açın və ona qarşı qaş-qabaqlı olmayın!” [Hatib]

Uşağın adını peyğəmbərlər və mələklərin adlarından qoyunca, adını söyləyərək o uşağı pisləmək, ona kiçildici şeylər söyləmək, onu alçaltmaq caiz deyildir. (Şirə şərhi)

Zamanımızda lazımı hörmət göstərilmədiyi üçün Muhamməd adı yerinə Məhəmməd qoymaq lazımdır.

Qiyamətdə bir nəfəri Cəhənnəmə apararkən, Allahu təala, “Ey mələklərim, o qulumu üzməyin, onun mənim yanımda bir yaxşılığı vardır” buyurar. Mələklər maraq edib o yaxşılığın nə olduğunu soruşarlar. Allahu təala “Onun adı mənim Həbibimin adındandır. Adı Əhməd, Muhamməd və ya Məhəmməd olan mömin quluma əzab etməyə həya edərəm” buyurar. (Riyad-ün-nasıhin)

Muhamməd adı

Sual: Muhamməd adlı uşağa Muhamməd deyə xitab etmək ədəbə zidd olar?

CAVAB

Xeyr, zidd deyildir, fəqət tənbəl, xasiyyətsiz kimi çirkin ifadələrdən Muhamməd adıyla birlikdə istifadə etmək caiz olmaz. Tək başına bunları söyləməyin, məsələn yenə o qəsd edilərək, “Bu tənbəldir” deməyin zərəri olmaz. Ad deyilincə hörmət etmək lazımdır. İki hədisi-şərif məali belədir:

“Muhamməd adlı uşağa hər yerdə hörmət edin, onu aşağılamayın!” [Hatib]

“Muhamməd adlı kimsəni alçaq görməyin, onu məhrum etməyin! Onun olduğu bir evdə, bir yerdə bərəkət vardır.” [Deyləmi]

Bunun üçün hörmətdə qüsur olmasın deyə əcdadımız Muhamməd adından Məhəmməd şəklində istifadə etmişdirlər.

Ad qoyarkən azan oxumaq

Sual: Uşaq yeni doğulanda ad qoyularkən qulağına azan oxumaq lazımdır?

CAVAB

Azan oxumaq yaxşıdır. Çünki Peyğəmbər əfəndimizin Həzrəti Həsən doğulduğu zaman qulağına azan oxuduğu hədis kitablarında yazılıdır. (Tirmizi)

[Adını qoyacaq kimsə uşağı yastıq kimi yumşaq bir şey üstünə qoyaraq qucağına alar, sakitcə sağ qulağına azan, sol qulağına da iqamə oxuyar. Sonra qulağına adını söyləyər. Uşağı biri qucağına alıb, azanı bir başqası da oxuya bilər.]

Bir hədisi-şərifdə buyuruldu ki:

“Yeni doğulan uşağının sağ qulağına azan, sol qulağına da iqamət oxunarsa, “Ümmü sıbyan” deyilən xəstəlikdən qorunmuş olar.” [Beyhəqı]

Qəni kəliməsindən istifadə etmək

Sual: Haqq Sözün Vəsiqələri kitabında, “Allahu təalanın yalnız özünə məxsus olan üç sifəti, kibriya, qəni olmaq və yaratmaqdır” deyilir. Bu vəziyyətə görə, “Allah qəni-qəni rəhmət etsin” və ya “qəni könüllü” demək yaxud uşaqlara Qəni adını qoymaq caizdirmi?

CAVAB

Qəni [əl-Qəniyy] Allahu təalanın 99 adından biridir. Heç kimə möhtac olmayan, hər kəsin ona möhtac olduğu şəxs deməkdir. Bu mənada əlbəttə ad olaraq istifadə edilməz.

Hədisi-şərifdə, Əyyüb əleyhissəlam üstünə yağan qızıl çəyirtkələri toplamağa başlayanda, Allahu təalanın “Səni qəni qılmamışdımmı?” buyurduğu bildirilir. Yəni “Səni zəngin etmişdim” deyilir. Bir hədisi-qüdsidə isə, “Allahu təala sizdən qənidir” buyurulur. Yəni “Allahu təala çox zəngindir və sizə möhtac deyildir” deyilir. Burada insanlara da qəni deyilə biləcəyi aydın olur.

İslam Əxlaqı kitabında, “Vacib olan qurbanı kəsmək üçün üç şərt lazımdır: Müsəlman və ağıllı, buluğ yaşında olmaq, mukim olmaq, qurban nisabı miqdarı qəni olmaq” deyilir. Burada da qəni olmaq zəngin olmaq mənasında istifadə edilmişdir.

Qəni zəngin, varlı və bol kimi mənalara gələr. Qəni könüllü, əli bol, comərd deməkdir. Qəni-qəni isə, bol-bol deməkdir. “Qəni-qəni rəhmət etsin!” demək, “Bol-bol rəhmət etsin!” deməkdir.

Zəngin mənasında uşaqlara Qəni adını qoymaq caizdir, amma Qəni olan Allahın qulu mənasındakı, Abdülqəni qoymaq daha gözəl olar.

Aslan adı

Sual: İnsanlara, Əsəd, Aslan kimi heyvan adı qoymaq caizdirmi?

CAVAB

Caizdir. Çünki təhqir qəsdiylə qoyulmur. Birinə öküz deyilsə təhqir olar, öküzün daha kiçiyi olan tosun deyilsə təhqir olmaz. “Tosun kimi uşaq” deyilsə təhqir sayılmaz. Tarixdə Tosun adlı şəxslər vardı. Məşhur Tosun paşa, Qavalalı Məhməd Əli Paşanın oğlu idi.

Övliya şəxslərdən Əsəd adlı olanlar vardır. Məsələn, Ubeydullahı Əhrar həzrətləri zamanında yaşayan Muhamməd Əsəd bunlardan biridir. Həzrəti Əliyə Əsədullah yəni Allahın aslanı deyilir. Budin Bəylərbəyi Aslan paşa və Səlcuqlu sultanının adı da Alparslan idi.

Tərifləyici adlar qoymaq

Sual: İslam Əxlaqı kitabında, “Rəşid, Əmin adını verməməli. Muhiddin, Nurəddin kimi adlar da yalan və bidət olur. Fasiqləri, cahilləri, mürtədləri belə çağırmaq məkruhdur. Çünki bunlar tərifləyici adlardır. Məcazi olaraq da deyilə bilməz. Öz uşaqlarına bu adları uğurlu olmaq üçün qoymaq caiz olar deyilmişdir. Saleh olduqları məşhur olan alimləri bu adlarla zikr etmək caiz və faydalıdır” deyilir. Sonu din ilə bitən adları qoymamaq lazımdır? Məsələn, bu adlar qoyulmazmı: Cəmaləddin: Dinin gözəli. Fəxrəddin: Dində təriflənməyə layiq. Fəridüddin: Dinin ən üstünü. Xeyrəddin: Dinin xeyirlisi. Seyfəddin: Dinin qılıncı. İmadəddin: Dinin dirəyi. Məcdəddin: Dinin böyüyü. Sadəddin: Dinin mübarək adamı. Siracəddin: Dinin şamı. Şəcaəddin: Dinin qəhrəmanı. Şəmsəddin: Dinin günəşi. Şərafəddin [Şərəfüddin]: Dinin şərəflisi. Şihabəddin: Dinin parlaq zəri. Tacəddin: Dinin tacı.

CAVAB

“Müsəlman olan kimsə uşaqlarına bu adları qoya bilər” və “ Saleh şəxsləri bu adlarla anmaq faydalıdır” deyilir. Bidət əhli və mürtədlərin adları gözəlsə onları bu adlarla anmamaq lazımdır. Məsələn, Muhamməd Abduh deməyib, yalnız Abduh demək lazımdır və ya M.Abduh deyə yazmaq lazımdır. “M hərfi nədir?” deyə soruşularsa, “Mason kəliməsinin qısaltması” deyilə bilər.

Ad qoyarkən

Sual: “Ruməysa, Bəkir, İrəm, Kəzban, Gülsüm kimi adlar uşaqlara qoyulmaz. Ayrıca Cəbrayıl, İsrafil, Əzrayıl kimi mələk adları ilə Rəsul və Nəbi adlarını da qoymaq məkruhdur” deyənlər var. Doğrudur?

CAVAB

Bir adın mənası gözəl olmasa da, əgər böyük bir şəxsin adı isə, belə bir adı uşaqlara qoymağın heç zərəri olmaz. Hətta bu ismin sahibləri öz adında olanlara şəfaət edər.

RəsulNəbi, elçi, xəbərçi, müjdəçi kimi mənalara gələr. Bu məna da qoymağın heç zərəri olmaz. Peyğəmbər adlarını uşaqlara qoymaq caiz olduğu kimi, mələklərin adlarını da qoymaq caizdir. Peyğəmbərlər mələklərdən üstündür. Peyğəmbər adı kimi mələk adı da caizdir.

İrəm, Şəddad adlı bir kafirin bağçasının adı isə də, bağçanın günahı nədir? Bəzi əriklərə, keşiş əriyi deyilir. Bu məntiqə görə belə əriklər yeyilməz?

Kəzban adı Farscadır. Qahya qadın, bir dairəni idarə edən qadın deməkdir. Ked-banu adından gəlməkdədir. Hər nə qədər Ərəbcədə yalançı mənasına gələrsə də, Frascadan gəldiyi üçün qoyulmasında zərər yoxdur. İlahiyyatçının sözü səhvdir.

Peyğəmbər və mələk adı

Sual: Uşaqlara Peyğəmbər əfəndimizin Muhamməd adını, Cəbrayıl, Mikayıl, Rıdvan kimi mələk adlarını qoymaq məkruhdur?

CAVAB

Xeyr, məkruh deyildir. Bir hədisi-şərifə əsaslanaraq bəzi alimlərin məkruh deməsi bu ad deyilərək təhqir edilməməsi üçündür. Çünki din kitablarında deyilir ki:

Uşağa peyğəmbər və mələk adı qoyulanda o uşağa adı deyilərək təhqir etmək, söymək caiz deyildir. Çünki bundan o adı alçaltma mənası çıxa bilər. Ancaq adını söyləmədən “Sən beləsən, sən heləsən” deyilə bilər. (Şirə şərhi)

İmam Malik həzrətləri buna görə Yasin, Cəbrayıl, Əzrail kimi adların uşaqlara qoyulmasının məkruh olduğunu bildirmişdir. Osmanlılar Muhamməd adını da Məhməd olaraq qoymuşdurlar. Təhqir edilməyəcək olsa bu adları qoymağın zərəri olmaz. Necə ki, əsrlərdir əcdadımız Məhəmməd, Mikail, İsrafil adlarını uşaqlarına qoymuşdurlar.

Hörmət edilməyə bilər deyə bu adları qoymamaq yaxşı olar. Məsələn, uşağa Əzrail adı qoyulsa, “Çəkilin Əzrail gəlir” və ya Cəbrayıl qoyulsa, “Mənə Cəbrayıl gəldi, vəhy gətirdi” deyə lağ edilə bilər. Belə mübarək ad qoyulmuş uşaqlara kədərli bir şey söyləyərkən, təhqir olmasın deyə adıyla söyləməyib, “Sən tənbəlsən, o yaramazdır, bu oğrudur” kimi işarə əvəzlikləriylə söyləmək lazımdır.

Comments are closed, but trackbacks and pingbacks are open.