Press "Enter" to skip to content

Müasir dövlət və hüquq tarixi

Amma bu bizdə heç də arxayınlıq yaratmır, Avropa Konvensiyasının və məhkəmə presedentlərinin öyrənilməsi və tətbiqi, habelə hüquq sistemimizin inkişafı naminə istifadəsi işi əzmlə davam etdirilir.

218 Müasir dövr Tarix və onun problemləri

xarakterli çoxmotivli ictimai hadisə olub, həm də virtual məkanda mobillik vasitəsilə reallaşır.

Miqrasiya və onu doğuran səbəblərin araşdırılması, dünya dövlətləri tərəfindən miqra-

siya proseslərinin tənzimlənməsi sahəsində ümumi qaydaların müəyyənləşdirilməsi müasir

qloballaşma əsrində həlli vacib, aktual məsələlərdən birinə çevrilmişdir.

Miqrasiya proseslərinə nəzarət edilməsi dünya ölkələrinin ictimai-siyasi sabitliyinin

qorunmasında böyük rol oynayır. Əks halda miqrasiya siyasətinin tənzimlənməsi və bu

proseslərlə bağlı qəbul olunan qanunlar səmərəsiz ola bilər. Miqrant axınlarının cəmiyyətin

sosial infrastrukturuna və vəziyyətinə təzyiqi nəticəsində yaranan təhlükələr müasir Avropanın

ən mürəkkəb problemləri sırasındadır.

Miqrasiya – dini, iqtisadi, siyasi, sosial ve digər səbəblərə görə insan qruplarınındaimi

və ya müvəqqəti yaşamaq məqsədi ilə bir yaşayış məkanından, bir başqasına yerləşməsi ilə

əlaqədar olan coğrafi yer dəyişdirmə hərəkətidir (1, 21).

Miqrasiya termini latın mənşəlidir, Migratio sözündən olub – Köçmək deməkdir.

İnsanların müxtəlif səbəblərə görə yaşayış yerlərini daimi və ya müvəqqəti olaraq dəyişməklə

bağlı bir yerdən başqa yerə hərəkətini əks etdirir(2, 132).

Miqrasiya prosesi aşağıdakı mərhələlərdən ibarətdir: potensial miqrasiya, lazımi

qaydada miqrasiya, yeni həyat şəraitinə uyğunlaşma, identifikasiya.

Təbii ki, əhalinin yerdəyişməsinin baş verməsi üçün müəyyən təsiredici səbəblər

olmalıdır. Bu səbəbləri iqtisadi – sosialqeyri – iqtisadi sosial amillər olmaqla 2 qrupa

İqtisadi sosial amillərə yaşayış səviyyəsinin aşağı olması, işsizlik, əmək haqqının

azlığı, yaşayış tərzləri arasındakı fərqlər və s. daxildir.

Qeyri-iqtisadi amillər sırasına isə müharibələri, zəlzələləri, xəstəlikləri, dini və irqi

ayrı seçkiliklər zəminində münaqişələri, siyasi baxışların müxtəlifliyi, aclığı, iqlim əlverişsiz-

liyini, köçəri həyat tərzini və s. daxil etmək olar.

Miqrasiya axınlarının iqtisadi konteksti nisbətən daha universal yanaşma hesab olunur.

Təsadüfi deyil ki, miqrasiya uzun illər məhz iqtisadi-sosial mahiyyətli fenomen kimi təhlil

edilmişdir. İqtisadi yöndən təhlil edilərkən miqrasiya dövlətin insan ehtiyatlarının, əmək

bazarlarının, insan qüvvəsinin sağlam rəqabəti və təbii inkişaf qanunauyğunluqlarını təmin

edən obyektiv nizamlayıcı amil hesab olunur.Odur ki, nəticədə miqrantların böyük əksəriyyəti

inkişaf etmiş sənaye ölkələrinə getməyə üstünlük verirlər.

Müasir dövr 219

Tarix və onun problemləri,

Fərdin öz yaşayış yerini dəyişmək və yeni yerdə məskunlaşmaq məqsədi miqrasiyanın

başlıca əlamətidir. Onun mahiyyətinin dərk edilməsində yaşayış sahəsi olan “doğma ev”

anlayışı, bu evdə yaşayan şəxsin fərdiliyini büruzə verməklə, mühüm əhəmiyyətə malikdir.

Odur ki, ezamiyyə, növbəli iş üsulu (yataqxanada yaşamaq) mobilliyin təzahürü olsa da,

miqrasiyaya aid deyil. Miqrasiya anlayışı üçün yaşayış yerinin qəti şəkildə birdəfəlik

dəyişdirilməsi, əvvəlki yaşayış yerinə bir daha qayıtmamaq məramının olması vacib

məqamlardır. Miqrasiya fenomeninin meyarları: fərd tərəfindən olma yerinin koordinatlarının

dəyişdirilməsi (mobillik faktoru); fərdin öz maddi vəziyyətini yaxşılaşdırmaq məramı (tələbat

faktoru) və fərdin yeni yaşayış yerində məskunlaşmaq, onu özünün “ikinci vətəni” hesab

etmək əzmi (stabillik faktoru) ilə ifadə oluna bilər

Miqrasiyanın bu amilləri həmin prosesin axınına, həcminə və intensivliyinə təsir

göstərən sosial şərtlər məcmusu kimi çıxış edir. Miqrasiyanın mahiyyətini onun etnik, iqtisadi,

siyasi-coğrafi problemlərlə əlaqəli olması müəyyənləşdirir. Bu baxımdan miqrasiya insanın

tələbatının tam və təminatlı ödənilməsinə yönələn, öz mövcudluğunun yaxşılaşdırılması əzmi

ilə fərqlənən mobilliyin təbii təzahürüdür.

Miqrasiyanın tələbat motivləri qismində çıxış edən amilləri:

öz potensialını daha dolğun reallaşdırmaq istəyindən irəli gələn miqrasiya: bura-

da özünütəsdiq, daha təminatlı həyat qurmaq, özünə daha mənalı həyat tərzi təmin edən yerin

axtarışı cəhdləri başlıca motiv kimi çıxış edir;

özünü qüsurlu və uğursuz hesab etməkdən irəli gələn miqrasiya: cəmiyyətlərdə

elə qrup insanlar mövcuddur ki, gündəlik həyatda özünü tapmaq qabiliyyətinə malik olmadıq-

larından miqrasiyanı vəziyyətdən çıxış yolu və ruhun rahatlıq mənbəyi kimi seçirlər;

obyektiv olaraq əhalinin müəyyən hissəsinin yaşayış səviyyəsi aşağı olan

ərazilərdən müvəffəqiyyətli həyat arzusu ilə köçməsi;

əhalinin yaşayış səviyyəsinin yüksək olduğu yerlərin, həmin yerlərin sakinlərinə

qibtə olunması səbəbindən seçilməsi nəticəsində irəli gələn miqrasiya;

siyasi motivli miqrasiya. Belə miqrasiya fərdin öz doğma ölkəsində perspek-

tivsizliklə üzləşməsi nəticəsində meydana gəlir. Bəzi hallarda yeni yerlərdə miqrantların

ağlasığmaz müvəffəqiyyətlər qazanmaq imkanları əldə olunur. Bütün miqrasiya proseslərinin

ümumi cəhəti kimi fərd üçün əvvəlki yerdə yaşamağın qeyri-məqbulluğu, o cümlədən əvvəlki

yerdə qalmanın davam etdirilməsinin inkar edilməsinə çatdırılmış qeyri-qənaətbəxşlik çıxış

edir. Miqrasiya məhz yerdəyişməyə çevrilmiş, ödənilməmiş tələbatlar enerjisidir. Həmin

enerji miqrasiya faktına bu ardıcıllıqla çevrilir:

həyat tərzi və şəraitilə razılaşmamaq;

dəyişiklik etmə ideyasının meydana gəlməsi;

yeni yaşayış yerinin obrazı barədə təsəvvürlər yaranması;

miqrasiya məramının formalaşması;

yerdəyişməyə başlamakimi qruplaşdırmaq mümkündür (3, 465-466)

Mobillik təzahürü olaraq, miqrasiya çoxşaxəlidir:dövlətdaxili və dövlətlərarası miqra-

siya; siyasi və iqtisadi miqrasiya; leqal və qeyri-leqal miqrasiya; fərdi və kütləvi miqrasiya;

daimi və müvəqqəti miqrasiya;birdəfəlik və çoxdəfəlik miqrasiya; hazırlıqlı və gözlənilməz

miqrasiya; şəxsi və təhlükəsizlik baxımından miqrasiya və s.

İnsanların mobilliyinə və məskunlaşmasına həlledici təsir göstərən hadisələrdən biri də

milli dövlətlərin yaranması olmuşdur. Dövlətlərarası miqrasiya həm də xarici beynəlxalq

miqrasiya kimi təqdim edilir. Bu zaman əhalinin dövlət sərhədlərini keçməklə, ərazi hərəkəti

nəzərdə tutulur. Belə yerdəyişmələrin məqsədi müxtəlif ola bilər: yeni yaşayış, təhsil və iş

220 Müasir dövr

Tarix və onun problemləri,

yerləri axtarma, siyasi, milli və iqtisadi təqiblərdən yayınma. Beynəlxalq miqrasiya iki istiqa-

mətdə təqdim olunur:

emiqrasiya –( latınca Emigro sözündən olub – köçmək deməkdir) başqa ölkəyə

daimi və müvəqqəti, uzunmüddətli yaşayış üçün (əksər hallarda vətəndaşlığı dəyişməklə,

könüllü və ya məcburi, özbaşına və ya mütəşəkkil) köçmə;

immiqrasiya – (Latınca Immigro sözündən olub – yerləşirəm deməkdir)ölkəyə

daimi və ya müvəqqəti (əksər hallarda yeni vətəndaşlıq əldə etməklə) gəlmə. (3, 465-466)

Miqrasiyanın struktur elementlərinin tədqiqi də onun mahiyyətinin öyrənilməsində

Kompakt məskunlaşma; nisbətən kiçik əraziyə miqrant qismində gəlmiş bir et-

nos nümayəndələrinin birgə yaşaması. Bir qayda olaraq, kompakt məskunlaşmanın iki tipi

olur: açıq və qapalı. Burada əsas fərq ərazidəki başqa etnosların dost və ya düşmən mövqe

tutmasında əks olunur. Qapalı kompakt məskunlaşma “qetto” adlanır. Qetto üçün xarakterik

cəhət başqalarına qarşı aqressiv mövqe tutmaqdan ibarətdir. Miqrantların kompakt məskunlaş-

ması həmin yerin cəlbedici olması və ya da miqrantların sürətlə törənərək artması ilə bağlıdır.

Diffuz məskunlaşma; bu cür məskunlaşma o zaman baş verir ki, yerli əhali ilə

miqrantlar arasında qarşılıqlı dözümlülük mövcuddur və onlar arasında mədəni mübadilə

mövcuddur. Assimilyasiya. O, tam və qismən baş verir. Qismən assimilyasiya zamanı fərd

sanki ikili həyat yaşayır, bir tərəfdən ətrafdakıların davranış xarakterini tam mənimsəyir, digər

tərəfdən ailədə milli adətlərini qoruyub saxlayır, ənənəvi bayramları qeyd edir.

Diaspor. Bir neçə əlamətə görə diaspor ən maraqlı miqrasiya reallığıdır. Bir tə-

rəfdən diaspor dövlətlərarası miqrasiyadır, digər tərəfdən o özündə həm diffuz, həm də kom-

pakt məskunlaşmanı uzlaşdırır. Diaspor fərdlərin yad mühitdə mövcud olmasının çoxəsrlik

Milli-mədəni muxtariyyət. Belə muxtariyyətin məqsədi qarşılıqlı yardımın təş-

kili, etnosa məxsus mədəni ənənələrin, dilin qorunması, mənəvi dayaq durmaqdır.

Antisistem. O, xarakterindən və mahiyyətindən asılı olmayaraq, ölkədə və cə-

miyyətlərdə istənilən mövcud vəziyyətə alternativ məzmunlu ictimai reallıq və fərdi psixo-

logiyanı ehtiva edir. Miqrasiyanın bu təzahürünün başlıca əlaməti fərdin ölkəni tərk etmədən

psixoloji cəhətdən yadlaşması ilə səciyyələnir. Fərd nə istədiyini deyil, nəyi qəbul etmədiyini

dəqiq bilir, o, tənqidlə məşğul olur və bundan həzz alır, onun psixikası patologiyaya məruz

qalaraq arzu olunanların deyil, arzu olunmazların obrazlarını formalaşdırmağa qadir olur.

XX əsrdə miqrasiya axınlarının intensiv şəkildə genişlənməsi müşahidə olunur. Əsrin

sonunda isə miqrasiya fenomeni bütün qlobal problemlərin tərkib hissəsinə çevrilir. Bu da

miqrasiya siyasətinə yeni yanaşmaları tələb edir (4, 1).

Müasir dövlətlərarası münasibətlər sistemində qeyri-qanuni miqrantların statusunun

tənzimlənməsi mühüm əhəmiyyət kəsb edir. Bütün dövlətləri əhatə edən qeyri-qanunimiqra-

siyanın geniş vüsət alması bu problemin həllinin əhəmiyyətini daha da artırır.

Beynəlxalq miqrasiya 80-ci illərin sonu 90-cı illərin əvvəllərində yeni fazaya daxil oldu

və müasir miqrasiya dalğası: onun genişlənmiş ölçüləri və intensivliyi; miqrantların cins, yaş

və təsnifat strukturunun dəyişməsi; miqrantlar sırasında qaçqınların sayının kəskin artması

kimi xüsusiyyətlərlə səciyyələnir (4, 29).

Dövlətlər formalaşdıqdan, sərhədlər müəyyənləşdirildikdən sonra miqrasiya özünün

müasir məzmununu əldə edir, digər tərəfdən isə sərhədləri və dövlətin özünü inkar edən

qüvvəyə çevrilir. Müasir həyatın faktı olan miqrasiya özünün tələb olunanlığı ilə şərtlənir.

Müasir dövr 221

Tarix və onun problemləri,

Fərd özünün tələbatlarını tam və hərtərəfli ödəmək üçün həyat fəaliyyətinin istənilən

formasını seçir (5, 116).

Miqrasiyanın nəzəri aspektlərinin öyrənilməsi onun yeni qanunauyğunluqlarının, tiplə-

rinin, növlərinin, formalarının üzə çıxarılmasına, miqrasiya axınlarının qüvvəsini, dərinlik-

lərini və səbəblərini aşkarlamağa imkan verir.

Miqrasiyanın mahiyyəti onun növlərinə nəzər yetirməklə aydınlaşır. Əhalinin məkanda

hərəkətinin özünəməxsus xarakterik xüsusiyyətlərə və fərqli məqsədlərə malik dörd əsas növü

vardır: epizodik, mütəmadi, mövsümi və daimi miqrasiya.

Epizodik miqrasiya həm eyni, həm də müxtəlif istiqamətlərdə mütəmadi və ya fasilə-

lərlə özündə işgüzar, istirahət və digər səfərləri birləşdirir. Əgər biznes səyahəti zamanı əmək

qabiliyyətli birliklər iştirak edirsə, deməli istirahətsəyahətlərində əhalinin qalan hissəsi də cəlb

olunur.Bu miqrasiya növü digər miqrasiya növlərinə nisbətdə daha geniş yayılmışdır. Bu

xüsusiyyətindən asılı olaraq epizodik miqrasiyanın iştirakçılarının tərkibi olduqca müxtəlifdir.

Mütəmadi miqrasiyaya müxtəlif məskunlaşma məntəqələrində yerləşən yaşayış

yerlərindən iş yerlərinə (və geri) gündəlik və ya həftəlik səfərlər addir.Mütəmadi miqrasiyada

bir çox ölkələrdə, şəhər və kənd əhalisinin böyük bir hissəsi iştirak edir. Bu miqrasiya əsasən

mərkəzləri böyük və ən iri şəhərlər olan metropollarda həyata keçirilir.

Mövsümi miqrasiya – əmək qabiliyyətli əhalinin öz daimi yaşayış yerlərini saxlamaqla

müvəqqəti iş yerlərinə müəyyən müddətə, adətən bir neçə aylıq köçməsidir.Mövsümi miqra-

siya yalnız yaşayış standartlarını yüksəltmir, həm də istehsalatdaişçi qüvvəsinə olan tələbatı

təmin edir.Belə miqrasiya bəzi sahələrdə işçi qüvvəsinin zamanla qeyri-bərabər olduğu böl-

gələrdə meydana çıxır. Nəticədə, işin daha böyük həcmdə olduğu mövsümlərdə bu sahələr

adətən tələb olunan işçi qüvvəsindən daha artığına ehtiyac duyur. Belə ki, o yerli əmək resurs-

ları hesabına təmin oluna bilmədiyi üçün, digər bölgələrdən əlavə işçi qüvvəsi cəlb edilir.

Daimi miqrasiya və ya geri qayıtmağı nəzərdə tutmayan miqrasiyadır və eyni zaman-

da iki vəziyyətə cavab verir: birincisi, əhali bir yaşayış məntəqəsindən digərinə hərəkət edir,

ikincisi, bu hərəkət yaşayış yerinin daimi dəyişdirilməsi ilə müşayiət olunur.Birinci şərt miq-

rantların yaşayış yerlərini köçdükləri məskunlaşma məntəqələri daxilində mümkün miqrasi-

yasını, ikincisi isə – digər yaşayış yerlərinə qayıdış məqsədli və ya qısamüddətli səfərləri istis-

na edir. Bu miqrasiyanı digər miqrasiya növlərindən fərqləndirən başlıca xarakterik xüsu-

siyyəti miqrasiya olunan ərazilərdə əhalinin daimi tərkibinin formaqlaşmasında əhəmiyyətli

rol oynamasıdır.Təbii ki, daimi miqrasiya ilə digər miqrasiya növləri arasında aşılmaz divar

yoxdur. Miqrasiyanın bir növü digərinə çevrilə bilər və ya onun başlanğıc nöqtəsi kimi çıxış

Miqrasiyanın müxtəlifliyinin təsnifatlandırılmasının növləri də müxtəlifdir və bir çox

müəlliflər tərəfindən tədqiq olunur.

Daima miqrantlar tərəfindən inzibati sərhədyanı ərazilərin keçilməsimeyarları öndə

dayanır. Buna əsasən, hər şeydən əvvəl xarici və daxili miqrasiyanı qeyd etmək olar.

Əhalinin daxili miqrasiyasına ölkə daxilində inzibati və ya iqtisadi-coğrafi sahələri

arasında, yaşayış məntəqələri və s. çərçivəsində hərəkət daxildir.Daxili məskunlaşma (məsə-

lən, eyni şəhər daxilində yaşayış yerlərinin dəyişdirilməsi) əhali miqrasiyası termini yalnız

geniş mənada nəzərdən keçirilir. Burada həmçinin kənd və şəhər əhalisinin miqrasiyasını

fərqləndirirlər. Daxili miqrasiya hər hansı bir ölkənin sərhədləri daxilində meydana gələn

miqrasiyadır. Bu yer dəyişdirmə hərəkəti nəticəsində ölkə əhalisində hər hansı bir azalma və

ya artma olunmur, ölkə daxilində şəhər əhalisi artarkən, kənd əhalisi azalır (6) .

222 Müasir dövr

Tarix və onun problemləri,

Zaman kriteryasına uyğun olaraq daimi və müvəqqəti miqrasiyanı (tərkibinə

müvəqqəti təhsil miqrasiyası, müəyyən müddətə ucqar ərazilərə miqrasiyanın daxil olduğu və

Miqrasiyanın səbəblərindən asılı olaraq, siyasi, iqtisadi, sosial, hərbi (məsələn,

evakuasiya), etnik, demoqrafik (nikah miqrasiyası) ekoloji və ya iqlim şəraitinə görə

miqrasiyaları qeyd etmək olar.

Bondıreva S.K. könüllülük amili əsasında suveren və məcburi miqrasiyanı təsvir

edir: birinci halda, öz tələbatlarından asılı olaraq fərd miqrasiya haqqında qərarı xarici

təzyiqlər olmadan qəbul edir, ikinci halda – miqrasiyanın səbəbi fərddən asılı olmur.

Məcburi miqrasiya insanlaravə ya onların ailə üzvlərinə qarşı törədilmiş zorakılıq və

ya təqiblər, yaxud belə zorakılıq və ya təqiblərə məruz qalmasına real imkan yaranması

nəticəsində, habelə iqtisadi, təbii, texnogen xarakterli fövqəladə hallar nəticəsində yaşayış

yerlərini tərk etmiş insanların ərazi hərəkəti kimi müəyyənləşdirilə bilər (7). Məcburi

miqrasiya baş vermə səbəblərindən asılı olaraq bir neçə şəkildə təzahür edir.

Vətəndaş müharibəsi, ümumiləşdirilmiş zorakılıq, milliyyət, irq, din, zülm, siyasi fikir

və ya müxtəlif sosial qruplara mənsubluq səbəbiylə təqib olunaraq öz evlərini tərk etmək

məcburiyyətində qalan və dövlət hakimiyyəti orqanlarının onları qorumaq iqtidarında

olmadığı və ya bunu etmək istəmədiyi insanların məruz qaldığı miqrasiya münaqişə ilə bağlı

Bu məcburi köçkünlərin böyük bir hissəsi sığınacaq axtarmaq məqsədilə beynəlxalq

sərhədləri keçməklə miqrasiya edir. Onların bəziləri beynəlxalq hüquq əsasında sığınacaq

axtara biləcəyi halda, başqaları anonim qalmağa üstünlük verə bilər, bəlkə də onlar sığınacaq

ala bilməyəcəklərindən və gəldikləri ölkəyə qaytarılacaqlarından ehtiyat edirlər. Soyuq müha-

ribə başa çatdıqdan sonra, bütün dünyada silahlı münaqişələrin sayının artması müşahidə olun-

muşdur. Bunların birçoxu son dövrdə milli, etnik və ya dini separatçı mübarizələr zəminində

baş verən daxili qarşıdurmalar, münaqişələr olmuşdur. Bu dövrdə qaçqınların sayında böyük

bir artım olmuşdur, əhalinin miqrasiyası münaqişə edən tərəflərin tez-tez istifadə etdiyi strateji

taktikaya çevrilmişdir. Soyuq müharibənin sonlarından başlayaraq hal-hazırda məcburi köç-

künlərin sayı dünyadakı qaçqınların sayından daha çoxdur. 2010-cu ildə dünya səviyyəsində

sığınacaq axtaran şəxslərin və qaçqınların sayı 11 milyona yaxın idi, məcburi köçkünlərin sayı

isə 27,5 milyon idi.

İnkişafla bağlı məcburi miqrasiya Buraya guya “inkişaf”ı artırmaq üçün həyata

keçirilən siyasət və layihələr nəticəsində miqrasiya etmək məcburiyyətində olan insanlar

daxildir (şəhər təmizləmə təşəbbüslərini, mədənçilik və meşələrin qırılmasını, hava limanları

kimi iri miqyaslı infrastruktur layihələri və s.).

Fəlakətlərlə bağlı məcburi miqrasiyaya təbii fəlakətlər (sel, vulkanlar, sürüşmələr,

zəlzələlər), ekoloji dəyişiklik (meşələrin qırılması, səhralaşma, torpaq deqradasiyası, qlobal

istiləşmə) və insan fəaliyyəti ilə əlaqədar yaranan fəlakətlər (sənaye qəzaları, radioaktivlik)

nəticəsində miqrasiya edən insanlar daxildir. Aydındır ki, fəlakətlərin bu müxtəlif növləri ilə

insanların miqrasiyasının artması arasında sıx əlaqə vardır. Məsələn, sel və torpaq sürüşmələ-

rinin təsiri meşələrin qırılması və kənd təsərrüfatı fəaliyyəti ilə daha da şiddətlənə bilər.

Fəlakətlər nəticəsində insanların köçməsi tendensiyalarını və qlobal rəqəmləri qiymətlən-

dirərkən məcburi miqrasiyanın bu kateqoriyasının digərlərinə nisbətən daha mübahisəli və

problemli olduğunu görürük (8).

İntellektual miqrasiya – buna beyin axını da demək olar. Bu miqrasiya növü yaxşı

təhsil görmüş, səriştəli, seçilmiş, peşəkar, mütəxəssis və üstün qabiliyyətliişçi qüvvəsinin ən

Müasir dövr 223

Tarix və onun problemləri,

məhsuldar olduğu vaxtda yetişdiyi az inkişaf etmiş və ya inkişaf etməkdə olan bir ölkədən

inkişaf etmiş bir ölkəyə könüllü olaraq işləmək və ya tədqiqat aparmaq üçün yer dəyişməsi və

ya axını kimi müəyyən edilə bilər. Qıt və məhdud resursları ilə yetişdirdiyi qiymətli beyinləri

(IQ’ları 130-dan yuxarı olan və ümumi əhalinin yalnız 2%-ni təşkil edir) itirən az inkişaf etmiş

və ya inkişaf etməkdə olan kök ölkələrin inkişafı intellektual miqrasiya ilə daha da yavaşladığı

halda, inkişaf etmiş ölkələrin yetişmiş beyinlərə daha yüksək ödəniş və daha yaxşı imkanlar

təmin etməsi ilə inkişafları daha da sürətlənməkdədir. Beyin axını ölkələr arasındakı inkişaf

fərqinin daha da artmasına səbəb olur. Ölkələr üçün ən böyük sərvət istedadlı və intellektual

beyinlərdir. Bunlar kəşf edilib işlənmədikcə heç olub gedə bilərlər.

İntellektual miqrasiya qlobal problemdir. İnkişaf etmiş ölkələr arasında belə intellektual

miqrasiya olduqca aktualdır. Məsələn, Kanada və İngiltərədən ABŞ-a, Almaniyadan isə

İsveçrə və Avstriyaya beyin miqrasiyası müşahidə olunur. Dövlətlərin inkişaf etməsində,

dövləti enerjisi tükənmiş bir bədən kimi gücsüz qoyan başlıca fakt, ağıl axınıdır. Beyin axını

zamanı, dövlət müxtəlif təbliğatlar nəticəsində qabiliyyətli insan sərmayəsini inkişaf etmiş

ölkələrin ələ keçirməsinə göz yumur. Beyin axını, inkişaf etməkdə olan ölkələrin inkişaf etmiş

ölkələrə etdiyi qarşılıqsız bir hədiyyə olub, inkişaf etməkdə olan ölkələrdə hər gedən beyin ilə

ölkə düşünən beynini itirməkdədir. Beyin axını ölkələrə iqtisadi, sosioloji, siyasi və psixoloji

cəhətdən təsir etməkdədir. İnkişaf etmiş ölkələr ixtisaslı işçi qüvvəsi çatışmamazlığının böyük

hissəsini ən ucuz üsul olan beyin idxalı ilə qarşılamaqdadır. Bu prosesin işləməsində təbliğat

əhəmiyyətli yer tutur. İnkişaf etməkdə olan ölkələr, bu müddətdə yalnız ixtisaslı və ağıllı

beyinlərini itirmir eyni zamanda insan təhsili üçün ağır iqtisadi yükü də yüklənir. Bu prosesi

asanlaşdırma pilləsi olan təbliğat, cəmiyyət üzərində təmir edilməsi olduqca zəhmətli olan

yaralar buraxmaqdadır. Şübhəsiz ki, tək səbəb təbliğat deyil, iqtisadi çatışmazlıqlar, məşğulluq

əskikliyi kimi səbəblərdə insanların inkişaf etmiş ölkələrə miqrasiyasını sürətləndirməkdədir.

İntellektual miqrasiyanın səbəbləri 6 qrupda toplana bilər:

– İqtisadi səbəblər: aşağı ödəniş siyasətinin mövcudluğu; vergi dərəcələrinin yüksək

olması; iqtisadi qeyri-sabitliyin mövcudluğu; gələcək haqqında narahatlığın olması.

– Siyasi səbəblər: etnik mənşə fərqliliyi və ya ayrılığı, meydana gəlməsi; siyasi qeyri-

sabitliyin meydana gəlməsi; siyasətin iş həyatına girib, ona nəzarət etməsi.

– Elm və Texnologiya siyasətində səhvlər: tədqiqat və inkişafa əhəmiyyət verilməməsi;

elm və texnologiyaya dəyər verilməməsi; fikir istehsalının və ixtiranın gəlir gətirməməsi və

dəstəklənməməsi; tədqiqat və inkişafa investisiya qoyuluşunun kifayət qədər təşviq edilməmə-

si; tədqiqat və inkişafa vergi güzəştlərinin qeyri-kafiliyi, və s.

– Təhsil Sistemindəki əyrilikləri: təhsilə ayrılan vəsatinin azlığı; daimi milli təhsil

siyasətinin yoxluğu; təhsildə imkan bərabərsizliyinin olması.

– İşsizlik: universitet məzunlarının 70%-inin öz peşələri ilə əlaqəsi olmayan işlərdə

işləməsi; ən çox işsizliyin Universitet məzunları arasında olması; iş tapa bilməmək problemi.

– Xarici Dildə Təhsil: xarici dildə təhsil beyin köçündə katalizator vəzifəsini görür;

xarici dildə təhsil qərbə pulsuz insan resursları hazırlamağa köməkçi olur (9) .

Avropa Birliyinə (AB) görə “Beyin axını” iqtisadiyyat və siyasətdə geriləmənin ən

əhəmiyyətli göstəricilərindən biridir, buna görə də köçə maneə törətmək üçün təhsilə daha çox

sərmayə qoymaq lazımdır. Uzunmüddətli iqtisadi artım və rifahın müəyyənedici amili

təhsildir. İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin təhsil sistemləri və siyasətləri bir-

birindən çox fərqlidir. (10)

Artan və ya durdurulamayan ağıl axını ölkələrin inkişafını təhdid edər və gələcəklərinin

təhlükə altına alınmasına səbəb olar. Ağıl axınının qarşısını almaq üçün əvvəlcə problemə

224 Müasir dövr

Tarix və onun problemləri,

əhəmiyyət verilməli və təfəkkür dəyişdirilməlidir. İnsanların rifah səviyyəsi artırılmalı və

həyat standartları yüksəldilməlidir. Yerli və xarici investisiyaların önü açılaraq məşğulluq

artırılmalıdır. Sahibkarlıq, istehsal, investisiya və idxal dəstəklənməlidir. İnkişaf etməkdə olan

ölkələr varlanmadıqca beyin köçünün qarşısı alına bilməz. Əhəmiyyətli olan əsas məsələ

beyin köçünü minimuma endirməkdir. Ölkələr arasındakı gəlir bölgüsü bərabərsizliyi məlumat

istehsal etmə və istifadə etmə fərqliliklərindən yaranır. (11)

Təhsilli insan sərmayəsinin kasıb ölkələrdən axını və ya qaçışı qərb dünyasının elm və

iqtisadiyyatını artırarkən, köç verən ölkələrin inkişaflarını yavaşlatmaqdadır və ya maneə

törətməkdədir. Bu da ağıl axınının az inkişafa gətirib çıxardığını göstərir. Ağıl axınına maneə

törətmək və ya ona nəzarət etmək yalnız inkişaf etməkdə olan ölkənin əlində deyil. İnkişaf

etmiş ölkələrdəki iş və imkanlar olduğu və daha yaxşı bir gələcək təklif edildiyi müddətcə ağıl

axınıqaçınılmaz olaraq davam edəcəkdir.

Kriminal miqrasiya. Ümumiyyətlə, onu məqsədi cinayət törətmək olan miqrasiya

kimi müəyyən etmək olar. Bu təsnifata uyğun olaraq kriminal miqrasiya əhalinin kriminoloji

səbəblərdən dolayı köçürülmə miqrasiyasiyasına aiddir. Məhz subyektiv amil (cinayət

törətməyə meyillilik, cinayətlərin sayı və ya cinayət fəaliyyəti ilə məşğul olmaq) kriminal

miqrasiyanın xarakterini müəyyən edir. Əlbəttə, bu cür miqrasiyanın motivasiyası fonunda

kifayət qədər geniş səbəblər spektri (tamahkarlıq, intiqam, siyasi mülahizələr və s.) göstərilə

bilər, lakin cinayətkar miqrant, şübhəsiz, başa düşür ki, onunyaşayış yerini daimi və ya

müvəqqəti olaraq dəyişməsi birbaşa onun kriminal fəaliyyəti ilə bağlıdır.

Nəzəri və praktiki cəhətdən cinayətkarların səlahiyyətli orqanlardan və ya

məsuliyyətdən qaçmaq üçün öz yaşayış yerlərini dəyişmələri halları ilə tez-tez rastlaşmaq olur.

Bu hadisəni kriminal miqrasiyaya aid etmək olmaz, çünki onun subyektiv tərəfi cinayətin

törədilməsi səbəbi ilə yaşayış yerinin dəyişdirilməsindən köklü şəkildə fərqlənir.

Başqa sözlə, kriminal miqrasiya məqsədyönlü cinayət fəaliyyəti ilə bağlı anlayışları

tərkibinə daxil edir. Cinayətkar fəaliyyətin xarakteri cinayətkarların miqrasiyasını labüd edir.

Kriminal miqrasiyanı müxtəlif hadisələrin kontekstində nəzərdən keçirmək olar: milli-etnik,

sosial-iqtisadi, siyasi, demoqrafik. Bu cür yanaşmalar cinayətkarların miqrasiyası prosesinin

əsas cəhətlərinin müəyyənləşləşdirilməsinə yönəlmişdir və bu da onların mənşəyinin və

məzmunun daha dərindən anlaşılmasına imkan verir. Belə ki, sosial-iqtisadi nöqteyi nəzərdən,

kriminal miqrasiya kriminal biznesinsosial infrastrukturunun kifayət qədər güclü ayrılmaz

hissəsidir. Bu birinci yanaşmadır. İkincisi, qanuni biznes də böyük ölçüdə kriminallaşdırıl-

mışdır, belə ki, cinayətkarların miqrasiyası bu və ya digər ölkələrdə iqtisadi münasibətlərin

bütün sisteminin vəziyyətinə öz təsirini göstərir. Üçüncüsü, iqtisadi inkişaf miqrantların, o

cümlədən o qrupların axınına səbəb olur ki, birbaşa cinayətlərin törədilməsinə yönəlmişdir.

Siyasi aspektdə isə kriminal miqrasiya geosiyasi amillərin, eləcə də cinayətkarları

özünə cəlb edən, yerli müharibələr və silahlı münaqişələrintəsiri ilə bağlıdır. Cinayətkar

miqrantlar bir növ dəstəyə çevrilirlər, hansı ki, siyasi məqsədlərin müəyyənləşdiriliməsində

onlardan bir vasitə kimi istifadə olunur, xüsusilə də bu vasitələri zəruri hallarda qurban

Kriminal miqrasiyaya kütləvilik xarakterikdir. Kriminal miqrasiyanın mobil xarakteri

cinayətkarlığın və ya bunun tam əksinin inkişafını əks etdirir. Belə ki, birincisi, kriminal

miqrasiyanın öyrənilməsi cinayətin vəziyyəti, əlamətləri haqqında daha dolğun təsəvvür

yaratmağa imkan verir, ikincisi isə, göstəricilərin, cinayət tendensiyalarının təhlili qismən də

olsa cinayət məqsədilə edilən miqrasiyaların xarakterini göstərir. Kriminal miqrasiyanın

cinayətkarlıqla əlaqəsi ona xas olan əlamətlər kimi gizlilik və nisbi məxfiliyin adlarını

Müasir dövr 225

Tarix və onun problemləri,

çəkməyə əsas verir. Gizlilik kriminal miqrasiyasının obyektiv xüsusiyyətlərinə “yaxın” olaraq

cinayət törədilməsi məqsədilə ərazi hərəkətlərinin özlərinin, eləcə də səbəblərinin gizli, təsbit

olunmayan xarakteri ilə ifadə olunur. Məxfiliyə gəldikdə isə burada vəziyyət cinayətkarların

bacarığından və hüquq mühafizə orqanlarının onlara qarşı hazırlığından daha çox asılıdır.

Kriminalmiqrasiya “təbii” miqrasiya ilə müşayiət edilə bilər. Bu halda, cinayətkarların

miqrant axınlarından öz cinayətkar məqsədlərini örtbas etmək üçün istifadə etmələrinə və bu

faktın nə dərəcədə yayıldığına diqqət yetirmək olduqca vacibdir.

Burada belə bir maraqlı sual yaranır: kriminal texnologiyanın ixracını (idxalını)

dakriminal miqrasiyaya aid etmək olarmı? Hesab edilir ki, bu suala müsbət cavab vermək

lazımdır. Kriminal texnologiyalar xüsusilə cinayətlər törədilməsi məqsədilə ixrac və ya idxal

edildiyi üçün deməli, bu cür hərəkətlər prinsipcə kriminal miqrasiya anlayışına aiddir, əlbəttə,

bu cür miqrasiyanın məlumat (texnoloji) xarakteri daşıması göstərilməlidir.

Beləliklə, kriminal miqrasiya – cinayət törətmək məqsədilə şəxslərin miqrasiyası,

həmçinin kriminal texnologiyaların hərəkəti ilə müşayiət olunan sosial, nisbətən kütləvi,

ictimai təhlükəli fenomendir.

XX əsrin ikinci yarısı üçün beynəlxalq miqrasiyanın bütün formaları ilə yanaşı,

müstəqil və özünəməxsus bir təzahürü – əmək miqrasiyası meydana gəlmişdir. Bu proses

özünün kütləvi xarakterli olması ilə fərqlənir və hal-hazırda miqrasiya axınlarının əsasını

təşkil edir. Bu səbəbdən əmək miqrasiyası dövlət orqanlarının və beynəlxalq təşkilatların

diqqət mərkəzindədir (12, 263).

Miqrasiya axınlarının istiqamətlərində stabillik müşahidə olunur və əksər hallarda onlar

kəsişir. Burada miqrantları qəbul edən ölkənin imkanları, onun müasir dünyadakı yeri, tarixi,

coğrafi və etnik kökləri həlledici əhəmiyyət kəsb edir.

İşçi qüvvəsinin beynəlxalq miqrasiyasının beş istiqamətini ayırmaq olar: inkişaf etmək-

də olan ölkələrdən inkişaf etmiş ölkələrə miqrasiya;inkişaf etmiş ölkələr hüdudlarında miqra-

siya; inkişaf etməkdə olan ölkələr çərçivəsində miqrasiya; keçmiş sosialist ölkələrindən miqra-

siya; ixtisaslı işçilərin inkişaf etmiş ölkələrdən inkişaf etməkdə olan ölkələrə miqrasiyası.

Əhalinin miqrasiyasının müxtəlif formalarının əsas mənbəyi kimi daha çox sıxlığa

malik və kasıb hissəsini təşkil edən inkişaf etməkdə olan ölkələr çıxış edirlər.

90-cı illərin əvvəllərində təkcə Qərb ölkələrində 25 milyona yaxın əməkçi miqrant

qeydə alınmışdı ki, onların da yarısını inkişaf etməkdə olan ölkələrdən gələn miqrantlar təşkil

etmişdir. Almaniya Federativ Respublikası təkcə 1989-cu ildə bir milyondan çox miqrant qə-

bul edərək (o cümlədən, 720000 nəfəri ADR-dən gələn etnik almanı) kütləvi miqrasiya ölkə-

sinə çevrilmişdir. Bu gün planetin 120 sakinindən biri miqrantdır. (13)

Hüquqi statusuna görə də işçi qüvvəsinin beynəlxalq hərəkətinin 2 formasıleqalvə qeyri

leqal miqrasiyalar vardır. Bu formalar dünyada geniş vüsət aldığı üçünonların üzərində bir

qədər geniş dayanmağı məqsədəuyğun hesab edirik.

Leqal miqrasiyalar qanunçuluq əsasında ölkədən ezamiyyətə, elmi konfranslarda işti-

rak etməyə, xidmət vəzifəsinin yerinə yetirilməsinə, daimi və ya müvəqqəti əmək müqaviləsi

əsasında işləməyə gedənlərin hərəkətini özündə əks etdirir.

Qeyri – leqal miqrasiyalar xəlvəti və ya qeyri – qanuni yollarla ölkədən çıxıb gedən

insanların hərəkətini özündə əks etdirir. Bura həmçinin leqal olaraq miqrasiya etmiş, lakin

viza müddəti qutarmağına baxmayaraq həmin ölkədə yaşamağa davam edən immiqrantlar da

aid edilir. Yalnız qeyri – leqal miqrasiyalar hesabına dövlətlər arasında münasibətlərin pişləş-

məsi, siyasi didişmələrin meydana gəlməsi özünü biruzə verir. BMT – nin məlumatlarına görə

qeyri – leqal miqrasiyalar cinayətkar qruplar üçün gəlir mənbəyinə çevrilib. Artıq demək olar

226 Müasir dövr

Tarix və onun problemləri,

ki, bu bir növ dünya səviyyəsində gəlirli sahəyə çevrilib. Statistik məlumatlara görə dünyada

hər il 4 milyon insan cinayətkar qruplar vasitəsi ilə qeyri – leqal olaraq miqrasiya edirlər.

Bunların da çox hissəsini insan alverinə məruz qalacaq qadınlar təşkil edir.

SSRİ dağıldıqdan MDB ölkələri kütləvi miqrasiya problemi ilə rastlaşdılar. 2004-cü

ilin əvvəlində MDB ölkələrində leqal əmək miqrantlarının sayı 500 min nəfərə yaxın olmuş-

dur (14, 205). Lakin bəlli olduğu kimi, MDB ölkələrində əmək miqrantlarının əksəriyyəti

qeyri-leqal fəaliyyət göstərir və onların sayı təxminən 10 milyona yaxındır. Təkcə RF qeyri-

leqal miqratların sayı 3,5 mln. nəfərə qədərdir (13) .

Bu gün MDB ölkələri qarşısında bu sahədə başlıca vəzifələrdən biri kimi miqrasiyanın

hüquqi tənzimlənməsinə dair qanunvericiliyin təkmilləşdirilməsi çıxış edir. Məcburi miqrasiya

problemlərinin həllinə yardım və Müstəqil Dövlətlər Birliyi ölkələrində vahid hüquqi ərazinin

formalaşdirilması məqsədilə 1993-cü ildə MDB ölkələri rəhbəri tərəfindən “Qaçqınlara və

köçkünlərə yardım haqqında” Saziş imzalanmışdır. Bundan başqa, MDB ölkələrində əmək

miqrasiya siyasətinin koordinasiyasına cəhdlər göstərilmişdir. Belə ki, 1994-cü ildə əmək

miqrasiyası sahəsində və əməkçi – miqrantların sosial müdafiəsinə dair, 1998-ci ildə isə

qanunsuz miqrasiya ilə mübarizə üzrə əməkdaşlıq haqqında sazişlər imzalanmışdır.

Miqrasiyanın nəticələri müxtəlif özünü göstərir. Qeyd olunduğu kimi, onlar bəzi hallar-

da münaqişələrin mənbəyi olaraq, pozitiv və neqativ xarakter daşıyır. Ona görə də hazırda

əhali miqrasiyasının tənzimlənməsi demoqrafik siyasətin çərçivəsindən çıxaraq yeni kompleks

yanaşmaları, dövlətin və ictimai təşkilatların səylərinin birləşdirilməsini tələb edir (15, 29) .

Miqrasiya proseslərinə nəzarət edilməsi dünya ölkələrinin ictimai-siyasi sabitliyinin

qorunmasında böyük rol oynayır. Əks halda miqrasiya siyasətinin tənzimlənməsi və bu

proseslərlə bağlı qəbul olunan qanunlar səmərəsiz ola bilər. Miqrant axınlarının cəmiyyətin

sosial infrastrukturuna və vəziyyətinə təzyiqi nəticəsində yaranan təhlükələr müasir Avropanın

ən mürəkkəb problemləri sırasındadır.

Müasir dövrdə əhalinin miqrasiyasının son dərəcə intensivləşməsi, onun strukturu,

funksiya, forma, mənbə və tipologiyasında baş verən dəyişikliklər dünyanın bütün ölkələri

üçün miqrasiya şəraitinin dinamik şəkildə yeniləşməsinə səbəb olur. Bu nəticədə dəyişən

miqrasiya reallığına uyğun şəkildə hər bir dövlətin müvafiq təhlükəsizlik siyasətinin həyata

keçirilməsini məsələsini ortaya çıxarır.

Beləliklə, miqrasiyanın mahiyyətini və ictimai əhəmiyyətini insanın aktivliyinin müxtə-

lif təzahürləri baxımından nəzərdən keçirdik. Miqrasiya anlayışının, onun növlərinin nəzəri

təhlili onu göstərir ki, müasir dünyada qloballaşma şəraitində baş verən miqrasiya proseslə-

rinin tədqiqi və tənzimlənməsiolduqca vacibdir.

Taylan Akkayan, Göç ve Değişme, İstanbul: Edebiyat Fakültesi Basımevi, 1979,

Бреева Е. Б. Основы демографии.Москва: Дашков и К

Əliyev Ə. Müasir beynəlxalq hüquqda insan hüquqları, əhali və miqrasiya

problemləri. Bakı: Qanun,2007, 488s.

Гольдин Г. Миграция населения: проблемы политико-правового

регулирования. Автореферат дис. на соиск. уч. ст. док. полит. наук. Москва, 2001, 46 с.

Миграция и национальная безопасность. II выпуск, Москва: Юристь, 2003,

Müasir dövr 227

Tarix və onun problemləri,

Müasir dövlət və hüquq tarixi

Azərbaycan üçün demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu seçmiş dahi öndər Heydər Əliyev ölkəmizdə müstəqil məhkəmə hakimiyyətinin formalaşmasına xüsusi diqqət yetirmiş, onun müəllifliyi ilə hazırlanmış ilk milli Konstitusiyamız isə yeni məhkəmə sisteminin yaradılmasına və məhkəmə islahatlarının başlanılmasına əsas vermişdir. İslahatların mütəşəkkil həyata keçirilməsi məqsədilə ümummilli lider tərəfindən 1996-cı ildə Hüquqi İslahatlar Komissiyası yaradılmış və bu işə xüsusi əhəmiyyət verən dahi öndərimiz həmin komissiyaya rəhbərliyi məhz öz üzərinə götürmüşdür. Qısa müddət ərzində keçmiş sovetlər birliyindən miras qalmış məhkəmə və hüquq sistemi demokratik prinsiplər əsasında tamamilə yenidən qurulmuş, Konstitusiya məhkəməsi yaradılmış, müstəqil vəkillik xidməti təsis edilmişdir.

1997-ci ildə qəbul edilmiş Məhkəmələr və hakimlər haqqında qanunla üçpilləli müstəqil məhkəmə sistemimiz təsbit olunmuş, hazırlıqlı və peşəkar hakimlər korpusunun formalaşdırılması məqsədilə 1 dekabr 1998-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti yanında Məhkəmə-Hüquq Şurası yaradılmış və ilk dəfə olaraq hakimlərin test üsulu ilə seçimi qərara alınmışdır.

Bununla da, ölkəmizdə məhkəmə hakimiyyətinin idarə edilməsində yeni bir institutun formalaşdırılması istiqamətində mühüm addım atılaraq bugünki Məhkəmə-Hüquq Şurasının əsası qoyulmuş, başqa sözlə yeni məhkəmə və hüquq sistemimizi yaradan dahi öndər, həm də məhkəmə hakimiyyətinin gələcək inkişaf strategiyasını müəyyən etmişdir.

2000-ci ildə hakimlərin seçimi üzrə keçirilmiş şəffaf müsabiqə nəticəsində əvvəlki hakim korpusu 60 faizə qədər təzələnmiş, həmin ilin sentyabr ayından əvvəlkindən prinsipcə köklü surətdə fərqlənən üç pilləli məhkəmə sistemi fəaliyyətə başlamışdır.

Yeni qanunvericiliyə uyğun olaraq məhkəmələr üzərində hər cür nəzarətin ləğv olunması, insan haqlarının qorunması ilə bağlı ona müstəsna səlahiyyətin verilməsi məhkəmə hakimiyyətinin cəmiyyətdə nüfuzunu tam yeni səviyyəyə qaldırmış, insanlarda məhkəmələrin keçmiş sovetlər birliyindəki kimi “cəza orqanı” deyil, hüquq müdafiə vasitəsi olması düşüncəsi formalaşmağa başlamış, qısa müddətdə məhkəmələrə müraciətlərin sayı 2 dəfə artmışdı.

Azərbaycanın dövlət başçısı seçildikdən sonra ümummilli liderimizin dövlətçilik kursunu əzmlə davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin məhkəmə sisteminin beynəlxalq norma və prinsiplərə uyğun müasirləşdirilməsi ilə bağlı tapşırıqlarına əsasən bu sahədə ardıcıl tədbirlər həyata keçirilmişdir.

2004-cü ildən məhkəmə fəaliyyətinin müxtəlif istiqamətləri üzrə Avropa Şurası ilə birgə işçi qrupları yaradılaraq bu sahədə qanunvericilik ətraflı tədqiq edilmiş və onun Avropa standartalarına tam uyğunlaşdırılması işinə başlanılmışdır. Bu məqsədlə mütərəqqi beynəlxalq təcrübə nəzərdən keçirilərək müvafiq təhlillər aparılmış və Azərbaycanda ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına xidmət edən yeni qurum – məhkəmə hakimiyyətinin müstəqil özünüidarə orqanının yaradılması qənaətinə gəlinmişdir. Bu barədə hazırlanmış və Avropa Şurasında ekspertizadan keçirilmiş qanunvericilik layihələri ölkə Prezidenti tərəfindən dəstəklənmiş və qanunvericilik təşəbbüsü əsasında qəbul olunmuşdur.

İslahatların ən mühüm cəhəti isə heç şübhəsiz ki, Məhkəmə-Hüquq Şurası haqqında ayrıca qanunun qəbul edilməsi və Avropada ən mütərəqqi təcrübələrə əsaslanan, hakimiyyətin heç bir qoluna tabeçiliyi olmayan, tam müstəqil bir orqan kimi Məhkəmə-Hüquq Şurasının yaradılması olmuşdur.

2005-ci ildən fəaliyyətə başlamış Məhkəmə-Hüquq Şurası üzvlərinin əksəriyyəti – 15 nəfərdən 9-nun bütün məhkəmə instansiyalarını təmsil edən hakimlər olması, Şurada bərabər səs hüququ ilə ölkə Prezidentinin, Milli Məclisin, prokurorluğun, Ədliyyə Nazirliyinin, Vəkillər Kollegiyasının nümayəndələrinin təmsil olunması onun fəaliyyətinin və qərarlarının hərtərəfli və dolğun olmasını şərtləndirmişdir. Təsadüfi deyil ki, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, iş yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi və onların fəaliyyəti ilə bağlı digər məsələlər məhz bu orqanın müstəsna səlahiyyətinə aid edilmişdir.

Öz işini şəffaflıq və aşkarlıq prinsipləri əsasında quran Şuranın iclaslarına hakim Assosiasiyalarının və digər hüquq təsisatı nümayəndələrinin, hüquq müdafiə təşkilatları və media təmsilçilərinin dəvət olunması təcrübəsi yaradılmış, habelə onun fəaliyyətinin ilk dövrlərindən geniş məlumatları əks etdirən internet səhifəsi (jlc.gov.az) istifadəyə verilmişdir.

Ötən 10 illik dövr ərzində Şura tərəfindən ədalət mühakiməsinin səmərəsinin artırılması, məhkəmə sisteminin müasirləşdirilməsi, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi və tədrisinin müasir tələblər səviyyəsində təşkili, icra intizamının möhkəmləndirilməsi, qanun pozuntusu, süründürməçilik və digər neqativ halların aradan qaldırılması üzrə ardıcıl tədbirlər görülmüş, 100-dək iclasda 400-dən artıq təşkilati məsələyə baxılmış, hakimlərin təyinatı, iş yerinin dəyişdirilməsi və səlahiyyətlərinə xitam verilməsi ilə bağlı 1200-dək məsələ qaldırılmışdır.

Məhkəmə sistemində mövcud olan problemlərin aradan qaldırılması məqsədilə əsaslı təhlillər aparılmış, nöqsan və çatışmazlıqları doğuran səbəblər öyrənilmişdir. Müəyyən edilmişdir ki, məhkəmə araşdırmalarının keyfiyyətinə mənfi təsir göstərən əsas amillərdən biri hakimlərin yüksək iş yüküdür. Belə ki, məhkəmələrin mülki xarakterli işlər üzrə iş yükü qısa müddət ərzində xeyli artsa da, hakim ştatlarının sayı dəyişməmiş, həmçinin, ölkəmizdə hakimlərin əhaliyə nisbətdə sayı digər Avropa dövlətləri ilə müqayisədə ən aşağı göstərici ilə xarakterizə olunmuşdur.

Bununla əlaqədar iş yükünə dair ölkənin bütün hakimləri arasında sorğu keçirilərək nəticələr ümumiləşdirilmiş, beynəlxalq təcrübə, o cümlədən ədalət mühakiməsinin səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) məlumatları nəzərə alınmaqla tələb olunan əlavə hakim ştatlarının sayı müəyyən edilmişdir. Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsinə böyük önəm verən dövlət başçısının fərmanları ilə hakimlərin ştat sayı 2 dəfə artırılmışdır. Həmçinin, yüksək iş yükü və beynəlxalq təcrübə nəzərə alınaraq məhkəmə aparatı işçilərinin ştat sayı 75% artırılmış, hər bir hakimə əlavə köməkçi ştatları ayrılmışdır.

İnsanlara məhkəməyə müraciət üçün əlverişli şərait yaradılması ədalət mühakiməsinin səmərəliliyinin artırılması istiqamətində ən mühüm addımlardan biridir. Bununla əlaqədar dövlət başçısının məhkəmə sisteminin müasirləşdirilməsinə dair 19 yanvar 2006-cı il tarixli fərmanı ilə ölkəmizdə yeni regional məhkəmələrin yaradılması xüsusi qeyd olunmalıdır.

Belə ki, bölgələrdə yaşayan insanların apellyasiya şikayətləri ilə bağlı Bakı şəhərində yerləşən və yurisdiksiyası bütün ölkəyə şamil olunan respublika apellyasiya və iqtisad məhkəmələrinə müraciətlərinin çətinliklər yaratması nəzərə alınaraq, həmin məhkəmələrin əvəzində bütün bölgələri əhatə edən 6 regional apellyasiya, habelə regionlarda əlavə olaraq 3 yerli iqtisad məhkəməsi təşkil edilmişdir.

Həyata keçirilən islahatlar Ermənistanın təcavüzü nəticəsində torpaqlarımızın 20 %-nin işğal olunduğu, 1 milyon soydaşımızın qaçqın və məcburi köçkün düşdüyü, Naxçıvan Muxtar Respublikasının blokadada saxlanıldığı bir şəraitdə baş tutmuşdur. Bununla əlaqədar, əhali üçün əlverişli şəraitin yaradılması məqsədilə Muxtar Respublikada da yeni məhkəmələr təsis olunmuş Ali Məhkəməsi tam apellyasiya instansiyası xarakteri almışdır.

Bu sahədə tədbirlər bununla bitməmiş, dövlət başçısının fərmanlarına əsasən 2010-cu ildə bütün respublika üzrə vahid olan və Bakı şəhərində fəaliyyət göstərən ağır cinayətlər məhkəməsinin əvəzində ölkənin bölgələrində yeni regional ağır cinayət məhkəmələri yaradılaraq onların sayı 5-ə çatdırılmışdır

Heç şübhəsiz məhkəmə-hüquq sistemimizin inkişafında ən mühüm hadisələrdən biri ölkəmizdə ilk dəfə olaraq inzibati ədliyyə institutunun yaradılması olmuşdur. Belə ki, dövlət orqanları tərəfindən insan haqlarının pozulmasının qarşısının alınması məqsədilə 2011-ci ildən ölkəmizin 7 bölgəsində yeni inzibati məhkəmələr fəaliyyətə başlamışdır. Bu gün vətəndaşların inzibati mübahisələr üzrə qaldırdıqları iddiaların 85%-nin təmin olunması ölkəmizdə inzibati ədliyyə institutunun təntənəsi kimi qiymətləndirilməlidir.

Bütün bu tədbirlər insanların məhkəmələrə müraciət imkanlarının genişlənməsinə, hakimlərin iş yükünün, süründürməçilik və digər pozuntuların azalmasına, işlərə daha keyfiyyətlə baxılmasına şərait yaratmış, habelə, bölgələrdə digər hüquq institutlarının inkişafına əsaslı təkan vermişdir.

Məhkəmə hakimiyyətinin nüfuzu və etibarı hakimlərin insanlarla rəftarından, etik davranışından çox dərəcədə asılıdır. Ona görə də Məhkəmə-Hüquq Şurası Hakimlərin Etik Davranış Kodeksinin hazırlanmasına xüsusi əhəmiyyət vermiş, bu məqsədlə təcrübəli hakimlər və nüfuzlu beynəlxalq ekspertlərdən ibarət tərkibdə yaradılmış Azərbaycan-Avropa Şurası birgə işçi qrupu tərəfindən qabaqcıl təcrübəyə, o cümlədən BMT-nin “Hakimlərin davranışı üzrə Banqalor Prinsipləri”nə əsasən Hakimlərin Etik Davranış Kodeksi hazırlanmış və Şura tərəfindən qəbul edilmişdir.

Hakimlik fəaliyyətinin etik standartlarını nizamlayan Kodeksin tələblərinə ciddi əməl edilməsi məqsədilə xüsusi təlimlər təşkil olunmuşdur. Bu mənada Banqalor prinsiplərinin hazırlanması prosesinə şəxsən rəhbərlik etmiş, Şri-Lankanın sabiq ədliyyə naziri N.Cayavikramanın ölkəmizə səfər etməklə hakimlərimizlə müzakirələr keçirməsi və Azərbaycanda həmin etik prinsiplərə əməl edilməsi ilə bağlı görülən işlərdən yüksək məmnunluğunu ifadə etməsi xüsusi vurğulanmalıdır.

Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə həyata keçirilən tədbirlər çərçivəsində vətəndaşların haqlı narazılığına səbəb olan kobud qanun pozuntuları və neqativ hallara yol verən hakimlərin məhkəmə sistemindən kənarlaşdırılması üzrə də ardıcıl tədbirlər görülmüşdür. Hakimlərin məsuliyyət hissinin artırılmasında, qanun pozuntularından, ədalət mühakiməsinin nüfuzuna, hakimin yüksək adına, şərəf və ləyaqətinə xələl gətirən hər hansı hərəkətdən çəkinməsində intizam icraatları mühüm əhəmiyyət kəsb edir.

Yeni qanunvericiliyə əsasən hakimlərin intizam məsuliyyətinə cəlb edilməsi proseduru beynəlxalq təcrübəyə uyğun, ən demokratik əsaslarla müəyyən olunmuşdur. Belə ki, hakimlər barədə intizam icraatı müstəsna olaraq Məhkəmə-Hüquq Şurası tərəfindən başlanıla bilər. İcraat üzrə araşdırma Şuranın hakim üzvü tərəfindən aparılır, hakimlər bütün materiallarla tanış edilir, izahatları dinlənilir və məsuliyyətə cəlb edilmə məsələsi yalnız Şuranın hakim üzvləri tərəfindən həll edilir. Hakimə özünün seçdiyi vəkil və ya hakim yoldaşının köməyindən istifadə etməklə müdafiə olunmaq, Şura üzvlərinə etiraz etmək, habelə qəbul edilmiş qərardan Ali Məhkəmənin Plenumuna şikayət vermək hüququnun verilməsi bu prosedurun obyektivliyinə əlavə şərait yaradır.

Ötən illər ərzində Şura tərəfindən hakimlər barədə 192 intizam icraatı başlanılmış, vətəndaşların haqlı şikayətlərini doğuran kobud pozuntulara yol verdiklərinə və fəaliyyətlərinin qiymətləndirilməsi nəticələrinə görə 70-dən çox hakim məhkəmə sistemindən kənarlaşdırılmışdır.

Həmçinin, ölkə başçısının korrupsiya ilə qəti mübarizənin aparılmasına dair tapşırıqları daim diqqət mərkəzində saxlanılmış, korrupsiyaya şərait yaradan hallar təhlil olunmuş, belə məlumatların ətraflı araşdırılması məqsədilə Şurada Korrupsiyaya qarşı mübarizə sektoru yaradılmışdır. Aşkar edilmiş korrupsiya hüquqpozmalarına görə 25 hakim intizam məsuliyyətinə cəlb edilmiş, o cümlədən onlardan 6 nəfərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilmiş, 4 nəfər aşağı vəzifəyə keçirilmişdir.

Məhkəmə sisteminin hakim adına layiq olmayan şəxslərdən təmizlənməsi onları əvəzləyəcək yüksək biliyə və mənəvi keyfiyyətlərə malik gənc hüquqşünasların seçimi prosesi ilə paralel həyata keçirilmişdir. Bununla əlaqədar ölkəmizdə hakimliyə namizədlərin Avropada ən mütərəqqi və şəffaf üsullarla seçilməsi qaydası təsbit olunmuşdur.

Çoxmərhələli imtahan və müsahibələrdən, habelə uzunmüddətli kurs və təcrübədən ibarət olan seçim proseduru müstəqil qurum – Hakimlərin Seçki Komitəsi tərəfindən həyata keçirilir. Komitə üzvlərinin yarıdan çoxunun yüksək məhkəmələrin hakimi olması, habelə, Şuranın Aparatının, prokurorluğun, Ədliyyə Nazirliyinin, vəkilliyin və hüquqşünas-alimin bu qurumda təmsil olunması peşəkar hakim seçimini şərtləndirmişdir.

Hakimlərin Seçilməsi Qaydalarına müvafiq olaraq şəffaflığın və obyektivliyin təmin olunması məqsədilə test üsulu ilə və yazılı imtahanlar sayı hətta 1000 nəfəri ötən namizədlər üçün vahid zalda təşkil edilir. İmtahan prosesinin bütün mərhələləri, o cümlədən sualların seçilməsi, çoxaldılaraq paylanması namizədlərin, çoxsaylı yerli və beynəlxalq müşahidəçilərin və KİV nümayəndələrinin qarşısında keçirilir, nəticələr onların iştirakı ilə, imtahan keçirilən auditoriyada yoxlanılaraq dərhal elan olunur. Ən maraqlısı isə bütün bu proses onlayn rejimdə canlı yayımlanır.

Namizədlərin bilik səviyyəsi ilə yanaşı, onların fikirlərini səlist ifadə etmək bacarığının, məntiqi nəticələr çıxarmaq qabiliyyətinin müəyyən olunması məqsədilə keçirilən şifahi imtahanlarda da şəffaflığın təmin olunması məqsədilə beynəlxalq və yerli hüquq müdafiə təşkilatlarından olan çoxsaylı müşahidəçilər və KİV nümayəndələri iştirak edirlər.

İmtahanlarda müvəffəqiyyət qazanmış hakimliyə namizədlər Ədliyyə Akademiyasında 1 illik tədris kurslarına cəlb edilirlər. Kurslarda insan haqları, məhkəmə etikası, korrupsiya ilə mübarizə, məhkəmədə işin səmərəli təşkili və digər aktual məsələlərə dair mövzular nüfuzlu beynəlxalq ekspertlərin iştirakı ilə tədris olunur, namizədlər məhkəmələrdə staj keçirlər. Onların qabaqcıl dövlətlərdə təcrübə keçməsinə xüsusi əhəmiyyət verilir. Bu məqsədlə namizədlərin bir çoxu qərbi Avropa dövlətlərinə, o cümlədən bütün namizədlər yarım ay ərzində Türkiyəyə ezam edilmişlər.

Bu qaydalar əsasında keçirilən müsabiqələrdə iştirak etmiş 2600-dən çox hüquqşünasdan 307 nəfər seçilərək şərəfli hakim vəzifəsinə təyin edilmişlər. Bunun nəticəsində biz məhkəmə sistemində olan vakansiyaların tam əksəriyyətini komplektləşdirdik. Faktiki olaraq Ali Məhkəmə hakimlərinin sayı 2005-ci illə müqayisədə 50%, apellyasiya instansiyası və Bakı şəhərinin rayon məhkəməsi hakimlərinin sayı isə 2 dəfədən çox artırıldı.

Hazırda hakim korpusunun 60%-ə qədərini, o cümlədən Bakı şəhəri üzrə 90%-ni yeni qaydalarla seçilmiş gənc nəsl hakimlər təşkil edirlər. Xüsusilə qeyd olunmalıdır ki, həmin hakimlərdən yüksək peşəkarlıq və hüquqi hazırlıq nümayiş etdirən 60 nəfəri, başqa sözlə hər 5 nəfərdən biri yuxarı məhkəmələrə irəli çəkilmiş, 19 nəfəri məhkəmə sədri, 2 nəfəri Məhkəmə-Hüquq Şurasının, 2 nəfəri isə Hakimlərin Seçki Komitəsinin üzvü təyin edilmişlər.

Azərbaycanda məhkəmə islahatları, o cümlədən hakimlərin seçimi sahəsində əldə edilən müsbət nəticələr nüfuzlu beynəlxalq təşkilatların da diqqətini cəlb etmişdir. Belə ki, Avropa Şurası Ədalət mühakiməsinin səmərəliliyi üzrə Komissiyası (CEPEJ) ölkəmizdə hakimliyə namizədlərin seçilməsinə maraq göstərərək nüfuzlu ekspert qrupu yaratmış və bu prosesi bilavasitə izləmişdir. Seçim prosesinin bütün mərhələlərini müşahidə edən avropalı ekspertlər, hazırladıqları hesabatda bu prosesi xüsusi şəffaflığı, obyektivliyi, saflığı ilə fərqləndirmişlər.

Avropa Şurasının bütün üzv-dövlətlərindən olan nümayəndələrin iştirakı ilə keçirilmiş Komissiyanın iclasında həmin hesabat geniş müzakirə olunmuş və məsələ üzrə xüsusi qərar qəbul olunaraq, Azərbaycanın müsbət təcrübəsi örnək kimi dəyərləndirilmişdir. Həmçinin, ölkəmizdə məhkəmə sisteminin inkişafına və müasirləşdirilməsinə qoyulan sərmayələrə və qabaqcıl təcrübələrin tətbiqinə görə Azərbaycanın öncül ölkə olması vurğulanmışdır.

Avropa İttifaqı və Avropa Şurası tərəfindən də ölkəmizdə hakimliyə namizədlərin seçimi üzrə fəaliyyət metodu müsbət nümunə kimi qiymətləndirilmiş, digər üzv-dövlətlərə bu təcrübəyə əsaslanmaq tövsiyə edilmişdir.

Ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə dövlət başçısının tapşırıqlarına əsasən həyata keçirilən mütərəqqi məhkəmə islahatlarımızın bütün Avropada müsbət təcrübə kimi yayılması ölkəmizin böyük uğuru olmaqla hər birimizdə hədsiz iftixar hissi doğurur.

Hakimlərin maddi təminatının mütəmadi yaxşılaşdırılması, o cümlədən yeni məhkəmə sistemimizin fəaliyyətə başladığı dövrdən əmək haqlarının 40 dəfəyədək artırılması, gənc hakimlər üçün əlavə təminatların müəyyən olunması, ümumilikdə məhkəmələrin büdcəsinin son 10 ildə 26 dəfə artırılması, habelə məhkəmələrdə kargüzarlığın aparılmasının yeni, mütərəqqi qaydasının tətbiqinə başlanılması da ədalət mühakiməsinin səmərəliliyinə müsbət təsir göstərmişdir.

Görülən ardıcıl tədbirlərin və insanların etimadının nəticəsidir ki, məhkəmələrə daxil olan mülki işlərin sayı ilbəil, o cümlədən 2000-ci illə müqayisədə 10 dəfəyədək, təkcə 2014-cü ildə isə mülki xarakterli işlərin sayı 40%-dən çox artaraq (2013-cü illə müqayisədə) 250 mini ötmüşdür. İnsanların pozulmuş hüquqlarının müdafiəsi üçün icra, yaxud hüquq-mühafizə orqanlarına deyil, məhz məhkəmələrə müraciət etməyi üstün tutması və mübahisələrin məhkəmə müstəvisində həllini tapması sevindiricidir.

Məhkəmələrin insan haqlarının etibarlı müdafiəçisinə çevrilməsinin ən bariz göstəricisi isə məhkəmə statistikadır. Belə ki, 2014-cü ildə birinci instansiya məhkəmələrində təmin olunan iddiaların sayı artaraq mülki işlər üzrə 95,1%, iqtisadi mübahisələr üzrə isə 97,5% təşkil etmişdir. Bütün mülki işlər üzrə yekun qərarların 91,8%-i, cinayət işləri üzrə hökmlərin isə 70 %-i ilə tərəflər razılaşmış, başqa sözlə həmin işlərdən apellyasiya şikayəti və ya protesti verilməmişdir.

Birinci instansiya məhkəmələrinin yekun qərarlarının sabitliyinin 2014-cü ildə bir az da yüksəlməsi, o cümlədən mülki işlər üzrə yekun qərarlarının 97,4%-nin, iqtisadi mübahisələr üzrə 98,4%-nin, inzibati mübahisələr üzrə 90,1%-nin, cinayət işləri üzrə isə 90,2%-nin dəyişdirilməyərək sabit qalması müsbət keyfiyyət dəyişikliyinin göstəricisidir.

Hakimlərin peşəkarlıq səviyyəsinin artırılmasında tədris prosesinin vacibliyi nəzərə alınaraq bu sahədə iş mütərəqqi beynəlxalq təcrübəyə uyğun olaraq yenidən qurulmuşdur. Belə ki, təlim proqramları tərtib edilərkən hakimlərlə sorğular keçirilir, onların tədrisinə ehtiyac bildikləri sahələr və mövzular öyrənilir və proqramlar məhz bu ehtiyaclara uyğun tərtib edilir. Hakimlərin müstəqilliyinin qorunmasının əlavə təminatı olaraq onlar tədris kursunun proqramını və vaxtını özləri seçirlər.

Bu sistem üzrə Məhkəmə-Hüquq Şurası tərəfindən Ədliyyə Akademiyası ilə birgə hər il 20-dək davamlı tədris kursları keçirilir. Məhkəmə təcrübəsindən irəli gələn problemlərə, qanunvericiliyin aktual məsələlərinə həsr edilən bu təlimlər yol verilən məhkəmə səhvlərinin aradan qaldırılmasında, vahid məhkəmə təcrübəsinin formalaşmasında mühüm rol oynayır.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi və tətbiqinə müstəsna əhəmiyyət verilərək Avropa Şurası ilə əməkdaşlıq çərçivəsində ayrıca təlimlər, Ali Məhkəmədə daimi fəaliyyət göstərən həftəlik xüsusi seminarlar keçirilir. Avropa Məhkəməsinin hakimləri ilə bilavasitə görüşlərin səmərəsi nəzərə alınaraq dəvətimizə əsasən ötən dövr ərzində məhkəmənin 10-dan çox hakimi, o cümlədən sabiq və hazırki sədrləri hakimlərimizlə görüşmüş, səmərəli müzakirələr aparılmışdır. Bu ayın 22-də Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin 10 illiyinə həsr olunmuş Beynəlxalq Konfransa da Avropa Məhkəməsinin 3 hakiminin dəvət olunması məhkəmə ilə sıx əməkdaşlığımızın bariz nümunəsidir.

Eyni zamanda hakimlərimizin Avropa Məhkəməsinə mütəmadi səfəri təşkil olunur, onlar məhkəmənin fəaliyyəti ilə tanış olaraq dinləmələrdə bilavasitə iştirak edirlər. Həmçinin, Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi və tətbiqinə xüsusi önəm verən dövlət başçısının təşəbbüsü ilə ölkəmizin hakiminin məhkəmədə 1 il müddətinə staj keçməsi təşkil edilmişdir.

Bütün bunlar Avropa Konvensiyasının və Avropa Məhkəməsi presedentlərinin daha geniş tətbiq olunmasına şərait yaratmışdır. Lakin təəssüf ki, Avropa Məhkəməsinin ölkəmizlə bağlı qərarları bəzi hallarda ucuz sensasiya yaratmaq, məhkəmə-hüquq sisteminə qərəzli qiymət vermək, yaxud onun fəaliyyətinə kölgə salmaq naminə istifadə olunur.

Belə cılız düşüncəyə malik olanlar bilməlidirlər ki, Avropa Məhkəməsinə Azərbaycandan daxil olan şikayətlərin və ölkəmizə qarşı çıxarılan qərarların sayı ümumi Avropa göstəricisindən xeyli aşağıdır. Əhalisi Azərbaycanla təxminən eyni və ya daha az olan Avropa ölkələrinə, o cümlədən Macarstana, Yunanstana, Bolqarstana, Slovakiyaya qarşı çıxarılan qərarların sayı isə ölkəmizlə müqayisədə dəfələrlə çoxdur.

Amma bu bizdə heç də arxayınlıq yaratmır, Avropa Konvensiyasının və məhkəmə presedentlərinin öyrənilməsi və tətbiqi, habelə hüquq sistemimizin inkişafı naminə istifadəsi işi əzmlə davam etdirilir.

Ölkəmizdə məhkəmə sisteminin müasirləşdirilməsi üzrə ardıcıl mütərəqqi tədbirlərin görülməsi ilə yanaşı, bu sahədə qabaqcıl təcrübə daim təhlil edilir, məhkəmələrin fəaliyyəti mütəmadi təkmilləşdirilir, müstəqilliyinin yeni təminatları yaradılır. Bununla əlaqədar hazırlanmış müxtəlif qanunvericilik layihələri dəfələrlə Şuranın iclaslarında müzakirə edilmiş, məhkəmə fəaliyyətini tənzimləyən qanunvericiliyə 50-dək, o cümlədən Məhkəmə-Hüquq Şurası haqqında qanuna 11 dəfə mütərəqqi dəyişikliklər edilmişdir.

Bu dəyişikliklərə əsasən Məhkəmə-Hüquq Şurasının məhkəmə hakimiyyətinin özünüidarə orqanı kimi səlahiyyətləri genişləndirilmiş, o cümlədən hakimlərin müstəqilliyinin təmini və fəaliyyətinə kənar müdaxilələrin qarşısının alınması, hakim ştatlarının məhkəmələr üzrə bölüşdürülməsi Şuraya həvalə edilmişdir.

Hakimlərin təyinatında, səlahiyyətlərinə xitam verilməsində Şuranın rolu artırılmış, məhkəmələrin büdcəsi müəyyən olunarkən onun rəyinin alınması mütləq qaydada təsbit edilmiş, hakimlərin ezam edilməsi institutu yaradılmışdır. Məhkəmə-Hüquq Şurasının müstəqilliyinin təminatı vasitəsi kimi onun maliyyələşdirilməsi xərclərinin azaldılması qanunla qadağan olunmuşdur. Eyni zamanda Azərbaycan hakimlərin maaşının məbləğini qanunla konkret müəyyən etməklə yanaşı, daha bir mütərəqqi qanunvericilik təcrübəsini də tətbiq etmişdir – hakimlərin maaşının azaldılması qadağan olunmuşdur.

Bu sahədə qarşıda duran vəzifələr də az deyil. Məhkəmə hakimiyyətinin müstəqilliyinin daha da artırılması, hakimlər arasında ixtisaslaşmanın geniş tətbiqi, yuvenal ədliyyənin inkişafı və digər mühüm istiqamətlərdə işlər müsbət beynəlxalq təcrübəyə əsaslanmaqla davam etməkdədir.

Ən mühüm vəzifələrdən biri də məhkəmə fəaliyyətində texnoloji yeniliklərin tətbiqidir. Dövlət başçısının “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında 13 fevral 2014-cü il tarixli Sərəncamı bu sahədə strateji prioritetləri müəyyən etmişdir. Bu sistemin yaradılması məhkəməyə müraciət imkanlarının daha da genişlənməsinə, süründürməçilik və sui-istifadə hallarının qarşısının alınmasına, şəffaflıq və operativliyin təmin edilməsinə, elektron kargüzarlığın və sənəd dövriyyəsinin təmin olunmasına xidmət edəcəkdir.

İnsanlar məhkəməyə gəlmədən, elektron formada müraciət edə biləcək, proses barədə məlumatları elektron daşıyıcıda, dərhal alacaq, məhkəmə prosesləri audio-video və digər texniki vasitələrlə qeydə alınacaq, proses iştirakçıları məhkəmənin gedişi, qərarlar və onların icra vəziyyəti və s. məlumatları əks etdirən elektron ” şəxsi kabinetə” malik olacaqlar.

Ölkəmizdə “Elektron məhkəmə” informasiya sisteminə keçidlə bağlı zəruri hazırlıq işləri görülür, müvafiq infrastruktur yaradılır. Elektron sənəd dövriyəsi, məhkəmə işlərinin elektron idarəetmə sistemləri, “Elektron-bildiriş” informasiya proqramı, habelə proseslərin elektron qeydiyyatı sistemi hazırlanaraq sınaq rejimində tətbiq olunur.

Eyni zamanda hüquqi xidmətin yaxşılaşdırılması məqsədilə məhkəmə sisteminin vahid internet portalı (courts.az) təşkil edilmiş, hər bir məhkəmə və hakim barədə ətraflı məlumatlar həmin portalda yerləşdirilmişdir. Portal vasitəsilə vətəndaşlara məhkəmələrə onlayn rejimində müraciət etmək və cavab almaq, iddia ərizələri və digər məhkəmə sənədlərinin nümunələrini əldə etmək, qəbul günləri və s. barədə ətraflı məlumat almaq imkanı yaradılmışdır.

Ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında məhkəmə infrastrukturunun müasirləşdirilməsi də az əhəmiyyət kəsb etmir. Son 10 ildə ölkənin demək olar ki, bütün məhkəmələrində əsaslı təmir və yenidənqurma işləri aparılaraq hakimlərin və məhkəmə işçilərinin iş şəraiti müasir tələblərə uyğunlaşdırılmış, çoxsaylı yeni məhkəmə binaları istifadəyə verilmişdir.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tapşırığı ilə Ali Məhkəmə üçün məhkəmə hakimiyyətinin yüksək statusuna uyğun, xüsusi memarlıq üslubu yeni əzəmətli binanın inşa edilməsi ölkəmizin hüquq həyatında əlamətdar hadisələrdən olmuşdur. Avropanın ən müasir məhkəmə binalarından olan bu əsl «Ədalət Sarayı»nın təməlinin qoyulmasında və açılışında dövlət başçımızın iştirakı, dövlətçiliyimizin möhkəmləndirilməsində məhkəmə hakimiyyətinin rolu barədə fikirləri məhkəmə hakimiyyətinə verilən böyük önəmin əyani təzahürüdür.

Eyni zamanda məhkəmə islahatlarımızın uğurlu nəticələrini görən Dünya Bankı maliyyə və texniki dəstəyin göstərilməsinə dair təşəbbüs irəli sürmüş və bu sahədə birgə Layihələr icra edilərək, 40-dək məhkəmənin yerləşəcəyi müasir bina və komplekslərin layihələri hazırlanmış, 5 məhkəmə binası inşa edilərək istifadəyə verilmiş, 7 məhkəmənin yerləşəcəyi 2 məhkəmə kompleksinin bu ərəfədə istifadəyə verilməsi nəzərdə tutulmuşdur.

Yeni məhkəmə binalarında vətəndaşların müraciət imkanlarının asanlaşdırılması, məlumatlılığın və şəffaf xidmətlərin təmin edilməsi məqsədilə müasir İKT-lər geniş tətbiq edilir, inzibati və ictimai zonalar ayrılır ki, bu da hakimlərlə proses iştirakçıları arasında məhkəmə zalından kənar münasibətləri aradan qaldırır. Dünya Bankının vitse-prezidenti xanım Lora Tak, eləcə də Avropa Şurasının yüksək səviyyəli şəxsləri, o cümlədən Avropa Məhkəməsinin sədri Din Şpilman, CEPEJ-in prezidenti Con Steysi, habelə xarici ölkələrin Ali Məhkəmə sədrləri, ədliyyə nazirləri və digər hüquq strukturlarının rəhbərləri ölkəmizə səfərləri zamanı həmin məhkəmə binaları ilə tanış olarkən orada ədalət mühakiməsinin səmərəliliyinə təsir edən yüksək, o cümlədən vətəndaşlar üçün yaradılan əlverişli şəraitdən, ən müasir İKT-lərin tətbiqindən böyük məmnunluqlarını ifadə etmişlər.

Məhkəmə sisteminin fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülən tədbirlər möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hərtərəfli islahatların, iqtisadi, sosial və digər sahələrdə müşahidə olunan sürətli inkişafın məntiqi davamıdır. Son 10 ildə ümumi daxili məhsulun 3,4 dəfə, strateji valyuta ehtiyatlarımızın 30 dəfə artması, yoxsulluğun və işsizliyin minimum həddə düşməsi, xalqımızın sosial rifahının yaxşılaşması naminə mühüm yerli və regional layihələrin müvəffəqiyyətlə icrası, yeni-yeni istehsal müəssisələri, səhiyyə, təhsil və mədəniyyət ocaqları, idman komplekslərinin istifadəyə verilməsi hər bir azərbaycanlıda xüsusi qürur hissi yaradır.

İctimai həyatın bütün sahələrində qazanılmış hərtərəfli nailiyyətlər respublikamızın beynəlxalq imicinin daha da möhkəmlənməsi ilə müşayiət olunur. Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi, təkcə bu ərəfədə 2 mühüm beynəlxalq forumun keçirilməsi, 10-larla dövlətin ali vəzifəli şəxslərinin ölkəmizə səfəri, Birinci Avropa Oyunlarının paytaxtımızda təşkili ölkəmizin beynəlxalq aləmdə layiqli mövqeyini bir daha sübut edir.

Dövlət başçısının rəhbərliyi ilə qazanılan hərtərəfli yüksəliş və tərəqqiyə misilsiz töhfələr verən və ictimai həyatın bütün sahələrində öz xeyirxah təşəbbüsləri ilə fəal iştirak edən Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın Birinci Avropa Oyunlarının Təşkilat Komitəsinə Sədrliyi və bütün təşkilati tədbirlərin xüsusi məharətlə, görünməmiş rekord müddətdə yerinə yetirilməsi bu möhtəşəm tədbirin uğurla keçəcəyinə təminat verir.

Bu il fəaliyyətinin 10 illiyini qeyd edən Məhkəmə-Hüquq Şurası da ölkəmizin hərtərəfli tərəqqisi, müstəqil məhkəmə hakimiyyətinin inkişafı naminə fədakarlıqla çalışmaq əzmindədir. Bu münasibətlə Şura tərəfindən bir sıra tədbirlər, o cümlədən «Demokratik cəmiyyətdə məhkəmə hakimiyyətinin rolu» mövzusunda Beynəlxalq Konfrans, məhkəmələrdə açıq qapı günlərinin keçirilməsi, ədalət mühakiməsinin tarixinə və ümummilli lider Heydər Əliyevin müasir məhkəmə sisteminin yaradılmasında roluna həsr olunmuş Muzeyin açılışı nəzərdə tutulmuş, məhkəmə sisteminin inkişafına dair xüsusi nəşrlər və sənədli film hazırlanmışdır.

Möhtərəm Prezidentimizin Məhkəmə-Hüquq Şurasının fəaliyyətinə yüksək diqqət və qayğı göstərərək Məhkəmə-Hüquq Şurası və Hakimlərin Seçki Komitəsinin işində fərqlənmiş şəxsləri fəxri ad və dövlət təltiflərinə layiq bilməsi hər birimizdə dərin minnətdarlıq və sonsuz ehtiram hissləri doğurmaqla, üzərimizə əlavə məsuliyyət qoyur.

Fürsətdən istifadə edərək, Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin 10 illiyi münasibətilə məhkəmə hakimiyyətini təmsil edən böyük kollektivi ürəkdən təbrik edir və onlara məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi, qanunun aliliyinin və insan haqlarının təmin olunması kimi gərəkli fəaliyyətlərində uğurlar arzulayıram.

Çap et

Hüquq

Hüquq — pozitiv və normativ hüquq nəzəriyyəsinə görə ictimai münasibətləri tənzimləyən, dövlətin müəyyənləşdirdiyi və sanksiyalaşdırdığı, dövlət tərəfindən qorunan, ümumməcburi davranış qaydalarının məcmusu, liberal hüquq nəzəriyyəsinə görə isə hər bir şəxs üçün bərabər azadlıq və ədaləti özündə nəzərdə tutan norma və qaydaların məcmusudur.

“Hüquq” sözü ərəbcədən “haqq” sözünün çoxluğunu ifadə edir. Bu söz ingilis dilində “right” sözünə uyğun gəlir.

Müasir hüquq ədəbiyyatında hüququn ümumi qəbul edilmiş anlayışı yoxdur. Müxtəlif nəzəriyyələrdə hüquqa fərqli tərif verilmişdir.

Hüququn əlamətləri

  • normativlik (məcburi davranış qaydasını müəyyən edir);
  • ümumilik;
  • dövlətin təminatı ilə icra edilir;
  • obyektivlik;
  • rəsmilik — normalar rəsmi yazılı formada mövcuddur;
  • dəfələrlə qeyri müəyyən müddətdə tətbiq edilir;
  • ədalətlilik;
  • sistemlilik — hüququn daxili sistemləşdirilməsi mövcuddur.

Hüquq haqqında nəzəriyyələr

Bu nəzəriyyələr daha çox hüququn mənbəyini və onun xüsusiyyətlərini izahetmə baxımından irəli sürülmüşdür. Habelə bu nəzəriyyələrdən bəziləri eyni zamanda fəlsəfi məqsəd də güdür.

Pozitiv nəzəriyyə — hüququn əsasını dövlətin müəyyən etdiyi normalar təşkil edir və müvafiq məcburiyyət tədbirləri ilə dövlət onun icrasını təmin edir. Hüququn əsas əlaməti onun normalarının məcburi xarakter daşımasıdır. Pozitiv hüquq məktəbinə görə, hüquq ilə yazılı qanunvericilik demək olar ki eyni mənaya gəlir. Hüququn mənbəyini dövlət iradəsi ilə qoyulan qanunlar təşkil edir.

Fəlsəfi hüquq məktəbi — hansısa sosial normanın hüquq norması olub-olmaması onun hüququn prinsiplərinə uyğunluğu baxımından müəyyən edilir. Təbii hüquq nəzəriyyəsinə görə isə insanın təbii hüquqlarına zidd olan normalar hüquq normaları kimi qəbul edilmir.

Fəlsəfi hüquq nəzəriyyəsinə görə hüquq obyektiv xarakter daşıyır və dövlətin iradəsinin təzahürü deyildir.

Təbii-hüquq məktəbi — hüquq həmişə mövcud olmuşdur. Hüquq öz mənbəyini ya Tanrıda, ya da təbiətdə tapır. John Stuart Millin ifadə etdiyi kimi, necə ki Allah insanı yaradanda ona qulaq və burun veribsə, o insana eyni zamanda insan olduğundan irəli gələn hüquqlar da bəxş edib. Bura azadlıq, yaşamaq, mülkiyyət, bərabərlik və s. hüquqlar aiddir.

Psixoloji nəzəriyyə — hüquq insanların psixoloji keyfiyyətlərinə, istəklərinə, hisslərinə uyğun yaranır. Hər bir dövlətin qanunları orada yaşayan insanların psixologiyasından asılıdır və onların tələbatlarına uyğun qəbul edilir.

Tarixi hüquq məktəbi — hüquq da tarixdə olan hər bir şey kimi daima baş varən hadisələrə insanların təlabatlarına uyğun olaraq dəyişir. Grotius tərəfindən irəli sürülən və von Savigny tərəfindən dəstəklənən bu məktəbə görə, bir cəmiyyətdə hüquq, o cəmiyyətdə adət-ənənənin inkişafı ilə bir yerdə inkişaf edir və ona uyğunlaşır. Cəmiyyətin, insanların həyatı dəyişdikcə hüquq da dəyişir. Bu məktəb Fransız Mülki Məcəlləsinin Alman hüquq məktəbinə gətirilməsinə qarşı çıxmışdır.

Normativ nəzəriyyə — hüququ dövlət müəyyən edir və hüquq normalarının dəyişməsi dövlətdən asılıdır.

Marksist nəzəriyyə — hüquq dövlətlə bağlıdır və sosial–iqtisadi faktorlara uyğun olaraq müəyyən edilir.

Hüququn mənbələri

Hüququn mənbələri — hüquq normalarının yaranmasına və müəyyən forma almasına səbəb olan mənbələrdir.

Hüquq mənbələrinin növləri

hüquqi adətlər — hüququn ilkin və ən qədim mənbəyidir. Hüquqi adətlər ictimai münasibətlərin tənzimlənməsi üçün sosial, iqtisadi, mənəvi, dini, siyasi və.s faktorların təsiri ilə formalaşır. Sonradan demək olar ki, bütün hüquqi adətləri hüquq normaları şəklinə salınır. Müasir dövrdə bəzi dövlətlərdə əsasən mülki hüquq sahəsində hüquqi adətlər praktikada tətbiq edilir.

normativ hüquqi akt – tənzimlənməsi Konstitusiya ilə, qanunla və ya fərmanla dövlət orqanının səlahiyyətlərinə aid edilən məsələlər üzrə həmin dövlət orqanı tərəfindən və ya referendum yolu ilə qəbul edilmiş, hamı üçün məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlər dairəsi üçün və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəd;

normativ müqavilə — konkret subyektlər arasında bağlanan və məcburi xarakterli normaları müəyyən edən, qarşılıqlı münasibətlərin tənzimlənməsində istifadə edilən müqavilələrdir. Normativ müqavilələr həm beynəlxalq (beynəlxalq müqavilələr) və həmçinin ölkədaxili ola bilər. Buna misal olaraq, Rusiya Federasiyasında Federasiya ilə Federasiya subyektləri (Tatarıstan və.s) arasında bağlanan müqavilələri göstərmək olar.

hüquq presedenti (məhkəmə və inzibati presedent) — hüququn məhkəmələr və inzibati orqanlar tərəfindən tətbiqi zamanı təşəkkül tapmış və qəbul edilmiş qaydalardır. Yəni konkret bir məhkəmənin hansısa məsələni həlletmə qaydası nümunə kimi götürülməklə digər məhkəmələr tərəfindən də tətbiq olunur.

dini normalar — dini kitablar və dini təlimlər tərəfindən müəyyən edilən normalardır.

hüquqi doktrina — görkəmli elm xadimlərinin, hüquqşünas alimlərin, elmi müəssisələrin ictimai münasibətlərin tənzimlənməsi ilə bağlı, hüquqi məsələlər barədə bildirdikləri fikirlər, elmi əsərləridir. Bir qayda olaraq hüquqi doktrina dövlətin icazəsi və təsdiqi olduqdan sonra normalaşdırılmaqla praktikada tətbiq edilir.

Hüququn prinsipləri

Hüququn prinsipləri — hüquqi tənzimləmə zamanı rəhbər tutulan əsas ideyalardır.

Hüquqi prinsplərin növləri :

Ümumi prinsiplər — hüququn bütün sahələrinə aiddir.

  • hüququn aliliyi;
  • qanunilik;
  • qanun qarşısında bərabərlik;
  • fərdin və dövlətin qarşılıqlı məsuliyyəti;
  • təqsirə görə məsuliyyət;

Sahələrarası prinsiplər — bir neçə hüquq sahəsinə aid olur. Məsələn, məhkəmənin aşkarlığı, məhkəmə qərarlarından yuxarı məhkəməyə şikayət vermək hüququ həm cinayət-prosessual, həmçinin mülki prosessual hüquqa aiddir.

Sahəvi prinsiplər — konkter bir hüquq sahəsinə aid olan prinsiplərdir. Məsələn əmək müqaviləsinin bağlanmasının sərbəstliyi və.s

Hüquq normaları

Hüquq normaları — ümumi xarakter daşıyan, rəsmiləşdirilmiş, davranış qaydalarını müəyyən edən, dövlət tərəfindən qeydə alınmaqla tanınan, zəruri olduqda icrası dövlət məcburiyyət tədbirləri ilə təmin edilən, ictimai münasibətlərin iştirakçılarının hüquq və vəzifələrini müəyyən edən qaydalalardır.

Hüquq normalarının əlamətləri

Hüquq normalarının aşağıdakı əlamətləri var:

  • insanların davranışını tənzimləyir.
  • ümumi xarakter daşıyır.
  • dövlətlə əlaqəlidir, hüquq normalarını ya dövlət müəyyən edir, ya da dövlətin icazəsi olduqdan sonra tətbiq edilir.
  • rəsmi xarakter daşıyır. Dövlət orqanları tərəfindən aktlarda əks edilməklə rəsmiləşdirilir.
  • sistemlilik. Hüquq normaları bir-biri ilə bağlıdır, ziddiyət təşkil etmirlər.

Hüquq normalarının quruluşu

Bir qayda olaraq, hüquq norması üç hissədən ibarət olur:

Hipotez (əgər. ) — hüquq normasında icra edilməli olan şərti göstərir. Məsələn, Cinayət Məcəlləsi normalarında xüsusi hissənin maddələrində əgər cinayət törədilisə, ağırlaşdırıcı hallar olmaqla cinayət törədilirsə cəzanın tətbiq edilməsi. Təqsirlizlik prezumsiyası və.s

Dispozisiya (o zaman. ) — konkret hərəkətin edilməsi və ya edilməməsinin qaydası göstərilir. Məsələn, ərizə ilə dövlət orqanına müraciət edilməsinin qaydası.

Dispozisiyanın aşağıdakı növləri var:

  • səlahiyyətverici — konkret hərəkətin edilməsi, edilməməsi səlahiyyəti verilir.
  • qadağanedici — konkret hərəkətin edilməsi, edilməməsi qadağan edilir.
  • vəzifə müəyyənedici — konkret hərəkətin edilməsi, edilməməsi vəzifə kimi subyektin üzərinə qoyulur.

Sanksiya (əks halda. ) — Hüquq normasının tələblərinin pozulmasına görə məsuliyyət tədbirlərini nəzərdə tutur.

Həmişə bütün hüquq normalarda hər üç element olmur. Məsələn, Konstitusiyanın normalarda yalnız hipoteza və dispozisiya olur.

Hüquq normalarının növləri

Hüquqi qüvvəsinə görə — konstitusiya normaları, qanun normaları və.s

Hüququn sahələrinə görə — mülki hüquq normaları, cinayət hüquq normaları, əmək hüquq normaları və.s

İcra edilməsi tələbinə görə

  • İmperativ — konkret davranış qaydası müəyyən edilir və olduğu kimi icra edilməlidir.
  • Dispozitiv — subyektlərə digər davranış imkanları da verir. Məsələn mülki hüquqda qanuna zidd olmayan müddəaların müqaviləyə daxil edilməsi.

Davranışın xarakterinə görə — Səlahiyyətverici, qadağanedici, vəzifə müəyyənedici;

Tətbiq edildiyi subyektlərin dairəsinə görə — ümumi və ya müəyyən ərazi, müəyyən kateqoriya şəxslər üçün tətbiqi nəzərdə tutulmuş normalar.

Qüvvədə olma müddətinə görə — müddətsiz və müvvəqəti normalar.

Hüququn realizəsi

Hüququn realizəsi hüquq normalarında müəyyən edilən məqsədə çatmaq üçün normanın tələblərinin yerinə yetirilməsidir.

Hüququn realizə formaları

  • İstifadə — subyekt hüququn ona verdiyi imkandan istifadə edir. Məsələn, seçki hüququ, əmək hüququ;
  • İcra — hüquq normalarının məcburi tələbləri subyektlər tərəfindən icra edilir. Məsələn dövlət orqanı tərəfindən öz funksiya və vəzifələrinin yerinə yetirməsi;
  • Riayətetmə — subyektin müəyyən hüquq normasının tələblərini pozmaması üçün passivlik göstərməsi, qanuna zidd hərəkəti etməməsidir. Məsələn, cinayət və ya inzibati xəta törətməməsi;

Hüququn tətbiqi

Hüququn tətbiqi — Dövlətin səlahiyyət verilmiş qurumları vasitəsi ilə hüquq normalarının tələblərini yerinə yetirməsi, realizə etməsidir.

Hüququn tətbiqinin əsas məqsədi qanunçuluğun təmin edilməsidir. Hüququn tətbiqi aşağıdakı mərhələlərlə həyata keçirilir:

  1. İşin faktiki hallarının müəyyən edilməsi;
  2. Əməlin hüquqi cəhətdən qiymətləndirilməsi — əməlin hüquqa zidd və ya uyğun olmasının müəyyən edilməsi, əgər hüquqa ziddirsə, konkret hansı normanın tələblərinin pozulmasının müəyyən edilməsi;
  3. İşin həlli.

Hüquqi tətbiqi aktlar — hüququn tətbiqi prosesində konkret hüquqi iş üzrə səlahiyyətli dövlət orqanı tərəfindən qəbul edilən aktdır.

Hüquqi tətbiq aktlarının növləri

  • Formasına görə: Sərəncam, əmr, qərar və s.
  • Funksiyasına görə:
    • tənzimləyici (vəzifə dəyişikliyi əmri)
    • mühafizəedici (cinayət işi başlamaq haqqında qərar)

    Hüquqi tətbiq aktlarının əlamətləri

    • Onlar səlahiyyətli dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qəbul edilir.
    • Fərdi xarakter daşıyır. Konkret şəxs barəsində qəbul edilir.
    • Hüquq normalarının tələblərinin yerinə yetirilməsinə yönəlmişdir.
    • Hüquq tətbiqi aktların tələblərinin icrası dövlət məcburiyyət tədbirləri ilə icra edilir.

    Hüquq normalarının təfsiri

    Hüquq normalarının təfsiri — hüquq normalarının gerçək mahiyyətinin aşkar edilməsinə, maraqlanan şəxslərə izah edilməsinə yönəlmiş əqli fəaliyyətdir.

    Təfsir hüquq normalarının tətbiqinin ən vacib elementlərindən biridir.

    Təfsirin üsulları

    Təfsirin üsulları hüquq normalarının mahiyyətinin izah edilməsi prosesində istifadə edilən xüsusi üsul, qayda və metodların məcmusudur.

    • dilçilik (lingvistik, filologiya, qrammatik) — hüquq normasının əks olunduğu cümlədəki sözlərin mahiyyətinin aşkar edilməsinə, sözlərin qrammatik bağlılığı əsasında nəticənin əldə edilməsinə yönəlmişdir.
    • funskional — hüquq normasının fəaliyyət göstərdiyi şəraitin, şərtlərin əsas götürülməsi ilə mahiyyətinin izah edilməsinə yönəlmişdir.
    • tarixi — hüquq normasının qəbul edilməsi tarixini öyrənməklə, onun qəbul edildiyi şəraitin və qəbul edilməsi məqsədlərinin əsas götürülməsi ilə mahiyyətinin izah edilməsinə yönəlmişdir.
    • sistematik — hüquq normasının digər hüquq normaları ilə qarşılıqlı əlaqəsi şəraitində mahiyyətinin izah edilməsidir.

    Təfsirin növləri

    Təfsirin nəticələrinin hüquqi qüvvəsi nəzərə alınmaqla iki növü var:

    Rəsmi təfsir — səlahiyyətli dövlət orqanları və vəzifəli şəxslər tərəfindən edilən təfsir.

    Rəsmi təfsirin aşağıdakı növləri var:

    • autentik — hüquq normasını qəbul edən orqan tərəfindən təfsir edilməsi .
    • leqal — hüquq normasını qəbul etməsə də, hüquq normalarının təsfiri qanunvericiliklə həvalə edilmiş orqanlar tərəfindən edilən təfsir.
    • normativ — müəyyən növ işlər üzrə hüquq normasının tətbiqi zamanı istifadə edilən təfsir.
    • kazual — konkret hüquqi işlərin baxılması üçün edilən təfsir.

    Qeyri-rəsmi təfsir — konkret şəxslər və ya təşkilatlar tərəfindən məsləhət xarakteri ilə edilən informasiya xarakteri daşıyan təfsir.

    Qeyri-rəsmi təfsirin aşağıdakı növləri var:

    • Adi — şəxsin özü tərəfindən edilən təfsir.
    • Xüsusi hüquqi — hüquqşünaslar, vəkil və.s tərəfindən edilən təfsir.
    • Doktrinal — hüquqşünas alimlər və elmi müəssisələr tərəfindən edilən təfsir.

    Hüquq sistemi

    Hüquq sistemi — hüquq norma, institutlarını, hüquq sahələrini özündə birləşdirən vahid sistemdir.

    Hüquq sistemi özündə üç əsas elementi birləşdirir:

    1. Hüquq sahəsi — konkret sahə üzrə ictimai münasibətləri tənzimləyən hüquq normalarını özündə cəmləşdirir. Məsələn: Mülki hüquq, Əmək hüququ, Ekologiya hüququ və. s.

    Hüququn konkret sahəyə bölünməsi iki meyar əsasına həyata keçirilir — hüquqi tənzimləmə predmeti və metod. Hüquqi tənzimləmə predmetini ictimai münasibətlər, metodu isə tənzimləmə zamanı istifadə edən üsul və vasitələr təşkil edir.

    Əsasən iki metod fərqləndirilir — imperativ və dispozitiv.

    Dispozitiv metodda subyekt üçün davranış qaydası müəyyən edilsə də, digər hərəkət imkanları da tanınır. Bu metod mülki, əmək, ailə hüququna aiddir. İmperativ metodda isə subyektin davranışı dəqiq tənzimlənir. Əgər subyekt buna əməl etmirsə sanksiya tətbiq edilməsi nəzərdə tutulur. Bu metod cinayət hüququ üçün xarakterikdir.

    2. Hüquq institutu — eyni növ ictimai münasibətləri tənzimləyən hüquq normalarını özündə birləşdirir. Hüquq institutu hüquq sahəsinin bir hissəsidir. Bir qayda olaraq, hər bir hüquq sahəsi özündə bir neçə hüquq institutunu birləşdirir. Məsələn: Mülki hüquq sahəsinin hüquq institutlarına aiddir: müəlliflik, mənzil, patent hüququ və.s

    3. Hüquq norması — ümumi xarakter daşıyan, rəsmiləşdirilmiş, davranış qaydalarını müəyyən edən, dövlət tərəfindən qeydə alınmaqla tanınan, zəruri olduqda icrası dövlət məcburiyyət tədbirləri ilə təmin edilən, ictimai münasibətlərin iştirakçılarının hüquq və vəzifələrini müəyyən edən qaydalalardır.

    Hüququn sahələr üzrə bölgüsü

    Tənzimləmə predmetinə əsasən

    • Maddi hüquq — maddi hüquq normalararını özündə birləşdirir. Əsasən ictimai münasibətlərin tənzimlənməsinə yönəlmişdir. Mülki, cinayət, ailə hüququ və s.
    • Prosessual hüquq sahəsi — hüquq və vəzifələrinin həyata keçirilməsi ilə bağlı qaydanı, proseduru tənzimləyir. Bura cinayət prosessual, mülki prosessual və s. hüquq sahələri aiddir.

    Tənzimləmə predmetinə və tənzimlədiyi münasibətlərin xarakterinə görə

    • Ümumi hüquq — əsasən dövlət və cəmiyyətin ümumi maraqlarından irəli gələn münasibətləri tənzimləyir. Bura dövlət, inzibati, cinayət, maliyyə və.s hüquq sahələri aiddir.
    • Xüsusi hüquq — müəyyən subyektlərin maraqlarından irəli gələn münasibətlərin tənzimlənməsinə yönəlmişdir. Bura mülki, ailə, ticarət hüququ və.s aiddir.

    Tətbiq edilmə sahəsinə əsasən

    • milli hüquq — konkret dövlət daxilində hüquq münasibətlərinin tənzimlənməsinə yönəlmişdir.
    • beynəlxalq hüquq — əsasən dövlətlərarası münasibətlərin tənzimlənməsinə yönəlmişdir. XX əsrin ortalarından başlayaraq, beynəlxalq hüquq normaları dövlətdaxili münasibətləri tənzimləyən normaları da özündə əks etdirir. Əksər dünya dövlətləri beynəlxalq hüquq normalarını qəbul edərək, qanunvericilik sisteminə daxil edirlər.

    Hüququn sahələri

    Müasir hüquq sistemində hüququn elmlərinin təsnifatı

    Nəzəri-tarixi hüquq elmləri

    • Dövlət və hüquq nəzəriyyəsi
    • Dövlət və hüquq tarixi
    • Siyasi və hüquqi təlimlər tarixi

    Sahəvi hüquq elmləri

    • Konstitusiya (dövlət) hüququ
    • Mülki hüquq
    • Mülki prosessual hüquq
    • Cinayət hüququ
    • Cinayət prosessual hüquq
    • Ailə hüququ
    • Vergi hüququ
    • Maliyyə hüququ
    • Aqrar hüquq
    • Mənzil hüququ
    • İnzibati hüquq
    • İnzibati prosessual hüquq
    • Bələdiyyə hüququ
    • Nəqliyyat hüququ
    • Beynəlxalq ümumi və xüsusi hüquq
    • Əmək hüququ
    • Ekologiya hüququ
    • Kommersiya hüququ
    • İnsan hüquqları hüququ
    • Cəza icra hüququ
    • İcra hüququ
    • Dəniz hüququ
    • Seçki hüququ
    • Mülki müdafiə hüququ
    • Politologiya hüququ
    • Parlament hüququ

    Xüsusi hüquq elmləri

    • Kriminalistika
    • Kriminologiya
    • Məhkəmə təbabəti
    • Məhkəmə ekspertizası

    Dünya hüquq sistemləri

    Fransız alimi Rene David hüquq ədəbiyyatında aşağıdakı hüquq sistemlərini fərqləndirmişdir:

    • Roman-German hüquq sistemi — Kontinental Avropada yayılmışdır. Roma hüququ əsasında formalaşmışdır. Bu hüquq sistemində hüququn əsas mənbəyini normativ-hüquq akt təşkil edir. Azərbaycan Respublikasının hüquq sistemi də Roman-German hüquq sisteminə aiddir.
    • Anqlo-sakson hüquq sistemi — Bu sistem Böyük Britaniya, Kanada, ABŞ, Yamayka, Avstraliyada yayılmışdır. Əsasını İngiltərənin hüquq sistemi təşkil edir. Anqlo-sakson hüquq sisteminin əsasını məhkəmə presedenti təşkil edir.
    • Dini hüquq sistemləri — Bu hüquq sisteminin əsasını dini kitabların və dini təlimlərin müəyyən etdiyi normalar təşkil edir. Bura islam hüququ (şəriət) və iuadizm hüququ (qalaxa) aiddir.

Comments are closed, but trackbacks and pingbacks are open.