Press "Enter" to skip to content

Müasir sözü azərbaycan dilində

Müasir Azərbaycan ədəbi dilinin şifahi və yazılı formaları arasında möhkəm əlaqə vardır. Bunlar bir-biri ilə qarşılıqlı şəkildə inkişafdadır. Adətən, bəzən ədəbi dilin formalarından biri çox, digəri isə az inkişaf edə bilir. Lakin müasir Azərbaycan ədəbi dilində bunların hər ikisi, demək olar ki, eyni səviyyədə inkişaf edir.

Müasir Azərbaycan ədəbi dilinin formaları

Eşitmə vasitəsi ilə dərk olunan ədəbi dilə şifahi ədəbi dil deyilir. Ədəbi dilin bu forması həm dialoji, həm də monoloji olur.

Sual-cavablar dialoji, mühazirələr, məruzələr, radio və televizorda müəyyən mətnin oxunması və s. isə monoloji şifahi ədəbi dilə misal ola bilər.

Şifahi ədəbi dil danışığın mövzu və məzmunundan asılı olaraq müxtəlif şəkildə olur. Buna görə də şifahi ədəbi dilin özü iki yerə bölünür: a) şifahi kitab dili; b) şifahi danışıq dili.

Azərbaycan şifahi ədəbi dilinin tarixi çox qədimdir. Şifahi ədəbi dilimiz təbii olaraq ilk dövrlərdə çox inkişaf etməmişdir. Bu dil sürətli inkişaf yoluna son dövrlərdə qədəm qoymuşdur. Hazırda ədəbi dilimizin şifahi forması, əsasən, radionun, televizorun, ali və orta məktəblərin vasitəsi ilə daha da inkişaf etdirilir.

2. Yazılı ədəbi dil

Yazı vasitəsilə ifadə olunan ədəbi dilə yazılı ədəbi dil deyilir. Ədəbi dilin yazılı forması monolojidir.

Yazı ədəbi dilin təşəkkülündə və inkişafında yeganə vasitə deyil, başlıca vasitələrdəndir. İlk dəfə şifahi yolla formalaşmağa başlayan ədəbi dilin inkişafında yazı xüsusi rol oynayır. Yazı dil üzərində çox işləmək tələb edir. Buna əsasən də yazı vasitəsilə ədəbi dil daha da səlisləşir, cilalanır və təkmilləşir.

Azərbaycan yazılı ədəbi dilinin tarixi, təxminən XIII əsrdən başlayır. Həmin dövrdən Azərbaycan ədəbi dilində müxtəlif formalarda abidələr, tarixi sənədlər, bədii dil nümunələri meydana çıxmışdır. Bu dilzaman keçdikcə daha da inkişaf etmiş və təkmilləşmişdir. Hazırda yazılı ədəbi dilimizin inkişaf etdirilməsində mətbuatın böyük rolu vardır. Ədəbi dilin şifahi və yazılı formalarından hər birinin özünəməxsus xarakterik xüsusiyyətləri və fərqli cəhətləri mövcuddur. Həmin fərqlər aşağıdakılardan ibarətdir:

  • şifahi ədəbi dil danışılır və eşidilir, lakin yazılı ədəbi dil isə yazılır və oxunur.
  • şifahi ədəbi dilin leksikasında hamıya aydın, ümumişlək sözlərə daha çox yer verilir. Lakin yazılı ədəbi dildə elmi, texniki, siyasi və digər terminlər çox olur.
  • şifahi ədəbi dildə cümlələr əsasən qısa və quruluşca sadə olur, lakin yazılı dildə isə əksinə, uzun və mürəkkəb cümlələrdən daha çox istifadə olunur.
  • şifahi ədəbi dildə danışıq dilinin xüsusiyyətləri mühafizə olunaraq yarımçıq cümlələrdən, qısa replikalardan çox istifadə edilir. Lakin yazılı ədəbi dildə bağlayıcılara və silsiləli mürəkkəb cümlələrə daha çox yer verilir. Buna görə də yazılı dildə sintaksis mürəkkəb olur.
  • şifahi ədəbi dildə intonasiya, pauza, vurğu və s. kimi vasitələrdən istifadə olunur. Yazılı ədəbi dildə isə bunların əvəzində, imkan daxilində, işarələr işlədilir.
  • şifahi ədəbi dildə fikrin ifadəsi üçün əlavə olaraq mimika, jestlər və hərəkətlərdən də istifadə olunur. Aydın məsələdir ki, yazı bu əlavə vasitələrdən məhrumdur. Ona görə yazılı ədəbi dildə fikrin bütün incəliklərini mütləq əks etdirmək lazım gəlir.
  • şifahi ədəbi dil müəyyən vasitə olmadan bu və ya digər fikri gələcək nəslə olduğu kimi çatdıra bilmir. Lakin yazılı ədəbi dil hər hansı bir məlumatın nəsildən-nəslə keçməsində əsas rol oynayır. Məsələn, XVI əsrin böyük şairi Füzulinin məşhur əsərləri bizə ancaq yazının köməyi ilə gəlib çatmışdır.
  • şifahi ədəbi dilin tempi çox sürətlidir. Lakin yazılı dilin sürəti xeyli zəif olur. Obrazlı demiş olsaq “şifahi dillə yazılı dil arasındakı fərq qaçmaqla yeriməyi xatırladır”.

Müasir Azərbaycan ədəbi dilinin şifahi və yazılı formaları arasında möhkəm əlaqə vardır. Bunlar bir-biri ilə qarşılıqlı şəkildə inkişafdadır. Adətən, bəzən ədəbi dilin formalarından biri çox, digəri isə az inkişaf edə bilir. Lakin müasir Azərbaycan ədəbi dilində bunların hər ikisi, demək olar ki, eyni səviyyədə inkişaf edir.

Azərbaycan ədəbi dilinin formaları ilə yanaşı, onun üslubları da əmələ gəlmiş və müəyyən inkişaf yolu keçirmişdir.

Mənbə: Azərbaycan dili və nitq mədəniyyəti, ali məktəb tələbələri üçün dərs vəsaiti, Bakı 2015
Müəlliflər: Akif Bayramov, Ziyəddin Məhərrəmov, Mustafa isgəndərzadə

  • Teqlər:
  • dilin formaları
  • , Azərbaycan dili

müasir sözü azərbaycan dilində

Sözün tezliyi – sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 583.13 dəfə / 1 mln.

2002 ••• 380.30
2003 ••• 473.21
2004 •••• 536.31
2005 •••• 578.29
2006 •••• 649.36
2007 •••• 694.12
2008 ••••• 723.79
2009 •••• 564.90
2010 ••• 476.29
2011 •••• 643.35
2012 •••• 685.80
2013 •• 329.97
2014 •••• 546.24
2015 •••• 639.14
2016 •••• 588.13
2017 •••• 618.97
2018 •••• 646.94
2019 •••• 639.12
2020 ••• 453.78

müasir sözünün leksik mənası və izahı

1 sif. [ər.] 1. Başqası və ya başqaları ilə bir əsrdə, bir zamanda, bir dövrdə yaşamış olan və ya yaşayan; həməsr. Həsən bəy Zərdabi Mirzə Fətəli Axundzadənin müasir i idi. // İs. mənasında adətən cəm şəklində: müasir lərimiz – bizimlə bir əsrdə, bir dövrdə, bir vaxtda yaşayanlar. 2. İndiki əsrdə, hazırkı dövrdə olan. Müasir elm. Müasir ədəbi dil. Müasir dünyamızın problemləri. // Öz dövrünə uyğun olan, öz zamanının, əsrinin tələblərinə cavab verən. Müasir texnika. Müasir nəqliyyat vasitələri. Azərbaycan dilinin izahlı lüğəti

müasir sözünün etimologiyası

1 Ərəbcə əsr sözü ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti) Azərbaycan dilinin etimologiya lüğəti

müasir sözünün sinonimləri (yaxın mənalı sözlər)

1 indiki — hazırki Azərbaycan dilinin sinonimlər lüğəti
2 təzə — yeni Azərbaycan dilinin sinonimlər lüğəti

3 MÜASİR Qoy müasir işıqlı və böyük şüşələrin qabağını pərdələr örtsün! (M.İbrahimov); İNDİKİ “Şərqin incisi” adlanan bu şəhərin təkcə zəngin tarixi keçmişi deyil, indiki həyatı və mədəniyyəti də çox maraqlıdır (H.Əliyev); YENİ [Rasim:] Necə ola bilər ki, xırda və sönük əsərə müasir və yeni deyəsən (M.İbrahimov); ÇAĞDAŞ, HAZIRKI, MODERN. Azərbaycan dilinin sinonimlər lüğəti

müasir sözünün antonimləri (əks mənalı sözlər)

1 MÜASİR – KÖHNƏ Həmin kənddə müasir gənclərin tələblərini ödəyən hər cür şərait yaradılmışdır. Bilirəm, köhnədir eşqin dastanı; Ondan taleyini qurtaran hanı? (R.Rza). Azərbaycan dilinin antonimlər lüğəti

müasir sözünün rus dilinə tərcüməsi

1 1. современный; 2. современник; Azərbaycanca-rusca lüğət

2 I прил. 1. современный: 1) относящийся к настоящему времени, к настоящей эпохе. Müasir ədəbiyyat современная литература, müasir elm современная наука, müasir məktəb современная школа, müasir dövr современный период (этап) 2) такой, который стоит на уровне своего века, отвечает требованиям своего времени. Müasir müalicə metodları современные методы лечения, müaisr geyim современная одежда, müasir avtomobillərin modelləri современные модели автомобилей 3) вызванный потребностями своего времени, актуальный. Müasir mövzu современная тема, müasir nailiyyətlər современные достижения, elmin müasir problemləri современные проблемы науки 2. модерн, модерновый (современный и модный). Müasir mebel мебель модерн II сущ. современник (тот, кто жил или живёт в одно время, в одну эпоху с кем-л.), современница. M. F. Axundzadənin müasir ləri современники М. Ф. Ахунд-заде Azərbaycanca-rusca lüğət

müasir sözünün inglis dilinə tərcüməsi

1 s. contemporary, modern, up-to-date, present-day; ~ ədəbiyyat contemporary / modern literature; ~ vəziyyət present situation; ~ olmaq to be* on modern lines; ~ ingilis dili present-day English Azərbaycanca-ingiliscə lüğət

müasir sözünün fransız dilinə tərcüməsi

1 sif. moderne, contemporain, -e ; actuel, -le ; ~ ədəbiyyat littérature f contemporaine ; ~ texnologiya technologie f de pointe (moderne) Azərbaycanca-fransızca lüğət

müasir sözünün ləzgi dilinə tərcüməsi

1 [ər.] прил. 1. садахъ (ва я садбурухъ) галаз са асирда, са девирда яшамиш хьайи ва я жезвай; заманда хьайи; замандин; // müasir lərimiz сущ. гз. чахъ галаз са асирда, са девирда, са вахтунда яшамиш жезвайбур; 2. гилан (алай) замандин, гилан (алай) девирдин (вахтунин); исятда авай, исятдан девирдив кьур, исятдин (мес. техника). Azərbaycanca-ləzgicə lüğəti

Alınma sözlər

Alınma sözlərin çoxu dilimizin qayda-qanunlarına uyğunlaşmamış, özünəməxsus xüsusiyyətlərini qoruyub saxlamışdır. Bunlara aşağıdakılar daxildir:

  1. Əvvəlində qoşa samit işlənmiş sözlər alınma sözlərdir. Məsələn, kran, stansiya, briqada, flora, traktor, ssenari, qrafık, plaş, qrafın, şkaf tramplin, stəkan və s. Bu cür sözlər, əsasən, Avropa mənşəli alınma sözlərdir.

Qeyd: Srağagün əsl Azərbaycan sözüdür.

  1. Tərkibində yanaşı saitlərin işləndiyi sözlər əsl Azərbaycan sözləri deyil. Məsələn, saat, maaş, əmtəə, ailə, sə- adət, zəif, müəllim, sual, bədii, təbii, mətbəə, şair, müavin, şair, maneə və s.
  2. Sözdə uzun tələffüz olunan saitin işlənməsi də alınma sözlərə xas xüsusiyyətdir. Məsələn, arif şölə, tacir, nadir, məna, xəzinə, şöbə, xüsusi, musiqi, sufi, həqiqət, etibar və s.
  3. Sonunda qoşa samit yanaşı gələn sözlər. Məsələn, fənn, həll, bənd, stend, dərd, cəld, fərd və s.

Qeyd: Dörd, qazanc, gülünc, inanc, dinc, qırx, sevinc, yurd kimi sözlər əsl Azərbaycan sözləridir.

  1. Dilimizdə bəzi sözlər (ilan, ilğım, ildırım, işıq, ilıq, inam, inanc, inanmaq, iraq, işarmaq, işartı, işüdamaq, quzey və s.) istisna olmaqla, ahəng qanununa tabe olmayan sözlər almma sözlərdir. Məsələn, mehriban, yadigar, səadət, mərifət, mahir, əlifba, siyasət və s.
  2. Tərkibində j samiti olan sözlər alınma sözlərdir. Məsələn, Jalə, jurnal, masaj, mesaj, müjdə, əjdaha, janr, qaraj, jaket, Əjdər, montaj və s.
  3. Tərkibində r samiti olan sözlər alınma sözlərdir. Məsələn, reyhan, rels, relyef, rəhmət, rəqs, rəsm, rəhm, real, rezin, rota, ruhani, rəvan, rahat, razı, rəssam, rəf, rütbə, rəndə və s.
  4. Vurğusu son hecaya düşməyən sözlər alınma sözlərdir. Məsələn, opera, poeziya, ofıs, leksika, fırma, norma, klinika və s.

Qeyd: Bayaq, bildir, dünən, necə, niyə, ancaq, yalnız, sanki kimi əsl Azərbaycan sözləri istisnadır.

  1. Qoşa yy samitli sözlərin hamısı alınma sözlərdir. Mosələn, xasiyyət, ədəbiyyat, riyaziyyat, hədiyyə, cəmiyyət, məsuliyyət və s.
  2. q ilə yazılıb k’ ilə tələffüz olunan sözlərin çoxu alınma sözlərdir. Məsələn, üfüq, şəfəq, hüquq, əxlaq, eşq, uşiq, vərəq, ittifaq, müstəntiq, natiq və s.
  3. Sonu o, ö, e saitləri ilə bitən sözlər alınma sözlərdir. Məsələn, büro, təvazökar, sənaye, mane, qane, forte, retro, metro, piano, mürtəce və s.
  4. Ön şəkilçili sözlər alınma sözlərdir. Məsələn, laməkan, laqeyd, naməlum, naşükür, bikef, baməzə, narahat, basəfa, anormal, bivəfa, nalayiq, nanəcib, bisavad, biədəb və s.

Qeyd: Nacinsnakişi sözləri istisnadır. Çünki bu sözlərin kökləri öz sözlərimizdir. Lakin ön şəkilçilər alınmadır.

  1. Sonu eynicinsli qoşa samitlə bitən təkhecalı sözlər alınma sözlərdir. Məsələn, həll, sədd, haqq, həzz, qəşş, küll, rədd, həcc, xətt, şəkk, zidd və s.
  2. Sonu at, ət şəkilçisi ilə bitən bütün sözlər alınma sözlərdir. Məsələn, məlumat, təbliğat, tələbat, təşkilat, heyvanat, hesabat, mühasibat və s.
  3. Fleksiyaya uğrayan sözlər (kökü içəridən dəyişən) alınma sözlərdir. Məsələn, şeir – şair, elm – alim – üləma, şəkil – təşkil – mütəşəkkil, eşq – aşiq – məşuq – məşuqə, nəsr – nasir – mənsur, şərik – iştirak – müştərək və s.
  4. Vaxtilə apastrofla yazılmış sözlər alınma sözlərdir. Məsələn, bəzən, şölə, mötəbər, etibar, tətil, mədən, bəzi, əla, məna, elan, etiraz və s.
  5. Elm, təhsil, din, ilahiyyat, şəriətlə bağlı sözlərin çoxu ərəb və fars dilindən alınma sözlərdir. Məsələn, alim, elm, zəka, təlim, tədris, məktəb, məktub, savad, qələm, kitab, katib, dəftər, tabaşir, lövhə, mədrəsə, sinif, dərs, müəllim, həcc, zəkat, müsəlman, molla, imam, azan, məscid, axirət, peyğəmbər, rəbb, Allah, ilahi, oruc, tövbə, zülm, zalım, ibadət, zəkat, behişt, cəhənnəm, cənnət, mələk, şeytan, dəstəmaz, səcdə, nizam, nəsr, təcrübə, tarix, fəlsəfə, fikir, təfəkkür, ruhani, rəhmət, dua, məşədi, axund və s. Bu sözlər içərisində dilimizin qayda-qanunlanna uyğunlaşan, ahəng qanununu pozmayan sözlər vardır ki, onları fərqləndirmək çətin olsa da, lakin bunlar əslən ərəb-fars mənşəli alınma sözlərdir.

Fars dilindən alınma elə sözlər var ki, onlar dilimizdə düzəltmə sözlər kimi işlənsə də, əslində, bunların şəkilçiləri fars dilində müstəqil leksik mənası olan sözlərdir. Məsələn, kitabxana, sənətkar, əməkdar, zəhmətkeş, saatsaz sözlərində fars dilində kar – «iş», xana – «ev», keş – «sərin», dar – «malik olmaq», saz – «düzəldən» mənalarını bildirir.

Dilimizdə elə alınma sözlər var ki, sözün yarısı bir dilə, yarısı başqa dilə məxsusdur. Məsələn, qanunpərəst sözündə qanun – ərəb, pərəst – fars; çayxana sözündə çay – çin, xana – fars dilindən alınmadır.

Alınma sözlərin bir çoxu dilimizin ümumişlək sözləriııə çevrilmişdir və onları öz sözlərimizdən fərqləndirmək çətindir. Məsələn: kitab, şagird, qələm, məscid, namaz, çay, teatr, din, xoruz və s.

Alınma sözlərin bir qismi dünya xalqlarının çoxunun dilində işlədilir. Belə sözlər beynəlmiləl sözlər adlanır. Məsələn, firma, biznesmen, parlament, deputat və s.

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

Comments are closed, but trackbacks and pingbacks are open.