Press "Enter" to skip to content

Azerbaycan Onomastikasi – Afaq Qurbanov – Kiril –Baki – 1987 -115 S

Bu əsərlər Azərbaycan dilçiliyində və ümumiyyətlə, türkoloji dilçilikdə ilk dəfə olaraq xüsusi adların hərtərəfli linqvistik tədqiqinə həsr olunmuşdur. Afad Qurbanov bu əsərlərində fundamental onomastik təlimin nəzəri əsaslarını şərh etmiş, Azərbaycan dilində və bütövlükdə dünya dillərində xüsusi adların qruplarını müəyyənləşdirmişdir. Hazırda bu sahədəki bütün tədqiqatlar Afad Qurbanovun müəyyənləşdirdiyi qruplaşma əsasında aparılır. Bundan başqa, tədqiqatçı-alim onomastik dil vahidlərinin yaranması və dəyişməsi, poetik və üslubi xüsusiyyətlərinin, orfoqrafik və orfoepik problemlərinin də nəzəri əsaslarını işləmişdir.

afad qurbanov muasir azerbaycan dili kitabi (5833) Nəticə tapıldı:

Vətən müharibəsi qazisi direktor təyin olunub

Müəllif: izzet qurbanov 20 March 2023, 09.51

Mehriban Əliyeva Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edib

Müəllif: izzet qurbanov 20 March 2023, 09.49

Azərbaycan XİN Ermənistanın bəyanatına münasibət bildirib

Müəllif: izzet qurbanov 19 March 2023, 20.53

Türkiyədə daha bir güclü zəlzələ

Müəllif: izzet qurbanov 19 March 2023, 18.28

Azərbaycan XİN: “Türkiyənin müstəqilliyi uğrunda canlarından keçən qardaş-bacılarımızı hörmətlə anırıq”

Müəllif: izzet qurbanov 19 March 2023, 11.17

Azərbaycan lideri: “Ermənistan ərazi bütövlüyümüzü tanımasa, biz də onların ərazi bütövlüyünü tanımayacağıq”

Müəllif: izzet qurbanov 18 March 2023, 22.17

Azərbaycan Prezidenti Ermənistanın 29 min kvadratkilometr ərazidə rahat yaşaması üçün şərti açıqlayıb

Müəllif: izzet qurbanov 18 March 2023, 20.17

“Düşməni torpaqlarımızdan qovmağımız Azərbaycan tarixinin ən parlaq səhifəsidir” – Ali Baş Komandan

Müəllif: izzet qurbanov 18 March 2023, 20.03

Azərbaycan Prezidenti Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası yolunun açılışını edib

Müəllif: izzet qurbanov 18 March 2023, 13.29

Martın 16-da AMEA-nın Rəyasət Heyətinin binasında Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilib.

Müəllif: izzet qurbanov 18 March 2023, 12.49

DSX və DİN İranla sərhəddə əməliyyat keçirib, saxlanılanlar var

Müəllif: izzet qurbanov 18 March 2023, 10.42

Azərbaycan nefti 1 dollardan çox ucuzlaşıb

Müəllif: izzet qurbanov 18 March 2023, 10.40

Ən çox baxılanlar

Azərbaycanda benzin və dizellə bağlı YENİLİK

Zirəddin Rzayevə yüksək vəzifə verildi

Azərbaycanda bu çörəyin qiyməti ucuzlaşdı – Açıqlama

Hacı Şahini əvəz edən Elbrus Kərimov niyə uzaqlaşdırılıb?

Bayrama görə bu şəxslərə 200 manat veriləcək

Günəş batması – kosmosdan görünüş

Redaktor seçimi

Gəncədə “Dövlət bayrağı haqqında” qanunun tələbləri niyə pozulur? – FOTOLAR

Gəncədəki unikal muzeyə niyə sahib çıxan yoxdur?

Ermənilər yalniz bu şərtlər daxilində yaşaya bilər…

İcazəsiz hərbi forma geyinmək qanunla qadağandır – Hərbi ekspert

Artıq Hər Kəs Tarix Yazacaq.

SON XƏBƏRLƏR

Ermənistan Qərbi Azərbaycan İcmasının dialoq çağırışlarına cavab verməlidir – XİN

Putin: Ukrayna ilə bağlı danışıqlara hazırıq!

Vətən müharibəsi qazisi direktor təyin olunub

Mehriban Əliyeva Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edib

Ermənilər bu rayonu atəşə tutdu – Yaralımız var

Bayram günlərində yağlı, qızardılmış qidalar və şirniyyatlardan həddində istifadə edin

Uşaqların xoruldamasının 9 əsas səbəbi

XİN: “Ermənistan verdiyi vədə baxmayaraq, Qazaxın 7, Sədərək rayonunun 1 kəndini işğal altında saxlayır”

Niyə telefonda mobil interneti söndürmək lazımdır?

Azərbaycanda Novruz bayramı qeyd edilir

Haqqımızda

Səhifələr

  • İstifadəçi razılaşması
  • Saytda reklam
  • Partnyorlarımız
  • Media Əməkdaşları
  • Şikayət və müraciət
  • Gizlilik siyasəti
  • Haranialdiq.com saytından xəritəmiz: daim yenilənir

Sosial

Ens.az . Bütün hüquqlar qorunur. Ens.az saytına məxsus materiallardan istifadə edərkən hiperlinklə istinad mütləqdir.

Azerbaycan Onomastikasi – Afaq Qurbanov – Kiril –Baki – 1987 -115 S

Onomastik , dilbiliminin özel isimleri inceleyen bir dalıdır.

Azərbaycan onomalogiyasının təşəkkülü və inkişafında Afad Qurbanovun rolu və «Azərbaycan onomalogiyası» elmi məktəbi

Azərbaycan dilçilik tarixində elmi məktəb yaratmış az sayda dilçilərimiz mövcuddur. XX əsrin ikinci yarısı Azərbaycan dilçiliyinin inkişafında xüsusi mərhələ hesab olunur və bu mərhələdə Azərbaycan onomalogiyasının müstəqil nəzəri dilçilik şöbəsi – elmi məktəb kimi formalaşması bilavasitə akademik Afad Qurbanovun adı və fəaliyyəti ilə bağlıdır.

Müasir Azərbaycan ədəbi dili zəngin lüğət tərkibinə malik, inkişaf etmiş dillərdən biridir. Bu dilin lüğət tərkibinin böyük bir qatını onomastik leksika – xüsusi adlar silsiləsi təşkil edir. Onomastik leksikaya daxil olan söz qrupları müəyyən ictimai tarixi inkişafın məhsulu olub, mənsub olduğu xalqın həyatını əks etdirən əvəzsiz söz sərvətidir. Onomastik leksikanın hərtərəfli tədqiqi müasir dil, dialektologiya, dil tarixi və s. sahələrin öyrənilməsi üçün çox mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan dilçiliyində uzun müddət tədqiqatdan kənarda qalmış onomastik leksikanın öyrənilməsinə təxminən XX əsrin 50-ci illərindən başlanılmışdır. Lakin bu tədqiqatlar birtərəfli aparılmış, xüsusi adlar qrupunun linqvistik cəhətdən hərtərəfli tədqiqinə meyl təsadüfi xarakter daşımış, onomastik leksikanın öyrənilməsində sistemsizlik, natamamlıq özünü göstərmiş, fundamental araşdırmalar aparılmamış, yalnız etimoloji ehtimallar irəli sürülmüşdür. Bu isə, hər şeydən əvvəl, həmin elm sahəsinin nəzəri və praktik problemlərini özündə əks etdirən əsərlərin olmaması ilə bağlı idi.

Ümumi dilçilik və Azərbaycan dilçiliyinin müxtəlif problemlərinə həsr edilmiş fundamental elmi-tədqiqat əsərlərinin və dərsliklərinin müəllifi, nəzəri və praktik məsələlər üzrə ən məhsuldar alimlərimizdən olan professor Afad Qurbanov öz tədqiqatlarını, əsasən, dilçiliyimizin az öyrənilmiş sahələrinə həsr etmişdir.

Alim uzun illər ərzində onomastika məsələləri ilə daha çox maraqlanmış, tədqiqatlar aparmış, yeni-yeni nailiyyətlər əldə etmişdir. A.Qurbanovun onomalogiyaya dair ilk əsəri 1956-cı ildə Tbilisidə çap olunan «Azərbaycan şəxs adlarının xüsusiyyətləri» məqaləsi olmuşdur. Sonradan tədqiqatçı bir-birinin ardınca «Müasir Azərbaycan ədəbi dili» (1985, «Onomalogiya» bölməsi), «Azərbaycan onomastikası» (1986), «Azərbaycan onomalogiyası məsələləri» (1986), «Poetik onomastika» (1988), «Onomalogiyaya dair elmi-metodik göstərişlər» və s. kimi kitablarını nəşr etdirərək dilimizin bu sahəsinin öyrənilməsinə düzgün elmi istiqamət vermiş, Azərbaycan onomalogiyasının müstəqil bir şöbə kimi formalaşmasının əsasını qoymuşdur.

Professor A.Qurbanov yazmışdır: «Hər bir söz geniş araşdırılmalıdır. Dildə mənasız söz yoxdur və ola da bilməz, hər bir söz və ifadə müəyyən məna daşıyır. Bununla belə, bəzi sözlər bir deyil, bir neçə məna ifadə edə bilər. Dilimizdəki şəxs adlarının, demək olar ki, hamısı apelyativ mənalı leksik vahidlərdir. Apelyativ söz onomastik vahid olandan sonra o, xüsusi ada çevrilir».

Afad Qurbanovun «Onomalogiya məktəbinin yaradıcısı» kimi formalaşmasında, təbii ki, onomalogiyaya həsr etdiyi əsərləri xüsusi rol oynamışdır. Onun onomalogiya məsələlərinə dair 100-ə qədər məqaləsi, onlarca kitabı və bir neçə monoqrafiyası çap olunmuşdur.

Alimin bu sahədəki ən böyük müvəffəqiyyəti 1988-ci ildə nəşr edilmiş və 1989-cu ildə Dövlət mükafatına layiq görülmüş «Azərbaycan dilinin onomalogiyası» adlı mükəmməl və əhatəli monoqrafiyası olmuşdur. Əsərdə Azərbaycan dilçiliyində ilk dəfə olaraq onomastika problemləri elmi-nəzəri aspektdən şərh edilmişdir.

Professor A.Qurbanov onomalogiya problemlərinə xüsusi əhəmiyyət verərək 2004-cü ildə onomastika məsələlərinə dair 2 cilddən ibarət böyük fundamental monoqrafiya («Azərbaycan onomalogiyasının əsasları», I və II cildlər) nəşr etdirmişdir. Yüksək elmi səviyyədə və səlis dildə yazılan bu ikicildlik Azərbaycan onomalogiyasının nəzəri əsaslarının tədqiqinə həsr edilmiş fundamental monoqrafiyadır. Əsər Türkiyə və Rusiyada da çap edilmişdir.

Bu əsərlər Azərbaycan dilçiliyində və ümumiyyətlə, türkoloji dilçilikdə ilk dəfə olaraq xüsusi adların hərtərəfli linqvistik tədqiqinə həsr olunmuşdur. Afad Qurbanov bu əsərlərində fundamental onomastik təlimin nəzəri əsaslarını şərh etmiş, Azərbaycan dilində və bütövlükdə dünya dillərində xüsusi adların qruplarını müəyyənləşdirmişdir. Hazırda bu sahədəki bütün tədqiqatlar Afad Qurbanovun müəyyənləşdirdiyi qruplaşma əsasında aparılır. Bundan başqa, tədqiqatçı-alim onomastik dil vahidlərinin yaranması və dəyişməsi, poetik və üslubi xüsusiyyətlərinin, orfoqrafik və orfoepik problemlərinin də nəzəri əsaslarını işləmişdir.

Əlavə olaraq, 1988-ci ildən bəri alimin «Dünyada türk adları» (2000), «Azərbaycanlı adları: uşağa necə ad seçməli» (1993), «Ad və insan» (2002), «Azərbaycanlı adları lüğəti» (2002), «Türk xalqlarında advermə ənənələri» (2002) və s. kimi kitabları, onomastikaya dair yüzlərcə məqaləsi çap olunmuşdur.

Professor Afad Qurbanovun yaratdığı onomastika məktəbinin və yazdığı elmi əsərlərin nəinki Azərbaycan dilçiliyinin, həm də türkoloji dilçiliyin sürətlə inkişafında xüsusi rolu olmuşdur. Onun onomastika sahəsindəki elmi fəaliyyəti həm yerli, həm də xarici görkəmli dilçilər, akademiklər tərəfindən çox yüksək qiymətləndirilmişdir.

Akademik M.Şirəliyev «Azərbaycanda onomastika məktəbi və onun gələcəyi» adlı məqaləsində yazır: «A.Qurbanovun «Azərbaycan dilinin onomalogiyası» adlı əsəri təkcə bizim dilçiliyimiz üçün deyil, dünya türkoloji dilçiliyi üçün də çox qiymətlidir. Mən tam məsuliyyətlə deyə bilərəm ki, Afad Qurbanov bu əsəri ilə Azərbaycan onomastika məktəbinin əsasını qoymuşdur».

1989-cu ildə İstanbulda nəşr edilən «Türk dünyası araşdırmaları» adlı sanballı elmi məcmuənin bir neçə səhifəsi bu əsərin təhlilinə həsr olunmuşdur. Rəyçi Xəlil Açıqgöz yazır: «Möhtərəm professor Afad Qurbanov illərdən bəri gözlədiyimiz türk və Azərbaycan onomastikasının nəzəri və əməli problemlərini böyük bir diqqətlə işləmişdir. Ona nə qədər təşəkkür etsək azdır. Kitabın qısa zamanda Türkiyə türkcəsilə nəşrini təmənna edirik. Əsər ölkəmizdə də nəşr edilərsə, türk onomastik araşdırmaları daha aydın işıqlandırılar».

Həmin kitab haqqında Almaniyanın Münhen şəhərində yaşayan tədqiqatçı Yasin Aslanın rəyi də diqqəti cəlb edir: «Bir azərbaycanlı olaraq Azərbaycan xalqına və elminə göstərdiyiniz xidmətlər üçün Sizi təbrik edir, müvəffəqiyyətlərinizin davam etməsini arzu edirəm. Vətən Sizin kimi övladları ilə fəxr etməlidir».

Afad Qurbanovun onomastika sahəsindəki sanballı işlərindən biri də Azərbaycan Ensiklopediyası xətti ilə təşkilatçılığı və redaktorluğu ilə 7 minə yaxın coğrafi adı əhatə edən «Azərbaycanın Toponimlər Lüğəti»ni ortaya çıxarmasıdır.

Azərbaycan Dövlət Pedaqoji Universitetində Azərbaycan Onomastika Cəmiyyətinin və Onomastika Elmi Mərkəzinin yaradılması, «Onomastika» elmi-onomastik jurnalının və 25 oktyabr Onomastika Gününün təsis olunması, onomastika problemlərinə həsr edilmiş genişmiqyaslı respublika konfranslarının keçirilməsi də bilavasitə Afad müəllimin adı ilə bağlıdır.

Professor Afad Qurbanovun yaratdığı «Azərbaycan onomalogiyası» elmi məktəbi bütün dünyada (ABŞ, Kanada, Finlandiya, Fransa, Belçika, Norveç, Türkiyə, Rusiya, İran və s.) tanınmışdır. Bir çox xarici ölkələrdə A.Qurbanovun rəhbərliyi ilə onomastik tədqiqatlar aparılmışdır. Məhz A.Qurbanovun rəhbərliyi ilə onomalogiyanın problemlərinə dair müxtəlif mövzularda onlarca namizədlik və doktorluq dissertasiyası müdafiə edilmişdir.

Onun şəxsi təşəbbüsü, təşkilatçılığı və gərgin əməyi nəticəsində 1986-cı ildən başlayaraq Azərbaycan onomastikası problemlərinə həsr olunan 13 respublika konfransı keçirilmişdir. Konfranslar əhatə miqyasına görə çox geniş olmuşdur. Burada keçmiş Sovetlər İttifaqının, demək olar ki, əksər müttəfiq respublikalarının elmi ictimaiyyət nümayəndələri iştirak etmişlər. Konfransların materialları tez bir zamanda kitab şəklində çap edilmişdir. Sonralar isə bu konfranslar ənənə xarakteri alaraq iki ildən bir keçirilməyə başlanmışdır.

Eyni zamanda, A.Qurbanovun təşəbbüsü ilə sədr müavini olduğu SSRİ Elmlər Akademiyasının Sovet Türkoloqları Komitəsinin tərkibində Türk onomastikası bölməsi yaradılmış və onomastik araşdırmalar bütün SSRİ-nin türkdilli respublikalarında aparılmağa başlanılmışdır.

Afad Qurbanov Azərbaycan dilçiliyi sahəsində elə bir ənənə qoyub getmişdir ki, bu ənənə hələ uzun tarixlər boyu yaşayacaq və onu da yaşadacaqdır.

Müasir azərbaycan dili afad qurbanov

Sabunçu rayon Mərkəzi Kitabxanası

Sabunçu rayon MKS

  • Əsas səhifə
  • Sənədlər
  • Ümumi məlumat
    • Milli qəhrəmanlar
    • Elektron resurslar
    • Sabunçu rayonu
    • Heydər Əliyev və Azərbaycan
    • Sabunçu rayonunun görkəmli şəxsiyyətləri
    • Dağlıq Qarabağ münaqişəsi
    • Azərbaycanlıların soyqırımı
    • Haqqımızda
    • Ən çox oxunanlar
    • Yeni kitablar

    10 Yanvar , 2021

    Adı sonralar sənədlərdə Afad kimi yazılacaq Alıfuad Məhəmməd oğlu Qurbanov 1929-cu il yanvarın 10-da Qərbi Azərbaycanın Kalinino rayonunun əvvəllər Cuci, sonralar isə Qızıl Şəfəq adlanan kəndində yüksək rütbəli hərbçi ailəsində anadan olmuşdur. Cucikənd kəndindən dünyaya boylanan uşaq, sonra Azərbaycan adlı böyük bir məmləkətin, daha sonra isə türk dünyasının görkəmli aliminə çevriləcəkdir.

    Afad Qurbanova Alıfuad adını babası Alı kişi vermiş, bu adla yaxın dostu və silahdaşı Fuadla aralarında olan dostluğu rəmziləşdirmişdi. Sonralar Alıfuad adı tələffüzdə və çağırışda Afad şəklinə düşərək rəsmiləşmiş və gələcəyin böyük elm xadimi dünyaya Afad Qurbanov kimi tanınmışdır.

    Atası Məhəmməd Qurbanov 1937-ci il repressiyasının qurbanı olmuş, anası Aişəbalı isə elə həmin il həyat yoldaşının müsibətinə və ayrılığına dözmədən dünyasını dəyişmişdir. Beləliklə, Afad Qurbanov lap kiçik yaşlarından böyük məhrumiyyət və faciələrlə qarşılaşmış, 8 yaşında ikən valideynlərini itirmiş və həyatın keşməkeşli yollarını təkbaşına aşmaq məcburiyyəti ilə üzləşmişdir.

    Belə bir halda böyük qardaşı Səlimxan ailənin bütün ağırlığını öz çiyninə götürərək özündən kiçik bacı və qardaşlarının hamisinə çevrilmiş, onların təlim-tərbiyəsi ilə məşğul olmuşdur. O, bir ata qayğısı ilə kiçik qardaşı Afadı sıxıntılardan çıxarmağa çalışmış, təhsilinə ciddi fikir vermişdir. Afad qardaşının ona qarşı olan qayğısını həmişə yüksək qiymətləndirmiş, ömrü boyu onu böyük gözündə görmüş və hörmətini saxlamışdır.

    Afad Qurbanov orta təhsilini Ermənistanın Qızıl Şəfəq və İlməzli məktəblərində almışdır. Müharibə illərindəki kadr qıtlığı, habelə onun savadı və təşkilatçılıq bacarığı nəzərə alınaraq 1945-ci ildə 16 yaşlı yeniyetmə Qızıl Şəfəq yeddiillik məktəbinin direktoru və Azərbaycan dili müəllimi təyin edilmişdir. Məhz həmin ildən Afad Qurbanov pedaqoji fəaliyyətə başlamışdır.

    Gənc yaşında həm məktəb direktoru, həm də müəllim kimi gərgin fəaliyyət göstərən Afad Qurbanov 1946-cı ildə arxa cəbhədəki fədakar əməyinə görə İkinci Dünya Müharibəsinin veteranı medalı ilə təltif edilmişdir. Lakin gənc Afadın ən böyük arzusu ali təhsil almaq olmuşdur. Məhz bu arzu ilə də o, bir il direktor işlədikdən sonra öz xahişi ilə işdən çıxaraq Gürcüstanın paytaxtı Tiflis şəhərinə üz tutmuşdur. Onun bu şəhərə üz tutması da təsadüfi olmamışdır. Gürcüstanın tanınmış ziyalılarından olan dayısı Mahmud Şərifli Tiflisdə yaşayırdı.

    1946-cı ildə Gürcüstan Müəllimlər İnstitutuna qəbul olunan Afad Qurbanov dayısının evində yaşamış, dayısı Mahmud kişi onu bir ata qayğısı ilə əhatə etmiş və beləliklə, Afad Qurbanov diqqətini bütünlüklə oxuyub-oyrənməyə yönəltmişdir.

    1948-ci ildə Gürcüstan Müəllimlər İnstitutunu fərqlənmə diplomu ilə bitirən Afad Qurbanovu Başkeçid rayonundakı Oruzman yeddiillik kənd məktəbinə direktor və Azərbaycan dili və ədəbiyyatı müəllimi təyin etmişlər. Lakin yenə də təhsilini davam etdirmək və elmlərin əsaslarına daha dərindən yiyələnmək istəyi onu burada da rahat qoymamışdır. O, öz xahişi ilə vəzifədən azad olunaraq elə həmin il Bakıya gəlmiş və V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsinə daxil olmuşdur.

    1951-ci ildə təhsilini fərqlənmə diplomu ilə başa vuran Afad Qurbanovun dərin bilik və bacarığına bələd olan Azərbaycan dilçiliyi kafedrasının müdiri professor Əbdüləzəl Dəmirçizadə institutda saxlanılması üçün rektorluğa müraciət etmişdir. Elmi sahədə hər şeyə ehtiyatla yanaşan, son dərəcə tələbkar şəxs olan Ə.Dəmirçizadə müraciətində yazırdı: «APİ-nin builki məzunlarından Qurbanov Afad Məhəmməd oğlunun Azərbaycan dilçiliyi üzrə aspiranturada saxlanılması nəzərdə tutulduğundan onu Maarif Nazirliyinin sərəncamına verməməyinizi xahiş edirəm. Qurbanov Afad oxuduğu müddətdə istər yazmış olduğu kurs işlərində, istərsə də tələbə elmi dərnəklərindəki çıxış və məruzələrində özünün dilçilik elminə həvəskar olduğunu göstərmişdir. O, bu sahədə işləyərsə, gələcəkdə yaxşı bir mütəxəssis ola biləcəyi ümidini verməkdədir. Buna görə də güman edirəm ki, Qurbanov Afadı Azərbaycan dilçiliyi kafedrası üzrə aspiranturada saxlaya bilərik». Hazırda universitetin arxivində saxlanılan bu müraciətə o zaman heç bir əhəmiyyət verilməmiş, dilçilik üzrə aspiranturaya yer ayrılmamış və Afad Qurbanov bir müddət orta məktəbdə fəaliyyət göstərməli olmuşdur.

    Afad Qurbanov savadına, təşkilatçılıq və quruculuq bacarığına görə Gürcüstan Maarif Nazirliyi tərəfindən azərbaycanlıların ən böyük təhsil ocağı olan – Başkeçid rayonundakı Hamamlı kənd orta məktəbinin direktoru vəzifəsinə təyin edilmişdir. İyirmi iki yaşlı gəncin iki mindən artıq şagirdi, onlarla müəllimi olan böyük təhsil ocağına rəhbərlik etməsi nadir hadisə olmuşdur. Afad Qurbanov ona göstərilən etimadı ləyaqətlə doğrultmuş və direktor işlədiyi dörd il ərzində Hamamlı orta məktəbini qabaqcıl təhsil ocaqları sırasına çıxarmışdır.

    Bununla kifayətlənməyən Afad Qurbanov yenə təhsilini davam etdirmək və elmin açılmamış qatlarını araşdırmaq üçün elm-təhsil yolunu seçmiş, A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunda qısa müddətli müəllimlik fəaliyyətindən sonra 1956-cı ildə Bakıya qayıtmış və elə həmin il Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dilçiliyi kafedrasında aspiranturaya daxil olmuşdur.

    Eyni zamanda, Afad Qurbanov həmin ali təhsil ocağında, Bakı Ali Partiya Məktəbində və Azərbaycan Dövlət Dillər İnstitutunun Azərbaycan dili və ədəbiyyatı kafedrasında müəllimlik fəaliyyətini davam etdirmişdir.

    Həyatının ən unudulmaz hadisələrindən biri də məhz 1956-cı ildə baş vermişdir: Gürcüstan Ali Məhkəməsi atası Məhəmməd Alı oğlu Qurbanov barədə bəraət hökmü çıxarmışdır.

    Aspiranturada oxuyarkən Afad Qurbanov Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, professor Ə.Dəmirçizadənin elmi rəhbərliyi altında Səməd Vurğunun dramaturgiyasının dili üzərində tədqiqat işləri aparmış, elmi işini vaxtından əvvəl yazıb qurtardığı üçün rektorluq tərəfindən mükafatlandırılmış və institutda saxlanılmışdır.

    Afad Qurbanov 1962-ci ildə «S.Vurğunun «Vaqif» pyesinin dili və üslubu» mövzusunda namizədlik, çox keçmədən 1968-ci ildə Azərbaycan Elmlər Akademiyasının İctimai elmlər bölməsində «Müasir Azərbaycan ədəbi dili» mövzusunda doktorluq dissertasiyalarını uğurla müdafiə etmişdir. 1970-ci ildə Ali Attestasiya Komissiyası Afad Qurbanovu professor vəzifəsinə layiq görmüşdür.

    Afad Qurbanov 1959-cu ildən Azərbaycan dilçiliyi kafedrasında assistent, müəllim, 1965-ci ildən dosent vəzifələrində çalışmışdır. Dərin elmi biliyə və yüksək təşkilatçılıq qabiliyyətinə görə Afad Qurbanova həmişə etimad göstərilmişdir. O, 1967-1981-ci illərdə bir il Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsinin dekan müavini, 13 il dekanı işləmiş, 1981-1989-cu illərdə institutun rektoru vəzifəsində çalışmış, həmin dövrdə də Filologiya Elmləri üzrə Müdafiə Şurasının və Pedaqogika Elmləri üzrə Müdafiə Şurasının sədri olmuşdur. 1979-cu ildən həyatının sonuna kimi (30 il) Afad Qurbanov Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dilçiliyi kafedrasının müdiri işləmişdir.

    Bundan başqa, Afad Qurbanov 1969-cu ildən Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyinin və Maarif Nazirliyinin Azərbaycan dili üzrə Tədris-Metodiki Şuralarının sədr müavini, sonralar Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının və Təhsil Problemləri üzrə Elmi-Metodik Mərkəzinin və bir çox komissiyalarının fəal üzvü olmuşdur.

    Afad Qurbanov 1979-cu ildən «Azərbaycan toponimlər lüğəti» ensiklopedik nəşrinin, «Dil və ədəbiyyat» məcmuəsinin, «Elm və həyat» curnalının, «Təhsil» və «Türkologiya» curnallarının redaksiya heyətinin üzvü, «Dilçilik» elmi-linqvistik və «Onomastika» elmi-onomastik curnallarının təsisçisi, baş redaktoru olmuşdur. O, 1980-ci ildən bir çox komissiyaların, o cümlədən Azərbaycan Əlifba Komissiyasının sədri, Azərbaycan Milli Elmlər Akademiyasının Terminologiya Komitəsinin, Adlar və Soyadlar üzrə Xüsusi Komissiyanın, Dövlət dili haqqında qanun layihəsinin hazırlanması üzrə Komissiyanın, Əlaqələndirmə Şurasının, Nəsimi adına Dilçilik İnstitutunda Elmi və Müdafiə Şuralarının, Azərbaycan Yazıçılar Birliyinin fəal üzvü kimi gərgin və səmərəli fəaliyyət göstərmişdir.

    1970-ci ildən başlayaraq Afad Qurbanov Azərbaycan elminin inkişafında və yüksək ixtisaslı elmi və pedaqoji kadrların hazırlanmasındakı xidmətlərinə görə dəfələrlə həm ölkə başçısı, həm də Ali Sovetin Rəyasət Heyəti, Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və Təhsil Nazirliyi tərəfindən fəxri fərmanlara, təltiflərə layiq görülmüşdür.

    Afad Qurbanov 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilmiş, 1988-ci ildə isə namizədliyi SSRİ Elmlər Akademiyası tərəfindən Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvlüyünə irəli sürülmüşdür.

    1983-1989-cu illərdə Afad Qurbanov Azərbaycan Respublikası «Bilik» cəmiyyətinin natiqlik və mühazirəçilik məharəti komissiyasının sədri və Azərbaycan Ali Məktəbləri Rektorlar Şurasının Rəyasət Heyətinin üzvü olmuşdur. 1992-2009-cu illərdə A.Qurbanov Azərbaycan dilinin onomalogiyası problemləri laboratoriyasının müdiri vəzifəsində çalışmışdır.

    Eyni zamanda, Afad Qurbanovun 90-cı illərdə ölkədə özəl təhsil müəssisələrinin yaradılmasında xidmətləri olmuş və onun başçılıq etdiyi xüsusi komissiya tərəfindən bugün uğurla təhsil sistemimizdə fəaliyyət göstərən bir sıra özəl institut və universitetlərin (Qərb Universiteti və s.) fəaliyyətinə icazə verilmişdir.

    Afad Qurbanov ölkədən kənarda da geniş yaradıcılıq fəaliyyəti göstərmişdir. O, 1984-1989-cu illərdə SSRİ Elmlər Akademiyasının Sovet Türkoloqları Komitəsinin üzvü, Tədris-metodiki bölməsinin sədri, Türk onomastikası bölməsi bürosunun üzvü, sonralar həmin komitənin sədr müavini vəzifələrində çalışmışdır.

    1992-2000-ci illərdə görkəmli alim Azərbaycan Milli Yaradıcılıq Akademiyasının, Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının, Nyu-York Akademiyasının akademiki, Türk Dil Qurumunun şərəfli üzvü, Sürəkli Türk Dili Məclisinin həqiqi üzvü, Belçika Onomastika cəmiyyətinin, Finlandiyanın Fin-Uqor cəmiyyətinin və digər təşkilatların həqiqi və ya fəxri üzvü seçilmişdir.

    Böyük alimin 1987-ci ildə ABŞ-ın İndiana Universitetində keçirilən Türk Tədqiqatları üzrə İkinci Beynəlxalq Konfransında «Azərbaycan onomastikası sahəsində elmi tədqiqatlar» mövzusunda məruzəsi, 1989-cu ildə isə Norveçin Ural-Altay İnstitutu tərəfindən Oslo şəhərində keçirilən Daimi Beynəlxalq Altayşünaslıq Konfransının 32-ci iclasında «Kutianlar və onların şəxsi adları» adlı məruzəsi dinlənilmişdir.

    Afad Qurbanov 1981 və 1987-ci illərdə Bakı şəhər Sovetinin deputatı, 1990-1995-ci illərdə isə Azərbaycan Parlamentinin deputatı (millət vəkili) olmuşdur.

Comments are closed, but trackbacks and pingbacks are open.