Müasir Cənubi Azərbaycan ədəbiyyatı” mövzusunda “dəyirmi masa” keçirilmişdir
Xalq Şairi Söhrab Tahir, şairlər Xeyrəddin Qoca, Abbas Abdulla və başqaları məruzə ətrafında öz fikirlərini bölüşmüşlər.
müasir azərbaycan ədəbiyyatı
3. @1 ))))))
Ele güclu kitab bilmirem.
Seymur baycanin publisistik yazilari pis deyil. Menim mubarizem kitablarinda cem edib yazilarini.
Bir de cenubi azerbaycanli bir yazar var idi. Adi yadimdan cixib. Ankarada intihar eledi. Onun Norveç yazilari adli kitabinda bezi sehifeleri internetden oxudum.
Efsuslar olsun ki, kitabin ozunu ne qeder axtarsam da tapa bilmedim.
O kitab kimdəsə varsa xahis ederdim mene versin oxumaga. Evezini cixaram ))
Səhv xatirlamiramsa adi əli siyamək idi
məsləhətxanadan son yazılar:
- #Sözlük yenilik & tövsiyələr 169
- #Sözaltı kitab/film klubu 34
- aliexpress tracking invoice 2
- təqaüd 2
- psixoloji bir çıxılmaz döngü 7
- heçnəyi qozdamamaq 2
- amd radeon qara ekran 2
- idman 0
- riyaziyyat kursu 3
- bahalı şokolad 1
- özünü boşda hiss etmək 2
- salam nevar neyox netersiz 5
Sözaltı Sözlük – Azərbaycandilli Fikir Ensiklopediyası.
© heç bir haqqımız qorunmur, bütün hüquqlar vəhşicəsinə pozulur. 2012 – ∞
“Müasir Cənubi Azərbaycan ədəbiyyatı” mövzusunda “dəyirmi masa” keçirilmişdir
Bakı, 11 oktyabr (AZƏRTAC). Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunmuş “Müasir Cənubi Azərbaycan ədəbiyyatı” mövzusunda “dəyirmi masa” keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, “dəyirmi masa”da AYB-in Cənubi Azərbaycan bölməsinin rəhbəri Sayman Aruz “Cənubi Azərbaycan ədəbiyyatının problemləri” mövzusunda məruzə etmişdir.
Natiq o taylı bu taylı ədəbiyyatımızın Cənubda sevilən sənətkarların, həm də Azərbaycan ədəbiyyatında imzası tanınmış şair və yazıçıların yaradıcılıqları, onların qarşılıqlı təbliği ilə bağlı məsələlərə toxunmuşdur. Bildirilmişdir ki, müstəqilliyimizin bərpasından sonra ulu öndər Heydər Əliyevin xüsusi qayğısının bəhrəsi başqa sahələrdə olduğu kimi, ədəbiyyatımızın əlaqələrinin genişləndirilməsi istiqamətində də görünməkdədir. Ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində bu əlaqələrin daha da genişləndiyi bildirilmişdir.
Xalq Şairi Söhrab Tahir, şairlər Xeyrəddin Qoca, Abbas Abdulla və başqaları məruzə ətrafında öz fikirlərini bölüşmüşlər.
Sonra tədbir diskussiya şəklində davam etmişdir.
”Müasir Azərbaycan ədəbiyyatı antologiyası”nın müxtəlif ölkələrdə təqdimatı olacaq
Bakı. 4 noyabr. REPORT.AZ/ Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi Azərbaycan ədəbiyyatının dünya dillərinə tərcüməsi və beynəlxalq müstəvidə tanıdılması istiqamətində iş aparır. Mərkəzdən “Report”a daxil olan məlumata görə, bu fikirləri mərkəzin direktoru Afaq Məsud Yaponiyanın fövqəladə və səlahiyyətli səfiri Tsuquo Takahaşi ilə görüşü zamanı deyib. O bildirib ki, artıq bir neçə dilə tərcümə edilmiş “Müasir Azərbaycan ədəbiyyatı antologiyası”nın ayrı-ayrı ölkələrdə təqdimatı gözlənilir: “Yaponiyaya gəlincə, burda məsələ bir qədər çətindir. Bildiyiniz kimi, yapon dilinin tədrisinə Azərbaycanda bir neçə ildir başlanılıb. Bu mənada, Azərbaycan dilində yazılmış bədii əsərin orijinaldan yapon dilinə birbaşa tərcüməsi uzun bir zaman kəsiyi tələb edən məsələdir. Lakin bu işə yapon dilinə edilmiş sətri tərcümələr və köməkçi mətn kimi, əsərlərin rus, yaxud türk dilinə tərcümə olunmuş ədəbi mətnlərindən istifadə ilə başlaya bilərik. Sonrakı mərhələdə əsərlərin yapon dilində bədii tərcüməsinin alınmasına bizə yapon tərcüməçiləri, bu işə marağı olan yazıçı və şairlər kömək edə bilərlər”. Səfir isə deyib ki, Azərbaycan ədəbiyyatının Yaponiyada tanıdılması istiqamətində müəyyən işlər görülməlidir. Onun sözlərinə görə, ilk növbədə yapon dilinin tədrisi istiqamətində tərcüməçilik ixtisasının formalaşdırılması vacibdir.
Comments are closed, but trackbacks and pingbacks are open.