Press "Enter" to skip to content

Müasir azərbaycan ədəbiyyatı

Səhv xatirlamiramsa adi əli siyamək idi

Facebook

Вы используете браузер, который Facebook не поддерживает. Чтобы все работало, мы перенаправили вас в упрощенную версию.

Heydər Əliyev adına Müasir Təhsil Kompleksi на Facebook. Если вам интересны новости Heydər Əliyev adına Müasir Təhsil Kompleksi, регистрируйтесь на Facebook сегодня!

Heydər Əliyev adına Müasir Təhsil Kompleksi на Facebook. Если вам интересны новости Heydər Əliyev adına Müasir Təhsil Kompleksi, регистрируйтесь на Facebook сегодня!

Heydər Əliyev adına Müasir Təhsil Kompleksi

@MTKEDU

О пользователе Heydər Əliyev adına Müasir Təhsil Kompleksi

Bizim Təhsil Kompleksi 24 saat mühafizə olunan qapalı sahədə yerləşir.
Kompleksin ərazisinə müasir təlabata tam uyğun olan idman zalı, stadion, tennis meydançası, hovuz və yeməkxana da daxildir.Bizim uşaq bağçamızın astanasından içəri daxil olanda, özünüzü övladınızın dolğun və maraqlı həyat keçirməsi üçün yüksək zövqlə yaradılmış parlaq və təkrarolunmaz uşaq dünyasında hiss edəcəksiniz.
Oyun formasında keçirilən dərs-məşğələlər təlimi daha şən və maraqlı edir, həmçinin uşaqları lap kiçik yaşlarından məktəbə, təhsilə alışdırır. Tədrisin əsas forması müasir metodlardan və didaktik oyunlardan тəşkil olunmuş inkişafetdirici məşğələlərdir.
Burada uşaqların tərbiyəsi ilə pedaqoqlarla yanaşı, psixoloqlar da məşğul olurlar. Onların sağlamlığına həkim nəzarət edir. Məktəb yaşına çatmamış uşaqların kompleksdə təhsil alması, məktəbə gələrkən tanış olan doğma və rahat mühitdən ayrılmadığından, onlarda “1-ci sinif stresi”ni nəzərə çarpacaq dərəcədə azaldır. Məktəbəqədər və məktəb təhsili proqramlarında məntiqi bağlılıq və varislik gözlənilir. Məktəb şagirdlər üçün sağlam həyat tərzi və iş intizamı olan rahat, doğma və təhlükəsiz bir “evdir”.
Məktəbin əsas üstünlüklərindən biri də burada yüksək ixtisaslı mütəxəssislərdən: professorlardan, dosentlərdən, təhsil sahəsində müxtəlif beynəlxalq proqramların iştirakçısı olan ən yaxşı müəllimlərdən ibarət pedaqoji kollektivin olmasıdır.
Bizim məktəb milli təhsil ənənələri ilə müasir təlim texnologiyalarını birləşdirir. Dərslər həm ənənəvi formada, həm də mühazirə, diskussiya, laborator məşğələlər, tədqiqatlar, inkişafetdirici oyunlar, ekskursiyalar şəklində aparılır. MTK-da uşaqların təhsilindən başqa, onların əlavə maarifləndirici xidmətlərdən istifadəsi üçün də geniş imkanlar vardır.
Günün ikinci yarısında uşaqlar musiqi məktəbindəki məşğələlərə gedir, müxtəlif dərnəklərdə: rəqs, idman, musiqi və s. iştirak edirlər. Tez-tez Bakının görməli və maraqlı yerlərinə (zooparka, botanika bağına, muzeylərə və s.) tanışlıq ekskursiyaları təşkil olunur, hər ay əyləncəli tədbirlər hazırlanır, məktəbimizə-şagirdlərlə görüşə ziyalılar, tanınmış şəxsiyyətlər,artist və musiqiçilər dəvət olunurlar. Şagirdlərimiz bundan əlavə xarici ölkələrdə təşkil olunan dil kursları və tədbirlərə qatılırlar.
Məktəb daxilində yaradılmış şərait, dostluq və diqqət mühiti günü-gündən inkişaf edir. Təhsil alanların hər biri üçün sərbəst və rahat şərait yaradılmışdır. Biz məqsədyönlü liderlər yetişdirməyə səy göstəririk. Yəqin, buna görədir ki, yerli və beynəlxalq olimpiadalarda qazanılmış medalların sayına görə məktəbimiz ön sıralarda dayanır.
Bizim uşaqlar fəal əməyə və yaradıcılığa istiqamətləndirilmişlər. Məktəbdə mehriban, həmrəy şagird kollektivi vardır. Bu mehribanlıq, səmimi münasibət məzunlarla da əlaqəmizi möhkəmləndirir. Hər il bizim Kompleksə yeni-yeni məktəblilər qəbul edilir. Deməli, bizi yeni kəşflər və nailiyyətlərlə dolu maraqlı həyat gözləyir.

müasir azərbaycan ədəbiyyatı

3. @1 ))))))
Ele güclu kitab bilmirem.

Seymur baycanin publisistik yazilari pis deyil. Menim mubarizem kitablarinda cem edib yazilarini.

Bir de cenubi azerbaycanli bir yazar var idi. Adi yadimdan cixib. Ankarada intihar eledi. Onun Norveç yazilari adli kitabinda bezi sehifeleri internetden oxudum.

Efsuslar olsun ki, kitabin ozunu ne qeder axtarsam da tapa bilmedim.

O kitab kimdəsə varsa xahis ederdim mene versin oxumaga. Evezini cixaram ))

Səhv xatirlamiramsa adi əli siyamək idi

məsləhətxanadan son yazılar:

  • #Sözlük yenilik & tövsiyələr 169
  • #Sözaltı kitab/film klubu 34
  • gibi 0
  • aliexpress tracking invoice 6
  • creativ ad 0
  • ədv gəlmir 5
  • psixoloji bir çıxılmaz döngü 9
  • sözaltı sözlük mobile app üçün dizayner 4
  • 5 ci qrup ixtisasları 1
  • təqaüd 6
  • skolyoz və kifoz 0
  • məcburi köçkünlər və unilər 4

Sözaltı Sözlük – Azərbaycandilli Fikir Ensiklopediyası.
© heç bir haqqımız qorunmur, bütün hüquqlar vəhşicəsinə pozulur. 2012 – ∞

Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq Yazıçısı İsa Hüseynov son mənzilə yola salınmışdır

Bakı, 2 aprel (AZƏRTAC). Aprelin 2-də müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, “İstiqlal” ordenli Xalq Yazıçısı İsa Hüseynov (İsa Muğanna) son mənzilə yola salınmışdır.

AZƏRTAC xəbər verir ki, vida mərasimində dövlət və hökumət rəsmiləri, elm və ictimaiyyət nümayəndələri, tanınmış qələm adamları iştirak etmişlər.

Mərhumun cənazəsi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində qoyulmuşdu.

Salonda həzin matəm musiqisi səslənirdi.

Sənətkarın tabutu önünə Azərbaycan Respublikasının Prezidenti adından əklil qoyulmuşdur.

Cənazənin ətrafına hökumət təşkilatları və müxtəlif kollektivlər adından əklillər düzülmüşdü.

İsa Hüseynovun həmkarları, dostları, tanışları, tanınmış qələm adamları, mədəniyyət və incəsənət xadimləri, mərhumun yaradıcılığının pərəstişkarları axın-axın Akademik Milli Dram Teatrının binasına gəlir, görkəmli yazıçıya və gözəl insana son borclarını verirdilər.

Vida mərasimində çıxış edən Baş nazirin müavini Elçin Əfəndiyev demişdir ki, hələ sağlığında ədəbiyyatımızın klassiklərindən birinə çevrilən İsa Hüseynovun əsərləri həmişə böyük sevgi və məhəbbətlə oxunmuşdur. Yaradıcılığının böyük bir hissəsi keçmiş sovetlər dövrünə təsadüf edən İ.Hüseynov daim sosializm-realizmin ənənələrindən uzaq, əsl ədəbi nümunələr yaratmağa müvəffəq olmuşdur. Onun ötən əsrin 60-70-ci illərində qələmə aldığı əsərlər nəinki Azərbaycan ədəbiyyatında, hətta sovet ədəbiyyatında böyük hadisəyə çevrilmişdir.

E.Əfəndiyev demişdir ki, 14-15 yaşlarım olanda ilk yazılarımı İsa Hüseynova göstərir, ondan tövsiyələr alardım. O, ədəbiyyatımızın “60-cılar” nəslinin həqiqi mənada bədii-estetik müəllimi olmuşdur. Biz onun əsərlərini oxuya-oxuya ədəbiyyata daha möhkəm tellərlə bağlanmışıq.

Vətənə, torpağa bağlı bir insan olan İsa Hüseynovun müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevə xüsusi hörməti vardı. Bu hörmət və ehtiram qarşılıqlı idi. Həmişə ölkəmizin uğurlarına sevinən İ.Hüseynov müsahibələrində Prezident İlham Əliyevin apardığı siyasəti yüksək qiymətləndirmişdir.

Baş nazirin müavini Elçin Əfəndiyev demişdir ki, özünü ədəbiyyat üfüqlərində doğan bir günəş adlandıran yazıçı İsa Hüseynov böyük mütəfəkkir, görkəmli dil və fikir ustası kimi yazdığı əsərlərlə daim ədəbiyyatımızda yaşayacaqdır.

Vida mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev vurğulamışdır ki, İsa Hüseynovun yaradıcılığı Azərbaycan ədəbiyyatının böyük epoxasını əhatə edir. 50-ci illərdən başlayan bu yaradıcılıq böyük ədibin həyatının son gününədək həmin keyfiyyətlə, həmin enerji ilə davam etdirilmişdir. Yaradıcılığı üç dövrə bölünən böyük yazıçımız İsa Hüseynov “Bizim qızlar”, “Dan ulduzu”, “Saz”, “Tütək səsi”, “Quru budaq”, “Kollu Koxa”, “Teleqram”, “Yanar ürək”, “Doğma və yad adamlar”, “İdeal”, “Məhşər”, “Cəhənnəm” və digər əsərləri ilə adını Azərbaycan ədəbiyyatı tarixinə qızıl hərflərlə yazmışdır. Bu əsərlər bizim ədəbiyyatımızı, mədəniyyətimizi, düşüncəmizi zənginləşdirir.

Nazir demişdir ki, eyni fikirləri onun kino yaradıcılığı haqqında da söyləmək olar. 1960-cı illərdən başlayaraq bu sahədə intensiv çalışan İsa Hüseynovun ssenariləri əsasında bir-birinin ardınca beş film çəkilmişdir. “26-lar”, “Doktor Nərimanov”, “Nəsimi”, “Tütək səsi” və “Nizami” adlı bu məşhur filmlərin hər biri milli kinomuzun qızıl dövrünün formalaşmasında böyük sanbalı olan qiymətli ekran əsərləridir.

Vida mərasimində Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar, Xalq Şairi Nəriman Həsənzadə və Xalq Artisti, kinorejissor Eldar Quliyev çıxış edərək İsa Hüseynovun bənzərsiz yaradıcılıq axtarışlarından, səmimiyyətindən, yüksək insani keyfiyyətlərindən, xeyirxahlığından, gözütoxluğundan söz açmışlar.

Vurğulanmışdır ki, o, dünyanın çox böyük yazıçıları ilə müqayisə edilə biləcək bir sənətkardır. Yazıçı gərək yazdığına inansın, inandığını yazsın. İsa Hüseynov da məhz belə yazıçılardan idi. İsa Hüseynov əsərlərində hadisələrə elmi-fəlsəfi baxımdan yanaşmış, bir yazıçı olmaqdan daha çox, sosioloq, filosof-tarixçi kimi ictimai-siyasi dəyişikliklərin, mənəvi-psixoloji amillərin köklərini araşdırmışdır.

Mərhumun ailəsi adından çıxış edən qızı Sevinc Hüseynova istedadlı yazıçının xatirəsinə göstərilən hörmət və ehtirama görə dərin minnətdarlığını bildirmişdir.

Sonra görkəmli yazıçının cənazəsi son mənzilə yola salınmışdır.

Mərhum özünün vəsiyyətinə uyğun olaraq “Ruhani” saz havasının sədaları altında Fəxri xiyabanda torpağa tapşırılmışdır.

Comments are closed, but trackbacks and pingbacks are open.