Müasir dövrün qlobal problemlri flsf
ABŞ-ın Yel və Kolumbiya universitetləri hər il birgə hazırladıqları ekoloji göstəricilər indeksini çap edirlər. Ekoloji indeks 100 ballı şkala ilə müəyyən edilir və bu zaman 100 ən yüksək, 0 isə ən aşağı nəticə hesab edilir. İndeks ətraf mühitlə bağlı olaraq əhalinin sağlamlığının və ölkənin ekosisteminin yaşarlılığının qiymətləndirilməsini özündə əks etdirən 25 meyar əsasında müəyyən edilir. Ekoloji indeks tərtib edilərkən suyun, havanın, meşələrin vəziyyəti, kənd təsərrüfatı işlərinin aparılması praktikası, bioloji müxtəlifliyin qorunub saxlanılması, iqlim dəyişikliyinə qarşı tədbirlərin görülməsi və s. sahələrdə həyata keçirilən dövlət siyasəti və bir sıra digər meyarlar nəzərə alınır.
Müasir dövrün sosial-qlobal problemləri
Müasir dövrdə bəşəriyyətin mövcudluğu üçün mühüm həyati əhəmiyyət kəsb edən və ictimai tərəqqinin ondan asılı olduğu problemlərin məcmusu qlobal problemlər adlanır.
«Qlobal» problemlərin meyarı müxtəlif şəkildə təhlil olunur. Birinci mövqeyə görə «qlobal problemlər» aşağıdakı meyarlarla müəyyən olunur:
a) miqyası və əhəmiyyətinə görə ən geniş, çox mühüm əhəmiyyətli, bütün dünya ölkələrini əhatə edən;
b) sintetik mahiyyət daşıyan, bütün sahələri əhatə edən;
v) ümumbəşəri, planetar, beynəlxalq səciyyə daşıyan.
İkinci mövqeyə görə «qlobal problemlər» müəyyənləşdirilərkən aşağıdakı dörd cəhət əsas tutulmalıdır:
a) o hadisələr «qlobal» xarakter daşıyır ki, onlar çox aktual ziddiyyətlərdir, ictimai tərəqiyyə mane olur və sivilizasiyanı məhv etmək təhlükəsi yaradırlar;
b) onlar bütün xalqların və dövlətlərin, bütün bəşəriyyətin mənafeyinə toxunurlar;
v) onlar özlərində ictimai və təbii prosesləri birləşdirərək sosial-təbii və biososial mahiyyət daşıyırlar;
q) onların həll edilməsi kollektiv nəzarət, beynəlxalq əməkdaşlıq tələb edir.
Müasir dövrdə qlobal problemləri belə qruplaşdırmaq olar:
a) planetar bəşəri təhlükə doğuran ictimai-iqtisadi, sosial-siyasi qlobal problemlər: – müharibə və sülh probemi, hərbiləşmə, iqtisadi fəlakətlər və s.
b) planetar təbii təhlükə doğuran qlobal problemlər: – təbiətin mühafizəsi və ondan səmərəli istifadə edilməsi;
v) əhali artımı və mənəvi tənəzüllə bağlı meydana çıxan demoqrafik-mənəvi qlobal problemlər: – əhalinin surətlə artması və yaşayış vasitələrinin isə zəif inkişaf etməsi.
Müasir qlobal problemlərin müəyyən qismi təbiət – cəmiyyət, təbiət – insan qarşılıqlı münasibətlərindəki tarazlıq qanunauyğunluqların pozulması nəticəsində baş vermişdir. Bunları müasir sosial və elmi-texniki tərəqqi şəraitində meydana çıxmış «ekoloji böhran» adlandırmaq olar: təbiət, su, torpaq getdikcə daha böyük surətlə çirklənir, insan öz mövcudluğunu təhlkə altına alır.
Hazırda təbiət-insan münasibətlərində yeni ekoloji təfəkkür, ekoloji dünyagörüşü formalaşması zərurəti meydana çıxmışdır. F.Engels «Təbiətin dialektikası» əsərində dəfələrlə qeyd edirdi ki, insanın böyüklüyü ondadır ki, o, təbiət qanunauyğunluqları öyrənir, təbiəti öz məqsədlərinə tabe olmağa məcbur edir.
Gələcək cəmiyyət inkişafının proqnozlaşdırılması problemi də xoşbəxt gələcəyi qabaqgörənlik biliyi ilə potensial imkanları qeyd etmək olar. Elmi qabqgörənlik və sosial proqnozlaşdırma metodundan da istifadə olunur. Onlardan ən ümumiləri bunlardır:
- ektrapolyasiya – müəyyən bir sahəyə, dövrə aid olan hadisələri, qanunları başqa bir sahəyə aid edilməsi;
- tarixi analogiya;
- kompüter modelləşdirilməsi;
- gələcəyin ssenarisi;
- eksperiment qiymətləndirilmə və s.
Elmi qabaqgörənlik və sosial proqnozlaşdırmanı məzmun və məqsədinə görə dörd əsas növə bölmək olar: axtarıcı; normativləşdirici; analitik; xəbərdaredici proqnozlar.
- Teqlər:
- qlobal problemlər
Müasir dövrün qlobal problemlri flsf
Müasir dövrün qlobal problemlərindən və təbii ki, KİV-in əsas mövzularından biri qlobal iqtisadi problemlər, planetar iqtisadi inteqrasiya məsələləridir. Bu nə ilə bağlıdır?
Müasir dünyada iqtisadi proseslərin bütün ictimai proseslərə, o cümlədən geosiyasi vəziyyətə güclü təsiri müşahidə olunmaqdadır. Bu onunla izah olunur ki, müasir dövrdə iqtisadiyyat beynəlxalq miqyasda qüvvələr bölgüsünə getdikcə daha çox təsir göstərə bilir. Bu onunla izah olunur ki, hazırda dünya nizamının qurulması həm dinc yolla, yəni müqavilələr və razılaşmalar yolu ilə əldə olunur, həm də müasir dövrdə potensial beynəlxalq ziddiyyətlər sırasında iqtisadi münaqişələr ilk yerlərdən birinə çıxır.
XX əsr bəşəriyyətə xeyli sayda həll olunmamış iqtisadi problemləri miras qoymuşdur. Bu gün Yer kürəsində hər 6 nəfərdən biri aclıq içindədir, hər 5 nəfərdən biri lazımi səviyyə də tibbi yardım almır, hər 4 nəfərdən biri savadsızdır, hər 3 nəfərdən biri ekoloji cəhətdən təhlükəli və texnogen şəraitdə yaşayır, hər 2 nəfərdən biri onun ətrafında baş verən transfarmasion poseslərə, xüsusilə də siyasi proseslərə həddən artıq biganədir.
İqtisadi problemlərin KİV-də işıqlandırılmasına bu sahədə islahatların aparılması mexanizmi də müəyyən təsir edir. Təhlillər göstərir ki, iqtisadi islahatlar bir neçə ardıcıl mərhələni əhatə edir. İlkin mərhələdə iqtisadiyyatın köklü surətdə dəyişdirilm əsi, milli valyutanın tətbiqi, qiymətlərin liberallaşdırılması, şəxsi mülkiyyətin legitimləşdirilməsi, milli öz əlləşdirmə proqramının hazırlanması və onun bütün sahələrdə icrası həyata keçirilir.
İkinci mərhələdə makroiqtisadi stabilləşmə, vergi, büdcə və bank sistemlərində, xarici iqtisadi fəaliyyət və gömrük sahələrində münasibətlərin tənzimlənməsi üçün adekvat qanunvericilik bazasının yaradılması, beynəlxalq kapitalın milli iqtisadiyyata cəlb edilməsi, bazar infrastrukturunun inkişafı üçün şəraitin yaradılması, büdcə kəsirinin azaldılması və s. istiqamətlərdə müvafiq işlər aparılır.
Üçüncü mərhələdə islahatların daha da dərinləşdirilməsi məqsədi ilə xüsusi proqram qəbul edilir. Bu dövrün fərqləndirici cizgiləri makroiqtisadi stabilləşmənin davam etdirilməsindən, inflyasiyanın azaldılmasından, istehsalın canlandırılmasından və iqtisadi artımın təmin edilməsindən ibarət olur.
Sonuncu mərhələ, yəni yaşadığımız günləri əhatə edən mərhələ dünyada baş verən maliyyə böhranı ilə (2008-2010- cu illər) əlaqədar iqtisadi vəziyyətin pisləşməsinə, mineral xammal ixracının azalmasına, əhalinin az təminatlı təbəqəsinə dövlət tərəfindən sosial yardımın göstərilməsinin çətinləşməsinə operativ cavab olaraq büdcənin yenidən nəzərdən keçirilməsi və büdcə istiqamətlərinin dəyişdirilməsi ilə xarakterizə olunur. Əlbəttə, bu mərhələdə hər bir ölkənin özünün inkişaf səviyyəsi, milli və transmilli oriyentirlərin nəzərə alınması xüsusi rol oynayır.
Müasir dövrdə bəşəriyyət insanların praktik fəaliyyətinin nəticəsi olan ciddi ekoloji böhranlarla qarşılaşmışdır. Bu problemlər keçmişdə lokal xarakter daşıyır və bütövlükdə bəşəriyyət üçün təhlükə yaratmırdı. Lakin, texnikanın və enerjidən istifadənin müasir səviyyəsi vəziyyəti köklü şəkildə dəyişmişdir və hazırda bu vəziyyət qlobal xarakter daşıyır.
Ətraf mühitin qorunması problemləri ilə məşğul olan mütəxəssislər qlobal ekoloji problemləri daha təhlükəli təzahür kimi qiymətləndirirlər. “Canlı planet -2010” (Müasir qlobal ekoloji problemləri özündə əks etdirən Ümumdünya Vəhşi Təbiət Fondu (WWF), London Zoologiya Cəmiyyəti və Global Footprint Network təşkilatının hər iki ildən bir birgə hazırlayıb dərc etdirdikləri hesabat) hesabatında göstərilir ki, əgər təbii resursların istehlakı indiki templə davam edərsə, 2030- cu ildə (2006-cı il üçün hesabatda 2050-ci il göstərilmişdi) bəşəriyyətə öz ehtiyaclarını ödəmək üçün daha bir planet lazım olacaq.
Ətraf mühitə ən çox ziyan vuran ölkələrin cərgəsində ilk yerləri ABŞ və Çin tutur. Bu iki ölkənin təbiətə vurduğu ziyan dünya üzrə vurulan ziyanın 40 %-ni təşkil edir. “Təbii resursların adambaşına istifadəsi” göstəricilərinə görə ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Danimarka, Belçika, Estoniya, Kanada, Avstraliya və İrlandiya öndə gedirlər.
ABŞ-ın Yel və Kolumbiya universitetləri hər il birgə hazırladıqları ekoloji göstəricilər indeksini çap edirlər. Ekoloji indeks 100 ballı şkala ilə müəyyən edilir və bu zaman 100 ən yüksək, 0 isə ən aşağı nəticə hesab edilir. İndeks ətraf mühitlə bağlı olaraq əhalinin sağlamlığının və ölkənin ekosisteminin yaşarlılığının qiymətləndirilməsini özündə əks etdirən 25 meyar əsasında müəyyən edilir. Ekoloji indeks tərtib edilərkən suyun, havanın, meşələrin vəziyyəti, kənd təsərrüfatı işlərinin aparılması praktikası, bioloji müxtəlifliyin qorunub saxlanılması, iqlim dəyişikliyinə qarşı tədbirlərin görülməsi və s. sahələrdə həyata keçirilən dövlət siyasəti və bir sıra digər meyarlar nəzərə alınır.
P.S Yazıda İlham Mazanlının “Jurnalistika və müasir dövrün qlobal problemləri” kitabından istinadlar vardır.
Gülnar Məmmədova
Müasir dövrün qlobal problemlri flsf
Narkomaniya, narkotik tərkibli maddələrdən sui-istifadə, onların istehsalı, ticarəti, törətdiyi fəlakətlər yüz illər boyunca olduğu kimi, XXI əsrdə də bəşəriyyətin varlığını və inkişafını təhdid edən ən təhlükəli qlobal problemlərdən biri olmaqda davam edir.
Narkotika təhlükəsi artdıqca onunla mübarizə zərurəti daha da aktuallaşır. Narkotiklərdən sui-istifadə və onların qanunsuz dövriyyəsi son onilliklərdə daha çox qlobal miqyas almışdır və cəmiyyətdəki sosial-psixoloji mühitə, iqtisadiyyata, siyasətə və qanunun aliliyinə mənfi təsir göstərir. Narkotik asılılığın qurbanları daha çox yeniyetmələr və gənclər olur. Narkotika aludəçiliyi həm gənc insanın özü, həm də ailəsi, yaxınları üçün faciəyə çevrilir. Lakin bütün ciddiliyinə baxmayaraq, bu problem çox incədir və bu səbəbdən ehtiyatlı, balanslı bir yanaşma tələb edir. Narkotiklərdən asılılıq ümumi fiziki xəsarətlərə və sağlamlığın ciddi ağırlaşmalarına səbəb olur. Bu sahədə fəaliyyət göstərən bir çox mütəxəssislər narkotik asılılığı “biopsixososial-mənəvi xəstəlik” adlandırırlar. Yəni, narkoman tədricən özünə hörməti, əxlaqi keyfiyyətlərini və zehni tarazlığını itirir. Anormal psixikaya görə ailəsi və dostları ilə ünsiyyət qura bilmir, heç bir peşə ilə məşğul ola bilmir və hətta xəstəliyindən əvvəl sahib olduğu işlə bağlı bacarıqlarını da unudur. Cinayət mühitinə qarışaraq ətrafdakı insanlara bədbəxtlik gətirir və yavaş-yavaş onların da həyatını məhv edir.
Narkomaniya asılılığının digər təhlükəli xüsusiyyəti bu patoloji vəziyyətin geridönməzliyidir. Yəni, dərmanların yan təsirindən bədənin uğradığı dəyişikliklərin bir hissəsi orqanizmdə əbədi olaraq qalır. Hətta uzun müddət bu zərərli vərdişdən uzaq durmağı bacarmış narkotik aludəçisi yalnız bircə dəfə “yüksək” yaşamağa qərar verərsə, o zaman yenidən narkotika cəhənnəminə düşür. Məhz bu səbəbdən həkimlər ümumiyyətlə “sağalmış narkomanlar” ifadəsi əvəzinə “hərəkətsiz narkomanlar” (yəni, bu anda narkotikdən istifadə etməyən) deyiminə üstünlük verirlər. İnsan psixikasında narkotik asılılığın nəticələri müəyyən dərəcədə kompensasiya olunsa da, təəssüf ki, narkomanların əksəriyyəti üçün zehni pozğunluq diaqnozu ömürlük olaraq dəyişməz qalır.
Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanmasında istifadə olunan bitkilər, onların vegetasiya dövrü, becərilməsi, prekursorlarının idxalı, istehsalı, istifadəsi daimi diqqətdə saxlanılmalı, real nəticələr əldə olunması üçün qeyd edilən bütün proseslərdə elmin iştirakı təmin edilməlidir.
Danılmaz həqiqətdir ki, narkomaniyaya qarşı bu və ya digər mübarizə üsulları müvafiq elm sahələrinin iştirakını zəruri edir. Tərkibində mərkəzi sinir sisteminin fəaliyyətinə mənfi təsir göstərən maddələr olan bitkilər, onların müxtəlifliyi, təsir mexanizmləri və törətdiyi fəsadlar müasir elmin nailiyyətlərinin tətbiqi ilə geniş şəkildə tədqiq edilməlidir. Bu cür bitkilərə dünyanın müxtəlif regionlarında bitən və ya becərilən Mavi suzanbağı (Nymphea caerulea), Peyot kaktusu (Lophophora williamsii), Kat (Catha edulis), Kokain (Erythróxylum cóca), Çətənə (Cannabis) cinsinə aid növlər (Cannabis sativa, Cannabis indica), Xaş-xaş (Papaver rhoéas, Papaver somniferum), Meksika mimozası (Mimoza tenuiflora), Havay qızılgülü (Argyreia nervosa), Narkotik adaçayı (Salvia divinorum), Efedra (Ephedra equisetina, E.distachya) və s. aid edilə bilər.
Eyni zamanda hazırda xüsusilə geniş yayılmış sintetik narkotik və psixotrop maddələrin, onların canlı orqanizmlərə, sinir sisteminə, insan sağlamlığına təsir proseslərinin də öyrənilməsi vacibdir.
Artıq uzun illərdir ki, AMEA Biologiya və Tibb Elmləri Bölməsinin müvafiq institutlarında narkotik tərkibli bitkilər, onların canlı orqanizmlərə təsiri ilə bağlı müəyyən tədqiqatlar aparılır, narkotik maddələrin istifadəsinin zərərləri barədə zəruri tədris-təbliğat vəsaitlərinin hazırlanması və yayılması sahəsində işlər aparılır. Alim və mütəxəssislər narkotik tərkibli bitkilərin qanunsuz əkinlərinin və yabanı sahələrinin aşkar olunması və həmin bitkilərin məhv edilməsi, habelə bu məqsədlə hər il xüsusi əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üzrə dövlət orqanlarının təşkil etdikləri müşavirə, seminar və digər iclaslara cəlb edilirlər.
23 may 2020-ci il tarixində “Narkomaniya bütün pandemiyalardan daha təhlükəlidir” adlı məqaləmiz “İki sahil” qəzetində dərc olunmuş və kütləvi informasiya vasitələrində yayılmışdır (http://imbb.az/az/news/734). Məqalədə narkomaniya və narkotik maddələrin qanunsuz dövriyyəsi ilə mübarizənin dövlətimiz qarşısında duran ən vacib məsələlərdən biri olduğu qeyd edilmiş, bəzi narkotik bitkilər, onların müxtəlifliyi, insan orqanizminə təsiri, törətdiyi fəsadlar haqqında ətraflı məlumat verilmişdir.
Son bir ildə pandemiya ilə əlaqədar müvafiq toplantılar əsasən onlayn rejimində keçirilmişdir. Biz il ərzində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” çərçivəsində AMEA-nın nümayəndəsi kimi bu formatda müxtəlif tədbirlərdə, o cümlədən 25 iyun 2020-ci il tarixində Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının Gənclər və İdman Nazirliyi ilə birgə keçirilmiş onlayn konfransında, 16 fevral 2021-ci il tarixində videokonfrans formatında növbəti iclasında yaxından iştirak etmişik.
Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədovun sədrliyi ilə keçirilmiş iclaslarda qeyd olunan Dövlət Proqramı üzrə Tədbirlər Planı çərçivəsində görülən işlər, əldə edilən nəticələr, qarşıda duran vəzifələr və onların icrası, o cümlədən aidiyyəti beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlığın davam etdirilməsi, qanunvericilik aktlarının təkmilləşdirilməsi, bu sahələr üzrə nəzarətin, müvafiq mövzuda təbliğat-təşviqat məqsədli maarifləndirmə işlərinin gücləndirilməsinə dair məsələlər müzakirə edilərək müvafiq tapşırıqlar verilmişdir.
2020-ci ildə respublikanın televiziya kanallarında, saytlarda AMEA Botanika İnstitutunun əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru Pərvanə Qaraxani “Narkotik bitkilər haqqında bilmədiklərimiz”, AMEA-nın Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun əməkdaşı, biologiya elmləri doktoru, professor Arif-Ala Mehdiyev “Narkotik maddələrdən psixi asılılığın korreksiya yollarının araşdırılması” mövzusunda çıxışlar etmişlər.
Son bir il ərzində AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin təşkilatçılığı ilə narkomanlığa və narkotik vasitələtin istifadəsinə qarşı mübarizəyə həsr olunmuş bir neçə onlayn seminar keçirilmişdir.
Yabanı halda təbiətdə bitən, çiçəkli bitkilər qrupuna aid olub biomüxtəliflikdə xüsusi əhəmiyyət kəsb edən narkotik tərkibli bitkilərin vegetasiya dövrü nəzərə alınmaqla qabaqlayıcı tədbirlər görülməsi, qanunsuz əkinlərin məhv edilməsi, yeni yayılma ərazilərinin müəyyənləşdirilməsi məqsədilə AMEA Botanika İnstitutu əməkdaşlarının respublikanın Quba və Qusar rayonlarına ekspedisiyaları təşkil edilmişdir. Ekspedisiyalar zamanı Quba rayonunun Laza kəndi ərazisində bir neçə yerdə çətənə bitkisinə, əsasən əkin çətənəsi (Cannabis sativa) nümunələrinə rast gəlinmişdir.
Əkin çətənəsi (Cannabis sativa), qara batbat (Hyoscyamus niger L.), Şərq laləsi (Papaver orientalis), ziyilotu (Chelidonium majus), dəlibəng (Datura stramonium) bitki növləri haqqında yerli əhali ilə maarifləndirici söhbətlər aparılmışdır. Qara batbat bitkisinin bütün hissələri, xüsusilə toxumları zəhərlidir. Xoşagəlməz qoxuya malik olduğu üçün heyvanlar tərəfindən yeyilməsə də, insanlar ondan müəyyən məqsədlər üçün istifadə edirlər. Bu səbəbdən müvafiq tədbirlərin görülməsi vacib hesab edilmişdir.
AMEA Dendrologiya İnstitutunun və AMEA Mərkəzi Nəbatat Bağının təcrübə sahələrində və laboratoriyalarında ali təhsil müəssisələrinin tələbə və magistrantları, orta məktəblərin yuxarı sinif şagirdləri üçün narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair seminarların, praktiki məşğələlərin keçirilməsi daimi xarakter daşıyır.
Alimlərimiz mütəmadi olaraq ümumtəhsil məktəblərində təşkil olunan maarifləndirmə xarakterli “Narkomaniya və müasir gənclik”, “Narkomaniya cəmiyyətin qəddar düşmənidir”, “Narkomaniyaya qarşı hamılıqla mübarizə”, “Narkomaniya nədir?”, “Zərərli vərdişlərə yox deyirik”, “Narkomaniyaya qarşı mübarizə və sağlam həyat” devizləri altında təşkil olunan tədbirlərə dəvət olunurlar. Məktəblilər və yeniyetmələr arasında cinayətkarlığın, mənfi meyilli amillərin qarşısını almaq məqsədilə həmin seminarlarda narkomaniyanın bəşəriyyət üçün böyük faciə olduğunu əks etdirən mövzular ətrafında fikir mübadiləsi aparılır, gənclərin bu təhlükəli cinayətlə bağlı fikir və mülahizələri dinlənilir.
AMEA-nın Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun mövzu planlarında və layihə işlərində narkotik asılılığın öyrənilməsi önəmli yer tutur. Pandemiya şəraitinə baxmayaraq, institutda son bir il ərzində də narkomanlığın zərəri barədə materialların hazırlanması üçün tədqiqat işlərinin aparılması davam etdirilmişdir.
Heyvanlar üzərində aparılan müxtəlif eksperimental modellərdə narkotik asılılığın yaranması göstərir ki, müxtəlif kimyəvi mənşəli narkotik preparatları asılılığı olan heyvanların orqanizminə yeritdikdən sonra onların beyin strukturlarında neyrotransmitter serotoninin miqdarının kəskin artması müşahidə olunur. Bu nəticələri nəzərə alaraq, narkotik preparatların təsirindən yaranan çox güclü müsbət emosiyaları təmin edən sinir hüceyrələrinin daxilinə serotonin siqnalının ötürülməsinin dayandırılması üsulu işlənib hazırlanmışdır. Bu məqsədlə yeni serotonin-modullu antikonsolidasiya zülalına (SMAZ) qarşı anticisimlər vasitəsilə məqsədyönlü blokada tətbiq edilmişdir. SMAZ-a qarşı poliklonal anticisimlər aşağıdakı ardıcılıqla əldə olunmuşdur. Əvvəlcə ayrılmış SMAZ ilə adadovşanlarının 3-4 aylıq immunizasiyası nəticəsində bu zülala qarşı poliklonal immunoqlobulinlər alınmışdır. İmmobilizasiya olunan SMAZ ilə CNBr-sefaroz sütunun üzərində immuno-affin üsulu ilə immunoqlobulinlər məhlulundan SMAZ-a qarşı poliklonal anticisimlər əldə edilmiş və -70°C şəraitində saxlanılmışdır. Həm mənfi möhkəmlənmə, həm də müsbət möhkəmlənmə modellərində 80% meyarına çatmış heyvanların beyin qabığında SMAZ-ın miqdarının kəskin azalması müşahidə olunmuşdur.
SMAZ-a qarşı anticisimlər vasitəsilə narkotik asılılığın dayandırılması eksperimentlərində təlim zamanı SMAZ-ın miqdarının azalmasına oxşar olan SMAZ-ın aktivliyinin blokadası baş vermişdir. Bunun əsasında fərz etmək olar ki, anticisimlər vasitəsilə SMAZ-ın aktivliyinin məqsədyönlü endirilməsi yaddaş izlərinin yaranmasına kömək edir.
SMAZ-a qarşı anticisimlərin yaddaşa möhkəmləndirici təsir mexanizminin araşdırılması məqsədilə anticisimlərin heyvana beyindaxili yeridilməsinin yaddaş izlərinin yaranması ilə bağlı müxtəlif beyin strukturlarında sinir böyümə faktorunun miqdarı müəyyən edilmişdir. Nəticələr göstərir ki, 24 saat sonra hippokampda və beynin sol təpə qabığında sinir böyümə faktorunun miqdarının kəskin dərəcədə azalması müşahidə olunur. Eyni zamanda, SMAZ-a qarşı anticisimlərin yeridilməsindən 3 gün keçdikdən sonra hippokampda sinir böyümə faktorunun miqdarının artımı, sol təpə qabığında isə azalması müşahidə olunur. Sinir böyümə faktorunun miqdarının hippokampda və sol təpə qabığında dəyişilməsi SMAZ-a qarşı anticisimlərin təsirindən sinir hüceyrələrinin sələflərinin differensiasiya prosesinin sürətləndiyini göstərir.
Tədqiqatlar mahmız qurbağaları (Xenopus laevis) rüşeymlərinin üzərində aparılmışdır. Metamorfoz mərhələsindən bir neçə mərhələ əvvəl (premetamorfoz mərhələsi) qurbağa rüşeymlərinin qida mühitinə SMAZ-a qarşı anticisimlərin əlavə edilməsi nəticəsində rüşeymlərin metamorfoz mərhələsindən keçməsi və qurbağalara çevrilməsi prosesinin sürəti ciddi şəkildə (iki mərhələ tez) artmışdır. Belə nəticəyə gəlmək olar ki, SMAZ-a qarşı anticisimlərin yaddaş proseslərinə güçləndirici təsiri onların yenidən yaranmış sinir hüceyrələrinin differensiasiyasına təsiri ilə bağlıdır.
Neqativ yaddaşın yaranması əsasında anticisimlərin təsirindən yeni meydana gəlmiş sinir hüceyrələrinin differensiasiyası prosesinin güclənməsi və onların mövcud neyronlar zəncirlərinə qoşulması güman edilir. Alınmış nəticələri əsas tutaraq, gələcəkdə kliniki şəraitdə müxtəlif mənşəli preparatlardan yaranan narkotik asılılığın korreksiyası məqsədilə SMAZ-ın immunokimyəvi blokadasını tətbiq etmək mümkün olacaqdır.
Hesab edirəm ki, postpandemiya dövründə müvafiq elmi tədqiqatlar daha sistemli hal almaqla gücləndiriləcəkdir. Eyni zamanda genişmiqyaslı, elmi əsaslı maarifləndirmə işləri davam etdiriləcək, bioloji, tibbi, ekoloji, sosioloji və s. xarakter daşıyan müvafiq suallara əsaslandırılmış cavablar işlənib hazırlanacaq, tədqiqatlar zamanı alınan nəticələr ictimaiyyətin diqqətinə çatdırılacaqdır.
İradə Hüseynova,
AMEA-nın vitse-prezidenti, akademik
Comments are closed, but trackbacks and pingbacks are open.