Press "Enter" to skip to content

Cəfərov S. Müasir Azərbaycan dili. II hissə. Leksika

Sözün həqiqi mə’nası dedikdə onun əşya, hərəkət, əlamət və miqdarı ifadə etməyə xid-mət edən lüğəvi, leksik mə’nası başa düşülür. “Qızıl üzük” – deyəndə üzüyün qızıldan düzəldilməsi nəzərdə tutulursa, “qızıl adam” – deyəndə adamın yaxşı xasiyyətə malik olması bildirilir. Müəyyən əlamət və keyfiyyətləri daha qabarıq şəkildə nəzərə çarpdırmaq üçün insanlara məxsus müəyyən hərəkətlər cansız əşyalar üzərinə keçirilir və beləliklə sözün məcazi mə’nası yaranır. Məs: balta çay uşaq iti çiy şirin yatdı söz yuxu külək. Misallardakı iti balta, şirin çay, uşaq yatdı, çiy ət birləşmələri həqiqi, iti söz, şirin yuxu, külək yatdı, çiy söz birləşmələri isə məcazi mə’nalı sözlərdir. Sözlərin məcazi mə’na kəsb etməsində əşya, hadisə, hərəkət, keyfiyyət və s. arasında məkan, zaman, vasitə və xüsusən bənzəyiş kimi müxtəlif əlaqələrin varlığı vacib şərtlərdəndir. Sö-zün həqiq və məcazi mə’naları arasında uzaq və yaxın əlaqələrin olması zəruridir. Məcaz yalnız iki mə’nanın (həqiqi və köçürmə) mövcudluğu əsasında yaranır.
Məcazi mə’nalı sözlərdən ən çox bədii əsərlərdə istifadə olunur.

Leksika

Söz dilin əsas vahididir. Dildəki sözlərin hamısı birlikdə onun lüğət tərkibini, leksikasını təşkil edir.
Dilin lüğət tərkibindən bəhs edən elmə leksikologiya deyilir. Leksikologiya yunanca lexikos -lüğət və loqos – tə’lim sözlərinin birləşməsindən əmələ gəlmiş dilçilik terminidir.
Sözlər əşyaları, hərəkəti, əlaməti, miqdarı ifadə etməyə xidmət edir. Hər bir sözün ifadə etdiyi mə’naya onun leksik mə’nası deyilir. Leksik mə’na odur ki, həmin sözü deyərkən nəyi başa düşürük. Sözlərin leksik mə’nası izahlı lüğətlərdə öz ifadəsini tapır. Məsələn: döyüş – vuruşma, çarpışma, vuruş, dava; zarafat – gülmək, əylənmək və dilxoşluq üçün deyilən söz və ya edilən hərəkət və s.
Sözün leksik mə’nası ilə yanaşı, qrammatik mə’nası da olur. Məs: izin sözünün icazə mə’nası onun leksik mə’nası, isim olması, adlıq halda işlənməsi isə onun qrammatik mə’nasıdır.
Qeyd: İzahlı lüğətlərdə sözlərin leksik mə’nası, orfoqrafiya lüğətində düzgün yazılışı, orfoepiya lüğətində isə düzgün tələffüz qaydaları əhatə olunur. Lüğətlərin hamısında sözlər əlifba sırası ilə düzülür.

SÖZÜN HƏQIQI VƏ MƏCAZI MƏ’NASI.

Sözün həqiqi mə’nası dedikdə onun əşya, hərəkət, əlamət və miqdarı ifadə etməyə xid-mət edən lüğəvi, leksik mə’nası başa düşülür. “Qızıl üzük” – deyəndə üzüyün qızıldan düzəldilməsi nəzərdə tutulursa, “qızıl adam” – deyəndə adamın yaxşı xasiyyətə malik olması bildirilir. Müəyyən əlamət və keyfiyyətləri daha qabarıq şəkildə nəzərə çarpdırmaq üçün insanlara məxsus müəyyən hərəkətlər cansız əşyalar üzərinə keçirilir və beləliklə sözün məcazi mə’nası yaranır. Məs: balta çay uşaq iti çiy şirin yatdı söz yuxu külək. Misallardakı iti balta, şirin çay, uşaq yatdı, çiy ət birləşmələri həqiqi, iti söz, şirin yuxu, külək yatdı, çiy söz birləşmələri isə məcazi mə’nalı sözlərdir. Sözlərin məcazi mə’na kəsb etməsində əşya, hadisə, hərəkət, keyfiyyət və s. arasında məkan, zaman, vasitə və xüsusən bənzəyiş kimi müxtəlif əlaqələrin varlığı vacib şərtlərdəndir. Sö-zün həqiq və məcazi mə’naları arasında uzaq və yaxın əlaqələrin olması zəruridir. Məcaz yalnız iki mə’nanın (həqiqi və köçürmə) mövcudluğu əsasında yaranır.
Məcazi mə’nalı sözlərdən ən çox bədii əsərlərdə istifadə olunur.

TƏKMƏ’NALI VƏ ÇOXMƏ’NALI SÖZLƏR.

Tək-mənalı sözlərin yalnız bir leksik mə’nası olur. Məs: kənd, meşə, avtobus, moruq və s. Eyni leksik mə’na ilə bağlı bir-birinə yaxın müxtəlif mnaları bildirən sözlərə çoxmə’nalı söz deyilir. Məs: qaş – üzüyün qaşı, dağın qaşı, adamın qaşı; diş – mişarın dişi, pələngin dişi, da-rağın dişi və s. Çoxmə’nalı sözlər bu və ya digər cəhətdən bir-birinə oxşar əşyaları, yaxud oxşar əlamət və hərəkəti bildirir. Məs: kağız sözü üç mə’nada işlənir: a) kağız – üzərində yazı yazılan material; b) kağız hər cür rəsmi sənəd; c) kağız – müxtəlif əşyalar ha-zırlamaq üçün işlədilən material. Çoxmə’nalı sözlərdə onun daşıdığı mə’nalardan biri öz konkret ifadəsini ancaq mətnin daxilində alır. Söz öz ilk müstəqim, həqiqi mənasından ayrılıb çoxmə’nalılıq kəsb edəndə məcazi məna daşıyır. Ağız sözünü nəzərdən keçirək. Bu söz “adımın ağzı” ifadəsində həqiqi mə’nada, “qazanın ağzı”, “qapının ağzı”, “topun ağzı”, “bıçağın ağzı” ifadələrində isə məcazi mə’na daşıyaraq çoxmə’nalılıq əmələ gətirmişdir. Çoxmə’nalı sözlərdə mə’na çalarlığı nə qədər çox olursa-olsun, bunlardan biri mütləq onun ilk həqiqi, müstəqim mənasını təşkil edir. Başqa mə’naları isə ilk mə’naya az və ya çox yaxın olduğuna baxmayaraq, onun sonradan törənmiş mə’naları kimi özünü göstərir. Çoxmə’nalı sözlərdə sözün mə’na çalarlıqlarından əsas mənası həqiqi, ikinci və sonrakı mə’naları isə məcazi mə’na adlanır. Aşağıdakı sözləri çoxmə’nalı sözlərə misal göstərmək olar: bu-run, diş, qol, ağız, üz, göz, maşın (tikiş maşını, minik maşını) və s.

Deyilişi ilə yazılışı eyni olan, lakin lek-sik mə’nalarına görə tamamilə fərqlənən sözlərə omonimlər deyilir.
Omonim sözlər iki və ya daha çox, bəzən məntiqcə yaxın ay: 1) peyk adı, astronomik termin; 2) 30 gün), bə’zən də heç bir məntiqi yaxınlığı olmayan biz: 1) birinci şəxs əvəzliyinin adı; 2) çəkməçilikdə istifadə olunan alət) müxtəlif məfhumları ifadə edir. Omonimlik həm eyni, həm də müxtəlif nitq hissələrinə aid olan leksik vahidlərdə özünü göstərə bilir. Məs: düz (isim, sifət, feil), saç (isim, feil), qaz (isim, isim, fe’l), sarı (sifət, feil) və s. Dilimizdə elə sözlər vardır ki, onlar həm omonim, həm də çoxmə’nalı söz kimi işlənə bilir. Məs: qol (imza, qapıya vurulan top – omonim; adamın qolu,çayın qolu – çoxmənalı söz), kök (kök adam, bitki adı – omonim; ağacın kökü, dişin kökü, nəslin kökü – çoxmə’nalı söz) və s. Yazılışı eyni, vurğusunun yerini dəyişməklə səslənməsi, tələffüzü müxtəlif olan sözlər omonim sayılmır. Məs: qoyun, bağlama, alma, sərin, gəlin və s. Bu sözlərdə vurğu sözün sonunda olan-da həmin sözlər isim, şəkilçilərdən əvvəl olanda isə fe’l kimi işlənir. Belə sözlər omoqraf adlanır. Bu qəbildən olan sözlərə bə’-zən təsadüfi omonimlər də deyilir ki, belə sözlər vurğunun və qra-ma-tik şəkilçilərin köməyi ilə yaranır. Deməli, bu yollarla yaranmış yazılışı eyni olan sözləri omonim hesab etmək olmaz. Çoxmə’nalı sözlərdən fərqli olaraq omonimlər eyni leksik mə’na ilə bağlı müxtəlif mə’naları deyil, tamamilə başqa-başqa lek sik mənaları ifadə edir və lüğətlərdə ayrı-ayrı sözlər kimi onların üzərinə sıra nömrələri qoyulur. Məs: qaz 1 (quş), qaz 2 (yanan maye.), qaz 3 (torpağı qazmaq) və s. Aşağıdakı sözlər omonimdir: əqrəb (saat əqrəbi, həşarat); divan (oturmaq üçün avadanlıq, cəza vermək); don (paltar, şaxta); bal (arı, bal, rəqs); kök (yerkökü, tosqun, kök adam) və s.

Yazılışı və deyilişi müxtəlif olan, lakin eyni və ya yaxın mənaları bildirən sözlərə sinonimlər deyilir. Sinonimlər eyni məfhumun ancaq çox yaxın və nisbətən fərqli mə’nalarını ifadə etmək xüsusiyyətlərinə malikdir. Ədəbi dildəki sinonimlər bədii üslubda əsas yer tutduğundan, sinonimlər bədii dilin əsas ifadə vasitələrindən sayılır. Nitqdə təkrara yol verməmək, mənanı daha dəqiq ifadə etmək, oxucu və dinləyicidə emosional-ekspresiv hiss yaratmaq, sözün mə’nasını aydınlaşdırmaq üçün sinonimlərdən geniş istifadə olunur.
Sinonimləri təşkil edən sözlər eyni bir nitq hissəsinə aid olur. Məs: qaçmaq – yüyürmək, tullamaq – atmaq, dolanmaq – dön-mək (feil), gözəl – göyçək – qəşəng, zərif – incə, qalın – sıx (sifət), çeşmək – eynək – gözlük, arzu – istək – kam, səadət – xoşbəxtlik – ağ gün, el – oba (isim), çox – xeyli, bir az – bir qədər (say), biri – kim isə, heç kəs – heç kim (əvəzlik), ahəstə – yavaş-yavaş, pəsdən – alçaqdan (zərf), ayrı –başqa – savayı, qabaq – əvvəl (qoşma), amma – ancaq – lakin, və ya – yaxud (bağlayıcı), qətiyyən – əsla (ədat), əfsus – heyif (nida) və s.

ANTONIMLƏR. Mənaca bir-birinin əksi olan sözlərə an-to-nim-lər deyilir. Antonimləri təşkil edən sözlər eyni bir nitq hissəsinə aid olur. Məs: arıq-kök, dərə-təpə, yaxşı-pis, isti-soyuq, qaranlıq-aydınlıq, xeyir-zərər, mərhəmət-qəzəb, saf-çürük, ağır-yün-gül, gəlmək-getmək, küsmək-barışmaq, xeyli-bir az, çoxlu – bir qədər, irəli- geri, tez-gec, əvvəl-axır və s. Müqayisə və qarşılaşdırma yolu ilə aşkar edilən müxtəlif təzadlı hadisələr əks qütblərdə duran leksik vahidlər olan antonimlər vasitəsi ilə şərh olunur. Sinonimlər kimi antonimlər də mütləq və nisbi mə’naları ifadə edir.

ÜMUMIŞLƏK SÖZLƏR VƏ ÜMUMIŞLƏK OLMAYAN SÖZLƏR.

Dilimizin lüğət tərkibindəki sözlərin əksəriyyəti hamı üçün məlum və hamı tərəfindən başa düşülən sözlərdir. Biz gündəlik nitqimizdə, əsasən, belə sözlərdən istifadə edirik ki, belə sözlər ümumişlək sözlər adlanır. Məs: çörək, su, ata, oxumaq, ev, yaxşı, yazmaq və s. Dilimizdə elə sözlər də vardır ki, onlardan hamı öz nitqində is-tifadə etmir. Belə sözlər ümumişlək olmayan sözlər adlanır. Əsas növləri aşağıdakılardır.
1) Dialekt sözləri. Yalnız bə’zi rayon və kəndlərdə işlədilən sözlərə dialekt sözləri deyilir. Məs: hancarı (necə), doqqaz (küçə), lapdan (birdən), nimdər (döşəkçə), becid (tez), ayama (ləqəb) və s.
2) Terminlər və ya ixtisas sözləri. Müxtəlif ixtisas və peşə sahələri ilə əlaqədar olan sözlərə terminlər və ya ixtisas sözləri deyilir.
İxtisas sözlərindən, yəni terminlərdən elmi üslubda daha çox istifadə olunur. Terminlərdən bə’zən bədii əsərlərdə də istifadə olunur. Bu, həmin əsərlərdə adamları, onların məşğuliyyətini daha dəqiq şəkildə təsvir etməyə kömək göstərir.
Hər elm sahəsinin özünəməxsus terminləri olur: Məs: dilçilikdə – sinonim, antonim, mübtəda, xəbər və s; riyaziyyatda – inteqral, tənlik, teorem və s; ədəbiyyatda – roman, qafiyə, vəzn, süjet və s.
Dilimizdə elə sözlər vardır ki, onlar həm ümumişlək söz, həm də termin kimi (sifət – adamın üzü (ümumişlək söz), nitq hissəsi (termin); pərdə – pəncərə örtüyü (ümumişlək söz), musiqi alətində pərdə (termin) və s.; elə sözlər də vardır ki, yalnız termin kimi (relyef, meredian, kulminasiya, fonem, morfem və s) işlənirlər.

Dilimizin lüğət tərkibinə daxil olan sözlərin böyük əksəriyyətini əsl Azərbaycan sözləri təşkil edir. Xüsusən əvəzlik, sifət, say və fe’llərin demək olar ki, hamısı türk mənşəli söz-lər-dir. Məs: mən, sən, oturmaq, ürək, dəniz, altı, doqquz və s.
Ahəng qanunu, söz köklərinə şəkilçilərin artırılması və vurğunun sözün son hecasına düşməsi dilimizin öz sözlərinə xas olan başlıca cəhətlərdir.
Bütün dünya dillərində olduğu kimi, bizim dilimizdə də çoxlu alınma sözlər vardır. Bu sözlər iki qrupa ayrılır:
1) Ərəb-fars dillərindən alınma sözlər: sahib, qanun, hökm, kitab, müalicə, şüur, müdafiə, elan, şöbə, əlamət və s.
2) Avropa dillərindən alınma sözlər: velosiped, traktor, projektor, snayper və s.
Dilimizdəki alınma sözlərin bir qismi dünya dillərinin çoxunda işlədilir (parlament, deputat, firma, fonetika və s.). Belə sözlər beynəlmiləl sözlər adlanır.

Aşağıdakı xüsusiyyətlər əsl Azərbaycan sözləri üçün xarakterik deyil.
1) Sözün əvvəlində iki samitin yanaşı işlənməsi: stansiya, plan, snayper və s.
2) Sözlərdə iki saitin yan-yana işlənməsi: ailə, zəif, təbii, müəllim və s.
3) Sözün j və r səsi ilə başlanması: jurnal, Jalə, rahat, rəf, rels, radio və s.
4) Sözlərin əvvəlində R L M və N hərfinin işlənməsi: radio, Ramiz, leyla, ləng, mehman, mərd, natiq, nanə, ( yalnız mənnənə sözləri istisnadır)

5) Sözün tərkibində «j» samitinin işlənməsi: Əjdər, ajan, hajər və s.

YENI SÖZLƏR (NEOLOGIZMLƏR).

Cəmiyyətin, elm və texnikanın inkişafı ilə bağlı yaranan sözlər yeni sözlər adlanır. Məs: spiker, menecer,distribütor, biznesmen, ekologiya, smartfon, planşet və s.
Yeni sözlər bəzən özləşmə nəticəsində yaranır. Dilimizin milli sözləri hesabına yaran neologizmlər bunlardır: durum, qurum, gündəm, cangüdən, baxım, soyad, soydaş, önəm, öndər və s.

KÖHNƏLMIŞ SÖZLƏR (ARXAIZMLƏR).

Dilə daima yeni sözlər daxil olduğu kimi, bəzi sözlər dövrdən-dövrə köhnəlir, öz ümumişlək xüsusiyyətini itirir. Bu cür sözlər köhnəlmiş sözlər adlanır. Məs: dəbilqə, darğa, qalxan, xurcun, təhnə, mülkədar, kəndxuda, dəyə, pioner, kolxoz, kommunist, toppuz, sayru, əsrük, ayıtmaq, damu, uçmaq, tanıq və s.

Frazeoloji birləşmələr dedikdə tərkibcə dəyişməz, hazır şəkildə işlənən məcazi mənalı birləşmələr nəzərdə tutulur. Bu birləşmələrə sabit söz birləşmələri də deyilir.
Frazeoloji birləşmələrin tərkibindəki ayrı-ayrı sözlər öz həqiqi mənalarını itirir, yalnız birlikdə məcazi mə’na ifadə edir.
Aşağıdakı birləşmələr frazeoloji birləşmələrdir: ürəyi ağzına gəlmək (qorxmaq), gözü su içməmək (inanmamaq), dabanına tüpürmək (qaçmaq), əldən düşmək (yorulmaq), ağzına su alıb oturmaq (susmaq), başa çatdırmaq (tamamlamaq) və s.
Frazeoloji birləşmələr bütövlükdə cümlənin bir üzvü olur. Məs: Eldar kişi lap yanıb tökülürdü. O, Kərim babanı görəndə dili qurudu.
Frazeoloji birləşmələr nitqə xüsusi ifadəlilik, canlılıq gətirir. Belə birləşmələrdən, əsasən, danışıq üslubunda və bədii üslubda istifadə olunur.

Cəfərov S. Müasir Azərbaycan dili. II hissə. Leksika

Ali məktəblərin filologiya fakültələrinin müəllimləri və tələbələri üçün nəzərdə tutulmuş bu dərslik iki hissədən ibarətdir. Birinci hissədə -“Leksikologiya” bəhsində leksikologiyanın məqsədi və vəzifələri, müasir Azərbaycan dilinin lüğət tərkibi, leksikası, idiom və ibarələri, leksikoqrafıyası və s. izah olunur, ikinci hissə “Söz yaradıcılığı” bəhsidir ki, burada leksik, morfoloji və sintaktik yolla düzələn söz yaradıcılığından, o cümlədən ad, fel, zərf şəkilçiləri və s. haqqında geniş məlumat verilir.

  • Чтобы скачать этот файл зарегистрируйтесь и/или войдите на сайт используя форму сверху.
  • Регистрация
  • Узнайте сколько стоит уникальная работа конкретно по Вашей теме:
  • Сколько стоит заказать работу?

Смотри также

Dəmirçizadə Ə. Müasir Azərbaycan dili. I hissə. Fonetika, orfoepiya, orfoqrafıya

  • Раздел: Языки и языкознание → Азербайджанский язык

Bakı: Şərq-Qərb, 2007. — 256 səh. — ISBN: 978-9952-34-153-9. Ali məktəblərin fıloloji fakültələrinin müəllimləri və tələbələri üçün nəzərdə tutulmuş bu dərslik üç hissədən ibarətdir. Birinci hissədə – “Müasir Azərbaycan ədəbi dilinin fonetikası” bəhsində fonetik qanunlar, vurğu, intonasiya və eləcə də hecaların növləri haqqında geniş məlumat verilir.

  • 12,70 МБ
  • добавлен 24.10.2016 15:15
  • описание отредактировано 25.10.2016 03:36

Hüseynzadə M. Müasir Azərbaycan dili. III hissə. Morfologiya

  • Раздел: Азербайджанский язык → Грамматика

Bakı: Şərq-Qərb, 2007. — 280 səh. — ISBN: 978-9952-34-179-9. Ali məktəblərin filologiya fakültələrinin müəllimləri və tələbələri üçün nəzərdə tutulmuş bu dərslikdə morfologiyanın mühüm məsələləri – əsas nitq hissələri (isim, sifət, say, əvəzlik, fel və zərf), köməkçi nitq hissələri (qoşma, bağlayıcı, ədat və modal sözlər) və xüsusi nitq hissələri (nida və yamsılamalar) haqqında.

  • 6,35 МБ
  • добавлен 03.11.2016 20:49
  • описание отредактировано 29.08.2021 00:25

Comments are closed, but trackbacks and pingbacks are open.