Müasir azrbaycan dbiyyatı 3
Oktyabrın 28-də Gülşənabad Kənd Mərkəzinin açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi
Ümummilli liderimiz Heydər Əliyev “Yeni 2001-ci il, Yeni Əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti”ndə deyirdi: “Bəşəriyyətin qədəm qoyduğu müasir inkişaf mərhələsində öz layiqli yerimizi tapmaq üçün gərək biz zamanın tələbləri ilə uyğunlaşa bilək”.
Ulu öndərimizin ideyalarının reallaşması müstəqil Azərbaycanın və onun Naxçıvan Muxtar Respublikasının müasir inkişaf modelini yaradıb. Güclü iqtisadiyyata və sosial rifaha hesablanmış islahatlar quruculuq işlərinin miqyasını xeyli genişləndirib. Bunun ən bariz nümunəsi isə hər il abadlaşan, bütün sahələrdə rahat infrastruktur təminatı yaradılan kəndlərin sayının artmasıdır. Babək rayonunun Gülşənabad kəndində məktəb binasının, kənd və xidmət mərkəzlərinin, yolun istifadəyə verilməsi də bir kəndin timsalında ölkəmizin iqtisadi qüdrətinin göstəricisidir.
Gülşənabadda yeni məktəb binası istifadəyə verilmişdir
Oktyabrın 28-də Gülşənabad kənd ümumi orta məktəbin yeni binasının açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.
Məlumat verilmişdir ki, 144 şagird yerlik üçmərtəbəli məktəbdə 3-ü elektron lövhəli olmaqla, 15 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, şahmat sinfi, kompüter və müəllimlər otaqları, kitabxana və idman zalı vardır. Kompüter otağında internetə çıxışı olan 13 kompüter quraşdırılıb. Kitabxanada 667-si dərslik və 1168-i bədii ədəbiyyat olmaqla, 1835 kitab, eləcə də “Oxunması zəruri olan kitablar”dan ibarət guşə vardır. İdman zalında şagirdlərin fiziki hazırlığı üçün lazımi şərait yaradılıb.
Bildirilmişdir ki, bu tədris ilində məktəbin birinci sinfinə 11 şagird qəbul olmuşdur.
Məktəbdə yeni işlə təmin olunan gənc müəllimlərdən Vəfa Sadiqova, Lalə Zeynalova və Tərlanbəyim Məmmədova yaradılan şəraitə görə minnətdarlıq etmişlər.
Məktəb muxtar respublikanın muzey şəbəkəsinə qoşulmuş və Cəlil Məmmədquluzadənin ev-muzeyi ilə ümumtəhsil məktəbləri arasında keçilən interaktiv dərs izlənilmişdir.
Ali Məclisin Sədri məktəbin müəllimləri ilə görüşmüşdür.
Məktəbin direktoru Vüsal Tağıyev çıxış edərək demişdir ki, muxtar respublikanın bütün şəhər, qəsəbə və kəndlərində genişmiqyaslı quruculuq işləri aparılır. Bu işlərin davamı kimi Gülşənabad kəndində yeni məktəb binası tikilmişdir. Cari tədris ilinə qədər ibtidai məktəb kimi fəaliyyət göstərən təhsil ocağı Ali Məclis Sədrinin tapşırığı ilə ümumi orta məktəbə çevrilmişdir. Bu isə məktəbimizin həm müəllim, həm də şagird sayının artmasına səbəb olmuşdur. Məktəbin müasir maddi-texniki bazaya malik olduğunu bildirən Vüsal Tağıyev kollektiv adından minnətdarlıq etmişdir.
Müəllim Fatma Kərimova demişdir: “Bu gün ucqar dağ kəndlərinin infrastruktur təminatı baxımından şəhər və rayon mərkəzlərindən geridə qalmaması hər bir yaşayış məntəqəsinin inkişafına və insan amilinə verilən dəyərin ifadəsidir. Gülşənabad məktəbində yaradılan şərait şagirdlərin daha yaxşı təhsil almalarına geniş imkan açmaqla yanaşı, müəllimləri də daha yaxşı işləməyə ruhlandırır. Muxtar respublikada müəllim əməyinə yüksək qiymət verilir. Müəllimlərin işə qəbulu üzrə keçirilən sonuncu müsabiqədə yüksək nəticə göstərənlərdən 9-u bu məktəbə təyinat almışdır. Yaradılan şəraitə görə məktəbin kollektivi adından minnətdarlığımızı bildirir və əmin edirik ki, bundan sonra da bilikli və vətənpərvər gənclərin yetişdirilməsində səylərimizi əsirgəməyəcəyik”.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək demişdir: Bu gün Gülşənabad kəndinin həyatında əlamətdar gündür. Aparılan geniş quruculuq işlərindən sonra Gülşənabad müasir yaşayış məntəqəsinə çevrilib. Görülən işlər içərisində ən vacibi Gülşənabad kənd ümumi orta məktəbinin istifadəyə verilməsidir. Bu günədək kənddə ibtidai məktəb fəaliyyət göstərirdi və lazımi tədris şəraiti olmayan binada yerləşirdi. İbtidai məktəbi bitirən şagirdlər qonşu kənddəki məktəbdə təhsillərini davam etdirirdilər. Bütün bunlar isə tədrisin keyfiyyətinə öz təsirini göstərir, müəyyən çətinliklər yaradırdı. Lakin bu gün ən müasir tədris avadanlıqları ilə təmin olunmuş məktəb istifadəyə verilir. Bu da şagirdlərin rahat və hərtərəfli təhsil almasına imkan verəcəkdir.
Ali Məclisin Sədri demişdir: Bu gün ölkəmizdə təhsil sahəsində həyata keçirilən tədbirlərin nəticəsidir ki, ən ucqar kəndlərdə də müasir məktəblər istifadəyə verilir, gənclərin təhsili üçün hərtərəfli şərait yaradılır. Eyni zamanda kəndlərimiz abadlaşır, insanların rahat yaşayışı təmin edilir. Bütün bunlar isə ümummilli liderimiz Heydər Əliyevin yolunun uğurla davam etdirilməsi və dahi şəxsiyyətin ideyalarına sədaqətin nəticəsidir. Təhsilin inkişafı üçün həyata keçirilən tədbirlər, məktəblərin istifadəyə verilməsi ölkəmizin gələcəyinə xidmət edir. Bu gələcəyi təmin etmək üçünsə, yalnız şəhər məktəblərində deyil, ümumilikdə, ölkənin bütün məktəblərində eyni tədris şəraiti yaradılmalıdır. Bu gün Gülşənabad kənd məktəbi də müasir tədrisin tələbləri səviyyəsindədir. 144 yerlik məktəbdə internetə qoşulmuş kompüter sinfi, elektron lövhələr, laboratoriyalar, kitabxana, idman zalı və digər tədris avadanlıqları müəllim və şagirdlərin istifadəsinə verilmişdir. Eyni zamanda məktəbdə bütün fənlər üzrə müəllimlərin olması şagirdlərin hərtərəfli hazırlanmasına imkan verəcəkdir. Gülşənabad kənd ümumi orta məktəbinin gələcəkdə tam orta məktəbə çevrilməsi də kollektivin fəaliyyətindən asılıdır.
Ali Məclisin Sədri məktəbin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik etmiş və əminliyini bildirmişdir ki, Gülşənabad kənd ümumi orta məktəbi muxtar respublikanın qabaqcıl məktəbləri sırasında öz yerini tutacaqdır.
Kənd mərkəzi fəaliyyətə başlamışdır
Oktyabrın 28-də Gülşənabad Kənd Mərkəzinin açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmiş, binada yerləşən təşkilatların fəaliyyəti və yaradılan şəraitlə maraqlanmışdır.
2 mərtəbəli binada rabitə evi, polis sahə və baytarlıq məntəqələri, 4174 ədəbiyyat fonduna malik olan kitabxana, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, feldşer-mama məntəqəsi, klub, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı və zal yerləşir. Bildirilmişdir ki, ərazi ilk təşkilatının 147 üzvü vardır ki, onların da 45-i gənc, 60-ı isə qadındır.
Kitabxanaçı Sevinc Məmmədova kitabxananın əvvəllər lazımi şəraiti olmayan binada yerləşdiyini diqqətə çatdırmış, yeni kitabxanada oxuculara hərtərəfli xidmət göstərəcəklərini bildirmişdir.
Kənddə baytarlıq xidmətinin təşkilinə xüsusi diqqət yetirilir, mütəmadi olaraq baytarlıq müşahidələri və tədbirləri aparılır. Rabitə evində poçt bölməsi yaradılmış, göstərilən xidmətlərin səviyyəsi yüksəldilmişdir. Burada yeni nəsil texnologiyalara əsaslanan 192 nömrə tutumlu ATS quraşdırılmış, sürətli internetə çıxış imkanı yaradılmışdır.
Feldşer-mama məntəqəsi 3 otaqdan ibarətdir. Məntəqədə tibbi xidmətin təşkili, eləcə də ginekoloji müayinələrin aparılması üçün şərait yaradılmış, təcili yardım və peyvənd çantaları, qlükometr, soyuducu və digər tibbi ləvazimatlar qoyulmuşdur.
Ali Məclis Sədrinə minnətdarlıq edən məntəqə müdiri Abuzər Hüseynov və mama Aysel Seyidova tibbi xidmətin təşkili üçün yaradılan şəraitin daha səmərəli fəaliyyət göstərməyə imkan verəcəyini bildirmişlər.
Ali Məclisin Sədri əhalinin sağlamlığına diqqətin artırılması ilə bağlı tapşırıqlar vermişdir.
Gülşənabad kənd avtomobil yolu yenidən qurulmuşdur
Kəndlərin inkişafının əsas cəhətlərindən biri də müasir yol infrastrukturudur. Hər il muxtar respublikanın kəndlərində digər sosial obyektlərlə yanaşı, rahat və abad yollar da istifadəyə verilir.
Oktyabrın 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Gülşənabad kənd avtomobil yolunun açılışını etmişdir.
Bildirilmişdir ki, 2,8 kilometrlik kənd yoluna asfalt örtük salınmış, 1 kilometrə yaxın yolda təmir işləri aparılmışdır. Yolun tikintisi zamanı 980 metr beton su kanalı çəkilmiş, körpü əsaslı təmir edilmiş, 65 su keçidi qoyulmuş, 1 kilometr məsafədə sahilbərkitmə işləri aparılmışdır.
Xidmət mərkəzinin açılışı olmuşdur
Həmin gün Gülşənabadda xidmət mərkəzi də fəaliyyətə başlamışdır.
Açılışı bildirən lent kəsildikdən sonra məlumat verilmişdir ki, 4 nəfərin işlə təmin olunduğu xidmət mərkəzində bərbərxana, gözəllik salonu, ət satışı yeri, ərzaq malları mağazası və anbar fəaliyyət göstərir. Mərkəzdə ailə təsərrüfatlarında istehsal olunmuş məhsulların satışına üstünlük verilir.
Sonra kənd sakinləri ilə görüş olmuşdur.
Ali Məclisin Sədri Gülşənabad kəndində aparılan quruculuq işləri və kəndin muxtar respublikanın abad yaşayış məntəqələri sırasına qoşulması münasibətilə sakinləri təbrik edərək demişdir: Gülşənabad kəndinin tarixində heç vaxt bugünkü qədər abadlıq-quruculuq işləri aparılmamışdır. Kənddə əhalinin rahatlığına xidmət edəcək bütün tədbirlər görülmüş, məktəb, kənd və xidmət mərkəzləri tikilmiş, yol yenidən qurulmuş, qaz, elektrik və rabitə sistemləri yenilənmişdir. Artıq kənddəki dövlət qurumları müasir binalarda sakinlərə xidmət göstərəcəklər.
Ali Məclisin Sədri demişdir: Ölkəmizdə Heydər Əliyev siyasi xəttinin davam etdirilməsi hər bir yaşayış məntəqəsinin inkişafına və əhalinin rahat yaşayışına səbəb olmuşdur. Ötən əsrin 70-ci illərində ümummilli liderimiz ölkəmizdə yeni inkişaf strategiyasının əsasını qoymuş, inkişaf səviyyəsinə görə keçmiş Sovetlər Birliyində axırıncı yerlərdə olan Azərbaycan qısa müddətdə ittifaqın qabaqcıl respublikaları sırasına yüksəlmişdir. Həmin dövrdə qazanılan uğurlar olmasaydı, Azərbaycanın müstəqillik illərində inkişafı da mümkün olmayacaqdı. Bu gün də Azərbaycanın inkişafı, mövcud sabitlik və yüksək rifah ulu öndər Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsinin nəticəsidir. Gülşənabadda görülən işlər də insanların rahatlığı və kəndin gələcək inkişafı üçündür. Kənddə məskunlaşma və əhalinin sayı artır, təsərrüfatlar genişlənir. Sakinlər də qurulanları qorumalı, yaradılan şəraitdən səmərəli istifadə olunmalı, kənd daha da böyüməli, inkişaf etməlidir.
Sakin Məmməd Məmmədov kənd əhalisi adından minnətdarlıq edərək demişdir: “Göstərilən böyük diqqət və qayğı sayəsində Gülşənabad kəndinin siması tamamilə dəyişilib. Kənddə geniş tikinti-quruculuq işləri aparılıb, məktəb, kənd və xidmət mərkəzi tikilib. Bundan əlavə, yollarımız yenidən qurulub, asfalt salınıb, elektrik, qaz, rabitə, su sistemi tamamilə yenilənib. Bir sözlə, kənd yeni inkişaf tarixini yaşayır. Yenilik, müasirlik rahat yaşayışımız üçündür. Yaradılanları qorumaq, onlardan səmərəli istifadə edərək ölkəmizin inkişafına töhfə vermək qarşımızda duran əsas vəzifədir”.
Gülşənabad kəndində quruculuq işləri ilə yanaşı, rabitə, elektrik, qaz və su sistemləri də yenilənmişdir. Belə ki, kənddə 2004 metr fiber-optik və 3 kilometr rabitə, 8 kilometrə yaxın elektrik xətti çəkilmiş, 3426 metr qaz xəttində təmir-bərpa işləri aparılmışdır. Kəndə 1900 metr uzunluğunda yeni içməli su xətti də çəkilmiş, evlərin su təminatı yaxşılaşdırılmışdır.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti
Müasir azrbaycan dbiyyatı 3
Azərbaycan 70 il Rusiyanın müstəmləkəsi altında olub. Bu müddət ərzində Rusiyanın köməyi ilə torpaqlarımız parçalanaraq Ermənistana, Gürcüstana, Dağıstana verilib. Azərbaycanın yerüstü və yeraltı sərvətləri mənimsənilib. İnsanlar 200 ildən artıq Çar Rusiyası tərəfindən öz doğma yurd-yuvalarından departasiya olunublar, istismara məruz qalıblar, milyonlarla insan öldürülmüş, ərazilərimiz işğal edilmiş, savadlı, bacarıqlı insanlarımız sürgün edilmiş, qətlə yetirilmişdir.
Bizi mədəniyyətimizdən, milliliyimizdən, adət-ənənələrimizdən kökümüzdən, dinimizdən uzaqlaşdırmağa çalışıblar. 30 il işğal altında qalan əzəli-əbədi torpaqlarımızda tarixi, dini abidələrimizin sökülüb dağıdılması, yer üzündən silinməsi də buna sübutdur.
1990-cı ildə məhz Rusiya Federasiyasının başçılığı ilə rus və erməni hərbi birləşmələri Azərbaycana soxularaq qanlı terror törətdilər. Azərbaycan yüzlərlə günahsız şəhid verdi. Azərbaycanı parçalamaq və demək olar ki, bölərək yox etmək istəyən dövlətlər artıq neçə illərdir ki, həm də Azərbaycanda “5-ci kalon”dan güc almaqdadır. “5-ci kalon”da Azərbaycanda yaşayan, Azərbaycanın çörəyini yeyən bəzi rus xalqının nümayəndələri, eyni zamanda iqtidarda və müxalifətdən olan insanlar da var. Belələri əsarət altında yaşamağı və nəyin bahasına olursa olsun şəxsi mənafeyini güdərək varlanmağı üstün tutanlardır. Bir çox qeyri-dövlət təşkilatları da maliyyə vəsaitinə görə “5-ci kalon”un mövqeyini dəstəkləyir. Öz şəxsi mənafeyini vətəninin, xalqının mənafeyindən üstün tutur. Belə siyasi savadı olmayan, vətən anlayışı olmayan bəzi ünsürlər başa düşmək istəmirlər ki, bir il azad yaşamaq yüz il kölə kimi yaşamaqdan üstündür.
Biz birləşsək vətənimizi də, xalqımızı da, milli mənafeyimizi də qoruya bilərik. Bizi daxildən parçalamaq istəyən, kölə etmək istəyənlərlə iş birliyi qurmaq vətən xaini olmaq deməkdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Ölkə xaricində anti-Azərbaycan qüvvələri yaratmaq istəyirlər. Yeni beşinci kalonun yaradılması istiqamətində iş aparılır. Çünki indiki beşinci kalon öz sahiblərinin etimadını doğrultmur. Yeni beşinci kalon axtarışı gedir. Bu yol xəyanət yoludur. Bu, iqtidara qarşı deyil, bu, dövlətə qarşı edilən cinayətdir.
Parlamentin iqtisadi sahədə görülən işlərlə bağlı rolu artmalıdır. Hökumət üzvləri də xalqla daha sıx təmasda olmalıdırlar, parlament də daim ünsiyyətdə olmalıdır. Bu təcrübə həm hökumət üzvlərinin məsuliyyətini artıracaq, həm də parlamentin rolu artacaq.
Azərbaycan müasir, dünyəvi dövlət kimi güclənməlidir. Dünyəvilik prinsipləri daha geniş bərqərar olmalıdır. Radikalizmə qarşı mübarizə daha geniş aparılmalıdır. Parlamentin rolu burada vacibdir”.
Gənclər həmişə əsas qüvvə olublar. Azərbaycanda sağlam ruhlu, savadlı gənc nəsil yetişir. Azərbaycan əhalisinin demək olar ki, əksər hissəsini gənclər təşkil edir. Azərbaycan gəncləri 44 günlük vətən müharibəsi dövründə özünü ən yaxşı cəhətdən göstərdi. Milyonlarla gənc könüllü olaraq vətən uğrunda döyüşə atıldı.
Gələcək nəslin milli, vətənpərvərlik ruhunda böyüməsi, xarici təsir altına düşməməsi üçün, onlarla qanunvericiliyə uyğun olaraq iş aparmalı, onları fəal, səmərəli işə cəlb etməli, onların asudə vaxtının səmərəli təşkil edilməsi üçün lazımı işlər görülməlidir.
Bu gün Azərbaycanda siyasi sabitlik hökm sürür. Xalqımız təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır. Bu əmin-amanlığı, siyasi sabitliyi qorumaq hər bir azərbaycanlının borcudur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Türkdilli dövlətlərin əməkdaşlığı istiqamətində Azərbaycan çox önəmli rol oynayır. Avropa İttifaqına üzv olan döqquz ölkə ilə strateji tərəfdaşlıq sənədləri vardır. Bu da Avropa İttifaqına üzv ölkələrin üçdəbir hissəsidir. Qonşu ölkələrlə sağlam, işğüzar və dostluq əsasında qurulmuş münasibətlər var. Müsəlman aləmində böyük nüfuzumuz var. Azərbaycan siyasəti situativ deyil”.
Şəhla Ağbulud
Məlumatlanmaq üçün Facebook səhifəmizi
“Müasir Azərbaycan Qadını-4” layihəsi çərçivəsində 3-cü görüş keçirildi.
Fevralın 23-də “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin Azadlıq filialında “Müasir Azərbaycan Qadını-4” layihəsi çərçivəsində 3-cü görüş keçirildi.
“Vətənpərvər Azərbaycan Qadını” devizi ilə təşkil edilən görüşü, Mərkəzin rəhbəri Təranə Paşayeva açdı və Qarabağ müharibəsində şəhid olan, öldürülən soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Mərkəzin baş psixoloqu Elmira Mirzəyeva yaxınlarını itirmiş insanlara göstərilən psixoloji yardımın mahiyyətindən danışdı.
Tədbirin qonaqları, Azərbaycan Respublikasının əməkdar artisti, görkəmli opera ifaçısı, eyni zaman da, şəhid xanımı və şəhid bacısı Gülüstan Əliyeva, Azərbaycan Respublikasının milli qəhrəmanı Raquf Orucovun yoldaşı, “Zəfər” şəhəd ailələrinə dəstək İctimai Birliyinin sədri Sevinc Orucova, şəhid ailəsinin üzvü Fəridə Cabbarova yaşadığı itkilərdən, yarımçıq qalmış talehlərdən, şəhid ailəsi olmağın qürurundan söz açdılar.
Jurnalist-yazar, aprel döyüşləri zamanı hələk olmuş döyüşçülərinin xatirəsinə həsr olunmuş “Qalibiyyət. Şahidlər və şəhidlər” kitabının müəllifi Aidə Eyvazlı mövzunun vacibliyini vurğuladı.
Comments are closed, but trackbacks and pingbacks are open.